Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-59/2023 10.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X15 və Xüsusi ittihamçı X1 iştirakı ilə, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə, qəti olaraq 01 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X8 məhkəmə iclasında şikayəti onunla əsaslandırmışdır ki, X11 onun qaynanasıdır. O, X2 ilə evlənib onların Qazax rayonu, Kosalar kəndində yerləşən evlərinə gəlin köçmüş və bir müddət yoldaşı, qaynanası və qaynatası ilə bərabər həmin evdə yaşayıb, onlarla bərabər Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Orada bərabər işləyib, dolanmışlar. Onun qızıllarını aldadaraq, ondan alıb, onu xx.xx.2023-cü il tarixdə Azərbaycana göndərmişlər, qızıllarını və paltarlarını isə ona verməmişlər. Qızılzinət əşyalarını Lombarda kredit götürmək adı ilə almışlar. O, Azərbaycana gəldikdən sonra ona “watsapp” proqramı vasitəsilə qaynatası səs göndərərək, onun ünvanına nəlayiq ifadələr işlətmiş və onları yadından çıxartmasını bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə cehiz əşyalarını və qızıllarını, paltarlarını, diplomunu və digər əşyalarını çıxarmağa qaynatası və qaynanasının və həyat yoldaşının evinə Kosalar kənd icra nümayəndəsi Bəxtiyar Əmirovla, nənəsi X9, nənəsi X12, bibisi X20, sürücü X21, usta Zöhrabov Asif Vəkil oğlu, bacısı X4, yeznəsi X17, bibisioğlu X3 da onunla bərabər getmişdirlər. Onlarla bərabər orada barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs Əzizə Qurbanzadənin qohumları da olmuşdur. Həmin vaxt qonşular və digər şəxslər də qonşu bağlardan və yoldan onlara baxırmışlar. Həmin vaxt Əzizə Qurbanzadə onun ünvanına onlarla şəxsin yanında “ Sən pozğunsan, qəhbəsən, ərə gələndə də bakirə deyildin, get qancıx, həyasız Atanın, tayfanın başını uca elə, Sən qəhbəliklə qazan Atan da yesin, get yarımçıq qoyduğun serialın davamını peysər Atanın evində çək, biz Səni qəhbə kimi rədd elədik, Qəhbəyə də heçnə düşmür, get sikdir burdan, bir daha biz tərəfə baxma və s”. kimi ifadələrlə ona şər-böhtan etmiş və təhqir etmişdir. Əzizə Qurbanzadə onun haqqında şərböhtan və təhqiramiz ifadələri kütləvi çıxışda deyərkən orada olan adlarını qeyd etdiyi şəxslər eşitmişlər və hamı ona irad tutmuşdur ki, bu hərəkətinə son qoysun, lakin Əzizə Qurbanzadə bu hərəkətlərinə davam etmişdir. O isə Əzizə Qurbanzadənin bu sözlərindən çox pis olmuş və mənəvi sarsıntı keçirmiş və mənəvi iztirab keçirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə yenidən qalan cehiz əşyalarını, paltarını, qızıllarını, diplomunu götürməyə təkrarən gedəndə və akt yazılanda yenə Əzizə Qurbanzadə 10 nəfərdən çox şəxsin yanında onun ünvanına böhtan və təhqir xarakterli ifadələr işlətmişdir. Əlavə olaraq “yalançısan, fırıldaqsan və s. kimi “ ifadələr işlətmişdir. Bu barədə videoyazı və səsyazısı da vardır. Əzizə Qurbanzadə onun haqqında həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan böhtan və təhqir xarakterli ifadələr işlətməsi son dərəcə onun şəxsiyyətinə toxunmuş və onu alçaltmışdır. Əzizə Qurbanzadə onlarla şəxsin dediyi böhtan və təhqirləri digər şəxslərin də yanında demiş və kənd əhalisi isə artıq onun barəsində bu barədə danışır və onun şərəf və ləyaqəti Əzizə Qurbanzadənin qanunsuz hərəkətləri nəticəsində alçaldılmışdır. Əzizə Qurbanzadə onun barəsində yaydığı böhtan və təhqirlər təkcə onun deyil, ailə üzvlərinin, valideynlərinin də şərəf-ləyaqətini alçaltmış və onları kənd arasında rüsvay etmişdir. O, artıq özünü öldürmək həddinə çatmışdır. Odur ki, X5 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə təqsirli bilinib, 6(altı) ay müddətinə , eyni zamanda həmin Məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X15 ifadə verərək bildirmişdir ki, Qazax rayonu Kosalar kəndində yaşayır. X8 onun keçmiş gəlinidir. Səbinə ilə oğlu Rafayıl ilə evləndikdən sonra bir müddət özlərinə məxsus Qazax rayon Kosalar kəndində yerləşən evdə yaşamışlar. Daha sonra onlar işləmək üçün ailəlikcə Rusiya Federasiyasının Moskva şəhərinə gedərək orada yaşamışlar. X6 ilə, həmçinin, onunla və qaynatası ilə münasibətləri yaxşı olmuşdur. Həmçinin Səbinə ilə oğlu Rafayıl evlənən zaman Səbinəyə çox xərc çəkmişlər, qızıl-zinət əşyaları almışlar.Onlar Moskva şəhərində yaşamağa başlayandan sonra Səbinə oğlu Rafayıla xəyanət edərək tanımadığ oğlanlarla “WhatsApp” proqramı vasitəsi ilə görüntülü danışmışdır. Səbinən bu danışığından oğlu Rafayılın xəbəri olmuş, Rafayıl Səbinən telefonunu əlindən alaraq içinə baxmaq istəmişdir. Bu zaman Səbin Rafayıla demişdir ki, “telefonumu özümə qaytar yoxsa özümü doğruyacam-öldürəcəm”. Səbinən bu sözlərindən narahat olan oğlu Rafayıl Səbinən telefonunda olan yazışmaların və zənglərin bir qsimini köçürmüş və telefonu Səbinəyə qaytamışdır. Buna görə də, ailədə mübahisə olmuşdur. Onlar ailəlikcə qərar gəlmişlər ki, Səbinəni Azərbaycana, öz ata-anasının yanına göndərsinlər. Səbinəyə bilet alaraq, yol pulunu verərək onu Azərbaycana göndərmişlər. Bir müddətdən sonra onların özləri də, yəni oğlu Rafayıl, əri və özü Azərbaycana, yəni Qazax rayon Kosalar kəndində yerləşən evlərinə gəlmişlər. 17 iyun 2023-cü il tarixdə Səbinə və qohumları cehiz və qızllarını almaq üçün onun yaşadığı evə gəlmişlər. O, Səbinəyə və Səbinənin qohumlarına bildirmişdir ki, cehizlə bağlı məhkəməyə müraciət etsinlər. Buna görə də, Səbinə və Səbinənin qohumları ilə aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı o demişdir ki, “Səbinə mənim oğluma xəyanət edibdir”. Başqa heçbir söz deməmişdir. Səbinən şikayətində göstərdiyi xüsusatlar tamamilə şər böhtandır. Əksinə həmin gün Səbinə və Səbinən qohumları onu təhqir etmişlər. O, Səbinəyə şikayət ərizəsində göstərdiyi sözləri deməmiş, nə də, Səbinənin şərəf və ləyaqətini alçaldan heç bir söz deməmişdir. Səbinə şikayət ərizəsində göstərmişdir ki, guya o Səbinəyə “ərə gələndə də bakirə deyildin” demişdir. Bunun bağlı qeyd edir ki, əgər Səbinə ərə gələn zaman bakirə olmasaydı elə həmin gün, yəni toy günü Səbinəni evdən qovardı. Bir daha qeyd edir ki, nə Səbinənin ərizəsində göstərdiyi sözləri, nə də Səbinən şərəf ləyaqətini alçaldan heç bir söz deməmişdir. Odur ki, X1 xüsusi ittiham qaydasında məhkəməyə verdiyi şikayət əsasızdır, həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin ifadələrini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Təhqir” adlanan 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyasından görünür ki, bu maddələr ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları eləcədə təhqiri, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtan və təhqir cinayət məsuliyyəti yaradan böhtan və təhqiri bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147 və 148ci maddələrinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməli qanunda göstərilən üç üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədilmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 6-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Məhkəmə qeyd edir ki, X10 şikayət ərizəsində göstərmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs (Əzizə Qurbanova) xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində göstərilən hallar barədə yalnız öz evinin həyətində demişdir. Yəni, mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə yayımlamamışdır. Buna görə də məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilməlidir. X10 şikayət ərizəsində Əzizə Qurbanovanın CM-nin 148-ci maddəsi ilə yanaşı CMnin 147-ci maddəsi ilə də cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Nəzərə alsaq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 2 hissədən, yəni 147.1 və 147.2 hissəsdən ibarətdir. Lakin X10 Əzizə Qurbanovanın CM-nin 147-ci maddəsinin hansı bəndi ilə cinayət məsulliyətinə cəlb edilməsini göstərməmişdir. Məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, xüsusi ittihamçı Səbinə Qurbanzadənin şikayətində göstərdiyi xüsusatlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi ittihamçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.5-ci madddəsinin tələbinə riayyət etməyərək cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş hissəsi düzgün tərtib edilmədiyindən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri olmadığından və mübahisə ailə münasibətləri zəmnində baş verdiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 302.1.6, 302.2.3, 344-347, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-59/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-59/2023
10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver