Məhkəmə qərarları › İş №1(023)-74/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-74/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-74/2025 10.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Qazax rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Hassan Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi1 və tərcüməçi X2 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Pakistan İslam Respublikası Sheıkhupura şəhərində anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, Pakistan İslam Respublikası Sheıkhupura şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-in 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxxx 2001-cı ildə Pakistan İslam Respublikası Jhelum şəhərində anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Pakistan İslam Respublikası Jhelum şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-in 2 saylı İstintaq təcridxanasında saxlanılan X10 Muhammad Muqeemin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, tanışı Hassan Təqsirləndirilən şəxs2 ilə birlikdə Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 mart 2025-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonu İİ Şıxlı kənd ərazisində yerləşən 18-ci sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır . Hassan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Hassan Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 mart 2025-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonu İİ Şıxlı kənd ərazisində yerləşən 18-ci sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs Alı X7 edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Pakistan İslam Respublikasında yaşamışdır. Pakistanda ailəsi və yaxın qohumları cinayətkar qruplar tərəfindən qətlə yetirildiyinə görə ölkədən qaçmaq qərarına gələrək 24 iyun 2024-cü il tarixdə “Sialkot-Bakı” aviareysi ilə Bakı şəhərinə gəlmişdir. Bir müddət Bakı şəhərində yerləşən mehmanxanalarda qaldıqdan sonra 13 sentyabr 2024-cü il tarixdə qeyri-qanuni yolla, sərhəddən buraxılış məntəqəsindən kənardan qanunsuz yolla Gürcüstan tərəfə keçmişdir. Gürcüstana digər pakistan vətəndaşları ilə keçmiş, lakin onların anket məlumatlarını bilməmişdir. Onları dövlət sərhədinə aparan Toyota markalı qara rəngli avtomaşın olmuşdur. Sutkanın qaranlıq vaxtı Bakıdan DS-yə doğru hərəkət etmiş və meşəyə çatmışlar. Rəsmi sərhəddən buraxılış məntəqəsinə təqribən 1 km məsafə qalmış avtomaşından düşərək sola doğru getmişlər. İlkin olaraq çay yatağını keçmiş və çayda su olmamışdır. Daha sonra meşəlik əraziyə daxil olmuşlar. Üzü Gürcüstana baxdıqları vaxt sol tərəfləri meşəlik, sağ tərəfləri isə yüksək dağlıq ərazi olmuşdur. Səhər saat təqribən 09:00 radələrində hərəkətə başlamışlar. Təqribən 4-5 saat piyada getdikdən sonra gürcü sərhədçiləri onları saxlamışlar. Dövlət sərhədini pozduqlarına görə 6 ay müddətində Gürcüstan ərazisində həbsdə olmuş və 13 mart 2025-ci il tarixdə onu azadlığa buraxmışlar. Gürcüstanda iş olmadığından yenidən Azərbaycana qayıtmaq istəmişdir. Azadlığa çıxdıqdan sonra Tbilisidə kazinoda Huzayfa Hassan ilə tanış olmuşdur. Bir neçə gün birlikdə Gürcüstanda vaxt keçirdikdən sonra Huzayfa ilə qərara gəlmişlər ki, işləmək məqsədi ilə Azərbaycana qanunsuz olaraq keçsinlər. 21 mart 2025-ci il tarixdə saat təqribən 22:30 radələrində Marneuli rayonu Kirəc-Muğanlı kəndinə çatmışlar. Avtomaşından düşdükdən sonra piyada təqribən 5-10 dəqiqə müddətində dövlət sərhədinə doğru hərəkətə başlamışlar. Dövlət sərhədini bir qədər keçdikdən sonra Azərbaycan sərhədçiləri onları saxlamışlar. Onun Azərbaycan Respublikasına gəlmək fikri olmamışdır. Onlar Gürcüstana gələcək şəxsləri qarşılamaq üçün sərhəddə getmişlər. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs Hassan Təqsirləndirilən şəxs2 ona edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Pakistan İslam Respublikasında anadan olmuşdur. Ailədə atası, anası, 1 qardaşı və 1 bacısı ilə birlikdə 5 nəfər olmuşlar. Lakin bir neçə il əvvəl torpaq mübahisəsi ilə bağlı 2 qardaşını öldürmüşlər. İşləmək məqsədilə ilk olaraq 2024-cü ilin yanvar ayında Pakistandan BƏƏ-yə getmişlər. Bir müddət orada taksi sürücüsü qismində işləmişdir. 11 dekabr 2024-cü il tarixdə rəsmi qaydada “Abu Dabi - Kutaisi” reysi ilə Gürcüstana getmişdir. Gürcüstanda maşın alqı-satqısı işi ilə məşğul olmuşdur. Həmçinin Tiblisi şəhərində yaşayan qohumluq əlaqəsinin olduğu Pakistan İslam Respublikasının vətəndaşı Malik Rizvan adlı şəxsin restoranında aşpaz kimi işləmişdir. Təxminən 4-5 gün əvvəl Tiblisi şəhərində fəaliyyət göstərən kazinoların birində həmyerlisi Pakistan İslam Respublikasının vətəndaşı Alı Qasım ilə tanış olmuşdur. Onun yaşadığı ev kazinonun yuxarısında olduğu üçün mütəmadi olaraq Alı Qasımla orada görüşüb vaxtlarını keçirmişlər. Bu müddətdə Alı Qasımla söhbət zamanı Gürcüstanda taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirmişdir. 2024-cü ilin dekabr ayında Tbilisidə sözügedən kazinoda Hindistan vətəndaşı təqribən 30-35 yaşlarında olan Rahul adlı şəxslə tanış olmuşdur. Rahul Hindistan vətəndaşlarının Gürcüstana gətirilməsi, o cümlədən onlara vizanın əldə edilməsi işi ilə məşğul olmuş və bununla pul qazanmışdır. Təqribən 1 ay bundan əvvəl ölkə ərazisində çox sayda Hindistanlının olması, o cümlədən vizanın verilməsi səbəbindən viza verilməsi dayandırılmışdır. Belə ki, rəsmi qaydada verilmiş məlumata görə son 6 ayda təqribən 45 min nəfər Hindistan vətəndaşı Gürcüstana rəsmi qaydada daxil olmuşdur. Buna görə də eşitmişdir ki, hindistanlılar artıq daha çox işləmək üçün Azərbaycana gedirlər. Rahul ona bildirmişdi ki, Azərbaycanda yaşayan hindistanlı tanışları var, əgər Azərbaycana getsə ona iş tapmaqda köməklik göstərəcəkdir. Daha sonra Alı Qasımla o, qərara gəlmişdir ki, dövlət sərhədini qanunsuz olaraq keçərək Azərbaycana getsin və orada iş taparaq işləsinlər. Rahula bildirmişdir ki, Azərbaycanda olan tanışlarına desin onlara iş tapsın, çünki dostu ilə Azərbaycana gedəcəkdir. Lakin Rahula qanunsuz gedəcəklərini bildirməmişdir. Rahul elə onun yanında zəng edərək hindistanlı şəxslərlə danışmış və 21-22 mart 2025-ci il tarixdə tanışlarının Azərbaycanın Qazax şəhərində olacağını bildirmişdir. Onlar Qazaxa gedərək hindistanlı şəxslərlə görüşməli idi. 21 mart 2025-ci il tarixdə saat 22:30 radələrində Marneuli rayonu Kirəc-Muğanlı kəndinə çatmış, avtomaşından düşdükdən sonra piyada təqribən 5-10 dəqiqə dövlət sərhədinə doğru hərəkətə başlamışlar. Dövlət sərhədini bir qədər keçdikdən sonra AR sərhədçiləri onları saxlamışlar. Onun Azərbaycan Respublikasına gəlmək fikri olmamışdır. Onlar Gürcüstana gələcək şəxsləri qarşılamaq üçün sərhəddə getmişlər. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zaman Şahid1 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSX-nin N nömrəli hərbi hissənin komandiri polkovnik Anar Nəsirlinin 22 mart 2025-ci il tarixli, 3-38/2- 874/25 №-li məktubunda göstərilir ki, 21 mart 2025-ci il tarixdə saat 22:50 radələrində Pakistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının xidməti sahəsindən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 mart 2025-ci il tarixli baxış protokolundan görünür ki, Pakistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikləri ərazi Qazax rayonu İİ Şıxlı kəndində yerləşən N nömrəli hərbi hissəsinin 18-ci sərhəd zastavasının 7-ci sahəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSX-nin ƏABİ-nin sənədindən görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə rəsmi qaydada ölkəyə gəlmişdir. Pakistan İslam Respublikası vətəndaşı Hassan Təqsirləndirilən şəxs2 barəsində isə İAMAS bazasında məlumat olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Pakistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, 22 mart 2025-ci il tarixdə Pakistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 inzibati qaydada saxlanılmış, 23 mart 2025-ci il tarixdə onlar şübhəli şəxs qismində tutulmuş, 24 mart 2025-ci il tarixdə isə onlara Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmli tərəfindən barələrində 03 ay müddətinə "həbs" qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 böyük ictimai təhlükə törətməyən cinayət törətmələrini, əməllərini etiraf etməklə səmimi peşman olmalarını iş üzrə onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onların cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 318.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 22 mart 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 onlara təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, Təqsirləndirilən şəxs1 və Hassan Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 22 mart 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Alı X7 təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi qaydada çıxarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. X10 Muhammad Muqeem Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X10 Muhammad Muqeem cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X10 Muhammad Muqeemin cəza çəkməsinin əvvəli 22 mart 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Hassan X1 təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi qaydada çıxarılsın. X10 Muhammad Muqeemin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar