Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-80/2023 25.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən hüquqi şəxs Təqsirləndirilən şəxs MMC-nin nümayəndəsi Nümayəndə1, Müdafiəçi Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2020-ci ildə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi (hazırki adı- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmişdir, hüquqi ünvanı ünvan 1italının miqdarı 100 manat, təsisçisi və qanuni təmsilçisi isə Nümayəndə1, əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaq, faktiki olaraq logistika xidməti göstərən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməmiş, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmamış Təqsirləndirilən şəxs-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Nümayəndə1 əmlak mənfəəti əldə etmək məqsədi ilə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbəri olduğu hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək vahid niyyətlə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, xx.xx.2020-ci ildə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi (hazırki adı- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 7, mənzil 89 olan Təqsirləndirilən şəxsn təsisçisi və qanuni təmsilçisi kimi cəmiyyətin 04 fevral 2020-ci ildə təsdiq olunmuş Nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında təmsil etmək, Ümumi Yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyətləri daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, bank hesabları açmaq, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü və rəhbəri olduğu hüquqi şəxs (Cəmiyyət) üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnaməyə əsasən xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının və X3 atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarına verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirildiyi, “İcazə” blankı” növündən (ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə) asılı olmayaraq, yükdaşımaları ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan Respublikasının ərazisinə maneəsiz daxil olmaq, yüklənmə aparmaq, ikitərəfli və ya tranzitlə hərəkət etmək hüququ, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilmiş digər şərtlər gözlənildiyi, “İcazə” blanklarının üçüncü şəxsə verilməsi qadağan olduğu və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu yük avtomobil daşıyıcılarına görə hər bir icazə üçün 20 (iyirmi) ABŞ dolları olduğu halda, 2022-ci ilin iyul ayında Şahid1 Xaləddin oğluna faktiki olaraq həmin şəxslə müqavilə bağlamadan və X6 Xidmətinə avtonəqliyyat vasitələri barədə məlumat vermədən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbəri olduğu Cəmiyyətə verilmiş etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan Gürcütsan Respublikasına aid 22-120522 nömrəli və 22-123616 nömrəli “İcazə” blanklarını dövlət rüsumundan bir neçə dəfə baha, yəni bir ədədi 60 manat olmaqla cəmi 120 (bir yüz iyirmi) manata Qazax rayonu, Birinci Şıxlı kəndi ərazisində satıb qazanc əldə etməklə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X6 Xidməti tərəfindən beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi prosesinin şəffaflığına, “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınmasına və bununla digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə, cəmiyyətin və dövlətin iqtisadi münasibətlərin şəffaflığı və həyata keçirilən fəaliyyətə dövlətin hüquqi proseduralar üzrə nəzarətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da, Nümayəndə1 Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin, 24 iyul 2023-cü il tarixdə şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin ictimai təhlükəliliyi aradan qalxdığından Azərbaycan Respublikası CM-in 74-cü və Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən iş üzrə icraata Nümayəndə1 aid olan hissədə xitam verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən hüquqi şəxs Təqsirləndirilən şəxs MMCnin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, 2020-ci ildə Təqsirləndirilən şəxs təsis etmiş və həmin vaxtdan Cəmiyyətin qanuni təmsilçisi vəzifəsində çalışır. Cəmiyyət Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi (hazırki adı- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 7, mənzil 89 ünvanıdır. Təqsirləndirilən şəxsn təsisçisi və qanuni təmsilçisi kimi cəmiyyətin 04 fevral 2020-ci ildə təsdiq olunmuş Nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında təmsil etmək, Ümumi Yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyətləri daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, bank hesabları açmaq, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malikdir. Cəmiyyət beynəlxalq yükdaşıma fəaliyyətini həyata keçirir. Hazırda müqavilə əsasında balansda 250 ədəd yük maşını mövcuddur və hər biri ilə müqavilə bağlanmaqla Azərbaycan Yerüstü Nəqliyyat Agentiliyinə təqdim edilmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Cəmiyyətin balansında ** EN *** nömrəli avtonəqliyyat vasitəsi mövcud deyil və həmin avtomaşınla heç bir müqaviləsi yoxdur. Qeyd olunan maşının sahibini tanımır, görməmişdir. 120522 və 126616 nömrəli İcazə blanklarını bölgü üzrə 2022-ci ilin yanvar ayında aldıqdan sonra 2022-ci ilin iyul ayında Şahid1 müqavilə bağlamadan və X6 Xidmətinə avtonəqliyyat vasitələri barədə məlumat vermədən etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan Gürcütsana aid 22-120522 nömrəli və 22-123616 nömrəli “İcazə” blanklarını bir ədədi 60 manat olmaqla cəmi 120 manata Qazax rayonu Birinci Şıxlı kəndində satmışdır. İcazə blanklarının 3-cü şəxsə satışının qadağa olduğunu bilir. Hazırda törədilmiş əməldən peşmandır, hüquqi şəxs Təqsirləndirilən şəxs MMC-nin barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs-Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X7nin nümayəndəsi Nümayəndə3 da eyni məzmunlu ifadə verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən hal-hazıradək Bakı-Qazax yolunun Şıxlı kəndi ərazisindən keçən hissəsində yerləşən “Uğur Oil” yanacaqdoldurma məntəqəsində operator kimi çalışır. Çalışdığı yanacaq doldurma məntəqəsi avtomagistral yolunda olduğu üçün və sərhəd keçid məntəqəsinə yaxın olduğu üçün Gürcüstan istiqamətində gedən yük avtomobilləri həmin məntəqədə mütəmadi olaraq yanacaq doldurmaqla yanaşı birbirlərinə çatacaq əşya və sənədləri məntəqədə saxlayırlar. O, həmçinin ifadəsində göstərmişdir ki, 18 avqust 2022-ci il tarixdə “Uğur” yanacaqdoldurma məntəqəsində onun iştirakı ilə aparılan baxış zamanı aşkar edilərək götürülmüş Gürcüstan Respublikasına aid Təqsirləndirilən şəxs MMC-nin ştampı olan istifadə edilmiş 120522 və 123616 nömrəli “İcazə” blankları hazırda xatırlamadığı yük maşınının sürücüsü tərəfindən məntəqəyə qoyulmuşdur. Yanacaqdoldurma məntəqəsinə mütəmadi olaraq sürücülər tərəfindən hər hansı əşya və sənədlər qoyularaq digər sürücülər tərəfindən götürüləcəyi bildirilir. Qeyd olunan “İcazə” blankları da eyni qaydada yanacaqdoldurma məntəqəsinə qoyulmuşdur. Təqsirləndirilən şəxs MMC–nin rəhbər və ya digər şəxslərini tanımır, həmin Cəmiyyətə məxsus hər hansı “İcazə” blankının satışını həyata keçirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-cü ildə “Daf” markalı, **-EN-*** qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini alaraq həmin yük maşını ilə müvafiq sifarişlər əsasında ölkə daxili və Gürcüstan ərazisinə müxtəlif yüklərin daşınması ilə məşğul olur. Həmin nəqliyyat vasitəsini yalnız özü idarə edir, heç kimə idarəetmə ilə bağlı müvafiq etibarnamə verməmişdir. Beynəlxalq yükdaşıma ilə bağlı Azərbaycan X7 tərəfindən verilən “İcazə” blankları lazım olduğundan mütəmadi olaraq şirkətlərlə müqavilə bağlayaraq həmin blankları alıb istifadə edərək Gürcüstan ərazisinə yük daşımışdır. O, həmçinin 18 avqust 2022-ci il tarixdə Qazax rayonu, İ Şıxlı kəndi ərazisində yerləşən “Uğur Oil” yanacaqdoldurma məntəqəsinə baxış zamanı aşkar edilərək götürülmüş üzərində Təqsirləndirilən şəxs MMC-yə məxsus ştamp əks olunmuş 120522 və 126616 nömrəli “İcazə” blankları ilə tanış olaraq göstərmişdir ki, təxminən 2022-ci ilin yaz aylarında Bakı şəhərində olarkən Gürcüstan ərazisinə aparmaq üçün yük götürdükdən sonra “İcazə” blankı lazım olduğundan maraqlanaraq hazırda xatırlamadığı sürücüdən Təqsirləndirilən şəxs MMC-nin direktoru Məmməd adlı şəxsin ***-***-**-** mobil nömrəsini alaraq həmin nömrə ilə əlaqə saxlamış və təcili olaraq iki ədəd Gürcüstana aid “İcazə” blankı olubolmadığını soruşmuşdur. Məmməd blank olduğunu bildirdiyi üçün hər birini 60 manata satdığını demiş, sonuncu ilə razılaşaraq Qazax rayonu ərazisində olduğunu demişdir. Məmməd həmin blankları qısa zamanda Qazax rayonu istiqamətində gedən sürücülərlə göndərəcəyini bildirmişdir. Təxminən bir neçə gün sonra hazırda adını və əlaqə nömrəsini xatırlamadığı şəxs onunla əlaqə saxlayaraq Qazax rayonu ərazisində olduğunu deyərək “İcazə” blanklarını gətirdiyini demişdir. Həmin şəxslə şəxslə görüşərək 2 ədəd üzərində Təqsirləndirilən şəxs MMC-yə məxsus ştamp olan “İcazə” blankı alıb Məmmədə çatdırılması üçün 120 manat pul vermişdir. Daha sonra həmin blanklardan istifadə edərək Gürcüstan Respublikası ərazisinə yük aparmışdır. Blanklardan istifadə etdikdən sonra geri qaytarılması üçün Məmmədlə əlaqə saxlayaraq Qazax rayonu ərazisində yerləşən “Uğur Oil” yanacaqdoldurma məntəqəsinə verdiyini demişdir. Bu səbəbdən də həmin blanklar qeyd olunan yanacaqdoldurma məntəqəsində aşkar edilmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs MMC ilə heç bir müqaviləsi olmamış, həmin Cəmiyyətin harada yerləşdiyini bilmir, yalnız maraqlanaraq həmin Cəmiyyətin direktoru Məmməd adlı şəxsdən 120 manat ödəmək şərti ilə 2 ədəd Gürcüstana aid “İcazə” blankı almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 avqust 2022-ci il tarixli baxış protokolundan görünür ki, Qazax rayonu, Birinci Şıxlı kəndi ərazisində yerləşən “Uğur” yanacaqdoldurma məntəqəsinə baxış zamanı Gürcüstan Respublikasına aid olmaqla üzərində Təqsirləndirilən şəxs MMC-nin ştampı olan istifadə edilmiş 120522 və 123616 nömrəli “İcazə” blankları xx.xx.2022-ci il tarixdə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan X7ndən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Gürcüstan Respublikasına aid olan 123616 “İcazə” blankları xx.xx.2022-ci il tarixdə, 120522 nömrəli “İcazə” blankı isə xx.xx.2022-ci il tarixdə Azərbaycan X7 tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan X7ndən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş CD diskə əlavə edilmiş məlumatlardan görünür ki, “Daf” markalı, **-EN-*** qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə bağlı Təqsirləndirilən şəxs MMC tərəfindən Azərbaycan X7nə müraciət edilməmiş, həmin Cəmiyyətin balansında müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxsn Nizamnaməsindən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs MMC xx.xx.2020-ci ildə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi (hazırki adı- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 4əyə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağa olunmayan bütün fəaliyyətlə məşğul ola bilər. Cəmiyyətin təsisçisi 100 faiz payla Nümayəndə1 olmaqla 24 fevral 2020-ci il tarixdə təsdiq olunmuş Nizamnaməsinə əsasən cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək, illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəət və zərərini bölüşdürmək, fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, onların yerinə yetirilməsinə dair plan və sair hesabatları təsdiq etmək, direktorun təyin edilməsi və geri çağırılması, bütün müqavilə, saziş və digər əqdlərin bağlanmasına razılıq vermək, cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malikdir. 21 iyul 2023-cü il tarixli arayışla cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamədən görünür ki, xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının və X3 atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərin Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarına verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir, “İcazə” blankı növündən (ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə) asılı olmayaraq, yükdaşımaları ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan Respublikasının ərazisinə maneəsiz daxil olmaq, yüklənmə aparmaq, ikitərəfli və ya tranzitlə hərəkət etmək hüququ, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilmiş digər şərtlər gözlənilir. “İcazə” blanklarının üçüncü şəxsə verilməsi qadağandır. Bundan başqa, qeyd olunan 21 iyul 2023-cü il tarixli arayışla cinayət işinin istintaq materiallarına əlavə edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsindən görünür ki, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu yük avtomobil daşıyıcılarına görə hər bir icazə üçün 20 (iyirmi) ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi (hazırki adı- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmişdir, hüquqi ünvanı ünvan 5nın miqdarı 100 manatdır, təsisçisi və qanuni təmsilçisi isə Nümayəndə1dur. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış protokolu ilə Qazax rayonu, İ Şıxlı kəndi ərazisində yerləşən “Uğur Oil” yanacaqdoldurma məntəqəsinə baxış zamanı aşkar edilərək götürülmüş Gürcüstan Respublikasına aid olan, üzərində Təqsirləndirilən şəxs MMC-nin ştampı olan 22-120522 və 22-123616 nömrəli “İcazə” blankları, qeyd edilən “İcazə” blanklarının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilməsi ilə bağlı Zərərçəkmiş şəxsndən daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş siyahı cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edilən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə 22 iyul 2023cü il tarixli qərarla tərəfimdən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş 24 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsində nəzərdə tutulmuş qaydada Nümayəndə1 aid hissədə xitam verilməsi haqqında qərar qəbul edilmiş,Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs MMC-yə məxsus “İcazə” blanklarının satışını həyata keçirmələri ilə əlaqədar əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şahid2, X1, X14, X8, X9, X15, X2, X13, X16, X12 və X5 barəsində CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan respublikası X7 tərəfindən 2023-cü ildə X3 icazələrinin bölgüsünün aparılması ilə bağlı “Avropa Nəqliyyat Nazirləri X4 Sistemi çərçivəsində həyata keçirilən daşımalar üçün Keyfiyyət Xartiyasının tələblərinə uyğun olaraq daşıyıcıların təqdim etdikləri sənədlərin yoxlanılması zamanı Avropa Nəqliyyat Nazirləri X4 Sisteminə dair İstifadəsi Təlimatının tələblərinin pozulmasına yol verildiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxsMM, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx"! MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş sertifikatların qanunsuz satışı və istifadəsi halları müəyyən edilmədiyindən həmin xüsusatlarla bağlı CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 iyul 2023-cü il tarixli iş üzrə icraata hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsində nəzərdə tutulmuş qaydada Təqsirləndirilən şəxs MMC-nin təsisçisi və faktiki rəhbəri Nümayəndə1 aid olan hissədə xitam verilməklə, o cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X7nin nümayəndəsi Nümayəndə3 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarında iştirak etmək istəmədiyini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən hüquqi şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.4-cü maddəsinə əsasən Hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən aşağıdakılar nəzərə alınır. 99-5.4.1-cinayətin ictimail təhlükəliliyinin xarakteri və dərəcəsi; 99-5.4.2- cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi; 99-5.4.3- cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı; 99-5.4.4-cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə; 99-5.4.5- cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən tədbirlər; 99-5.4.6- hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması. Məhkəmə işin hallarını, cinayətin ictimail təhlükəliliyinin xarakteri və dərəcəsini, cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, nəzərə alaraq təqsirləndirilən hüquqi şəxsə CM-in 99- 6-cı maddəsinə əsasən cərimə növündə cinayət hüquqi tədbir tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-6.1-ci maddəsinə əsasən Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. Həmin Məcəllənin 9-6.2-ci maddəsinə əsasən Cərimə bu Məcəllənin 99-6.3, 99-6.4 və 99-8.3-cü maddələrində göstərilən hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda müəyyən olunur. Həmin Məcəllənin 99-6.3.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə- yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən hüquqi şəxs şəxs Təqsirləndirilən şəxs MMC Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 99-6.3.2-ci maddəsinə əsasən ona cərimə növündə cinayət-hüquqi tədbir tətbiq edilməli, iş üzrə maddi sübutlar olan Gürcüstana aid, üzərində Təqsirləndirilən şəxs MMC-in ştampı olan 22-120522 və 22-123616 nömrəli “İcazə” blankları, qeyd edilən “İcazə” blanklarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyinin tabeliyində Azərbaycan X7ndən daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş siyahı cinayət işinin materiallarına əlavə edilməli, hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək ona cərimə növündə cinayət-hüquqi tədbir tətbiq edilməklə həmin Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-6.3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əldə edilmiş 52 (əlli iki) manat gəlirin 02 (iki) misli- 104 (bir yüz dörd) manat miqdarda cərimə edilsin. İş üzrə maddi sübutlar olan Gürcüstana aid, üzərində Təqsirləndirilən şəxs MMC-in ştampı olan 22-120522 və 22-123616 nömrəli “İcazə” blankları, qeyd edilən “İcazə” blanklarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMCyə verilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyinin tabeliyində Azərbaycan X7ndən daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş siyahı cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-80/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-80/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver