Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-8/2025 14.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02 avqust 1981-ci Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, məhkum olmayan, Qazax rayonu Birinci Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd əldədüzəltmə üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahı yaşadığı Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən fərdi yaşayış evinin yataq otağındakı plastik materialdaın hazırlanmış paltar dolabının siyirməsində, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 millimetr kalibrli Makarov konstruksiyalı, PM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah olan tapançanı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 9x18 millimetr kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları və döyüş sursatları olan 07 ədəd patronu, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, təyinatı üzrə istifadə üçün yararlı, 08 ədəd 9x18 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi-darağını, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi təmiz çəkisi 1,063 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini həmin fərdi yaşayış evinin həyətində yerləşən çardağın altına yığılmış taxta parçalarının alt hissəsində saxlamış, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 noyabr 2023-cü il tarixdə saat 13:49-dan saat 17:00-dək olan müddətdə Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə baxış zamanı evinin yataq otağındakı plastik materialdaın hazırlanmış paltar dolabının siyirməsindən 1 ədəd əldədüzəltmə üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah, evin həyətində yerləşən çardağın altına yığılmış taxta parçalarının alt hissəsindən ağ rəngli parça kəsiyinə bükülmüş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 millimetr kalibrli Makarov konstruksiyalı, PM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah olan tapança, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 9x18 millimetr kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları və döyüş sursatları olan 07 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, təyinatı üzrə istifadə üçün yararlı, 08 ədəd 9x18 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi-darağı və 01 ədəd polietilen bükümdə təmiz çəkisi 1,063 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin təxminən yaz və ya yay aylarında yaşadığı Qazax rayonu, Birinci Şıxlı kəndi ərazisində Kür çayının kənarı ilə piyada gəzən zaman kolların arasında 1 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli, psixotrop maddə olan metamfetaminə oxşar kütlə, 1 ədəd “Makarov” tapançası və 1 ədəd daraqda 7 ədəd tapança gülləsi olduğunu görmüş, o həmin bükümü, tapançanı və içərisində 7 ədəd güllə olan tapança darağını götürüb yaşadığı evə aparmış, parçaya büküb yaşadığı evin çardağının altındakı taxta millərin arasında saxlamışdır. Bundan başqa, təxminən 15 il əvvəl hal-hazırda xatırlamadığı həmkəndlisində toqqa hissəsində beşbarmağa oxşayan əşya olan kəmər görmüş, maraqlı gəldiyi üçün həmin kəməri ondan istəmiş, həmin şəxs isə kəməri ona pay vermişdir. Həmin vaxt həmin kəmərlər kənddə çox yayılmışdır. O həmin kəməri yaşadığı evdə saxlamış, bir müddət istifadə etdikdən sonra kəmərin beşbarmağa oxşayan toqqa hissəsi qırılmışdır. Həmin vaxtdan sonra evində qalmışdır. 16 noyabr 2023-cü il tarixdə saat 13-14 radələrində o atası Şahməddin Mustafayev ilə evdə olan zaman yaşadığı evin giriş darvazasının döyüldüyünü eşitmiş, qapını açıb çıxan zaman təxminən 15-20 nəfər mülki və polis geyimində olan, bəzilərini Qazax rayon Polis Şöbəsinin polis əməkdaşları kimi tanıdığı şəxslərin qapının qarşısında olduqlarını görmüşdür. Polis əməkdaşlarından biri yaşadığı evdə silah və narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib evə baxış keçirilməli olduğunu izah etmiş, o isə evə baıxş keçirilməsinə etiraz etməmiş, lakin ərizə verməyəcəyini, heç bir sənədə qol çəkməyəcəyini demişdir. Bundan sonra polis əməkdaşları onun və atası Şahməddin Mustafayevin iştirakları ilə yaşadığı evə baxış keçirməyə başlamışdırlar. Həmin vaxt anası Navad Mustafayeva, arvadı yoldaşı Elnarə Omarova və uşaqları qonşuda olmuşdur. Polis əməkdaşları evinin otaqlarına baxış keçirən zaman 2 ədəd silah qabı, 1 ədəd kəmər toqqası aşkar etmişdirlər. O silah qablarının rəhmətlik dayısına məxsus olduğunu, beşbarmağa oxşar predmetin isə kəmər toqqası olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları evinin həyətinə baxış keçirməyə başlamış, onlar həyətdəki çardağın altında taxtalar və avtomobil ehtiyat hissələri yığılmış yerə baxış keçirən zaman polis əməkdaşlarından biri taxtanın alt hissəsindən ağ rəngli parçanı çıxardıb içərisindəki tapançanı göstərmiş, daha sonra parçanı çardağın altındakı stulun üstünə qoyub açdıqda içərisindən 1 ədəd tapança, 1 ədəd ağ rəngli sellofan büküm aşkar edilmişdir. O etiraz edib silahın və bükümün ona məxsus olmadığı bildirmişdir. Təhqiqatçı həmin silahın darağını çıxartmış, patronları boşaldıb saymış, lakin neçə ədəd patron olduğunu xatırlamır. Polis əməkdaşları aşkar edilmiş silahı, daraq və güllələri, sellofan bükümü, evindən aşkar edilmiş 1 ədəd beşbarmağa bənzər kəmər toqqasını, silah qablarını qablaşdırıb götürmüş, bu barədə protokol tərtib etmişdirlər. Törətdiyi cinayət əməllərini səmimi etiraf edir, peşmandır.O, həmçinin bildirmişdir ki, bir neçə dəfə psixotrop maddə olan metamfetamin istifadə etmiş, psixotrop maddəni gələcəkdə istifadə etmək üçün yaşadığı evdə saxlamışdır. Hazırda törətdiyi əməllərdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid9 ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinin Cinayət-axtarışı bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən vaxt yəni, 16 noyabr 2023-cü il tarixdə Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və odlu silah olan tapança əldə edib yaşadığı evdə saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş, o, həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna üzv kimi Qazax rayon X17 Təhlükəsizlik bölməsinin rəisi X16, Post-patrul xidməti bölüyünün komandiri X9, Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkilləri Şahid10, Şahid11, Şahid1, Şahid2, təhqiqat bölməsinin təhqiqatçısı X4, kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti X10, post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid3 və Şahid6, İctimai Təhlükəsizlik bölməsinin polis nəfərləri Şahid4, Şahid5, Şahid7 daxil edilmişdirlər. O və əməliyyat qrupunun üzvləri keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra 16 noyabr 2023-cü il tarixdə saat 13 radələrində o, əməliyyat qrupunun üzvləri və Qazax rayonu, Birinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Şahid8 ilə birlikdə Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, evin qarşısında çatdıqdan sonra Rahil Hüseynov videekameradan istifadə edərək videoçəkiliş aparmağa başlamışdır. X3 evin giriş darvazasını döyüb ev sahiblərini səslədikdən sonra evin həyətindən bir nəfər şəxs cavab vermiş, təhqiqatçı və daha sonra o digər polis əməkdaşları və Şahid8 ilə birlikdə qapını açıb içəriyə daxil olmuş, Təqsirləndirilən şəxs atası X2 ilə birlikdə onları evin həyətində qarşılamışdır. X3 həmin şəxslərin şəxsiyyətləri barədə məlumatları dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu, evə baxış keçirilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs və atası Şahməddin Mustafayev isə evə baxış keçirilməsinə etiraz etməmiş, lakin bununla bağlı ərizə verməkdən imtina etmişdirlər. Bundan sonra əvvəlcə X3 əməliyyat müvəkkilləri Şahid10 və Şahid11, polis nəfəri Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs və Şahməddin Mustafayevin iştirakları ilə evin yataq otağına daxil olub baxış keçirməyə başlamışdırlar. Baxış zamanı həmin otaqdakı plastik materialdan olan paltar dolabının siyirməsindən 1 ədəd soyuq silah olan beşbarmağa oxşar predmet, 1 ədəd silah qabı aşkar edilmişdir. Daha sonra həmin otağın yanında yerləşən digər yataq otağına baxış zamanı hər hansı sübut əhəmiyyətinə malik olan əşya aşkar edilməmişdir. Daha sonra həmin otağın yanında yerləşən digər yataq otağına baxış zamanı şkafın üst hissəsində olan qara rəngli çantanın içərisindən 1 ədəd silah qabı aşkar edilmişdir. Bundan sonra həmin yataq otağının qarşısında, evin həyətində yerləşən mətbəx kimi istifadə edilən yerdəki şkaflara baxış zamanı hər hansı sübut əhəmiyyətinə malik olan əşya aşkar edilməmişdir. Daha sonra evin həyətində yerləşən çardağın altına baxış keçirilmiş, baxış zamanı çardağın altında avtomobil ehtiyat hissələri və taxta materialları yığılan yerdə taxta materialların altından 1 ədəd ağ rəngli parçaya bükülmüş odlu silah olan tapançaya oxşar predmet və 1 ədəd ağ rəngli kiçik sellofan büküm aşkar edilmişdir. Həmin silaha baxış keçirilən zaman darağında 7 ədəd patron aşkar edilmişdir. Həmin silah və patronlar 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən 1 ədəd şəffaf rəngli sellofan büküm açıldıqda içərisindən ağ rəngli, kristal formasında, psixotrop maddə olan metamfetaminə xoşar kütlə aşakr edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 1,15 qram olması müəyyən edilmişdir. Həmin büküm 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra 2 ədəd silah qabı və 1 ədəd beşbarmağa oxşar predmet təhqiqatçı tərəfindən 1 ədəd polietilen torbada qablaşdırılaraq götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxundu, o, əməliyyat qrupunun üzvləri və Şahid8 protokolla tanış olub imzalamış, Təqsirləndirilən şəxs və Şahməddin Mustafayev protokolla tanış olsalar da, izmalamaqdan imtina etmişdirlər. Daha sonra onlar Təqsirləndirilən şəxs Qazax rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermiş, o bu barədə raportla məruzə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 noyabr 2023-cü il tarixdə Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və odlu silah olan tapança əldə edib yaşadığı evdə saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş Şahid9 həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna üzv kimi Qazax rayon X17 Təhlükəsizlik bölməsinin rəisi X16, Post-patrul xidməti bölüyünün komandiri X9, Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkilləri Şahid10, Şahid11, Şahid2, təhqiqat bölməsinin təhqiqatçısı X4, kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti X10, post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid3 və Şahid6, İctimai Təhlükəsizlik bölməsinin polis nəfərləri Şahid4, Şahid5, Şahid7 daxil edilmişdirlər. O və əməliyyat qrupunun üzvləri keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra 16 noyabr 2023-cü il tarixdə saat 13 radələrində O əməliyyat qrupunun üzvləri və Qazax rayonu, Birinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Şahid8 ilə birlikdə Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, evin qarşısında çatdıqdan sonra Rahil Hüseynov videokameradan istifadə edərək videoçəkiliş aparmağa başlamışdır. X3 evin giriş darvazasını döyüb ev sahiblərini səslədikdən sonra evin həyətindən bir nəfər şəxs cavab vermiş, təhqiqatçı və daha sonra o digər polis əməkdaşları və Şahid8 ilə birlikdə qapını açıb içəriyə daxil olmuş, Təqsirləndirilən şəxs atası X2 ilə birlikdə onları evin həyətində qarşılamışdır. X3 həmin şəxslərin şəxsiyyətləri barədə məlumatları dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu, evə baxış keçirilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs və atası Şahməddin Mustafayev isə evə baxış keçirilməsinə etiraz etməmiş, lakin bununla bağlı ərizə verməkdən imtina etmişdirlər. Bundan sonra əvvəlcə X3 əməliyyat müvəkkilləri Şahid10 və Şahid11, polis nəfəri Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs və Şahməddin Mustafayevin iştirakları ilə evin yataq otağına daxil olub baxış keçirməyə başlamışdırlar. Baxış zamanı həmin otaqdakı plastik materialdan olan paltar dolabının siyirməsindən 1 ədəd soyuq silah olan beşbarmağa oxşar predmet, 1 ədəd silah qabı aşkar edilmişdir. Daha sonra həmin otağın yanında yerləşən digər yataq otağına baxış zamanı hər hansı sübut əhəmiyyətinə malik olan əşya aşkar edilməmişdir. Daha sonra həmin otağın yanında yerləşən digər yataq otağına baxış zamanı şkafın üst hissəsində olan qara rəngli çantanın içərisindən 1 ədəd silah qabı aşkar edilmişdir. Bundan sonra həmin yataq otağının qarşısında, evin həyətində yerləşən mətbəx kimi istifadə edilən yerdəki şkaflara baxış zamanı hər hansı sübut əhəmiyyətinə malik olan əşya aşkar edilməmişdir. Daha sonra evin həyətində yerləşən çardağın altına baxış keçirilmiş, baxış zamanı çardağın altında avtomobil ehtiyat hissələri və taxta materialları yığılan yerdə taxta materialların altından 1 ədəd ağ rəngli parçaya bükülmüş odlu silah olan tapançaya oxşar predmet və 1 ədəd ağ rəngli kiçik sellofan büküm aşkar edilmişdir. Həmin silaha baxış keçirilən zaman darağında 7 ədəd patron aşkar edilmişdir. Həmin silah və patronlar 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən 1 ədəd şəffaf rəngli sellofan büküm açıldıqda içərisindən ağ rəngli, kristal formasında, psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmiş, həmin büküm 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra 2 ədəd silah qabı və 1 ədəd beşbarmağa oxşar predmet təhqiqatçı tərəfindən 1 ədəd polietilen torbada qablaşdırılaraq götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxundu, o, əməliyyat qrupunun üzvləri və Şahid8 protokolla tanış olub imzalamış, Təqsirləndirilən şəxs və Şahməddin Mustafayev protokolla tanış olsalar da, izmalamaqdan imtina etmişdirlər. Daha sonra onlar Təqsirləndirilən şəxs Qazax rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 16 noyabr 2023-cü il tarixdə Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və odlu silah olan tapança əldə edib yaşadığı evdə saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş Şahid9 həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna üzv kimi Qazax rayon X17 Təhlükəsizlik bölməsinin rəisi X16, Post-patrul xidməti bölüyünün komandiri X9, Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkilləri Şahid10, Şahid1, Şahid2, təhqiqat bölməsinin təhqiqatçısı X4, kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti X10, post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid3 və Şahid6, İctimai Təhlükəsizlik bölməsinin polis nəfərləri Şahid4, Şahid5, Şahid7 daxil edilmişdirlər. O və əməliyyat qrupunun üzvləri keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra 16 noyabr 2023-cü il tarixdə saat 13 radələrində O əməliyyat qrupunun üzvləri və Qazax rayonu, Birinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Şahid8 ilə birlikdə Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, evin qarşısında çatdıqdan sonra Rahil Hüseynov videokameradan istifadə edərək videoçəkiliş aparmağa başlamışdır. X3 evin giriş darvazasını döyüb ev sahiblərini səslədikdən sonra evin həyətindən bir nəfər şəxs cavab vermiş, təhqiqatçı və daha sonra o digər polis əməkdaşları və Şahid8 ilə birlikdə qapını açıb içəriyə daxil olmuş, Təqsirləndirilən şəxs atası X2 ilə birlikdə onları evin həyətində qarşılamışdır. X3 həmin şəxslərin şəxsiyyətləri barədə məlumatları dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu, evə baxış keçirilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs və atası Şahməddin Mustafayev isə evə baxış keçirilməsinə etiraz etməmiş, lakin bununla bağlı ərizə verməkdən imtina etmişdirlər. Bundan sonra əvvəlcə X3 əməliyyat müvəkkilləri Şahid10 və Şahid11, polis nəfəri Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs və Şahməddin Mustafayevin iştirakları ilə evin yataq otağına daxil olub baxış keçirməyə başlamışdırlar. Baxış zamanı həmin otaqdakı plastik materialdan olan paltar dolabının siyirməsindən 1 ədəd soyuq silah olan beşbarmağa oxşar predmet, 1 ədəd silah qabı aşkar edilmişdir. Daha sonra həmin otağın yanında yerləşən digər yataq otağına baxış zamanı hər hansı sübut əhəmiyyətinə malik olan əşya aşkar edilməmişdir. Daha sonra həmin otağın yanında yerləşən digər yataq otağına baxış zamanı şkafın üst hissəsində olan qara rəngli çantanın içərisindən 1 ədəd silah qabı aşkar edilmişdir. Bundan sonra həmin yataq otağının qarşısında, evin həyətində yerləşən mətbəx kimi istifadə edilən yerdəki şkaflara baxış zamanı hər hansı sübut əhəmiyyətinə malik olan əşya aşkar edilməmişdir. Daha sonra evin həyətində yerləşən çardağın altında avtomobil ehtiyat hissələri və taxta materialları yığılan yerdə taxta materialların altından 01 ədəd ağ rəngli parçaya bükülmüş odlu silah olan tapança və 1 ədəd ağ rəngli kiçik sellofan büküm aşkar edilmişdir. Həmin silaha baxış keçirilən zaman darağında 7 ədəd patron aşkar edilmişdir. Həmin silah və patronlar 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən 1 ədəd şəffaf rəngli sellofan büküm açıldıqda içərisindən ağ rəngli, kristal formasında, psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Həmin büküm 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra 2 ədəd silah qabı və 1 ədəd beşbarmağa oxşar predmet təhqiqatçı tərəfindən 1 ədəd polietilen torbada qablaşdırılaraq götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxundu, o, əməliyyat qrupunun üzvləri və Şahid8 protokolla tanış olub imzalamış, Təqsirləndirilən şəxs və Şahməddin Mustafayev protokolla tanış olsalar da, izmalamaqdan imtina etmişdirlər. Daha sonra onlar Təqsirləndirilən şəxs Qazax rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 Temuraz oğlu, Şahid5, Şahid6, Şahid7 ifadələrində digər Şahid9 ifadəsinə uyğun ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Qazax rayon İcra Hakimiyyəti başçısının Birinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Qazax rayonu, Birinci Şıxlı kənd sakinidir. Onunla münasibəti yaxşıdır, aralarında heç bir ədavət və düşmənçilik olmayıb. 16 noyabr 2023-cü il tarixdə saat 13 radələrində o işlədiyi nümayəndəliyin inzibati binasında olan zaman Qazax rayon Polis Şöbəsinin əməkdaşları nümayəndəliyin inzibati binasına gəlib Təqsirləndirilən şəxs yaşadığı evdə odlu silah və narkotik vasitə saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün evinə baxış keçirlməli olduğunu bildirmiş, onun Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində iştirak etməyimi xahiş etmişdirlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, evin qarşısında çatdıqdan sonra polis əməkdaşlarından biri videokameradan istifadə edərək videoçəkiliş aparmağa başlamışdır. Polis əməkdaşlarından biri evin giriş darvazasını döyüb ev sahiblərini səslədikdən sonra evin həyətindən bir nəfər şəxs cavab vermiş, polis əməkdaşları və o birlikdə qapını açıb içəriyə daxil olmuş, Təqsirləndirilən şəxs atası X2 ilə birlikdə onları evin həyətində qarşılamışdırlar. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və odlu silah saxlaması barədə məlumatı daxil olduğunu, evə baxış keçirilməli olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs və Şahməddin Mustafayevin iştirakları ilə evin otaqlarına daxil olub baxış keçirməyə başlamışdırlar. Evin otaqları kiçik olduğu üçün o və bəzi polis əməkdaşları evin həyətində gözləmişdirlər. Evin otaqlarına baxış keçirilib qurtardıqdan sonra evdən 2 ədəd bıçaq, 1 ədəd soyuq silah olan beşbarmağa oxşar predmet, 2 ədəd silah qabı aşkar edildiyini öyrənmişdir. Daha sonra polis əməkdaşları evin həyətinə baxış keçirməyə başlamış, evin həyətindəki çardağın altına baxış keçirilən zaman polis əməkdaşlarından biri taxtanın alt hissəsindən ağ rəngli parça çıxarmış, içərisindəki tapançanı göstərmiş, daha sonra parçanı çardağın altındakı stulun üstünə qoyub açmış, içərisindən 1 ədəd tapança, 1 ədəd ağ rəngli sellofan büküm aşkar edilmişdir. Polis əməkdaşları həmin silaha baxış keçirilən zaman darağında 7 ədəd patron aşkar edilmişdir. Daha sonra 1 ədəd şəffaf rəngli sellofan büküm açıldıqda içərisindən ağ rəngli, kristal formasında kütlə aşkar edilmiş, büküm tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Bundan sonra evə baxış keçirilən zaman çəkilmiş videogörüntüyə onların iştirakı ilə baxış keçirilmiş, təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməballistik ekspertizasının 17 noyabr 2023-cü il tarixli 23/872R nömrəli rəyindən görünür ki, tədqiqata tədqim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə, dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmnuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır və döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadə üçün yararlıdır və döyüş sursatı hesab edilmir. Cinayət işinin materiallarında olan məhkəmə-daktiloskopik ekspertizanın 17 noyabr 2023-cü il tarixli 23/873 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə Qazax rayonu, Birinci Şıxlı kəndində vət.Təqsirləndirilən şəxs yaşadığı evdə oldu silahın tapılması faktı ilə əlaqədar tədqiqata təqdim edilmiş “Makarov” tipli silaha bənzər silahın üzərindən götürülmüş və dakiloplyonkaya köçürülmüş 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün 03 ədəd əl izi xx.xx.1981-ci ildə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət (Çaxmağın üzərindən götürülmüş) barmağının, ovuc (Dəstəyin üzərindən götürülmüş) və sol əlinin çeçələ barmağının (Sandıqçanın üzərindən götürülmüş) əksləri ilə eynilik müəyyən etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 3-16-16-6/6052 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №64-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,063 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizası, “Odlu silah və döyüş sursatlarının, qaz, pnevmatik və soyuq silahların tədqiqi” ekspertizasının 27 noyabr 2023-cü il tarixli 3-16-16/2-3/1939 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet əldədüzəltmə üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucuəzizi xassəyə malik soyuq silahdır, istifadəyə yararlıdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 12 iyun 2024cü il tarixli, 1048 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 16 noyabr 2023-cü il tarixdə saat 13:49-dan saat 17:00-dək olan müddət ərzində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə baxış zamanı evinin yataq otağındakı plastik materialdan hazırlanmış paltar dolabının siyirməsindən 1 ədəd soyuq silah olan beşbarmağa oxşar predmet, 1 ədəd silah qabı, digər yataq otağındakı şkafın üst hissəsində olan qara rəngli çantanın içərisindən 1 ədəd silah qabı, evin həyətindəki çardağın altına yığılmış taxtaların alt hissəsindən parçaya bükülmüş 1 ədəd Makarov tapançasına bənzər predmet və 1 ədəd şəffaf rəngli polietilen büküm aşkar edilmişdir. Həmin silaha bənzər predmet natamam söküldükdə içərisində 7 ədəd güllə olan daraq aşkar edilmişdir. Həmin silaha bənzər predmet, daraq və 7 ədəd güllə 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. 1 ədəd şəffaf rəngli polietilen büküm açıldıqda içərisindən ağ rəngli, kristal formalı kütlə aşkar edilmiş, elektron tərəzidə çəkildikdə çəkisinin 1,15 qram olması müəyyən edilmişdir. Həmin kütlə 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra 1 ədəd soyuq silah olan beşbarmağa oxşar predmet 1 ədəd ağ rəngli kağız zərfdə, 2 ədəd silah qabı isə 1 ədəd polietilen torbada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 5(023)-97/2023 saylı qərarından görünür ki, Qazax rayon Polis Şöbəsinin CAB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Şahid9 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 16 noyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən evə təxirə salınmadan baxış keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan DİN-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və 12 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir, məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir, o, həmin vaxtdan hal-hazıradək ev dustaqlığındadır. Cinayət işinin materiallarında olan Qazax RİHB-nın Birinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-58-8-12-21/2-562/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Birinci Şıxlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri arvadı xx.xx.1983-cü il təvəllüdlü X12, qızları xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6 və oğlu xx.xx.2010-cu il təvvəllüdlü X7 olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan 23 avqust 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 228.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla işin halları tam əhatə edildiyindən elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddənin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs soyuq silah hesab edilməyən 02 ədəd zavod üsulu ilə bıçaq formasında hazırlanmış suveneri əldə edib yaşadığı evdə saxlaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddənin tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsindəhəmin maddə ilə cinayət təqibinə hissəvi xitam verilmiş, 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 millimetr kalibrli Makarov konstruksiyalı, PM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah olan tapançanın, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 9x18 millimetr kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları və döyüş sursatları olan 07 ədəd patronun, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, təyinatı üzrə istifadə üçün yararlı, 08 ədəd 9x18 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi- darağının əldə etdiyi mənbə istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilmiş, həmin odlu silahın, darağın və 07 ədəd patronun əldə edildiyi mənbənin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata götürülmüşdür. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, özünün etiraf edici ifadəsi ilə yanaşı, həmçinin məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Onun əməlləri CM-nin 228.1, 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını-CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq ona qəti cəza təyin edilməli o, cəzasını ümumi cəzaçəkmə müəsisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax rayon Polis şöbəsində saxlanılan 0,963 qram metamfetamin və 01 ədəd əldədüzəltmə üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah məhv edilməli, 01 ədəd 9 millimetr kalibrli PM modelli tapança, 01 ədəd daraq və 4 ədəd 9x18 millimetr kalibrli patron, 02 ədəd silah qabı DİN-nə təhvil verilməli və 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi cinayət işinin materiallarına əlavə edilib saxlanılmalı, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 178,4 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax rayon Polis şöbəsində saxlanılan 0,963 qram metamfetamin və 01 ədəd əldədüzəltmə üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah məhv edilsin, 01 ədəd 9 millimetr kalibrli PM modelli tapança, 01 ədəd daraq və 04 ədəd 9x18 millimetr kalibrli patron, 02 ədəd silah qabı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin və 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi cinayət işinin materiallarına əlavə edilib saxlanılsın. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 178 (yüz yetmiş səkkiz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE **********000 2088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-8/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-8/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver