Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-74/2023 27.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Qazax rayon, Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qazax rayon, Kosalar kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 28 mart 2023-cü il tarixdə səhər saatlarında Qazax rayonu, Kosalar kəndində yerləşən atası Şahid5 Sərhəddin oğluna məxsus torpaq sahəsində əkib aqrotexniki qaydada qulluq edərək yaş halda ümumi təmiz çəkisi 180,79 qram təşkil edən, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunda göstərilən 3-cü siyahıya əsasən xeyli miqdar hesab edilən, tərkibində narkotik maddələr olan 12 ədəd çətənə (kannabis) bitkisini yetişdirməklə qanunsuz olaraq kultivasiya etmiş, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 may 2023-cü il tarixdə saat 08:30-dan saat 10:00-dək olan müddətdə Qazax rayonu, Kosalar kəndində yerləşən Şahid5 Sərhəddin oğluna məxsus torpaq sahəsinə baxış keçirilən zaman hündürlükləri 27 santimetrdən 1 metrədək olan, yaş halda ayrı-ayrılıqda təmiz çəkiləri 25 qram, 20 qram, 5 qram, 5 qram, 25 qram, 40 qram, 10 qram, 25 qram, 15 qram, 5 qram, 5 qram, 0,79 qram, ümumi təmiz çəkisi 180,79 qram təşkil edən Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilib yetişdirilməklə kultivasiya edilmiş tərkibində narkotik maddələr olan 12 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax rayonu Kosalar kəndində yaşayır, “Yusif İnşaat” tikinti materialları mağazasında fəhlə işləyir. 28 mart 2023-cü il tarixdə, səhər saatlarında o, yabanı halda bitmiş çətənə kollarından topladığı toxumları Kosalar kəndində, atasına məxsus torpaq sahəsində əkmiş, cəmi 12 kol olmuş, o, çətənə kollarına su vermiş, onlara aqrotexniki qaydada qulluq etmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində iş yoldaşı İlkinə məxsus VAZ-2107 markalı avtomobil Qazax RPŞ-nin YPX əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmiş, o, iş yoldaşlarıyla birlikdə Qazax RPŞ-nin qarşısına getmişdirlər. Nəzarətburaxılış məntəqəsinin qarşısında dayandıqları vaxt iş yoldaşları Seymur polis şöbəsinin inzibati binasının şəklini öz mobil telefonuna çəkmiş, polis əməkdaşı onun mobil telefonuna baxanda marixuana bitkisinin şəkilini görmüş, nə olmasını soruşmuş, o da fotoşəkildə olan bitkinin çətənə olduğunu, torpaq sahələrində əkib becərdiyini bildirmişdir. Bundan sonra ona vəkillərin siyahısı təqdim edilmiş, o, Rüfət Mahmudovun onun müdafiəçisi olmasını istəmiş, videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla daşınması qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması, əgər varsa təqdim etməyi təklif edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşı ondan mobil telefonundan aşkar olunmuş şəkildəki bitkinin nə olduğunu soruşmuş, o da həmin bitkinin marixuana olduğunu, şəxsi istifadəsi üçün Kosalar kəndində yerləşən torpaq sahəsində əkib-becərdiyini demiş, polis əməkdaşı qeyd etdiyi bitkiləri göstərə bilib-bilməməyini ondan soruşduqda o, gecə və havanın yağışlı olduğunu, buna görə də səhəri gün həmin ərazini göstərə biləcəyini bildirmiş, növbəti gn, yəni xx.xx.2023-cü il tarixdə səhər tezdən o, polis əməkdaşları ilə birlikdə Qazax rayon Kosalar kəndinə- atası Şahid5 məxsus torpaq sahəsinə getmişdirlər. Orada vəkilin və aqronomun iştirakları ilə video çəkiliş vasitəsilə torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşı ondan qeyd olunan torpaq sahəsində narkotik tərkibli bitkilər olub-olmadığını, əgər varsa təqdim etməyini demişlər, o da torpaq sahəsində narkotik tərkibli bitkilərin olduğunu bildirərək həmin bitkiləri onlara göstərmiş, polis əməkdaşı ondan həmin bitkilərin nə olduğunu soruşmuş, o, bitkilərin çətənə bitkisi olduğunu, şəxsi istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Bitkilər köklərindən çıxarılaraq sayılmış və 12 ədəd olduğu müəyyən edilmişdir. Ondan torpaq sahəsində başqa narkotik tərkibli bitki olub-olmamasını soruşulmuş, başqa narkotik tərkibli bitkilərin olmadığını bildirdikdə torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, heç bir narkotik tərkibli bitki aşkar olunmamışdır. Qeyd olunan torpaq sahəsi onun yaşadığı evdən 3-4 kilometr uzaqlıqda, açıqlıqda yerləşir. Çətənə bitkilərini 28 mart 2023-cü il tarixdə səhər saatlarında moruq kolunun içində əkmiş, ona görə də çətənə bitkiləri kənardan görsənməmiş, onları özü istifadə etmək üçün əkmiş, bu haqda ailə üzvlərinin, eləcə də digər tanışlarının heç bir məlumatı olmamışdır. Kolları 12 ədəd əkməkdə məqsədi hamısının bitməməsindən qorxması olmuşdur. Əvvəllər narkotik tərkibli bitkilər əkib-becərməmişdir. Əkmiş olduğu çətənə toxumlarını tutulmamışdan təxminən 01 il əvvəl Kosalar kəndində yerləşən meşə massivində tapdığı yabanı halda bitən çətənə bitkilərinin kollarından toplamış və saxlamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Gələcəkdə bir daha bur cür əmələ yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 may 2023-cü il tarixdə şöbə üzrə məsul şəxs olmuşdur. Həmin gün axşam vaxtlarında xidməti otağında olarkən şöbənin giriş qapısında olan postda xidmət edən polis nəfəri Şahid4 raportla müraciət edərək postun qarşısında küçədən 4 nəfər cavan oğlan uşaqlarının şöbəninin inzibati binasını və polis əməkdaşlarını mobil telefonla çəkdiklərini bildirmiş, həmin şəxsləri otağına dəvət etmişdir. Onlardan şöbənin inzibati binasının telefona nə səbəbə çəkdiklərini soruşanda cavab verməmişdir. Onların hər birinin üzərlərində olan mobil telefonlara özlərinin iştirakı və razılıq ərizələri alınmaqla polis əməkdaşları ilə birlikdə baxış keçirmişdir. Şəxsiyyəti sonradan məlum olan Qazax rayonu Kosalar kəndində yaşayan 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonun “qalareya” hissəsinin yaddaşında çətənə bitki kollarının fotoşəkillərini aşkar etmişdir. Təqsirləndirilən şəxs şəkildəki koların nə kolları olmasını soruşanda, o çətənə bitki kolları olmasını, özlərinə məxsus torpaq sahəsində əkib becərdiyini və gələcəkdə qurudub maruxana kimi siqaretə doldurmaqla çəkmək istədiyini bildirmişdir. Telefonda olan fotoşəkillər Həsənin iştirakı ilə tərəfindən götürülmüşdür. Digər şəxslərin, yəni Kosalar kəndində yaşayan X3, X5, X2 mobil telefonlarına özlərinin razılıq ərizələri alınmaqla, iştirakları ilə baxış keçirilmiş, hər hansı əhəmiyyətli foto şəkil, yazı, mətn və video çəkiliş aşkar olunmamışdır. Təqsirləndirilən şəxs mobil telefonundan çətənə bitki kollarının aşkar edilməsi ilə əlaqədar raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Raportun icrası şöbənin təhqiqat bölməsinə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən vəkil dəvət edilərək Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş və üzərində şəxsi axtarış aparılmışdır. Onun üzərindən iş üçün əhəmiyyətli hər hansı əşya və predmet aşkar edilməmişdir. Bu barədə tərtib olunmuş protokolu imzalamışdır. 22 may 2023-cü il saat 08:30-dan başlayaraq Təqsirləndirilən şəxs, müdafiəçisinin, aqronom Barat Vəliyevin və polis işçilərinin iştirakları ilə Həsəni Nəbiyevin yaşadığı kəndin kənarında olan pay torpaq sahələrinə baxış keçirilmişdir. Oradan 12 ədəd əkilib becərilməklə qulluq olunmuş çətənə bitki kolları aşkar olunmuş, baxış saat 10:00-da bitmişdir. Həmin çətənə bitki kolları qablaşdırılaraq götürülmüş və ekspert tədqiqatına göndərilmişdir. Tərtib olnmuş protokolu imzalamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 digər Şahid1lə oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Qazax rayonu Kosalar kəndində arvadı X6 və oğlu Təqsirləndirilən şəxs ilə yaşayır. O, Qazax şəhərində yerləşən əhəng zavodunda fəhlə işləyir. Yoldaşı evdar qadındır. Oğlu Həsən orta məktəbi bitirib və hərbi xidmətdə olmuşdur. Heç yerdə işləmir. Ailə üzvlərinə məxsus yaşadığı kəndin təxminən 5-6 kilometrində 0,80 ha pay torpaq sahələri vardır. Həmin torpaqlar 1998-ci ildə Aqrar İslahat komisiyasının qərarı ilə verilmişdir. Həmin torpaq yaşadıqları yerdən xeyli aralı olduğuna görə kənd təsərrüfatı məhsulları əkə bilmir. Ona görə taxıl əkirlər ki, bir dəfə biçərək məhsulu götürələr. O zavodda fəhlə işlədiyinə görə yalnız oğlu Həsən həmin torpağa nəzarət edir və suvarma işlərini Həsən görür. 22 may 2023-cü ildə ona məlum olmuşdur ki, oğlu Həsən qeyd etdiyi pay torpaq sahəsində çətənə bitki kolları əkib becərdiyinə görə Qazax rayon polis şöbəsində saxlanılmışdır. O zavodda işlədiyinə görə həmin torpaq sahəsinə getmir və yalnız Həsən həmin torpağa nəzarət edirmiş. Həsən onun və arvadının xəbəri olmadan çətənə bitki koları əkib-becərmişdir. Onun çətənə bitkilərinin əkilməsindən xx.xx.2022-ci il tarixdə bu barədə eşitmişdir. O çətənə bitkisini tanımır, əvvəl görməmişdir. Pay torpaq sahəsi ona və ailə üzvlərinə verilmiş torpaq sahəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 digər Şahid5lə oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 16/544 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs təqdim etdiyi marixunaya bənzər bitki kolları” yazı və imzalar olan 1 (bir) ədəd sintetik kisədəki ümumi sayı 12 (on iki) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 25 qram, 20 qram, 5 qram, 5 qram, 25 qram, 40 qram, 10 qram, 25 qram, 15 qram, 5 qram, 5 qram, 0,79 qram ümumi təmiz çəkisi 180,79 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqromun (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. QEYD: Çətnə bitkisi 12 ədəd, ümumi çəkisi 180.79 qram, tədqiqata istifadə olundu cəmi 0,24 qram, qalıq 180.55 qram. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2023-cü il tarixli, 1250 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müailəcəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 22 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Qazax rayonu Kosalar kənd sakini Şahid5 Sərhəddin oğlunun torpaq sahəsində 12 ədəd kökü üstə yaş halda çətənə bitkisinin kollarına oxşar kollar aşkar olunmuşdur. Ən uzunu ilə ən qısa olanı metrə vasitəsi ilə ölçülmüş, ən uzununun uzunluğu 1 metr, ən qısası isə 27 santimetr təşkil etmişdir. Baxışda iştirak etmiş Qazax “DAİM” bitkiçilik sektorunun müdiri X7 həmin bitkilərin çətənə bitkisinin kolları olduğunu və qeyd olunan bitkilərə qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin bitkilər polietilen torbaya qoyulmuş, qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış xx.xx.2023-cü il tarixdə, saat 08:30-da başlamış, saat 10:00-da bitmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Not 12” markalı mobil telefonun qaleriya hissəsinə nəzər yetirən zaman qaleriyada əkin sahəsində narkotik vasitə olan marixuanaya bənzər bir neçə kol şəkli aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RPŞ-dən əməliyyat tapşırığına verilmiş cavablarda göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində müəyyən olunmuşdur ki, Qazax rayonu Kosalar kənd sakini Şahid5 Sərhəddin oğlunun torpaq sahəsində sonuncunun oğlu Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan 12 ədəd çətənə (kannabis) bitkisini kultivasiya etməsində onunla birlikdə yaşayan ailə üzvləri, habelə digər şəxslər ona kömək etməmiş, bu barədə ailə üzvlərinin və hər hansı şəxsin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs kultivasiya etdiyi tərkibində narkotik maddələr olan 12 ədəd çətənə (kannabis) bitkisinin toxumlarını hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 12 ədəd çətənə (kannabis) bitkisini şəxsi istifadəsi üçün kutivasiya etdiyi müəyyən edilmiş, onun qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, satma əməllərində iştirak etməsi barədə məlumat əldə olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 05 iyul 2023-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, torpağa mülkiyyət hüququna dair jn-227 50100068 kodlu dövlət aktının surəti işə əlavə olunmuşdur. Qeyd olunan dövlət aktından məlum olur ki, Qazax rayonu Kosalar kəndində yerləşən Şahid5 Səhrəddin oğluna məxsus olan torpaq sahəsi 0.97 hektar torpaq sahəsində yerləşir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİNin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax rayon Psixiatriya xəxtəxanasından təqdim edilmiş xx.xx.2023-cü il tarixli 933 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya xəstəxanasında narkoloji və psixoloji qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 may 2023-cü il tarixdən 23 may 2023-cü il tarixədək 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RİHB-nın Kosalar Kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 26 may 2023-cü il tarixli, 5-58-18-12-21/2-433/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Kosalar kəndində yaşayır. Atası xx.xx.1971-ci il təvəllüdlü Şahid5 Səhrəddin oğlu və anası xx.xx.1982-ci il təvəllüdlü X6 tərkibdə ailə üzvləri var, yaşayış yeri üzrə mübət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 29 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilməmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsinin tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddə ilə ittiham elan edilməmiş, Şahid5 Sərhəddin oğlunun, X4 əməllərində Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsinin tərkibi olmadığından, barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsinin tərkibi olmadığından, barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddə ilə ittiham elan edilməmiş və Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu Kosalar kəndində yerləşən torpaq sahəsinə baxış keçirilərkən sonuncunun tərkibində narkotik maddələr oln bitkiləri qanunsuz olaraq kultivasiya etdiyini etiraf edərək həmin bitkilərin yerlərini könüllü olaraq göstərməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxsi cinayət məsuliyyətindən azad edən hal kimi qiymətləndirilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları, narkotik maddənin miqdarının minimum həddə yaxınlığı təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan cəmi 180,55 qram çəkidə, 12 ədəd çətənə bitkisinin qalıqları məhv edilməli, 01 ədəd “Redmi Not 12” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 60,80 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan cəmi 180,55 qram çəkidə, 12 ədəd çətənə bitkisinin qalıqları məhv edilsin, 01 ədəd “Redmi Not 12” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-74/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-74/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver