Məhkəmə qərarları › İş №1(023)-8/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-8/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-8/2024 17.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 6 evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,804 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib əynindəki qara rəngli cins materialından olan şalvarının sağ yan kiçik cibində saxlayaraq daşımış, 11 yanvar 2023-cü il tarixdə saat 11:10 radələrində Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 1 ünvanda yerləşən “Brend Shop” mağazasının qarşısı ilə üzü Qazax şəhər Avtovağzal istiqamətə piyada hərəkətdə olan zaman saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən Qazax rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda həmin gün saat 11:50-dən saat 12:35-dək vaxt ərzində üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins materialından olan şalvarın sağ yan kiçik cibindən təmiz çəkisi 0,804 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-ci il tarixdə saat 22 radələrində qonşusu ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs fərdi yaşayış evində hər hansı şəxsin olmamasına əmin olduqdan sonra cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılığa əsasən qanunsuz olaraq birlikdə həmin evin bağçasına daxil olaraq ətrafa nəzarət etmək üçün evin zirzəmisinin qarşısında gözləmiş, Məhərrəm Nəsibov isə evə yaxınlaşıb zirzəminin qapısını əli ilə itələyərək fiziki təsir göstərməklə açmış, başqa saxlanc yeri hesab edilən həmin zirzəmiyə qanunsuz daxil olaraq hər biri 90 manat dəyərində 50 litr su tutumuna malik, alüminum materialdan hazırlanmış, əvvəllər istifadə olunmuş 2 ədəd qazanları gizli yolla talayıb ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 180 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanda yerləşən evdə yaşayır, rəsmi və ya qeyri-rəsmi şəkildə heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs qonşusudur, Radə ilə aralarında hansısa narazılıq olmamışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Qazax şəhər Avtovağzalının yaxınlığında piyada gəzən zaman yerdə 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümü görüb götürmüş, bükülünün içində metamfetamin olduğunu aşkar edib gələcəkdə özü istifadə etmək məqsədilə götürüb əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində ünvan 1 ünvanında yerləşən “Brend Shop” mağazasının qarşısı ilə üzü Qazax şəhər Avtovağzalı istiqamətə piyada hərəkət edərkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş, onda narkotik vasitələrin, psixotrop maddələrin olmasını, buna görə birlikdə Qazax RPŞnə getməli olmalarını demişlər. O da razılaşmış, polis əməkdaşları ilə birlikdə Qazax RPŞnə getmişlər. Orada müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla daşınması qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması, əgər varsa təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibindən şəffaf rəngli sellofan kəsiyində bükümü çıxarıb təqdim etmiş və içərisində metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə Qazax şəhərindəki avtovağzalının yaxınlığında yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin metamfetamin elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş, üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Sonra protokol tərtib edilmiş, protokolu orada iştirak edənlər imzalamışlar. Bundan başqa, bildirir ki, o, Zərərçəkmiş şəxs evindən oğurluq eləməmiş, yaxud oğurluqda iştirak etməmişdir. X12 Qazax şəhər sakini kimi tanımış, lakin onunla heç vaxt oğurluq etməmiş, Qazax RPŞ-də rəis müavini Fəxri Aslanaov tərəfindən döyüldüyü üçün oğurluq etməsini ilkin olaraq etiraf eləmişdir. Qanunsuz olaraq metamfetamin gəzdirdiyi üçün əməlindən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşusudur, Özü heç yerdə işləmir, evdar qadındır. Hazırda Bakı şəhərində yaşayır, Qazax şəhəri Bakı küçəsi 23 nömrəli ünvanda yerləşən ev ona məxsusdur, qeyd olunan evdə heç kim yaşamır, lakin ilin müxtəlif aylarında o və ailə üzvləri həmin evə gəlib bir müddət qalaraq qayıdırlar. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda ev işləri ilə məşğul olan zaman onun mobil nömrəsinə gizli nömrədən zəng gələrək ünvan 7 ünvanında yerləşən evindən oğurluq edildiyini bildirmiş, o, hadisə barədə oğlu Şahin Kazımova demiş, Şahin həmin gün DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. O, xx.xx.2023-cü il tarixdə Qazax şəhərinə gəlmiş, evin giriş darvazasını açaraq həyətə daxil olmuş, yaşayış evinin qapı və pəncərələrinin tamlığının pozulmadığını görüb yaşayış evinə həyətdən baxmış, lakin evin zirzəmisinə nəzər yetirməmiş və sonra Bakı şəhərinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə yenidən Qazax şəhərində yaşadığı ünvana gəlmiş və yaşayış evində təmizlik işləri aparmış, evin zirzəmisindəki ev əşyalarını səhmana salmaq üçün zirzəminin qapısını açmaq istəmiş və zirzəminin qapısının kilidinin açıq olduğunu, zirzəmiyə daxil olduqda orada saxladığı 02 ədəd aliminum materialından hazırlanmış, əvvəllər istifadə etdiyi, 50 litr tutumu olan qazanlarının yerində olmadığını aşkar etmişdir. Buna görə Qazax rayon Polis Şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Sonradan ona məxsus qazanların Təqsirləndirilən şəxs və sonuncunun tanışı Məhərrəm tərəfindən oğurlanmasını bilmişdir. Məhərrəm onu və evini tanımır, onun evdə yaşamamasını Məhərrəmin bilməsi mümkün deyil. Evdə olmamasını Elşən bilmişdir. Hazırda ona dəymiş ziyan ödənmişdir, təqsirləndirilən şəxsdən şikayətçi deyil, onunla barışmışdır, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qazax RPŞ-nin Narkomaniya qarşı Mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Təqsirləndirilən şəxs əvvəldən narkotik vasitə və psixotrop maddələrin istifadəçisi kimi tanıyır, təqsirləndirilən şəxslə aralarında narazılıq olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər tezdən ona Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitə əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, raportla Qazax RPŞ-nin rəisinə məruzə etmiş, rəis tərəfindən ona əməliyyat-axtarış tədbirlərinin keçirilməsi tapşırılmış, əməliyyat qrupunun tərkibində özündən başqa Elvin İsgəndərov, Rahil Hüseynov, Şahid2, Şahid4 və Şahid3 olmuşlar. Onlar birlikdə Təqsirləndirilən şəxs axtarışına başlamışlar. Həmin gün, saat 11:10 radələrində ünvan 1 ünvanda yerləşən “Brend Shop” mağazasının qarşısı ilə üzü Qazax şəhər Avtovağzalı istiqamətə piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə əldə edib saxlamasında şübhəli olmasını deyərək Qazax RPŞ-nə aparmışlar. Polis şöbəsində təhqiqatçının otağında Elşən müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə və sair qeyri qanuni saxlanılan nə varsa təqdim etməsi təklif olunmuş, Elşən əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyindəki bükümü təqdim edərək içində metamfetamin olduğunu və xx.xx.2023-cü il tarixdə Qazax şəhər Avtovağzalının yaxınlığında yerdən tapdığını və özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, təhqiqatçı tərəfindən kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa qanunsuz saxlanılan heç nə aşkar edilməmiş, müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadələrində digər Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilənləri bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid5 ifadəsində göstərmişdir ki, hal-hazırda Qazax rayonu Qazaxbəyli kəndində ailə üzvlərilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub maddi ehtiyaclarını təmin edir. X6 həmkəndlisi kimi tanımış, münasibətləri normal olmuş, onunla düşmənçiliyi, ədavəti olmamışdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2023cü tarixdə Məhərrəm Nəsibov VAZ-2107 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobillə onun yaşadığı evə gəlmiş, taksinin yük yerindəki 2 ədəd alüminum materialdan olan qazanları ona göstərərək, özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmiş, o, qazanlara baxmış, qazanların hər birinə görə 20 manat, ümumilikdə 40 manat verəcəyini bildirmiş, Məhərrəm razılaşmış və o, 40 manat pul verib 02 ədəd qazanı almışdır. Sonradan ona məlum olmuşdur ki, almış olduğu qazanlar oğurluqdur. Qazanların gətirildiyi VAZ 2107 markalı ağ rəngli taksi avtomobilinin dövlət qeydiyyat nişanına fikir verməmiş, sürücü söhbətlərə qarışmamışdır, o, sürücüyə fikir vermədiyindən həmin şəxsi xatırlamır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ibtidai istintaqda verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmadır, Qazax rayonunun Aşağı Əksipara kəndindəndir, lakin kəndləri işğal edildiyi üçün hazırda Qazax rayonu, Qazaxbəyli kəndində yaşayır. Təqsirləndirilən şəxs Qazax şəhər sakini kimi tanıyır, onunla dostdurlar, aralarında ədavət, düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs və sonuncunun oğlu Şahini əvvəllər tanımamışdır. Oğurluq hadisəsinə qədər o, Zərərçəkmiş şəxs evini tanımamışdır. xx.xx.2023-cü il tarixdə o, yaşadığı kənddən Qazax şəhərinə gəlmiş və avtovağzalda Təqsirləndirilən şəxslə təsadüfən rastlaşmışdır. Hal-əhval tutub bir qədər söhbət etdikdən sonra Elşən onu yaşadığı evə dəvət etmiş, dəvəti qəbul edərək Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı evə getmişlər. Əvvəllər Elşənin yaşadığı evdə olmamışdır. Evdə heç kim olmamış, o, Təqsirləndirilən şəxslə çay içib söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs qonşuları Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşadığını, evdə heç kəsin olmadığını deyib oradan müxtəlif əşyalar oğurlayıb satmağı təklif eləmiş, o, əvvəlcə oğurluq etməyə tərəddüd eləsə də maddi vəziyyəti pis olduğu üçün razılaşmışdır. Həmin gün, saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsindən birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin bağ sahəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs bağ sahəsində gözləyəcəyini, kimsə gəlsə onu məlumatlandıracağını demiş, o, tək özü evin bağ sahəsindən həyətə, oradan da evin zirzəmisinə daxil olmuş, oradan 02 ədəd alüminium qazanları götürərək zirzəmidən çıxmış, qazanları zirzəminin yaxınlığında onu gözləyən Elşənin yanına aparmış, hərəsi 01 ədəd qazan götürüb H. Əliyev adına parkdan keçməklə Elşəngilin həyətinə getmişlər, onları heç kəs görməmişdir. Gecəni Təqsirləndirilən şəxs evində qalmışlar. Səhərisi gün qazanları yoldan keçən taksi avtomobili ilə qazanları evin bağ sahəsində Təqsirləndirilən şəxs gözlədiyi yerə aparmışdır. Təqsirləndirilən şəxslə birlikdə qazanları sonuncunun yaşadığı evə aparmışlar. Həmin gecəni o, Təqsirləndirilən şəxs yaşadığı evdə qalmış, səhəri gün isə VAZ 2107 markalı, sürücüsü tanımadığ və nömrə nişanını bilmədiyi taksi ilə qazanları Qazax rayonunun Qazaxbəyli kəndində yaşayan Şahid5 adlı tanışının yanına aparmışlar. Sürücü avtomobili Şahid5 məxsus “QAZ-031” markalı avtomobilin yanında saxlamış, həmin vaxtı Elşən, Ələsgərin onu görüb tanımasından və qazanların oğurluq olmasından şübhələnməsindən ehtiyat etdiyi üçün taksidə, arxa oturacağın üzərində uzanmış, Ələsgərlə özü görüşüb qazanların onunku olmasını, pula ehtiyacı olduğu üçün satdığını demiş, ƏLəsgərlə hər qazan üçün 20 manat olmaqla ümumilikdə 40 manata razılaşmış, qazanları Ələsgərə vermiş, Ələsgər Elşəni orada görməmiş, həmin taksi ilə də geri qayıtmışlar, puldan sürücüyə 5 manat yol haqqı vermiş, pulun qalan hissəsinə isə ərzaq məhsulları və spirtli içki alaraq Təqsirləndirilən şəxs yaşadığı evə gedib orada yeyibiçmişlər. İş üzrə Təqsirləndirilən şəxs təhqiqat zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş izahatından görünür ki, Zərərçəkmiş şəxs evi onun yaşadığı ev ilə qonşuluqda yerləşir, Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşamasından, qeyd olunan evdə heç kimin yaşamamasından xəbəri var. 17 yanvar 2023-cü il tarixdə Qazax şəhərindəki Avtovağzalda aralarında dostluq münasibətləri olan Məhərrəm Nəsibovla qarşılaşmış, bir qədər söhbət etdikdən sonra sonuncunu yaşadığı ünvana dəvət etmiş, Məhərrəm razılaşmış, yaşadığı evdə çay içmiş, bir qədər söhbət etmişlər. Söhbət zamanı Məhərrəmə qonşusu Zərərçəkmiş şəxs ailə üzvləri ilə Bakı şəhərində yaşadığını həmin evdən müxtəlif əşyalar oğurlayıb sata biləcəklərini demiş, Məhərrəm onunla razılaşmış, saat 23 radələrində Məhərrəmlə birlikdə öz bağ sahələrindən Radənin evinin bağ sahəsinə daxil olmuşlar, bağ sahəsində Məhərrəmə onu bağ sahəsində gözləyəcəyini, kimsə gəlsə bu barədə məlumatlandıracağını, evə Məhərrəmin daxil olmasını demiş, Məhərrəm getdikdən təxminən sonra əlində 02 ədəd qazanla geri qayıtmış, onlar qazanları yaşadığı evə aparmışlar. Məhərrəm gecəni onlarda qalmış, səhəri gün qazanları aparıb Ələsgərə 40 manata satmışlar. İş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və Məhərrəm Nəsibov arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı X15 Musayevin üzünə sonuncu ilə birlikdə 17 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində oğurluq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus evin həyətinə daxil olduqlarını, oğurluq barədə təklifi Təqsirləndirilən şəxs etdiyini, oradan oğurladıqları qazanları aparıb Qazax rayonu, Qazaxbəyli kəndində satdıqlarını, qazanları satan vaxt Elşənin taksidə oturduğunu demişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13 iyun 2023-cü il tarixli, 16/616 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ağ rəngli kristalformalı kütlə …” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,804 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (0,804 qram metamfetamindən 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,754 qram metamfetmin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-ci il tarixli, 237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8064 nömrəli, 30 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, 02 ədəd 50 litr su tutumuna malik, alüminum materialdan hazırlanmış qazanların istifadə olunmasını nəzərə alınmaqla 2023-cü ilin yanvar ayıına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 180 (2x90 man) müəyyən edilir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 11 yanvar 2023-cü il tarixdə Ağstafa RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli cins materialdan hazırlanmış şalvarın sağ yan kiçik cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümündə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilib götürülmüşdür. Şəxsi axtarış həmin gün saat 11:50-də başlamış, saat 12:35-də başa çatmışdır. İş materiallarında olan 11 fevral 2023-cü il tarixli baxış keçirilməsi və götürmə barədə protokoldan görünür ki, Şahid5 götürülmüş 02 ədəd alüminum materialdan olan qazanlar, eyni formalı olmaqla 50 litlik tutma malik olmaqla dairəvidir, hər iki tərəfinin yuxarı hissəsində alüminum materialından qulpları vardır, qazanlar işlənmiş vəziyyətdədirlər, üzərlərində hər hansı bir əzik, batıq, sınıq və sair nəzərə çarpacaq əlamətləri yoxdur. Şahid5 həmin qazanları xx.xx.2023-cü il tarixdə X4 40 manata aldığını bildirmişdir. İş materiallarında olan DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsindən xx.xx.2023-cü il tarixli, 3-13-11/2-1700/2023 nömrəli məktubundan görünür ki, Qazax şəhəri, Bakı küçəsi, ev 23-də yerləşən X9 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN KTİ-nin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində izlərdən 01 ədədində (d/x Qazax RPŞ-dən daxil olan) xx.xx.1988-ci ildə Qazax rayonunda anadan olmuş X1 əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-13-88/1-2141/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-13-88/1-9997/2023 nömrəli Qazax RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs tanışı X8 ilə birlikdə Zərərçəkmiş şəxs Qazax şəhəri, Bakı küçəsi, 23 nömrəli evdəndan 2 ədəd qazanları oğurlayıb Qazax rayonu, Qazaxbəyli kəndində yaşayan Şahid5 satmışlar. İş materiallarından görünür ki, X8 09 sentyabr 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan DİN BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, Qazax RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Qazax Rayon Məhkəməsinin 29 yanvar 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablanmış, 17 avqust 2023-cü il tarixdə o, həbsdən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Qazax rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs müraciəti əsasında aparılmış araşdırma üzrə Qazax RPŞ-nin rəis müvini X11, Qazax RPŞ-nin CAB-ın əməliyyat müvvəkkili X13 və Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X10 əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşin materiallarında olan 30 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinə hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs X5 ölməsi ilə əlaqədar Azərbaycan Respublikası CPMnin 39.1.5-ci maddəsinə əsasən Məhərrəm Nəsibovun barəsində cinayət təqibinə hissəvi xitam verilmiş, Qazax şəhəri Bakı küçəsi 23 nömrəli evin zirzəmisində 02 ədəd alüminum materialdan hazırlanmış qazanları oğurlanmasının tarixi və vaxtı xx.xx.2023-cü il saat 22 radələri düzgün hesab edilmiş, Şahid5 və istintaqa məlum olmayan taksi sürücüsünün əməllərində CM-nin 194-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından onların barələrində cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilməməsi barədə göstərdikləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş üzrə məhkəmə istintaqı zamanı Elşən X7baqcadan əlbir olub Zərərçəkmiş şəxs məxsus evdən 02 ədəd qazan oğurlamadığını göstərsə də məhkəmə istintaqı zamanı onun həmin əməli törətməsi- oğuruq etməsi öz təsdiqini tapmış və sübut edilmişdir, ona görə də məhkəmə təqsirləndirilən şəxsin bu barədə göstərdiklərini əsaslı hesab etmir və özünü müdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun əməlləri sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hal, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını və ondan şikayətçi olmamasını, dəymiş ziyanın ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə, CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə isə azadlığın məhdudlaşdırılması cəzaları təyin edilməlidir. Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması, CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2, 68.1.1-1-ci maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ona qəti cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu və həbsdə saxlanıldığı 06 ay 23 gün müddət təyin edilən qəti cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəza çəkməsinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax rayon polis şöbəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus 02 ədəd qazan sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, 0,754 qram metamfetaminin məhv edilməli, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 132,4 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2, 68.1.1-1-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 06 (altı) ay 23 (iyirmi üç) gün müddət ona qəti olaraq təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax rayon polis şöbəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus 02 ədəd qazan sahibi Radə Heydərovaya qaytarılsın. Qazax rayon polis şöbəsində saxlanılan 0,754 qram metamfetaminin məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 132 (bir yüz otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar