Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-6/2024 28.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Qazax rayonu, Qarapapaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Qazax rayonu, Qarapapaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi, xx.xx.2016-cı il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X11 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 75,00 manat, cəmi 150,00 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair Qazax Rayon Məhkəməsinin 2(023)-1030/2016 saylı, xx.xx.2016-cı il tarixli, habelə alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 200,00 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair Qazax Rayon Məhkəməsinin 2(023)-540/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Qazax Rayon Məhkəməsinin 3(023)-116/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə, hər iki məhkəmə qətnaməsi üzrə ilkin cinayət təqibi üçün təqdimat verilən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 9300,00 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs keçmiş arvadıdır, nikahlarından Səma və Sənan adlı iki uşaqları olmuşdur. Sonradan boşanmışlar. Qazax Rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan hər ay hər uşağa əvvəlcə 75 manat olmaqla, cəmi 150 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, həmin pulu ödəmədiyinə görə Qazax Rayon Məhkəməsinin hökmü ilə cəzalandırılmışdır. Hazırki borcla bağlı dəfələrlə Qazax Rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınıb ona müvafiq qanunvericiliyin tələbləri izah edilmişdir. Yaranmış aliment borcunu tələbkara ödəyə bilmədiyinə görə Qazax Rayon Məhkəməsinin qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra Qazax Rayon Məhkəməsinin qətnaməsinə əsasən əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği artırılmış, ondan hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat aliment alınaraq keçmiş arvadı Ofelyaya verilməsi qət edilmiş, maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmiş, ona xəbərdarlıqlar edilmiş, şöbəyə çağırılıb izahatı alınmış, sonra isə məhkəmə onu inzibati qaydada 08 gün həbs etmişdir. İnzibati qaydada həbsdən sonra şöbəyə dəvət olunaraq izahatı alınmış, ona aliment borcunu ödəməyi üçün yeni müddət verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tələbləri izah edilmişdir. Hazırda ümumilikdə 9300 manat aliment borcu yaranmışdır. Törətdiyi cinayət əməlinə görə peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş əridir, onların Səma və Sənan adlı iki uşaqları var. Sonradan Elxanla ayrılmışdır, uşaqlar onda qalmışdır. Qazax Rayon Məhkəməsinin qətnaməsinə əsasən hər uşaq üçün 75 manat olmaqla cəmi 150 manat pulun hər ay Elxandan alınıb ona verilməsi qət edilmiş, Elxan qeyd olunan pulu ödəmədiyi üçün sonuncu Qazax Rayon Məhkəməsinin hökmü ilə cəzalandırılmış, lakin keçmiş əri yenidən borcunu ödəməməyə davam etmiş, sonra o, məhkəməyə müraciət etmiş, alimentin məbləği hər uşaq üçün 25 manat olmaqla cəmi 50 manat artırılmış, əvvəlcə Elxanın işlədiyi yerdən əmək haqqısından qeyd olunan pul tutularaq ona verilmiş, sonra bir qədər də Elxan nəğd şəkildə ona aliment ödəmiş, daha sonra isə heç nə ödəməmişdir. Hazırda ona Elxanın cəmi 9300 manat borcu var. Təqsirlənrfirilən şəxs borcu qəsdən ödəmir, o da Təqsirləndirilən şəxs şikayətçidir, ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurudur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu aliment işinə görə tanımışdır. Təqsirləndirilən şəxs barəsində olan icra işi digər əməkdaşı Şahid1 icraatında olmuşdur. Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyinə görə inzibati qaydada həbs edilmiş, sonra isə onun barəsində cinayət işi başlanmışdır. İş üzrə şahid olan Şahid1 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurudur. Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin 2(023)- 1030/2016 saylı, 24 avqust 2016-cı il tarixli qətnaməsi əsasında xx.xx.2016-cı ildə verilmiş icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 12 may 2016-cı ildən başlayaraq hər ay hər uşağa 75,00 manat olmaqla, cəmi 150,00 manat sabit pul məbləğində aliment alınaraq 25 iyun 2009-cu ildə doğulmuş X7 və 11 yanvar 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi 18 noyabr 2016cı il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Təqsirləndirilən şəxs tələbin dərhal təmin edilməsi üçün bildiriş verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədi üzrə aliment borcunu borclu Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmədiyinə görə Qazax Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs 3350,00 manat aliment borcunu tələbkara ödəməkdən qəsdən yayındığı üçün onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında xx.xx.2018-ci il tarixdə təqdimat verilmişdir. Qazax Rayon Məhkəməsinin 1(023)-54/2019 saylı, 22 may 2019-cu ul tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla iki il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Borclu Təqsirləndirilən şəxs “X1 Company” MMC-də işlədiyi üçün aliment tələbi xx.xx.2019-cu il tarixdə borclunun əmək haqqına yönəldilmişdir. 2019-cu ilin iyun ayından 2020-ci ilin aprel ayınadək aliment pulu Təqsirləndirilən şəxs əmək haqqından tutularaq tələbkarın hesabına, 2020-ci ilin aprel ayından həmin ilin oktyabr ayınadək isə nəğd olaraq ödənilmişdir. Qeyd olunan tarixlərdə ümumilikdə 3050,00 manat aliment ödənişi edilmişdir. 2020-ci ilin noyabr ayından etibarən isə borclu aliment öhtəliyini yerinə yetirməmişdir. 11 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs iş axtaran vətəndaş kimi qeydiyyata alınması üçün X6 22 saylı Ərazi Məşğulluq Mərkəzinə müraciət olunmuş və qeydiyyata götürülmüşdür. İcra sənədi üzrə aylıq aliment pulunun və ödənilməmiş aliment borcunun ödənilməsinin təmini məqsədilə borclu Təqsirləndirilən şəxs Qazax rayon icra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri izah edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunın qanuni tələblərinin yerinə yetirilmədiyinə görə onun barəsində 26 yanvar 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qazax rayon məhkəməsinə göndərilmişdir. Qazax rayon məhkəməsinin 26 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında qərarı ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati qaydada həbsdən sonra borclu Təqsirləndirilən şəxs Qazax rayon icra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tələbləri izah edilərək aliment borcunun tələbkar Zərərçəkmiş şəxs ödəməsinin vacibliyi bildirilmişdir. Buna baxmayaraq borclu ödəniş etməmişdir. Bundan əlavə Qazax Rayon Məhkəməsinin 2(023)-540/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi əsasında 06 may 2021-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Qazax Rayon Məhkəməsinin 2(023)-1030/2016 saylı, 24 avqust 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən borclu Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment alınaraq 25 iyun 2009-cu ildə doğulmuş X13 və 11 yanvar 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi 16 may 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Təqsirləndirilən şəxs tələbin dərhal icrası üçün bildiriş verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs ünvanına icra sənədinin icrası ilə əlaqədar olaraq dəfələrlə xəbərdarlıqlar göndərilmiş, 15 sentyabr 2021-ci il tarixdə Qazax rayon icra və probasiya şöbəsinə dəvət edilərək yenidən izahatı alınmış və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbi izah edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunın qanuni tələblərinin yerinə yetirmədiyinə görə onun barəsində yenidən inzibati xəta protokol tərtib olunaraq baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Qazax Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli inzibati xəta haqqında qərarı ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs Qazax rayon icra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış, ona borcu ödəməsi üçün yeni müddət verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tələbləri izah edilmiş və aliment borcunun tələbkar Zərərçəkmiş şəxs ödəməsinin vacibliyi bildirilmişdir. Buna baxmayaraq borclu ödəniş etməmişdir. Borclu Təqsirləndirilən şəxs işlə təmin edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində X6nin X2 müraciət edilmişdir. Filial tərəfindən verilmiş məktubdan da görünür ki, borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən “Əmək və Məşğulluq” alt sistemində işaxtaran kimi qeydiyyata alınmışdır. Filialda tərəfindən vakant yerləri ilə tanış edilmiş "xxxx" Fərdi Firmasında usta köməkçisi işi təklif olunmuş, lakin vətəndaş əmək şəraiti və iş rejiminin onu qane etmədiyini bildirərək təklif olunan işdən imtina etmişdir. Bununla bağlı borclu bir daha Qazax rayon icra və probasiya şöbəsinə dəvət edilmiş, izahatı alınmış və borclu izahatında bildirmişdir ki, saloğlu fərdi firmasinda ona əmək haqqısı 345,00 manat olan fəhlə iş təklif edilmiş, lakin əmək haqqı az olduğu üçün iş təklifini qəbul etməmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıqlar göndərilmişdir. Xəbərdarlıqda aliment borcunun tələbkar Zərərçəkmiş şəxs ödənilməsinin vacibliyi bildirilərək ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin tələbləri izah olunaraq aliment borcunu tələbkara ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimat veriləcəyi bildirilmişdir. İcra sənədləri üzrə aliment borcunun tələbkara ödənilməsi üçün borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbəradar edilməsinə baxmayaraq heç bir nəticə çıxarmamış aylıq alimenti və yaranmış aliment borcunu tələbkara ödəməmiş, nəticədə hər iki məhkəmə qətnaməsi üzrə xx.xx.2023-cü il tarixədək 9300,00 manat aliment borcu yaranmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 2(023)-1030/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, xx.xx.2016-cı il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X11 adlı uşaqların yetginlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 75,00 manat, cəmi 150,00 manat sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bundan başqa Qazax Rayon Məhkəməsinin 2(023)-540/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, iki uşağın yetginlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 200,00 manat sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. 20 may 2021-ci il tarixli icra sənədlərinin icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1030 saylı, xx.xx.2016-cı il tarixli və Qazax Rayon Məhkəməsinin 2(023)-540 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə icraat birləşdirilmişdir. Qazax Rayon Məhkəməsinin 8(023)-30/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1030/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 18 noyabr 2016-cı il tarixli icraata başlamaq haqqında qərardan, tələbin könüllü icrası haqqında bildirişdən, 24 avqust 2020-ci il tarixli, 23 noyabr 2020-ci il tarixli tələbin məcburi qaydada ödənlməsi haqqında xəbərdarlıqlardan və Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(023)-44/2021 saylı qərarından görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1030/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2016-cı il tarixdə Qazax rayon icra və probasiya şöbəsinin icraatına daxil olmaqla, qeyd edilən tarixdə icraata başlanılaraq qərar və bildiriş borclu Təqsirləndirilən şəxs göndərilmiş, lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətə inzibati qaydada həbs olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 may 2021ci il tarixli icraata başlamaq haqqında qərardan, tələbin dərhal icra edilməsi haqqında bildirişdən, 06 sentyabr 2021-ci il tarixli, 10 yanvar 2022-ci il tarixli tələbin məcburi qaydada ödənlməsi haqqında xəbərdarlıqlardan və Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(023)-116/2022 saylı qərarından görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1030/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2016-cı il tarixdə, Qazax Rayon Məhkəməsinin 2(023)-540 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi isə xx.xx.2021-ci il tarixdə Qazax rayon icra və probasiya şöbəsinin icraatına daxil olmaqla, qeyd edilən tarixdə icraata başlanılaraq qərar və bildiriş borclu Təqsirləndirilən şəxs göndərilmiş, lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətə inzibati qaydada həbs olunmuşdur. xx.xx.2022-ci il tarixli 114729/2021-44-1-002 və xx.xx.2022-ci il tarixli, 114729/2021- 44-1-002 saylı xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı izah edilmişdir. Qazax rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimatdan müəyyən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə yığılmış 9300 manat borcdan tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi Tabeliyində DMA-nin X3 Filialından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran vətəndaş kimi xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır, sonuncuya "xxxx" Fərdi Firmasında usta köməkçisi işi təklif olunmuş, lakin sonuncu bu işlərdən imtina etmişdir. DİN BƏSİİ-nin verdiyi tələbnamədən və Qazax Rayon Məhkəməsinin 22 may 2019cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, CM-in 69-cu maddəsinə əsasən üzərində 01 il 11 ay 27 gün islah işləri cəzası saxlanılmışdır. Qazax rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir Qazax RİHB-nın Ağköynək kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx-xx/1236 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Qarapapaq kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakteriza olunmuşdur. İş materiallarından görünür ki, X8 ibtidai istintaq zamanı 01 gün tutulmuşdur. Qazax Rayon İcra və Probasiya şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 2(023)-1030 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək 4500 manat, 2(023)-540 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə isə xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək 4800 manat, ümumlikdə hər iki icra sənədi üzrə təqdimat verildiyi xx.xx.2023-cü il tarixədək cəmi 9300 manat aliment borcu yaranmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmədə dindirilmiş şahidin ifadəsi, həmçinin məhkəmə istintaqında araşdırılmış istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onin cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-6/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-6/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver