Məhkəmə qərarları › İş №1(023)-8/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-8/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-8/2023 14.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ i Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Qazax rayonu Birinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə və xx xxxxxxx 1962-ci il tarixdə Qazax rayonu Birinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, bir uşaq atası, əvvəllər məhkum olunmamış, işsiz, Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hacıyev X3 qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs2 və X1 ilə birlikdə 17 iyul 2022-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonunda yerləşən 16-cı sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Gürcüstana qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs1 və X1 ilə birlikdə 17 iyul 2022-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonunda yerləşən 16-cı sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax rayonu Birinci Şıxlı kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında evində olarkən həmkəndlisi Təqsirləndirilən şəxs2 ona zəng edərək Gürcüstandan olan tanışının Gürcüstanda bir neçə qutu siqaret olduğunu deyib həmin qutuları götürmək üçün birlikdə qanunsuz olaraq Gürcüstan tərəfə keçməyi təklif etmiş, o da razılaşmış, Şahidlə sonuncunun evinin yanında görüşmüşdür. Lakin konkret nə qədər siqaret olmasını bilməmişdir. xx.xx.2022-ci il tarixində Şahid zəng edərək bu işdə onlara köməklik etmək üçün həmkəndliləri Şəadət Musatafayevi də özləri ilə aparmağı təklif etmiş, o da razı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində sərhəddən qaçaq yol ilə siqareti gətirmək üçün Təqsirləndirilən şəxs2 yaşadığı evə getmiş, Şəadət Mustafayevin də orada olduğunu görmüş, hər üçü- Şəadət, Şahid və özü evdən çıxaraq sərhədə- Kür çayının kənarına getmişlər. Həmin gün gizlin şəkildə sərhədi Gürcüstan tərəfə keçmək istədikdə, saat 21 radələrində onlara “dayan” komandası verilmiş, o və Şahid dayanmış, lakin Şəadət dönərək kənd istiqamətinə qaçmış, sərhədçilər üç dəfə xəbərdarlıq atəşi açmışlar. Sərhədçilər onu və Şahidi saxlamış, lakin Şəadəti saxlaya bilməmişlər. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir, gələcəkdə hər hansı qanunsuz əməl törətməyəcəyinə söz verir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax rayon Birinci Şıxlı kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində əvvəldən tanıdığı Gürcüstan vətəndaşı Gülbala adlı şəxs Gürcü operatorlu nömrə ilə onun mobil telefonuna vatsap vasitəsi ilə zəng edərək iki qutu siqaret olduğunu həmin siqaret qutularını sərhəddən qaçaq yolla aparmağı təklif etmişdir. O, əvvəlcə ilk dəfə ona bu cür təklif edildiyindən qorxduğu üçün razı olmamış, lakin Gülbalanın təkidindən sonra qutuları gətirməyə razılıq vermiş, həmkəndlisi Təqsirləndirilən şəxs1 zəng edərək sərhəddən qaçaq yolla siqaret gətirəcəyini, siqaretlərin tanışına məxsus olmasını demiş, Rafael də razılıq vermişdir. Gülbalanın nə qədər siqaret onlara vermək istəməsindən dəqiq məlumatı olmamışdır. Bundan sonra Rafaellə onun evinin yanında görüşmüşlər. xx.xx.2022-ci il tarixdə Gülbal ona zəng edərək sərhədə yaxın gəlmələrini bildirmişdir. O, Gülbala ilə danışıb qurtardıqdan sonra Rafaelə zəng edərək iyul ayının 17-də, saat 17 radələrində gedəcəklərini bildirmiş və bu işdə onlara köməklik etmək üçün həmkəndliləri Şəadət Musatafayevi özlərilə aparmağı təklif etmiş, Rafael buna razılıq vermişdir. xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Şəadət və Rafael onlara gəlmişlər. X5 opertor mobil nömrəsinə vatsap vasitəsi ilə zəng etmişlər, sonuncu onları “Qarakolun ətəyi” adlanan yerin ətrafında gözləyəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 18-19 radələrində Şəadət, Rafael və o, evdən çıxaraq əvvəlcədən telefonda razılaşdırdıqları yerə doğru hərəkət etməyə başlamış, bir qədər hərləndikdən sonra sərhədə tərəf getmişlər. Həmin gün, saat 21 radələrində Kür çayının yanına çatdıqları vaxt Gürcüstan istiqamətində irəliləyən zaman onlara “dayan” komandası verilmiş, özü və Şahid dayanmış, lakin Şəadət geri dönərək kənd istiqamətinə qaçmağa başlamışdır. Bu zaman sərəhədçilər üç dəfə xəbərdarlıq atəşi açsalar da Şəadət dayanmamışdır. Törətdiyi əməldən peşmandır. Ailədə yeganə qazanc gətirən şəxs özüdür. Himayəsində azyaşlı uşağın olmasını və özünün plevra empieması xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid1 və Şahid2 hər ikisi ayrı-ayrılıqda teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini, məhkəmə iclasında iştirak edə bilmədiklərini və məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişlər. Şahid1 məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, 17 iyul 2022-ci il tarixdə saat 21 radələrində sərhəd zastavasının rəisi zastavanın şəxsi heyyətini silaha komandasına qaldırmış, onlara məlum olmuşdur ki, zastavanın xidməti sahəsində 3 nəfər şübhəli şəxs var. Onlar dərhal "Həyəcan qrupu"nun tərkibində sahəyə doğru hərəkət etmişlər. Zastavanın 4-cü sahəsində 3 nəfər şübhəli şəxsin Azərbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkət etmələrini müşahidə etmişlər. Zastava rəisi həmin şəxslərə “dayan” komandası vermiş, şübhəli şəxslərin ikisi olduqları yerdə qalsalar da, 3cü şəxs əmrə tabe olmayaraq qaçmağa başlamışdır. Zastava rəisi şəxsin tabe olmadığını görərək havaya xəbərdarlıq atəşi açmış, lakin şəxs havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmışdır. İki nəfər şübhəli şəxs isə saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Şahid2 məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək göstərilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DSX-nin N nömrəli hərbi hissənin komandirinin N iyul 2022-ci il tarixli, 16/1542 №-li məktubunda görünür ki, 17 iyul 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının xidməti sahəsindən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən N iyul 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət sərhədini Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz olaraq keçməyə cəhd göstərdikləri ərazi N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 4-cü sahəsidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DSX-nin ƏABİ-nin sənədindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Şıxlı SNMdən dövlət sərhədini rəsmi qaydada Gürcüstandan Azərbaycan Respublikasına, Təqsirləndirilən şəxs2 isə xx.xx.2020-ci il tarixdə Şıxlı SNM-dən dövlət sərhədini rəsmi qaydada Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri 03 gün tutulmuşdurlar. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 oktyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən X1 və şəxsiyyəti Gülbala kimi məlum olan şəxsin barəsində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə başqa cinayət işinin ayrılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə ittiham irəli sürmək mümkün olmadığından həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə həmin hissədə xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RİHB-nın Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi 03 avqust 2022-ci il tarixli, 11-21/317 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RİHB-nın Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi 03 avqust 2022-ci il tarixli, 11-21/318 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Şahid İlyasovun xx.xx.2010-cu il təvəllüdlü İdrisova Kəmalə Şahid qızı adlı uşağı var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 1- 4381 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı X2 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2722 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağstafa Rayon Mərkəzi Xəstəxanasının verdiyi 25 fevral 2020-ci il tarixli forma №27-dən görünür ki, Təqsirləndirilən şəxs2 sağ tərəfli plevra empieması xəstəliyindən əziyyət çəkir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA0894059 nömrəli şəxsiyyət vəsiqəsindən və Qazax rayon Qeydiyyat şöbəsinin verdiyi 16 iyun 2010cu il tarixli, AZ-İİ № 467851 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 03 yanvar 2010-ci il tarixdə anadan olmuş Kəmalə adlı uşağı atası Təqsirləndirilən şəxs2dur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, məhkəmə iclasında elan edilmiş şahid ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşının “Vətən uğrunda” medalı ilə təltif edilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, sağ tərəfli plevra empieması xəstəliyindən əziyyət çəkməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, ailə vəziyyətlərini, cəzalarını yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, onların cəmiyyətdən təcrid olunmadan islah olunmaları mümkündür, onlara CM-nin 70-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə onların davranışları üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması məqsədə müvafiqdir. Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərlərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs2 sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın Hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev1 Əsli ilə düzdür / imza var / Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar