Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-61/2024 30.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 21 may 2023-cü il tarixdə tanışı X3 təqdim etdiyi "xxxx" ASCyə məxsus 4169 7388 9198 9190 nömrəli kart hesabına narkotik vasitə və ya psixotrop maddə əldə etmək məqsədi ilə 50 (əlli) manat miqdarında pul ödədikdən sonra, sonuncu tərəfindən “Whatsapp” ünsiyyət proqramı vasitəsilə istiqamətləndirmə üsulu ilə Qazax şəhəri Nərimanov yaşayış massivində yerləşən çörək sexinin yaxınlığında satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd qara rəngli siqaret kağızı bükümünün içərisində şəffaf rəngli polietilen bükümdə olmaqla təmiz çəkisi 0,695 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanda yerləşən X2 yaxınlığına daşımış, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 22 may 2023-cü il tarixdə saat 18:20 dəqiqədə ünvan 3 ünvanda yerləşən X2 yaxınlığında saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən Qazax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 19:00-dan saat 20:15-dək olan müddət ərzində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümünün içərisində şəffaf rəngli polietilen bükümdə olmaqla təmiz çəkisi 0,695 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd qara rəngli siqaret kağızı bükümünün içərisində şəffaf rəngli polietilen bükümdə olmaqla təmiz çəkisi 0,497 qram maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Qazax şəhəri Heydər Əliyev prospekti 65 nömrəli ünvanın yaxınlığına daşımış, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 08 yanvar 2024-cü il tarixdə saat 16:05 dəqiqədə Qazax şəhəri Heydər Əliyev prospekti 65 nömrəli ünvanın yaxınlığında saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən Qazax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 17:10-dan saat 18:10-dək olan müddət ərzində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümünün içərisində şəffaf rəngli polietilen bükümdə olmaqla təmiz çəkisi 0,497 qram maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ***-***-**- ** saylı mobil nömrə ona məxsusdur. Birinci dəfə onun üzərindən aşkar edilmiş heroini Novruz Ayralovdan almışdır. Belə ki, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Novruzla xx.xx.2023-cü il tarixdə saat 11-12 radələrində əlaqə saxlamış və ona narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Novruz ona kart hesab nömrəsini göndərmiş, pulu göndərəndən sonra narkotik verə biləcəyini demişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində 50 manat pulu “Al Market”in qarşısındakı “Milliön” ödəmə sistemi vasitəsilə Novruzun ona göndərdiyi Kapital bank hesab kartına göndərmiş, yenidən “Whatsaap” sosial şəbəkəsi vasitəsilə Novruza yazaraq pulu göndərdiyini bildirmiş, pulu göndərəndən 15-20 dəqiqə sonra Novruz ona cavab yazaraq bildirmişdir ki, 1 qram heroini Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində Elçin restoranının arxasına, Etibarın çörək bişirmə sexinin sol hissəsindəki ağaclardan birinin yanına qoymuşdur. O, qeyd olunan yerə gedib narkotik vasitəni oradan götürmüş və evə qayıtmışdır. 22 may 2023-cü il tarixdə, saat 18 radələrində Qazax Dəmir yolu vağzalının yaxınlığında avtomobildə olarkən bir neçə nəfər ona yaxınlaşmış, özlərini təqdim edib Qazax rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin saxlanmasında, daşınmasında, istifadəsində və istehlakında şübhəli olduğunu bildirərək onlarla birlikdə Qazax rayon PŞ-nə gedəcəyini demişlər. O da etiraz etməmiş, polis şöbəsinə getmişlər. Qazax RPŞ-də o, müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla daşınması qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. O, əynində olan göy rəngli cins materialından olan şalvarının sağ yan cibindən Novruzdan şəxsi istifadəsi üçün almış olduğu 01 ədəd siqaret qutusunun qara rəngli kağızına bükülü halda olan bükümü öz razılığı ilə, könüllü olaraq təqdim etmiş və içərisində heroin olmasını demişdir. Təqdim etdiyi kağız büküm polis əməkdaşı tərəfindən açılmış, O, heroini Novruzdan 50 manata aldığını polislərə bildirmişdir. Büküm elektron tərəzidə çəkilib qablaşdırılmış, sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunsuz əşya üzərindən aşkar edilməmişdir. O, tutulandan sonra isə cəmi 04 yanvar 2024-cü il tarixdə bir dəfə Bakı şəhərindən İran vətəndaşından almışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhərində olarkən sonradan adının Məhəmməd olmasını bildiyi şəxsə tanış olmuş, Məhəmməd ona 25 manata 01 büküm heroin satmışdır. Sonra Qazax şəhərinə qayıtmışdır. Qazax şəhərinə qayıtmış, qeyd olunan heroini də şəxsi istifadəsi üçün özüylə gətirmiş, şalvarının cibində saxlamışdır. 08 yanvar 2024-cü il tarixdə gəzmək üçün günorta şəhərə çıxmış, həmin gün saat 16:05-də Qazax şəhəri, H. Əliyev prospekti ilə evi istiqamətdə hərəkətdə olan zaman Beynəlxalq Bankın tam qarşısında polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onu Qazax RPŞ-nə dəvət etmişlər. O da etiraz etməmişdir. Qazax RPŞ-də o, müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla daşınması qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. O, üzərində üzərində narkotik vasitə olduğunu deyərək əynindəki boz rəngli cins şalvarının sağ yan balaca cibindən 01 ədəd siqaret qutusunun qara rəngli kağızına bükülü halda olan bükümü təqdim etmiş və içərisində heroin olmasını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bükülü açılıb tərəzidə çəkilmiş, sonra qablaşdırılıb götürülmüşdür. Üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qadağan olunmuş əşya aşkar edilməmişdir. Törətdiyi əməllərdən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirillmiş Şahid4 ifadəsində göstərdi ki, Qazax RPŞ PPX-də polis nəfəri işləyir. 22 may 2023-cü il tarixdə, saat 18:20-də həmin vaxt Qazax RPŞ CAB-də əməliyyat müvəkkili işləyən Şahid3la və digər iş yoldaşı Şahid5 ilə birlikdə Qazax şəhər sakini Təqsirləndirilən şəxs həyəta keçirilən əməliyyat-axtarış tədbiri ilə əlaqədar Qazax şəhəri Dəmir yolu vağzalının yaxınlığında saxlayıb rayon polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən Qazax RPŞ-nə getmişdir. Qazax RPŞ-də təhqiqatçının otağında Azər müdafiəçi ilə təmin edilmiş, videoçəkil aparılmaqla Azərin üzərində şəxsi axtrış aparılmış, təhqiqatçı əvvəlcə Azərə üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etmiş, Azər şalvarının sağ yan kiçik cibindən büküm çıxarıb təqdim edərək içində heroin olmasını, 21 may 2023-cü il tarixdə şəxsi istifadəi üçün 50 manata Novruz Ayralovdan aldığını demişdir. Bükülü açılıb içinə baxılmış, elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Daha sonra Azərin üzərində şəxsi axtarış davam etdirilsə də qanunla qadağaın edilmiş başqa əşya tapılmamışdır. Sonda protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra protokolu özü və orada olan digər şəxslər imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 da Şahid4la eyni məzmunlu ifadə verib onun göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qazax rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis kiçik leytenantı rütbəsində xidmət edir. 08 yanvar 2024-cü il tarixdə xidməti iş yerində olan zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, üzərində saxlaması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbiri ilə əlaqdəar onlar həmin gün, saat 16:05-də polis Təqsirləndirilən şəxs Qazax şəhəri, Heydər Əliyev prospekti 65 ünvanında saxlayıb Qazax RPŞ-nə aparmışlar. Orada Azər müdafiəçi ilə təmin edilmiş, videoçəkiliş əsasında Azərin üzərində şəxsi axxtarış aparılmış, Azərə üzərində və hər hansı qanunsuz əşya olub olmaması, əgər varsə təqdim etməsi bildirilmiş, Azər əynindəki boz rəngli cins şalvarın sağ yan balaca cibindən 01 ədəd siqaret qutusunun qara rəngli kağızının içərisindəki qəhvəyi rəngli kütləni öz razılığı ilə, könüllü təqdim edərək heroin olmasını, Bakı şəhərində olan zaman tanımadığı şəxsdən 25 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Sonra Azərin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 da Şahid2la eyni məzmunlu ifadə verərək onun göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24 may 2023cü il tarixli 6/2978 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş 0,695 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir (0,695 qram heroindən 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,645 qram heroin qalmışdır). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2024-cü il tarixli 16/29 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,497 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir (0,497 qram heroindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş 0,447 qram heroin qalmışdır). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 11 sentyabr 2023-cü il tarixli 1502 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin acılığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 16 fevral 2024-cü il tarixli 249 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümünün içərisində şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını və 21 may 2023-cü il tarixdə X3 təqdim etdiyi "xxxx" ASC-yə məxsus kart hesabına 50 manat miqdarında pul köçürməsini və bunun müqabilində sonuncudan həmin tarixdə əldə etməsini etiraf etmiş, şəxsi axtarış və götürmə 22 may 2023-cü il tarixdə, saat 19:00-da başlamış, həmin gün, saat 20:15-də bitmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 08 yanvar 2024-cü il tarixli protokoldan görünür, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümünün içərisində şəffaf rəngli polietilen bükümdə ketlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını və 04 yanvar 2024-cü il tarixdə şəxsi istifadəsi üçün Bakı şəhərində təsadüfən tanış olduğu Məhəmməd adlı şəxsdən 25 manat müqabilində əldə edib üzərində saxlamaqla daşımasını etiraf etmiş, şəxsi axtarış və götürmə 08 yanvar 2024-cü il tarixdə, saat 17:10-da başlamış, həmin gün, saat 18:10-da bitmişdir. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin 23 yanvar 2019-cu il hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtarmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 24 may 2023-cü il tarixdə azad edilməklə, bundan başqa, 08 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 10 yanvar 2024-cü il tarixdə azad edilməklə cəmi ibtidai istintaq zamanı 04 gün tutulmuşdur. Cinayəy işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, təkrar qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitəheroin əldə edib saxlamasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən, onun tutulduğu 04 gün müddət təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,645 qram heroin və 0,447 qram heroin məhv edilməli, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 112,40 manat məbləğdə pul ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin Saxlanc anbarında saxlanılan 0,645 qram heroin və 0,447 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 112 (bir yüz on iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-61/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-61/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver