Məhkəmə qərarları › İş №1(023)-65/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-65/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-65/2025 20.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaq zamanı müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 13,68 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamaqla daşımış, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 11 iyun 2025-ci il tarixdə saat 20:31-də Qazax şəhəri, Nizami küçəsində saxlanılaraq, qeyd edilən tarixdə həmin ünvanda saat 20:31-dən 20:40-dək olan müddət ərzində fasiləsiz videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibində qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 13,68 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, evlidir 2 azyaşlı övladı vardır. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən 2025-ci ilin iyun ayında tutulmamışdan 15-20 gün əvvəl balıq tutmaq üçün Qazax rayonu, ərazisindən axıb keçən Kür çayının sahilinə getmiş, həmin ərazini gəzərkən orada yabanı halda bitmiş çətənə kollarına rast gəlmiş, narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün yabanı çətənə kollarının yarpaqlarını yığmaq və qurudub istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə bir ədəd yabanı çətənə bitkisinin budaqlarını və yarpaqlarını toplamış və topladığı yaşıl yarpaq və budaqları günəşin altına sərərək qurutmuş, sonra isə qurumuş yarpaqları əli ilə xırdalayıb narın hala salmış və sellofana bükərək cins şalvarının sol yan cibinə qoyaraq həmin narkotikdən mütamadi olaraq istifadə etmiş və sonuncu dəfə narkotik vasitə olan marixuananın bir qismini 11 iyun 2025-ci il tarixdə yaşadığı Qazax şəhəri, Azadlıq küçəsi ev 201 ünvanda istifadə etmişdir. Həmin gün, yəni 11 iyun 2025-ci il tarixdə saat 20 radələrində Qazax şəhəri Nizami küçəsində yerləşən çayxanada çay içmək üçün yaşadığı evdən çıxaraq piyada gedərkən bir neçə şəxs ona yaxınlaşmış, onlardan bir nəfərində videokamera olmuş, həmin şəxslər özlərini Qazax rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun şəxsiyyətini aydınlaşdıraraq ona narkotik vasitələrin qanunsuz əldə etməkdə, istifadə etməkdə, saxlamağında və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərində narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları vardırsa təqdim edilməsini təklif etmişlər. Polislərin təklifindən sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı bir büküm kustar üsulla hazırladığı narkotik vasitə olan marixunanı polislərə təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi sellofan bükümdə olan kütlənin nə olduğunu soruşduqda təqdim etdiyi şəffaf rəngli sellofanın içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuna olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bir büküm şəffaf sellofanda olan kütləyə baxış keçirdikdən sonra bir ədəd zərfə qoyub qablaşdıraraq götürmüşlər. Polis əməkdaşları ondan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda onlara narkotik vasitə olan marixuananı 15-20 gün əvvəl Qazax rayonu ərazisindən keçən Kür çayının sahilindən yabanı halda bitmiş çətənə kolunun yarpaqlarını toplayaraq şəxsi istifadəsi üçün yığıb qurudaraq marixuna əldə etdiyini etiraf etmişdir Polis əməkdaşları ona Qazax şəhərində yerləşən, Qazax rayon Polis Şöbəsinə getməyini təklif etmişlər. O, da buna hər hansı etiraz bildirmədən könüllü surətdə polis əməkdaşları ilə birlikdə Qazax rayon Polis Şöbəsinin inzibati binasına gəlmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna əsaslı şübhələr olduğundan şübhəli şəxs qisminə tutulmuş, ona şübhəli şəxsin hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi ilə təmin etdilmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitəyə baxış keçirib elektron tərəzidə çəkilmiş və bükümdəki kütlə kağız kəsiyi ilə birlikdə ümumi çəkisi 14.48 qram təşkil etmişdir. Polislər tərəfindən həmin büküm bir ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmiş, zərfin üzərini onun özü, vəkil və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ona üzərində başqa hər hansı bir əşya saxlayıb-saxlamamağı barədə soruşulduqda. O, əynində olan tünd göy rəngli cins materialdan olan şalvarının sol yan cibində olan ğzünə məxsus olan bir ədəd “Samsung” markalı mobil telefonunu çıxardaraq təqdim etmişdir. Həmin telefon bir ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri möhürlə möhürlənmiş, zərfin üzəri onun, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilsə də, hər hansı bir narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları aşkar olunmamışdır. Bundan sonra polislər tərəfindən üzərinə şəxsi axtarış başa çatdıqdan sonra videokamera ilə çəkilmiş videoçəkilişə baxış keçirilməsi üçün polislər tərəfindən fasilə elan olunmuş və videoçəkilişə baxış keçirildikdən sonra isə hər hansı bir etirazının olmadığına görə şəxsi axtarış başa çatdırılmışdır. Heç vaxtı narkotik narkotik vasitələrin və psixotrop maddələrin, onların prekursorlarının satışı ilə məşğul olmamış, ancaq qeyd etdiyi kimi marixuanadan istifadə etmişdir. Hazırda narkotik vasitədən istifadə etmir. Ailəni yeganə dolandıran şəxsdir. Əməlindən peşmandır. Odur ki, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir, xüsusi rütbəsi polis kapitanıdır. 11 iyun 2025-ci il tarixdə Qazax RPŞ-nə daxil olmuş məlumatda 1976-cı il təvəllüdlü, ünvan 3ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı ilə bağlı olaraq raport tərtib edərək Qazax RPŞ-nin rəisinə məruzə etmişdir. RPŞ-nin rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri onun özü, üzvləri isə Qazax RPŞ-nin X6 qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Qazax RPŞ-nin X10 kiçik inspektoru, polis baş serjantı Şahid4 və RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X7 ibarət tərkibdə təşkil edilmişdir. Qrupun üzvlərinə Təqsirləndirilən şəxs ətrafında keçiriləcək əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə təlimatlandırmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə 11 iyun 2025-ci il tarixdə Qazax şəhər ərazisində xidməti avtomobillərlə Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərini həyata keçirməyə başlanılmışlar və Nizami küçəsi ilə hərəkətdə olarkən əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs təkcə getdiyini görmüşlər. Tərəflərindən 11 iyun 2025-ci il tarixdə təxminən saat 20:31 radələrində videokamera vasitəsi ilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılaraq ona özlərini Qazax RPŞ-nin polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs də şəxsiyyətini müəyyənləşdirdikdən sonra ona hüquq və vəzifələrini izah edərək müdafiə hüququnu həyata keçirməsi üçün müdafiəçi tutmaq, buna maddi imkanı olmadıqda dövlət hesabına müdafiəçi ilə təmin olunacağı bildirilmişdır. Daha sonra Təqsirləndirilən şəxs şübhənin mahiyyəti izah olunduqdan sonra üzərində saxlanılması qadağan olunmuş hər hansı bir əşya, yəni narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofanda olan bükülünü ona təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisindən tünd yaşıl rəngli, spesfik iyə malik, ilk baxışdan narkotik vasitə “marixuana” ya bənzər kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə olan narkotik vastənin özünə məxsus olmasını, Kür çayının sahilindən 1 ədəd yabanı çətənə kolunun yarpaqlarını dərməsini, qurudaraq özü istifadə etmək üçün üzərində saxlamağını bildirmişdir. Baş təhqiqatçı Elmir Şıxıyev tərəfindən tərəfindən Təqsirləndirilən şəxs götürülmüş içərisində narkotik vasitə olan marixuana boş olan zərfə qoyularaq üzəri möhürlənmiş, onun özü və digər iştirakçılar zərfi imzalamışlar. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbiri saat 20:37-də başa çatmışdır. Keçirilmiş əməliyyat tədbiri açıq hava şəraitində videokamera vasitəsi ilə çəkiliş aparılmış, həmin videogörüntü bir ədəd DVD diskinə köçürülərək tərəflərindən tərtib edilmiş raporta əlavə edilmişdir. Təqsirləndirilən şəxs saat 20:40-də Qazax RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra Qazax RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçı, polis baş leytenantı X12 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutularaq müdafiəçi ilə təmin edilərək onun hüquq və vəzifələri izah edilmiş bununla bağlı yazılı bildirişlər ona təqdim edilmişdir. Qazax Rayon Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda onun, əməliyyat qrupunun üvləri, eləcədə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində ona təqdim edilmiş müdafiəçisi X8 iştirakları ilə videokamera vasitəsilə videoçəkiliş aparmaqla saat 21:35-da şəxsi axtarış, baxış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə Qazax şəhəri Nizami küçəsində saxlanılarkən üzərindən aşkar edilmiş və imzalanaraq qablaşdırılmış içərisindən tünd yaşıl rəngli, spesfik iyə malik, ilk baxışdan narkotik vasitə olan “marixuana” ya bənzər kütlə olduğu zərf baş təhqiqatçı tərəfindən açılaraq zərfin içərisində olan 01 ədəd şəffaf rəngli bükümün içərisindəki yaşıl rəngli kütlə elektron tərəzi vasitəsi ilə çəkildikdə bükümün içərisindəki yaşıl rəngli kütlə sellofan ilə birlikdə ümumi çəkisi 14.48 qram təşkil etmişdir. Daha sonra həmin aşkar edilmiş kütlə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və DİN-nin 64 saylı zərflər üçün möhürü ilə möhürlənərək zərfin üzəri protokol iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qeyd olunan kütləni təxminən 15-20 gün bundan əvvəl Kür çayının sahilindən öz şəxsi istifadəsi üçün yabanı bitmiş çətənə kolun yarpağından yığdığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qanunla daşınması qadağan olunan əşyalar, o cümlədən narkotik vasitələr, psixotrop maddələr, onların prekursorları olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla daşınması qadağan olunan əşyaları, o cümlədən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları olmadığını bildirmişdir. Daha sonra onun üzərinə Qazax RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən şəxsi axtarış keçirilmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli cins materialdan olan şalvarının sol yan cibindən onun öz şəxsi istifadəsində olan “Samsung” markalı mobil telefon aşkar edilərək iş üçün sübut əhəmiyyət kəsb etdiyindən zərfə qoyulub qablaşdırıldı və üzəri DİN-nin 64 saylı möhürü ilə möhürlənərək götürülmüş və zərfin üzəri imzalanmışdır. Bundan sonra şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında və bədənində iş üçün sübut əhəmiyyətinə malik ola biləcək narkotik vasitələrə oxşar kütlələr, psixotrop maddələr və digər əşya, yaxud sənədlər aşkar olunmamışdır.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə saat 22:15 dəqiqədə başa çatmışdır.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılan zaman “Panasonic” markalı videokameradan istifadə edilməklə çəkilmiş videogörüntü 1 ədəd DVD diskinə yazılaraq protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 iş üzrə digər Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmumlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, 2025-ci ilin iyun ayında daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Qazax şəhəri Nizami küçəsində saxlayıblar. Həmin vaxt şəxsin üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qazax rayon X4 Qarşı Mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət edir. 11 iyun 2025-ci il tarixdə Qazax şəhəri, Azadlıq küçəsi ev 201 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Qazax RPŞ-nə daxil olmuş əməliyyat məlumatı ilə bağlı olaraq RPŞ-nin rəisinin əmri ilə əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupunun rəhbəri, CAB-nın rəisi, polis kapitanı Şahid1, üzvləri isə onun özü, Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Qazax RPŞ-nin X10 kiçik inspektoru, polis baş serjantı Şahid4 və RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X7 ibarət tərkibdə təşkil edildi. Şahid1 qrupun üzvlərinə Təqsirləndirilən şəxs ətrafında keçiriləcək əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə təlimatlandırmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə 11 iyun 2025-ci il tarixdə Qazax şəhər ərazisində xidməti avtomobillərlə Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərini həyata keçirməyə başlanılmışlar və Nizami küçəsi ilə hərəkətdə olarkən əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs təkcə getdiyini görmüşlər. Tərəflərindən 11 iyun 2025-ci il tarixdə təxminən saat 20:31 radələrində videokamera vasitəsi ilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılaraq ona özlərini Qazax RPŞ-nin polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs də şəxsiyyətini müəyyənləşdirdikdən sonra ona hüquq və vəzifələrini izah edərək müdafiə hüququnu həyata keçirməsi üçün müdafiəçi tutmaq, buna maddi imkanı olmadıqda dövlət hesabına müdafiəçi ilə təmin olunacağı bildirilmişdır. Daha sonra Təqsirləndirilən şəxs şübhənin mahiyyəti izah olunduqdan sonra üzərində saxlanılması qadağan olunmuş hər hansı bir əşya, yəni narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofanda olan bükülünü ona təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisindən tünd yaşıl rəngli, spesfik iyə malik, ilk baxışdan narkotik vasitə “marixuana” ya bənzər kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə olan narkotik vastənin özünə məxsus olmasını, Kür çayının sahilindən 1 ədəd yabanı çətənə kolunun yarpaqlarını dərməsini, qurudaraq özü istifadə etmək üçün üzərində saxlamağını bildirmişdir. Baş təhqiqatçı Elmir Şıxıyev tərəfindən tərəfindən Təqsirləndirilən şəxs götürülmüş içərisində narkotik vasitə olan marixuana boş olan zərfə qoyularaq üzəri möhürlənmiş, onun özü və digər iştirakçılar zərfi imzalamışlar. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbiri saat 20:37-də başa çatmışdır. Keçirilmiş əməliyyat tədbiri açıq hava şəraitində videokamera vasitəsi ilə çəkiliş aparılmış, həmin videogörüntü bir ədəd DVD diskinə köçürülərək tərəflərindən tərtib edilmiş raporta əlavə edilmişdir. Təqsirləndirilən şəxs saat 20:40-də Qazax RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra Qazax RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçı, polis baş leytenantı X12 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutularaq müdafiəçi ilə təmin edilərək onun hüquq və vəzifələri izah edilmiş bununla bağlı yazılı bildirişlər ona təqdim edilmişdir. Qazax Rayon Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda onun, əməliyyat qrupunun üvləri, eləcədə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində ona təqdim edilmiş müdafiəçisi X8 iştirakları ilə videokamera vasitəsilə videoçəkiliş aparmaqla saat 21:35-da şəxsi axtarış, baxış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə Qazax şəhəri Nizami küçəsində saxlanılarkən üzərindən aşkar edilmiş və imzalanaraq qablaşdırılmış içərisindən tünd yaşıl rəngli, spesfik iyə malik, ilk baxışdan narkotik vasitə olan “marixuana” ya bənzər kütlə olduğu zərf baş təhqiqatçı tərəfindən açılaraq zərfin içərisində olan 01 ədəd şəffaf rəngli bükümün içərisindəki yaşıl rəngli kütlə elektron tərəzi vasitəsi ilə çəkildikdə bükümün içərisindəki yaşıl rəngli kütlə sellofan ilə birlikdə ümumi çəkisi 14.48 qram təşkil etmişdir. Daha sonra həmin aşkar edilmiş kütlə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və DİN-nin 64 saylı zərflər üçün möhürü ilə möhürlənərək zərfin üzəri protokol iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qeyd olunan kütləni təxminən 15-20 gün bundan əvvəl Kür çayının sahilindən öz şəxsi istifadəsi üçün yabanı bitmiş çətənə kolun yarpağından yığdığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qanunla daşınması qadağan olunan əşyalar, o cümlədən narkotik vasitələr, psixotrop maddələr, onların prekursorları olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla daşınması qadağan olunan əşyaları, o cümlədən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları olmadığını bildirmişdir. Daha sonra onun üzərinə Qazax RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən şəxsi axtarış keçirilmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli cins materialdan olan şalvarının sol yan cibindən onun öz şəxsi istifadəsində olan “Samsung” markalı mobil telefon aşkar edilərək iş üçün sübut əhəmiyyət kəsb etdiyindən zərfə qoyulub qablaşdırıldı və üzəri DİN-nin 64 saylı möhürü ilə möhürlənərək götürülmüş və zərfin üzəri imzalanmışdır. Bundan sonra şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında və bədənində iş üçün sübut əhəmiyyətinə malik ola biləcək narkotik vasitələrə oxşar kütlələr, psixotrop maddələr və digər əşya, yaxud sənədlər aşkar olunmamışdır.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə saat 22:15 dəqiqədə başa çatmışdır.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılan zaman “Panasonic” markalı videokameradan istifadə edilməklə çəkilmiş videogörüntü 1 ədəd DVD diskinə yazılaraq protokola əlavə edilmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4da verilən suallara cavab olaraq digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 12 iyun 2025-ci il tarixli 16/536 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər büküm” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofon bükümdə, təmiz çəkisi 13,68 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixunanadır. Məhkəmə bioloji ekspertizasının rəyinin qeyd hissəsində:marixuana təmiz çəkisi 13,68qr tədqiqata sərf edildi-0,04 qr qalıq-13,64 qr. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 iyul 2025ci il tarixli, 1076 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə etmə halları olub. Nakomaniya xəstəliyindən əzab çəkmir. Narkomoniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması” haqqında 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs iştirakı ilə əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilən zaman onun üzərindən aşkar edilmiş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 13,68 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkolik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 13,68 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda narkolik vasitə olan qurudulmuş marixuananı Kür çayının sahilində yabanı bitmiş çətənə kollarının yarpaqlarını toplayaraq qurudub əldə edib üzərində saxlamaqla daşımasını etiraf etmişdir. Cinayət işinin materiallarında olan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 13,68 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkolik vasitə olan qurudulmuş marixunanı öz şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən edilmişdir. Lakin, Təqsirləndirilən şəxs aşkar edilmiş 13,68 qram olan kustar üsulla hazırlanmış marixunanı hansı tarixdə, hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun hər hansı bir şəxsə narkotik vasitələr və yaxud psixotrop maddələr, onların prekursorlarının satması barədə əməliyyat məlumat daxil olmamışdır. Cinayət işinin materiallarında olan Qazax rayon Psixiatriya Xəstəxanasının 10 iyul 2025-ci il tarixli, 1257 nömrəli məktubundan görünür ki, Qazax şəhəri, Azadlıq küçəsi ev 201 ünvanda yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Qazax Psixatriya xəstəxanasında qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Qazax rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5;29, 206.1,62 maddəsinə əsasən 1000 manat cərimə cəzasına məhkum olunmuş, AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.8 bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-58-1-12-21/2- 752/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinə əsasən ünvan 5 ünvanda qeydiyyatdadır. Eləcə də Təqsirləndirilən şəxs Qazax şəhər İƏD üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədə yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan AZ-İ № 756845 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs X11 ilə nihaka daxil olmuşlar və nikah qeydləri Qazax RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə 150 nömrə ilə qeydə alınmışdır. Cinayət işinin materiallarında olan AZ-İİ №889068 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 doğumu Qazax RQŞ tərəfindən xx.xx.2012-ci il tarixdə 557 nömrə ilə qeydə alınmış və ata qırafasında Təqsirləndirilən şəxs ana qrafasında X11 qeyd edilmişdir. Cinayət işinin materiallarında olan AZ-İİ №470110 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 doğumu Qazax RQŞ tərəfindən xx.xx.2015-ci il tarixdə 89 nömrə ilə qeydə alınmış və ata qırafasında Təqsirləndirilən şəxs ana qrafasında X11 qeyd edilmişdir. Cinayət işinin materiallarında olan X2 epikrizindən görünür ki, Təqsirləndirilən şəxs diaqnozu Kesin tanı (İ20.0) qeyri-stabil stenokardiyadır. Cinayət işinin materiallarında olan TƏBİB Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞnın arayışından görünür ki, Təqsirləndirilən şəxs şəkərli dibabet xəstəliyindən əziyyət çəkir. Cinayət işi materiallarından aşkar görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 11 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 iyun 2025-ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Ümumilikdə 02 gün müddətində şübhəli şəxs kimi tutulmuşdur. Beləliklə məhkəmə, təqsirləndirilən şəxs Arzu Mehrəliyevə elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Arzu Mehrəliyevin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün 5 qram daxil olmaqla qurudulmuş marixuana xeyli miqdar, 500 qram və daha çox qurudulmuş marixuana külli miqdar, 50000 qramı isə xüsusilə külli miqdar hesab edilir. Məhkmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananın miqdarı 13,68 qram olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün nəzərdə tutulan 5 qramı keçsədə həmin həddən kəmiyyətçə çox fərqlənmir. Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin miqdarı 5 qramla müqayisədə az fərqləndiyi üçün ictimai təhlükəlilik dərəcəsi yüksək sayılmır. Məhkəmə Arzu Mehrəliyevin ilk dəfə olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsini yeganə dolandıran şəxs olmasını, ürək-damar xəstəliyindən əziyyət çəkməsini və himayəsində 2 azyaşlı uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın- azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Ali Məhkəmənin qeyd olunan Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları iş üzrə yüngülləşdirici halların mövcud olması, lakin ağırlaşdırıcı halların olmaması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Arzu Mehrəliyevə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin Saxlanc anbarında saxlanılan 13,64 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 13,64 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar