Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-76/2024 07.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 10 avqust 2004-cü il tarixdə Azərbaycan Respublikasının Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsilsiz, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ümumvətəndaş pasportunun olmaması səbəbi ilə qohumlarını ziyarət etmək, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair və digər şəxsiyyətini təsdiq edən sənədlərini təkrar əldə etmək məqsədilə 11 avqust 2024-cü il tarixdə, saat 08 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonunun İkinci Şıxlı kəndində yerləşən 1-ci sərhəd zastavasının 7-ci sahəsindən piyada hərəkət etməklə qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş, 11 avqust 2024-cü il tarixdə, saat 08:58 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, Azərbaycan Respublikası istiqamətində olmaqla mühəndis-texniki çəpərindən və dövlət sərhəd xəttindən 470 metr məsafədə saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, əri X1 Marneuli şəhərində yaşamışlar, bir azyaşlı uşağı var. Hazırda əri Gürcüstanda azadlıqdan məhrum etmə növündə cəza çəkir. Ümumvətəndaşlıq pasportunu, doğum haqqında şəhadətnaməsini və digər şəxsiyyətini təsdiq edən sənədləri itirdiyindən həmin sənədləri təkrar əldə etmək, o cümlədən qohumlarını ziyarət etmək məqsədilə Azərbaycan Respublikasına gəlmək qərarına gəlmiş, eyni zamanda sənədlərinin olmaması səbəbilə dövlət sərhədindən qanunsuz yolla hərəkət etməklə Gürcüstandan Azərbaycan Respublikasına keçmək istəmişdir. 11 avqust 2024-cü il tarixdə saat 08 radələrində heç kimin görmədiyinə əmin olduqdan sonra 2010-cu il təvəllüdlü xalası qızı Dilan Məmmədova ilə birlikdə Gürcüstandan Azərbaycan Respublikası ərazisinə keçmişlər. Qazax rayonu, İkinci Şıxlı kəndi yaxınlığında sərhədçilər onları saxlamışlar. Əməlindən peşmandır, himayəsində azyaşlı qızı var, qızına Gürcüstanda ərinin anası baxır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 avqust 2024-cü il tarixdə saat 08:38-də sərhəd komanedantlığının komendantının əməliyyat işləri üzrə müavini tərəfindən 1-ci sərhəd zastavasının sağ cinahından 7-ci sahəsindən Gürcüstan istiqamətindən Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulacağı ilə bağlı şübhə olması barədə əməliyyat məlumatı daxil olmuş, həin tarixdə, saat 08:40 radələrində növbətçi operator xidmətinə təyin edilmiş əsgər Şahid3 tərəfindən ona məruzə edilmişdir ki, 1-ci sərhəd zastavasının 7ci sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində 2 nəfər naməlum şəxs hərəkət etməkdədir. Belə ki, müşahidə kameraları vasitəsilə həmin şəxslərin mühəndistexniki çəpəri və dövlət sərhəd xəttini keçib, təxminən 390 metr Azərbaycan Respubliaksı istiqamətində irəliləməkləri müşahidə edilmişdir. Sərhəd zastavasını “Silaha!” komandasına qaldıraraq həyacan qrupu ilə birlikdə 7-ci sahə istiqamətində hərəkət etmiş, 7-ci sahəyə çatanda 2 nəfər naməlum şəxsin Gürcüstan istiqamətindən Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozaraq hərəkət etdiyini görmüşlər. Həmin şəxslər Azərbaycan Respublikası istiqamətində mühəndis-texniki çəpərindən və dövlət sərhəd xəttindən təxminən 470 metr məsafədə saxlanılmış, sonradan onlarının Təqsirləndirilən şəxs və yetkinlik yaşına çatmamış X3 olması məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş DSX “Qazax” X2 komandiri v.m.i.e., polkovnik Muxtar Həmzəyevin 11 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 11 avqust 2024-cü il tarixdə, saat 08:58 radələrində Azərbaycan Respublikasının vətəndaşı, 10 avqust 2004-cü il tarixdə Ağstafa rayonunda doğulmuş Təqsirləndirilən şəxs “Qazax” X2 1-ci sərhəd komendantlığının 1-ci sərhəd zastavasının xidməti ərazisindən, Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qanunsuz olaraq dövlət sərhədini keçdiyini üçün saxlanılmışdır. Cinayət işinin materiallarında olan görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə 01 gün tutulmuşdur. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il təvəllüdlü Məriyəm adlı qızı var. Cinayət işinin materiallarında olan “Sübitların qiymətləndirilməsi haqqında” 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X3 cinayətin iştirakçısı kimi qiymətləndirilmədiyi üçün ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur, o, qeyd olunan maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində azyşalı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə işin hallarını nəzərə alaraq təqsirləndirilən şəxsə cərimə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun tutulduğu 01 gün müddət nəzərə alınaraq təyin olunmuş cərimə cəzası yüngülləşdirilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü madəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilib 1300 (bir min üç yüz) manata endirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-76/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-76/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver