Məhkəmə qərarları › İş №1(023)-70/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-70/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-70/2023 06.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1974-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,621 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,084 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamış, 23 yanvar 2023-cü il tarixdə saat 17:45-də Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165a ünvanında yerləşən Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 18:40-dan saat 19:35-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli parça materialdan olan idman şalvarının sağ yan cibindən təmiz çəkisi 0,621 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,084 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi və ya qeyri-rəsmi şəkildə heç bir yerdə işləməsə də, müxtəlif sahələrdə fəhləlik edərək maddi qazanc əldə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Qazax şəhər Mərkəzi bazarının yaxınlığında piyada gəzən zaman yerdə 2 ədəd gümüşü rəngli kağız bükümün olduğunu görmüş və götürüb baxanda birinin içərisində metamfetamin, birinin içərisində isə heroin olduğunu müəyyən etmiş, narkotik və psixotrop maddəni şəxsi istifadəsi üçün götürüb əynindəki qara rəngli parça materialından olan idman şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması, istehlakında şübhəli olduğunu bildirərək Qazax rayon polis şöbəsinə getməli olduqlarını izah etmişlər. O, buna hər hansı bir etiraz bildirmədən polis əməkdaşları ilə birlikdə Qazax rayon polis şöbəsinin inzibati binasına aparılmış, orada müdafiəçi ilə təmin edilmiş, videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla daşınması qadağan olunmuş hər hansı bir əşya əgər varsa təqdim etməsi təklif edilmişdir. O, üzərində narkotik vasitə və psixotrop maddə olduğunu deyərək əynindəki qara rəngli parça materialından olan idman şalvarının sağ yan cibindən 02 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək həmin bükümlərdən birinin içərisindəki metamfetamin, digərinin içərisində isə heroin olduğunu demişdir. O, üzərində başqa qanunsuz əşya və predmet olmadığını bildirmiş və polis əməkdaşı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş heroin və metamfetamindən heç kimə satmamış, onda həmin maddələrin olmasından heç kimin xəbəri olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. 3 uşağı var. Gələcəkdə bir daha bur cür əmələ yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində o, Qazax RPŞ-nin inzibati binasında xidməti otağında olarkən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, pisxotrop maddə əldə etməsi, üzərində saxlaması və istifadə etməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu təşkil edilmiş, qrupa baş əməliyyat müvəkkili Şahid2 Hüseyn oğlu, baş inspektor kriminalist X9, təhqiqatçı X10, polis serjantı X13 və polis baş serjantı Şahid3 daxil edilmişlər. Rəhbərlik tərəfindən əməliyyat qrupunun tərkibinə daxil edilmiş əməkdaşlar təlimatlandırılmış, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və onun cinayət əməlinin ifşa olunması məqsədilə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı küçədə olduğu müəyyən edilmiş, onlar dərhal Qazax şəhəri, Azadlıq küçəsinə getmiş və həmin gün, saat 17:45 radələrində yaşadığı evinünvan 2 ünvanının qarşısında Zülfüqara yaxınlaşıb Qazax RPŞ-nin əməkdaşları olduqlarını bildirərək onu Qazax RPŞ-nə dəvət etmişlər, o da etiraz etməmiş, birlikdə Qazax RPŞ-nə getmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş, müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə Zülfüqarın üzərində şəxsi axtarış aparılmış, ona ilkin olaraq üzərində qanunla daşınması qadağan olunmuş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə olub-olmaması soruşularaq əgər varsa təhqiqata təqdim etməsi təklif edilmiş, Zülfüqar da əynindəki şalvarın sağ yan cibindən 2 ədəd gümüşü rəngli kağız bükümü çıxardaraq təqdim etmiş, birinin içindəkiinin metamfetamin, digərinin içərisindəkinin heroin olmasını, demiş, təhqiqatçı Elvin İsgəndərovun göstərişi ilə şübhəli şəxsin əynində olan geyim paltarları yoxlanılmış və daşınması qadağan olunmuş hər hansı bir əşya və yaxud predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər şahid Murad Hüseyzadə ilə oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/124 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ağ rəngli, kristal formalı qəhvəyi rəngli kütlələr” yazı və imzalar olan kağız paketdəki: -1(bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,084 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə–heroindir; -1(bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,621 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. Metamfetamin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in 1-ci siyahısının İİ bəndinə daxildir. Heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in 1-ci siyahısının İ bəndinə daxildir. QEYD: Metamfetmin təmiz çəkisi-0,621 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,601 qram. Heroinin təmiz çəkisi 0,084 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,064 qram. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli 239 nömrəli rəydən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 23 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Qazax RPŞ-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən əynində olan qara rəngli parça materialdan olan idman şalvarının sağ yan cibindən 2 ədəd gümüşü rənğli kağız büküm təqdim etmişdir. Həmin bükümlərin birində «şüşə» adlanan psixotrop maddə olan metamfetamin, digərində isə «kakos» adlanan narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş və «şüşə» adlanan psixotrop maddə olan metamfetaminin çəkisi 0,084 qram, digər bükümdə olan «kakos» adlanan narkotik vasitə olan heroinin çəkisi isə 0,14 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış aparılarkən «Panasonik» markalı videokameradan istifadə edilməklə şəxsi axtarış zamanı çəkilmiş videogörüntü 1 ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir, şəxsi axtarış xx.xx.2023-cü il tarixdə, saat 18:40-da başlamış, saat 19:35-də başa çatmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax rayon Psixiatriya Xəstəxanasından alınmış 01.02. 2023-cü il tarixli, 185 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanda yaşayan, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanada narkoloji və psixoloji qeydiyyatda yoxdur. Qazax RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-58-1-12- 21/2-211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Arvadı xx.xx.2023-cü il təvəllüdlü X11, oğlu xx.xx.2011-ci il təvəllüdlü X3, qızı xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 tərkibdə ailə üzvləri vardır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Nurlan, xx.xx.2013-cü il təvəllüdlü Hənifə və xx.xx.2016-cı il təvəllüdlü Nurlanə adlı uşqların atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müdddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2011-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad edilmiş və hazırda məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 yanvar 2023-cü il tarixdə azad edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqların olmasını, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzadan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxssin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin evli olmaqla himayəsində üç nəfər az yaşlı uşaqların olması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onun azadlıqdan məhrum edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,601 qram metamfetamin və 0,064 qram heroin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,4 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,601 qram metamfetamin və 0,064 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar