Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-73/2025 19.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Qazax rayonu, X18ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu, X18ində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz, istifadə üçün yararlı, 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı AK-74, AKS-74 modelli avtomatların komplekt hissəsi-daraq, 21 ədəd keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab edilən atəş üçün yararlı Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar və 5 ədəd keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7.62x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab edilən, atəş üçün yararlı Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları əldə edib idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində saxlayaraq gəzdirməklə daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 17 avqust 2025-ci il tarixdə saat 22:37-də Qazax-Cəfərli avtomobil yolunun 8-ci km-də Qazax rayonu, Xanlıqlar kəndindən Cəfərli kəndi istiqamətdəki çıxışında saxlanılaraq saat 22:37-dən saat 22:48-dək olan vaxt ərzində fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilmiş baxış zamanı idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonunun qabaq hissəsindəki şitin qapalı yerindən bir ədəd keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz, istifadə üçün yararlı, 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı AK- 74, AKS-74 modelli avtomatların komplekt hissəsi-daraq, 21 ədəd keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab edilən, atəş üçün yararlı Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar və 5 ədəd keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7.62x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab edilən, atəş üçün yararlı Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq «Mətanət A» zavodunda elektrik vəzifəsində işləyir. Təxminən 7-8 ay bundan əvvəl işlədiyi Qazax rayon Daş Salahlı kəndi ərazisində yerləşən «Mətanət A» zavodundan çıxıb “Mercedes C230” marakalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edən zaman zibil tullantıları olan yerə zibil atmış, həmin ərazidən 7-8 metr uzaqlıqda plastik torbanın altında silah darağına bənzər predmetin olduğunu görmüş, həmin torbanı qaldırıb altına baxdıqda Kalaşnikov silahının darağını və içərisində 26 ədəd patronun olduğunu görmüşdür. O, həmin darağı və patronları götürüb avtomobilinə qoymuşdur. Həmin vaxtdan 5-6 gün sonra o, avtomobilini satdığı üçün yerdən tapdığı darağı və patronları özünə məxsus “MİTSUBİSHİ PAJERO” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin baqaj hissəsinə qoymuşdur. O, bir müddət keçdikdən sonra avtomobilə monitor quraşdıran zaman avtomobilin salonunda saat üçün nəzərdə tutulmuş yerə tapdığı həmin darağı və patronları qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində “MİTSUBİSHİ PAJERO” markalı **- KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən bir neçə nəfər şəxs onu saxlamış, həmin şəxslər videoçəkiliş edərək polis əməkdaşları olduqlarını, onun silahın komplekt hissələrini daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra ona üzərində və ya avtomobilində silah və onun komplekt hissələri varsa təqdim etməsini təklif etmişlər. O, avtomobilin saat üçün nəzərdə tutulmuş yerindən 01 ədəd darağı və 26 ədəd patronları çıxarıb polis əməkdaşlarına təqdim etmiş və 7-8 ay bundan əvvəl yerdən tapdığını bildirmişdir. Onun təqdim etdiyi daraq və patronlara baxış keçirildikdən sonra 01 ədəd darağı və 26 ədəd patronları 01 (bir) ədəd zərfə qoyaraq qablaşdırmışlar. Bundan sonra onu polis əməkdaşları Qazax RPŞ-nə gətirmişlər. Şöbənin inzibati binasında təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş və videoçəkilişlə üzərinə şəxsi axtarış və zərfə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində olan daraq və patronlara baxış keçirilmiş, sonra isə həmin 1 ədəd daraq və 26 ədəd patronlar yenidən zərfə yığıldı və qablaşdırıldı. Onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunla qadağan edilmiş predmet aşkar edilməmişdir. Sonra isə onun avtomobilinə baxış keçiriləcəyi bildirilmiş, o, avtomobilə baxış keçirilməsinə heç bir etirazımın olmadığını bildirərək bu barədə müvafiq ərizə yazmışdır. Həmin “MİTSUBİSHİ PAJERO” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapılarını açmış və baxış keçirilən zaman avtomobildən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Videoçəkilişlə baxış keçirildikdən sonra hər hansı bir şikayət, ərizə və ya vəsatət daxil olmadığı üçün avtomobilə baxış başa çatdırıldı. Bu barədə protokol tərtib edildi. Həmin “MİTSUBİSHİ PAJERO” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili atası X3 adınadır, ancaq avtomobil onun istifadəsində olmuş, həmin avtomobili ondan başqa heç kim idarə etməmişdir. Avtomobildə saxladığı daraq va patronlardan heç kimin məlumatı olmamışdır. Daraq və patronları avtomobildə gəzdirməkdə heç bir məqsədi olmamış, sadəcə olaraq maraqlı olduğu üçün avtomobildə saxlamışdır. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində bildirmişdir ki, Qazax RPŞnin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir, polis kapitanıdır. Qazax rayonu, Xanlıqlar kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində odlu silahın komplekt hissələrinin saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuş, o, dərhal həmin məlumatı raportla rəhbərliyə məruzə etmişdir. Bununla əlaqədar rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilməsi tapşırılmış və əməliyyat qrupu yaradılmışdır. O və qrupun üzvləri CAB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3, polis kiçik leytenantı Şahid2 və KTQ-nin baş inspektor –kriminalisti, polis mayoru X9 həmin tarixdə Təqsirləndirilən şəxs axtarmağa başlamış və saat 22:37 radələrində Qazax rayonu Xanlıqlar kəndi ərazisində sonuncunun idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı, **-KZ- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini saxlamışlar. Videoçəkilişlə Təqsirləndirilən şəxs özlərini təqdim edib üzərində və idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı minik avtomobilində odlu silahın komplekt hissələrinin saxlayıb gəzdirməsində şübhəli olduğunu və qeyri qanuni saxladığı, gəzdirib daşıdığı əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs başa düşmüşdür ki, qeyri qanuni saxladığı əşyalardan polis işçilərinin dəqiq məlumatı vardır, ona görə də Təqsirləndirilən şəxs idarə etdiyi həmin “MİTSUBİSHİ PAJERO” markalı minik avtomobilindən bir ədəd odlu silaha məxsus daraq və içərisində olan patronları təqdim edərək bir neçə ay bundan əvvəl Qazax rayonu Daş Salahlı kəndi ərazisində tapdığını və avtomobilində saxladığını bildirmişdir. Darağın içərisində olan patronlar boşaldılaraq sayılmış və cəmi 26 ədəd patronlar olması müəyyən edilmişdir. 1 ədəd daraq və 26 ədəd patronlar bir ədəd zərfə qoyularaq bağlanmış və DİN-nin 64 nömrəli möhürü ilə möhürlənmişdir. Əməliyyat –axtarış tədbiri həmin gün saat 22:48-də başa çatdırılmışdır. Tədbir zamanı çəkilmiş videogörüntü 1 ədəd DVD diskə yazılaraq onun tərəfindən tərtib edilmiş raporta əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün saat 23:15-də Qazax RPŞ-nə gətirilib növbətçi hissəyə təhvil vermişlər. Tədbirin keçirililib qurtarması barədə o, raportla Qazax rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən həmin tədbirin 1 nömrəli Hadisələrin qeydiyyatı kitabında qeydiyyata götürülməsinə göstəriş vermiş və toplanmış material şöbənin təhqiqatçısı, polis baş leytenantı Elmir Şıxıyevə tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına vəkil Müdafiəçi təyin edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxsdan götürülmüş daraq və 26 ədəd patronlar olan bir ədəd zərf açılıb baxılmış və həmin daraq və 26 ədəd patronlar zərfə qoyulub Azərbaycan Respublikasının DİN-nin 64 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyaların olması və əgər varsa təqdim edilməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və maraq doğura biləcək heç bir əşya müəyyən edilməmiş və heç nə götürülməmişdir. Şəxsi axtarış, baxış və götürmə aparılma zamanı çəkilmiş videogörüntü 1 ədəd DVD diskə yazılaraq təhqiqatçı tərəfindən tərtib edilmiş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayətdə kimlərlə əlaqəsi olması, kimlərin məlumatları olması, daha hansı cinayətlər törədilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişlər. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2025-ci il tarixli Qazax RPŞ-nin CAB-nin rəisi, polis kapitanı Şahid1 raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə ona məlumat daxil olmuşdur ki, Qazax rayonu, Xanlıqlar kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində odlu silahın komplekt hissələrinin saxlayıb gəzdirməsində şübhəlidir. Bununla əlaqədar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 22:37 radələrində Qazax rayonu Xanlıqlar kəndi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili CAB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3, polis kiçik leytenantı Şahid2 və KTQ-nin baş inspektor –kriminalisti, polis mayoru X9 ilə birlikdə saxlamış və Təqsirləndirilən şəxs vəkillə təmin olunma hüquqlarının olması, həmçinin buna maddi imkanı yol vermədiyi təqdirdə dövlət tərəfindən vəkillə təmin ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs təklif olundu ki, o, qeyri qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya, narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları varsa təqdim etsin. Təqsirləndirilən şəxs idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən bir ədəd odlu silaha məxsus daraq və içərisində olan patronları təqdim edərək bir neçə ay bundan əvvəl Qazax rayonu Daş Salahlı kəndi ərazisində tapdığını və avtomobilində saxladığını bildirmişdir. Darağın içərisində olan patronlar boşaldılaraq sayılmış və cəmi 26 ədəd patronlar olması müəyyən edilmişdir. 1 ədəd daraq və 26 ədəd patronlar bir ədəd zərfə qoyularaq bağlanmış və DİN-nin 64 nömrəli möhürü ilə möhürlənmişdir. Əməliyyat –axtarış tədbiri həmin gün saat 22:48-də başa çatdırılmışdır. Tədbir zamanı çəkilmiş videogörüntü 1 ədəd DVD diskə yazılaraq onun tərəfindən tərtib edilmiş raporta əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 17 avqust 2025-ci il tarixli təhqiqatçı X12 tərəfindən tərtib edilmiş «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol»dan görünür ki, həmin protokolun tərtibi xx.xx.2025-ci il tarixdə saat 23:55-də başlanmış və xx.xx.2025-ci il tarixdə saat 00:40-da başa çatdırılmışdır. Protokolda qeyd edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış və götürmə aparılması zamanı onun müdafiəçisi Müdafiəçi, Qazax RPŞ-nin əməkdaşları iştirak etmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Qazax rayonu Xanlıqlar kəndi ərazisində saxlanılarkən ondan aşkar edilmiş və imzalanaraq qablaşdırılmış daraq və patronların olduğu zərf açılmış və həmin zərfin içərisindəki 1 ədəd daraq və 26 ədəd patronlar olması müəyyən edilmişdir. Həmin əşyalar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən zərfə qoyulub qablaşdırılmış DİN-nin 64 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin 1 ədəd darağı və 26 ədəd patronları 7-8 ay əvvəl Qazax rayonu Daş Salahlı kəndində tapdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan olunmuş hər hansı əşyalar varsa təqdim etməsi təklif olunması qeyd edilmiş, o, üzərində qeyd olunan əşyaların olmadığını bildirmiş və bu səbəbdən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində iş üzrə əhəmiyyət kəsb edə biləcək heç bir əşya müəyyən edilməmişdir. Şəxsi axtarış, baxış və götürmə aparılması zamanı mobil telefondan istifadə edilməklə videoçəkiliş aparılmış və həmin videogörüntü 1 ədəd DVD diskə köçürülərək tərtib edilmiş protokola əlavə edilməsi göstərilmiş, həmin protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax RPŞ-nin CAB-nin rəisi, polis kapitanı Şahid1 xx.xx.2025-ci il tarixli raportuna əlavə edilmiş 1 ədəd DVD diskə tərəfimdən ACER markalı kompüterdə baxıldı, baxış zamanı diskdə olan fayl açıldı. Həmin faylda gecə qaranlıq vaxtı videoçəkiliş aparılması müəyyən edilir. Videogörüntüdə mülki geyimdə olan 4 nəfər şəxs avtomobildən düşərək ağ rəngli “MİTSUBİSHİ PAJERO” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yaxınlaşıb sükan arxasında oturan şəxsi düşürərək Qazax RPŞ-nin CAB-nin rəisi, polis kapitanı Şahid1, CAB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3, polis kiçik leytenantı Şahid2 və baş inspektor kriminalist, polis mayoru X9 olduqları bildirilir. Murad Hüseynov saxlanılmış şəxsə özünü təqdim etməsini təklif edir. Həmin şəxs xx.xx.1993-ci il təvəllüdlü Qazax rayonu, Xanlıqlar kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu deyir. Murad Hüsenzadə tərəfindən bildirilir ki, bu gün, yəni 17 avqust 2025-ci il tarixdə saat 22:37-də Qazax rayonu, Xanlıqlar kəndi ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və idarə etdiyi avtomobildə silahın komplekt hissəsi və döyüş sursat gəzdirməsində şübhəli olduğuna görə saxlanıldığını və sonuncuya qeyri qanuni saxladığı əşyaları təqdim edilməsi təklif olunur. Təqsirləndirilən şəxs avtomobilin sol ön qapısını açıb salondan 1 ədəd silah üçün darağı çıxarıb təqdim edir. Polis işçiləri tərəfindən daraqda olan patronlar boşaldılıb sayılır, 26 ədəd patron olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin daraq və patronları bir neçə ay bundan əvvəl Qazax rayonu, Daş Salahlı kəndi ərazisindən tapıb avtomobilində saxladığını bildirir. Həmin 1 ədəd daraq və 26 ədəd patronlar zərfə qoyulub qablaşdırılır, möhürlənir və imzalarla təsdiq olunur. Murad Hüsenzadə tərəfindən baxışın həmin gün saat 22:48-də başa çatdırıldığı qeyd edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan təhqiqatçı X12 tərəfindən 17 avqust 2025-ci il tarixli «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol»a əlavə edilmiş 1 ədəd DVD diskə tərəfimdən ACER markalı kompüterdə baxıldı, baxış zamanı diskdə olan fayl açıldı. Həmin faylda süni işıqlanma ilə videoçəkiliş aparılması müəyyən edildi. Videogörüntüdə təhqiqatçı X12, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, polis işçiləri Şahid1, Şahid3, Şahid2 və X9 iştirak edirlər. X11 tərəfindən 17 avqust 2025-ci il tarixdə saat 23:55də baxış aparılmasına başlanmasını qeyd edir və şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquqları izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş əşyalara baxış keçirmək üçün zərfi açır, orada 1 ədəd silah üçün daraq və 26 ədəd patronlar olması müəyyən edilir. Həmin əşyalar zərfə qoyulub qablaşdırılır, möhürlənir və imzalarla təsdiq olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır və onun üzərindən maraq doğura biləcək heç nə aşkar edilmir və heç nə götürülmür. Təhqiqatçı rərəfindən baxış və şəxsi axtarışın xx.xx.2025-ci il tarixdə saat 00:40-da başa çatdırılması qeyd edilir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Qazax rayonu Xanlıqlar kəndi ərazisində saxlanılarkən ondan aşkar edilmiş və imzalanaraq qablaşdırılmış daraq və patronların olduğu zərf açılmış və həmin zərfin içərisindəki 1 ədəd daraq və 26 ədəd patronlar olması müəyyən edilmişdir. Həmin əşyalar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən zərfə qoyulub qablaşdırılmış DİN-nin 64 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin 1 ədəd darağı və 26 ədəd patronları 7-8 ay əvvəl Qazax rayonu Daş Salahlı kəndində tapdığını bildirir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli 25/1288 nömrəli rəyində aşağıdakılar qeyd olunmuşdur: - Tədqiqata təqdim edilmiş 1 ədəd daraq zavod üsulu ilə, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı AK-74, AKS-74 modelli avtomatların komplekt hissəsidir-daraqdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 5 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir, atəş üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 21 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir, atəş üçün yararlıdır. Qeyd: Tədqiqata təqdim edilmiş 5 ədəd 7,62x39 mm kalibrli patronlardan 02 ədədi və 21 ədəd 5,45x39 mm kalibrli patronlardan 3 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavabdan məlum olur ki, keçirilmiş əməliyyat-axtarş tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:37-də Qazax-Cəfərli avtomobil yolunun 8-ci kilometrliyində Xanlıqlar kəndinin çıxışında saxlanılmış və idarə etdiyi avtomobilin salonunda qabaq şitdə 1 ədəd daraq və 26 ədəd patronlar polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Əməliyyat yolu ilə ondan aşkar edilib götürülmüş 1 ədəd daraq və 26 ədəd patronların onun özünə məxsus olması müəyyən edilmişdir. Lakin həmin 1 ədəd daraq və 26 ədəd patronların nə vaxt harada və kimdən əldə etməsi, silah və sursatların alqı-satqısı ilə məşğul olması, belə bir niyyətinin olması, ondan götürülmüş 1 ədəd daraq və 26 ədəd patronları hansı məqsədlə avtomobilində saxlayıb daşıması, onda Kalaşnikov və ya digər silahların olmasınını müəyyən etmək mümkün olmamışdır. Odur ki, aparılmış istintaqla Təqsirləndirilən şəxs 1 ədəd daraq və 26 ədəd patronları harada, kimdən, nə vaxt əldə etməsi müəyyən edilməmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materialların əlavə edilmiş Qazax Rayon İHB-nın X18 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məcburi köçkündür. Cinayət işinin materiallarına əlavə edilmiş DSMF-nun Qazax rayon şöbəsindən verilən vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası X4 İİ qrup müharibə əlilidir. Cinayət işinin materialların əlavə edilmiş Qazax Rayon İHB-nın X18 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyə onun barəsində şikayət daxil olmayıb, ictimai işlərin iştirakşısı olmuşdur. Heç bir cinayət tərkibli əməllərin iştirakçısı olmamışdır. Cinayət işinin materialların əlavə edilmiş Qazax Rayon İHB-nın X18 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Qazax rayon X18ində qeydiyyatda olmaqla N.ünvan 2 ünvanında yaşayır. X1 qızı xx.xx.2022-ci il təvəllüdlüdür, işsizdir. X5 qızı-xx.xx.2021-ci il təvəllüdlüdür. X8 qızı xx.xx.2022-ci il təvəllüdlüdür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ümumilikdə 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, iş üzrə onun cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının,partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarının 28-ci bəndində göstərilmişdir ki, bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edilərkən onların hərəkətlərinin məqsədi və motivi, talanmış odlu silahın , onun komplekt hissələrinin döyüş sursatının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyi və ələ keçirmə üsulu, onların növü, miqdarı, dəyəri və döyüş xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs mülki dövriyyəsi qadağan edilmiş Kalaşnikov konstruksiyalı AK-74, AKS-74 modelli avtomatların komplekt hissəsi olan 1 ədəd darağı və 26 ədəd patronu 7-8 ay müddətində əldə edib qanunsuz olaraq saxlamaqla, üzərində gəzdirmiş və daşımışdır. Təqsirləndirilən şəxsin bu davranışı silah-sursat dövriyyəsi sahəsində dövlət nəzarət mexanizminin pozulmasına, ictimai təhlükəsizlik münasibətlərinə real təhlükə yaranmasına səbəb olur və cəmiyyət üçün yüksək zərərvermə ehtimalı kəsb edir. Qanunsuz sursatın uzun müddət gizli saxlanılması və daşınması onun hər an istifadə olunması riskini artırmaqla, insanların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaratmış, kriminogen vəziyyətə mənfi təsir göstərmişdir. Qeyd olunan sursatın döyüş xarakterli olması və faktiki istifadə üçün tam yararlı vəziyyətdə saxlanması, həmçinin onun ictimai yerlərdə tətbiq olunması üçün obyektiv imkanların mövcudluğu əməli yüksək ictimai təhlükəli edir. Silah-sursatın qanunsuz dövriyyəsi cinayətlərin törədilməsi üçün şərait yaratdığına görə belə hallar dövlət və ictimai təhlükəsizliyə təhdid kimi qiymətləndirilir. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs əməli yüksək ictimai təhlükəlilik dərəcəsi daşıyan hüquqazidd əməl kimi qiymətləndirir. Bütün bu xüsusatların məcmusu təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların tətbiqinə imkan vermir və əməlindən irəli gələn təhlükənin qarşısının alınması məqsədilə onun barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini zəruri edir. Ona görədə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 01(bir) ədəd daraq, 18 ədəd 5.45x39 mm kalibrli və 03 ədəd 7.62x39 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 19 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 01(bir) ədəd daraq, 18 ədəd 5.45x39 mm kalibrli və 03 ədəd 7.62x39 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-73/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-73/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver