Məhkəmə qərarları › İş №1(023)-72/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-72/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-72/2024 25.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim sədrliyi, məhkəmə iclas katibi katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi– Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altıan vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 istintaqa məlum olmayan mənbədən təmiz çəkisi 0,344 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə saat 16:15-də Qazax şəhəri, S.Vurğun küçəsində saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti, 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd edilən ünvanda 23 iyul 2024-cü il tarixdə saat 17:20-dən saat 18:10-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli parça materialından olan idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,344 qram təşkil edən, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X6 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Qazax şəhəri, H.Əliyev prospekti, ev 89 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olaraq maddi qazanc əldə edir. Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı 23 iyul 2024-cü il tarixdən təxminən 1 həftə əvvəl Qazax şəhərindəki H. Əliyev adına istirahət parkında təkbaşına gəzən zaman təsadüfən yerdə 01 ədəd şəffaf sellofan kəsiyi bükümünün olduğunu tapmış, götürüb içərisinə baxdıqda metamfetamin olduğunu görmüş, şəxsi istifadəsi üçün götürüb cibinə qoymuşdur. 23 iyul 2024-cü il tarixdə saat 16 radələrində o, Qazax şəhəri, S.Vurğun küçəsi ilə təkbaşına piyada hərəkətdə olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Qazax rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğumu izah etmişlər və birlikdə polis şöbəsinə getməli olduqlarını bildirmişlər. O da buna hər hansı bir etiraz bildirməmiş və polis əməkdaşları onu Qazax rayon Polis Şöbəsinin inzibati binasına aparmışlar. Orada müdafiəçi ilə təmin edilmiş, videoçəkiliş əsasında üzərində şəxsi axtarış aparılmış, əvvəlcə təhqiqatçı ona üzərində narkotik vasitə və digər əşyalar varsa təqdim etməyini təklif etmiş, o da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxarıb təqdim etmiş, içindəkinin mütamfetamin olmasını, Qazax şəhərindəki H. Əliyev adına istirahət parkında təsadüfən yerdən tapdığımı və öz şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüş, sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunsuz əşya aşkar edilməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinin Cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. 23 iyul 2024-cü il tarixdə Qazax şəhəri, H.Əliyev prospekti, ev 89 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna üzv kimi Qazax rayon Polis Şöbəsinin Cinayət-axtarışı bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X9, Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X11 daxil edilmişlər. O və əməliyyat qrupunun üzvləri keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra keçirilmiş tədbirlər nəticəsində o, Şahid2 və Arif Mustafayev ilə birlikdə 23 iyul 2024-cü il tarixdə saat 16:15-də Təqsirləndirilən şəxs Qazax şəhəri, Səməd Vurğun küçəsində saxlayaraq ona özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər və onu rayon polis şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. Daha sonra müdafiəçisinin iştirakı ilə təhqiqatçının otağında Əmrullahın üzərində şəxsi axtarış aparılmış, bu zaman videoçəkiliş aparılmış, təhqiqatçı əvvəlcə Əmrullaha üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsini təklif etmiş, Əmrullah əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxardıb təqdim etmiş, içindəkinin metamfetamin olmasını, Qazax şəhərindəki H. Əliyev adına istirahət parkında yerdən taparaq öz şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Bükülü elektron tərəzidə çəkilmiş, zərfdə qablaşdırılmış və götürülmüşdür. Daha sonra Əmrullahın üzərində şəxsi axtarış davam etdirilmiş, lakin digər narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra protokol tərtib edilmiş o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Elçin oğlu eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 23 iyul 2024-cü il saat 17:20-dən saat 18:10-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli parça materialından olan idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyinin içərisində çəkisi 0,42 qram təşkil edən ağ rəngli, kristal formalı kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-ci il tarixli 16/805 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazılar və imzalar olan kağız paketdə, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,344 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir (0,344 qram metamfetamindən 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,294 qram metamfetamin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1517 №-li nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olam metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 12 sentyabr 2024-cü il tarixli 655 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda DİSSİOSİATİV KONVERSİON POZUNTU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F44.8 müəyyən edilir. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər (X2 verilmiş xx.xx.2024-cü il tarixli 655 saylı), verilmiş ifadələr anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinələrin nəticələri (ekspertiza zamanı onda az ifadəli emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa isterik tipli reaksiya ilə cavab verməsi, davranışında demonstrativliyə meyillilik müşahidə olunması, diqqət mərkəzində olmağa çalışması, onda qavrama, yaddaş, təfəkkür və intellekt pozuntuları aşkar olunmaması, kəskin psixoproduktiv simptomatika müəyyən olunmaması, cinayət əməli törətdiyini və bu əmələ görə cəza almaq ehtimalını başa düşməsi, törətdiyi əməldən peşiman olduğunu söyləməsi, müdafiə olunaraq narkotik vasitəni özünün istifadəsi üçün saxladığını, satmaq fikri olmadığını bildirməsi, özünü psixi xəstə hesab etməsi və.s) sübut edir. Təqsirləndirilən şəxs DİSSİOSİATİV KONVERSİON POZUNTU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F44.8 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs DİSSİOSİATİV KONVERSİON POZUNTU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F44.8 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, cinayət əməlini törədən zaman öz əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz əməllərinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarındadır. Onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs DİSSİOSİATİV KONVERSİON POZUNTU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F44.8 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, X4 üzərindən aşkar edilərək götürülmüş metamfetamini öz istifadəsi üçün əldə etdiyi müəyyən edilmiş, onun həmin psixotrop maddəni hansı tarixdə, hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə, psixotrop maddə satması barədə məlumat əldə edilməmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 28 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü, X7 adlı uşağı var və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, RPŞ-nin MSY-dən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi vaxtı əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 28 günlük hissəsindən azad edilmiş, qeyd olunan 03 ay 28 günlük çəkilməmiş cəza müddəti başa çatmadan yenidən qəsdən az ağır cinayət törətmişdir, bu da cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsa təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır, xüsusilə ağır cinayət törətdikdə məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir, ona bu Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Yuxarıdakılara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan 03 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edimiş cəzaya, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 28 günlük hissəsi qismən birləşdirilməli, ona qəti cəza təyin edilməli, CM-nin 69.3-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona qəti olaraq təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökmü qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi olan və Qazax RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,294 qram metamfetamin məhv edilməli, iş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,40 manat məbləğində pul ondan tutulub X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 03 (üç) ay 28 (iyirmi səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edimiş 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Qazax Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 28 (iyirmi səkkiz) günlük hissəsi qismən birləşdirilsin, o, qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin Saxlanc anbarında saxlanılan 0,294 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar