Məhkəmə qərarları › İş №1(023)-6/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-6/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-6/2025 24.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim sədrliyi, katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1 nümayəndəsi Nümayəndə və digər Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2015-ci ildən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş Fidan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 75,00 manat məbləğində alimentin alınmasına dair Qazax Rayon Məhkəməsinin 2(023)- 1195/2015 saylı, xx.xx.2015-ci il tarixli, habelə yuxarıda qeyd olunan qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay 120,00 manat məbləğində aliment alınıb tələbkar Dünyamaliyeva (İsmayılova) Leyla Məhəmməd qızına verilməsinə dair Qazax Rayon Məhkəməsinin 2(023)-919/2020 saylı, xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamələrini və xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2017-ci il tarixdə anadan olmuş Mələk və xx.xx.2019cu ildə anadan olmuş Tunar adlı uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140,00 manat, cəmi 280,00 manat məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs2 verilməsinə dair Qazax Rayon Məhkəməsinin 2(023)- 499/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qiyabi qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və əvvəllər analoji cinayət əməlinə görə məhkəmə məsuliyyətinə verilməsinə, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Qazax Rayon Məhkəməsinin 3(023)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (gün) müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan aliment borcunun ödənilməsinə dair məhkəmə qətnamələrini könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 6345,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Dünyamalıyeva (İsmayılova) Leyla Məhəmməd qızına, habelə həmin tarixədək 7000,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs2 ödəməyərək onlara həmin məqsədlə maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 (İsmayılova) ilə 2013-cü ildə evlənmiş, nikahları rəsmiləşdirilməmiş, onların xx.xx.2014-cü ildə Fidan adlı qızları doğulmuş, bir müddət sonra Leyla ilə münasibətləri pozulduğundan ayrılmışdlar. Qazax Rayon Məhkəməsinin müvafiq qətanməsinə əsasən ondan aliment alınıb Leylaya verilməsi qərara alınmışdır. Hazırda Leylaya 6345 manat aliment borcu var. Maddi imkanı olmadığı üçün həmin borcu ödəməmişdir. Leyladan ayrıldıqdan bir müddət sonra Zərərçəkmiş şəxs2 ilə ailə qurmuş, lakin bu dəfə də nikahları rəsmiləşdirilməmişdir. X11 və Tunar adlı uşaqları var. Sonradan Ləmanla da ayrılmışlar. Qazax Rayon Məhkəməsinin müvafiq qətanməsinə əsasən uşaqaların saxlanılması üçün ona aliment təyin edilmiş, alimenti maddi imkansızlıq ucbatından ödəyə bilmədiyi üçün Ləmana 7000 manat borcu yaranmışdır. Sonradan həmin 7000 manat borcdan 300 manatını ödəsə də qalanını ödəyə bilmir. Həm Leyla, həm də Ləmana aliment borcunu ödəyə bilmədiyi üçün Qazax Rayon Məhkəməsinin müvafiq qərarına əsasən inzibati qaydada həbs edilmiş, sonra isə aliment borcunu ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunacağı haqqında ibtidai istintaq aparan orqana təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X1 nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Leyla ilə 2013-cü ildə faktiki olaraq evlənmiş, nikahları rəsmiləşdirilməmişdir. Onların xx.xx.2014-cü ildə Fidan adlı uşaqları doğulmuşdur. Sonradan Leyla ilə Rəşad ayrılmışlar. Məhkəmə qətanməsinə əsasən Fidanın saxlanılması üçün aliment təyin edilmiş, həmin alimenti hazırda Rəşad ödəmədiyi üçün sonuncunun 6345 manat borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi qaydada tikintidə usta işləyərək kifayət qədər qazanc əldə etməsinə baxmayaraq yaranmış aliment bocunu qərəzli olaraq ödəmir. Borcu qəsdən ödəmədiyi üçün Elxan Əhmədovdan şikayətçidir, ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla xx.xx.2017-ci ildə faktiki olaraq ailə qurmuşlar, nikahları rəsmiləşdirilməmişdir. Onların xx.xx.2017-ci ildə Mələk və xx.xx.2019-cu ildə Tunar adlı uşaqları olmuşdur. Sonradan Rəşadla münasibətləri pozulmuş, 2020-ci ildə faktiki olaraq ayrılmışlar. O, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Qazax Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən hər iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Rəşad isə həmin almenti ödəməmiş, ümumilikdə 7000 manat borcu yaranmışdır. Rəşad işləyib pul qazansa da uşaqların alimentini ödəməkdən yayınır. Bİr dəfə Rəşad 7000 manat borcdan 300 manatını ödəsə də qalanını ödəmir. Borcu qəsdən ödəmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir, ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Qazax rayon İcra və Probasiya şöbəsinin rəisi işləyir. Qazax Rayon Məhkəməsinin müvafiq qətnamələrinə əsasən Təqsirləndirilən şəxs Fidan adlı uşağının saxlanılması üçün hər ay 120,00 manat məbləğində alimentin alınaraq tələbkar Dünyamaliyeva (İsmayılova) Leyla Məhəmməd qızına verilməsi qət edilmiş, lakin Rəşad icra sənədinin icrasını təmin etməmişdir. Borcluya icra sənədləri üzrə yaranmış aliment borcundan tələbkara ödəməməsi ilə bağlı dəfələrlə xəbardarlıq göndərilməsinə baxmayaraq tələbkara heç bir ödəniş edilməmişdir. Bundan başqa, Qazax Rayon Məhkəməsinin 2(023)- 499/2022 saylı, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdə doğulmuş X5 və 07 fevral 2019-cu ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs 04 fevral 2022-ci ildən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs2 verilməsi qət edilmiş, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədlərinin icrası ilə bağlı Təqsirləndirilən şəxs bildiriş göndərilməsinə baxmayaraq icra məmurunun çağırışına gəlməmişdir. Təqsirləndirilən şəxs icra sənədləri üzrə yarnmış aliment bocunun tələbkarlara ödəmədiyindən barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs icra sənədləri üzrə aliment borcunu tələbkarlara ödəməsi üçün yeni müddət verilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tələbləri izah edilmiş və nəzərinə çatdırılmışdır ki, aliment borcunu tələbkarlara ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təstiq olunan təqdimat veriləcəkdir. Buna baxmayaraq borclu heç bir ödəniş etməmişdir. İcra sənədləri üzrə aliment borcu Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmədiyinə görə Qazax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs yaranmış aliment bocunu qərəzli olaraq ödəməkdən yayınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-1195/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş Fidan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 75,00 manat məbləğində aliment alınıb tələbkar Dünyamaliyeva (İsmayılova) Leyla Məhəmməd qızına verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-919/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1195/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən borclu Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə doğulmuş Fidan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120,00 manat məbləğində aliment alınaraq tələbkar Dünyamaliyeva (İsmayılova) Leyla Məhəmməd qızına verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-499/2022 saylı, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X5 və 07 fevral 2019-cu ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs 04 fevral 2022-ci ildən başlayaraq hər ay hər uşağa görə 140,00 manat olmaqla, cəmi 280,00 manat məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Cinayət işinin materiallarından görünür ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 3(023)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan aliment borcunun ödənilməsinə dair məhkəmə qətnaməsini könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında sonuncu dəfə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Qazax Rayon Məhkəməsinin 8(023)- 73/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan X3 X2 Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində müraciət etmədiyinə görə işsiz və ya işaxtaran kimi qeydiyyata alınmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olaraq qazancı orta hesabla aylıq 1000,00-1200,00 manat müqabilində təşkil etdiyi halda icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına, habelə ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə, qətnaməni icra etmədiyi üçün ölkədən çıxma hüququnun məhdudlaşdırılmasına baxmayaraq, məhkəmə qətnaməsini icra etməmiş və cinayət işi üzrə zərərçəkmiş şəxs Dünyamaliyeva (İsmayılova) Leyla Məhəmməd qızına məhkəmə qətnaməsi üzrə borclu olduğu 6345,00 manat aliment borcundan istintaq dövründə heç bir ödəniş etməmişdir. Lakin cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məhkəmə qətnamələri üzrə borclu olduğu 7000,00 manat aliment borcundan istintaq dövründə cəmi 300,00 manat ödəniş etmişdir. Cinayət işinin materiallarında olan müvafiq xəbərdarlıq məktublarından, eyni zamanda Qazax Rayon Məhkəməsinin 3(023)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 2(023)-1195/2015 saylı, xx.xx.20215-ci il tarixli və həmin məhkəmənin 2(023)-919/2020 saylı, xx.xx.20220-ci il tarixli qanuni qüvvəyə minimiş qətnamələrini, habelə Qazax Rayon Məhkəməsinin 2(023)-499/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qiyabi qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmədə dindirilmiş şahidin ifadəsi, həmçinin məhkəmə istintaqında araşdırılmış istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onin cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar