Məhkəmə qərarları › İş №1(023)-62/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-62/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-62/2023 11.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 9 dekabr 2022-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasında istintaqla müəyyən edilməmiş mənbədən əldə etdiyi ümumilikdə dəyəri 4515 manat cəmi kütləsi 45,15 qram olan 750 əyyarlı qızıldan hazırlanmış üzərində “Cartier” yazısı olan 5 ədəd qolbaq, dəyəri 761 manat 7,61 qram olan 750 əyyarlı qızıldan hazırlanmış mismar formalı üzərində “Cartier” yazısı olan qolbaq, dəyəri 777 manat 7,77 qram olan 750 əyyarlı qızıldan hazırlanmış üzərində ağ şəffaf qaşları olan qolbaq, dəyəri 680 manat 6,68 qram olan 750 əyyarlı qızıldan hazırlanmış üzərində 2 ədəd ağ şəffaf qaşları olan qolbaq, ümumilikdə dəyəri 3675 manat cəmi kütləsi 43,23 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində “Cartier” yazısı olan 5 ədəd qolbaq, dəyəri 504 manat 5,93 qram olan 585 əyyarlı qızıldan hazırlanmış mismar formalı üzərində ağ şəffaf qaşları olan qolbaq, ümumulikdə dəyəri 5836 manat cəmi kütləsi 58,36 qram olan 750 əyyarlı qızıldan hazırlanmış 7 ədəd qolbaq, ümumilikdə dəyəri 4434 manat cəmi kütləsi 44,34 qram olan 750 əyyarlı qızıldan hazırlanmış üzərində “Versage” naxışlı 6 ədəd qolbaq, ümumilikdə dəyəri 6455 manat cəmi kütləsi 64,55 qram olan 750 əyyarlı qızıldan hazırlanmış müxtəlif toxunuşlu 8 ədəd qolbaq, ümumilikdə dəyəri 2348 manat cəmi kütləsi 23,48 qram olan 750 əyyarlı qızıldan hazırlanmış halqa toxunuşlu 3 ədəd qolbaq, dəyəri 1000 manat kütləsi 10,00 qram olan 750 əyyarlı qızıldan hazırlanmış müxtəlif elementli qolbaq, dəyəri 868 manat 10,21 qram olan 585 əyyarlı qızıldan hazırlanmış 2 ədəd qolbaq, ümumilikdə dəyəri 816 manat cəmi kütləsi 9,60 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində müxtəlif formalı elementlər olan 4 ədəd qolbaq, ümumilikdə dəyəri 2338 manat cəmi kütləsi 27,51 qram olan 585 əyyarlı qızıldan hazırlanmış 13 ədəd qolbaq, ümumilikdə dəyəri 1082 manat cəmi kütləsi 12,73 qram olan 585 əyyarlı qızıldan hazırlanmış müxtəlif formalı elementləri üzərində ağ şəffaf qaşları olan 7 ədəd qolbaq, ümumilikdə dəyəri 1162 manat cəmi kütləsi 13,67 qram olan 585 əyyarlı qızıldan hazırlanmış ürək formalı elementləri üzərində ağ və qara şəffaf qaşları olan 3 ədəd qolbaq, ümumilikdə dəyəri 2485 manat cəmi kütləsi 29,24 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində ürək formalı elementləri olan 6 ədəd qolbaq, dəyəri 382 manat kütləsi 4,49 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində kürə formalı elementləri olan qolbaq, ümumilikdə dəyəri 1265 manat cəmi kütləsi 14,88 qram olan 585 əyyarlı qızıldan hazırlanmış ürək formalı elementləri üzərində ağ və qara şəffaf qaşları olan 3 ədəd boyunbağı, ümumilikdə dəyəri 3158 manat ,cəmi kütləsi 37,15 qram 585 əyyarlı qızıldan hazırlanmış üzərində ürək formalı elementlər olan 4 ədəd boyunbağı, ümumilikdə dəyəri 955 manat cəmi kütləsi 9,55 qram olan 750 əyyarlı qızıldan hazırlanmış üzərində “Cartier” yazısı olan 4 ədəd üzük, dəyəri 782 manat 7,82 qram olan 750 əyyarlı qızıldan hazırlanmış alyans üzük, dəyəri 451 manat 4,51 qram olan 750 əyyarlı qızıldan hazırlanmış pələng başlı formalı üzərində yaşıl qaşları olan üzük, dəyəri 249 manat 2,49 qram olan 750 əyyarlı qızıldan hazırlanmış mismar formalı üzərində ağ şəffaf qaşları olan “Cartier” yazılı üzük, dəyəri 104 manat 1,22 qram olan 585 əyyarlı qızıldan hazırlanmış “Cartier” yazılı üzük, ümumilikdə dəyəri 379 manat ,cəmi kütləsi 4,46 qram olan 585 əyyarlı qızıldan hazırlanmış ürək formalı elementi üzərində ”Tiffony& Co” yazısı olan 2 ədəd üzük, dəyəri 264 manat 3,11 qram olan 585 əyyarlı qızıldan hazırlanmış “V” formalı üzük, ümumilikdə dəyəri 356 manat cəmi kütləsi 4,19 qram olan 585 əyyarlı qızıldan hazırlanmış 3 ədəd kiçik ölçülü üzük, ümumilikdə dəyəri 557 manat cəmi kütləsi 6,55 qram 585 əyyarlı qızıldan hazırlanmış gözmuncuqlu, üzərində ağ şəffaf qaşları olan 2 ədəd üzük, ümumilikdə dəyəri 626 manat cəmi kütləsi 7,36 qram olan 585 əyyarlı qızıldan hazırlanmış müxtəlif formalı, üzərində ağ şəffaf qaşları olan 3 ədəd üzük, ümumilikdə dəyəri 725 manat cəmi kütləsi 8,53 qram olan 585 əyyarlı qızıldan hazırlanmış müxtəlif formalı, üzərində ağ şəffaf qaşları olan 5 ədəd üzük, ümumilikdə dəyəri 505 manat cəmi kütləsi 5,94 qram olan 585 əyyarlı qızıldan hazırlanmış göz formalı gözmuncuqlu, üzərində ağ şəffaf qaşları olan 2 ədəd üzük, ümumilikdə dəyəri 2518 manat cəmi kütləsi 29,62 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində ağ və qara şəffaf qaşları olan 4 ədəd üzük, ümumilikdə dəyəri 780 manat cəmi kütləsi 9,18 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində ağ şəffaf qaşları olan 3 ədəd üzük, dəyəri 285 manat 3,35 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində ağ şəffaf qaşları olan üzük, ümumilikdə dəyəri 769 manat cəmi kütləsi 9,05 qram olan 585 əyyarlı qızıldan hazırlanmış pələng başlı formalı üzərində yaşıl qaşları olan saçaqlı 2 ədəd üzük, ümumilikdə dəyəri 3329 manat cəmi kütləsi 39,16 qram olan 585 əyyarlı qızıldan hazırlanmış müxtəlif formalı, üzərində ağ şəffaf qaşları olan 17 ədəd üzük, dəyəri 531 manat 5,31 qram olan 750 əyyarlı qızıldan hazırlanmış böyük ölçülü oval sırğa cütü, ümumulikdə dəyəri 1351 manat cəmi kütləsi 13,15 qram olan 750 əyyarlı qızıldan hazırlanmış 3 ədəd sırğa cütü, ümumulikdə dəyəri 866 manat cəmi kütləsi 8,66 qram olan 750 əyyarlı qızıldan hazırlanmış 2 ədəd nida formalı sırğa cütü, dəyəri 664 manat 6,64 qram olan 750 əyyarlı qızıldan hazırlanmış “Cartier” yazılı sırğa cütü, dəyəri 138 manat kütləsi 1,38 qram olan 750 əyyarlı qızıldan hazırlanmış düzbucaqlı sırğa cütü, dəyəri 412 manat 4,12 qram olan 750 əyyarlı qızıldan hazırlanmış üzərində sarı-gümüşü, qırmızımtıl-sarı rəngli kürələr olan sırğa cütü, dəyəri 762 manat 7,62 qram olan 750 əyyarlı qızıldan hazırlanmış oval formalı elementli, sallantılı sırğa cütü, dəyəri 1093 manat 12,86 qram olan 585 əyyarlı qızıldan hazırlanmış düzbucaqlı sırğa cütü, dəyəri 360 manat 4,23 qram olan 585 əyyarlı qızıldan hazırlanmış ürək formalı sırğa cütü, ümumilikdə dəyəri 1079 manat cəmi kütləsi 12,69 qram olan 585 əyyarlı qızıldan hazırlanmış böyük ölçülü sırğa cütü, ümumilikdə dəyəri 893 manat cəmi kütləsi 10,50 qram olan 585 əyyarlı qızıldan hazırlanmış müxtəlif formalı 3 ədəd sırğa cütü, ümumilikdə dəyəri 1087 manat cəmi kütləsi 12,79 qram olan 585 əyyarlı qızıldan hazırlanmış gül və ürək formalı üzərində ağ və qara rəngli mina qatı olan 5 ədəd sırğa cütü, ümumilikdə dəyəri 1091 manat cəmi kütləsi 12,84 qram olan 585 əyyarlı qızıldan hazırlanmış pələng başlı formalı üzərində yaşıl şəffaf qaşları olan saçaqlı 2 ədəd sırğa cütü, ümumilikdə dəyəri 581 manat cəmi kütləsi 6,84 qram olan 585 əyyarlı qızıldan hazırlanmış halqa formalı, müxtəlif formalı elementləri üzərində ağ və qara şəffaf qaşları olan 2 ədəd sırğa cütü, ümumilikdə dəyəri 746 manat cəmi kütləsi 8,78 qram olan 585 əyyarlı qızıldan hazırlanmış düzbucaqlı formalı üzərində ağ şəffaf qaşları olan 2 ədəd sırğa cütü, ümumilikdə dəyəri 1554 manat cəmi kütləsi 18,28 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində ağ şəffaf qaşları olan 4 ədəd sırğa cütü, ümumilikdə dəyəri 2975 manat cəmi kütləsi 35,00 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində ağ şəffaf qaşları olan 6 ədəd sırğa cütü, ümumilikdə dəyəri 974 manat cəmi kütləsi 11,46 qram olan 585 əyyarlı qızıldan hazırlanmış müxtəlif formalı elementli 6 ədəd sırğa cütü, ümumilikdə dəyəri 3496 manat cəmi kütləsi 41,13 qram olan 585 əyyarlı qızıldan hazırlanmış müxtəlif formalı elementlər üzərində ağ və qara şəffaf qaşları olan 14 ədəd sırğa cütü, ümumilikdə dəyəri 679 manat cəmi kütləsi 7,99 qram olan 585 əyyarlı qızıldan üzərində ağ və qara şəffaf qaşları olan 7 ədəd düymə sırğa cütü, dəyəri 128 manat 1,50 qram olan 585 əyyarlı qızıldan hazırlanmış gül formalı elementləri üzərində ağ şəffaf qaşları olan sırğa cütü, ümumulikdə dəyəri 5608 manat cəmi kütləsi 56,08 qram olan 750 əyyarlı qızıldan hazırlanmış “Versage” naxışlı 4 ədəd boyunbağı, ümumulikdə dəyəri 4103 manat cəmi kütləsi 41,03 qram olan 750 əyyarlı qızıldan hazırlanmış 10 ədəd boyunbağı, ümumulikdə dəyəri 920 manat cəmi kütləsi 9,20 qram olan 750 əyyarlı qızıldan hazırlanmış 2 ədəd boyunbağı, ümumulikdə dəyəri 2689 manat cəmi kütləsi 26,89 qram 750 əyyarlı qızıldan hazırlanmış müxtəlif toxunuşlu 2 ədəd boyunbağı, ümumulikdə dəyəri 3514 manat cəmi kütləsi 41,34 qram olan 585 əyyarlı qızıldan hazırlanmış 2 ədəd boyunbağı, dəyəri 621 manat 7,31 qram olan 585 əyyarlı qızıldan hazırlanmış “Versage” naxışlı boyunbağı, dəyəri 771 manat 9,07 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində kürə formalı elementləri olan boyunbağı, ümumulikdə dəyəri 7591 manat cəmi kütləsi 89,31 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində müxtəlif formalı kulonu olan 31 ədəd boyunbağı, ümumilikdə dəyəri 5179 manat cəmi kütləsi 60,93 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində müxtəlif formalı kulonu üzərində ağ şəffaf qaşları olan 25 ədəd boyunbağı, dəyəri 263 manat 3,09 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində müxtəlif formalı elementi üzərində ağ şəffaf qaşları olan qolbaq, ümumilikdə dəyəri 962 manat 11,32 qram olan 585 əyyarlı qızıldan hazırlanmış üzərində müxtəlif formalı elementli 7 ədəd qolbaq, dəyəri 129 manat 1,52 qram olan 585 əyyarlı qızıldan hazırlanmış kəpənək formalı elementi üzərində ağ şəffaf qaşları olan sırğa cütü, dəyəri 269 manat 2,69 qram olan 750 əyyarlılı qızıldan hazırlanmış açar formalı kulon, ümumilikdə dəyəri 510 manat cəmi kütləsi 6,00 qram olan 585 əyyarlı qızıldan hazırlanmış pələng başlı formalı üzərində yaşıl şəffaf qaşları olan saçaqlı 2 ədəd kulon, ümumilikdə dəyəri 2691 manat cəmi kütləsi 31,66 qram olan 585 əyyarlı qızıldan hazırlanmış müxtəlif formalı üzərində müxtəlif rəngli şəffaf qaşları olan 21 ədəd kulon və ümumilikdə dəyəri 422 manat 4,96 qram olan 585 əyyarlı qızıldan hazırlanmış 5 ədəd gözmuncuqlu yaxa sancağı olmaqla cəmi xeyli miqdarda, 115877 manat dəyərində qızıl-zinət əşyalarını 8 bağlamaya qablaşdıraraq bağlamalardan birini əyninə geydiyi gödəkçənin sol cibinə, ikincisini sağ cibinə, üçüncüsünü isə əyninə geydiyi şalvarın sol cibinə qoymuş, qalan 5 bağlamanı isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə özünə məxsus əl çantasındakı əşyaların arasında olan çay qutusunun içərisində gizlətmiş, idarə etdiyi “Mercedes Vito 109 CDİ” markalı, 3935JN nömrə nişanlı nəqliyyat vasitəsi ilə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən 09 dekabr 2022-ci il tarixdə qeyd edilən 3 bağlamanı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, 5 bağlamanı isə gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə saat 22 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu inzibati ərazisində yerləşən «Qırmızı Körpü» gömrük postunda gömrük əməkdaşları tərəfindən gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı göstərilən qızıl-zinət əşyaları aşkar edilərək ondan götürülmüşdür. Təqsirləndirilən şəxs və mülki cavabdeh olan Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Uzun müddət Ağcabədi rayon Gigiena və Epidemialogiya Mərkəzinin həkimi, daha sonra direktoru vəzifəsində çalışmışdır. 22 sentyabr 2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İşdən çıxdıqdan bir müddət sonra dolanışığını təmin etmək məqsədi ilə təxminən 2 ayda bir Almaniya Respublikasına gedib oradan satmaq məqsədilə nəqliyyat vasitələrini gətirir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində Bakı şəhərindən həmyerlisi X8, X4 və oğlu X11 ilə Bakı Beynəlxalq Hava Limanına getmişlər. Orada o, bilet tapıb almış, ancaq oğlu, Ruslan Rüstəmov və Şahin Məmmədov sonrakı reysə bilet tapmışlar. Getməmişdən əvvəl oğlu X11 ilə mobil.de avtosaytından “Mersedes Benz vito” markalı nəqliyyat vasitəsini tapmışlar. Alman dilini primitiv şəkildə bildiyindən tapılan maşının altında yazılan, nəqliyyat vasitəsinin sahibinə aid olan mobil nömrəyə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə aid vatsap proqrqmı vasitəsi ilə zəng edərək maşın sahibi ilə danışmış və maşını ona satması barədə razılaşmışdır. Almaniyada yaşayan Ağcabədi rayonu Boyat kəndindən olan Səbuhi adlı tanışına zəng edərək ondan onun aldığı maşının sahibinə gedərək beh verməsini xahiş etmişdir. Səbuhi də dediyi kimi etmişdir. Hər maşın aldıqda bu cür edir. Qeyd etdiyi kimi nəqliyyat vasitəsini gətirib burada satır bu yolla yaşayışını təmin etməyə çalışır. Təxminən 9-10 gün Almaniyada, Berlin şəhərində qalmışdır. Nəqliyyat vasitəsini aldıqdan sonra Türkiyə Respublikasına gəlmişdir. Almaniyaya gedərkən 2800 Avro onun üzərində, təxminən 3000 avro da oğlunun üzərində nəğd şəkildə olmaqla aparmışlar. Türkiyədə İstanbul şəhərində dincəlmək məqsədi ilə iki gün qalmışdır. Onun üzərində əlavə olaraq 15000 AVRO pulu varmış. Standart bir maliyyə əldə etmə vasitəsi yoxdur. Belə ki, özünə aid Rabitəbank hesab və kartı vardır. Lazım olanda həmin karta pul vəsaiti qoyaraq istifadə edir. Bundan başqa daim Almaniyaya gedib gəldiyini bidikləri üçün dost tanış zəng edib ailələrinə pul verməyini xahiş edirmişlər. Almaniya Respublikasına getdiyi zaman da həmin pulu alırmış. Həmin pulu Almaniyanın Dortmunt şəhərində yaşayan Azərbaycanlı Əli adlı şəxsdən almışdır. Belə ki, digər oğlu ona zəng edərək Almaniyada olduğunu nəzərə alıb 2016-2017-ci ilin E klas Mersedes Benz markalı maşının ona almağını xahiş etmişdir. O da Sumqayıt bazarından olan maşın alverçilərindən xahiş etmişdir ki, onun evinə gedərək evdə olan 15000 Avro pulu ona çatdırsınlar. Bir gün sonra Sumqayıtda maşın satan tanışı ona zəng edərək Dotmuntda Əli adlı Azərbaycanlı olduğunu və ondan həmin pulu götürməyini bildirmişdir. Evində olan 15000 Avro puluda götürüb Əlinin ailəsinə vermişlər. Almaniyada olarkən öz adına olan **********18 nömrəli mobil nömrədən istifadə edir. Türk mobil nömrsi yoxdur. Almaniyada olarkən oğlunun istədiyi kateqoriyada maşın tapa bilməmiş, məcburi olaraq 15000 avronu üzərində gətirməli olmuşdur. İstanbulda qaldıqları iki günün ilk günündə Ruslan Rüstəmov orada əməliyyat olunduğundan həkimi tərəfindən müayinə olunmuşdur. İkinci gün oğlu ilə Ruslan ayrıca çıxaraq şüşə qablar mağazasına getmişlər. O da əlində nəğd pulu boşboşuna qaytarmamaq üçün İstanbulda yaşayan Umut adlı tanışına zəng etmiş və ondan qızıl-ziynət əşası satan tanışının olmasın soruşmuşdur. Umut ona Tarık adlı bir tanışı ilə əlaqə saxlamaq olar demişdir. O, Umutla birlikdə onun tanışı Tarıkın yanına getmişdir. Ağcabədi şəhərində olarkən telefonunu itirdiyi üçün Umudun nömrəsi hazırda onda yoxdur. Tarıkla qiymətdə razılaşmış, 15000 AVRO məbləğində, bir qədər də nisyə qızılziynət aşyaları vermişlər. O, yalnız 15000 AVRO-luq qızıl alası imiş, satıcı Umutu tanıdığı və inandığı üşün qalan hissəni ona nisyə vermişdir. Tarıka malını satmaq lazımdı və ala biləcəyi şəxslərə satmaq onlara tam sərf edir. Ruslanla oğlu eyni getdikləri üçün qızıl almağından xəbərləri olmamış, həm də Ruslan və Şahin kənar şəxsdir, onlara bu barədə heç nə deməzmiş, oğluna isə bəlkədə Ruslan və Şahin olmasaydı deyərmiş. Ancaq qızılzinət əşyalarını “Qırmızı körpü” gömrük postunda aşkar ediləndə hər ikisinin xəbəri oldu. xx.xx.2022-ci il tarixində İstanbuldan yola düşüb Samsun şəhərinə gəlmiş, orada təxminən 2 gün qalmışdır. Məqsədi gətirdiyi nəqliyyat vasitəsini təmir etdirməkmiş. Lakin təmir edəcək ustanın işi çox olduğuna görə gözləyə bilməmiş və xx.xx.2022-ci il tarxində yola düşüb Rizə şəhərinə gəlmişdir. Gürcüstan Respublikasının gömrük orqanının onu yoxlayacağını düşünüb Rizə şəhərində həmin qızılları bölüb sellofan paketlərə qoymuş və üzərində olan üst geyiminin sağ və sol ciblərinə və ona məxsus yol çantasının içərisində olan çay qutusuna qoymuşdur. Gürcüstanda incidirlər və qızılları bəyan etdiyin halda belə qızılları alırlar, inkasatr maşınına qayurlar, mobil nömrəni götürürlər və bildirirlər ki, get Azərbaycan Respublikası sərhəddində gözlə xəbər edəcəyik. 350-500 dollar arası pul alırlar əlavə də neçə günə gələcəkləri bilinmir. Qeyd etdiyi tənzimləməni eşitmişdir. xx.xx.2022-ci il tarixində gecə saatlarında Gürcüstan sərhədinə yaxınlaşmış və növbə çox olduğuna görə bir-neçə saat gözləmişdir. Həmin gömrük postundan Gürcüstanın ərazisinə daxil olub xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının gömrük sərhədinə çatmışdır. Gömrük postuna daxil olub idarə etdiyi nəqliyyat vasitəsini idxal xəttinə sürüb saxlamış və sənədlərini qeydiyyatdan keçməsi üçün gömrük əməkdaşına vermişdir. Həmin gün, saat 22 radələrində idxal xəttində ona bir nəfər yaxınlaşaraq gömrük əməkdaşı olduğunu bildirmiş, nəqliyyat vasitəsində gömrük nəzarətindən hər hansı bir mal gizilədib-gizlətmədiyini xəbər almış, o da bildirmişdir ki, nəqliyyat vasitəsində gömrükdən gizlətdiyi hər hansı bir mal yoxdu. Bundan sonra gömrük əməkdaşı demişdir ki, ona məxsus əşyaları rentgen qurğusundan keçirilməsi üçün otağa aparsın. O, deyilən kimi etmişdir. İki ədəd çantanı rentgen qurğusundan keçməsi üçün təqdim etmişdir. Özü metal əşyalara siqnal səsi verən çərçivədən keçmişdir. Bu zaman çərçivədən siqnal səsi gəlmişdir. Həmin əməkdaş ona bildirmişdir ki, üzərində olan əşyanı gömrük orqanına bəyan etməlidir və üzərində nə olduğunu xəbər almış, o da üzərində olan qızıl zinət əşyaların çıxarıb təqdim etmişdir. Bundan sonra ondan yenə olub-olmamasını soruşmuş, o, olmadığını bildirmişdir. Nəqliyyat vasitəsində olan ona məxsus digər çantanı rentgen qurğusundan keçirmişlər. Bu zaman rentgen qurğusunda görünən təsvirə əsasən çantanın içərisində olan çay qutusuna baxmışlar və orada da qızıl-ziynət aşyalarının saxlanıldığını görmüşlər. Saxlanılan qızıl ziynət əşyalarına bir-neçə nəfərin iştirakı ilə baxış keçirilərək sayılmış və bu zaman 8 ədəd bağlamanın içərisində bağlamalarla birlikdə ümümi çəkisi 1392 qram olan 56 ədəd üzük, 62 ədəd klonla birlikdə boyunbağı, 5 ədəd üzərində göz muncuğu olan sancaq, 24 ədəd klon, 10 ədəd üzərində klon olan qolbaq, 14 ədəd qolbaq, 22 ədəd boyunbağı, 60 ədəd qolbaq və 70 ədəd sırğa olduğu müəyyən olunmuşdur. Əməlindən peşmandır, mülki iddianı qəbul edir, ailədə yeganə qazanc gətirən şəxs özüdür, bunların nəzərə alınmasını və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2022-ci ilin iyul ayında “Azərterminalkompleks” Birliyində Ümumi şöbənin inspektoru vəzifəsinə xidmətə qəbul olmuşdur. Xidməti zərurətlə əlaqədar 2022-ci ilin avqust ayından Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna təhkim olunmuşdur. Hal-hazırda “Qırmızı Körpü” gömrük postunun idxal xəttində xidmət aparır. Xidməti vəzifəsi gömrük postunda idxal xətti ilə gələn yük nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirir. Araşdırılan məsələ üzrə qeyd etmək istəyir ki, xx.xx.2022-ci il tarixində “Qırmızı Körpü" gömrük postunda xidmətdə olarkən Gürcüstan Respublikası istiqamətindən gömrük postuna “Mersedes benz vito" markalı, 3935JN nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuşdur. Nəqliyyat vasitəsini idarə edən adı və soyadı ona sonradan məlum olan Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idxal xəttinə sürüb saxlamışdır. Sonra Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə aid sənədləri qeydiyyatdan keçməsi üçün təqdim etmişdir. O, nəqliyyat vasitəsinə yaxınlaşmış və sürücü Təqsirləndirilən şəxsla şifahi sorğusual apararaq onun idarə etdiyi nəqliyyat vasitəsində və ya üzərində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq şəkildə bəyan olunmalı olan malları könüllü surətdə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində və ya üzərində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunmalı olan hər hansı bir malın olmadığını bildirdikdən sonra onun gərgin hərəkətlərindən və tez-tez baxışını qaçırmağından şübhələnmış və düşünmüş ki, vətəndaşın üzərində və ya çantasında gömrük nəzarətindən gizlədilmiş hər hansı bir mal olması mümkündür. Bu səbəbdən 2 nəfər hal-şahidini dəvət edərək həmin gün, saat 22 radələrində Təqsirləndirilən şəxs çərçivə-detektordan keçməsi üçün müvafiq otağa dəvət etmiş, həmin otaqda digər gömrük əməkdaşı Şahid2 da varmış. Şahid2 həmin otaqda rengen qurğusunun arxasında əyləşərək qurğudan keçən əşyaları yoxlayırmış. Beləliklə onların iştirakları ilə vətəndaş Təqsirləndirilən şəxs çərçivə-detektordan keçirilmiş. Bu zaman üzərində metal əşyanın saxlanıldığına işarə verən səs gəlmiş, o vətəndaşa üzərində saxladığı əşyanı gömrük nəzarətinə təqdim etməsini bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı bir əşyanın olmadığını, üzərində yalnız mobil telefonunun və qəpiklərinin olduğunun bildirərək çıxarıb masanın üzərinə qoymuş və üzərində bəyan ediləsi heç nəyin olmadığını bildirmişdir. O, inanmadığı üçün təkrar rentgen qurğusundan keçməsini tələb etmişdir. X18 rentgen qurğusundan keçərkən qurğu yenidən səs etmişdir. Bundan sonra o vətəndaşa şəxsi yoxlamaq keçirəcəyini və üzərində olan əşyaları aşkar edəcəyini bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs çıxalmaz vəziyyətdə olduğunu başa düşüb üzərində olan gödəkçənin sağ cibindən 1 (bir) bağlama, sol cibindən 1 (bir) bağlama cıxararaq stolun üzərinə qoymuş və bildirmişdir ki, qızıl zinət əşyalarıdır. O, soruşmuşdur ki, bayaqdan neçə dəfə sizdən soruşur ki, üzərinizdə bəyan ediləsi nəsə yoxdur, siz məni aldatmağa çalışırsız. Mahir Məmmdov yalandan yadından çıxdığını bildirmiş, onun əynində olan şalvarın sol cibində olan şişkinlik diqqətini cəlb etmişdir. Əynindəki şalvarın sol cibindən gizlətdiyi predmeti çıxarıb təqdim etməsini tələb etmişdir. Mahir Məmmdov da əynində olan şalvarın sol cibindən 1 bağlamanı çıxardıb onlara təqdim etmişdir. Həmin bağlamalara hal-şahidləri və onların iştirakıları ilə baxış keçirilmiş, bağlamalarda qızıl-ziynət əşyalarının olduğunu görmüşlər. Bundan sonra vətəndaşdan bir daha yenə qızıl-ziynət əşyalarının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs aşkar olunandan başqa qızıl-zinət əşyalarının olmadığını bildirmişdir. Onun bu sözlərindən sonra gömrük əməkdaşı Şahid2 vətəndaşa məxsus olan çantanı rentgen qurğusundan keçirmişdir. Rentgen qurğusunda qutunun içərisində şübhəli cizgilər olduğunu görmüşlər. Həmin qutunu çantadan çıxardıqları zaman çay qutusu olduğu və içərisinə baxdıqları zaman isə içərisində bağlamalarda qızıl-ziynət əşyaları olduğunu görmüşlər. Bundan sonra aşkar olunan bağlamaları açıb içərisində olan qızıl-ziynət əşlarını saymağa başlamışlar. Məlum olmuşdur ki, ümumilikdə 8 ədəd bağlamanın içərisində bağlamalarla birlikdə ümümi çəkisi 1392 qram olan 56 ədəd üzük, 62 ədəd klonla birlikdə boyunbağı, 5 ədəd üzərində göz muncuğu olan sancaq, 24 ədəd klon, 10 ədəd üzərində klon olan qolbaq, 14 ədəd qolbaq, 22 ədəd boyunbağı, 60 ədəd qolbaq və 70 cüt sırğa qızıl-zynət əşyaları gömrük nəzarətindən gizlədilmişdir. Aşkar olunmuş mallar protokol əsasında tərəfilərindən götürülmüşdür. X10 son ana kimi qızıl-ziynət əşyalarını gizlətməyə çalışmışdır. Başa düşmüşdür ki, o, cəhd edirmiş ki, ilkin aşkar etdikləri qızılların baxışını keçirməyə başları qarışsın və digər qızıl-ziynət əşyalarını keçirsin. Ancaq istəyinə nail olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1la oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Qazax rayonu İkinci Şıxlı kəndində yaşayır. Daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” Gömrük Postunda idxal gömrük nəzarəti xəttində yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. Bu məqsədlə xx.xx.2022-ci il tarixində “Qırmızı Körpü” gömrük postuna getmişdir. Həmin gün, saat 22 radələrində gömrük postundan gömrük əməkdaşı kimi tanıdığı Dövran adlı gömrük əməkdaşı ona yaxınlaşaraq idxal xəttində yük nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərindən şübhələndiyini və ona məxsus əl yüklərinə baxış keçirmək istədiyini və onun həmin baxışda hal şahidi qismində iştirak etməyinə ehtiyac olduğunu bildirmişdir. Həmin vaxt işi olmadığını nəzərə alıb onun təklifi ilə razılaşmış və “Qırmızı Körpü” gömrük postunun idxal xəttinə getmişdir. İdxal xəttində “Mercedes-Benz Vito” markalı, 3935JN nömrə nişanlı nəqliyyat vasitəsi dayanmışdır. Gömük əməkdaşı tərəfindən ona sürücü Təqsirləndirilən şəxs təqdim etmişdir. Bir az sonra gömrük əməkdaşı digər hal şahidi qismində iştirak edəcək Aydın adlı şəxsi gətirmiş, onların hal şahidi qismində iştirak edəcəklərini izah etmiş və keçirələcək gömrük baxışında diqqətli olmağı və ehtiyac olduğu təqdirdə bu barədə izahat verəcəklərini bildirmişdir. Eyni zamanda onlara qanunvericiyiə uyğun olaraq hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onlar gömrük postunda idxal xəttində yerləşən bir otağa keçmişlər. Otaqda yüklər rentgen qurğusundan və vətəndaşlar isə metal əşyaların aşkar olunması üçün quraşdırılmış çərçivədən keçirmişlər. Rentgen qurğusunun arxasında gömrük əməkdaşı kimi tanıdığı Rövşən adlı əməkdaş dayanmışdır. Təqsirləndirilən şəxs metal əşyaların aşkar olunması üçün quraşdırılmış çərçivədən keçdikdə üzərində metal əşyanın saxlanıldığına işarə verən səs gəlmişdir. Gömrük əməkdaşı Şahid1 vətəndaşa üzərində saxladığı əşyanı gömrük nəzarətinə təqdim etməsini bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı bir əşyanın olmadığını, üzərində yalnız mobil telefonunun və qəpiklərinin olduğunun bildirərək çıxarıb masanın üzərinə qoymuşdur və üzərində bəyan ediləsi heç nəyin olmadığını bildirmişdir. Şahid1 inanmadığı üçün təkrar rentgen qurğusundan keçməsinin tələb etmişdir. X18 rentgen qurğusundan keçərkən qurğu yenidən səs etmişdir. Bundan sonra Şahid1 vətəndaşa şəxsi yoxladan keçirəcəyini və üzərində olan əşyaları aşkar edəcəyini bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs çıxalmaz vəziyyətdə olduğunu başa düşüb üzərində olan gödəkçənin sağ cibindən 1 bağlama, sol cibindən 1 bağlama cıxararaq stolun üzərinə qoymuş və bildirmişdir ki, qızıl zinət əşyalarıdır. Şahid1 soruşmuş ki, bayaqdan neçə dəfə ondan soruşur ki, üzərində bəyan ediləsi heç nə yoxdur, o dövranı aldatmağa çalışır. X18 yalandan yadından çıxdığını bildirmişdir. Bu ərəfədə Mahirin əynində olan şalvarın sol cibində olan şişkinlik Şahid1 diqqətini cəlb etmiş, əynində olan şalvarın sol cibindən gizlətdiyi predmeti çıxarıb təqdim etməsini tələb etmişdir. X18 da əynində olan şalvarın sol cibindən 1 bağlamanı çıxardıb təqdim etmişdir. Həmin bağlamalara onların iştirakı ilə baxış keçirilmiş, bu zaman bağlamalarda qızıl ziynət əşyalarının olduğunu görmüşlər. Bundan sonra vətəndaşdan bir daha yenə qızıl-ziynət əşyalarının olub-olmamasını xəbər alınmış,vətəndaş Təqsirləndirilən şəxs aşkar olunandan başqa qızıl-ziynət əşyalarının olmadığını bildirmişdir. Onun bu sözlərindən sonra Şahid2 vətəndaşa məxsus olan çantanı rentgen qurğusundan keçirmişdir. Bu zaman rentgen qurğusunda qutunun içərisində şübhəli cizgilər olduğunu görmüşlər. Həmin qutunu çantadan çıxardıqları zaman çay qutusu olduğu və içərisinə baxdıqları zaman isə içərisində bağlamalarda qızıl-ziynət əşyaları olduğunu görmüşlər. Bundan sonra aşkar olunan bağlamaları açıb içərisində olan qızılziynət əşlarını saymağa başlamışlar. Aşkar olunmuş mallar protokol əsasında götürülmüşdür. Aşkar olunmuş faktla əlaqədar protokol tərtib olunmuş və iştiraçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid3la oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 dekabr 2022-ci il tarixli “baxış keçirilməsi və götürülmə haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:10 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına “Mercedes Vito 109 CDİ” markalı, 3935JN nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs (C********) ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmet olmadığını bildirmişdir. “Mercedes Vito 109 CDİ” markalı, 3935JN nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və daha sonra sürücüdən “CEİA PMD2” portativ metal detektordan keçməsi tələb olunmuşdur. “CEİA PMD2” portativ metal detektordan keçən zaman detektor müvafiq səs siqnalı vermiş və bundan sonra vətəndaşı şəxsi yoxlamaya cəlb etmək fikrində olunğu ona bildirilmişdir. Bu zaman Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin sağ cibində 1 (bir) bağlama, gödəkçənin sol cibində 1 (bir) bağlama və şalvarın sol cibində 1 (bir) bağlama olmaqla ümumilikdə 3 (üç) bağlamada qızıla bənzər predmetlər olduğunu bildirmişdir. Daha sonra “Azərterminalkompleks” Birliyinin “Skan operator” şöbəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna təhkim olunmuş inspektoru Şahid2 iştirakı ilə avtomobilin içərisində olan yüklər “Smiths Heiman HS100100” markalı skan aparatından keçirilmişdir. Bu zaman yüklərin arasında olan 1 (bir) ədəd çay paketinin içərisində şübhəli cizgilər aşkar olunmuş və çay paketinə baxış keçirilən zaman paketin içərisindən 5 (beş) ədəd aliminium falqaya bükülmüş formada bağlamalarda qızıla bənzər predmetlər aşkar edilmişdir. Ümumilikdə 8 (səkkiz) ədəd bağlamanın içərisində bağlamalarla birlikdə ümümi çəkisi 1392 (min üç yüz doxsan iki) qram olan 56 (əlli altı) ədəd üzük, 62 (altmış iki) ədəd klonla birlikdə boyunbağı, 5 (beş) ədəd üzərində göz muncuğu olan sancaq, 24 (iyirmi dörd) ədəd klon, 10 (on) ədəd üzərində klon olan qolbaq, 14 (on dörd) ədəd qolbaq, 22 (iyirmi iki) ədəd boyunbağı, 60 (altmış) ədəd qolbaq və 70 (yetmiş) cüt sırğa götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 22 dekabr 2022-ci il tarixli, 6/7038 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların 475,08 qramının metalı 750 əyarlı qızıla, 803,76 qramının metalı 585 əyarlı qızıla uyğundur. Məmulatlar üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. Ayrı-ayrılıqda göstəricilər cədvəldə göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 17 yanvar 2023-cü il tarixli, 9/9066 saylı ekspert rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən, qeyd edilən və ekspertizaya təqdim edilən zərgərlik məmulatlarının (metalı, çəkisi, əyarı və s.) xüsusatları nəzərə alaraq xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 115877,00 manat müəyyən edilir. Həmin məmulatların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 34/019/000918 nömrəli xidməti qeydən görünür ki, ekspert rəyinə əsasən orta bazar qiyməti təxminən 115877 manat təşkil edən qızıl-zinət əşyalarının gömrük ödənişləri və ticarət əlavələri çıxıldığından sonra ümumi gömrük dəyəri 81834,04 manat təşkil etməklə gömrük rəsmiləşdirməsi üçün ödənilməli olan məbləğ 15165,53 (on beş min yüz altımış beş manat əlli üç qəpik) manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş mülki iddiadan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi QƏBGİ X21 inspektoru gömrük xidməti kapitanı X14 mülki iddia verərək dövlətə vurulmuş 15165,53 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 1600-13/0xx-xx/000619 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qızıl-zinət əşyaları Məhkəmə Ekspertizası Mərkəzinin 61 nömrəli möhürü ilə möhürlənmiş bağlamada saxlanması üçün Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən alınmış 15 fevral 2023-cü il tarixli, 1960 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı qeyd olunan xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş X1 Sisteminə baxış keçirilməsi haqqında 6 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs X13 Aeropotundan xx.xx.2022-ci il tarixdə, saat 03:59-də Almaniya Federasiyasına getmiş və “Qırmızı Körpü” sərhəd buraxlış məntəqəsindən keçməklə xx.xx.2023-cü il tarixdə saat 21:55-də Gürcüstandan Azərbaycan Respublikasına qayıtmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi mülki iddiaçı, Qərb Ərazi Baş Gömrük İdarəsi Gömrük X21 inspektoru gömrük xidməti kapitanı X14 mülki iddiaçının nümayəndəsi qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi Şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 21 fevral 2023-cü il tarixli, 781 və 767 saylı arayışlardan və xasiyyətnamədən görünür ki, Məmmədov X9 şəhəri M.Hüseynzadə küçəsi ev 10 ünvanında yaşayır, arvadı xx.xx.1962-ci il təvəllüdlü X5, oğlu xx.xx.1989-cu il təvəllüdlü X12, xx.xx.1991-ci il təvəllüdlü X11 və qızı xx.xx.1999-cu il təvəllüdlü X7 tərkibdə ailə üzvləri var. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması əməllərdə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, 61 yaşının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb ona cərimə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İsmayılov Rusiyaya qarşı işində qeyd etmişdir ki, hazırkı işdə sözügedən “əmlak” məhkəmə qərarı ilə ərizəçidən müsadirə olunan ABŞ dollarının məbləği olub. Müsadirə qərarının ərizəçinin mülkiyyətində maneəsiz istifadə hüququna müdaxilə etdiyini və buna görə 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqini tərəflər mübahisləndirmirlər. Tədbirin Konvensiyanın bu müddəasının birinci və ikinci bəndi ilə əhatə olunub-olunmamasının müəyyən edilməsi qalır. (bax, 29-cu bənd) Məhkəmə həmin yanaşmanı təkrar edir ki, müsadirə tədbiri mülkiyyətdən məhrum etməyə toxunsa belə, 1 saylı Protokolun 1-ci maddəsinin ikinci bəndinin mənasında mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir. Müvafiq olaraq, məhkəmə hesab edir ki, eyni yanaşmaya hazırkı işdə riayət edilməlidir. (bax, İsmayılov Rusiyaya qarşı, 30-cu bənd) Bundan başqa, müsadirə olunmuş nağd pulun qanuni mənbəyi mübahisə olunmayıb.... Bu əsasla Məhkəmə hazırkı işin əmlakın cinayətdən əldə olunmuş əmlaka müsadirənin şamil edildiyi, qanunsuz əldə olunması güman olunduğu və ya qanunsuz fəaliyyətdə istifadəsi nəzərdə tutulan işlərdən fərqləndirir. (bax, İsmayılov Rusiyaya qarşı, 36-cı bənd) Məhkəmə daha sonra qeyd edir ki, ərizəçi əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıb və sözügedən hadisədən qabaq hər hansı cinayətdə şübhəli bilinməyib və təqsirləndirilməyib. Ərizəçinin üzərinə müsadirə tədbirinin qoyulması ilə hakimiyyət orqanları tərəfindən pulların yuyulması, narkotik trafiki, terrorizmin maliyyələşdirilməsi və ya vergidən yayınma kimi hər hansı başqa qanunsuz fəaliyyətin qarşısının alındığını təsdiq edən heç bir dəlil yoxdur... Belə nəticəyə gəlinir ki, ona aid ola bilən yeganə cinayət hərəkətini bununla bağlı gömrük orqanlarına edilməməsi təşkil edir. (bax, İsmayılov Rusiyaya qarşı, 37-ci bənd) Buna görə, iş üzrə 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verib (bax, İsmayılov Rusiyaya qarşı, 39-cu bənd). Həmin işdə məhkəmə həmçinin belə bir nəticəyə gəlmişdir ki, ərizəçi Dövlətə hər hansı bir maddi zərər vurmamışdır. Məbləğ aşkarlanmamış keçdiyi halda hakimiyyət orqanları bu pulun Rusiyaya daxil olması informasiyasından məhrum olunardı. Ərizəçi qaçaqmalçılıq cinayətinə görə cəzalandırılıb. Belə olan halda, əlavə sanksiya kimi müsadirə tədbirinin tətbiqi Məhkəmənin qiymətləndirilməsinə qeyri-mütənasib olub, ona görə ki, ərizəçinin üzərinə “fərdi və həddən artıq yük” qoyub. (bax, 38-ci bənd) Məhkəmənin qənaətincə baxılan cinayət işində də Təqsirləndirilən şəxs mülkiyyətinə müdaxilə olunmuşdur və onun cinayət əməli nəticəsində Dövlətə hər hansı bir maddi ziyan dəyməmişdir. Buna görə də onun mülkiyyətində olan müsadirə olunması məhkum üçün “həddən artıq yük” olmaqla əməlinə qeyri-mütənasibdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, mülki iddia təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 15165,53 manat məbləğində gömrük rüsumu alındıqdan sonra iş üzrə maddi sübutlar olan, Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 115877 manat dəyərində qızıl-zinət əşyaları sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, məhkəmə xərcləri- ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməli və hökmün icrası Ağcabədi Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinərək cinayətin predmeti-115877 (bir yüz on beş min səkkiz yüz yetmiş yeddi) manat dəyərində olan qızl-zinət əşyalarının dəyərinin 50 (əlli) faizi miqdarında, yəni 57938 (əlli yeddi min doqquz yüz otuz səkkiz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 15165 (on beş min bir yüz altmış beş) manat 53 (əlli üç) qəpik məbləğində gömrük rüsumu alındıqdan sonra iş üzrə maddi sübutlar olan, Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 115877 (bir yüz on beş min səkkiz yüz yetmiş yeddi) manat dəyərində qızıl-zinət əşyaları sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar