Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-75/2025 12.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il Qazax rayonu İkinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Qazax rayonu İkinci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq üzərində “Methadone-40” əmtəə göstəricisi olan 01 ədəd konvalyutda olmaqla üzərlərində “F/M40” yazısı həkk olunmuş, metadon təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram təşkil edən ( bir həbdə 0,04 qram metadon olmaqla) 7 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən xeyli miqdarda metadon tərkibli həbləri əldə edib daşımaqla yaşadığı Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən evin yataq otağındakı çarpayının üzərində olan döşəyin içərisində saxlamış, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 iyul 2025-ci il tarixdə saat 15:40-dan saat 15:58-dək olan müddətdə Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə fasiləsiz videoçəkiliş aparılmaqla baxış keçirilən zaman həmin evin yataq otağında olan çarpayının üzərinə salınmış döşəyin içərisindən üzərində “Methadone-40” əmtəə göstəricisi olan 01 ədəd konvalyutda olmaqla üzərlərində “F/M40” yazısı həkk olunmuş, metadon təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram təşkil edən ( bir həbdə 0,04 qram metadon olmaqla) 7 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən xeyli miqdarda metadon tərkibli həblər aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 iyul 2025-ci ildə saat 15:40 radələrində Qazax rayonu İkinci Şıxlı kəndində yaşadığı evdə olan zaman çöl qapıları döyülmüş, qapını açıb küçəyə çıxdıqda bir qrup şəxsin videokamera ilə video çəkilişlə aparılmaqla ona yaxınlaşaraq özlərini Qazax RPŞ-nin əməkdaşları kimi təqdim edib, onun yaşadığı fərdi evində narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, daşıması, saxlanması barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək anket məlumatları soruşmuşlar. O, polislərə ad, soyad və ata adını demiş və İkinci Şıxlı kəndində həmin evdə yaşadığını bildirmişdir. Polis əməkdaşları onun yaşadığı evə baxış keçirlməsi zərurəti yarandığından onun tərəfindən baxışa etirazının olub-olmaması soruşmuşlar. O, polis əməkdaşlarına yaşadığı evinə baxış keçirilməsinə etirazı olmadığını bildirilmiş və bu barədə ərizə yazaraq onlara təqdim etmişdir. Bundan sonra polislər onun yaşadığı evdə hər hansı bir narkotik vasitə, psixotrop maddə olubolmaması soruşmuş, o, yaşadığı evin yataq otağında narkotik vasitə olan metadon saxladığını bildirərək polisləri yataq otağına aparmış və orada çarpayının üzərində olan döşəyin içərisindən gizlətdiyi üzərində “Methadon 40” sözü yazılmış 1 ədəd konvalyutu polisə təqdim edərək həmin həbləri bir neçə gün əvvəl Bakı şəhərindən Lətif adlı İran vətəndaşından 70 manata aldığını və Qazax rayonuna gətirərək şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Onun təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılaraq üzəri onun tərəfindən və polis əməkdaşları tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları ona məxsus yataq otağında baxış keçirərkən yataq otağında olan paltar dolabının üzərində narkotik vasitələrin istifadəsi üçün saxladığı 1 ədəd şpris və 3 ədəd kiçik şüşə qablar aşkar etmışlər. Polis əməkdaşlarına həmin şüşə qablardan və şprisdən narkotik vasitə qəbul etməsini bildirmişdir. Həmin 3 ədəd şüşə qablar və 1 ədəd şpris polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri onun tərəfindən və polis əməkdaşları tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra yaşayış evinin digər otaqlarına polis əməkdaşları tərəfindən baxış keçirilmış, qanunsuz dövriyyəsinə icazə verilməyən əşya və predmet aşkar edilməmişdir. Onun fərdi yaşayış evinə baxış keçirildikdən sonra polis əməkdaşları ilə birgə Qazax RPŞ-nin inzibati binasına gəlmiş və polislər onu Qazax RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Daha sonra polis şöbəsində Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru, İlham Rəhimov tərəfindən o,şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi ilə təmin edilmiş və xidməti otaqlardan birində videoçəkiliş vasitəsilə müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evdən qablaşdırılaraq götürülmüş və 2 ədəd zərfin içərisində olan 7 ədəd metadon həbləri, 3 ədəd şüşə qablar və 1 ədəd tibbi şprislər baxılması məqsədilə açılmışdır. Həmin zərflərin içərisində olanların onun yaşadığı evdə təqdim etdiyi və aşkar edilmiş 7 ədəd metadon həbləri, 3 ədəd şüşə qablar və 1 ədəd tibbi şprisləri görmüşdür. Təhqiqatçı ondan həmin həblərin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşduqda isə o, həblərin narkotik vasitə olan metadon olduğunu, həmin həbləri bir neçə gün əvvəl Bakı şəhərindən Lətif adlı İran vətəndaşından 70 manata aldığını və Qazax rayonuna gətirərək şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını, 3 ədəd şüşə qabların və 1 ədəd şprisin isə narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra həmin 1 ədəd konvalyutda olan 7 ədəd metadon həbin, 3 ədəd şüşə qab və 1 ədəd şpris 1 ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri onun özünün, müdafiəçisinii və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları onun üzərində olan qanunla daşınması qadağan olunan əşyaların, o cümlədən narkotik vasitə, psixotrop maddə, onların prekusorlarının olub-olmaması, əgər varsa təqdim etməsi təklif etmişlər.Bu təklifdən sonra o, əynində olan cins şalvarının sol yan cibindən 1 ədəd özünə məxsus olan “İnfinix” modelli mobil telefonu çıxardaraq təhqiqatçıya təqdim etmiş, mobil telefon 1 ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri Qazax RPŞ-nin 64 saylı zərflər üçün möhürü ilə möhürlənmişdir. Zərfin üzəri onun özünün, müdafiəçisinin və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşı tərəfindən onun üzərinə şəxsi axtarışı keçirilmiş, onun paltarında və bədənində narkotik vasitələr, psixotrop maddələr, onların prekursorları, digər əşya və sənədlər aşkar olunmamışdır. Bundan sonra 30 iyul 2025-ci il tarixdə saat 19:25 dəqiqədə onun üzərində, baxış,şəxsi axtarış və götürmə başa çatdırılmış, videoçəkilişə baxış keçirilməsi üçün fasilə elan olunnmuş və videoçəkilişə baxış keçirildikdən sonra isə hər hansı bir etirazı olmadığına görə çəkiliş başa çatdırılmışdır. Şəxsi axtarış, baxış və götürmə aparılan zamanı “Panasonic” markalı videokamerdan istifadə edilməklə çəkilmiş videogörüntü 1 ədəd DVD diskinə yazılaraq protokola əlavə edilmişdir. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirillmiş Şahid1 ifadəsində göstərmişdir ki, X5 2013-cü ildən xidmət etmiş, hal hazırda Qazax rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləməklə polis kapitanı xüsusi rütbəsində xidmət edir. 30 iyul 2025-ci il tarixdə Qazax RPŞ-nə daxil olmuş əməliyyat məlumatında xx xxxxx 1984-cü il təvəllüdlü, Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Polisə daxil olmuş əməliyyat məlumatı ilə bağlı olaraq raport tərtib edərək Qazax RPŞ-nin rəisi vəzifəsini icra edən polis polkovnik leytenantı Musa Hüseynova məruzə edərək Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdr. Bundan sonra əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün qərar qəbul etmiş, rəis müavinin əmrinə əsasən əməliyyat qrupunun rəhbəri özü, üzvləri isə Qazax RPŞ-nin əməkdaşları: CAB-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, X2 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid5, CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4, X6 kiçik inspektoru, polis baş serjantı X7 və Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X4ndan ibarət tərkibdə təşkil edilmişdir. Polis polkovnik-leytenantı Musa Hüseynov tərəfindən Təqsirləndirilən şəxs ətrafında keçiriləcək əməliyyat- axtarış tədbirinin həyata keçirilməsi üçün onu və qrupun üzvlərini təlimatlandırdıqdan sonra 30 iyul 2025-ci il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün xidməti avtomobillə Qazax rayonu, İkinci Şıxlı kəndinə gələrək əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaşadığı evi müəyyən edərək onun evinin qarşısına gəlmişlər. 30 iyul 2025-ci il tarixdə saat 15:40-da Qazax RPŞ-nin X6 kiçik inspektoru, polis baş serjantı X7 tərəfindən “Panasonic” markalı videokameradan istifadə etməklə fasiləsiz videoçəkiliş başlanılmış, onlar fərdi yaşayış evinin çöl darvazasını döymüş, qapıya əməliyyat məlumatı əsasında xüsusi əlamətlərinə görə onlara məlum olan Təqsirləndirilən şəxs oxşar şəxs çıxmışdır. Özünü və qrupun üzvlərini həmin şəxsə Qazax RPŞ-nin əməkdaşları kimi təqdim edib, ona anket məlumatlarını soruşduqda, qapıya çıxmış şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələrin, psixotrop maddələrinvə onların prekursorlarını saxlamasında şübhəli olduğunu, ona hüquq və vəzifələrini izah edərək müdafiə hüququnu həyata keçirməsi üçün vəkil tutmaq, buna maddi imkanı olmadıqda dövlət hesabına vəkil ilə təmin olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhənin mahiyyəti izah olunduqdan sonra üzərində, yaşadığı evə baxış keçiriləcəyi, əgər saxlanılması qadağan olunmuş hər hansı bir narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları varsa təqdim etməsi tərəflərindən təklif olunmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarının yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə etiraz etməyərək ərizə yazaraq təqdim etmiş və fərdi yaşayış evinin yataq otağında narkotik vasitə saxladığını bildirmiş və onları yataq otağına aparıb çarpayısının üzərinə salınmış döşəyin baş hissəsinin işərisində bir ədəd listdə üzərində 1 ədəd listdə üzərində “Methadon 40” sözləri yazılmış 7 ədəd həbləri təqdim etmişdir. Onun tərəfindən sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində “Methadon 40” sözləri yazılmış 7 ədəd həblərin özünə məxsus olmasını, bir neçə gün əvvəl Bakı şəhərində olarkən tanımadığı İran vətəndaşından 10 ədəd metadon həbi aldığını və 3 ədəd metadon həblərini istifadə etməsini, 7 ədəd metadon həblərini isə özü istifadə etmək üçün yatdığı çarpayının üzərinə salınmış döşəyin içərisində saxladığını bildirmışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 ədəd listdə olan üzərində “Methadon 40” sözləri yazılmış 7 ədəd həblər içərisi boş olan zərfə qoyularaq üzəri DİN-nin 64 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzərini imza edərək maddi sübut kimi tərəflərindən götürülmüşdür. Eləcə də Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla daşınması qadağan olunan əşyalar, o cümlədən narkotik vasitələr və psixotrop maddələr, onların prekursorları vardırsa təqdim etməsi təklif edilmiş, lakin o, evində qeyd edilənlərin olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən yaşayış evinə baxış keçirilərkən yataq otağındakı paltar dolabının üst hissəsində içərisində maddə qalıqlarının izi olan 3 ədəd dərman şüşələri və 1 ədəd içərisi boş olan birdəfəlik tibbi şpris aşkar edilmiş, həmin əşyalar 1 ədəd zərfə qoyularaq üzəri DİN-nin 64 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbiri 30 iyul 2025-ci il tarixdə saat 15:58-də başa çatmışdır. Keçirilmiş əməliyyat tədbiri açıq hava şəraitində videokamera vasitəsi ilə fasiləsiz çəkiliş aparılmaqla həmin videogörüntü bir ədəd DVD diskinə köçürülərək tərəflərindən tərtib edilmiş raporta əlavə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin gün saat 17:10-da Qazax RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər.Bundan sonra Qazax Rayon Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda Qazax RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçı, polis mayoru X4 şübhəli şəxs kimi tutaraq müdafiəçi ilə təmin edilmişdir. Ona təhqiqatçı İlham Rəhimov tərəfindən müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edilib bununla bağlı yazılı bildirişlər Təqsirləndirilən şəxs təqdim edilmiş və ona əməliyyat qrupunun üzvləri, eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində müdafiəçisi X3 iştirakları ilə videokamera vasitəsilə videoçəkiliş aparmaqla saat 17:50-də şəxsi axtarış, baxış və götürülmə aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 30 iyul 2025-ci il tarixdə yaşadığı Qazax rayonu, İkinci Şıxlı kəndindəki fərdi yaşayış evindən aşkar edilərək imzalanıb qablaşdırılmış 7 ədəd həbin 1 ədəd zərf təhqiqatçı tərəfindən açılmışdır. Zərfin içərisində olan 1 ədəd tünd qəhvəyi rəngli konvalyutda olan həblər sayıldıqda həblərin sayı 7 ədəd olduğu müəyyən olunmuşdur. Daha sonra 2-ci zərf açılmış və zərfin içərisində olan əşyalar sayıldıqda 3 ədəd şüşə qab və 1 ədəd birdəflik şpris müəyyən edilmişdir. Bundan sonra 1 ədəd konvalyutda olan 7 ədəd həb, 3 ədəd şüşə qab və 1 ədəd şpris 1 ədəd zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri DİN-nin 64 saylı möhürü ilə möhürlənmiş, imzalanaraq təsdiq edilib təhqiqatçı tərəfindən maddi sübutlar götürülmüşdür. Təhqiqatçı tərəfindən sorğu-sual zamanı Təqsirləndirilən şəxs 7 ədəd həbin “M40” adlandırılan narkotik vasitə olduğunu, həmin narkotik vasitənin Bakı şəhərində olarkən Lətif adlı İran vətəndaşından 70 manata öz şəxsi istifadəsi üçün aldığını və yaşadığı evdə saxladığını, 3 ədəd şüşə qabdan və 1 ədəd birdəfəlik şprisdən narkotik vastə hazırlayıb qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qanunla daşınması qadağan olunan əşyalar, o, cümlədən narkotik vasitələr, psixotrop maddələr, onların prekursorları olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən edilmiş təklifdən sonra əynində olan cins şalvarının sol yan cibindən 1 ədəd “İfinix” mobil telefonu çıxardaraq təqdim etmiş,həmin telefon baxış keçirildikdən sonra 1 ədəd zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri DİN-nin 64 saylı möhürü ilə möhürlənmiş, imzaları ilə təsdiq edilərək təhqiqatçı tərəfindən maddi sübut qismində götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla daşınması qadağan olunan əşyaları, o, cümlədən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərində hər hansı bir sübut əhəmiyyətə malik ola biləcək narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları aşkar olunmamış, bununlada şəxsi axtarış və gütürmə başa çatdırılmışdır. Bununlada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə 30 iyul 2025-ci il saat 19:25-də başa çatmış, videoçəkilişə baxış keçirilməsi üçün fasilə elan olunnmuş və videoçəkilişə baxış keçirildikdən sonra isə hər hansı bir etirazı olmadığına görə çəkiliş başa çatdırılmışdır. Şəxsi axtarış, baxış və götürmə aparılan zamanı “Panasonic” markalı videokamerdan istifadə edilməklə çəkilmiş videogörüntü 1 ədəd DVD diskinə yazılaraq protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 da Şahid1 ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini bir daha təsdiq etmişdir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 31 iyul 2025-ci il tarixli 6/2614 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində:”Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №64 “dairəvi möhür əksi, saxlanılan şəxs :Təqsirləndirilən şəxs evinə baxış zamanı aşkar edilmiş həblər, ampulalar və şpris şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, üzərində “Methadone- 40” əmtəə göstəricisi olan bir ədəd konvalyutda 7 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər narkotik maddə olan –metadon tərkibli həblərdir və 7 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,28qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04qram metodon olmaqla) Həmin paketdə olan üzərində “ekstrakt Balerianı” yazısı olan flakonlarda və şprisdə narkotik vasitə olan –heroinin izləri vardır. İz şəklində olduğu üçün , heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Qeyd: 7 ədəd həbdən 2 həb tədqiqata sərf edildi, qalıq 5 həb. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 sentyabr 2025-ci il tarixli, 1516 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən əvvəllər istifadə edib. Narkotik vasitə olan metadondan sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması” haqqında 30 iyul 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs iştirakı ilə əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilən zaman onun yaşadığı evin yataq otağıdan “Methadone-40” əmtəə göstəricisi olan 01 ədəd konvalyutda olmaqla üzərlərində “F/M40” yazısı həkk olunmuş, metadon təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram təşkil edən ( bir həbdə 0,04 qram metadon olmaqla) 7 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən xeyli miqdarda metadon tərkibli həbləri və onun üzərində şəxsi axtarış zamanı özünə məxsus 1 ədəd “İnifix” markalı mobil telefon, yataq otağında olan dolabın üzərindən aşkar edilmiş 3 ədəd şüşə qab və 1 ədəd birdəfəlik şpris götürülmüşdür. Cinayət işinin materiallarında olan Telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində DİN-in Baş İnformasiya- Kommunikasiya İdarəsindən əldə olunmuş 01 ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC-nə məxsus ***-***-**-** saylı nömrəsinə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 15:21:31-də anten dairəsi üzrə olduğu yer yer Qazax rayonu, İkinci Şıxlı kəndi olması göstərilmişdir. Cinayət işinin materiallarında olan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu İkinci Şıxlı kəndindəki evindən aşkar edilərək götürülmüş üzərində “Methadone-40” əmtəə göstəricisi olan 01 ədəd konvalyutda olmaqla üzərlərində “F/M40” yazısı həkk olunmuş, metadon təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram təşkil edən ( bir həbdə 0,04 qram metadon olmaqla) 7 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən xeyli miqdarda metadon tərkibli həbləri özü istifadə etmək üçün əldə etsə də həmin narkotilk vasitəni hansı tarixdə, hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun hər hansı bir şəxsə narkotik vasitələr, psixotrop maddələr satması barədə əməliyyat məlumatı daxil olmamışdır. Cinayət işinin materiallarında olan Qazax rayon Psixiatriya Xəstəxanasının 12 avqust 2025-ci il tarixli, 1405 nömrəli məktubundan görünür ki, Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla, yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında psixoloji qeydiyyatda yoxdur, lakin 2015-ci ildən xəstəxananın narkoloji kabinetində “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və sorğu ilə əldə edimiş məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.318.2-ci maddəsi ilə təqsirli bilnərək 09 ay müddətə azadlıqdam məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə amnistiya qərarının 4 bəndi tətbiq edilməklə cəzası 6 ay azaldılıb. Cinayət işinin materiallarında olan Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax rayon İkinci Şıxlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 07 avqust 2025-ci il tarixli, 5-58-16-12-21/2-527/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. ünvan 2ə yaşadığı ərazi üzrə mənfi xarakterizə olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 01 avqust 2025-ci il tarixdə azad edilməklə, ümumilikdə 02 gün müddətinə tutulmuşdur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə onun cəzasını ağırlaşdıran hal mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərək qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs 2011-ci və 2015-ci il tarixlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmiş və ona azadlıqdan məhrum etmə cəzası təyin olmasına baxmayaraq məhkumluğu ödənildikdən sonra yenidən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün 0,02 qram metadon xeyli miqdar, 1,6 qram və daha çox külli miqdar, 160 qram və daha çox xüsusilə külli miqdar hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi miqdarı 0,28 qram təşkil edən 7 ədəd (bir həb 0,04 qram metadon olmaqla) metadon tərkibli narkotik vasitənin miqdarı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün nəzərdə tutulan 0,02 qramdan təxminən 14 dəfə çoxdur. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olur ki, əvvəl Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları onun islah olunması ilə nəticələnməmişdir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzasının təyin edilməsi cəzanın məqsədinə xidmət edə bilməz. Ona görədə məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, təqsirkarın şəxsiyyətini habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən, onun tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,20 qram təşkil edən, üzərlərində “F/M40” yazısı həkk olunmuş 5 ədəd “Methadone 40” əmtəə göstəricisi olan dərman həblər, 3 ədəd içərisi boş şüşə flakon,1 ədəd tibbi şpris məhv edilməli, 1 ədəd “İnfinix” markalı mobil telefon ailə üzvlərinə qaytarılmalı, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 ( yüz on dörd) manat məbləğdə pul ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 12 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,20 qram təşkil edən, üzərlərində “F/M40” yazısı həkk olunmuş 5 ədəd “Methadone 40” əmtəə göstəricisi olan dərman həblər, 3 ədəd içərisi boş şüşə flakon, 1 ədəd tibbi şpris məhv edilsin. İş üzrə maddi sübut olan, 1 ədəd “İnfinix” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu (həbsdə olan şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-75/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-75/2025
12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver