Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-71/2025 19.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Qazax rayonu, Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o,istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi, əkilib-becərilməsi qadağan olunmuş 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2025-ci ilin iyun ayının əvvəllərində yaşadığı Qazax rayonu Xanlıqlar kəndində yerləşən evin həyətyanı bağ sahəsində əkdikdən sonra 24 iyul 2025-ci il tarixədək olan müddət ərzində tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi üçün xüsusi şərait yaradıb onların məhsuldarlığının artırılmasına yönələn hərəkətləri özündə ehtiva edən aqrotexniki qulluq göstərib yetişdirərək, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarında, habelə onların külli miqdarına görə sihayılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda göstərilən 3-cü siyahıya əsasən xeyli miqdar hesab edilən hündürlükləri 160 (bir yüz altmış) santimetrdən 230 (iki yüz otuz) santimetrədək olan 4 (dörd) ədəd, ümumi təmiz çəkisi 1150 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanununsuz olaraq əkib yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyul 2025-ci il tarixdə saat 14:33-dən saat 14:55dək olan müddətdə Qazax rayonu, Xanlıqlar kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evin həyətyanı bağ sahəsinə fasiləsiz videoçəkiliş aparılmaqla baxış keçirilən zaman hündürlükləri 160 (bir yüz altmış) santimetrdən 230 (iki yüz otuz) santimetrədək olan xeyli miqdarda 4 (dörd) ədəd, yaş halda ümumi təmiz çəkisi 1150 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, yaşadığı Qazax rayonu, Xanlıqlar kəndindəki fərdi yaşayış evində tək yaşamışdır. Rəsmi qaydada işləməsə də həyətyanı bağ sahəsində tərəvəz və bostan bitkiləri əkib, becərmiş, həmçinin ev quşları saxlamışdır. Heç bir vaxt narkotik vasitələrdən istifadə etməmişdir. O, təxminən 10-15 ildir ki, baş, beyin sinir xəstəliyindən əziyyət çəksə də Qazax rayon Psixatriya xəstəxanasında qeydiyyatda dayanmamış, ambulator qaydada müalicə olunmuşdur. Xəstəliyi ilə bağlı olaraq el arasında “Türkarə” müalicə almağa üstünlük vermişdir. Belə ki, özü istifadə etmək üçün narkotik tərkibli çətənə bitkiləri əkmək qərarına gəlmiş, bu məqsədlə yabanı çətənə kolundan əldə etdiyi və evində saxladığı 4 ədəd çətənə toxumlarını 2025-ci ilin iyun ayının əvvələrində yaşadığı evin bağ sahəsində pomidor ştilləri əkdiyi sahədə əkmiş, əkdiyi 4 ədəd çətənə toxumları bir neçə gündən sonra cücərmiş, əkdiyi pomidor ştillərinə və çətənə bitkilərinə qulluq göstərmiş,bitkiləri suvarmış, diblərini yumşaltmış və bitkilərin inkişaf etmələri üçün diblərinə kübrə kimi istifadə edilən təbii peyin tökmüşdür. Əkib, becərdiyi 4 ədəd çətənə kolları inkişaf etmişdir. 24 iyul 2025-ci il tarixdə saat 14:33 radələrində yaşadığı evində olan zaman eşik qapısı döyülmüş, qapını döyənin kimliyini örənmək üçün həyətdən çıxdıqda bir neçə nəfər şəxsin ona yaxınlaşmasını, birinin əlində videokamera ilə çəkiliş aparmasını görmüşdür. Həmin şəxslərdən biri özünün və yanındakıların Qazax rayon polis şöbəsinin əməkdaşları olduqlarını, yaşadığı evin bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğunu ona bildirmişlər. Polislər tərəfindən ona yaşadığı evin bağ sahəsində narkotik tərkibli bitki və ya narkotik vasitə olub-olmadığı, əgər varsa təqdim etməyini ona təklif etmişlər, o, isə həyətyanı bağ sahəsində 2025-ci ilin iyun ayının əvvəllərindən əkib, becərdiyi 4 ədəd narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Polis əməkdaşlarının bağ sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, onların həyətyanı sahəsinə baxış keçirilməsinə yazılı surətdə ərizə yazmış və ərizəni polislərə təqdim etmişdir. Bundan sonra polis əməkdaşları mütəxəssislə birlikdə onun həyətyanı bağ sahəsinə baxış keçirərkən əkib, yetişdirdiyi 4 ədəd narkotik tərkibli çətənə kollarını pomidor əkdiyi sahədən aşkar etmişlər. Polislərə həmin vaxt 4 ədəd narkotik tərkibli çətənə kollarını qulluq etdiyini və suvardığını etiraf etmişdir. Polis əməkdaşları evin bağ sahəsində əkib becərdiyi 4 ədəd çətənə bitkisinin kolları kökündən çıxararaq metra ilə ölçüldükdə hər birinin ayrılıqda uzunluğu 1 metr 60 santimetr, 1 metr 80 santimetr, 2 metr 10 santimetr və 2 metr 30 santimetr olduğu müəyyən edilmişdir. Bundan sonra 4 ədəd çətənə bitkisinin kolları 1 ədəd içi boş kisənin içərisinə qoyularaq qablaşdırılmış, kisə bağlanaraq üzəri onun və polis əməkdaşları tərəfindən imzalanmış, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman heç bir qanunla qadağan edilmiş predmet və sair aşkar edilməmişdir. Həyətyanı bağ sahəsinə baxış keçirildikdən sonra polis əməkdaşları onlarla birlikdə Qazax RPŞ-nə getməli olduğunu bildirdikdə etiraz etmədən polis əməkdaşları ilə birlikdə Qazax rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Qazax RPŞ-nin inzibati binasında baş təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra ona müdafiəçilərin siyahısı təqdim olunmuş, müdafiəçilərin siyahısından Qazax Vəkil Bürosunun vəkili X1. Baş təhqiqatçı tərəfindən vəkil Pərvin Əhmədov onun hüquqlarının müdafiə edilməsi üçün təmin edilmişdir Daha sonra isə həmin gün saat 16:10 dəqiqədə videoçəkiliş vasitəsilə müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evin həyətyanı bağ sahəsindən aşkar edilmiş və 1 ədəd kisədə qablaşdırılmış 4 ədəd çətənə kollarının olduğu kisə təhqiqatçı tərəfindən açılmış, kisədə olan hündürlükləri 1 metr 80 santimetr, 1 metr 60 santimetr, 2 metr 10 santimetr və 2 metr 30 santimetr olan 4 ədəd çətənə bitkiləri olan kollara baxış keçirilmiş və daha sonra 4 ədəd narkotik tərkibli bitki kolları sübut əhəmiyyət kəsb etdiyindən təkrar həmin 1 ədəd kisəyə qoyulub qablaşdırılmış və üzəri möhürlənmış, onun özü və digər iştirakçılar kisənin üzərini imzalamışlar. Bundan sonra qadın polisin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla daşınması qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmişdir.O, isə üzərində hər hansı narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının olmadığını bildirmişdir. Polis əməkdaşları onun üzərinə şəxsi axtarış, baxış və götürmə aparılarkən üzərindən hər hansı bir narkotik vasitələr, psixotrop maddələr, sair əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarışdan sonra arxasınca videoçəkilişə baxış keçirilməsi üçün fasilə elan olunmuş və videoçəkilişə baxış keçirildikdən sonra isə hər hansı bir etirazı olmadığına görə şəxsi axtarış başa çatdırılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə heç vaxt məşğul olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Gələcəkdə bir daha bur cür əmələ yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən 10-15 ildir ki, baş-beyin sinir xəstəliyindən əziyyət çəksə də Qazax rayon Psixatriya xəstəxanasında qeydiyyatda dayanmamış, ambulator qaydada müalicə olunmuşdur. Xəstəliyi ilə bağlı olaraq el arasında “türkarə” müalicə almağa üstünlük vermişdir. Belə ki, özü istifadə etmək üçün narkotik tərkibli çətənə bitkiləri əkmək qərarına gəlmiş, bu məqsədlə yabanı çətənə kolundan əldə etdiyi və evində saxladığı 4 ədəd çətənə toxumlarını 2025-ci ilin iyun ayının əvvələrində yaşadığı evin bağ sahəsində pomidor ştilləri əkdiyi sahədə əkmiş, əkdiyi 4 ədəd çətənə toxumları bir neçə gündən sonra cücərmiş, əkdiyi pomidor ştillərinə və çətənə bitkilərinə qulluq göstərmiş, bitkiləri suvarmış, diblərini yumşaltmış və bitkilərin inkişaf etmələri üçün diblərinə kübrə kimi istifadə edilən təbii peyin tökmüşdür. Əkib, becərdiyi 4 ədəd çətənə kolları inkişaf etmişdir. Səhhətində olan problemlərə görə çətənə kollarını həyətyanı bağ sahəsində tərəvəz ştillərinin arasında əkmiş, həmin ştilləri suvaran zaman həmin kollarıda sulamış və onlara qulluq etmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinin X4 baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Polis kapitanı xüsusi rütbəsi vardır. 24 iyul 2025-ci il tarixdə Qazax RPŞ-nə Qazax rayonu, Xanlıqlar kəndində yaşayan 1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq evinin həyətyanı bağ sahəsində narkotik tərkibli bitkilər əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qazax RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin qanunsuz fəaliyyəti ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını dərhal raportla Qazax RPŞ-nin rəisi vəzifəsini icra edən, polis polkovnik leytenantı Musa Hüseynova məruzə etmişdir.Polis polkovnik leytenantı Musa Hüseynovun əmrinə əsasən əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri özü olmaqla üzvləri Qazax rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X9, CABnın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid6, CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid3, CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Qazax RPŞ-nin Rabitə Qrupunun kiçik inspektoru, polis baş serjantı X10 və Qazax RPŞ-nin Dəftərxana müdiri Şahid4 olmuşdur. Əməliyyat qrupunun üzvlərini Təqsirləndirilən şəxs ətrafında keçiriləcək əməliyyat axtarış tədbiri barədə təlimatlandırmışdır. Daha sonra həmin əməliyyat tədbirində zərurət yaradığı üçün məktubla X15 İnkişaf Mərkəzinə məktub yazılaraq bitkiçilik üzrə mütəxəssis Şahid5 dəvət edilmişdir. Bundan sonra həmin gün saat təxminən 14 radələrində qrupun üzvləri ilə və mütəxəssis Şahid5lə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Qazax rayonu Xanlıqlar kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişlər. Eşik qapısını döyərək Təqsirləndirilən şəxs çağırmışlar, saat 14:33-də fasiləsiz videoçəkiliş aparmaqla ona özlərini Qazax RPŞ-nin polis əməkdaşları kimi təqdim etmişlər. Daha sonra qanuni əsaslarla, narkotik tərkibli bitkilərin əkilib-yetişdirilməsi şübhəsi ilə əlaqədar gəldiklərini və Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsinə baxış keçirəcəyi izah etmişdir. Təqsirləndirilən şəxs onların təklifinə heç bir etirazının olmadığını bildirmiş, bununla bağlı həyətyanı bağ sahəsinə baxış keçirilməsinə etiraz etməməsi haqqında ərizə təqdim etmişdir. Bundan sonra qrup üzvləri və əməliyyat tədbirində iştirak edən bitkiçilik üzrə mütəxəssis Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs razılığı ilə həyətə daxil olaraq özünün istiqamətləndirməsi ilə həyətyanı bağ sahəsinə gəlmişlər. Təqsirləndirilən şəxs məxsus evin həyətyanı bağ sahəsinə fasiləsiz videoçəkiliş aparılmaqla baxış keçirilən zaman bağ sahəsinin daxilində 4 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edildi. Həmin bitkilər kökündən çıxarılmış və metra ilə hündürlükləri ölçüldükdə ayrı ayrılıqda 4 ədəd bitki kollarının ölçüləri 1 metr 80 santimetr, 1 metr 60 santimetr, 2 metr 10 santimetr və 2 metr 30 santimetr təşkil etmişdir. Mütəxəssis Şahid5 4 ədəd bitkilərə baxış keçirərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasını və bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və rəy tərtib təqdim edəcəyini bildirmişdir. Tərəflərindən aşkar olunmuş 4 ədəd çətənə bitkiləri 1 ədəd kisyə qoyularaq qablaşdırılmış və kisənin ağzı bağlanaraq DİN-nin 64 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli 4 ədəd çətənə bitkilərini əkib becərdiyini etiraf etmişdir. Baxış və götürmə saat 14:55-də başa çatdıqdan sonra tərtib edilmiş raporta imza etmişlər. Baxış aparılan zaman “Panasonic” markalı videokameradan istifadə edilməklə çəkilmiş videogörüntü 1 ədəd DVD diskinə yazılaraq raporta əlavə edilmişdir. Daha sonra isə onlar aşkar olunmuş bitkiləri də götürərək Təqsirləndirilən şəxs ilə birlikdə Qazax RPŞ-nin inzibati binasına gəlmişlər. Təqsirləndirilən şəxs 24 iyul 2025-ci il tarixdə saat 15:20 dəqiqədə Qazax RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Mütəxəssis Şahid5 isə Qazax RPŞ-nə Təqsirləndirilən şəxs bağ sahəsindən aşkar edilmiş 4 ədəd bitki kolunun narkotik tərkibli çətənə bitkisinə aid olmasını, həmin bitkilərin torpağa əkilməsini və aqrotexniki qaydada yetişdirilməsi və bitkilərin hər birinə qulluq göstərilməsi haqqında rəy tərtib edib təqdim etmişdir. Orada baş təhqiqatçı tərəfindən xidməti otaqların birində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edildikdən sonra onun hüquqlarını müdafiə etmək üçün öz xahişi əsasında X8 müdafiəçi qismində təyin edilmişdir. Bundan sonra Qazax RPŞ-nin TB-nin baş təhqiqtçısı, polis baş leytenantı Elmir Şıxıyev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Qazax RPŞ-nin İnzibati binasının xidməti otaqlarının birində 24 iyul 2025-ci il tarixdə saat 16:10 dəqiqədə videoçəkiliş aparılmaqla baş təhqiqtçısı, polis baş leytenantı Elmir Şıxıyev tərəfindən şəxsi axtarış, baxış və götürmə aparılması başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs 24 iyul 2025-ci il tarixdə Qazax rayonu, Xanlıqlar kəndində yerləşən yaşadığı evdə saxlanlılarkən yaşadığı evin bağ sahəsindən aşkar edilmiş və qablaşdırılmış 4 ədəd çətənə kollarının olduğu kisə tərəflərindən açılmışdır. Kisənin içərisində olan hübdürlükləri 1 metr 80 santimetr, 1 metr 60 santimetr, 2 metr 10 santimetr və 2 metr 30 santimetr olan 4 ədəd çətənə bitkiləri olan kollara baxış keçirilmiş və bundan sonra 4 ədəd bitki kolları sübut əhəmiyyət kəsb etdiyindən 1 ədəd kisəyə qoyulub qablaşdırıldı və üzəri DİN-nin 64 saylı möhürü ilə möhürlənmiş, özü və digər iştirakçılar zərfi imzalamışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs Qazax rayonu, Xanlıqlar kəndindəki həyətyanı bağ sahəsindən aşkar olunmuş 4 ədəd çətənə kollarının yabanı halda bağ sahəsində bitməsini və həmin bitkilərin narkotik tərkibli olmasını bildiyini, xəstəliyi ilə bağlı olaraq həmin bitki kollarını məhv etmədiyini göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan qanunla daşınması qadağan olunan əşyaları o, cümlədən narkotik vasitə, psixotrop maddə, onların prekursorlarının olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla daşınması qadağan olunan, əşya, həmçinin narkotik vasitə, psixotrop maddə və yaxud onların prekursorların olmadığını bildirmişdir. Onun üzərinə Qazax RPŞ-nin dəftərxana müdiri Şahid4 tərəfindən şəxsi axtarış aparıldı, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında və bədənində iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, digər əşyalar və sənədlər aşkar edilməmişdir. Həyətyanı bağ sahəsindən aşkar edilmiş bitkilərlə bağlı məhkəmə-bioloji ekspertizası təyin edilərək ekspertizaya göndərillmişdir. Bununlada xx.xx.2025-ci il tarixdə saat 17:05 dəqiqədə şəxsi axtarış, baxış və götürmə başa çatmış, şəxsi axtarış, baxış və götürmə aparılan zaman “Panasonic” markalı videokameradan istifadə edilməklə çəkilmiş videogörüntü 1 ədəd DVD diskinə yazılaraq protokola əlavə edilmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid2 digər Şahid1la oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Qazax RPŞ-də dəftərxana müdiri vəzifəsində işləyir. 24 iyul 2025-ci il tarixdə Qazax rayonu, Xanlıqlar kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq evinin həyətyanı bağ sahəsində narkotik tərkibli bitkilər əkib becərməsi barədə RPŞ-nə əməliyyat məlumatı daxil olduğundan əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri X4 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, üzvləri onun özü Qazax rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X9, CAB-nın əməliyyat müvəkkilləri polis kapitanı Şahid3, polis leytenantı Şahid2, Qazax RPŞ-nin Rabitə Qrupunun kiçik inspektoru,polis baş serjantı X10 və CAB-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid6 ibarət tərkibdə yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri, X3 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən biz əməliyyat qrupunun üzvlərinə Təqsirləndirilən şəxs ətrafında keçiriləcək əməliyyat axtarış tədbiri barədə təlimatlandırılmışlar.Həmin gün Təqsirləndirilən şəxs Qazax RPŞ-nə gətirilmiş və 24 iyul 2025-ci il tarixdə Qazax rayonu, Xanlıqlar kəndində yerləşən yaşadığı evdə saxlanlılarkən yaşadığı evin bağ sahəsindən aşkar edilmiş və qablaşdırılmış 4 ədəd çətənə kollarının olduğu kisə tərəflərindən açılmış, kisənin içərisində olan hündürlükləri 1 metr 80 santimetr, 1 metr 60 santimetr, 2 metr 10 santimetr və 2 metr 30 santimetr olan 4 ədəd çətənə bitkilərinə baxış keçirilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin 4 ədəd çətənə kollarını şəxsi istifadəsi üçün əkib becərdiyini etiraf etmişdir. Aşkar edilmiş 4 ədəd bitki kolları sübut əhəmiyyət kəsb etdiyindən 1 ədəd kisəyə qoyulub qablaşdırılmış və üzəri DİN-nin 64 saylı möhürü ilə möhürlənmiş və kisəni imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan qanunla daşınması qadağan olunan əşyaları, o cümlədən narkotik vasitə, psixotrop maddə, onların prekursorlarının olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmlş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla daşınması qadağan olunan, əşya, həmçinin narkotik vasitə, psixotrop maddə və yaxud onların prekursorların olmadığını bildirmişdir. Onun üzərinə eyni cinsli olduqlarından tərəflərindən şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında və bədənində iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, digər əşyalar və sənədlər aşkar edilməmişdir. Bununlada şəxsi axtarış, baxış və götürmə başa çatmışdır. Şəxsi axtarış, baxış və götürmə aparılan zaman “Panasonic” markalı videokameradan istifadə edilməklə çəkilmiş videogörüntü 1 ədəd DVD diskinə yazılaraq protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X15 X6 sektorunun müdiri vəzifəsində işləyir. 24 iyul 2025-ci il tarixdə Qazax RPŞ-dən işlədiyi mərkəzə mütəxəssis dəvət olunması ilə bağlı rəsmi sorğu daxil olduğundan rəhbərliyin göndərişi əsasında həmin tarixdə şöbəyə gələrək təhqiqatçı tərəfindən dəvət olunduğu tədbirlə bağlı ümumi məlumat verildikdən sonra qərar əsasında mütəxəssis qismində təyin edilimişdir. Həmin tarixdə saat 14 radələrində polis əməkdaşları ilə birlikdə Qazax rayonu Xanlıqlar kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsinə hündürlükləri 2 metr 30 santimetr, 1 metr 80 santimetr, 1 metr 60 santimetr və 2 metr 10 santimetr olan 4 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunmuşdur. Həmin bitkilər kökü ilə birlikdə əkilmiş torpaqdan çıxarıldıqda, aşkar olunmuş bitkilərə ilkin baxış keçirdikdə həmin bitkilərin əkilib yetirişdirilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi olmasını və onlara xüsusi qaydada aqrotexniki qulluq edilməsini müəyyən edib bu barədə rəy yazıb polis şöbəsinə təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 04 (dördı) ədəd çətənə (kannabis) bitkisini əkib aqrotexniki qulluq etməklə yetişdirməsini etiraf etmişdir. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, digər şahidlərin yuxarıda göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 25 iyul 2025-ci il tarixli 16/659 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsindən aşkar edilmiş 4 ədəd çətənə bitkisi kolu” sözləri və imzalar olan kisə bağlamadakı, ümumi sayı 4 (dörd) ədəd, ümumi təmiz çəkisi-1150qram olan bitki nümunələri əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Mütəxəssis (aqronom)Şahid5 rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: Çətənə bitkisi 4 ədəd təmiz çəkisi-1150 qram, tədqiqata istifadə olundu cəmi: 0.08 qram (hər birindən 0.02 qr), qalıq -1149,92 qr. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 30 iyul 2025-ci il tarixli, 1198 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Nakomaniya xəstəliyindən əzab çəkmir. Narkomoniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması” haqqında 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib yetişdirməklə xeyli miqdarda kultivasiya etdiyi, hündürlükləri 1 metr 80 (bir yüz səksən) santimetr, 1 metr 60 (bir yüz altımış) santimetr, 2 metr 10 (iki yüz on) santimetr və 2 metr 30 (iki yüz otuz) santimetrədək olan 4 (dörd) ədəd, ümumi təmiz çəkisi 1150 qram olan bitki nümunələri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs onun həyətyanı sahəsindən aşkar edilmiş 04 (dörd) ədəd ümumi təmiz çəkisi 1150 qram olan əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq etdiyini etiraf etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs Qazax rayonu Xanlıqlar kəndində yerləşən ona məxsus evin həyətyanı bağ sahəsinə aşkar olunmuş hündürlükləri 1 metr 80 (bir yüz səksən) santimetr, 1 metr 60 (bir yüz altımış) santimetr, 2 metr 10 (iki yüz on) santimetr və 2 metr 30 (iki yüz otuz) santimetrədək olan 4 (dörd) ədəd, yaş halda ümumi təmiz çəkisi 1150 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini öz şəxsi istifadəsi üçün əkib becərdiyi müəyyən edilmiş, sonuncunun hər hansı şəxsə (şəxslərə) narkotik vasitə, psixotrop maddələr və onlarin prekursorlarını satması barədə məlumat əldə edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 1539 nömrəli məktubundan görünür ki, Qazax rayonu Xanlıqlar kənd sakini, xx.xx.1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİNnin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax rayon İcra Hakimiyyəti başçısının Xanlıqlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli, 5-58-15-12-21/2-451/2025 nömrəli arayışdan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu, Xanlıqlar kəndində pasport qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 iyul 2025-ci il tarixdən 25 iyul 2025-ci il tarixədək ümumilikdə 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, 62 yaşının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları, narkotik maddənin miqdarının minimum həddə yaxınlığı təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 1 ədəd kisə bağlamada qablaşdırılmış 04 (ədəd) çəkisi 1149,92 qram olan çətənə bitkisi kolları məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnun tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxsnun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnun yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxsnun üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan, 1 ədəd kisə bağlamada qablaşdırılmış 04 (ədəd) çəkisi 1149,92 qram olan çətənə bitkisi kolları məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-71/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-71/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver