Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-7/2024 24.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X4 iştirakları ilə, 18 noyabr 1999-cu ildə Misir Ərəb Respublikasının Dakahliya şəhərində anadan olmuş, ali təhsilli, əvvəllər məhkum olunmamış, subay, işsiz, Misir Ərəb Respublikasının Dakahliya şəhərində qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Mohamed Hassanein Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Ermənistan Respublikasına keçməyə cəhd göstərmişdir. Belə ki, Zeyad İslam X1suz olaraq Ermənistan Respublikasına getmək məqsədi ilə 19 sentyabr 2023-cü il tarixdə, saat 13:50 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax rayonu Cəfərli kəndi ərazisində yerləşən 3-cü sərhəd komendantlığının xidməti ərazisindən Azərbaycan Respublikasından Ermənistan Respublikası istiqamətində keçməyə cəhd göstərərkən dövlət sərhəd xəttindən 650 metr məsafədə saxlanılmış, bununla da o öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs Zeyad İslam X2 edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 2023cü ilin sentyabr ayının xatırlamadığı günündə türist kimi Azərbaycana gəlmiş, Quba və Şəki şəhərlərinə getmək fikiri olmuş, 03 gün Bakı şəhərində qalmışdır. İnternet vasitəsi ilə Bakıdan Ağstafa rayonuna Qatar xətti olduğunu örgənmiş, pasprotu ilə Bakı_Ağstafa qatarına bilet almış və qatarla Ağstafa rayonuna gəlmişdir. Ağstafa rayonunda onu heç kim qarşılamamışdır. Ağstafada 02 gün oteldə qalmış və daha sonra Qazax rayonuna gəlmək istəmiş, internet vasitəsi ilə Ağstafadan Qazaxa avtobus olduğunu öyrənmiş, Ağstafa rayonundan avtobusla Qazax rayonuna gəlmişdir. Qazax rayonuna gəlməkdə məqsədi Qazax rayonunun təbii gözəlliklərini görmək olmuşdur. Qazax rayonunda taksiyə yaxınlaşmış və onu dağlıq əraziyə aparmasını taksiyə telefon vasitəsi ilə izah etmiş, 2 manat nağd pul müqabilində taksi sürücüsü ilə razılaşmış, Qazax rayonu Bala Cəfərli kəndinə tərəf hərəkət etmişdir, taksi sürücüsü ilə danışığını mobil telefon vasitəsi ilə tərcümə edərək ünsiyyətdə olmuşdur. Onun Ermənistana keçmək fikri olmamışdır. X16 sora hara gedə biləcəyi və Ermənistandan hara gedə biləcəyi ilə bağlı mobil telefon vasitəsi ilə internetdə axtarış etmişdir. Səbəbini açıqlamaq istəmir. Bala Cəfərli ərazisində taksidən düşməmiş onu bir nəfər hərbiçi saxlamışlar. Azərbaycana birinci dəfədir gəlir. Ümumiyyətlə Azərbaycanla Ermənistan arasında olan münasibətdən məlumatı yoxdur. Yalnız Rusiya və Ukraniya arasında olan müharibə haqqında məlumatı var. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Mohamed Hassanein ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Misir Ərərb Respublikasının X21 şəhərindən təyyarə ilə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmiş, burada günlük hosteldə qalmış və 2 gün ərzində Bakının gəzməli yerlərində olmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən qatar stansiyasının sonuncu stansiyasını maraqlanmış və təxminən 08:45 radələrində qatarla Ağstafa rayonuna gəlmiş, Ağstafa şəhərindən avtobusla Qazax rayonuna gəlmiş, Qazax rayonunda gəldikdən sonra bir taksi saxlayaraq otelə getmək istədiyini başa salmış və həmin taksi sürücüsü onu “Nurəsma” otelinə gətirmişdir. Həmin oteldə bir gecə qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə təxminən saat 13:00 radələrində Ermənistan Respublikasına keçmək məqsədi ilə oteldən çıxaraq taksi ilə Xanlıqlar kəndinə gəlmiş, taksi sürücüsünə mobil telefonunda xəritə ilə Bərxudarlı kəndinə getmək istədiyini başa salmış, Cəfərli kəndinə çatanda taksidən düşəndə sərhədçi tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, DSX-nin X17 Divizyasının 3-cü sərhəd komendantlığının komendantının əməliyyat-axtarış üzrə müavini vəzifəsində xidmət edir. Kapitan rütbəsindədir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Qazax rayonunun Cəfərli kəndində bir nəfər naməlum şəxsin olması və Azərbaycan Respublikasından Ermənistan Respublikası istiqamətində dövlət sərhədinə tərəf irəliləməsi barədə məlumat almış və dərhal bu barədə aidiyyəti üzrə məruzə etdikdən sonra qeyd olunan yerə hərəkət etmişdir. Qazax rayonu Cəfərli kəndinin çıxışında 21-ci sərhəd zastavasının arxa istiqamətində Dövlət Sərhədindən təqribi 650 metr arxada taksidən bir nəfər tanımadığı şəxsin düşüb Ermənistan istiqamətində hərəkət etmək istədiyini görmüş, həmin gün, saat 13:50-də sonradan adının Zeyad İslam X3masını bildiyi şəxsi saxlamış və dərhal bu barədə aidiyyəti üzrə məruzə etmişdir. Cinayət işinin materiallarında olan 19 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, “Qazax” X5 Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən 3-cü sərhəd komendantlığının 21-ci sərhəd zastavasının xidməti ərazisinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Misir Ərəb Respublikası vətandaşı Təqsirləndirilən şəxs deməsinə görə 19 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Azərbaycan Respublikası istiqamətindən Ermənistan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən dövlət sərhəd xəttindən təqribi 650 metr məsafədə saxlanılmışdır. Cinayət işinin materiallarında olan DSX-nin ƏABİ-nin daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Giriş-Çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) üzrə dövlət sərhədindən rəsmi qaydada hərəkətinindən görünür ki, Təqsirləndirilən şəxs Mohamed Hassenin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Misir Ərəb Respublikasından Azərbaycan Respublikasına gəlmiş, lakin bundan sonra onun heç bir sərhədkeçməsi qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan 19 sentyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mohamed Hassanein 19 sentyabr 2023-cü il tarixdə, saat 13:55-də inzibati qaydada 01 gün tutulmuşdur. Cinayət işinin materiallarında olan 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mohamed Hassanein 20 sentyabr 2023-cü il tarixdə, saat 16:00da Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mohamed Hassanein əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DTX Arxiv-uçot İdarəsinin verdiyi məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Mohamed Hassanein hər hansı xarici ölkənin qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrinin fəaliyyətində iştirak edib-etməməsi, xarici dövlətə məhkum olunub-olunmaması, barəsində hər hansı nüfuzdansalıcı material olub-olmaması ilə bağlı məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Mohamed Hassanein özünü Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə təqsirli bilmədiyini göstərsə də şahid X8 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, həmçinin təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, o cümlədən digər iş materialları ilə onun dövlət sərhədini qanunsuz olaraq keçəməyə cəhd etməsi sübut olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 29,318.1-ci maddəsi ilə təqsirli bilməməsini əsaslı hesab etmir və özünü müdafiə kimi qiymətləndirir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə dindirilmiş şahidin ifadəsi, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməyə cəhd etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs Mohamed Hassaneinə Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə törədilməyə cəhd edilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Mohamed Hassanein Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mohamed Hassaneinə təqsirli bilindiyi CM-in 29,318.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən o, azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Mohamed Hassanein Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Mohamed Hassanein cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Mohamed Hassanein azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-7/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-7/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver