Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-58/2025 08.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 Fariz oğlu, onun müdfiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlu, onun müdafiəçisi Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 2004-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qazax şəhəri, Qaçaq Kərəm küçəsi ev 40A-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxxxxxx 2006-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qazax şəhəri, Qaçaq Kərəm küçəsi ev 40A-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair, 03 avqust 2000-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, ailəli, işsiz, əvvəllər məhkum olunmuşməhkumluğu ödənilməmiş, Ağsabədi rayonu, Pərioğulları kəndində yaşayan və qeydiyyatda olan və barəsində 01 aprel 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilərək Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlu qanunsuz olaraq yaşayış sahələrinə və saxlanc yerlərinə təkrar daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, eyni zamanda o təkrarən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgə əmlakını gizli olaraq talamaq istəsə də öz iradəsindən asılı olmayan səbəblərdən tamamlaya bilməyərək oğurluğa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 17 dekabr 2024-cü il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə Zərərçəkmiş şəxs11 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra həmin evin qapısı kilidlə bağlı olmayan saxlanc yeri hesab edilən zirzəmisinə qapıdan qanunsuz daxil olaraq zirzəmidən bir ədəd 200 manat dəyərində 5 litr tutumlu samovarı, bir ədəd 300 manat dəyərində 10 kiloqram ağırlığında mis səhəngi, bir ədəd 5 litr su tutumlu 150 manat dəyərində termostatlı «Tefal» qazanı, bir ədəd 3 litr su tutumlu 40 manat dəyərində çuqun çayniki, bir ədəd 6 litr su tutumlu 35 manat dəyərində alimunium qazanı, bir ədəd 25 manat dəyərində və bir ədəd 20 manat dəyərində 02 ədəd dəmir tavanı və bir ədədi 0.20 manat dəyərində olan 2 ədəd 700 qramlıq şüşə bankada bir bankasının qiyməti 21 manat olan balı götürərək ümumilikdə 812.40 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gəlib 20 dekabr 2024-cü il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə Zərərçəkmiş şəxs10 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra qapısı kilidlə bağlı olmayan, saxlanc yeri hesab edilən yardımçı tikiliyə qanunsuz olaraq qapıdan daxil olub yardımçı tikilidən bir ədəd 210 manat dəyərində 5 litr tutumlu samovarı, bir ədəd 50 manat dəyərində 3 kiloqram çəkidə tavanı, 400 manat dəyərində Rusiya istehsalı olan akkumulyator doldurma cihazını götürdükdən sonra yaşayış sahəsi olan evə qanunsuz daxil olmaqla evdən isə bir ədəd 150 manat dəyərində 3 litr tutumlu samovarı götürərək ümumilikdə 810 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gəlib 22 dekabr 2024-cü il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs11 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra həmin evin, qapısı kilidlə bağlı olmayan, saxlanc yeri hesab edilən zirzəmisinə qapıdan qanunsuz daxil olaraq zirzəmidən bir kiloqramı 3.80 manat olan 5 kiloqram qoz, bir ədədi 0.25 manat dəyərində olan 3 ədəd 3 litrlik şüşə bankada, bir litri 28 manat olan 12 litr arağı gizli olaraq talayıb oğurlamaq üçün götürərək ümumilikdə 355.75 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olaraq gizli talayarkən Zərərçəkmiş şəxs11 onun səsinə oyandığını bildiyi üçün gizli olaraq talayıb oğurladığı əşyaları öz iradəsinə zidd olaraq həmin yerdə qoyub qaçmaqla oğurluğa cəhd etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 16 fevral 2025-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs5 Qazax şəhəri «Ərik Bağı» adlanan ərazidə yeni məhəllələrdə yerləşən, ünvansız fərdi yaşayış evinin pəncərəsinin üzərində olan dəmir barmaqlığı əlləri ilə çəkib fiziki təmas göstərib çıxartdıqdan sonra pəncərədən yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olub evin divarına çəkilmiş 600 manat dəyərində GES markalı 720 metr uzunluğunda 01 damarlı 1x4 ölçüdə elektrik kabellərini və 110 manat dəyərində GES markalı 180 metr uzunluğunda 1 damarlı 1x2.5 ölçüdə elektrik kabellərini söküb götürməklə, eyni zamanda evdə saxlaılan 55 manat dəyərində GES markalı 90 metr uzunluğunda 01 damarlı 1x2.5 ölçüdə elektrik kabellərini götürərək 765 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 20 fevral 2025-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X3 Qazax şəhəri «Ərik Bağı» adlanan ərazidə yeni məhəllələrdə yerləşən, ünvansız fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra yaşayış sahəsi hesab edilən evin pəncərəsinin üzərində olan dəmir barmaqlığı əlləri ilə çəkib fiziki təmas göstərdikdən sonra çıxardaraq pəncərədən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub evin divarına çəkilmiş 200 manat dəyərində GES markalı 100 metr uzunluğunda 01 damarlı 1x4 ölçüdə elektrik kabellərini, 01 ədəd 5 manat dəyərində AULMO markalı elektrik yuvasını və bir ədəd 10 manat dəyərində AULMO markalı elektrik açarını söküb götürərək ümumilikdə 215 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 23 fevral 2025-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs8 Qazax şəhəri «Ərik Bağı» adlanan ərazidə yerləşən Nəsrəddin Tusi küçəsindəki ünvansız fərdi yaşayış evinin plastik pəncərəsini əlləri ilə fiziki təmas göstərərək açıb yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olub evin divarına çəkilmiş 184 manat dəyərində GES markalı 80 metr uzunluğunda 01 damarlı 1x4 ölçüdə elektrik kabellərini gizli olaraq talayıb oğurluq etdikdən sonra evin həyətindən isə 46 manat dəyərində GES markalı 20 metr uzunluğunda 01 damarlı 1x4 ölçüdə elektrik kabellərini, 45 manat dəyərində 5 metr uzunluğunda dəmir borunu və 108.8 manat dəyərində 40 metr uzunluğunda Rusiya İstehsalı olan armaturu götürərək ümumilikdə 383.80 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 25 fevral 2025-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs9 Fazil oğlunun Qazax şəhəri, Hüseyn Arif küçəsi 5 saylı binanın həyətində yerləşən, saxlanc yeri hesab edilən qarajının qapısının kilidini sındıraraq qaraja qanunsuz olaraq daxil olub 150 manat dəyərində olan 01 (bir) ədəd BOSCH markalı 18 vt gücündə perforatoru, 60 manat dəyərində 01 (bir) ədəd SİEMENS markalı 550 wt gücündə direli, 80 manat dəyərində 01(bir) ədəd BOSCH markalı 860 wt gücündə laqondanı və 470.6 manat dəyərində avtomobillərə aid 1000 metr uzunluğunda elektrik naqillərini, həmin yerə saxlanılan 22.50 manat dəyərində «Adidas» idman çantasını və 0.25 manat dəyərində bir ədəd kisəni götürərək 783.35 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz saxlanc yerinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 27 fevral 2025-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 Qazax şəhəri, «Ərik Bağı» adlanan ərazidə yeni məhəllələrdə yerləşən, ünvansız fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra yaşayış sahəsi hesab edilən evin pəncərəsinin üzərində olan dəmir barmaqlığı əlləri ilə çəkib fiziki təmas göstərdikdən sonra çıxardaraq pəncərədən yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olub evin divarına çəkilmiş 50 manat dəyərində 20 metr uzunluğunda 01 damarlı 1x4 ölçüdə elektrik kabellərini, 50 manat dəyərində 10 kiloqram ağırlığında dəmir mismarı və 28 manat dəyərində 7 qutudakı taxa şrupları götürərək ümumilikdə 128 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 01 mart 2025-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra giriş qapısının üzərində olan dəmir barmaqlığı əlləri ilə çəkib fiziki təmas göstərdikdən sonra çıxardaraq bağlı olan plastik qapını fiziki təmasla göstərməklə açıb yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olub evdən bir ədəd 60 manat dəyərində bir ədəd «BOSCH» markalı direli, 315 manat dəyərində 9 ədəd «Arkoffam» markalı tort qabını, 40 manat dəyərində bir dəst «Fruit Boowl» markalı çərəz qabını, 26 manat dəyərində bir dəst (12 ədəd) «Paşabahçe» markalı stəkanı götürərək ümumilikdə 441 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 05 mart 2025-ci il tarixdə saat 23 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X14 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra pəncərə yerinə qoyulmuş taxtanı əlləri ilə fiziki təmas göstərib çıxardaraq yaşayış sahəsi hesab edilən evə qanunusuz daxil olub evdən Zərərçəkmiş şəxs6 məxsus 1000 manat məbləğində pulu, bir ədədi 6 manat dəyərində 02 ədəd tutumu 02 litr olan alimunium qazanı, bir ədədi 5 manat dəyərində 03 ədəd latun materialdan olan KAS markalı krant başlıqlarını və 01 ədəd 15 manat dəyərində dəmir sacı və bir ədədi 38 manat dəyərində iki ədəd paltar yığılması üçün nəzərdə tutulmuş çantaları və 0.25 manat dəyərində bir ədəd kisəni götürərək ümumilikdə 1118,25 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 08 mart 2025-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X24 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra evin zirzəmisində olan plastik pəncərəyə əlləri ilə fiziki təmas göstərib açdıqdan sonra yaşayış sahəsi hesab edilən evin zirzəmisinə qanunsuz olaraq daxil olub zirzəmidən bir ədədi 25 manat olan iki ədəd «Gicora» markalı hamam duş krantını, bir ədədi 4 manat olan 18 ədəd «Gicora» markalı mətbəx üçün üzərində latun olan krantları, bir ədədi 10 manat olan 8 ədəd 5 litr su tutumlu alimunium qazanları, 45 manat dəyərində bir ədəd soyuducu matorunu, bir ədəd 95 manat dəyərində 3 litr su tutumlu çuqun materialından olan samovarı bir ədəd 0.25 manat dəyərində kisəni və bir metri 7.50 manat olan 2 metr uzunluğunda 15 manat məbləğində döşək üzünü götürdükdən sonra həyətə yenidən çıxararaq cinayətkar niyyətini davam etdirib evin 2-ci mərtəbəsindəki plastik pəncərəni əlləri ilə fiziki təmas göstərib açdıqdan sonra yaşayış sahəsinə yenidən qanunsuz daxil olub yataq otağından 40 manat dəyərində bir ədəd «Nikai» markalı tozsoranı və bir ədəd 300 manat dəyərində «İj» markalı ov tüfəngini götürərək ümumilikdə 697.25 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 09 mart 2025-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs4 Qazax şəhəri, Bakı küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin dəmir çəpərindən keçərək həyətə girdikdən sonra həyətdə yerləşən, saxlanc yeri hesab edilən yardımçı tikilinin kilidi açıq olan qapısından həmin yerə qanunsuz daxil olaraq oradan 01(bir) ədəd 110 manat dəyərində Mersedes 601 markalı avtobusa məxsus su radiatorunu və 01(bir) ədəd 60 manat dəyərində Geepas markalı 08 (səkkiz) gözlü (hissəli) yağla işləyən istilik radiatorunu götürdükdən sonra cinayətkar niyyətini davam etdirərək evin zirzəmisinin kilidlə bağlı olmayan qapısından zirzəmiyə qanunsuz daxil olub oradan bir ədəd 45 manat dəyərində 40 litr su tutumlu alimunim bitonu, bir ədəd 25 manat dəyərində 20 litr su tutumlu alimunium bitonu götürmüş, daha sonra evin qapısının kilidi açıq olan otağına isə qanunsuz daxil olaraq oradan isə bir ədəd 180 manat dəyərində 10 litr tutumlu mis səhəngi götürərək ümumilikdə 420 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə təkrar daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, qohumu X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 16 fevral 2025-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs5 Qazax şəhəri «Ərik Bağı» adlanan ərazidə yeni məhəllələrdə yerləşən, ünvansız fərdi yaşayış evinin pəncərəsinin üzərində olan dəmir barmaqlığı əlləri ilə çəkib fiziki təmas göstərib çıxartdıqdan sonra pəncərədən yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olub evin divarına çəkilmiş 600 manat dəyərində GES markalı 720 metr uzunluğunda 01 damarlı 1x4 ölçüdə elektrik kabellərini və 110 manat dəyərində GES markalı 180 metr uzunluğunda 1 damarlı 1x2.5 ölçüdə elektrik kabellərini söküb götürməklə, eyni zamanda evdə saxlaılan 55 manat dəyərində GES markalı 90 metr uzunluğunda 01 damarlı 1x2.5 ölçüdə elektrik kabellərini götürərək 765 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 20 fevral 2025-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X3 Qazax şəhəri, «Ərik Bağı» adlanan ərazidə yeni məhəllələrdə yerləşən, ünvansız fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra yaşayış sahəsi hesab edilən evin pəncərəsinin üzərində olan dəmir barmaqlığı əlləri ilə çəkib fiziki təmas göstərdikdən sonra çıxardaraq pəncərədən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub evin divarına çəkilmiş 200 manat dəyərində GES markalı 100 metr uzunluğunda 01 damarlı 1x4 ölçüdə elektrik kabellərini, 01 ədəd 5 manat dəyərində AULMO markalı elektrik yuvasını və bir ədəd 10 manat dəyərində AULMO markalı elektrik açarını söküb götürərək ümumilikdə 215 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 23 fevral 2025-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs8 Qazax şəhəri, «Ərik Bağı» adlanan ərazidə yerləşən Nəsrəddin Tusi küçəsindəki ünvansız fərdi yaşayış evinin plastik pəncərəsini əlləri ilə fiziki təmas göstərərək açıb yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olub evin divarına çəkilmiş 184 manat dəyərində GES markalı 80 metr uzunluğunda 01 damarlı 1x4 ölçüdə elektrik kabellərini gizli olaraq talayıb oğurluq etdikdən sonra evin həyətindən isə 46 manat dəyərində GES markalı 20 metr uzunluğunda 01 damarlı 1x4 ölçüdə elektrik kabellərini, 45 manat dəyərində 5 metr uzunluğunda dəmir borunu və 108.8 manat dəyərində 40 metr uzunluğunda Rusiya İstehsalı olan armaturu götürərək ümumilikdə 383.80 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 25 fevral 2025-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs9 Fazil oğlunun Qazax şəhəri, Hüseyn Arif küçəsi 5 saylı binanın həyətində yerləşən, saxlanc yeri hesab edilən qarajının qapısının kilidini sındıraraq qaraja qanunsuz olaraq daxil olub 150 manat dəyərində olan 01 (bir) ədəd BOSCH markalı 18 vt gücündə perforatoru, 60 manat dəyərində 01 (bir) ədəd SİEMENS markalı 550 wt gücündə direli, 80 manat dəyərində 01(bir) ədəd BOSCH markalı 860 wt gücündə laqondanı və 470.6 manat dəyərində avtomobillərə aid 1000 metr uzunluğunda elektrik naqillərini, həmin yerə saxlanılan 22.50 manat dəyərində «Adidas» idman çantasını və 0.25 manat dəyərində bir ədəd kisəni götürərək 783.35 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz saxlanc yerinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 27 fevral 2025-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 Qazax şəhəri, «Ərik Bağı» adlanan ərazidə yeni məhəllələrdə yerləşən, ünvansız fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra yaşayış sahəsi hesab edilən evin pəncərəsinin üzərində olan dəmir barmaqlığı əlləri ilə çəkib fiziki təmas göstərdikdən sonra çıxardaraq pəncərədən yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olub evin divarına çəkilmiş 50 manat dəyərində 20 metr uzunluğunda 01 damarlı 1x4 ölçüdə elektrik kabellərini, 50 manat dəyərində 10 kiloqram ağırlığında dəmir mismarı və 28 manat dəyərində 7 qutudakı taxa şrupları götürərək ümumilikdə 128 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 01 mart 2025-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra giriş qapısının üzərində olan dəmir barmaqlığı əlləri ilə çəkib fiziki təmas göstərdikdən sonra çıxardaraq bağlı olan plastik qapını fiziki təmasla göstərməklə açıb yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olub evdən bir ədəd 60 manat dəyərində bir ədəd «BOSCH» markalı direli, 315 manat dəyərində 9 ədəd «Arkoffam» markalı tort qabını, 40 manat dəyərində bir dəst «Fruit Boowl» markalı çərəz qabını, 26 manat dəyərində bir dəst (12 ədəd) «Paşabahçe» markalı stəkanı götürərək ümumilikdə 441 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumları Təqsirləndirilən şəxs3 və X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 05 mart 2025-ci il tarixdə saat 23 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X14 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra pəncərə yerinə qoyulmuş taxtanı əlləri ilə fiziki təmas göstərib çıxardaraq yaşayış sahəsi hesab edilən evə qanunusuz daxil olub evdən Zərərçəkmiş şəxs6 məxsus 1000 manat məbləğində pulu, bir ədədi 6 manat dəyərində 02 ədəd tutumu 02 litr olan alimunium qazanı, bir ədədi 5 manat dəyərində 03 ədəd latun materialdan olan KAS markalı krant başlıqlarını və 01 ədəd 15 manat dəyərində dəmir sacı və bir ədədi 38 manat dəyərində iki ədəd paltar yığılması üçün nəzərdə tutulmuş çantaları və 0.25 manat dəyərində bir ədəd kisəni götürərək ümumilikdə 1118,25 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumları Təqsirləndirilən şəxs3 və X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 08 mart 2025-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X24 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra evin zirzəmisində olan plastik pəncərəyə əlləri ilə fiziki təmas göstərib açdıqdan sonra yaşayış sahəsi hesab edilən evin zirzəmisinə qanunsuz olaraq daxil olub zirzəmidən bir ədədi 25 manat olan iki ədəd «Gicora» markalı hamam duş krantını, bir ədədi 4 manat olan 18 ədəd «Gicora» markalı mətbəx üçün üzərində latun olan krantları, bir ədədi 10 manat olan 8 ədəd 5 litr su tutumlu alimunium qazanları, 45 manat dəyərində bir ədəd soyuducu matorunu, bir ədəd 95 manat dəyərində 3 litr su tutumlu çuqun materialından olan samovarı bir ədəd 0.25 manat dəyərində kisəni və bir metri 7.50 manat olan 2 metr uzunluğunda 15 manat məbləğində döşək üzünü götürdükdən sonra həyətə yenidən çıxararaq cinayətkar niyyətini davam etdirib evin 2-ci mərtəbəsindəki plastik pəncərəni əlləri ilə fiziki təmas göstərib açdıqdan sonra yaşayış sahəsinə yenidən qanunsuz daxil olub yataq otağından 40 manat dəyərində bir ədəd «Nikai» markalı tozsoranı və bir ədəd 300 manat dəyərində «İj» markalı ov tüfəngini götürərək ümumilikdə 697.25 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 09 mart 2025-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs4 Qazax şəhəri, Bakı küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin dəmir çəpərindən keçərək həyətə girdikdən sonra həyətdə yerləşən, saxlanc yeri hesab edilən yardımçı tikilinin kilidi açıq olan qapısından həmin yerə qanunsuz daxil olaraq oradan 01(bir) ədəd 110 manat dəyərində Mersedes 601 markalı avtobusa məxsus su radiatorunu və 01(bir) ədəd 60 manat dəyərində Geepas markalı 08 (səkkiz) gözlü (hissəli) yağla işləyən istilik radiatorunu götürdükdən sonra cinayətkar niyyətini davam etdirərək evin zirzəmisinin kilidlə bağlı olmayan qapısından zirzəmiyə qanunsuz daxil olub oradan bir ədəd 45 manat dəyərində 40 litr su tutumlu alimunim bitonu, bir ədəd 25 manat dəyərində 20 litr su tutumlu alimunium bitonu götürmüş, daha sonra evin qapısının kilidi açıq olan otağına isə qanunsuz daxil olaraq oradan isə bir ədəd 180 manat dəyərində 10 litr tutumlu mis səhəngi götürərək ümumilikdə 420 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq evə təkrar daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, qohumları X17 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 05 mart 2025-ci il tarixdə saat 23 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X14 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra pəncərə yerinə qoyulmuş taxtanı əlləri ilə fiziki təmas göstərib çıxardaraq yaşayış sahəsi hesab edilən evə qanunusuz daxil olub evdən Zərərçəkmiş şəxs6 məxsus 1000 manat məbləğində pulu, bir ədədi 6 manat dəyərində 02 ədəd tutumu 02 litr olan alimunium qazanı, bir ədədi 5 manat dəyərində 03 ədəd latun materialdan olan KAS markalı krant başlıqlarını və 01 ədəd 15 manat dəyərində dəmir sacı və bir ədədi 38 manat dəyərində iki ədəd paltar yığılması üçün nəzərdə tutulmuş çantaları və 0.25 manat dəyərində bir ədəd kisəni götürərək ümumilikdə 1118,25 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumları X17 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 08 mart 2025-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X24 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətə girdikdən sonra evin zirzəmisində olan plastik pəncərəyə əlləri ilə fiziki təmas göstərib açdıqdan sonra yaşayış sahəsi hesab edilən evin zirzəmisinə qanunsuz olaraq daxil olub zirzəmidən bir ədədi 25 manat olan iki ədəd «Gicora» markalı hamam duş krantını, bir ədədi 4 manat olan 18 ədəd «Gicora» markalı mətbəx üçün üzərində latun olan krantları, bir ədədi 10 manat olan 8 ədəd 5 litr su tutumlu alimunium qazanları, 45 manat dəyərində bir ədəd soyuducu matorunu, bir ədəd 95 manat dəyərində 3 litr su tutumlu çuqun materialından olan samovarı bir ədəd 0.25 manat dəyərində kisəni və bir metri 7.50 manat olan 2 metr uzunluğunda 15 manat məbləğində döşək üzünü götürdükdən sonra həyətə yenidən çıxararaq cinayətkar niyyətini davam etdirib evin 2-ci mərtəbəsindəki plastik pəncərəni əlləri ilə fiziki təmas göstərib açdıqdan sonra yaşayış sahəsinə yenidən qanunsuz daxil olub yataq otağından 40 manat dəyərində bir ədəd «Nikai» markalı tozsoranı və bir ədəd 300 manat dəyərində «İj» markalı ov tüfəngini götürərək ümumilikdə 697.25 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını qanunsuz yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 13 dekabr 2024-cü il tarixdə gecə saat təxminən 03 radələrində onun pula ehtiyacı olduğu üçün yaşadığı küçədə yaşadığı evdən təxminən 100-150 metr aralıda yerləşən adını sonradan bildiyi Fəqan Camalovun yaşadığı evin həyətinə həyətyanı torpaq sahəsində olan dəmir setka çəpərdən aşıb daxil olmuş, o həyətdə olan bir ədəd içərisinə taxıl doldurulmuş 40 litr su tutumlu alimunium bitonu götürmüş, o həmin bitonun içərisində olan taxılı həyətə töküb təkcə bitonu çəpərdən keçirib aparmış, həmin alimunium su bitonunu Cavad adlı dəmir alana 8 manata satmış və həmin pulu isə öz ehtiyacı üçün xərcləmişdir. Bundan təxminən 2 gün sonra yəni 15 dekabr 2024-cü il tarixdə yenə pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə Qazax şəhəri, H.Əliyev prospekti ev 179 yerləşən 9 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən evin həyətinə girmək qərarına gəlmiş, bu məqsədlə 16 dekabr 2024-cü il tarixdə saat təxminən 01 radələrində həmin həyətin ətrafına çəkilmiş dəmirdən olan çəpərdən keçərək həyətə girmiş və həyətdə olan yardımçı tikilinin qapısından daxil olmuş, yardımçı tikilinin qapısı qıfılla bağlanmamış, o, qapını açmış, yardımçı tikiliyə girmiş və ordan bir ədəd çuqun qaz sobası (ceyran peçi) və mis elektrik naqili götürmüş, o, əvvəlcə mis naqili çəpərdən küçəyə atmış, sonra isə qaz sobasını götürüb çəpərdən keçirmiş, o, həmin gün sobanı apardıqdan sonra gəlib mis naqili də aparmış, o, apardığı əşyaları yəni sobanı və naqili yenidən Cavadın evinə aparıb ona satmış, qaz sobasını Cavada 17 manata, mis naqili isə 8 manata satmış və hər ikisinə görə Cavad ona 25 manat pul vermişdir. Bundan sonra onun yenə pula ehticayı olduğu üçün oğurluq etmək qərarına gəlmiş və Qazax şəhəri, 28 May küçəsində yerləşən adını sonradan bildiyi Zərərçəkmiş şəxs11 evində və ətrafda kamera olmadığını gördüyü üçün həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə də 17 dekabr 2025-ci il tarixdə saat təxminən 03 radələrində hasardan keçərək evin həyətinə daxil olmuş, bundan sonra yaşayış evinin altında yerləşən zirzəmiyə girmək üçün yaxınlaşmış, həmin vaxt zirzəminin qapısında olan kilidin bağlı olmadığını görmüş, o, həmin qıfılı qapıdan götürüb kənara qoymuş və zirzəmiyə girmiş, o, zirzəmidə bir ədəd 5 litr tutumlu samovar, bir ədəd təxminən mis səhəng, bir ədəd «Tefal» qazan, bir ədəd alimunium qazan, bir ədəd böyük və bir ədəd balaca tavanı götürmüş, həmçinin həmin vaxt o, zirzəmidə bal gördüyü üçün iki ədəd 700 qramlıq şüşə bankalarda olan balları da götürmüş, o, götürdüyü əşyaları zirzəmidən tapdığı ağ rəngli şəkər tozu qoyulan kisəyə yığıb zirzəmidən çıxarmış və sonrada hasardan küçəyə atmış, bundan sonra isə özü hasardan küçəyə keçmiş, sonra həmin oğurladığı əşyaları da Cavadın evinə aparıb ona satmış, o, mis səhəngi 24 manata, samovarı 35 manata, alimunium qazanı 7 manata, dəmir tavaları və qazanları bir yerdə 8 manata satmış, həmin pulu da öz ehtiyacları üçün xərcləmiş, o, həmin vaxt evdən oğurluq edərkən zirzəmidə kompotlar, qoz və digər evdə hazırlanmış salatlar görmüş, buna görə də sonradan bir də həmin evə girmək qərarına gəlmişdir. Bundan sonra onun yenə pula ehticayı olduğu üçün qonşuluqda yəni ünvan 2 ünvanında yerləşən qonşusu Zərərçəkmiş şəxs10 evinə oğurluğa girmək qərarına gəlmiş, o, Vahidin evinin onlar tərəfə yəni nənəsi Məxmərin həyəti ilə qonşu olan hasarından həyətə keçmiş və həyətin yardımçı tikilisinə girmiş, yardımçı tikilinin qapısında kilid olmamış, o, yardımçı tikilinin qapısını açıb daxil olmuş, o, yardımçı tikilidən 01 ədəd 5 litr tutumlu od samovarı, 01 (bir) ədəd çuqundan olan tavanı və bir ədəd akkumulyator doldurma cihazını götürmüş, həmin əşyaları yəni samovarı, tavanı və akummlyator doldurma cihazını bir-bir aparıb hasardan nənəsinin həyətinə atmış, bundan sonra isə Vahidin evinin otağına girmək qərarına gəlmiş, əvvəlcədən bildiyi kimi istifadə etmədikləri evin otağına girmiş, həmin otağında qapısı bağlı deyilmiş, o, qapıdan otağa daxil olduqda şkafın üstündə bir ədəd 3 litrlik od samovarı olduğunu görüb həmin samovarını götürmüş, bundan sonra o, yenə hasardan aşaraq əvvəlcə nənəsi evinin həyətinə keçmiş, o, orada oğurladığı əşyalardan akkumlyator doldurma cihazını nənəsinin həyətinə qoyub digərlərini yəni samovarları və tavanı götürüb evlərinə aparmış, sonra isə həmin əşyaları yenə aparıb Cavada satmış, o, həmin samovarın böyük olanını 35 manata, balaca samovarı 20 manata və tavanı isə 10 manata Cavada satmış, pulunu da öz ehtiyacları üçün xərcləmiş, sonradan isə həmin akkumlyator doldurma cihazını nənəsinin həyətində tapa bilməmişdir. Bundan sonra yenə 22 dekabr 2024-cü il tarixdə, saat 02 radələrində Xavərin evindən kisədə olan qozu və 4 ədəd 3 litrik şüşə bankalarda olan meyvə araqlarını oğurlamaq üçün yenidən Xavərin evinin hasarından aşaraq həyətə daxil olmuş, bundan sonra evin zirzəmisinə girmiş, həmin vaxt özü ilə balaca əl çantası da götürmüş, o, zirzəmidə oğurlamağa başqa əşyalar axtaran vaxt ayağı ilişmiş və səs yaranmış, həmin vaxt ev sahibəsi qadın eyvana çıxıb qışqıraraq polis çağıracağını bildirmiş, o, buna görə qorxub heç nə aparmadan hasardan keçib qaçmışdır. Bundan başqa 16 fevral 2025-ci il tarixdə o, Aslanla nənəsi Məxmərin evində olan zaman belə qərara gəlmişlər ki, gedib “Ərik bağı” deyilən ərazidə yerləşən yeni tikilmiş yaşayış olmayan evlərdən oğurluq etsinlər, bu məqsədlə onlar birlikdə nənəsi Məxmərin yaşadığı evdən çıxıb yaşadıqları ərazinin yaxınlığından keçən çayın kənarı ilə hərəkət edərək “Ərik bağı” deyilən əraziyə çatmış, bundan sonra onlar “Ərik bağı” deyilən ərazidə gəzib oğurluq etmək üçün sahibsiz ev axtarmış, onlar həmin vaxt ətrafına hasar çəkilməmiş bir ev müəyyən etmiş, onlar həmin evin ətrafına baxan vaxt evin yan tərəfindən zirzəmisinə açılan bir pəncərə olduğunu və həmin pəncərəyə isə armaturdan düzəldilmiş dəmir barmaqlıq qoyulduğunu görmüş, bundan sonra evin qabaq tərəfinə keçərək eyvanan evin pənrəcəsindən baxdıqda evdə yeni çəkilmiş naqillər olduğuun görmüş, bundan sonra 16 fevral 2025-ci il tarixdə saat təxminən 03 radələrində evin yan tərəfində zirzəmisinə qoyulmuş pəncərənin üzərində olan armaturdan düzəldilmiş dəmir barmaqlıqları Aslanla bir yerdə çəkib çıxartmış, sonra isə əvvəlcə o arxasınca isə Aslan zirzəmiyə daxil olmuş, onlar evin zirzəmisində oğurluq üçün heç bir əşya olmadığını görmüş, evin zirzəmisi ilə birinci mərtəbəsi arasında olan yerə ancaq taxtalar qoyulmuş, döşəmə vurulmamış, onlar zirzəmidən evin birinci mərtəbəsinə keçmiş və divarlarda olan naqilləri söküb özləri ilə gətirdiyi sellofan tobaya yığmış, həmin vaxt taxtaların arasında bir qutuda işlənməmiş elektrik naqili olan top görmüş, onlar həmin işlənməmiş elektrik naqilini də özləri ilə gətirdiyi sellofanın içərisinə qoymuş, bundan sonra isə “Ərik bağı” deyilən əraziyə gəldiyi çayın kənarı ilə yaşadıqları ev istiqamətində geri qayıtmış, onlar geri qayıdarkən çayın kənarında evdən oğurladıqları elektrik naqillərini yandırmış və əldə olunan misi yenidən sellofan torbaya yığmış, daha sonra isə öz yaşadıqları məhləyə getmiş, onlar yaşadıqları məhləyə çatdıqda Aslan ilə sağollaşıb öz yaşadığı evə getmiş, həmin evdən oğurladıqları əşyaları isə Aslan özü ilə yaşadığı evə aparmış, səhəri gün, axşam saatlarında o, Aslanla görüşmüş, Aslan ona oğurladıqları misi avtomobil ilə gəlib metal alan Gəncə şəhər sakinlərinə satdığını bildirmiş və ona 50 (əlli) manat pul vermiş, o, həmin pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa təxminən 20 fevral 2025-ci il tarixdə axşam saatlarında o, Aslanla nənəsi Məxmərin evində olan zaman belə qərara gəlmişlər ki, gedib “Ərik bağı” deyilən ərazidə yerləşən yeni tikilmiş yaşayış olmayan evlərdən oğurluq etsinlər, bu məqsədlə onlar birlikdə nənəsi Məxmərin yaşadığı evdən çıxıb yaşadıqları ərazinin yaxınlığından keçən çayın kənarı ilə hərəkət edərək “Ərik bağı” deyilən əraziyə çatmış, bundan sonra onlar “Ərik bağı” deyilən ərazidə gəzib oğurluq etmək üçün ev axtarmış, həmin vaxt yəni 20 fevral 2025-ci il tarixdə saat təxminən 02 radələrində yeni tikili olan iki mərtəbəli evlərdən biri onların diqqətini cəlb etmiş, onlar ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra həmin evin bağ sahəsinə çəkilmiş daş hasara çıxaraq oradan evin bağ sahəsinə keçmiş, bundan sonra isə həmin evin bağ sahəsi istiqamətində olan qarşısında armaturdan hazırlanmış dəmir barmaqlıqlar olan pəncərəsinə yaxınlaşmış və hər ikisi barmaqlıqdan tutub çəkərək barmaqlığı çəkib yerindən çıxardaraq yerə atmış, sonra isə o, plastik materialdan olan pəncərəni əli ilə bir neçə dəfə itələyərək açmış, o, pəncərəni açdıqdan sonra pəncərədən evə daxil olmuş, Aslan da onun arxasınca həmin pəncərədən evə daxil olmuş, onlar evə daxil olduqdan sonra evin birinci mərtəbəsində divarına bərkidilmiş elektrik naqillərini əlləri ilə çəkib qopartmış, onlar evin birinci mərtəbəsində olan naqilləri yerindən qopardıqdan sonra Aslan cibindən bir ədəd sellofan torba çıxarmış və onlar evdən sökdükləri elektrik naqillərini həmin torbanın içərisinə yığmış, bundan sonra isə onlar evdən çıxmaq qərarına gəlmişlər, əvvəlcə Aslan evə daxil olduqları pəncərədən çölə çıxmış, o, içərisinə evdən sökdükləri elektrik naqillərini yığdıqları sellofan torbanı Aslana vermiş, sonra isə həmin pəncərədən çölə çıxmış, onlar Aslan evin qarşısına keçdikdə evin qarşısında divara bərkidilmiş elektrik naqillərinin və 01 ədəd elektrik yuvasının, 01 ədəd vklyuçatelin olduğunu görüb onu yanına çağırmış, o, onun yanına getdikdən sonra onlar birlikdə həmin elektrik naqillərini və 01 ədəd elektrik yuvası ilə 01 ədəd vklyuçateli çəkib yerindən qopartmış və içərisinə elektrik naqilləri yığdıqları sellofan torbanın içərisinə qoymuş, bundan sonra isə Aslan evdən götürdüyü elektrik naqillərini və 01 ədəd elektrik yuvası ilə 01 ədəd vklyuçateli yığdıqları sellofan torbanı götürmüş və onlar evin bağ sahəsinə keçmiş, evin həyətinə keçdikləri divardan aşaraq məhləyə düşmüş, bundan sonra isə “Ərik bağı” deyilən əraziyə gəldikləri çayın kənarı ilə yaşadıqları ev istiqamətində geri qayıtmışlar, onlar geri qayıdarkən çayın kənarında evdən oğurladıqları elektrik naqillərini yandırmış və əldə olunan misi yenidən sellofan torbaya yığmış, daha sonra isə öz yaşadıqları məhləyə getmiş, onlar yaşadıqları məhləyə çatdıqda Aslan ilə sağollaşıb öz yaşadığı evə getmiş, həmin evdən oğurladıqları əşyaları isə Aslan özü ilə yaşadığı evə aparmış, səhəri gün, axşam saatlarında o, Aslanla görüşmüş, Aslan ona oğurladıqları misi və 01 ədəd elektrik yuvası ilə 01 ədəd vklyuçateli avtomobil ilə gəlib metal alan Gəncə şəhər sakinlərinə satdığını bildirmiş və ona 25 (iyirmi beş) manat pul vermiş, o, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa təxminən 22 fevral 2025-ci il tarixdə gecə saat 02 radələrində Qazax şəhəri Qaçaq Kərəm küçəsində yerləşən yaşadığı evin qarşısında əmisi oğlu Təqsirləndirilən şəxs1 Faiq oğlu ilə birlikdə olan zaman «Ərik Bağı» adlanan ərazidə boş evlər olduğunu və həmin evlərdə əlvan metallar ola biləcəyini deyib oğurluq etmək qərarına gəlmiş, bundan sonra Aslanla birlikdə ərik bağı adlanan əraziyə piyada şəkildə çay qırağı ilə getmiş, onlar həmin ərazidə sahibsiz yəni yaşayış olmayan ev axtarıb ki, oğurluq etsinlər, həmin vaxt orada yaşayış olmayan və giriş darvazası olmayan ev görmüş və Aslana birlikdə həmin evdən oğurluq etməyini təklif etmiş, onun sözü ilə Aslan razılaşdıqdan sonra onlar birlikdə həmin evə daxil olmuş, evin həyətinə daxil olduqda o, evin divarında təxminən 100 metrə yaxın mis elektrik naqilinin asılı vəziyyətdə olduğunu görmüş, Aslana həmin naqili kəsib götürməyi demiş, Aslan da onun sözü ilə razılaşmış və əlləri ilə həmin elektrik naqillərini çəkib qopartmış, bundan sonra evin həyətinə baxış keçirdikdə 5 metr uzunluğunda dəmir su borusunun və təxminən hissə-hissə olmaq şərti ilə, ümumilikdə, 40 metrə yaxın armaturun olduğunu görüb götürmüş, bundan sonra onlar yenə çay qırağı adlanan ərazi ilə Qazax şəhəri Qaçaq Kərəm küçəsində yerləşən nənəsi Məxmərin evinə getmiş, oğurladıqları əşyaları da əllərində nənəsi Məxmərin evinə aparmış, onlar oğurladıqları əşyalar bir gün evin həyətində qaldıqdan sonra Aslan oğurladıqları elektrik naqilini yandırıb içərisində olan misi, 40 metrə yaxın armaturu və 5 metr uzunluğunda olan dəmir su borusunu ondan xəbərsiz Gəncə şəhərindən gələn dəmir alqı-satqısı ilə məşğul olan adını bilmədiyi şəxs və ya şəxslərə satmış, Aslan qeyd olunan əşyaları satdıqdan sonra onun yanına gəlmiş, ona 30 manat pul vermiş, o, də həmin pulu öz maddi ehtiyaclarını qarşılamaq üçün xərcləmişdir. Bundan başqa qeyd etmiş ki, təxminən 25 fevral 2025-ci il tarixdə gecə saat 00:10 radələrində o, Aslanın yaşadığı evin qarşısına gəlmiş, sonuncunu evin qarşısına çağırmış, Aslan yanına gəlmiş, sonra Qazax şəhəri, Hüseyn Arif küçəsində binanın qarşısında olan qarajlardan oğurluq etməyi təklif etmiş, onun sözü ilə Aslanda razılaşmış və onlar birlikdə piyada şəkildə qeyd olunan əraziyə getmiş, onlar həmin ərazidə olan qarajlardan birinin qarşısına yaxınlaşmış və o, əvvəlcədən ətraf ərazidən tapdığı dəmir parçası ilə qarajın qapısının üzərində olan qıfılı sındırmış, bundan sonra o, Aslanla birlikdə qarajın içərisinə daxil olmuş, qarajın içərisinə daxil olduqdan sonra orada olan bir ədəd peroparatırı, bir ədəd direli, bir ədəd laqonda və içərisində müxtəlif sayda və ölçüdə olan avtomobil naqilləri saxlanılan qara rəngli idman cantasını götürmüş və qarajın içərisindən tapdıqları bir ədəd boş kisənin içərisinə salmış, Aslan ilə birlikdə nənəsi Məxmərin yaşadığı evə aparmış, onlar oğurluq hadisəsini törətdikdən sonra səhər saatlarında Aslan Gəncə şəhərində yaşayan Totu ləqəbli şəxsin ***-***-**-** mobil telefon nömrəsinə zəng edib oğurladıqları əşyaları gəlib almasını istəmiş, telefon danışığından bir neçə saat keçdikdən sonra «Totu» ləqəbli şəxs ağ rəngli dövlət nömrə nişanını xatırlamadığı VAZ-2106 markalı avtomobili ilə nənəsi Məxmərin yaşadığı evin qarşısına gəlmiş, bundan sonra o, Aslanla oğurladıqları əşyalardan laqonda, peraparator və naqilləri «Totu» ləqəbli şəxsə təqdim etmiş, ümumilikdə 40 manata satmış, həmin 40 manatın 20 manatını Aslan ona vermiş, o, da həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa təxminən 27 fevral 2025-ci il tarixdə yaşadığı evdə olan zaman pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə gəlib əmisi oğlu Aslanı çağırmış, Aslan evin qarşısına çıxdıqda o, Aslana pulunun olmadığını Qazax şəhəri «Ərik bağı» adlanan əraziyə getməklərini, orada boş evlər olduğunu, birlikdə oğurluq etmələrini demiş, Aslan da pulu olmadığı üçün onunla razılaşmış, bu məqsədlə onlar birlikdə nənəsi Məxmərin yaşadığı evdən çıxıb yaşadıqları ərazinin yaxınlığından keçən çayın kənarı ilə hərəkət edərək “Ərik bağı” deyilən əraziyə çatmış, onlar «Ərik Bağı» adlanan ərazidə əvvəl oğurluq edən vaxt yaşayış olmadığnı bildikləri, əvvəl oğurluq etdikləri evə yaxın olan evə gedib oğurluq etmək üçün əvvəlcə evin ətrafına çəkilmiş hasarından evin həyətinə daxil olmuş, bundan sonra isə evin zirzəmisinin pəncərəsində olan dəmir barmaqlığı özləri ilə götürdükləri dəmir parçası ilə yerindən çıxarıb içəri daxil olmuş, bu zaman onlar evin içərisində olan təxminən 20 metr uzunluğunda elektrik naqilini, bir neçə kq mismarı və 7 paçka karopkada olan şrupları götürmüş, özləri ilə gətirdikləri sellofan torbaya yığmış, bundan başqa evdən oğurlaya biləcəkləri heç bir əşya olmadığı üçün evdən çıxıb getmişlər, bundan sonra isə “Ərik bağı” deyilən əraziyə gəldikləri çayın kənarı ilə yaşadıqları ev istiqamətində geri qayıtmışlar, onlar geri qayıdarkən çayın kənarında evdən oğurladıqları elektrik naqillərini yandırmış və əldə olunan misi yenidən sellofan torbaya yığmış, daha sonra isə öz yaşadığıqları məhləyə getmişlər, oğurladıqları əşyaları yenə nənəsi Məxmərin evində saxlamış və səhərisi gün Aslan həmin oğurladıqlarını satıb ona 20 manat pul vermiş, o, da həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 01 mart 2025-ci il tarixdə saat təxminən 01 radələrində o, əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə onların evində spirtli içki olan araq içmiş, bundan sonra yenidən spirtli içki içmək istəmiş, lakin həmin vaxt pulları olmadığı üçün oğurluq etmək qəranına gəlmişlər, bu məqsədlə də onlar yaşayış olmayan ev axtarmış, həmin vaxt Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən boş ev olduğunu görmüş, bu məqsədlə də o, Aslanla evin ətrafına çəkilmiş hasardan evin həyətinə daxil olmuşlar, bundan sonra isə evə daxil olmaq üçün yan tərəfində olan qapıya yaxınlaşmış, lakin həmin qapıda dəmir barmaqlıq olmuş, Asanla o, həmin dəmir barmaqlığı dartıb yerindən çıxarmış, onlar dəmir barmaqlığı çıxartdıqdan sonra plastik qapını açıb evə girmişlər, bundan sonra evi axtarmağa başlamışlar lakin axtardıqları otaqlardan heç bir əşya tapmamışlar, həmin vaxt evin otaqlarından birinin qapısı bağlı vəziyyətdə olmuş, onlar həmin otaqda dəyərli əşyalar olduğunu fikirləşərək qapını sındırmaq qərarına gəlmişlər, sonra Aslan evin həyətinə çıxmış, həyətdən bir dəmir parçası tapıb gətirmiş və həmin dəmir parçası ilə evin qapısının kilidini sındırmışlar, Həmin otaqda da heç bir əşya tapmamışlar, həmin vaxt ona bitişik başqa bir otağın da qapısı bağlı vəziyyətdə olmuş. Aslan həyətdən tapdığı dəmir parçası ilə həmin evin qapısında olan şüşəni sındırmış və sonra onlar qapının kilidini sındırıb otağa girmişlər, onlar həmin otaqdan döşəmənin üzərində olan bir ədəd «Bosch» markalı direl, bir qutunun içərisindən 9 ədəd tort qabı, bir qutunun içərisindən bir ədəd çərəz qabı bir qutunun içərisindən 12 ədəd stəkan tapmış, onlar oğurladıqları həmin əşyaları evdən götürdükləri bir ədəd kisənin içərisinə yığıb evdən çıxmış, sonra oğurladıqları əşyaları Aslan evlərinə aparmış, bir neçə gün sonra Aslan ona həmin əşyaları evlərində istifadə etdiklərini bildirmişdir. Bundan başqa o, 05 mart 2025-ci il tarixdə saat təxminən 23 radələrində Aslan ilə birlikdə nənəsi Məxmərin yaşadığı evə getmiş, həmin vaxt bibisi Rəksanənin əri olan, Ağcabədi rayonunda yaşayan 10 günlük Qazax rayonuna qonaq gəlmiş Təqsirləndirilən şəxs3 onlarda olmuş, onlar evdə oturan vaxt söhbət əsnasında belə qərara gəlmişlər ki, oğurluq etsinlər, bu məqsədlə də onlar Rövşənin evində yaşayış olmadığı üçün həmin evə girmək qərarına gəlmişlər, bundan sonra Məxmərin yaşadığı evdən çıxıb Rövşənin Qazax şəhəri, Ə.Seyidov küçəsində yerləşən evinin yanına getmişlər, onlar evin yanına çatdıqdan sonra ətrafda adam olubolmamasına baxmışlar, ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra evin sağ tərəfində yerləşən məhlə istiqamətində olan hasarından atlanaraq evin həyətinə daxil olmuşlar, bundan sonra isə həyətdən evə bitişik olan qaraja daxil olmuşlar, onlar qaraja daxil olduqda evin qaraj tərəfə pəncərələrinin olduğunu görmüşlər, lakin pəncərələrin qarşısına mismarla taxta vurulmuş, onlar həmin pəncərələrdən birinin qarşısına vurulmuş taxtanı söküb yerə qoymuş, bundan sonra onlar pəncərədən evə daxil olmuşlar, həmin otaq təmirsiz vəziyyətdə olmuş, otağa daxil olduqdan sonra Aslan mobil telefonunun fənərini yandırmış, onlar evin digər otağına daxil olmaq istədikdə qapının bağlı olduğunu görmüşlər, Niftalı təmirsiz vəziyyətdə olan otaqdan bir ədəd kəlbətin tapmış və qapıya yaxınlaşmış, qapının üzərində olan şüşələrdən birinin arxasındakı mismarları çıxartmış, sonra isə şüşəni götürmüş, qapının arxa tərəfinə divara söykənilmiş vəziyyətdə yerə qoymuş, bundan sonra isə şüşənin çıxardığı yerdən əlini keçirmiş, qapının kilidinin üzərində olan açarla qapını açmış və onlar otağa girmiş və otağı axtarmışlar, lakin, həmin otaqdan heç bir şey tapmamışlar, bundan sonra onlar evin digər otağına daxil olmaq istəmişlər, həmin otağın da qapısı bağlı olmuş, Niftalı dirsəyi ilə qapının üzərində olan şüşələrdən birini sındırmış, əlini qapının içəri tərəfinə salıb kiidin üzərində açar olubolmamasını yoxlamış, lakin, kilidin üzərində açar olmamış, Aslan Niftalıdan əvvəlki qapını açmaq üçün istifadə etdiyi kəlbətini istəmiş və qapını sındıracağını bildirmiş, Niftalı kəlbətini Aslana vermiş, bundan sonra Aslan kəlbətinlə qapının kilidinə zərbələr vurmuş, lakin, qapını aça bilməmiş, buna görə də Niftalı ilə qapını təpikləyərək qapının kilidini sındırmışlar və qapını açaraq otağa daxil olmuşlar, onlar mobil telefonun fənərinin işığı ilə otağı axtarmağa başlamışlar, onlar otaqda olan üzərinə döşəklər yığılmış yataq dəstinin üzərində olan döşəkləri qaldıraraq döşəklərin arasını axtarmışlar, o, həmin otaqdan 02 ədəd parça materialından olan yük yığmaq üçün nəzərdə tutulmuş çanta tapıb götürmüş, bundan başqa onlar həmin otaqdan heç bir şey tapa bilməmişlər, buna görə də geri qayıdaraq təmirsiz vəziyyətdə olan otağı axtarmışlar, həmin otaqda olan bankalar yığılmış tərəcənin üzərində 02 ədəd tutumu 02 litr olan aliminum qazanlar olduğunu görmüşlər və qazanları götürmək qərarına gəlmişlər, Aslan həmin qazanları özləri ilə gətirdikləri kisənin içərisinə qoymuş, daha sonra həmin otağı axtardıqda otaqda yerdə olan taxta yeşiyin içərisindən 03 ədəd latun materialından olan krant başlıqları olduğunu görmüşlər və Aslan həmin krant başlıqlarını da götürüb qazanları yığdığı kisənin içərisinə qoymuş, onlar otağı axtaran zaman otaqdan 01 ədəd dəmir saj da tapmışlar və həmin sajı da özləri ilə götürmüşlər, bundan sonra evdən çıxmışlar və evdən götürdükləri əşyaları da özləri ilə götürmüşlər, onlar evə daxil olduqları pəncərədən də çölə çıxmış və evin həyətinə girdikləri yerdən hasara çıxaraq küçəyə düşmüşlər və birlikdə nənəsi Məxmərin evinə getmişlər. Aslan və o, Niftalıya götürdükləri əşyaları satarkən əldə etdikləri puldan ona da verəcəklərini bildirmişlər, onlar nənəsi Məxmərin evinə çatdıqdan sonra Aslan və Niftalı içərisində oğurladıqları əşyalar olan kisəni nənəsi Məxmərin evində saxlamışlar, o, isə öz yaşadığı evə getmiş, 02 gün sonra Niftalı ona gətirib 40 manat pul vermiş və həmin pulun oğurladıqları əşyaların satışından əldə olunan puldan olduğunu bildirmiş, o, isə həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa təxminən 08 mart 2025-ci il tarixdə gecə saat 02 radələrində Aslan və Niftalı ilə nənəsi Məxmərin evində olan zaman yaxınlıqda yaşayan Anarın evində heç kəsin olmadığını bildikləri üçün, həmin evdən oğurluq etmək qərarına gəlmişlər, bundan sonra onlar oğurluq etmək üçün Anarın evinə getmişlər, onlar həmin evə çatdıqdan sonra evə bitişik yarım tikili vəziyyətdə olan tikilinin pəncərəsi olmayan pəncərə yerindən atlanaraq evin arxa tərəfinə baxçasına keçmiş, onlar ordan da evin həyətinə keçmiş və evin zirzəmisinə girmək üçün zirzəminin pəncərəsinə yaxınlaşmışlar, həmin vaxt pəncərə bağlı vəziyyətdə olmuş, o, evin həyətində olan hamama daxil olmuş, hamamdan bir ədəd vint açan tapmış, zirzəminin pəncərəsinə yaxınlaşmış və vint açan ilə zirzəminin pəncərəsini açmış, onlar evin zirzəmisinə daxil olmuşlar, onlar zirzəmiyə daxil olduqdan sonra zirzəmidən bir ədəd kisə tapmışlar, onlar zirzəmidə olan təxminən 20 ədəd üzərində latun krantlar olan kiçik ölçülü dəmir boruları, zirzəmidə olan köhnə soyuducunun üzərində olan motoru çıxarmış və 1 ədəd samovarı götürüb həmin kisənin içərisinə yığmışlar, Bundan sonra zirzəmidən bir ədəd böyük ölçülü parça tapmış və zirzəmidə olan təxminən 7-8 ədəd alliminium qazanları həmin parçanın üzərinə yığıb parçanı bağlamışlar, bundan sonra isə zirzəmidən həyətə çıxmışlar, onlar həyətdə olan pəncərədən evin ikinci mərtəbəsinə qalxmışlar, həmin plastik pəncərəni o, vintaçarla açmış, sonra hər üçü evi axtarmağa başlamışlar, həmin vaxt pəncərədən girdikləri otaqda bir ədəd toz soran olduğunu görüb onu götürmüşlər, bundan sonra evin digər otağına girmişlər və həmin otaqdan da sandıq formasında olan taxtın içərisinə baxdıqda Aslan orada bir ədəd ov tüfəngi olduğunu görmüş, Aslan həmin ov tüfəngini götürüb benlinə asmış, bundan sonra onlar evdən çıxmışlar, daha sonra isə oğurladıqları əşyaları götürüb evdən çıxmışlar və nənəsi Məxmərin evinə gedərək oğurladıqları əşyaları orada saxlamışlar, səhəri gün, Niftalı ona oğurladıqları əşyaları satdığını bildirərək 30 manat pul vermiş, o, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa təxminən 09 mart 2025-ci il tarixdə o, yenə Aslanla görüşmüş və oğurluq etmək barədə razılaşmışlar, bundan sonra əvvəllər müşahidə etdiyi Qazax şəhəri Bakı küçəsində yerləşən yarımtikili yaşayış olmayan evdən oğurluq etmək qərarına gəlmiş, həmin gün səhərə yaxın qeyd olunan evə dəmir torla əhatə olunan hissəsindən keçməklə həmin evin bağ sahəsinə daxil olmuşlar, onlar evin həyətyanı sahəsinə daxil olduqdan sonra evin zirzəmisinin qapısının açıq olduğunu görmüş və ora daxil olmaq qərarına gəlmiş, daxil olduqdan sonra zirzəmidə olan 01 ədəd 40 litr həcmli alimuinium biton, 01 ədəd 20 litr həcmli alimuinium biton götürmüş, bundan sonra evin həyətində olan yardımçı tikiliyə girib oradan 01 ədəd Mersedes markalı avtobusa məxsus radiator resor və 01 ədəd yağla işləyən istilik radiatorunu götürüb Aslanla bir yerdə evin bağ sahəsinə dəmir torların yaxınında yerə qoymuşlar, daha sonra təkrar yaşayış evinə qayıdıb evin içərisinə baxış keçirtmək qərarına gəlmiş, baxış keçirən zaman evin giriş qapısının açıq olduğunu görüb daxil olmaq qərarına gəlmiş, evin qonaq otağına daxil olduqda döşəmənin üzərində 01 ədəd mis səhəngin olduğunu görüb götürmüş, daha sonra qeyd olunan əşyaları əvvəlcədən evin zirzəmisindən götürdüyü kisəyə yığmış, piyada yenə dəmir torun üzərindən aşmaq yolu ilə piyada şəkildə nənəsi Məxmərin yaşadığı evə aparıb həyətdə saxlamışlar, qeyd olunan əşyaları bir gün saxladıqdan sonra Gəncə şəhərindən gələn metal alqı-satqısı ilə məşğul olan tanımadığı şəxslərə nənəsi Məxmərin evinin qarşısında, ümumilikdə, 40 manata satmış, həmin pulla öz maddi ehtiyaclarını qarşılamışdır. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X17 əmisi oğludur, Təqsirləndirilən şəxs3 Beybudalı oğlu isə bibisi Əskinasın həyat yoldaşıdır, Niftalı təxminən 2025-ci ilin fevral ayının əvvəllərindən nənəsi Məxmərin evinə qonaq gəlmiş, 16 fevral 2025-ci il tarixdə Firdovsi ilə nənəsi Məxmərin evində olan zaman “Ərik bağı” deyilən ərazidə yerləşən yeni tikilmiş yaşayış olmayan evlərdən oğurluq etmək barədə qərara gəlmişlər, bu məqsədlə nənəsi Məxmərin yaşadığı evdən çıxıb yaşadıqları ərazinin yaxınlığından keçən çayın kənarı ilə hərəkət edərək “Ərik bağı” deyilən əraziyə çatmışlar, bundan sonra “Ərik bağı” deyilən ərazidə gəzib oğurluq etmək üçün sahibsiz ev axtarmışlar, həmin vaxt ətrafına hasar çəkilməmiş bir ev müəyyən etmişlər, həmin evin ətrafına baxan vaxt evin yan tərəfindən zirzəmisinə açılan bir pəncərə olduğunu və həmin pəncərəyə isə armaturdan düzəldilmiş dəmir barmaqlıq qoyulduğunu görmüşlər, bundan sonra evin qabaq tərəfinə keçərək evin eyvandakı pənrəcəsindən baxdıqda evdə yeni çəkilmiş naqillər olduğuun görmüşlər, bundan sonra 16 fevral 2025-ci il tarixdə saat təxminən 03 radələrində evin yan tərəfində zirzəmisinə qoyulmuş pəncərənin üzərində olan armaturdan düzəldilmiş dəmir barmaqşlıqları Firdovsi ilə bir yerdə çəkib çıxartmışlar, sonra isə əvvəlcə Firdovsi arxasınca isə o zirzəmiyə daxil olmuşlar, onlar evin zirzəmisində oğurluq üçün heç bir əşya olmadığını gördükdən sonra evin zirzəmisi ilə birinci mərtəbəsi arasında olan yerə qoyulmuş taxtaların arasından zirzəmidən evin birinci mərtəbəsinə keçmişlər və divarlarda olan naqilləri sökərək özləri ilə gətirdikləri sellofan tobaya yığmışlar, həmin vaxt taxtaların arasında bir qutuda işlənməmiş elektrik naqili olan top görmüşlər və həmin işlənməmiş elektrik naqilini də özləri ilə gətirdikləri sellofanın içərisinə qoymuşlar, bundan sonra isə “Ərik bağı” deyilən əraziyə gəldikləri çayın kənarı ilə yaşadıqları ev istiqamətində geri qayıtmışlar, geri qayıdarkən çayın kənarında evdən oğurladıqları elektrik naqillərini yandırmış və əldə olunan misi yenidən sellofan torbaya yığmışlar, daha sonra isə öz yaşadıqları küçəyə getmişlər, küçədə Firdovsi ilə sağollaşıb öz evə getmiş, evdən oğurladıqları əşyaları isə özü ilə yaşadığı evə aparmış, səhəri gün həmin naqilləri Gəncə şəhərindən maşınla metal almaq üçün Qazax şəhərinə gələn «Totu» ləqəbli şəxsə 100 manata satmış, həmin 100 manat pulun 50 manatını Firdovsiyə vermiş, özünə qalan 50 manatı ilə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa təxminən 19 fevral 2025-ci il tarixdə axşam saatlarında Firdovsi ilə nənəsi Məxmərin evində olan zaman yenə gedib “Ərik bağı” deyilən ərazidə yerləşən yeni tikilmiş yaşayış olmayan evlərdən oğurluq etmək barədə qərara gəlmişlər, bu məqsədlə Firjovsi ilə birlikdə nənəsi Məxmərin yaşadığı evdən çıxıb yaşadıqları ərazinin yaxınlığından keçən çayın kənarı ilə hərəkət edərək “Ərik bağı” deyilən əraziyə getmişlər, bundan sonra “Ərik bağı” deyilən ərazidə gəzib oğurluq etmək üçün ev axtarmışlar və həmin vaxt yəni 20 fevral 2025-ci il tarixdə saat təxminən 02 radələrində yeni tikili olan iki mərtəbəli evlərdən biri onların diqqətini cəlb etmiş, ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra həmin evin bağ sahəsinə çəkilmiş daş hasara çıxaraq oradan evin bağ sahəsinə keçmişlər, bundan sonra isə həmin evin bağ sahəsi istiqamətində olan qarşısında armaturdan hazırlanmış dəmir barmaqlıqlar olan pəncərəsinə yaxınlaşmışlar və hər ikisi barmaqlıqdan tutub çəkərək barmaqlığı çəkib yerindən çıxardıb yerə atmışlar, sonra isə o plastik materialdan olan pəncərəni əli ilə bir neçə dəfə itələyərək açmış, o, pəncərəni açdıqdan sonra birinci Firdovsi pəncərədən evə daxil olmuş, o da Firdovsinin arxasınca həmin pəncərədən evə daxil olmuş, evə daxil olduqdan sonra evin birinci mərtəbəsinin divarına bərkidilmiş elektrik naqillərini əlləri ilə çəkib qopartmışlar, evin birinci mərtəbəsində olan naqilləri yerindən qopardıqdan sonra o evdən özü ilə götürdüyü sellofan torbanı cibindən çıxardaraq evdən sökdükləri elektrik naqillərini həmin torbanın içərisinə yığmışlar, bundan sonra isə evdən çıxmaq qərarına gəlmişlər və əvvəlcə o evə daxil olduğu pəncərədən çölə çıxmış, Firdovsi isə içərisinə evdən sökdükləri elektrik naqillərini yığdıqları sellofan torbanı ona vermiş, sonra isə həmin pəncərədən çölə çıxmış, evin qarşısına keçdikdə o evin qarşısında divara bərkidilmiş elektrik naqillərinin və 01 ədəd elektrik yuvasının, 01 ədəd vklyuçatelin olduğunu görüb Firdovsini çağırmış, sonra Firdovsi ilə birlikdə həmin elektrik naqillərini və 01 ədəd elektrik yuvası ilə 01 ədəd vklyuçateli çəkib yerindən qopardaraq elektrik naqillərini yığdıqları sellofan torbanın içərisinə qoymuşlar, bundan sonra isə o evdən götürdükləri elektrik naqillərini və 01 ədəd elektrik yuvası ilə 01 ədəd vklyuçateli yığdıqları sellofan torbanı götürmüş və evin bağ sahəsinə keçərək evin həyətinə keçdikləri divardan aşaraq küçəyə düşmüşlər, sonra “Ərik bağı” deyilən əraziyə gəldikləri çayın kənarı ilə yaşadıqları ev istiqamətində qayıtmışlar, geri qayıdarkən çayın kənarında evdən oğurladıqları elektrik naqillərini yandırmışlar və əldə olunan misi yenidən sellofan torbaya yığmışlar, daha sonra isə öz yaşadıqları küçəyə getmişlər, yaşadıqları küçəyə çatdıqdan sonra hərəsi öz evlərinə getmiş, həmin evdən oğurladıqları əşyaları isə o evə aparmış, səhəri gün o həmin misləri Gəncə şəhərindən metal almaq üçün gələn Totu ləqəbli şəxsin mobil telefonuna zəng vuraraq dəvət etmiş, Totu hər gün Qazax şəhəri ərazisində metal qəbulu ilə məşqul olur, o həmin oğurladığı misi Totu ləqəbli şəxsə 50 manata satmış və həmin pulun 25 (iyirmi beş) manatını Firdovsiyə vermiş, 25 manatını isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa təxminən 22 fevral 2025-ci il tarixdə gecə saat 2 radələrində Qazax şəhəri Qaçaq Kərəm küçəsində yerləşən yaşadıqları evin qarşısında əmisi oğlu Firdovsi ilə birlikdə olan zaman «Ərik Bağı» adlanan ərazidə boş evlər olduğunu və həmin evlərdə əlvan metallar ola biləcəyini deyib oğurluq etmək qərarına gəlmişlər, bundan sonra Firdovsi ilə birlikdə ərik bağı adlanan əraziyə piyada şəkildə çay qırağı ilə getmişlər və həmin ərazidə oğurluq etmək üçün sahibsiz yəni yaşayış olmayan ev axtarmışlar, həmin vaxt yaşayış olmayan və giriş darvazası olmayan ev görmüşlər, Firdovsi ona həmin evdən oğurluq etməyi təklif etmişlər, onlar birlikdə həmin həyətinə daxil olmuşlar, evin həyətinə daxil olduqdan sonra pəncərədən evə girmişlər, Firdovsi ona evin divarında olan mis elektrik naqilini kəsib götürməyi bildirmiş, o, həmin naqilləri divardan çəkib qopartmış, bundan sonra evin həyətinə baxdıqda həyətdən 5 metr uzunluğunda dəmir su borusunun və təxminən hissə-hissə olmaqla 40 metrə yaxın armaturun olduğunu görüb götürmüşlər, bundan sonra yenə çay qırağı adlanan ərazi ilə Qazax şəhəri Qaçaq Kərəm küçəsində yerləşən nənəsi Məxmərin evinə getmişlər, oğurladıqları əşyaları da nənəsi Məxmərin evinə aparmışlar, oğurladıqları əşyalar bir gün evin həyətində qaldıqdan sonra oğurladıqları elektrik naqilini yandırıb içərisində olan misi, 40 metrə yaxın armaturu və 5 metr uzunluğunda olan dəmir su borusunu Gəncə şəhərindən metal almaq üçün gələn Totu ləqəbli şəxsə 60 manata satmış, həmin pulun 30 manatını Firdovsiyə vermiş, 30 manatını isə özü xərcləmişdir. Bundan başqa təxminən 25 fevral 2025-ci il tarixdə gecə saat 00:10 radələrində evdə olan vaxt Firdovsi onu evin qarşısına çağırmış, o, Firdovsinin yanına getdikdə Firdovsi ona Qazax şəhəri, Hüseyn Arif küçəsində binanın qarşısında olan qarajlardan oğurluq etməyi təklif etmiş, sonra hər ikisi birlikdə piyada qeyd olunan əraziyə getmişlər, həmin ərazidə olan qarajlardan birinin qarşısına yaxınlaşdıqda Firdovsi özü ilə gətirdiyi dəmir parçası ilə qarajın qapısının üzərində olan qıfılı sındırmış, bundan sonra isə birlikdə qaraja girmişlər, qarajın içərisinə daxil olduqdan sonra orada olan bir ədəd peroparatırı, bir ədəd direli, bir ədəd laqonda və içərisində müxtəlif sayda və ölçüdə olan avtomobil naqaqilləri saxlanılan qara rəngli «Adidas» idman cantasını götürərək qarajın içərisindən tapdıqları bir ədəd boş kisənin içərisinə salıb nənəsi Məxmərin yaşadığı evə aparmışlar, oğurluq hadisəsini törətdikdən sonra səhər saatlarında Gəncə şəhərində yaşayan Totu ləqəbli şəxsin ***-***-**-** mobil telefon nömrəsinə zəng edib oğurladıqları əşyaları gəlib almasını demiş, telefon danışığından bir neçə saat keçdikdən sonra Totu ləqəbli şəxs ağ rəngli dövlət nömrə nişanını xatırlamadığı VAZ-2106 markalı avtomobili ilə nənəsi Məxmərin yaşadığı evin qarşısına gəlmiş və oğurladığı əşyalardan laqonda, peraparator və naqilləri Totu ləqəbli şəxsə satmışlar, həmin əşyaları satan vaxt Totuya işləmədiyini, xarab olduğunu demiş, Totu buna görə bizə 40 manat pul vermiş, həmin 40 manat pulun 20 manatını Firdovsiyə vermiş, 20 manatını isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa təxminən 27 fevral 2025-ci il tarixdə yaşadığı evdə olan vaxt Firdovsi onu küçəyə çağırmış, o küçədə olan vaxt Firdovsi ona Qazax şəhəri «Ərik bağı» adlanan ərazidə olan boş evlərdən oğurluq etmələrini təklif etmiş, o da pulu olmadığı üçün razılaşmış, bu məqsədlə birlikdə nənəsi Məxmərin yaşadığı evdən çıxıb ərazinin yaxınlığından keçən çayın kənarı ilə hərəkət edərək “Ərik bağı” deyilən əraziyə getmişlər, «Ərik Bağı» adlanan ərazidə əvvəl oğurluq edən vaxt yaşayış olmadığnı bildikləri əvvəl oğurluq etdikləri evə yaxın olan evdən oğurluq etmək üçün əvvəlcə evin ətrafına çəkilmiş hasardan evin həyətinə daxil olmuşlar, bundan sonra isə evin zirzəmisinin pəncərəsində olan dəmir barmaqlığı özləri ilə götürdükləri dəmir parçası ilə yerindən çıxardıb içəri daxil olmuşlar, həmin vaxt evin içərisində olan təxminən 20 metr uzunluğunda elektrik naqilini, bir neçə kq mismarı və 7 paçka karopkada olan şrupları götürüb özləri ilə gətirdikləri sellofan torbaya yığmışlar, bundan başqa evdə oğurlaya biləcəkdəri heç bir əşya olmadığı üçün evdən çıxmışlar, sonra isə “Ərik bağı” deyilən əraziyə gəldikləri yolla- çayın kənarı ilə yaşadıqları ev istiqamətində geri qayıtmışlar, geri qayıdarkən çayın kənarında evdən oğurladıqları elektrik naqillərini yandırıb əldə olunan misi yenidən sellofan torbaya yığmışlar, daha sonra isə öz yaşadıqları küçəyə getmişlər, həmin oğurladıqları əşyaları yenə nənəsi Məxmərin evində saxlamış və səhəri gün o oğurladıqları mismarları və misi Gəncə şəhərindən metal almaq üçün Qazax rayonuna gələn Totu ləqəbli şəxsə 40 manata satmış, həmin pulun 20 manatını Firdovsiyə vermiş, 20 manatını isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa təxminən 01 mart 2025-ci il tarixdə axşam saatlarında əmisi oğlu Firdovsi Əliyev onlara gəlmiş, ikisi bir yerdə oturub yemək yeyərək spitli içki qəbul etmişlər, 02 mart 2025-ci il tarixdə saat 04 radələrində Firdovsi ona oğurluq etməyi təklif etmiş, o da Firdovsi ilə razılaşmış və birlikdə Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə piyada hərəkət edən vaxt bir evdə işıqların yanmadığını görmüşlər, həmin evdə yaşayış olmadığını bildikləri üçün evə oğurluğa girmək qərarına gəlmişlər, bu məqsədlə həmin evin hasarından həyətə düşmüşlər, evin qapısına yaxınlaşdıqda qapının dəmir barmaqlıqla bağlandığını görmüşlər, bundan sonra Firdovsi əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə evin qapısında olan kilidi çıxartmış, sonra evin dəhlizinə daxil olmuşlar, evin dəhlizinə girdikdən sonra plastik qapı olduğunu görmüşlər, həmin plastik qapını açıb əvvəlcə evin mətbəxinə oradan da qonaq otağına daxil olmuşlar, qonaq otağında iki yataq otağına gedən qapılar olduğunu görmüş, həmin qapılar bağlı olduğu üçün əvvəlcə özləri ilə götürdükləri dəmir parçası ilə yataq otağının birinin qapısını sındırıb otağa daxil olmuşlar, lakin həmin yataq otağını gəzsələr də heç bir dəyərli apara biləcəkləri əşya tapa bilməmişlər, bundan sonra digər yataq otağına girmək qərarına gəlmişlər, həmin yataq otağının da qapısının üzərində xrustal şüşə olduğundan o əlindəki dəmir parçası ilə həmin qapının şüşəsini sındıraraq otağa daxil olmuşlar, həmin otaqda boş olmuş, lakin həmin otağa bitişik digər qapının açıq olduğunu görüb otağa girmişlər, həmin otaqda yerdə döşəmənin üzərində bir ədəd göy-yaşıl rəngli, uc hissəsi qara rəngli direli, qutunun üzərində «Arcovan» yazılmış tor qabı, qutusunun üzərində «7.5 Fruit» yazılmış «Bowl» markalı çərəz qabı, qutusu ağ və narıncı rəngdə olan stəkan dəsti olduğunu görüb götürmüşlər, həmin oğurladıqları əşyaları özləri ilə gətirdikləri kisənin içərisinə qoyub evdən çıxmışlar, oğurladıqları əşyaları nənəsi Məxmərin evinə aparıb saxlamışlar, bir neçə gün sonra Firdovsiyə həmin əşyaları evdə istifadə etdiyini bildirmişdir. Bundan başqa 05 mart 2025-ci il tarixdə saat təxminən 23 radələrində Firdovsi ilə birlikdə nənəsi Məxmərin yaşadığı evə getmişlər, həmin vaxt Ağcabədi rayonunda yaşayan bibisi Rəksanənin əri Təqsirləndirilən şəxs3 Qazax rayonuna qonaq gəldiyi üçün onlarda olmuş, evdə oturan vaxt söhbət əsnasında oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə də Rövşənin evində yaşayış olmadığı üçün həmin evə girməyə razılaşmışlar, bundan sonra Məxmərin yaşadığı evdən çıxıb Rövşənin Qazax şəhəri, Ə.Seyidov küçəsində yerləşən evinin yanına getmişlər, evin yanına çatdıqdan sonra ətrafda adam olub-olmamasına baxmışlar, ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra evin sağ tərəfində yerləşən məhlə istiqamətində olan hasarından atlanaraq evin həyətinə daxil olmuşlar, bundan sonra isə həyətdən evə bitişik olan qaraja girmiş, qaraja daxil olduqda evin qaraj tərəfə pəncərələrinin olduğunu görmüşlər, lakin pəncərələrin qarşısına mismarla taxta vurulmuş, onlar həmin pəncərələrdən birinin qarşısına vurulmuş taxtanı söküb yerə qoymuşlar, bundan sonra pəncərədən evə daxil olmuşlar, daxil olduqları otaq təmirsiz vəziyyətdə olmuş, otağa daxil olduqdan sonra o mobil telefonunun fənərini yandırmış, evin digər otağına daxil olmaq istədikdə qapının bağlı olduğunu görmüşlər, Niftalı təmirsiz vəziyyətdə olan otaqdan bir ədəd kəlbətin tapıb qapıya yaxınlaşaraq qapının üzərində olan şüşələrdən birinin arxasındakı mismarları çıxartmış, sonra isə şüşəni götürüb qapının arxa tərəfinə divara söykənilmiş vəziyyətdə yerə qoymüş, bundan sonra isə şüşəni çıxardığı yerdən əlini keçirib qapının kilidinin üzərində olan açarla qapını açmış və otağa girmişlər, otağa girib otağı axtardıqda heç bir şey tapmamışlar, bundan sonra evin digər otağına daxil olmaq istədikdə həmin otağın da qapısı bağlı olmuş, Niftalı dirsəyi ilə qapının üzərində olan şüşələrdən birini sındıraraq əlini qapının içəri tərəfinə salıb kilidin üzərində açar olub-olmamasını yoxlamış, lakin, kilidin üzərində açar olmamış, o Niftalıdan əvvəlki qapını açmaq üçün istifadə etdiyi kəlbətini alaraq qapının kilidinə zərbələr vurmuş, lakin, qapını aça bilməmiş, buna görə də Niftalı ilə Firdovsi qapını təpikləyərək qapının kilidini sındırmışlar, qapını açdıqdan sonra otağa daxil olub mobil telefonun fənərinin işığı ilə otağı axtarmağa başlamışlar, Niftalı otaqda olan üzərinə döşəklər yığılmış yataq dəstinin üzərində olan döşəkləri qaldıraraq döşəklərin arasını axtarmış, Firdovsi həmin otaqdan 02 ədəd parça materialından olan yük yığmaq üçün nəzərdə tutulmuş çanta tapıb götürmüş, bundan başqa həmin otaqdan heç bir şey tapa bilməmişlər, buna görə də geri qayıdaraq təmirsiz vəziyyətdə olan otağı axtarmışlar, həmin otaqda olan bankalar yığılmış tərəcənin üzərində 02 ədəd tutumu 02 litr olan aliminum qazanları götürərək ordan tapdığı kisənin içərisinə qoymuş, daha sonra həmin otağı axtardıqda otaqda yerdə olan taxta yeşiyin içərisindən 03 ədəd latun materialından olan krant başlıqlarını da götürüb qazanları yığdığı kisənin içərisinə qoymuş, otağı axtaran zaman otaqdan 01 ədəd dəmir saj da tapmışlar və həmin sajı da özləri ilə götürmüşlər. Bundan sonra əşyalarla birlikdə evə daxil olduqları pəncərədən də çölə çıxıb nənəsi Məxmərin evinə getmişlər, nənəsi Məxmərin evinə çatdıqdan sonra Niftalı ilə o içərisində oğurladıqları əşyalar olan kisəni nənəsi Məxmərin evində saxlamışlar, Firdovsi ilə öz yaşadığı evə getmiş, səhəri gün Niftalı həmin əşyaları satmış və ona həmin əşyaların dəyərinin 10 manat olduğunu deyərək 3 manat pul vermiş, o isə həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa təxminən 08 mart 2025-ci il tarixdə gecə saat 02 radələrində Firdovsi və Niftalı ilə nənəsi Məxmərin evində olan zaman yaxınlıqda yaşayan Anarın evində heç kəsin olmadığını bildikləri üçün həmin evdən oğurluq etmək qərarına gəlmişlər, bundan sonra oğurluq etmək üçün Anarın evinə getmişlər, həmin evə çatdıqdan sonra evə bitişik yarım tikili vəziyyətdə olan tikilinin pəncərəsi olmayan pəncərə yerindən atlanaraq evin arxa tərəfinə baxçasına keçmişlər, burdan da evin həyətinə keçmişlər və evin zirzəmisinə girmək üçün zirzəminin pəncərəsinə yaxınlaşmışlar, həmin vaxt pəncərə bağlı olmuş, Firdovsi evin həyətində olan hamama daxil olaraq hamamdan bir ədəd vint açan tapıb zirzəminin pəncərəsinı açmış və onlar evin zirzəmisinə daxil olmuşlar, zirzəmiyə daxil olduqdan sonra zirzəmidən bir ədəd kisə taparaq zirzəmidə olan təxminən 20 ədəd üzərində latun krantlar olan kiçik ölçülü dəmir boruları, köhnə soyuducunun üzərində olan motoru və 1 ədəd samovarı götürüb həmin kisənin içərisinə yığmışlar, bundan sonra zirzəmidən bir ədəd böyük ölçülü parça taparaq təxminən 7-8 ədəd allimunium qazanları həmin parçanın üzərinə yığıb parçanı bağlayaraq zirzəmidən həyətə çıxmışlar, həyətdə evin ikinci mərtəbəsində olan pəncərəni vintaçanla açmış və evin ikinci mərtəbəsinə qalxmışlar, sonra hər üçü evi axtarmağa başlamış, həmin vaxt pəncərədən girdikləri otaqda bir ədəd toz soran olduğunu görüb onu götürmüşlər, sonra evin digər otağına girmiş və həmin otaqdan da sandıq formasında olan taxtın içərisinə baxdıqda orada bir ədəd ov tüfəngi olduğunu görüb həmin ov tüfəngini götürüb belinə asmış, bundan sonra evdən çıxmışlar, daha sonra isə oğurladıqları əşyaları götürüb həmin evdən çıxmış və nənəsi Məxmərin evinə gedərək oğurladıqları əşyaları orada saxlamışlar, o ov tüfəngini həyətimizdə olan heç kimin qalmadığı yardımçı otaqda gizlətmiş, səhəri gün evdən oğurladıqları dəmirləri Niftalı ilə bir yerdə Qazax şəhərində metal qəbulu ilə məşqul olan Ələddin adlı şəxsə 120 manata satdıq, həmin pulun 40 manatı Niftalıya çatmış, 30 manatını Firdovsiyə vermiş, 50 manatını isə özü xərcləmişdir. Bundan başqa təxminən 09 mart 2025-ci il tarixdə yenə Firdovsi ilə görüşərək oğurluq etmək barədə razılaşmışlar, Firdovsi ona Qazax şəhəri Bakı küçəsində yerləşən yarımtikili evdə yaşayış olmadığını deyərək həmin evə oğurluğa girməyi bildirmiş, onlar həmin gün gecə saat 05 radələrində evin dəmir torla əhat olunan hissəsindən keçməklə həmin evin bağ sahəsinə daxil olmuş, evin həyətyanı sahəsinə daxil olduqdan sonra evin zirzəmisinin qapısının açıq olduğunu görərək zirzəmiyə daxil olub zirzəmidə olan 01 ədəd 40 litr həcmli alimunium biton, 01 ədəd 20 litr həcmli alimunium biton götürmüşlər, bundan sonra evin həyətində olan yardımçı tikiliyə girib oradan 01 ədəd Mersedes markalı avtobusa məxsus radiator resor və 01 ədəd yağla işləyən istilik radiatorunu götürüb Firdovsi ilə bir yerdə evin bağ sahəsinə dəmir torların yaxınlığında yerə qoymuşlar, daha sonra təkrar yaşayış evinə qayıdıb evin içərisinə baxış keçirtmək qərarına gəlmişlər, baxış keçirən zaman evin giriş qapısının açıq olduğunu görüb daxil olmaq qərarına gəlmişlər, evin qonaq otağına daxil olduqda döşəmənin üzərində 01 ədəd mis səhəngin olduğunu görüb götürmüş, daha sonra qeyd olunan əşyaları əvvəlcədən özümüzlə götürdükləri kisəya yığaraq yenə dəmir torun üzərindən aşmaq yolu ilə piyada şəkildə nənəsi Məxmərin yaşadığı evə aparıb həyətdə saxlamışlar, qeyd olunan əşyaları bir gün saxladıqdan sonra səhəri gün Gəncə şəhərindən gələn metal alqı-satqısı ilə məşğul olan «Totu» kimi çağrılan şəxsə 80 manata satmış və həmin puldan 40 manat Firdovsiyə vermiş, 40 manatıda öz maddi ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 12 fevral 2025-ci il tarixdə Qazax şəhərinə qonaq gəlmiş, Qazax şəhərində qaynanası Məxmərin Qazax şəhəri, Təzə məhlələr adlanan evində qalmış, X17 və Təqsirləndirilən şəxs1 onun qohumlarıdır, onun Firdovsi Əliyev və Təqsirləndirilən şəxs1 ilə yaxın münasibətləri olmuş, təxminən 05 mart 2025-ci il tarixdə evə olan vaxt Firdovsi Əliyev və Aslan onun yanına gələrək bir ev olduğunu, həmin evdən oğurluq etməyə getməyi təklif etmiş, o da onlarla bir yerdə evdən çıxıb getmiş, onlarla bir yerdə sonradan bildiyi Rövşənin evinin qabağına gəlmişlər, həmin vaxt Aslan evin Rövşənin evi olduğunu bildirmiş, Firdovsi isə ona heç bir problem olmadığını demiş, bundan sonra bir yerdə həmin evin hasarından keçərək həyətə daxil olmuşlar, sonra evin yan tərəfində olan evin pəncərəsini Firdovsi açmış və onlar evə daxil olmuşlar, həmin vaxt o evin bir otağında gözləmiş, Firdovsi və Aslan evin otaqlarını gəzmişlər, sonra onlar əllərində bir ədəd əl çantası ilə onun yanına gəlmişlər, bir yerdə evdən çıxıb qaynanası Məxmərin evinə qayıtmışlar, evdən oğurlanmış əşyaları isə Firdovsi və Aslan aparmış, ona oğurlanan əşyalardan heç bir şey verməmişlər. Bundan başqa 08 mart 2025-ci il tarixdə saat təxminən 02 radələrində yenə evdə olan vaxt Firdovsi Əliyev və Təqsirləndirilən şəxs1 qaynanası Məxmərin evinə gələrək ona bir ev olduğunu və həmin evdən oğurluq etmək lazım olduğunu demişlər, o da onlarla razılaşaraq bir yerdə evdən çıxmışlar, 08 mart 2025ci il tarixdə saat təxminən 02 radələrində bir evin qabağına gəlmişlər, həmin vaxt Firdovsi evin Anar adlı şəxsin evi olduğunu və evdə heç kim olmadığını bildirmiş, bundan sonra hər üçü bir yerdə hasardan evin həyətinə daxil olmuşlar, sonra evin qapısı bağlı olduğu üçün evin hamamından tapdıqları kəlbətin ilə pəncərəni açmışlar, o zirzəminin pəncərəsini açdıqdan sonra Aslan, Firdovsi və özü bir yerdə zirzəmiyə daxil olmuşlar, həmin vaxt evin zirzəmisindən latun krant başlıqlar və hamam krantı, 8 ədəd alimunium qazan, bir ədəd soyuducu matoru götürmüşlər, sonra isə evin ikinci mərtəbəsinə çıxmışlar və evin ikinci mərtəbəsindən bir ədəd tozsoran,bir ədəd tək lülə «İj» markalı ov tüfəngini oğurlamışlar, oğurladıqları əşyaları zirzəmidən götürdükləri bir ədəd ağ rəngli parçanın içərisinə və bir ədəd şəkər tozu kisəsinə yığıb götürmüşlər, sonra evdən çıxıb yenidən Məxmərin evinə gəlmişlər, oğurladıqları əşyaları Məxmərin evinin arxa tərəfində saxlamışlar, səhəri gün də Aslan ilə bir yerdə həmin oğurladığımız əşyaları Ələddin adlı şəxsə 75 manata satmışlar, həmin puldan hər birinə 25 manat pul düşmüş, bir ədəd silahı isə Aslan aparmış, o özünə düşən pulu ehtiyacları üçün xərcləmişdir. Başqa oğurluq hadisəsi etmədiyini, Zərərçəkmiş şəxs6 evindən oğurlanmış əşyaların pulundan ona heç nə çatmadığını, Şahid2 onlardan aldığı əşyaların oğuruq olduğunu bilmədiyini göstərmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, anası X11 ilə birlikdə yaşayır, 22 dekabr 2024-cü il tarixdə, saat təxminən 02:30 radələrində yaşadığı evdə yatan zaman evin zirzəmisindən səs-küy gəldiyini eşidib yuxudan ayılmış, o, pəncərədən həyətə baxan vaxt evin həyətində qara papaqlı arıq bədən quruluşu, orta boylu kişi cinsindən olan şəxsin gəzdiyini görmüş, o, pəncərədən həmin şəxsə polisə şikayət edəcəyini bildirmiş, onun sözündən sonra həmin şəxs hasardan keçərək qaçıb getmiş, bundan sonra o, zirzəminin qapısına yaxınlaşdıqda qapının açıq olduğunu görmüş, o, zirzəmiyə girib baxan vaxt zirzəmidən bir ədəd 200 manat dəyərində 5 litr tutumlu samovar, bir ədəd təxminən 300 manat dəyərində 10 kiloqram ağırlığında mis səhəng, bir ədəd 5 litr su tutumlu 150 manat dəyərində termostatlı «Tefal» qazan, bir ədəd 3 litr su tutumlu təxminən 40 manat dəyərində çuqun çaynik, bir ədəd 6 litr su tutumlu təxminən 35 manat dəyərində alimunium qazan, bir ədəd böyük təxminən 25 manat dəyərində tava, bir ədəd balaca təxminən 20 manat dəyərində tavanın və iki ədəd 700 qramlıq şüşə bankada olan bir bankasını 21 manata aldığı balın oğurlandığını görmüş, o, sonradan evindən oğuruq etmiş şəxsin qonşuluqda yaşayan Firdovsi Əliyev olmasını bilmiş, Firdovsini yaşadığı evin həyətində görən vaxt onun əlində heç nə olmamış və qışqıran kimi qaçıb getmiş, hadisə nəticəsində ona 720 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin Zərərçəkmiş şəxs11 ifadəsində onun evinin zirzəmisində olan qozun bir kiloqramını 3.80 manata aldığını, tut arağının bir litri isə 20 manat dəyərində olmasını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Onlara həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, onun yaşadığı evin həyətində istifadə etmədiyi əşyaları saxlamaq üçün yardımçı tikili var, 22 dekabr 2024-cü il tarixdə saat təxminən 15 radələrində yardımçı tikiliyə baxan vaxt yardımçı tikilidə yerləşən rəfin üstünə qoyduğu 01 ədəd 5 litr tutumluq 210 manat dəyərində çuqun materialdan hazırlanmış samovarın və 01 ədəd 3 kiloqram çəkidə 50 manat dəyrəində çuqun materialından olan tavanın, həmçinin stolun üzərində olan markasını xatırlamadığı təxminən 400 manat dəyərində Rusiya istehsalı olan akkumulyator doldurma cihazının yerində olmadığını aşkar etmiş, sonra o, yaşadığı evdə də bəzi əşyaları yığdığı otağı yoxlamış, həmin otağa baxdıqda 01 ədəd 3 litr tutumlu 150 manat dəyərində samovarın oğurlandığını aşkar etmiş, o, bundan sonra hadisə barədə Qazax RPŞ-nə ərizə ilə müraciət etmiş, sonradan yaşadığı evdən oğurluğu onunla qonşuluqda yaşayan Firdovsi Əliyevin etməsini bilmiş, oğurlanmış əşyalarından bir ədəd samovarın polis şöbəsində görmüş, o, evlərindən oğuruğun olduğu tarixi bilməmiş, belə ki, həmin əşyalar yığılan yardımçı tikili və otaqdan hər vaxt istifadə etmədikləri üçün oğurluğun dəqiq tarixini bilməmiş, səhər saat 10-dan günorta saat 13-dək evlərində heç kim olmamış və hadisə nəticəsində ona 810 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Onlara həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, hal-hazırda Tovuz-Qazax-Şəmkir Təhsil sektorunda fəhlə işləyir, onun Qazax şəhəri “Ərik bağı” adlanan ərazidə 4 sot torpaq sahəsi var, təxminən 02 il bundan əvvəl oğlu X12 həmin torpaq sahəsində ev tikdirmiş, evin ətrafına hasar çəkdirməmiş, lakin evin giriş qapısına dəmir materialdan seyf qapı qoydurmuş, evə isə plastik materialdan olan pəncərələr qoydurmuş, evin zirzəmisinin pəncərələrinin qarşısına evin tikintisindən qalmış armaturlardan barmaqlıq düzəltdirmiş, lakin, maddi imkanı yaxşı olmadığından evi təmir etdirə bilməmiş, 2024-cü ilin dekabr ayında o həmin evi elektrik enerjisi ilə təmin etdirmək üçün Abu-Life tikinti materialları mağazasından hər birində uzunluğu 90 metr olan 1x4mm ölçüdə 8 karobka qırmızı rəngli və hər birində uzunluğu 90 metr olan 1x2.5mm ölçüdə 3 karobka göy rəngli GES markalı 01 jilalı elektrik naqili almış, 2025-ci ilin yanvar ayında isə usta taparaq həmin elektrik naqilləri ilə evin işıq sistemini çəkdirmiş, həmin vaxt qırmızı rəngli elektrik naqilindən 01 karobka artıq qalmış, o həmin elektrik naqilini də evdə saxlamış, o evinin işıq sistemini təmir etdirdikdən təxminən 01 ay sonra həmin tikdirdiyi evə baxmaq üçün getdikdə evinin zirzəmisinin evlə üzbəüz dayandıqda sol tərəfdə yerləşən pəncərəsinin qarşısına armaturdan çəkdirdiyi dəmir barmaqlığın sındırılıb yerindən çıxarılaraq yerə atıldığını, evin giriş qapısının isə açıq vəziyyətdə olduğunu görmüş, buna görə də dərhal evə girmiş, o evə daxil olduqdan sonra evə işıq sistemi çəkdirərkən istifadə edilmiş elektrik naqillərinin sökülərək aparıldığını və orada saxladığı 01 karobka qırmızı rəngli elektrik naqilinin aparıldığını görmüş, həmin vaxt o işləri ilə əlaqədar evindən baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciət etməmiş, sonradan isə Qazax RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Onlara həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qazax şəhəri, Ərik Bağı adlanan yeni yaşayış massivi adlanan ərazidə 4 sot torpaq sahəsi alaraq həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş, həmin evdə hal-hazırda təmir getdiyi üçün yaşayış yoxdur, o da həftə ərzində 2-3 dəfə gəlib həmin tikinti gedən evə nəzarət etmiş, təxminən 2025-ci ilin mart ayının əvvəllərində yaşadığı Qazax rayonu, Quşçu Ayrım kəndindən çıxıb Qazax şəhərində tikilməkdə olan evinə nəzarət etmək üçün gəlmiş, o həmin evə baxan vaxt evin pəncərəsinə qoyduğu dəmir barmaqlıqların çıxarıldığını görmüş, o evə baxış keçirən zaman evin içərisində olan 10 kiloqram ağırlığında 100 mm-lik dəmir mismarın, hər birinin qiyməti 4 manat olan 7 qutu taxta bağlamaq üçün şrupun və 20 metr uzunluğunda 2 jilalı elektrik naqilinin oğurlandığını görmüş, bir müddət özü həmin oğrunu tapmaq istəmiş, lakin tapa bilmədiyi üçün bu barədə polisə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan tam olaraq ödənilmiş, onlardan heç bir şikayəti tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında fərdi yaşayış evi olsada uzun müddətdir ki, həmin evdə yaşayış olmamış, yaşayış olmamasına baxmayaraq o mütəmadi olaraq həmin evə gedib nəzarət edir, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, təxminən saat 11 radələrində evə nəzarət etmək üçün getmiş, evin həyətinə daxil olduqda evin dəhliz qapısının qarşısında olan dəmir barmaqlığın açıq vəziyyətdə olduğunu görmüş, bundan sonra dəhliz qapısından evin mətbəxinə oradan da evin içərisinə keçid qapısı olduğundan evə oğruluq məqsədi ilə daxil olunduğunu fikirləşmiş, daha sonra açıq qapıdan dəhlizə daxil olub oradan evin içərisinə qonaq otağına keçdikdə yataq otağının taxtadan olan giriş qapısının rəzədən sındırılmış halda yerdə yıxılı vəziyyətdə olduğunu və yenə digər yataq otağının giriş qapısının üzərində olan xrustal şüşənin sındırılmış halda olduğunu görüb evə baxmış, o evə baxan zaman yataq otağında saxladığı bir ədəd göy yaşıl rəngli uc hissəsi qara rəngli Borsch markalı direlin, qiyməti 70 manat olan içərisində 9 ədəd olan «Arkoffam» markalı tort qabı dəstinin, qiyməti təxminən 50 manat olan “7,5” Fruit Bowl markalı içərisində bir ədəd olan çərəz qabının və qutusunun üzərində narıncı, ağ və bardovu rəglərindən ibarət qiyməti 80 manat olmala Turkiyə Respublikası istehsalı Paşabahçe markalı içərisində 12 ədəd olan şüşə stəkan dəstinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etdim, evdən oğurluq olduğunu bildikdən sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan tam olaraq ödənilmiş, onlardan heç bir şikayəti tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Qazax rayon mərkəzi xəstəxanası PHŞ-in labaratoriya şöbəsində raborant işləyir, X18 qardaşı olmuş, qardaşı Anar Avdıyev uşaq vaxtı almış olduğu travmaya görə xəstə olduğundan o ailə həyatı qurmamış, mərhum qardaşı Anar Avdıyev valideynləri rəhmətə getdikdən sonra ünvan 12 ünvanında yerləşən atasına məxsus fərdi yaşayış evində tək yaşamış, 2024-cü ilin aprel ayında qardaşı Anar Avdıyev vəfat etmiş, Anar vəfat etdikdən sonra o, evdə yerləşən əşyaları bir yerə yığıb qapıları bağlamış, o, həftədə 2-3 dəfə gəlib həmin evə nəzarət etmiş, 11 mart 2025-ci il tarixdə saat 19 radələrində o, yenə qardaşı Anara məxsus Bakı küçəsi 371 ünvanında yerləşən evə nəzarət etmək üçün getmiş, o, evə daxil olduqda otaqlarda olan əşyaların dağılmış vəziyyətdə olduğunu görmüş, bundan sonra evə baxdıqda evdə olan təxminən 10 il bundan əvvəl alınmış Nikai markalı tozsoranın oğurlandığını görmüş, bundan sonra dərhal hadisə barədə DİN-nin 102 xidmətinə və Qazax RPŞ-nə məlumat vermiş, o, məlumat verdikdən sonra evdən dəqiq hansı əşyaların oğurlandığını müəyyən etmək üçün yenidən evə baxmış, o. evə baxan zaman evdən tozsorandan başqa zirzəmidə olan 2 ədəd Gicora markalı hamam üçün duş krantı, 18 ədəd Gicora markalı mətbəx üçün üzərində latun krantlar olan kiçik ölçülü dəmir boruların, təxminən 50 il bundan əvvəl alınmış soyuducunun matorunun, 5 litr tutumluq 8 ədəd aliminium qazanın, 3 litr tutumluq çuqun materialdan hazırlanmış samovarın zirzəmidən oğurlandığını, həmçinin zirzəmidə olan 2 metr uzunluğunda 9 manata alınmış döşək üzlüyü üçün nəzərdə tutulmuş parçanın oğurlandığını müəyyən etmiş, bundan başqa evin ikinci mərtəbəsinə baxdıq da isə oradan vəfat etmiş atasına məxsus 1 ədəd tək lülə İJ markalı ov tüfənginin də oğurlandığını görmüş, bundan sonra yenidən polis şöbəsinə gedib bu barədə məlumat vermiş, Anarın ondan başqa heç bir yaxın qohumu olmamış, onun səhhətində problem olduğu üçün ailə həyatı qurmamış, oğurluq hadisəsi nəticəsində ona hansı miqdarda maddi ziyan dəydiyini dəqiq bilməmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Onlara həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, hal-hazırda Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən N saylı hərbi hissədə işləyir, onun yaşadığı Qazax şəhəri H.Arif küçəsində yerləşən binanın həyətində avtomobil qarajı olmuş, o, həmin qarajdan saxlanc anbarı kimi istifadə etmiş, təxminən 07 mart 2025-ci il tarixdə saat 11 radələrində işdən evə gəldikdən sonra idarə etdiyi avtomobili qarajın qarşısında saxlamış və yaşadığı evə yemək yeməyə getmiş, təxminən yarım saat müddət ərzində yemək yeyib qurtardıqdan sonra avtomobilini təmir etmək üçün binanın qarşısına düşmüş, bundan sonra avtomobili təmir etmək məqsədi ilə qarajda saxladığı əşyaları götürmək üçün qarajın giriş qapısına yaxınlaşmış, qapının qarşısına yaxınlaşdıqda qarajın qapısının üzərində olan qıfılın sınıdırıldığnı görmüş, bu səbəbdən də, qarajın içərisindən oğurluq olmasından şübhələndiyi üçün baxmış, o, qaraja baxan vaxt qarajın içərisində saxladığı 150 manat dəyərində olan 01 (bir) ədəd BOSCH markalı 18 vt gücündə perforatonun, 60 manat dəyərində 01 (bir) ədəd SİEMENS markalı 550 wt gücündə drelin, 80 manat dəyərində 01(bir) ədəd BOSCH markalı 860 wt gücündə laqondanın və təxminən 800 manat dəyərində avtomobilə aid təxminən 1000 metrə yaxın bir jilalı müxtəlif naqillərin oğurlandığını görmüş, bundan sonra o, oğurlanmış əşyaları tapmaq üçün bir neçə gün maraqlanmış, lakin müsbət nəticə əldə edə bilmədiyi üçün Qazax rayon Polis Şöbəsinə müraciət etmiş, həmin hadisə nəticəsində ona təxminən 1090 manata yaxın maddi ziyan dəymiş, o, bir ədəd perfaratoru 150 manata, bir ədəd direli 60 manata, bir ədəd laqondanı 80 manata almış, ona görə də qiymətləri onun göstərdiyinə uyğun götürülməsini istəyir, ancaq naqillərin qiymətini təxminən 800 manat göstərmiş, naqillərin qiymətinin ekspert rəyində göçstərilən kimi olmasını qəbul edir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan tam olaraq ödənilmiş, onlardan heç bir şikayəti tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Qazax şəhəri, «Ərik bağı» deyilən ərazidə Nəsrəddin Tusi küçəsində 4 sot torpaq torpaq sahəsinin içərisində yarımtikili ev tikmiş, evə qapı pəncərə qoymuş, lakin maddi imkanı olmadığı üçün indiyədək evə giriş darvazası hazırlada bilməmiş, buna göər də, evin giriş darvazası olmamış, həmin ev tam hazır olmadığı üçün yaşayış olmamış, lakin buna baxmayaraq o, evə tez-tez gedib nəzarət etmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində yenə evə nəzarət etmək üçün getmiş, o, evin həyətinə daxil olduqda evin həyətində saxladığı təxminən 05 (beş) metr uzunluğunda Rusiya istehsalı olan diametri 10 mm dəmir borunun, müxtəlif ölçülərdə 40 metrə yaxın Rusiya istehsalı diameri 19 mm armaturların olmadığını görmüş, həmçinin bundan başqa evin həyətində divara vurulmuş və evin içərisində divara vurulmuş ümumi uzunluğu 100 (yüz) metr olan GES markalı 01 jilalı mis elektrik naqilinin yerində olmadığını aşkar etmiş, bundan sonra həmin əşyaları tapmaq məqsdi ilə ətraf əraziyə baxmış, lakin həmin vaxt oğurlanmış əşyaları tapa bilmədiyi üçün əsəbləşmiş və oğurluq olması barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Evin içərisinə təxminən 80 metr uzunluğunda elektrik naqili istifadə etmiş, həmin naqilin 20 metrini isə evin həyətində divara çəkmiş, o, evinin ətrafına hasar çəkmiş, evin həyətinə giriş qapısı almağa imkanı olmadığı üçün giriş qapısı qoymamış, lakin evin qapı yerinə taxta qoymuş, oğurluq hadisəsi nəticəsində ona təxminən 400 manat maddi ziyan dəymiş, həmin dəmir borunu 60 manata almış, armatur parçaları isə ümumilikdə təxminən 110 manat dəyirdə olmuş, bundan başqa elektrik naqilini isə 100 metrlik topunu 230 manata almış, o, ekspertin rəyində göstərilən dəmir və armaturara verilən qiymətlərlə razıdır, Lakin elektrik naqilinin o, 100 metrini 230 manata almış, ekspertin elektrik naqilini nəyə görə cəmi 15 manat göstərməsini izah edə bilməmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan tam olaraq ödənilmiş, onlardan heç bir şikayəti tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Qazax şəhəri, «Ərik Bağı» deyilən ərazidə Nəsrəddin Tusi küçəsində torpaq sahəsində özünə iki mərtəbəli fərdi yaşayış evi tikmiş, evin tikintisinə 2020-ci ildə başlamış, həmin ev hal-hazırda tikilib, qapı-pəncərəsi qoyulsada təmirsiz vəziyyətdə olmuş, evinin həyətinin ətrafı mişar daşı ilə hasarlanmış və həyətə giriş qapısına dəmir darvaza qoyulmuş, o, evinin giriş qapısına dəmir materialdan hazırlanmış seyf qapı qoydurmuş, pəncərələrinə isə plastik materialdan hazırlanmış pəncərələr qoydurmuş, o, evinin birinci mərtəbəsində olan pəncərələrin qarşısına armaturdan hazırlanmış barmaqlıq qoydurmuş, təxminən 2 il əvvəl 1x4 ölçüdə GES markalı bir jilalı elektrik naqili ilə evin işıq sistemini çəkdirmiş, 2025-ci ilin yanvar ayının 29-da o, evinə nəzarət etmək üçün getmiş, həmin vaxt evində heç bir dəyişiklik olmamış və evində olan əşyaların və elektrik naqillərinin hamısı yerində olmuş, o, evinə baxış keçirdikdən sonra evinin qapılarını kilidləyib evi tərk etmiş, 03 mart 2025-ci il tarixdə günorta saatlarında o, yenə evinə baxmaq üçün avtomobilinə əyləşmiş və “Ərik bağı” deyilən ərazidə yerləşən evinə gəlmiş, o, darvazanı açıb evin həyətinə daxil olmuş, evin qarşısına gəldikdə seyf qapının yanına çəkilmiş elektrik naqilinin və AULMO markalı 01 ədəd elektrik yuvası ilə AULMO markalı bir ədəd işıq yandırıb söndürənin (vklyuçatelin) kəsilib aparıldığını görmüş, bundan sonra seyf qapını açıb evə daxil olmuş, o, evə daxil olub evə baxan vaxt evin birinci mərtəbəsinə çəkilmiş işıq sistemi üçün nəzərdə tutlmuş elektrik naqillərinin kəsilib aparıldığını müəyyən etmiş, həmçinin evin bağ tərəfə olan pəncərəsinin açıq vəziyyətdə olduğunu, üzərində olan şüşəsinin sındırıldığını görmüş, buna görə də evdən çıxaraq həmin pəncərənin yerləşdiyi tərəfə getmiş, o, pəncərənin qarşısına çatdıqda pəncərənin qarşısına bərkidilmiş armaturdan hazırlanmış dəmir barmaqlıqların sökülüb yerə atıldığını görmüş, həmin vaxt işi ilə əlaqədar evində baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciət etməmiş, bu gün isə şikayət etmk qərarına gəlmiş və Qazax RPŞ-nə gələrək ərizə ilə müraciət etmiş və hadisə nəticəsində evindən 01 ədəd 5 manata aldığı elektrik yuvası, 01 ədəd 10 manata aldığı işıq yandırıb söndürənin (vklyuçatel) və 200 manata aldığı 100 metr uzunluğunda elektrik naqili oğurlanmış və həmin oğurluq nəticəsində ona 215 manat maddi ziyan dəymiş, o, Qazax şəhərindən bir ədəd elektrik yuvasını 5 manata, bir ədəd elektrik açarını (vklyuçater) 10 manata və 100 metr elektrik naqilini isə 200 manata almış, ona görə də o, ekspert tərəfindən verilmiş rəyə razılaşmamış və ona dəymiş ziyanı aldığı qiymətlərlə hesablanmasını xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan tam olaraq ödənilmiş, onlardan heç bir şikayəti tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanında fərdi yaşayış evi olmuş, eyni həyətdə həmçinin rəhmətə getmiş qardaşı Natiq Məmliyevin də evi olmuş, belə ki, evin küçə tərəfdən ayrı giriş darvazaları olsada, lakin həyətləri bir olmuş, qardaşı Natiq Məmliyev öldükdən sonra ona məxsus evdə yaşayış olmamış, ona görə də Natiqin evindən istifadə edir, belə ki, evin həyətində olan yardımçı tikiliyə özünə məxsus əşyalar yığır, ev də boş olduğu üçün müəyyən əşyalarını yığır, o, hər gün işdə olduğunu üçün hərdən Natiqin evinə nəzarət edir, təxminən 3 gün əvvəl yəni 09 mart 2025-ci il tarixdə həyətin Natiqə aid hissəsinə keçmiş, o, Natiqin evinin və həyətdə olan yardımçı tikilinin qapısının açıq olduğunu görmüş, o, yardımçı tikiliyə daxil olduqda orada saxladığı bir ədəd «Mercedes 601» markalı avtobusa məxsus radiatorun, 01 ədəd 8 gözlü «Geepas» markalı yağla işləyən istilik radiatorunun oğurlandığını görmüş, bunan sonra o, evə baxdıqda evdə olan bir ədəd 10 litr tutumlu mis səhəngin də oğurlandığını bilmiş, Sonra evin zirzəmisinə baxdıqda zirzəmidə olan bir ədəd 40 litr su tutumlu alimunium su bitonunun və 20 litr su tutumlu alimunium su bitonunun oğurlandığını görmüş, o, bir neçə gün həmin oğurluğu etmiş şəxsin kim olduğunu özü axtarağa başlamış, lakin oğuruluğ etmiş şəxsləri tapa bilməmiş, bundan sonra isə Qazax rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmiş, qardaşı Natiq Məmliyevlə onun evi bir həyətdə yerləşmiş, qardaşı Natiq öldükdən sonra evdə heç kim yaşamamış, ona görə də Natiqin evindən və yardımçı tikilidən istifadə etmiş, qardaşı Natiq Məmliyevin evindən oğurlanmış bir ədəd mis səhəng və yardımçı tikilidən oğurlanmış bir ədəd «Mercedes 601» markalı avtobusa məxsus radiatorun, 01 ədəd 8 gözlü «Geepas» markalı yağla işləyən istilik radiatoru ona məxsus olmuş və ekspert tərəfindən verilmiş qiymətlərlə razı olmuşdur. Hazırda təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan tam olaraq ödənilmiş, onlardan heç bir şikayəti tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 hüquqi varisi Şahid5 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini, ona dəymiş ziyanının ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib, işə onun iştirakı olmadan baxıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qazax şəhəri, Hüseyn Arif küçəsində yerləşən sexdə metal qəbulu ilə məşqul olur, mis, latun, tunc, alimunium və dəmir alır, aldığı metalları sonradan özü Gəncə şəhərinə təhvil verir, təxminən 09 mart 2025-ci il tarixdə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 və yanında həmin vaxt adını bildiyi Niftalı adlı bir nəfərlə onun metal qəbulu məntəqəsinə gələrək əllərində əzilmiş alimunium qazanlar, latun krant başlıqlar və hamam krantı və bir qədər mis naqil gətirmiş, o da onların gətirdiyi alimunium, mis və latunları ayrı-ayrılıqda tərəzidə çəkmiş və qiymətinin 75 manat etdiyini bildirmiş, onlarda onunla razılaşdıqları üçün həmin alimuniumları, latun krant başlıqlarını və misi onlardan alıb 75 manat da pul vermiş, bundan başqa Niftalı və Aslan onun yanına gəlməmişlər. Aslan və Niftalının gətirdiyi krant başlıqları istifadəyə yararsız olmuş, alimunium qazanlar köhnə və əzilmiş halda, həmçinin də misdə hər hansı bir matordan söküldüyü aydın hiss olunduğu üçün onların küçədən yığıldığı bilinmiş, Aslan isə həmin metalların özlərinə məxsus olduğunu, pula ehtiyacları olduqları üçün satdıqlarını demiş, həmin metalların oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid4 ifadəsində göstərmişdir ki, dəmir və əlvan metal alıb satmaqla ailəsini dolandırır, dəmir və digər əlvan metalları Qazax şəhəri, Nərimanov qəsəbəsində metal qəbulu sexində alır, Şahid3 uzun illərdir tanıyır, Şahid3 da Qazax rayonu ərazisində dəmir və əlvan metal yığıb satır, X13 ümumiyyətlə tanımır, onun Şahid3 və Firdovsi Əliyev ilə heç bir düşmənçiliyi və ədavəti olmamış, təxminən 18 dekabr 2024-cü il tarixdə o, işdə olan vaxt Şahid3 onun yanına satmaq üçün bir ədəd mis səhəng və bir qədər də dəmir gətirmiş, Cavadın gətirdiyi səhəngi tərəziyə qoyaraq çəkmiş və 4 kiloqram 200 qram olduğu müəyyən olunmuş, o, misin bir kiloqramını 10 manata aldığı üçün Cavada həmin mis səhəngə görə 42 manat pul ödəmiş, həmçinin həmin vaxt Cavadın gətirdiyi dəmirləri də tərəzidə çəkmiş və 75 kiloqram oluduğ müəyyən olunmuş, o, həmin dəmirə görə də bir kiloqramı 35 qəpikdən pul ödəmiş, bir müddət sonra polis əməkdaşları onun iş yerinə gələrək Şahid3 ona satmış olduğu mis səhəngin oğurluq olduğunu bildirmiş, o, da Cavaddan aldığı həmin mis səhəngi polis əməkdaşlarına qaytarmış, Sonradan ona məlum olmuş ki, Cavad həmin mis səhəngi Firdovsi Əliyev adlı şəxsdən almış, Firdovsi də həmin səhəngi oğurlamış, Cavad uzun illərdir Qazax rayonu ərazisində dəmir və mis alıb sonradan onlara satır, ona görə də o, Cavadın həmin mis səhəngi haradan almasını soruşmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid3 ifadəsində göstərmişdir ki, dəmir və əlvan metal alıb satmaqla ailəsini dolandırır, dəmir və digər əlvan metalları yaşadığı evin həyətində alır, X13 Qazax şəhər sakini kimi tanıyır, Firdovsi Əliyev müxtəlif vaxtlarda onun yaşadığı evə əlvan metallar və digər dəmirlər gətirmiş, təxminən 13 dekabr 2024-cü il tarixdə saat 20 radələrində Firdovsi Əliyev onun yaşadığı evə bir ədəd alimunium materialından olan 40 litrlik su bidonu gətirib satdığını demiş, o, da ondan həmin su bitonunu haradan aldığını demiş, ona su bitonunu evlərindən gətirdiyini, pula ehtiyacı olduğu üçün satdığını demiş, bundan sonra o, həmin su bitonunu tərəziyə qoyub çəkmiş və 10 kiloqram ağırlığında olduğu məlum olmuş, bundan sonra isə kiloqrammı 1 manat olmaqla ona 10 manat pul vermiş, bundan təxminən 2-3 gün sonra yəni 15-16 dekabr 2024-cü il tarixdə saat 21 radələrində Firdovsi Əliyev yenə onun yaşadığı evə gələrək bir ədəd çuqundan olun qaz sobası (ceyran peçi) və içərisi misdən olan elektrik naqili gətirmiş, həmin vaxt Firdovsi yenə ona evdə xəstəsi oluğu üçün özlərinə məxsus qaz sobasını və elektrik naqilini satdığını demiş, o, da bundan sonra həmin elektrik naqilini tərəziyə qoyub çəkmiş və bir kiloqramm olmuş, bundan sonra Firdovsiyə elektrik naqilinə görə 8 manat, qaz sobasına görə isə 17 manat cəmi 25 manat pul vermiş, bundan təxminən 2-3 gün sonra səhər saatlarında Firdovsi Əliyev onun yaşadığı evə gəlmiş, həmin vaxt o özü ilə bir ədəd 05 litr su tutumlu od samovarı, bir ədəd mis səhəng və bir ədəd alimunium qazanı onun evinə gətirərək satmaq istədiyini bildirmiş, bundan sonra həmin samovarı 30 manata, mis səhəngi tərəziyə qoymuş və 4 kiloqram ağırlığı olmuş, misin bir kiloqrammı 8 manat olmaqla 32 manata almış, Alimunim qazanı da tərəziyə qoymuş və 7 kiloqram olmuş, həmin alimunium qazana görə Firdovsiyə 10 manat vermiş, bundan sonra həmin mis səhəng barədə tanışı Mehmana demiş, Mehman da ona həmin səhəngi ona satmağını xahiş etmiş, o, da sonradan həmin səhəngi Mehmana 42 manata satmış, bundan bir neçə gün sonra yəni təxminən 20 dekabr 2023-cü il tarixdə səhər saatlarında yenə Firdovsi onun yaşadığı evə gələrək ona bir ədəd 5 litr su tutumlu və bir ədəd 03 litr su tutumlu samovarlar gətirmiş, o, həmin samovarın hər biri 30 manata olmaqla cəmi 60 manat pul vermiş, bir müddət sonra polis əməkdaşları onun yaşadığı evə gəlib Firdovsi Əliyevin oğurluq edərək əşyaları ona satdığını bldirmiş, o, da Firdovsidən almış olduğu əşyaları polis əməkdaşlarına təhvil vermiş və bir ədəd mis səhəngi isə Mehmana satdığını bildirmiş, Firdovsi ona həmin əşyaların oğurluq olmasını deməmiş, xəstələri olduğu üçün əşyaları evlərindən gətirib satıdığını demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/264 nömrəli rəyindən görünür ki, 01 ədəd 3 litr su tutumlu odun samovar 150 manat, 01 ədəd 5 litr su tutumlu odun samovarı 210 manat, 01 ədəd markasını xatırlamadığı Rusiya İstehsalı olan Akkumlyator doldurma cıhazı aydın deyil, 01 ədəd dəmir tava aydın deyil. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/156 nömrəli rəyindən görünür ki, 01 ədəd 5 litr su tutumlu odun samovarı 200 manat müəyyən edilir. 01 ədəd çuqun materialından olan çaynik, 01 ədəd alimunium qazan, 01 ədəd tefal qazan, 01 ədəd mis səhəng 01 ədəd tunc tava haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/155 nömrəli rəyindən görünür ki, 01 ədəd 20 litr su tutumlu alimunium materialından hazırlanmış su bidonunun 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 40 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/157 nömrəli rəyindən görünür ki, 01 ədəd çuqun materialından hazırlanmış qaz sobasının 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 45 manat müəyyən edilir. 02 damarlı elektrik naqili haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 29 mart 2025-ci il tarixli 49 nömrəli rəyindən görünür ki, bir ədəd iki litr su tutumlu alimunium qazan 6 manat, bir ədəd «KAS» markalı latun materialdan kret başlığı 5 manat, bir ədəd dəmir sac 15 manat, «GES» markalı 1 damarlı elektrik kabelinin 1 metri 0.15 manat, bir ədəd «AULMO» markalı elektrik yuvası 3 manat, bir ədəd «AULMO» markalı ektrik açarı 5 manat, bir karobka (90 metr uzunluğunda) "GES" markalı, 1 damarlı 1x4 ölçüdə elektrik naqilinin qiyməti 72 manat, bir karobka (90 metr uzunluğunda) "GES" markalı, 1 damarlı 1x2.5 ölçüdə elektrik naqilinin qiyməti 49.5 manat, 1 ədəd «Nİkai» markalı tozsoran 40 manat, bir ədəd "Gicora" markalı hamam duş krantı 25 manat, 1 ədəd "Gicora" markalı metbex üçün üzerinda lafun krantlar olan kiçik ölçülü demir boru ilə birlikdə 4 manat, bir ədəd soyuducu matoru 45 manat, 5 litr su tutumlu alimunium qazanın 1 ədədi 10 manat, bir ədəd 3 litr su tutumlu çuqun samovar 95 manat, bir ədəd «İJ» markalı tək lüləli ov tüfəngi 300 manat, bir kiloqramm mismar 2.45 manat, bir kiloqramm taxta şrupu 4.2 manat, 1 damarlı elektrik naqili 0,31 manat, bir ədəd «BOSCH» markalı direl 60 manat, bir ədəst (9 ədəd)"Arkoffam" markalı tort qabının bir ədəd 35 manat, bir ədəd "Fruıt Boowl" markalı çerez qabı 40 manat, "Paşabahçe" markalı stekan dəsti (12 edəd) 26 manat, 1 ədəd "BOSCH" markalı perforator ( 18wt) 70 manat, bir ədəd "SİEMENS" markalı direl (550 wt) 90 manat, bir ədəd "BOSCH" markalı laqonda (860 wt) 80 manat, 1000 metr uzunluğunda avtomobile aid elektrik naqilinin 1 metr 0.4706 manat, Rusiya istehsalı demir boru ( 10 mm) 1 metri 9 manat, Rusiya istehsalı armafur (l9 mm) bir metrii 2.72 manat, "GES" markalı 01damarlı elektrik kabelinin bir metrii 0.15 manat, 1 ədəd Mis seheng (l0 litr) 180 manat, bir ədəd 40 litr su tutumlu Aliminium biton 45 manat, bir ədəd 20 litr su tutumlu alimunium biton 25 manat, bir ədəd 25 manat, 1 ədəd «Mercedes 601 " markalı avtobus radiatoru 110 manat, bir ədəd "Gespas'| markalı, 8 gözlü yağla işleyen istilik radiatoru 60 manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 30 may 2025-ci il tarixli 139 nömrəli rəyindən görünür ki, 1 ədəd kisə 0,25 qəpik, bir ədəd paltar yığılması üçün nəzərdə tutulomuş çanta 20 manat, döşək üzünün bir metrii 7.50 manat, «Adidas» idman çantası 22.50 manat, bir ədəd 700 qramlıq şüşə banka 0.20 manat, 700 qramlıq bankada bal 21 manat, 3 kq şüşə banka 0,25 banka, tut arağının bir litri 28 manat və qabıqlı qozun bir kiloqramı 3.80 manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 15 may 2025-ci il tarixli 25/798 nömrəli məhkəmə Daktiloskopik ekspertiza rəyindən görünür ki, 1) 15 mart 2025-ci il tarixdə Qazax şəhəri., «Ərik Bağı» adlanan ərazidə vətəndan X7 məxsus yaşayış olmayan evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd yapışqan lent kəsiyi üzərində olan 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədinin xx.xx.2006-cı ildə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovuc (pəncərənin şüşəsindən götürülmüş) əksi ilə eynilik müəyyən edilmişdir. 2) 13 mart 2025-ci il tarixdə Qazax şəhəri, Bakı küçəsində yerləşən X15 məxsus yaşayış olmayan evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 ədəd yapışqan lent kəsikləri üzərində olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərdən 01 ədədinin xx.xx.2004-cü ildə Qazax rayonunda anadan olmuş X2 əlinin orta (dəmir qapının üzərindən götürülmüş) barmağının əksi, 01 ədədinin xx.xx.2006-cı ildə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovuc (dəmir qapının üzərindən götürülmüş) əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-bğarmaq əksəri ilə eynilik müəyyən edilməmişdir. 3) 10 mart 2025-ci il tarixdə ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 19 ədəd yapışqan lent kəsikləri üzərində olan 8 ədəd əl-barmaq və 03 ədəd ovuc izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədinin xx.xx.1949-cu ildə Qazax rayonunda anadan olmuş, Zərərçəkmiş şəxs6 sağ əlinin orta (sellofan paketin üzərindən götürülmüş) barmağının əksi, 03 ədədinin (dolabın qapısından götürülmüş) xx.xx.2000-ci ildə Ağcabədi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs3 sağ ( 2 dəfə) və sol əllərinin ovuc (dəmir qapının üzərindən götürülmüş) əksləri, 03 ədədinin (dolabın qapısından götürülmüş) xx.xx.1977-ci ildə Qazax rayonunda anadan olmuş X1 əlinin böyük, sol əlinin böyük və orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq izləri ilə eynilik müəyyən edilməmişdir. 4) 13 mart 2025-ci il tarixdə ünvan 14 ünvanında Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan sahədə baş vermiş oğuruq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 20 ədəd qapışqan lent kəsikləri üzərində olan 20 ədəd əl-barmaq və 07 ədəd ovuc izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərdən 10 ədədinin (qapı üzərindən götürülmüş) xx.xx.2004-cü ildə Qazax rayonunda anadan olmuşX17nun sağ əlinin böyük (03 dəfə), şəhadət, sol əlinin böyük (02 dəfə), şəhadət (02 dəfə) və orta (02 dəfə) barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 10 ədəd əlbarmaq və 07 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əlbarmaq izləri ilə eynilik müəyyən edilməmişdir. 5) 13 mart 2025-ci il tarixdə Qazax şəhəri, «Ərik bağı» adlanan ərazidə Zərərçəkmiş şəxs5 məxsus yaşayış olmayan evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 ədəd yapışqan lent kəsikləri üzərində olan 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərdən 02 ədədinin (seyf qapısının üzərindən götürülmüş) xx.xx.2006-cı ildə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin çeçələ barmağının və ovuc əksləri ilə eynilik müəyyən edilmişdir Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Əsgərov X8 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum olunmuş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 127.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddə ilə təyin edilmiş cəzadan azad edilib və 600 manat cərimə və 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib, xx.xx.2020-ci ildə cəzanın sonu ilə azad edilib, xx.xx.2021-ci il tarixdə cazasını tam şəkildə qurtarmış və üzərində çəkilməmiş cəzası qalmamış, Lənkənar Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəzası bitmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlu və Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan, Qazax Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 06 avqust 2025-ci il tarixdən həbsdədir. İş materiallarında olan, Qazax Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərarına əsasən Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlu 16 mart 2025-ci il tarixdən həbsdədir. İş materiallarında olan, Qazax Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs3 30 mart 2025-ci il tarixdən həbsdədir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 02 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1, Şahid3, Şahid4 və Şahid2 əməllərində cinayət tərkibi olmadığı üçün barələrində Azərbaycan Respublikası 194-cü maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş arayışlardan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Qazax şəhəri, Qaçaq Kərəm küçəsi ev 40A-da qeydiyyatda olmaqla yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. X5 şəhəri, Qaçaq Kərəm küçəsi ev 40A-da qeydiyyatda olan, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Əsgərov X8 rayonu, Pərioğluları kəndində qeydiyyatda olan, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, X9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs8 ərizələrində görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş ziyan ödənilmiş, heç bir şikayətləri tələbləri yoxdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 hüquqi varisi Şahid5 və X16 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş ziyan ödənilməmiş, onlardan şikayətçidirlər. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi, Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, özlərinin etiraf edici ifadələr, ekspertiz rəyləri, DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq izləri, zərərçəkmiş şəxslərin, həmçinin məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Onların əməlləri CM-nin qeyd olunan maddələri ilə düzgün tövsif edilmişdir, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi, Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən, yaxud üzərindən götürülmədən yenidən az ağır cinayət törətmişdir, ona görə də əməlində cinayətlərin residivi var. Məhkəmə Təqsirləndirilən şəxs3, Firdovsi (Məmmədov) Əliyevin və Təqsirləndirilən şəxs1 səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olmaları, dəymiş ziyanı qismən ödəmələri iş üzrə onların cəzasını yüngülləşdirən hallar kimi, Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müyyən edilir. Beləlikə, məhkəmə hesab edir ki, Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 16 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 06 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 30 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Qazax Rayon polis şöbəsində saxlanılan iki ədəd 5 litr su tutumlu samovar bir ədəd “İj” markalı tək lülə ov tüfəngi sahibi X26, bir ədəd mis səhəng sahibi Zərərçəkmiş şəxs4, bir ədəd “Bosch” markalı direl və bir dəst “Pasabahçe” markalı stəkan dəsti sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalı, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 650 ( altı yüz əlli) manat Təqsirləndirilən şəxs1, Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlu və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X6 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE **********000 2088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlunun cəza çəkməsinin əvvəli 16 mart 2025-ci il tarixdən hesablansın. Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 06 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli 30 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Qazax Rayon polis şöbəsində saxlanılan iki ədəd 5 litr su tutumlu samovar bir ədəd “İj” markalı tək lülə ov tüfəngi sahibi X23, bir ədəd mis səhəng sahibi Zərərçəkmiş şəxs4, bir ədəd “Bosch” markalı direl və bir dəst “Pasabahçe” markalı stəkan dəsti sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 650 ( altı yüz əlli) manat Təqsirləndirilən şəxs1, Əliyev (Məmmədov) Firdovsi Fizuli oğlu və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X6 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu ( həbsdə olan şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-58/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-58/2025
08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver