Məhkəmə qərarları › İş №1(023)-78/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-78/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-78/2023 01.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Qazax rayonu, Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Qazax rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, 18 may 2023-cü il tarixdə saat 17 radələrində Qazax rayonu, Bala Cəfərli-Cəfərli kəndlərinin ərazisində yerləşən Ağstafa çay su anbarının Qazax rayonu, Cəfərli kənd sahili hissəsində dayanaraq həmin vaxt orada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin 15 may 2023-cü il tarixli 000134 nömrəli sərəncamına əsasən, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi haqqında” Əsasnamə ilə üzərinə bioloji müxtəlifliyin, heyvanlar aləminin, o cümlədən balıq və digər su bioresurslarının, su hövzələrinin, həmçinin göllərin, çayların mühafizəsi, bərpası və səmərəli istifadəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirməklə bağlı olan ətraf mühitin mühafizəsi və təbii ehtiyatların monitorinqinin həyata keçirilməsində iştirak etmək, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və ətraf mühitin komponentləri üzrə davamlı monitorinqi həyata keçirmək, təbii sərvətlərin mühafizəsi, səmərəli istifadəsi, bərpası və bioloji müxtəlifliyin qorunub saxlanması istiqamətində monitorinqlər aparmaq vəzifələri qoyulmuş və həmin vəzifələrinin icrası ilə əlaqədar Ağstafa çay su anbarında rezin qayıqda qanunsuz balıq ovuna qarşı mübarizədə balıq ovları üçün nəzərdə tutulmuş sintetik saplı torları həmin su hövzəsindən yığaraq yararsız hala salmaqla reyd keçirib xidməti vəzifələrini yerinə yetirən həmin idarənin Su hövzələrində bioloji resurslara nəzarət qrupunun baş mütəxəssisi Zərərçəkmiş şəxs1 və həmin idarənin məsləhətçisi Zərərçəkmiş şəxs2 oglunun atası Şahid3 məxsus sintetik saplı torları yığmasına etiraz əlaməti olaraq üzərində olduqları rezin qayıq istiqamətinə təxminən 150 metr məsafədən Qazax RPŞ-nin silah-sursat anbarında qeydiyyatda olmayan, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, ”3К” modelli, “5003Б” №li, xarici çaxmaqlı təklüləli yivsiz odlu ov tüfəngi ilə 03 dəfə atəş açaraq Zərərçəkmiş şəxs1 atəş nəticəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, yüngül zərərvurmaya aid edilən qarının ön divarının iri həcmli, dərialtı hematoması xəsarətləri ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə ona və Zərərçəkmiş şəxs2 hakimiyyət nümayəndəsi kimi xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ailə üzvləri işsizlikdən evlərinin yaxınlığında yerləşən Ağstafa su anbarında tor ataraq balıq ovu ilə məşğul olmuşdur onların satışını həyata keçirirlər. 17 may 2023-cü il tarixdə, saat 20 radələrində atası Şahid3 ilə birlikdə Ağstafa su anbarına Qazax rayonu, Cəfərli kəndi sahili ilə özlərinə məxsus olan qayıqla daxil olaraq suya balıq toru yerləşdirmişlər, növbəti gün saat 08 radələrində yuxudan durub quzuları otarmağa aparmış və saat 11 radələrində evə qayıtmış, evdə olan zaman evin bəzi təmir işləri ilə məşğul olmuş, həmin vaxt anası Gülbəniz və atası Namiq də evdə olmuşlar, daha sonra atası Namiq və anası Gülbənizlə birlikdə yemək yeyib ev işləri məşğul olmuşlar. Yaşadığı ev göldən xeyli hündürlükdə yerləşdiyi üçün oradan gölün ətrafında olanları görmək olur. Həmin gün saat 17 radələrində evdən gölün ətrafına baxan zaman 2 saylı Regional Ekologiya İdarəsinin əməkdaşlarının qırmızı rəngli Niva markalı avtomobillə gölün sahilinə doğru gəldiyini görmüş, onlar avtomobillərini saxlayıb özləri ilə gətirdikləri rezin qayığı hava nasosu ilə doldurub həmin qayıqla göldə hərəkət etməyə başlamış, bu zaman o, həmin şəxslərdən yalnız Zərərçəkmiş şəxs1 tanımış, elə bununla bağlı atası Namiqə və anası Gülbənizə məlumat verib 2 saylı Regional Ekologiya İdarəsinin əməkdaşlarının, eyni zamanda Zərərçəkmiş şəxs1 gəldiyini və balıq torlarını yığdığını söyləmiş, bu zaman atası Namiqlə anası Gülbəniz onlara məxsus olan Vaz 2106 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Yaşarın yanına getmək istəmişlər, həmin vaxt o, valideynləri ilə birlikdə getmək istəsə də valideynləri ona icazə verməmişlər, o da torların yığılmasına əsəbləşib evdən babası Təqsirləndirilən şəxs onlara yadigar qalmış təklüləli ov tüfəngini və 03 ədəd patronu götürüb Ağstafa su anbarının Cəfərli kənd tərəfindən sahilinə enmiş, sahilə endikdən sonra Zərərçəkmiş şəxs1 qışqırıb səsləsə də Yaşar onun səsinə cavab verməmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 ondan təxminən 200 metr uzaqlıqda su anbarının içərisində qayıqla balıq toru yığırmış, bu zaman o, Yaşarı qorxutmaq məqsədiylə üzərində olan tək lüləli, ov tüfəngini göyə doğru tuşlayıb bir dəfə atəş açmış, həmin vaxt onun əynində hərbi formalı gödəkçə olmuşdur. Atəşdən sonra Zərərçəkmiş şəxs1 və yanında olan tanımadığı şəxs ona tərəf baxıb qışqıraraq ünvanına nalayiq sözlər işlədib balıq toru yığmağa davam etmişlər, o isə onların balıq toru yığmağa davam etdiklərini görüb yerini dəyişərək əlində olan tüfəngi onlara doğru yenidən tuşlayıb bir dəfə də atəş açmış, həmin vaxt məsafə uzaq olduğundan onlara açdığı atəşdən çıxan qırmalar tam şəkildə onlara çatmamış, onların göldən çıxmadıqlarını görüb yenidən onlara doğru 3-cü dəfə atəş açmış, üçüncü atəşdən sonra onlar rezin qayığı sürətlə hərəkətə gətirib su anbarının Bala Cəfərli sahilinə doğru yön almış, onların çıxmaq istədiyini gördükdə o, sürətli addımlarla oradan uzaqlaşmağa başlamış, bu zaman onu əlində ov tüfəngi ilə həmkəndlisi Şahid1 görmüş, o isə Şahid1 görsə də onu görməməkdən gəlmiş, evə gedib atəş açdığı ov tüfəngini yaşadığı evin bağında gizlədib gölün qırağından atını minib anası Gülbənizlə, atası Namiqin yanına getmiş, onların yanına çatan zaman Zərərçəkmiş şəxs1 və digər ekologiya idarəsinin işçisinin və polis əməkdaşlarının anası və atasının yanında olduğunu görmüş, daha sonra anası Gülbənizlə və atası Namiq polis əməkdaşları ilə birlikdə Qazax rayon Polis şöbəsinə getmiş, o isə yaşadığı evə qayıtmış, axşam valideynlərinə Zərərçəkmiş şəxs1 ov tüfəngindən atəş açmağı barədə məlumat vermiş, növbəti gün, yəni 19 may 2023-cü il tarixdə saat 13 radələrində atəş açdığı ov tüfəngini aparıb qonşusu Xanlar Heydərovun arvadı Dilqəndə verərək saxlamağını söyləmiş, Dilqənd silahı götürmüşdür. Hadisə vaxtı atəş açmaqda məqsədi Zərərçəkmiş şəxs1 qorxudaraq balıq torlarının yığılmasının qarşısını almaq olmuş, Zərərçəkmiş şəxs1 olduğu rezin qayığa atəş açan zaman yanında heç kəs olmamış, hadisəni törədən zaman niyyəti Ekologiya idarəsinin əməkdaşlarını qorxutmaq olmuş, atəş açdığı yerdən onlara qədər məsafə uzaq olduğundan həmin atəşin Yaşar və yanında olan digər şəxsə təhlükə törətməyəcəyini bilmişdir. Əməlindən peşmandır, talasemiya xəstəliyindən əziyyət çəkir, zərərçəkmiş şəxslərdən üzrxahlıq edərək onlara dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslər onunla barışmışlar. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1997-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində əmək fəaliyyətinə başlamış, müxtəlif vəzifələrdə işlədikdən sonra 2019-cu ilin mart ayından həmin Nazirliyin 2 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin baş mütəxəssisi vəzifəsində işləyir, idarələri xidməti ərazi olaraq Tovuz, Şəmkir, Qazax, Ağstafa və Gədəbəy rayonlarını əhatə edir, vəzifə səlahiyyətlərinə həmin rayonların ərazisində baş verən ekoloji hüquqpozma faktları barədə məlumat aldıqda hadisə yerinə gedib hüquqpozmanı aşkar etməklə onu sənədləşdirmək, qanunsuz ov və balıq ovu ilə məşğul olanları ifşa edib inzibati tədbir görməkdir, vəzifə bölgüsünə əsasən o qanunsuz balıq ovu edənləri ifşa edərək məsuliyyətə cəlb edir, ondan başqa bu işə Şahid2, Elçin Rüstəmov və Elmar Əliyev də cəlb edilmişlər. Belə ki, onlar qeyd etdiyi rayonların ərazisində qrup şəkilində fəaliyyət göstərirlər, zərurət olduqda idarə rəhbərinin sərəncamı ilə idarənin digər əməkdaşları da onlarla birgə əraziyə gedir, qanunsuz ov və balıq ovu ilə məşğul olanların ifşasında polis əməkdaşları da onlara köməklik edirlər, onlar su polisinin əməkdaşı Kahı Qocayev və Qazax RPŞ-nin PPXB-nin əməkdaşı Aqil Süleymanovla birlikdə əraziyə çıxırlar, hüquqpozma barədə məlumat aldıqda onu törədən şəxslər barəsində polisə məlumat verirlər və polis əməkdaşları həmin şəxsləri inzibati protokol yazılması üçün onlara təqdim edirlər, baş vermiş hadisə barədə 18 may 2023-cü il tarixdə saat 09 radələrində idarənin rəisi Yaşar Müstafayev ona zəng vuraraq Ağstafa su anbarında qanunsuz balıq ovu halları barədə məlumat daxil olduğunu bildirmiş və qrup əməkdaşları ilə birgə həmin əraziyə gedib sintetik torları oradan çıxarmağını tapşırmış, həmin gün o, Zərərçəkmiş şəxs2 və Şahid2la birgə “Niva” markalı avtomobili ilə yola düşmüşlər və saat 16 radələrində Qazax rayonunun Bala Cəfərli və Cəfərli kəndləri ərazisində yerləşən Ağstafa su anbarına çatmışlar, onlar əraziyə gəldikdə həmin gölün ətrafında özünü Qazax rayonu Xanlıqlar kənd sakini Zaur kimi təqdim edən şəxs olmuş, Zaur ona idarə rəisi Yaşar Mustafayevə su anbarı ərazisində qanunsuz balıq ovu təşkil edildiyi barədə məlumat verdiyini deyib əli ilə gölün ortasını göstərərək orada balıq tutmaq üçün nəzərdə tutulmuş sintetik saplı torlar olduğunu bildirmiş, həmin vaxt Zaurun yaxınlığında 4-5 nəfər şəxs olsa da onların heç birini tanımamış, daha sonra avtomobilində olan hava ilə doldurulan rezin qayığı çıxartmış və ayaq nasosu ilə qayığı doldurmuş, qayıq tam dolandan sonra onu suya buraxmış və Cəbi ilə birlikdə qayığa minmişlər, Seyhun isə sahildə qalmış, onlar qayıqla gölün orta hissəsinə yaxınlaşmış və orada uzunluğu 70 metr, gözlərinin ölçüsü isə 45 sm olan 2 ədəd tor aşkar edib torları sahilə çıxartmışlar, torlar sintetik olduğundan mövcud təlimata əsasən onları sahildə bıçaqla doğrayaraq yararsız hala salmış, həmin vaxt sahilə 2-si su anbarının mühafizə polisinin əməkdaşı, 3-ü isə Qazax RPŞ PPX-nın polis nəfəri olmaqla ümumilikdə 5 nəfər polis əməkdaşı gəlmiş, onlardan ancaq Ramini tanımış, onlar yaxınlaşıb nə baş verdiyini soruşanda onlara qanunsuz sintetik tor aşkar etdiyini demiş və onlar birlikdə həmin torları yararsız hala salmış, ərazini tərk etməyə hazırlaşdıqları vaxt Fərqan adlı şəxs ona zəng vuraraq su anbarının yuxarı hövzəsində də qanunsuz torlar olduğunu bildirmiş, məlumat əsasında Cəbi ilə birlikdə Fərqanın dediyi yerə getmiş, həmin yerə çatanda o, yenidən rezin qayığı hava ilə doldurub suya buraxmış, onlar qayıqla suya düşdükdə həqiqətən də orada sintetik torlar olmasını aşkar etmişlər və onları qayığa yığmağa başlamışlar, həmin yer də Bala Cəfərli ilə Cəfərli kəndlərinin arasında olan ərazidə yerləşir. Təxminən 10 dəqiqə sonra Cəfərli kənd sakini Namiq və bir nəfər qadın gəlmiş, sonradan qadının Namiqin arvadı olmasını bilmiş, Namiq və arvadı torları yığışdırdığı üçün ona narazılıq etmişlər, ancaq aralarında hər hansı dava-dalaş olmamışdır. O, idarə rəisi Yaşar Mustafayevə zəng vurub hadisə barədə məlumat vermiş və polis əməkdaşlarına məlumat verməsini xahiş etmiş, bir neçə dəqiq sonra Yaşar Mustafayev ona zəng vurub polis əməkdaşlarının tezliklə həmin əraziyə gələcəklərini bildirmiş, eyni zamanda o da Qazax RPŞ-nin PPXB-nin əməkdaşı Aqil Süleymanova zəng vurmuş və polis əməkdaşlarını həmin əraziyə göndərməsini xahiş etmiş, həmin gün, saat 17 radələrində atəş səsi eşitmiş və qarnına nəyinsə dəydiyini hiss etmiş və silahdan atəş açıldığını başa düşmüş, qarnına baxıb dərinin zədələndiyini görmüş və bu barədə Cəbiyə məlumat vemriş, əvvəlcə inanmasa da sonradan qarnının göyərdiyini müşahidə etmiş, təxminən 2 dəqiqə sonra ikinci atəş açılmış və hər ikisi atəş səsi gələn tərəfə çevrilmişlər, həmin yerə baxanda atəş açan şəxsin Cəfərli kəndi istiqamətində dayandığını, görmüş, atəş açan şəxsin əynində hərbi büşlat, əlində isə ov tüfəngi olmuş, onlardan torları yığmamamağı tələb etmiş, şəxs ümumilikdə onlara tərəf ov tüfəngindən cəmi üç dəfə atəş açmiş, güllələrdən biri dəymiş, digər biri isə rezin qayığa dəyib deşmiş, qayığın havasının boşaldığını görüb yığdığı torları yenidən suya atmışlar və suda batmamaq üçün çətinliklə də olsa sahilə çıxmışlar. Bu vaxt sahilə 3 nəfər polis əməkdaşı gəlmiş, həmçinin, Namiq və arvadı da orada olmuşlar. Sonradan bilmişdir ki, ona atəş açan şəxs Namiqin oğlu Fərmandır. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışdır, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 18 may 2023-cü il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən Qazax rayonu, Cəfərli kəndi ərazisində yerləşən Ağstafa çay su anbarında qanunsuz balıq ovu və sintetik torların yığılması ilə əlaqədar həmin ərazidə reyd keçirməkləri barədə onlara tapşırıq verilmiş, 18 may 2023-cü il tarixdə saat 15 radələrində o, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları Zərərçəkmiş şəxs1 və Şahid2la birlikdə Qazax rayonu, Su-15 adlanan dairədə görüşərək onlarla birlikdə “Ağstafa çay” su anbarına yollanmış, ora çatıb su anbarının aşağı axarında özləri ilə birlikdə gətirdikləri rezin qayığı nasos ilə dolduraraq suya buraxmışlar, bundan sonra Zərərçəkmiş şəxs1 adını bilmədiyi Qazax rayonu, Xanlıqlar kənd sakini Zaur ilə birlikdə həmin qayığa əyləşərək hərəkətə başlamışlar, Seyhun müəllim ilə o avtomobilin yanında qalaraq onları gözləmiş, Zərərçəkmiş şəxs1 həmin adını bilmədiyi şəxslə birlikdə su anbarının aşağı tərəfindən ortasına doğru irəliləyərək su anbarının ortasından təxminən 70 metr uzunluğunda, 45mmx45mm gözlü 02 ədəd sintetik toru qayığa yığaraq sahilə çıxmış, sahilə çıxdıqdan sonra tor zərərsizləşdirilib video görüntüsü çəkilərək müvafiq akt tərtib edilmiş, daha sonra Zərərçəkmiş şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi qırmızı rəngli Niva avtomobilinə əyləşərək suyun yuxarı tərəfinə gedib həmin gün saat 17 radələrində onunla birlikdə rezin qayığı doldurub yenidən su anbarının yuxarı tərəfində hərəkətə başlamış, gölün ortasına çatıb tor olduğunu gördükdə onu yığmağa başlamış, bu zaman Zərərçəkmiş şəxs1 əvvəldən balıq ovu ilə məşğul olan şəxs kimi tanıdığı Namiq və arvadının Qazax rayonu, Bala Cəfərli kəndi tərəfindən Ağstafa su anbarının sahilinə gəldiyini görmüş, Namiq və arvadı sahilə doğru gəlib torları topladıqları üçün onlara narazılıq etmişlər, Zərərçəkmiş şəxs1 bu barədə idarə rəisləri Yaşar Mustafayevə məlumat vermiş, polis əməkdaşlarını ora göndərməsini söyləmiş, bu zəngdən təxminən 1-2 dəqiqə sonra atəş səsi eşitmiş, Zərərçəkmiş şəxs1 vurulduğunu bildirmiş, o isə Zərərçəkmiş şəxs1 sözünə inanmayıb Ağstafa su anbarının Böyük Cəfərli kəndi istiqamətində yerləşən sahilinə doğru baxmış, bu zaman hərbi formalı gödəkçə geyinmiş bir nəfər şəxsin onlardan təxminən 150-200 metr aralıda əlində tüfəng sahildəki təpədə olduğunu görmüş, daha sonra həmin şəxs sahilə tərəf qaçaraq yaxınlaşıb tüfəngi onlara doğru tuşlayıb yenidən atəş açmış, həmin vaxt rezin qayığın cırılaraq boşaldığını görmüş, Zərərçəkmiş şəxs1 isə olanları görüb rezin qayığı hərəkət etdirmək istəmiş, Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonu ona uzadaraq Qazax rayon Polis Şöbəsinin əməkdaşı Aqilə zəng edib hadisə barədə məlumat verməyini, polis əməkdaşlarını ora çağırmağını söyləmiş, o isə bu barədə Aqil adlı polis əməkdaşına məlumat verdikdə sonuncu hadisə yerinə polis əməkdaşları göndərdiyini və özünün də ora gəldiyini söyləmiş, bu vaxtı yenidən üçüncü dəfə atəş səsi eşitmiş, lakin üçüncü atəş nəticəsində onlara və qayığa heç bir zərər dəyməmiş, bu zaman Zərərçəkmiş şəxs1 ağır olmasın deyə yığdıqları torları suya tökmüş və onlar sahilə çıxartmış, Aqil adlı polislə birlikdə adlarını bilmədiyi digər polis əməkdaşlarının orada olduğunu görmüş, Zərərçəkmiş şəxs1 Aqilə yaxınlaşaraq olanları bildirmişdir. Sonradan onlara tərəf atəş çaan şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmişdir, təqsirləndirilən şəxsdən şikayətçi deyil, onunla barışmışdır, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 18 may 2023-cü il tarixdə o özünə yeni inşa etdiyi, Qazax rayonu Bala Cəfərli-Cəfərli kəndi ərazisində olan Ağstafa su anbarının sahilində yerləşən yarımtikili yaşayış evində olmuş, həmin vaxt orada ev işləri ilə məşğul olurmuş, təxminən saat 17 radələrində evdə olan zaman 2 dəfə, təxminən 1 dəqiqə fasilə ilə atəş səsi eşitmiş, bununla əlaqədar yaşayış evindən çıxıb Ağstafa su anbarının sahilinə doğru hərəkət etmiş, onun yeni inşa etdirdiyi yarımtikili yaşayış evi həmin su anbarından təxminən 5-6 metr hündürlükdə yerləşməklə həmin anbarın sahilindən təxminən 70 metr kənarda yerləşir, həmin vaxt o yarımtikilidən kənara çıxmış və həmkəndlisi Təqsirləndirilən şəxs əlində təklüləli ov tüfəngi olduğunu görmüş, həmin vaxt Təqsirləndirilən şəxs Ağstafa su anbarının sahili ilə tələsik şəkildə hərəkət edirmiş, onun hərəkətlərindən və əlində ov tüfəngindən atəşin məhz onun tərəfindən açıldığını yəqin etmiş, bundan başqa orada Təqsirləndirilən şəxs başqa əli tüfəngli heç bir şəxs olmamış, Ağstafa su anbarında bir ədəd qayığın olduğunu, onun içərisində 2 nəfər şəxsin hərəkət edərək sahilə doğru istiqamətləndiyini görmüş, daha sonra həmin ərazidə diqqət çəkən heç bir şey olmadığı üçün yenidən yeni inşa etdiyi yarımtikiliyə qayıtmış, Fərmanın isə hara getdiyini bilməmiş, bir qədər sonra isə yarımtikilini tərk edərək yaşadığı evə geri qayıtmışdır. Gördüyü vaxt Fərmanın əynində hərbi formalı şalvar olduğunu xatırlayır, üst geyimi yadında deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2020-ci ildən etibarən "xxxx" MMC-də fəhlə vəzifəsində işləyir, Qazax rayonu, Cəfərli kənd sakini Təqsirləndirilən şəxs onun oğludur, Fərman Cəfərli kəndində onlarla birlikdə yaşayır və qanında dəmir çatışmazlığından əziyyət çəkir, buna görə də hərbi xidmətdə olmamış, rəsmi olaraq heç bir yerdə işləmir, Fərman adətən kənd təsərrüfatı işi ilə, heyvandarlıqla məşğul olur, 17 may 2023-cü il tarixdə oğlu Fərman ilə birlikdə axşam saatlarında, hava qaralan vaxtı Ağstafa su anbarının Böyük Cəfərli ərazisində balıq tutmaq üçün suya təxmini 90 metr uzunluğunda balıq ovu üçün nəzərdə tutulmuş sintetik tor yerləşdirmiş ki, səhərsi gün həmin torları çıxardar, səhərsi gün, 18 may 2023-cü il tarixdə saat 09 radələrində evdən çıxaraq işə getmiş, təxmini günorta saat 5 radələrində yoldaşı Şahid4 zəng edərək, Yaşar adlı şəxsin qayıqla su anbarında balıq ovu üçün yerləşdirilmiş sintetik torları yığdığını eşitdiyini bildirmiş, o isə Gülbənizə iş vaxtının yekunlaşdığını və işdən çıxıb evə gələciyini bildirmiş, bundan sonra dərhal özünə məxsus VAZ 2106 markalı avtomobilinə əyləşərək yaşadığı evə yollanmış, evə gələn vaxt həyətdən Yaşarın oğlu Fərmanla su anbarına yerləşdirdikləri torları yığdığını görmüş, Bala Cəfərli istiqamətində Yaşara məxsus suyun 2 metr kənarında saxladığı qırmızı rəngli Niva markalı avtomobilin yanına getmək və Yaşarı orada gözləmək, su anbarından çıxan zaman bu barədə danışmaq qərarına gəlmiş, beləliklə Gülbəniz həmin vaxt ona birdən Yaşarla dalaşar deyə tək getməməyini söyləmiş, oğlu Fərmanın onlarla getməyinə icazə verməmiş, bundan sonra Gülbəniz ilə birlikdə Yaşarın avtomobilinin olduğu istiqamətə, Bala Cəfərli kənd ərazisindəki sahilinə yollanmış, həmin vaxt onlar ora çatandan demək olar ki, dərhal sonra Qazax rayon Polis Şöbəsinin PPX-nın 3 əməkdaşı da Yaşarın avtomobilinin yanına gəlmiş, həmin vaxt onlardan nə üçün gəldiklərini soruşan zaman polis əməkdaşları ona Yaşarın onlara zəng edib olduğu qayıq istiqamətinə atəş açıldığını bildirmiş, Yaşarın qayıqda yanında olan tanımadığı bir şəxs ilə birlikdə su anbarından rezin qayıqla sahilə doğru gəlmiş, sahilə çıxdıqdan sonra Yaşar polis əməkdaşlarına tərəf gedib tanımadığı, əynində hərbi gödəkcə olan şəxs tərəfindən onlara atəş açıldığını bildirib qarın nahiyəsindən xəsarət aldığını demişdir. Yaşardan nə üçün yerləşdirdiyi torları yığdığını soruşmuş, Yaşar isə ona reyd həyata keçirdiyini bildirmiş, həmin vaxt oğlu Fərman da ora gəlmiş, daha sonra Gülbənizin halı pisləşdiyindən yaşadıqları evə getmiş, sonradan Yaşargilə oğlu Fərmanın atasından yadigar qalmış ov tüfəngi ilə atəş açdığını öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ilə oxşar məzmunlu ifadə verərək deyilənləri təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs anası Şahid4 ilə bir yerdə, Cəfərli kənd həkim məntəqəsində işləyir, təxminən 19 may 2023-cü il tarixdə, saat 12 radələrində Fərman Fərman onun evinə gəlmiş, göy torbanın içində bükülmüş vəziyyətdə əşyanı göstərib silah olmasını, saxlamasını demiş, Fərmandan həmin silahı nə ilə bağlı gətirdiyini soruşmuş, Fərman ona ekologiya işçisinə silahla atəş açdığını, evlərində axtarış aparılsa tapa bilməmələrini bildirmiş, əvvəlcə götürmək istəməsə də Fərmanın yalavardığını götürüb razılıq vermiş, göy bükümü evdə dolabın içinə qoymuşdur. Bir neçə gün sonra axşam vaxtı Fərmanın qardaşı Yusifi evə çağırıb silahı ona qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 da eyni məzmunlu ifadə verib yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı regional ekologiya və təbii sərvətlər idarəsindı ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun su hövzələrində bioloji resurslara nəzarət qrupunun məsləhətçi müfəttişi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımır. 18 may 2023-cü il tarixdə Qazax rayonu Bala Cəfərli kəndi ərazisindəki Ağstafa çayı su anbarında balıqların və digər su bioresurslarının mühafizəsinə dövlət nəzarəti istiqamətində reyd keçirmişlər. Reydə başlamazdan əvvəl Yaşar və Cəbi rezin qayığı dolduraraq su hövzəsinə doğru qayıqla hərəkət etmişlər. Məsafə uzaq olduğu üçün onları gözlə dəqiq görə bilməmişdir. Təxminən 45 dəqiqə sonra, saat 17 radələrində Böyük Cəfərli istiqamətində 3 dəfə ardıcıl atəş açıldığını eşitmişdir. Bu zaman Yaşar və Cəbi qayığı sahilə tərəf çıxarmışlar. Qayığın bir tərəfi boşalmışdır. Həmin Yaşarın qarın nahiyəsində qızartılar olduğunu görmüşdür. Lakin Cəbi heç bir xəsarət almamışdır. Daha sonra atəş açan şəxsin Qazax rayon Cəfərli kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx.xx.2023-cü il tarixli 127 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qarının ön divarının iri həcmli, dərialtı hematoması, küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə odlu silahdan atılmış mərminin təsirindən əmələ gəlməsi halı istisna edilmir. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/877 və 3/878 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, ”3К” modelli, “5003Б” №li, xarici çaxmaqlı təklüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Silahın üzərindəki zavod nişanlarında hər hansı dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə dəyişiklik edilməmişdir. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2mm diametrli qırmalar 200m, 3 mm diametrli qırmalar 300m, 4 mm diametrli qırmalar 400m, karteçlər 600 metr məsafəyə, 30- 40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malikdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd tünd boz rəngli qolsuz gödəkçə və təqdim edilmiş bir ədəd rezin qayıt üzərində təyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, gödəkçənin sağ yaxalığının ön aşağı hissəsində və qayığın sağ yan hissəsində olan zədələr giriş zədəsi olmaqla hamarlüləli (yivsiz) odlu ov tüfəngindən açılan bir atəş nəticəsində 2 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş silahın təsiri nəticəsində yetirilməsi mümkündür. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd tünd göy rəngli cins şalvar, bir ədəd tünd göy rəngli uzunqol köynək üzərində odlu silahldan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr və atəşin əlavə faktoru olan yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş silahın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş açılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 388 nömrəli nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bunu cinayət işi materiallan, həmin cinayət işindəki tibbi sənədlər (X1 verilmiş 1179 saylı arayış) verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində onda kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, baş vermiş hadisəyə qarşı tərıqidi münasibət bəsləməsi, keçirilən ekspertizanın nəticəsinə cıktiv maraq göstərməsi, onda vaddaş, təfəkkiir, emosiya, qavrama və intellekt pozuntuları müəyyən olunmaması, törətdiyi əməldən peşiman olduğunu söyləməsi vəs.) sübut edir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair pxixi xəstəlik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdurmu, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş qayığa baxış protokolundan görünür ki, qayığın sol arxa hissəsində olan, qara rəngli ən aşağı zolağın üzərində 1,5 sm uzunluğunda 01 ədəd zədə vardır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş qısaqol gödəkçəyə baxış protokolundan görünür ki, həmin qısaqol gödəkçənin qabaq sağ ön hissəsində 0,5x0,6 sm ölçüdə keçiriciliyi olmayan 01 ədəd zədə vardır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 2 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 2 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə idarəsinin müvafiq sərəncamına əsasən su hövzələrində balıq və digər su bioresurslarına dövlət nəzarəti istiqamətində xidməti ərazilərinə aid olan Qazax rayonu, Bala Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında (Didevangöl) növbəti reyd keçirilmişdir. Reyd zamanı sahibi məlum olmayan, hər birinin uzunluğu 70 metr, eni 2,5 metr, gözünün ölçüləri 45x45 mm olan 2 ədəd, ümumilikdə 140 metr uzunluğunda qadağan olunmuş alət hesab olunan sintetik saplı torlar aşkar edilərək yararsız hala salınması üçün sahilə çıxarılmışdır. Yenidən axtarış aparmaq üçün Ağstafaçay su anbarının sol sahilinə keçərək hövzədə olan yeni sintetik saplı toru idarənin istifadəsinə verilmiş rezin qayığa yığan zaman əməkdaşlara gözlənilmədən naməlum istiqamətdən odlu silahdan 03 dəfə atəş açılmışdır. Atəş nəticəsində rezin qayıq zədə almışdır. Yığdıqları sahibi məlum olmayan tor isə suya qərq olmuşdur. İslanmış halda sahilə çıxarkən Zərərçəkmiş şəxs1 qarın nahiyyəsindən güllə yarası aldığı, Cəbi Məmmədhüseynovun yaralanmadığı məlum olmuşdur. Mövcud hallara dair xx.xx.2023-cü il tarixli 80099 nömrəli akt tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 5003 nömrəli, 16mm kalibrli təklülə ov tüfəngi Qazax RPŞ-də silah-sursat anbarında qeydiyyatda yoxdur. Həmçinin şöbənin tabeçiliyində idarə və ya şöbələrin balansında həmin tüfəng axtarışda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax RPŞ-dən daxil olmuş 03 iyul 2023-cü il tarixli, 378-1311-2023 nömrəli məktubda qeyd olunmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsinin baş mütəxəssisi vəzifəsində çalışan Zərərçəkmiş şəxs1 xəsarət alması ilə bağlı Qazax rayon prokurorluğunda istintaq edilən ********* nömrəli cinayət işi üzrə tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında əvvəllər heç bir mübahisə və ədavətin olmadığı, onlar arasında olan hadisənin sintetik saplı torların Zərərçəkmiş şəxs1 tərəfindən yığılması ilə bağlı baş verdiyi, həmin vaxt Təqsirləndirilən şəxs yanında başqa heç bir şəxsin olmadığı və həmin cinayət hadisəsində digər şəxslərin iştirak etmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 000104 nömrəli 15 may 2023-cü il tarixli sərəncamından görünür ki, həmin idarənin Əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələri həyata keçirmək və bununla bağlı araşdırma aparmaq məqsədilə su hövzələrində bioloji resurslara nəzarət qrupunun əməkdaşları qrup rəhbəri X8, məsləhətçi-müfəttiş Şahid2, baş mütəxəssis Zərərçəkmiş şəxs1 xidməti ərazidə 7 gün müddətinə reyd keçirmək, aparılmış araşdırma nəticəsində vəzifə səlahiyyətlərinə uyğun olaraq müvafiq tədbirlər görmək, sənədləşmə işləri aparmaq və görülmüş işlər barədə rəhbərliyə arayış (xidməti məruzə) təqdim etmək tapşırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax rayon Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli 1179 saylı məktubdan görünür ki, Qazax rayonu, Cəfərli kənd sakini Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax RİHB-nın Cəfərli Kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 23 may 2023-cü il tarixli, 5-58-9- 12-21/2-166/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Cəfərli kəndində qeydiyyatdadır. Atası Şahid3, anası X4, qardaşı Şahid5, bacısı X5 tərkibdə ailə üzvləri var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 28 gün müddətinə, yəni 22 avqust 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 may 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Qazax Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarı ilə seçilmiş 02 ay 28 gün müddətə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 26 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128, 29,120, 221.3 və 228.1-ci maddələri ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən rədd edilmiş, onun və atası Şahid3 barələrində CM-nin 256.3 və 29,256.3-cü maddələri ilə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, 18 may 2023-cü il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş tünd boz rəngli qısaqol gödəkçə, tünd göy rəngli uzunqol köynək, tünd göy rəngli şalvar, hadisənin baş verdiyi rezin qayıq maddi sübut kimi tanınmış və Qazax rayon prokurorluğunun saxlancına verilmiş, həmçinin cinayətin aləti olan 01 ədəd ”3К” modelli, “5003Б” №li yivsiz ov tüfəngi də maddi sübut kimi tanınmış və Qazax rayon Polis şöbəsinin saxlancına verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı Şahid5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 149 saylı müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs talasemiya xəstəliyindən əziyyət çəkir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslərdən üzrxahlıq edərək dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışmalarını və ondan heç bir şikayət və tələblərinin olmamasını, qardaşı Şahid5 İkinci Qarabağ Müharibəsi iştirakçısı, həmçinin müharibə veteranı olmaqla “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, özünün talasemiya xəstəliyindən əziyyət çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzadan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzadan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 05 ay 09 gün müddət təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan Qazax rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus tünd boz rəngli qısaqol gödəkçə, tünd göy rəngli uzunqol köynək, tünd göy rəngli şalvar sahibi Y. Məmmədova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məxsus 01 ədəd rezin qayıq isə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə qaytarılmalı, Qazax rayon Polis Şöbəsində saxlanılan 01 ədəd ”3К” modelli, “5003Б” №li yivsiz ov tüfəngi müsadirə edilərək Daxili İşlər Nazirliyinə təhvil verilməli, məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı və ev dustaqlığında oluğu 05 (beş) ay 09 (doqquz) gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) ay 18 (on səkkiz) gün çıxılaraq onun üzərində 01 (bir) il 01 (bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Qazax rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus tünd boz rəngli qısaqol gödəkçə, tünd göy rəngli uzunqol köynək, tünd göy rəngli şalvar sahibi Zərərçəkmiş şəxs1, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məxsus 01 ədəd rezin qayıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə qaytarılsın, Qazax Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd ”3К” modelli, “5003Б” №li yivsiz ov tüfəngi müsadirə edilərək Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə Məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar