Məhkəmə qərarları › İş №1(023)-66/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-66/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-66/2023 13.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci ildə Qazax rayonu Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu Dəmirçilər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 01 ədəd ağ rəngli kağız materialdan hazırlanmış dəftər vərəqi bükümünün içərisində olan, təmiz çəkisi 8,09 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 02:25-də Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən DİN-in Baş Mühafizə İdarəsinin Tovuz Regional mühafizə şöbəsinin Qazax bölməsinin inzibati binasının yaxınlığında olan zaman saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 02:40-dan saat 03:25-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins materialdan hazırlanmış qış gödəkcəsinin sağ yan cibində olan ağ rəngli kağız parçasının içərisindən təmiz çəkisi 8,09 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax rayonu Dəmirçilər kəndində yaşayır, fərdi əməklə məşğuldur. Təxminən 2023-cü ilin aprel ayının ortalarında Dəmirçilər kəndinin ərazisindən yerləşən pay torpaq sahəsinə gedən zaman əkin sahələrinin kənarlarında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərini görmüş və həmin bitkilərdən öz istifadəsi üçün yığıb qurutmaq qərarına gəlmişdir. Elə həmin vaxt yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin kollarının yarpaqlarından yığaraq quruması üçün həmin yerdə yerə düzmüşdür. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxaraq həmin əraziyə getmiş, oraya çatanda çətənə kollarının yerində olduğunu və quruduqlarını görmüşdür. Bundan sonra qurumuş narkotik tərkibli bitki yarpaqlarını üzərində götrdüyü ağ rəngli dəftər vərəqinə bükmüş və əynində olan qara rəngli cins materialdan hazırlanmış gödəkcənin sağ yan cibinə qoymuşdur. Bundan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün Qazax şəhərinə gəlmiş, qurudulmuş marixuana cibində qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Qazax şəhəri N.Nərimanov qəsəbəsində Mühafizə Polis bölməsinin inzibati binasının yaxınlığında avtomoiblini saxlayaraq avtomobildən düşmüş və narkotik vasitədən sitifadə etmək məqsədi ilə qaranlıq olan əraziyə tərəf getməyə başlamış, bu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Qazax rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmişlər və narkotik vasitə əldə etməkdə, saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu izah edib polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək birlikdə polis şöbəsinə getmişdir. Orada əvvəlcə müdafiəçi ilə təmin edilmiş, sonra müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində hər hansı narkotik vasitə və ya qadağan olunmuş əşya varsa təqdim etməsi təkli olumuş, o da əynində olan qara rəngli cins materialdan hazırlanmış gödəkcənin sağ yan cibində saxladığı ağ rəngli dəftər vərəqi bükümünü təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu, yaşadığı kəndin ərazisindən yerləşən əkin sahələrinin kənarından yığdığını, həmin yerdə qurutduğunu, özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Aşkar olunmuş qurudulmuş marixuana elektron əl tərəzisində çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Narkotik vasitələrin və psixotrop maddələrin alqısatqısı ilə məşğul olmur, üzərindən akar edilmiş narkotik vasitədən yalnız özü istifadə etmək üçün üstündə saxlamış və heç kimə satmamış, nə də verməmiş, o cür fikri də olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Gələcəkdə bir daha bur cür əmələ yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Qazax rayon Dəmirçilər kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 01:40 radələrində xidmətdə olarkən ona Qazax rayon Dəmirçilər kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması, istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin razılığından sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün əməliyyat tədbiri keçirilsin. Bundan da sonra RPŞ-nin rəhbərliyi altında o, Qazax RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X6, Qazax RPŞ-nin KTQ-nun ekspert kriminalisti polis kapitanı X7 və Qazax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ibarət əməliyyat istintaq qrupu yaradılmış və Qazax RPŞ-nin ƏİÜ rəis müavini, polis mayoru Əşrəf Yusifzadə tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması zərurəti ilə əlaqədar qrupa daxil edilmiş əməkdaşlar təlimatlandırılmışdır. Bundan sonra o Şahid2la birlikdə RPŞ-dən çıxaraq Təqsirləndirilən şəxs gecə saatlarında mütəmadi vaxt keçirdiyi Qazax şəhəri N.Nərimanov yerləşən DİN-in Baş Mühafizə İdarəsinin Tovuz Regional mühafizə şöbəsinin Qazax bölməsinin inzibati binasının yaxınlığında tədbirləri davam etdirməyə başlamış, həmin gün, saat 02:25-də Təqsirləndirilən şəxs orada piyada və tək halda hərəkətdə olduğunu görüb Aqşinə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Aqşinə narkotik vasitələrin əldə etməsində, daşımasında, saxlamasında və istehlakında şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət eləmişlər. Aqşin narazılıq etməyərək birlikdə Qazax RPŞ-nə getmişdir. RPŞ-nin TB-nin təhqiqatçısı İlham Rəhimovun xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillə təmin edildikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, əvvəlcə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins materialdan hazırlanmış gödəkcənin sağ yan cibindən ağ rəngli dəftər vərəqi bükümünü təqdim edərək içərisində narkotik maddə olan marixuana olduğunu, yaşadığı Dəmirçilər kəndi ərazisində yerləşən əkin sahələrinin kənarından yığdığını, həmin yerdə qurutduğunu, özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Aşkar edilmiş kütlə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərindən başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Şəxsi axtarış 02 may 2023-cü il tarixdə, saat 02:40-da başlamış, həmin gün, saat 03:25-də bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1la oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/466 saylı rəyində göstərilmişdir ki - tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ kağız bükümdə, təmiz çəkisi 8,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır.QEYD: marixuananın təmiz çəkisi 8,09 qram, tədqiqata sərf edildi 0.02 qram, qalıq 8,07 qram. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1174 №-li rəyində göstərilmişdir, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən ağ rəngli kağız bükümündə, bükümlə birlikdə 11,25 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış 02 may 2023-cü il tarixdə, saat 02:40da başlamış, həmin gün, saat 03:25-də bitmişdir. Qazax RPŞ-dən əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, Qazax rayon Dəmirçilər kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı Qazax rayon Dəmirçilər kəndi ərazisində olan əkin sahələrinin müxtəlif yerlərində yabanı halda bitmiş çətənə kollarından yığıb qurutmaqla əldə etmiş, əldə etdiyi narkotik vasitəni öz şəxsi sitifadəsi üçün saxlamış və həmin narkotik vasitədən heç kimə satmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qazax rayon Psixiatriya xəxtəxanasından təqdim edilmiş xx.xx.2023-cü il tarixli 1149 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Qazax İHB-nın Dəmirçilər Kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 03 iyul 2023-cü il tarixli, 5-58-12-12-21/2-367/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Dəmirçilər kəndində yaşayır. Arvadı xx.xx.1990-cı il təvəllüdlü X2, qızı xx.xx.2008-ci il təvəllüdlü X3, oğlu xx.xx.2011-ci il təvəllüdlü X5 və qızı xx.xx.2014-cü il təvəllüdlü X4 tərkibdə ailə üzvləri var, yaşayış yeri üzrə mübət xarakterizə olunur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində ikisi azyaşlı olmaqla üç uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzadan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları, narkotik maddənin miqdarının minimum həddə yaxınlığı təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin ailənin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onun azadlıqdan məhrum edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 8,07 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,4 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ******* **********501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 8,07 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE 0000000**********501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar