Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-7/2025 13.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim sədrliyi, məhkəmə iclas katibi katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 19 avqust 1990-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1996-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxx 1999-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvələr məhkum olunmamış, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 20 avqust 2020-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən, qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmiş, bundan başqa o, 7 sentyabr 2021-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda təkrarən, qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş, bundan başqa o, 21 sentyabr 2021-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda təkrarən, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasıdan Gürcüstan istiqamətində keçmiş, bundan başqa o, 15 may 2024-cü il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda təkrarən, qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respblikasına gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə, 20 avqust 2020-ci il tarixdə X8, Təqsirləndirilən şəxs3, X4, X2, X13 və X3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax əlahiddə sərhəd diviziyasının Qazax rayonunun ərazisində yerləşən, istintaqa məlum olmayan hissəsindən piyada hərəkət etməklə, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respblikasına gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə, 7 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində X2, X4, X9, X13, Təqsirləndirilən şəxs3 və X3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax əlahiddə sərhəd diviziyasının Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən, 1-ci sərhəd zastavasının 4-cü sahəsindən piyada hərəkət etməklə, təkrarən, qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş, mühəndis çəpərinin altından keçib 100 metr hərəkət etdikdən sonra dövlət sərhəd xəttindən 200 metr məsafədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, “Dayan!” çağırış komandası verilərək, saat 22 radələrində saxlanılmışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respblikasına gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə, 21 sentyabr 2021-ci il tarixdə arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Şıxlı kəndinin ərazisində yerləşən, 1-ci sərhəd zastavasının 3-cü sahəsindən piyada hərəkət etməklə, təkrarən, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respblikasına gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə, 15 may 2024-cü il tarixdə, saat 03 radələrində arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax əlahiddə sərhəd diviziyasının Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən, 1-ci sərhəd zastavasının 4-cü sahəsindən piyada hərəkət etməklə, təkrarən, qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş, dövlət sərhəd xəttindən 10 metr, mühəndis çəpərindən 140 metr məsafədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, “Dayan!” çağırış komandası verilərək, saat 03 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs2 21 sentyabr 2021-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasıdan Gürcüstan istiqamətində keçmiş, bundan başqa o, 15 may 2024-cü il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda təkrarən, qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respblikasına gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə, 21 sentyabr 2021-ci il tarixdə əri Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Şıxlı kəndinin ərazisində yerləşən, 1-ci sərhəd zastavasının 3-cü sahəsindən piyada hərəkət etməklə, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respblikasına gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə, 15 may 2024-cü il tarixdə, saat 03 radələrində əri Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax əlahiddə sərhəd diviziyasının Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən, 1-ci sərhəd zastavasının 4-cü sahəsindən piyada hərəkət etməklə, təkrarən, qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş, dövlət sərhəd xəttindən 10 metr, mühəndis çəpərindən 140 metr məsafədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, “Dayan!” çağırış komandası verilərək, saat 03 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs3 20 avqust 2020-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən, qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmiş, bundan başqa o, 7 sentyabr 2021-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda təkrarən, qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respblikasına gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə, 20 avqust 2020-ci il tarixdə X8, Təqsirləndirilən şəxs1, X4, X2, X13 və X3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax əlahiddə sərhəd diviziyasının Qazax rayonunun ərazisində yerləşən, istintaqa məlum olmayan hissəsindən piyada hərəkət etməklə, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respblikasına gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə, 7 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində X2, X4, X9, X13, Təqsirləndirilən şəxs1 və X3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax əlahiddə sərhəd diviziyasının Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən, 1-ci sərhəd zastavasının 4-cü sahəsindən piyada hərəkət etməklə, təkrarən, qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş, mühəndis çəpərinin altından keçib 100 metr hərəkət etdikdən sonra dövlət sərhəd xəttindən 200 metr məsafədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, “Dayan!” çağırış komandası verilərək, saat 22 radələrində saxlanılmışdır. Bununla da, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3, Zülfiyyə Məmmədova, Zarina Bukavazin, Rita Qulamova, Ceyhun Qulmaov və Nicat Əmiraslanov ilə birlikdə xatırlamadığı yerdən Azərbaycan Respublikasından qanunsuz olaraq Gürcüstana getmiş, Gürcüstanda dilənçiliklə məşğul olmuş, Gürcüstanda pandemiya ilə əlaqədar məhdudiyyətlər qoyulduğu üçün işləyə bilmədiyindən Azərbaycan Respublikasına geriyə qayıtmaq qərarına gəlmiş, 7 sentyabr 2021-ci il tarixdə qohumları X8, Təqsirləndirilən şəxs3, X3, X13, X10 və X2 ilə birlikdə pandemiya əlaqədar sərhədlər bağlı olduğu üçün qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikasına keçmiş, Azərbaycan Respublikasına keçdikdən sonra hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Bundan başqa 7 sentyabr 2021-ci il tarixdə Gürcüstandan Azərbaycan Respublikasına dövlət sərhədini qanunsuz olaraq keçdikdən sonra Qazax rayonunun 2-ci Şıxlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının hərbçiləri tərəfindən saxlanılmış, Dövlət Sərhəd Xidmətinin Aparatında istintaq aparıldıqdan sonra Yevlax Rayon Polis şöbəsində qeydiyyata almışlar, təxminən 21 sentyabr 2021-ci il tarixdə yenidən Qazax rayonu 2-ci Şıxlı kəndinin ərazisindən həyat yoldaşı və övladları ilə birlikdə dövlət sərhədini qanunsuz olaraq Gürcüstana keçmiş, Tiflis şəhərində yaşamış, özünün və ailə üzvlərinin sənədləri qaydasında olmadığına görə Gürcüstanda rəsmi dövlət qurumları, o cümlədən xəstəxanalara müraciət edə bilməmiş, bu səbəbdən Azərbaycan Respublikasına geri qayıtmaq qərarına gəlmiş, 15 may 2024-cü ildə övladları 21 noyabr 2011-ci il təvəllüdlü X14, 16 mart 2020-ci il təvəllüdlü X11, 30 dekabr 2023-cü il təvəllüdlü X15 və həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra sərhədçilər tərəfindən saxlanılmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16 may 2024-cü il tarixli ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Azərbaycan Respublikasında karantin rejimi olduğundan o və həyat yoldaşı heç yerdə işləyə bilməmiş, işləmək məqəsədilə Grücüstana getmək istəmiş, sərhədləri bağlı olduğuna görə həyat yoldaşı Təqsirləndirilən şəxs1 və övladları ilə birlikdə 21 sentyabr 2021-ci il tarixdə Qazax rayonu ərazisindən Azərbaycan Respublikasından qanunsuz olaraq Gürcüstana keçmiş, özünün və övladlarının sənədləri olmadığından onları Gürcüstanda müayinə və müalicə edə bilməmiş, bu səbəbdən 15 may 2024-cü il tarixdə Azərbaycan Respublikasına geri qayıdıb sənədlərini yenidən düzəltmək məqsədi ilə dövlət sərhədini qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra ailə üzvləri ilə birlikdə sərhədçilər tərəfindən saxlanılmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3, Zülfiyyə Məmmədova, Zarina Bukavazin, Rita Qulamova, Ceyhun Qulmaov və Nicat Əmiraslanov ilə birlikdə xatırlamadığı yerdən Azərbaycan Respublikasından qanunsuz olaraq Gürcüstana getmiş, Gürcüstanda dilənçiliklə məşğul olmuş, Gürcüstanda pandemiya ilə əlaqədar məhdudiyyətlər qoyulduğu üçün işləyə bilmədiyindən Azərbaycan Respublikasına geri qayıtmaq qərarına gəlmiş, 7 sentyabr 2021-ci il tarixdə X8, Təqsirləndirilən şəxs3, X3, X13, X10 və X2 ilə birlikdə pandemiya əlaqədar sərhədlər bağlı olduğu üçün qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikasına keçmiş, Azərbaycan Respublikasına keçdikdən sonra hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidməti X7 əlahiddə sərhəd diviziyasının 1-ci sərhəd komendantlığının 1-ci sərhəd zastavasının əsgəri Şahid2 oğlu ifadəsində göstərmişdir ki, 7 sentyabr 2021-ci il tarixdə axşam saatlarında radio rabitə vasitəsi ilə məruzə edərək bir neçə nəfər naməlum şəxslərin 4-cü sahə istiqamətinə doğru hərəkət edərək, Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə keçmək istədiklərini bildirmiş, ona həmin şəxsləri nəzarətdə saxlamağı göstəriş vermiş, dərhal sərhəd zastavasını “Silaha” komandasına qaldırmış və həmin istiqamətə hərəkət etmiş və hadisə yerində sərhəd pozucuları saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax əlahiddə sərhəd diviziyasının 1-ci sərhəd komendantlığının 1-ci sərhəd zastavasının rəisi, baş leytenant Şahid4 Hüseynquqlu oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə 1-ci sərhəd zastavasının “Növbətçi operator” sərhəd naryadı xidmətinə təyin olunmuş əsgər Şahid5 saat 03 radələrində PTZ kamerası vasitəsi ilə sərhəd zastavasının 4-cü sahəsindən beş nəfər naməlum şəxsin Gürcüstandan Azərbaycan Respublikası istiqamətində hərəkət etmələrini müşahidə etməsi barədə ona məruzə etmiş, o dərhal bu barədə aidiyyəti üzrə sərhəd komendantlığının komendantına məruzə etmiş, sərhəd zastavasını “silaha!” komandasına qaldıraraq həyacan qrupu ilə hadisə yerinə hərəkət etmiş, “həyəcan” qrupu ilə birlikdə beş nəfər şəxsin Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə hərəkət etdiklərini müşahidə etmiş, sərhəd pozucularının yanına gedərək “dayan!” komandası verib onları saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 da eyni məzmunlu ifadə verərək Şahid4n göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DSX-nin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin Qazax əlahiddə sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyevin 15 may 2024-cü il tarixli məktubunda göstərilir ki, 15 may 2024-cü il tarixdə Qazax əlahiddə sərhəd diviziyasının Qazax rayonu, 2-ci Şıxlı kəndi ərazisində yerləşən 1ci sərhəd zastavasının xidməti ərazisindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz keçən Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və X1 Sərhəd Xidmətinin hərbi qulluqçular tərəfindən saxlanılmışlar. Cinayət işinin materiallarına əlavə edilmiş 8 sentyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının sağ cinahının 4-cü sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədi pozulmuş, bir neçə nəfərə məxsus qarışıq ayaq izləri aşkar olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 15 may 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 may 2024-cü il tarixdə saat 03 radələrində Gürcüstandan Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının sağ cinahının 4-cü sahəsindən keçmişlər, həmçinin bundan başqa hadisə yerində ayaq izləri aşkar olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 15 may 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 21 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini qanunsuz olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 3-cü sahəsindən keçmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X22 verdiyi 29 may 2024-cü il tarixli, 6792 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi “Respublikas Narkoloji Mərkəzi” X22 verdiyi 31 may 2024-cü il tarixli, xx/xx-6323 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs1 1(bir) gün inzibati qaydada, 1(bir) gündə şübhəli şəxs kimi, Təqsirləndirilən şəxs3 1(bir) gün inzibati qaydada, 1(bir) gün şübhəli şəxs kimi, Təqsirləndirilən şəxs2 isə 1(bir) gün inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan 06 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslər X4 və X3 barəsində Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə hazırki cinayət işinin materiallarından başqa cinayət işi ayrılmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olmaları özlərinin etiraf edici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahid ifadəsi, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşaqları olmasını və səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmə cinayətini təkrar törətməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Güləsər Bəkirovun ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşaqları olmasını və səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmə cinayətini təkrar törətməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Azd Qulamovun ilk dəfə olaraq az ağır cinayət törətməsini və səmimi peşman olaraq törətdiyi əməllər etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmə cinayətini təkrar törətməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, ailə vəziyyətlərini, cəzalarını yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, onların cəmiyyətdən təcrid olunmadan islah olunmaları mümkündür, onlara CM-nin 70-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə onların davranışları üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması məqsədə müvafiqdir. Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərlərinə onların davranışları üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs2 sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs3 təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs3 sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən:
Məhkəmə qərarları › İş №1(023)-7/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-7/2025
13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver