Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-64/2025 13.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 17 avqust 1999-cu il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 12,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş və əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o xx.xx.2025-ci il tarixdə saat 19:39-da Qazax şəhəri, Bakı küçəsində saxlanılaraq qeyd olunan ünvanda həmin gün saat 19:39-dan saat 19:46-dək olan müddət ərzində fasiləsiz videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş baxış zamanı əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibində bir bükümdə şəffaf selofana bükülmüş 12,95 qram çəkidə təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 7 (yeddi) ildir narkotik vasitə marixuanadan istifadə edir, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində piyada təkbaşına yaşadığı evdən təxminən 200 metr uzaqlıqda Ağstafa çayı yaxınlığında gəzən zaman yerdə şəffaf rəngli sellofana bükülü qurudulmuş halda olan narkotik vasitə olan marixuana olduğunu görüb götürmüş, o, həmin narkotik vasitə olan qurudulmuş marixuana olan sellofan bükümü əlinə alıb açmış, həmin sellofanı açdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu dəqiqləşdirmiş, özü də narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün həmin bükümü cibinə qoyub yaşadığı evə qayıtmış, həmin narkotik vasitəni 03 aprel 2025ci il tarixdə, 04 aprel 2025-ci il tarixdə və sonuncu dəfə xx.xx.2025-ci il tarixdə yaşadığı evdə siqaretə dolduraraq istifadə etmiş, 05 aprel 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxaraq “Çay qırağı” adlanan yerə getməyə başlamış, evdən çıxdıqdan təxminən 1 saat sonra piyada olaraq hərəkətdə olan zaman bir neçə nəfər şəxs video çəkiliş vasitəsi ilə ona yaxınlaşmış və polis əməkdaşı olduqlarını, onun narkotik vasitə istifadə etməkdə, daşımaqda, saxlamaqda şübhəli olduğunu bildirmişlər, bundan sonra ona əgər üzərində narkotik vasitə varsa təqdim etməyi təklif edilmiş, o, artıq polis əməkdaşlarının onu saxladığı üçün başqa yolu olmadğını fikirləşərək üzərində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, o, təqdim etdiyi şəffaf rəngli sellofanın içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, küçədə onun təqdim etdiyi şəffaf rəngli sellofanın içərisində olan kütləyə baxış keçirildikdən sonra 01 (bir) ədəd zərfə qoyularaq zərfin ağzı bağlanmış və üzərinə möhürlər vurulmuş, həmin zərf o, və yanında olanlar tərəfindən imzalanmış, həmçinin sorğu zamanı o, üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı 03 aprel 2025-ci il tarixdə saat 15 radələrində yaşadığı evin yaxınlığında Ağstafa çayının kənarından yerdən tapdığını demiş, bundan sonra o, polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə gəlmiş, Qazax rayon polis şöbəsində təhqiqatçının otağında ona müdafiəçi tutmaq hüququ izah edilmiş, sonra o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi istəmiş, ona dövlət hesabına müdafiəçi təyin olunmuş və həmin müdafiəçinin iştirakı ilə təhqiqatçının otağında əvvəlcə onun üzərindən aşkar olunaraq zərfə qoyulmuş kütləyə baxış keçirilmiş, həmin zərfin içərisindən onu saxlayan vaxt təqdim etdiyi şəffaf rəngli sellofanda olan narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 14.26 qram olmuş, sonra həmin kütlə yenidən başqa zərfə qoyularaq ağzı bağlanmış, üzərinə möhürlər vurulmuş, zərf onun və otaqda olan digər iştirakçılar tərəfindən imzalanmış, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir əşya aşkar edilməmiş, daha sonra bu barədə protokol yazılmış və protokol onların tərəfinizdən də imzalanmış, o, üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı 03 aprel 2025-ci il tarixdə saa 15 radələrində Ağstafa çayının Qazax şəhəri ərazisindən keçən hissəsinin kənarından tapmış, o, üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə satmamış və hədiyyə verməmiş, onu polis əməkdaşları saxladıqdan sonra ona qarşı heç bir fiziki və ya psixoloji zor tətbiq etməmişlər, o, ***-***-**-** saylı mobil nömrəsindən istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs suallara cavab olaraq özünü təqsirli hesab edərək bildirmişdir ki, üzərindən aşkar edilən həmin narkotik vasitəni çayın kənarında üzü Bakı istiqamətində olan zaman yolun kənarında tapmış narkotik vasitə sellofan bükümdə olmuş və istifadəçisi olduğu üçün marixuana olduğunu bilmişdir. Təxminən 5 ildir narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları onu narkotik vasitəni taparaq üzrində saxlamaqla daşıdığı gün çayın kənarından Bakı küçəsi istiqamətinə gedə zaman yəni “uçasqa” deyilən ərazidə saxlamışlar. Həmin narkotik vasitədən istifadə etməmiş, polis tərəfindən saxlanılana kimi özündə olan başqa narkotik vasitədən istifadə etmişdir. Hazırda narkotik vasitədən istifadə etmir. Ailəni yeganə dolandıran şəxsdir. Əməlindən peşmandır. Odur ki, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qazax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşqul olması barədə əməliyyat məlumatları daxil olmuş, bundan başqa 05 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ilə Qazax şəhərində hərəkət etməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, o, və qrupun digər üzləri Daş Salahlı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Daş Salahlı PB-nin sahə rəisi, polis kapitanı Şahid3, Daş Salahlı PB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid4 və Qazax RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı X5 ilə birlikdə olan vaxt 05 aprel 2025-ci il tarixdə saat təxminən 19:39-da Təqsirləndirilən şəxs Qazax şəhəri, Bakı küçəsində olduğu müəyyən edilmiş, tərəflərindən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib Qazax RPŞ-nin kriminalistik təhqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis kapitanı Rahil Hüseynov tərəfindən «Panasonic» markalı videokamera ilə video çəkiliş aparıldığını elan etdikdən sonra üzərində narkotik vasitə olması barədə məlumat olduğunu bildirərək video çəkilişlə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu, əgər varsa təqdim etməsini bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanın çıxarıb təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi şəffaf rəngli sellofanın içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuanadır və həmin marixuananı xx.xx.2025-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı evin yaxınlığında Ağstafa çayının kənarından yerdən tapdığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə narkotik vasitə olan marixuana bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, bundan sonra Təqsirləndirilən şəxs Qazax rayon polis şöbəsinə gətirmişlər, Qazax rayon Polis Şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına vəkil X7 müdafiəçi təyin edilmiş, sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış içərisində bir bükümdə narkotik vasitə marixuana olan zərf açılmış, zərfin içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş qurudulmuş halda olan yaşıl rəngli spesifik iyili kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisi 14,26 qram təşkil etmiş, həmin kütlənin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə götürülərək bir ədəd zərfə qoyulub Azərbaycan Respublikasının DİN-nin 64 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, o, Təqsirləndirilən şəxs əvvəllər Qazax şəhər sakini kimi tanımış, onun Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamış, son zamanlar Təqsirləndirilən şəxs narkotik vasitlərdən və psixotrop maddələrdən istifadə etməsi barədə əməliyyat məlumatları almış, ona görə də onun ətrafında əməliyyat tədbirləri keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4da verilən suallara cavab olaraq digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub 07 aprel 2025-ci il tarixdə Qazax RPŞ-nin MSY-dən azad edilərək ümumilikdə 02 gün tutulmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 06 aprel 2025-ci il tarixli, 16/340 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 12,95 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahı) daxildir. Cinayət işinin materiallarında olan Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserindən alınmış 01 iyul 2025-ci il tarixli 1029 nömrəli rəydən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Qazax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq və üzərinə baxış keçirmək məqsədilə xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmiş, həmin qərar əsasında Təqsirləndirilən şəxs xx.xx.2025-ci il taprixdə saat 19.39-da Qazax şəhəri, Bakı küçəsində müəyyən edilmiş, ona vəkillə təmin olunma hüququnun olması, həmçinin buna maddi imkanı yol vermədiyi təqdirdə dövlət tərəfindən vəkillə təmin ediləcəyi bildirilmiş və üzərində qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya, yəni narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkcəsinin sağ cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünü təqdim etmiş, həmin bükülünü açdıqda içərisində tünd iyə malik olan ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün özünə məxsus olduğunu, saxlanılmamışdan bir müddət əvvəl Ağstafa çayının Qazax şəhəri ərazisindən keçən hissəsinin kənarından tapmış və özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılan vaxt küçədə video çəkiliş ilə üzərinə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülərə baxış zamanı müəyyən edildi ki, Qazax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Qazax RPŞ-nin Daş Salahlı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Qazax RPŞ-nin Daş Salahlı PB-nin sahə rəisi, polis kapitanı Şahid3, Qazax RPŞ-nin Daş Salahlı PB-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid4, Qazax RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı X4 və Təqsirləndirilən şəxs iştirakı ilə 05 aprel 2025-ci il tarixdə saat 19:39 dəqiqədə küçədə əməliyyat tədbirləri keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs Qazax şəhəri, Bakı küçəsində hərəkətdə olan vaxt polis əməkdaşları tərəfindən ona yaxınlaşılır. Həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra üzərində qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya yəni narkotik vasitə, psixotrop maddə və ya onların perekusorları varsa təqdim etməsini təklif edirlər. Həmin vaxt Təqsirləndirilən şəxs də əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünü təqdim edərək, həmin bükülüdə olan kütlənin qarkotik vasitə olan qurudulmuş marixuana olduğunu və Ağstafa çayının kənarından tapdığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofana bükülmüş bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılır. Zərf iştirakçılar tərəfindən imzalanır. 05 aprel 2025-ci il tarixdə saat 19:46-da çəkiliş yekunlaşdırılır. Cinayət işinin materiallarında olan istintaqın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan marixuananı haradan əldə etməsini, satışı ilə məşqul olub-olmamasını və hansı mobil nömrədən istifadə etməsini müəyyən etmək üçün əməliyyat tapşırığına verilmiş cavaba əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı yaşadığı evin yaxınlığından Ağstafa çayının Qazax şəhəri ərazisindən keçən hissəsinin kənarından tapdığı müəyyən edilmişdir. X1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Eləcə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Cinayət işinin materiallarında olan cinayət işi üzrə "xxxx" MMC-dən əldə olunmuş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd CD disk «Toshiba» markalı komputerin disk yerinə yerləşdirildi, diski açan zaman içərisində «Müştəri zənglərinin detallaşması MSİSDN», «SMS detallaşması MSİSDN-555772292» və «Zənglərin məxsusluq tarixçələri MSİSDN» adlı üç ədəd qovluğun olduğu müəyyən edildi. Həmin qovluqlardan «Müştəri zənglərinin detallaşması MSİSDN»-də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan **********92 saylı nömrənin anten məlumatları qeyd edilmişdir. Həmin fayla baxış zamanı müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə saat 15:35:19-dək telefon aktiv olmuş və sonuncu antenn yeri isə həmin qeyd olunan saatda yaşadığı ünvanı yəni “Qazax shahari, Nizami kuchasi, 3 X11 Maktab” ünvanında qeyd edilmişdir. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qazax RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamış, müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Qazax rayon Psixiatriya xəstəxanasından alınmış xx.xx.2025-ci il tarixli 1150 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında psixoloji qeydiyyatda yoxdur, lakin 2023-cü ildən «Narkomaniya» diaqnozi ilə xəstəxanada qeydiyyatdadır. Cinayət işi materiallarından aşkar görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 05 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 aprel 2025ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün 5 qram daxil olmaqla qurudulmuş marixuana xeyli miqdar, 500 qram və daha çox qurudulmuş marixuana külli miqdar, 50000 qramı isə xüsusilə külli miqdar hesab edilir. Məhkmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananın miqdarı 12,95 qram olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün nəzərdə tutulan 5 qramı keçsədə həmin həddən kəmiyyətçə çox fərqlənmir. Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin miqdarı 5 qramla müqayisədə az fərqləndiyi üçün ictimai təhlükəlilik dərəcəsi yüksək sayılmır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailəsini yeganə dolandıran şəxs olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın- azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Ali Məhkəmənin qeyd olunan Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları iş üzrə yüngülləşdirici halların mövcud olması, lakin ağırlaşdırıcı halların olmaması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin Saxlanc anbarında saxlanılan 12,91 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 12,91 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-64/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-64/2025
13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver