Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-60/2025 08.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Ağstafa rayonu Saloğlu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İİ Qarabağ müharibəsi iştirakçısı, Ağstafa rayonu Saloğlu qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 10.64 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək qara rəngli polietilen sellofanın içərisinə bükərək əynində olan qara rəngli idman şalvarının sağ qabaq bel hissəsində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 20:42-də Qazax şəhəri, Heydər Əliyev prospekti 170 ünvanda yerləşən «Bazar Store» mağazasının qarşısında sərnişin qismində əyləşdiyi, X5 istifadəsində olan **-BG-*** dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobildə saxlanılaraq qeyd olunan ünvanda həmin gün saat 20:42-20:59-dək olan müddət ərzində avtomobilə fasiləsiz videoçəkiliş aparılmaqla baxış keçirildikdən sonra həmin gün saat 21.08-də Qazax şəhəri, H.Əliyev prospekti 165A ünvanında yerləşən Qazax RPŞ-nə təhvil verilmiş, 07 mart 2025-ci il tarixdə rayon X10 binasında saat 00:20-dən saat 01:15-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarın sağ qabaq bel hissəsində gizlətdiyi, qara rəngli polietilen sellofana bükülmüş, xeyli miqdar hesab edilən 10.64 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən 04 ildir müəyyən vaxtlarda narkotik vasitə olan qurudulmuş marixuana adlanan narkotik vasitədən istifadə edir, əvvəllər hərbiçi kimi fəaliyyət göstərmiş, 2024-cü ilin dekabr ayında hərbidən ehtiyyata buraxılmış, xx.xx.2025-ci il tarixdə işi ilə əlaqədar Bakı şəhərinə getmiş, xx.xx.2025-ci il tarixdə axşam saatlarında əvvəllər də bir dəfə narkotik vasitə olan marixuana aldığı Əli adlı İran vətəndaşı ilə vatsap vasitəsi ilə əlaqə saxlayaraq ona narkotik vasitə olan marixuana lazım olduğunu, onda marixuana olub-olmadığını soruşmuş, Əli adlı şəxs marixuana olduğunu bildirmiş, ona şəxsi istifadəsi üçün 10 qram marixuana verməsini bildirmiş Əli adlı şəxs ona 10 qram marixuana üçün 200 manat pul verməli olduğunu demiş, onunla razılaşmış və Əli adlı şəxsin ona göndərdiyi hal-hazırda xatırlamadığı mobil nömrəyə açılmış M10 hesabına əvvəlcə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən marketlərin birində olan ödəmə terminalı vasitəsi ilə 100 manat pul göndərmiş, təxminən 1 saat sonra o, Əli adlı şəxsin göndərdiyi xatırlamadığı M10 hesabına yenə də Xətai rayon ərazisində yerləşən başqa bir marketdə olan ödəmə terminalı vasitəsi ilə ayrı-ayrılıqda iki dəfə 50 manat, yəni ümumilikdə 100 manat pul göndərmişdir. Bundan sonra Əli adlı şəxs xx.xx.2025-ci il tarixdə səhər saatlarında ona verəcəyi marixuananı Suraxanı rayonu ərazisinə qoyub marixuananı qoyduğu yerin konumunu göndərəcəyini bildirmiş, onunla razılaşmış, xx.xx.2025-ci il tarixdə səhər saat 6 radələrində Əli ona vhatsap vasitəsi ilə marixuananı qoyduğu yerin konumunu atmış və marixuananı konumunu göndərdiyi ərazidə olan qaz turbasının altına qoyduğunu, gedib götürməyini bildirmiş, təxminən saat 08:30 radələrində o, Suraxanı rayonuna Əli adlı şəxsin ona göndərdiyi konumun yerləşdiyi əraziyə gəlmiş və onun dediyi qaz turbasının arxasından qara rəngli sellofan bükümdə olan marixuananı götürüb üzərində olan pencəyin cibinə qoymuş, 06 mart 2025-ci il tarixdə, saat 11 radələrində Bakı şəhər avtovağzalına gəlmiş və oradan Bakı-Qazax sərnişin daşıması ilə məşğul olan vito markalı avtomobilə əyləşərək Ağstafa rayonu istiqamətində yola düşmüş və saat 17 radələrində Ağstafa rayonuna çatmış, daha sonra Ağstafa şəhərində «Tez-Gəl» marketdən alış-veriş edib Ağstafa rayon dəmiryolu vağzalının yanına gedib yolun kənarında dayanaraq avtobus gözləmiş, həmin vaxt həmkəndlisi X6 özünə məxsus VAZ-2107 markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobili ilə gəlib onun yanında dayanmış və ona kəndə getdiyini bildirmiş, o,avtomobilə əyləşmiş və Qəriblə Saloğlu kəndi istiqamətinə hərəkət etmiş, Qəribin narkotik vasitə istifadə etdiyindən məlumatı olduğundan, Qəribə onda narkotik maddə olduğunu, istifadə etmək istədiyini soruşmiş, Qərib narkotik vasitədən istifadə etmək istədiyini bildirmiş və avtomobili Ağstafa rayonunun çıxışında yolun kənarına sürüb dayandırmış, daha sonra avtomobilində bir ədəd kazbek olduğunu deyərək həmin kazbeki götürmüş, o, isə cibində olan marixuananı çıxarıb Qəribə vermiş, Qərib həmin marixuananın üzərindən götürüb əlində olan kazbekin içərisinə doldurmuş, sonra isə ona verdiyi marixuananı geri qaytarmış, o, marixuananı Qəribdən alıb üzərində olan qara rəngli idman şalvarının sağ tərəfdən bel nahiyyəsinin altında saxlamış, Qərib içərisinə marixuana doldurduğu kazbeki yandırmış və onlar növbəli şəkildə həmin narkotik vasitədən istifadə etmişlər. Onlar həmin narkotik vasitəni istifadə etdikdən sonra Qərib ona Qazax rayonunda yerləşən “BazarStore” mağazasının qarşısında bir nəfər tanışı ilə görüşəcəyini, onunla gedib yenidən kəndə qayıtmaqlarını bildirmiş, o, onunla razılaşmış, Qərib avtomobilini Qazax rayonu istiqamətində idarə etmiş, onlar “BazarStore” mağazasının qarşısına çatdıqda Qərib avtomobilini dayandırmış və avtomobildən enərək “BazarStore” mağzasına doğru getmiş, o, isə avtomobildən enərək cibindən bir ədəd siqaret çıxarıb yandırmış və həmin siqareti çəkməyə başlamış, o, siqareti bitirdikdən sonra Qərib ona avtomobilini işə salmağını bildirmiş, o, avtomobilə əyləşmiş və avtomobili işə salmışdır. Bu vaxt bir neçə nəfər videoçəkiliş apara-apara ona yaxınlaşaraq Qazax RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. O, avtomobildən çölə baxdıqda Qəribin də polis əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür., Polis əməkdaşları Qəribə üzərində və avtomobilində narkotik vasitə olduğunu, varsa təqdim etməsini bildirmiş, Qərib üzərində və avtomobilində narkotik vasitə olmadığını bildirmiş, Qəribin avtomobilinin qapıları kilidlənmədiyindən polis əməkdaşları Qəribin avtomobilinə baxış keçirmiş, baxış zamanı Qəribin avtomobilindən narkotik vasitə aşkar olunmuş, bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə gəlmiş, Qazax rayon Polis Şöbəsində o, narkotik vasitə istifadə etməkdə, saxlamaqda, daşımaqda şübhəli olduğundan şübhəli şəxs kimi tutulmuş, bundan sonra vəkilin iştirakı ilə inzibati otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o üzərində olan qara rəngli idman şalvarının bel nahiyyəsinin qabaq sağ hissəsinin altında saxladığı marixuananı polis əməkdaşlarına təqdim etmiş və həmin narkotik vasitənin marixuana olduğunu, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində Əli adlı İran vətəndaşından 200 manat qarşılığında alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərinə yenidən şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən təqdim etdiyi narkotik vasitədən başqa hər hansı bir narkotik vasitə aşkar olunmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu, Saloğlu qəsəbəsində yaşayan X5 narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşqul olması barədə əməliyyat məlumatları daxil olmuş, bundan başqa 06 mart 2025-ci il tarixdə Qərib Bukavazinin üzərində və idarə etdiyi avtomobilində narkotik vasitə ilə Qazax şəhərində hərəkət etməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, o, və qrupun digər üzləri CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, əməliyyat rabitə qrupunun kiçik inspektoru, polis baş serjantı Şahid4 və KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı X8 ilə birlikdə olan vaxt 06 mart 2025-ci il tarixdə saat 20:42-də Qazax şəhəri, Heydər Əliyev prospektində «Bazar Store» mağazasının qarşısında X6 idarə etdiyi «Vaz-2107» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yanında həmyerlisi Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, onlar «Vaz-2107» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan Qərib Bukavazinə yaxınlaşmış, özlərini təqdim etmiş, Qazax RPŞ-nin kriminalistik təhqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis kapitanı Rahil Hüseynov tərəfindən «Panasonic» markalı videokamera ilə video çəkiliş aparıldığını elan etmiş və Qərib Bukavazinə avtomobilində narkotik vasitə olduğunu, varsa təqdim etməsini bildirmişlər, o, isə avtomobilində narkotik vasitə olmadığını bildirmiş, Qərib Bukavazinə məxsus avtomobilin qapıları kilidlənmədiyi üçün avtomobilə baxış keçirilmiş, baxış zamanı Qərib Bukavazinin idarə etdiyi «Vaz-2107» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildən bir bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunmuş, avtomobildən aşkar olunmuş bir bükümdə psixotrop maddə olan metamfetamin bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və imzalanmış, bundan sonra Qərib Bukavazinin avtomobilində olan həmkəndlisi Təqsirləndirilən şəxs da narkotik vasitədən istifadə etməsi və üzərində gəzdirməsi barədə onlarda əsaslı şübhələr yaranmış, Təqsirləndirilən şəxs və Qərib Bukavazini idarə etdiyi «Vaz-2107» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Qazax rayon polis şöbəsinə gətirilmiş, Qazax rayon Polis Şöbəsində təhqiqatçı tərəfindən Qərib Bukavazin şübhəli şəxs qismində tutulmuşdur. Qazax RPŞ-nin inzibati binasında Qərib Bukavazinin şəxsi axtarışı zamanı üzərində olan qanunla daşınması qadağan olunan əşyaları, o cümlədən narkotik vasitə, psixotrop maddə, onların prekusorlarının olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmiş, Qərib Bukavazin əynində olan cins şalvarın sağ arxa cibindən bir ədəd siqaret qutusunun gümüşü kağızına bükülmüş kristal formalı psixotrop maddə olan metamfetamini və sağ ayağına geyinmiş corabdan siqaret qutusunun gümüşü kağızına bükülmüş kristal formalı psixotrop maddə olan metafetamıni və siqaret qutusunun gümüşü kağızına bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş, üzərindən və avtomobilindən aşkar olunan narkotik vasitəni xx.xx.2025-ci il tarixdə Yevlax rayonunda əvvəllər tanımadığı Rövşən adlı şəxsdən ümumilikdə 50 manat qarşılığında aldığını bildirmiş, sonra video çəkiliş vasitəsi ilə «Vaz- 2107» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar olunaraq bir ədəd zərfə qablaşdırılmış bir bükümdə psixotrop maddə olan metamfetamin açılıb baxılmış, zərfin içərisində olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kristal formalı kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisi 0,18 qram təşkil etmiş, Qərib Bukavazinin təqdim etdiyi iki bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş kristal formalı kütlələrin kağız ilə birlikdə ayrı-ayrılıqda hər birinin çəkisi 0,30 qram və 0,12 qram təşkil etmiş, bir bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş yaşıl rəngli kütlənin kağız ilə birlikdə ümumi çəkisi 0,20 qram təşkil etmiş, həmin kütlələr tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə götürülərək dörd ədəd zərfə qoyulmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına müdafiəçi təyin edilmiş, Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə şəxsi axtarışı zamanı üzərində olan qanunla daşınması qadağan olunan əşyaları, o cümlədən narkotik vasitə, psixotrop maddə, onların prekusorlarının olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın bel nahiyyəsinin qabaq sağ hissəsinin altında saxladığı bir ədəd qara rəngli sellofan kəsiyi bükümünü təqdim edib həmin bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu və xx.xx.2025-ci il tarixdə Bakı şəhərində Əli adlı iran vətəndaşından 200 manat qarşılığında alıb şəxsi istifadəsi üçün üstündə gəzdirdiyini bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuana, elektron tərəzidə çəkilmiş və kağız ilə birlikdə ümumi çəkisi 14,93 qram təşkil etmişdir. İştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Qərib Bukavazini əvvəllər tanımamış, onunla əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamış, o, son zamanlar Qərib Bukavazin narkotik vasitlərdən və psixotrop maddələrdən istifadə etməsi barədə əməliyyat məlumatları almış, ona görə də onun ətrafında əməliyyat tədbirləri keçirmiş, Təqsirləndirilən şəxs da əvvəllər tanımamış, onunla əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. . Məhkəmə istintaqı zamanı Şahid3 və X12 Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş X3 ifadəsindən görünür ki, Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan, kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 07 mart 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısının (1-ci siyahı) daxildir. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahı) daxildir. Cinayət işinin materiallarında olan, məhkəmə narkoloji ekspertizasının 16 may 2025-ci il tarixli 805 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionidlərdən epizotik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan, məhkəmə-bioloji ekspertizanın 10 iyun 2025-ci il tarixli 16/492 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olumuş üzərində “X5 üzərindən aşkar edilmiş kütlə” yazılar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü kağız bükümdəki qurudulmuş marixuana və üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə olan digər 1 (bir) ədəd qara rəngli sellofan bükümdəki qurudulmuş marixuana eyni deyildir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası CPM-nin 246-247-ci maddələrinin tələblərinə müvafiq qaydada keçirilməklə tərtib olunmuş şəxsi baxış və götürmə aparılması haqqında 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə aparılan zaman üzərində olan qara rəngli idman şalvarının bel nahiyyəsinin qabaq sağ hissəsinin altında saxladığı bir ədəd şəffaf və qara rəngli sellefan kəsiyi bükümünü könüllü olaraq təqdim etmiş, bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində Əli adlı İran vətəndaşından 200 manat qarşılığında alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı o, üzərində olan bir ədəd «Redmi Note» markalı mobil telefonu könüllü olaraq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncun təqdim etdiyi əşyalardan əlavə üzərindən əşya, predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan, DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinə əsasən 06 ay hərbi xidmət üzrə məhdudiyyət cəzası-5% cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan, X1 daxil olmuş xx.xx.2025-ci il tarixli 877 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs 02 gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağstafa RİHB-nın Saloğlu qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi arayışdan və xasiyyətnamədə görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu Saloğlu qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri arvadı X4, oğlu X13 və qızı X9 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2718 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Kəlbəcərin azad olunmasına görə” medalı verilmişdir. Cinayət işinin materiallarında olan 17 iyun 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ilə bərabər digər hər hansı bir şəxsin sözügedən cinayət əməllərinin törədilməsində iştirakçılıqları ilə bağlı yaranan şöbhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından qeyd olunan süsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin, Qazax rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin, Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 10.58 qram marixuana məhv edilməli, iş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 91.40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351- 353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılmaı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Qazax rayon polis şöbəsində saxlanılan, 10.58 qram marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 91,20 (doxsan bir manat, iyirmi qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-60/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-60/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver