Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-79/2024 20.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim sədrliyi, məhkəmə iclas katibi katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdə saat 21:23-də Qazax şəhəri H. Əliyev prospektində yerləşən “Murad” adlı marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə aparatı vasitəsilə tanışı X3 təqdim etdiyi "xxxx" ASC-yə məxsus M***** E***** A***** adlı şəxsin adına olan, 416973******0917 nömrəli kart hesabına narkotik vasitə və ya psixotrop maddə əldə etmək məqsədi ilə 20 (iyirmi) manat miqdarında pul ödədikdən sonra, həmin tarixdə saat 21 radələrində Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən 11 nömrəli binanın giriş dəhlizində X1 məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,184 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 06 yanvar 2024-cü il tarixdə saat 14:00 dəqiqədə ünvan 2 ünvanda yerləşən “Anar” adlanan marketin yaxınlığında saxlanılaraq Qazax şəhəri H. Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən Qazax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 15:10-dan saat 16:10-dək olan müddət ərzində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,184 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Qazax şəhər sakini X5 əvvəlcədən tanıyır. Belə ki, Maral bir neçə il müddətində onun qonşusu Vüsalla evli olmuş və onların küçəsində yaşamış, sonra Vüsaldan boşanmış, Qazax şəhəri, N.Nərimanov yaşayış massivində, “Su- 15” adlanan ərazidə yaşamağa başlamışdır. Maralın narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə etmişdir. 05 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Qazax şəhəri, Ə. Şıxlinski küçəsində yerləşən “Beko” mağazasının qarşısında dayanan zaman Marala məxsus olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək öz şəxsi istifadəsi üçün narkotik vasitəyə ehtiyacının olduğunu bildirmiş və onda narkotik vasitə olubolmadığını soruşmuş, Maral heroin olmasını bildirmiş, Maralla sonuncunun ona heroin satması barədə razılığa gəlmişlər. Maral əvvəlcə bank kart hesabına 20 manat köçürməli olduğunu demiş, o, Maral ona adi mesajla kartın nömrəsini yazıb göndərmiş, o, Qazax şəhərindəki “Dörd yol” dairəsində yerləşən “Murad” adlanan marketə getmiş, orada olan “MilliÖN” ödəmə terminalı vasitəsilə Maralın kart hesabına 20 manat pul yükləmiş, Marala zəng edərək pulu karta yükləməsi barədə məlumat vermişdir. Maral yaşadığı Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən ikimərtəbəli binanın qarşısına gəlməsini istəmiş, o, Maralın yaşadığı ünvanın qarşısına getmiş, Maralın evinin yerləşdiyi blokun içərisində onu gözlədiyini görmüş, bloka daxil olmuş və Maral əlindəki 01 ədəd gümüşü rəngli kağız bükümü ona təqdim etmiş, o, qeyd olunan bükümü daha sonra istifadə etmək məqsədi ilə əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibinə qoymuş və çıxıb getmişdir. 06 yanvar 2024-cü il tarixdə saat 14 radələrində həmişə olduğu kimi ünvan 7 ünvanında yerləşən “Anar” adlanan marketin yaxınlığında dayanıb sərnişin gözləyən zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini Qazax rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu ona izah etmişlər və birlikdə polis şöbəsinə getməli olduqlarını bildirmişlər. O da hər hansı etiraz etməmiş, polis əməkdaşlarıyla birlikdə Qazax RPŞ-nə getmişdir. Orada müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə polis əməkdaşları ona üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etmiş, o da əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş, içərisində heroin olmasını və Maralda 20 manata almasını bildirmiş, həmçinin Marala göndərmiş olduğu 20 manatın qəbzini də təqdim etmişdir. Qeyd olunan kağız bükülüsü açılıb içərisinə baxılmış, çəkilib götürülmüş, sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunsuz əşya tapılmamışdır. Əməlindən peşmandır, gələcəkdə bir daha qanunsuz əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Nizami oğlu ifadəsində göstərmişdir ki, Qazax RPŞ CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. 06 yanvar 2024-cü il tarixdə ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi, üzərində saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş, o, raportla rayon polis şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. O, iş yoldaşları Qərib Musayev və Şahid2 ilə birlikdə 06 yanvar 2024-cü il tarixdə saat 14:00-da Təqsirləndirilən şəxs Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən “Anar” marketin yaxınlığında saxlamış, ona özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, istifadə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmiş, onu Qazax RPŞnə dəvət etmişlər, Eyvaz razılaşaraq onlarla birlikdə Qazax RPŞ-nə getmişdir. Qazax RPŞdə Eyvaz müdafiəçi ilə təmin edilmiş, üzərində şəxsi axtarış aparılmış, bu zaman videoçəkilişdən istifadə edilmiş, əvvəlcə təhqiqatçı Eyvaza üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsini təklif etmiş, Eyvaz əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümü və 01 ədəd qəbz çıxarıb təqdim etmiş, bükümdə heroin olmasını, bir gün əvvəl Maralın göndərdiyi karta 20 manat yolladığını, onun müqabilində şəxsi istifadəsi üçün aldığını, qəbzin də həmin 20 manatın göndərilməsi barədə olduğunu demiş, büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, sonra qablaşdırəılıb götürülmüş, Eyvazın üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz hansısa əşya aşkar olunmamışdır. Şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da, yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub 08 yanvar 2024-cü il tarixdə azad edilməklə cəmi 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 yanvar 2024cü il tarixli, 3-16-16/1-6/39 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,184 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 1 və 2 №-li zərflərdəki narkotik vasitə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirilər və ümumi təmiz çəkiləri 0,417 qramdır (0,184 qram heroindən tədqiqata 0,1 qram sərf edilmiş, 0,084 qram heroin qalmışdır). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024cü il tarixli, 279 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 06 yanvar 2024cü il saat 15:10-dan saat 16:10-dək olan müddət ərzində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülü vəziyyətdə narkotik vasitə olan heroinə bənzər kütlə və 01 ədəd qəbz aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan “kakos” olduğunu, onu Qazax şəhəri, “Su-15 dairəsi” adlanan ərazidə yaşayan Maral adlı qadından aldığını, təqdim etdiyi qəbzin isə narkotik vasitəni almaq üçün terminal vasitəsilə ödədiyi pulun qəbzi olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 27 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 06 yanvar 2024-cü il tarixdə şəxsi axtarış aparılan zaman götürülərək istintaqa təhvil verilmiş, baxış keçirilən sənəd kiçik ölçülü, kağız materialdan olan, 01173 nömrəli “MilliÖn” ödəmə terminalı tərəfindən çap edilmiş ödəniş qəbzidir. Baxış zamanı qəbzdə əks olunmuş məlumatlara əsasən 05 yanvar 2024-cü il tarixdə saat 21:23:31-də Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən “Murad” adlı marketdə quraşdırılmış qeyd olunan ödəmə terminalı vasitəsilə M***** E***** A***** oğlu adına olmaqla 41697******0917 nömrəli kart hesabına 20,00 (iyirmi) manat miqdarında pulun köçürülməsi, həmin əməliyyatın nömrəsinin isə ********** olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Ağstafa rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin 02 iyul 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 01 il 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 17 iyul 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin materiallarında olan Qazax RİH başçısının Qazax şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanda qeydiyyatda olmaqla xx.xx.1983-cü il təvəllüdlü arvadı X4, xx.xx.2006-ci il təvəllüdlü oğlu X6 və xx.xx.2011-ci il təvəllüdlü oğlu X7 ilə birlikdə yaşayır. Cinayət işinin materiallarında olan Qazax RİH başçısının Qazax şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində biri azyaşlı və biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın- azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları iş üzrə yüngülləşdirici halların, ağırlaşdırıcı haldan artıq olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 07:00dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,084 qram heroinin X8 barəsindəki cinayət işi üzrə maddi sübut olması, iş üzrə məhkəmə xərci olan 81 manat məbləğində pulun X3 barəsindəki cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olması nəzərə alınmalı, hökmün icrası Qazax Rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,084 qram heroinin X3 barəsindəki cinayət işi üzrə maddi sübut olması nəzərə alınsın. İş üzrə məhkəmə xərci- 81 (səksən bir) manat məbləğində pulun X3 barəsindəki cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olması nəzərə alınsın. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:
Məhkəmə qərarları › İş №1(023)-79/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-79/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver