Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-81/2023 25.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Abşeron rayonu, Qobu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, bir uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, vahid niyətlə Qazax rayon sakini Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin oktyabr ayında «WhatsApp» sosial şəbəkəsi vasitəsilə tanış olub onu Səhiyyə Nazirliyində yaxın əlaqələri olmasına, Qazax rayon Mərkəzi Xəstəxanasında sürücü vəzifəsinə 10000 manata işə düzəldəcəyinə inandıraraq etibarını qazanmış və həmin şəxsi işə düzəltməyə köməklik etmək adı ilə aldadaraq razılaşdıqdan sonra Zərərçəkmiş şəxs1 həmin məqsədlə ünvan 2 ünvanında yerləşən “Əsədoğlu” marketdə quraşdırılmış 10039 nömrəli “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə "xxxx" ASC tərəfindən onun adına verilmiş 5444 5960 1286 9830 saylı kart hesabına 06 oktyabr 2022-ci il tarixdə saat 19:47-də göndərdiyi 5000 manat, yuxarıda qeyd olunan ünvanda olan elektron ödəmə sistemi vasitəsi ilə 31 oktyabr 2022-ci il tarixdə saat 18:37-də göndərdiyi 5000 manat, ümumilikdə 10000 manat pulu alıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, vahid niyətlə Qazax rayon sakini Zərərçəkmiş şəxs2 ilə «TikTok» sosial şəbəkəsi vasitəsilə tanış olaraq falçılıqla məşğul olduğunu yalandan bildirərək 2022-ci ilin əvvəllərində sonuncunun “Crovt 1” şirkətinə köçürdüyü 15000 manat pulu geri alıb-almayacağı barədə “fala” baxmasının qarşılığında aldadaraq Zərərçəkmiş şəxs2 "xxxx" ASC tərəfindən onun adına verilmiş 5444 5960 1286 9830 saylı kart hesabına 200 manat pul köçürülməsini bildirib sonuncunun xx.xx.2022-ci il tarixdə Qazax şəhəri, X14 küçəsi 3 nömrəli ünvanda yerləşən «Yeddi Gözəl» adlanan marketdə quraşdırılmış "xxxx" elektron ödəmə terminalı vasitəsi ilə həmin karta köçürdüyü 200 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin şirkətə köçürülmüş pulunun qaytarılacağı barədə yalan məlumat vermiş, həmçinin Səhiyyə Nazirliyində yaxın əlaqələri olmasına, Qazax rayon rayon Mərkəzi Xəstəxanasında müxtəlif vəzifələrinə işə düzəldəcəyinə inandıraraq etibarını qazanmış və işə düzəlməyə kömək edəcəyi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs2 aldadaraq sonuncunun əri X2 həmin xəstəxanada sürücü vəziəsinə işə düzəltmək üçün 10000 manat, bacısı X3 qeydiyyatçı vəzifəsinə, anası X1 və baldızı Şahid3 İsrail qızını xadiməçi vəzifəsinə işə düzəltmək üçün hər birinə görə ayrılıqda 4000 manat pul istəmiş, daha sonra Zərərçəkmiş şəxs2 inanıb razılaşdıqdan sonra həmin məqsədlə 17 noyabr 2022-ci il tarixdə gündüz saatlarında Qazax şəhəri, H.Əliyev prospekti, 1-ci döngə 1 nömrəli ünvanda yerləşən “Yeddi qaya” marketdə quraşdırılmış 02237 nömrəli "xxxx" ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC tərəfindən onun adına verilmiş 5444 5960 1286 9830 saylı kart hesabına 1500 manat, 21 noyabr 2022-ci il tarixdə saat 15:10 və 15:12-də Qazax şəhəri, H.Əliyev prospekti 107 nömrəli ünvanda yerləşən “Bazarstore” marketdə quraşdırılmış 4349 nömrəli "xxxx" ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC tərəfindən onun adına verilmiş 5444 5960 1286 9830 saylı kart hesabına 4000 və 2000 manat, 24 noyabr 2022-ci il tarixdə saat 17:03-də Qazax şəhəri, H.Əliyev prospekti 72 A nömrəli ünvanda yerləşən “Oba” marketdə quraşdırılmış 1269 nömrəli "xxxx" ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC tərəfindən onun adına verilmiş 5444 5960 1286 9830 saylı kart hesabına göndərdiyi 3500 manat, 30 noyabr 2022-ci il tarixdə gündüz saatlarında ünvan 7 ünvanda yerləşən “Nərgiz” marketdə quraşdırılmış 00701 nömrəli “MilliÖn” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC tərəfindən onun adına verilmiş 5444 5960 1286 9830 saylı kart hesabına göndərdiyi 2200 manat, 30 noyabr 2022-ci il tarixdə saat gündüz saatlarında Qazax şəhəri, H.Əliyev prospekti 107 nömrəli ünvanda yerləşən “Bazarstore” marketdə quraşdırılmış 4349 nömrəli "xxxx" ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC tərəfindən onun adına verilmiş 5444 5960 1286 9830 saylı kart hesabına göndərdiyi 1000 manat, 01 dekabr 2022-ci il tarixdə saat 15:32 və 15:40-da Qazax şəhəri, H.Əliyev prospekti 107 nömrəli ünvanda yerləşən “Bazarstore” adlanan marketdə quraşdırılmış 4349 nömrəli "xxxx" ödəmə terminalı vasitəsi ilə “Leobank” tərəfindən onun adına verilmiş son 8 rəqəmi 65259487 saylı kart hesabına göndərdiyi 2900 və 3100 manat, 07 dekabr 2022-ci il tarixdə saat 08:25-də Qazax şəhəri, H.Əliyev prospekti 171 nömrəli ünvanda yerləşən “Kür” marketdə quraşdırılmış 01899 nömrəli “MilliÖn” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC tərəfindən onun adına verilmiş 5444 5960 1286 9830 saylı kart hesabına göndərdiyi 2000 manat olmaqla, ümumilikdə 22400 manat pulu alıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 1 azyaşlı övladı var, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. X7 iştirakçısı olmaqla “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirkçısı” medalları ilə təltif edilmişdir. Müharibə veteranıdır. Zərərçəkmiş şəxs2 ilə 2022-ci ilin avqust ayında «TikTok» sosial şəbəkəsi vasitəsilə tanış olmuşlar. Belə ki, həmin vaxt Təhminə ona müraciət edərək “Okos” şirkətindən pulunun ələ keçirildiyini, 15000 manat pulun qaytarılıbqaytarılmayacağını soruşmuş, ondan köməkdarlıq istəmişdir. O da Təhminəni aldadıb pulunu ələ keçirmək məqsədi ilə əvvəlcə özünü falçı kimi təqdim edərək Təhminədən 200 manat pul göndərməsini istəmiş, Təhminə ilə söhbət zamanı rəhbər işçilərlə yaxşı əlaqələri olduğunu, Qazax rayon Mərkəzi Xəstəxanasında sürücü, xadiməçi və digər yerlərə işə düzəlməkdə köməklik edə biləcəyini demiş, sürücü vəzifəsinə işə düzəlmək üçün 10000 manat, xadiməçi və qeydiyyatçı üçün 4000 manat pul istəmişdir. Təhminə inanıb razılaşaraq X4, Şahid1, X5 və Şahid3 Qazax rayon Mərkəzi xəstəxanasında işə düzəltməsi üçün həmin şəxslərin şəxsiyyət vəsiqələrini və digər sənədlərini ona göndərmişdir. Həmin vaxtlar Zərərçəkmiş şəxs1 adlı digər zərərçəkmiş şəxs də ona zəng edərək telefon nömrəsini Zərərçəkmiş şəxs2 aldığını və xəstəxanaya sürücü vəzifəsinə işə düzəlmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 aldadıb pulunu ələ keçirmək məqsədi ilə onu Qazax rayon Mərkəzi Xəstəxansına sürücü vəziifəsinə işə düzəldəcəyinə söz verib inandırmış və buna görə 10000 manat pul istəmişdir. Onlar razılaşdıqdan sonra 5444 6960 1286 9830 saylı kartının şəklini çəkib Zərərçəkmiş şəxs1 göndərmiş, Zərərçəkmiş şəxs1 Qazax rayon Mərkəzi Xəstəxansına sürücü vəzifəsinə işə düzəlməsi üçün ona xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə hər dəfə 5000 manat olmaqla iki dəfəyə göndərdiyi ümumiyyətlə 10000 manat pulu almışdır. Zərərçəkmiş şəxs1 işə düzəlməsi üçün heç bir iş görməmiş və pulunu da qaytarmamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs2 kart hesabını ataraq işə düzəlmək istəyən şəxslərə görə ödəniş elilməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 həmin şəxslərin işə düzəldilməsi üçün hissəhissə, ümumilikdə 22200 manat pulu onun 5444 6960 1286 9830 saylı "xxxx" hesab nömrəsinə göndərmişdir. O, Zərərçəkmiş şəxs2 02 dekabr 2022-ci il tarixdə zəng gələcəyini və dekabr ayının 25-nə isə əmrləri veriləcəyini bildirərək inandırmışdır. O, həmin şəxslərdən heç birini işə düzəltmək üçün çalışmamış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldadaraq onlardan ümumilikdə aldığı 32400 manat pulu Bakı şəhərində müxtəlif restoran və kafelerdə, yerdə qalan pulu isə Kiyev və Moskva şəhərlərinə gedərək xərcləmişdir. Hazırda törətdiyi cinayət əməllərindən peşmandır, zərərçəkmiş şəxslərdən üzrxahlıq edərək onlara dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslər onunla barışmışlar. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, 2 övladı vardır. Rəsmi və qeyri rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub ailəsini dolandırır. X9 arvadı Zərərçəkmiş şəxs2 10 ildir ki, tanıyır, yaxşı münasibətləri vardır, heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs ilə 2022-ci ilin sentyabr ayından tanışdır, o, Camalla yalnız «WhatsApp» sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış və bir neçə dəfə telefonla danışmış, həmin şəxslə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs telefon nömrəsini ona 2022-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 vermişdir. Belə ki, o, universiteti bitirdikdən sonra uzun müddət işsiz qalmış və hər yerdə iş axtarmışdır. Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs adlı şəxsin kömək edə biləcəyini demiş, mobil telefon nömrəsini vermiş, o, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə vasitəsilə Camalla əlaqə saxlamış, Camal onu işə düzəltməyə köməklik edəcəyinə söz verib inandırmış, işə düzəlməyin şərtlərini bildirərək işin həlli üçün ondan ümumilikdə 10000 manat pul istəmişdir. O, Mərkəzi Xəstəxana ilə maraqlanmış, həqiqətən də həmin iş yerinin mövcud olduğunu öyrənmiş, Təqsirləndirilən şəxsla əlaqə saxlamış, Camalın vədlərinə inanıb razılaşaraq özünün şəxsiyyət və sürücülük vəsiqələrinin şəkillərini ona göndərmişdir. Təqsirləndirilən şəxs isə özünə məxsus "xxxx" hesab kartının şəklini göndərmiş və razılaşdıqları kimi işin ilkin həlli üçün lazım olan 5000 manat pulu Qazax şəhəri «Əsədoğlu» marketin qarşısındakı “Milliön” ödəmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 19:47:46-da Təqsirləndirilən şəxs 5444-5960-1286-9830 saylı hesab kartına göndərmişdir. Təqsirləndirilən şəxs ona «WhatsApp» sosial şəbəkəsi vasitəsilə yazaraq pulu aldığını və işin tezliklə həll olacağına söz vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə «WhatsApp» sosial şəbəkəsi vasitəsilə yazaraq 2022-ci ilin noyabr ayının 10-15 arası onun tibbi komisiyaya çağırılacağını və yoxlanışdan 10-15 gün sonra işə çıxacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən «WhatsApp» sosial şəbəkəsi vasitəsilə yazaraq qalan 5000 manat pulu da ondan istəmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 18:37:53-də Qazax şəhəri «Əsədoğlu» marketin qarşısındakı “Milliön” ödəmə sistemi vasitəsilə 5000 manat pulu həmin 5444-5960-1286-9830 saylı hesab kartına göndərmişdir. Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə ona zəng gələcəyini müxtəlif suallar veriləcəyini və bundan sonra isə onun işə düzəlməyi barədə əmr veriləcəyini bildirmişdir. Bu yazışmalardan sonra o, dəfələrlə Təqsirləndirilən şəxs yazsa da həmin şəxsdən cavab almamış, bu barədə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışdır, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəlidir, ailə üzvləri ilə birlikdə yaşayır, 1 övladı vardır. 11 ildir ki, Qazax Dövlət Sosial İqtisad Kollecində müəllimə işləyir. Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayından tanıyır, həmin şəxslə «Tiktok» sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Həmin ərəfədə Təqsirləndirilən şəxs «TikTok»da canlı fala baxmaqla məşğul olmuş, həmin vaxtlar özü “Kroft” şirkətində 15000 manat ziyana düşdüyü üçün pulun taleyinin gələcəkdə necə olacağını öyrənmək məqsədilə «Tiktok»da bu barədə Camalın nömrəsinə yazmış, bu şəkildə bir-birilərinin telefon nömrələrini qeydiyyata salmışlar. 25 sentyabr 2022-ci ildən sonrakı tarixdə Camal müxtəlif müddət ardıcıllıqla ona zəng edərək Qazax rayonu ərazisində boş iş yerləri vakansiyalarını saymağa başlamış, təcili tibbi yardıma 900 manat maaşa sürücü vəzifəsi üçün 10000 manat, Mərkəzi Xəstəxanasında 350-400 manat maaşa xadiməçi işinə görə 4000 manat, həmin xəstəxanada 350 manat maaşa qeydiyyatçı işinə görə 5000 manat pul istəmişdir. O, «WhatsApp» sosial mobil şəbəkəsi vasitəsilə zəng edib anası Şahid1, bacısı Şəbnəm Yaqubovaya, həmçinin baldlızı Şahid3 həmin iş yerləri haqqında məlumat vermişdir. Bu zaman əri Elçin Məmmədov da təcili tibbi yardım şöbəsində sürücü kimi işə düzəlməsinə razılıq vermiş, anası və baldızı xəstəxaya xadiməçi, bacısı isə xəstəxanaya qeydiyyat şöbəsinə işə düzəlmək istədiklərini bildirmişlər. Bunun üçün Təqsirləndirilən şəxs ondan ümumilikdə 22000 manat pul istəmişdir. Belə ki, həmin pulun 10000 manatını əri, 12000 manatı isə bacısı, anası və baldızı verməli idilər. Bu söhbətdən sonra o, Təqsirləndirilən şəxs «WhatsApp» sosial mobil şəbəkəsi vasitəsilə zəng edərək məlumat vermiş və xahiş etmişdir ki, qiyməti bir az münasib etsin. Lakin Təqsirləndirilən şəxs razılaşmamışdır. Anası, bacısı və baldızının maddi imkanları olmadığından pulları olmamış və işləmək istədiklərini bildirmişdir. Buna görə də o, anasına, bacısına və baldızına onların əvəzində işə düzəlmək üçün Təqsirləndirilən şəxs pul göndərəcəyini bildirmiş, onlar razılaşmış və işə düzəldikdən sonra hissə-hissə onun pulunu qaytaracaqlarına söz vermişlər. Odur ki, o, Təqsirləndirilən şəxs kartına hissə-hissə ümumilikdə 22400 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs onu əmin edərək tezliklə həmin şəxslərin işə düzələcəyinə söz vermişdir. Lakin xx.xx.2022-ci il tarixdə axşam vaxtı Təqsirləndirilən şəxs ona mesaj yazaraq işlərin alınmadıdığını bildirmişdir. O, sonra Təqsirləndirilən şəxsla nə qədər əlaqə saxlamağa çalışsa da Camal telefonu açmamış və öz vədinə əməl etməyərək onu aldadıb pulunu almışdır. Sonradan instagram sosial şəbəkəsi vasitəsilə ona yazaraq pulları qaytaracağını bildirərək ondan şikayət etməməsini xahiş etmişdir. Bundan başqa, qonşu və qohumu olan digər zərərçəkmiş şəxs Vüsalla da Camalı özü tanış etmişdir, belə ki, Vüsalın iş axtardığını biləndə Camal adlı tanışının ona iş düzəldə biləcəyini demiş, Vüsal ondan Camalın mobil telefon nömrəsini almışdır. X10 10000, onun özünün isə 22400 manat pulunu aldadıb ələ keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışdır, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, 4 övladı vardır. Rəsmi və qeyri rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs2 onun ortancıl qızıdır, münasibətləri çox yaxşıdır. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs onun qızı Zərərçəkmiş şəxs2 tanıyır, qızının dediyinə görə onlar «WhatsApp» sosial mobil şəbəkə vasitəsi ilə tanış olmuşlar. Uzun müddət idi ki, onun özü və böyük qızı Şəbnəm iş yeri axtarmış, bu barədə qızı Təhminənin də məlumatı olmuşdur. 2022-ci ilin noyabr ayında Təhminə «WhatsApp» sosial mobil şəbəkəsi vasitəsilə görüntülü olaraq ona və böyük qızı Şəbnəmə zəng edib Qazax rayon Mərkəzi Xəstəxanasına 350-400 manat maaşa xadiməçi, həmin xəstəxanada 350 manat maaşa qeydiyyatçı işlərinin olduğunu bildirmiş, qızı Şəbnəm qeydiyyatçı, özü isə xadiməçi kimi işə düzəlmək istədiyini bildirmişdir. Onların işə dzəlmələri üçün qızı Təhminə Camala pul vermişdir. Müəyyən müddət keçdikdən sonra Təhminə ona demişdir ki, göndərdiyi pulu Camal almışdır, ancaq indi Camala zəng çatmır. Onlar başa düşmüşlər ki, Camal dələduzluq edərək pulu ələ keçirib Təhminədən gizlənir. Bununla əlaqədar Təhminə Qazax RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, rəsmi və qeyri rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs2 onun qardaşı Elçinin arvadıdır, münasibətləri çox yaxşıdır. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs2 dediyinə görə o, Təqsirləndirilən şəxs Qazax rayon Mərkəzi Xəstəxanasına 350-400 manat maaşa xadiməçi, 350 manat maaşa qeydiyyatçı işlərinin olduğunu bildirmiş, işə düzəlmək üçün pul istəmişdir. Təhminə həmin işə düzəlməsi üçün Təqsirləndirilən şəxs pul göndərəcəyini bildirmişdir. Bir neçə gün sonra Təhminə Təqsirləndirilən şəxs kartına «TERMİNAL» vasitəsi ilə pul göndərdiyni demişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra Təhminəyə söz vermişdir ki, bu yaxınlarda o, həmin xəstəxanada işə düzələcəkdir. Müəyyən müddət keçdikdən sonra Təhminə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs zəng çatmır. Onlar başa düşmüşlər ki, Təqsirləndirilən şəxs dələduzluq edərək pulu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə notarial təsdiqli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə notarial təsdiqli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 təqdim etdiyi kserosurətlərdən görünür ki, Kapital Bank ASC-yə məxsus kart 5444-5960-1286-9830 saylı olmaqla, 01/25-ci ilədək istifadə müddəti vardır və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 təqdim etdiyi on ədəd sənədlər: Şəxsiyyət vəsiqəsinin surəti, üzərində seriya AZE №********, Təqsirləndirilən şəxs, doğuldubu yer və tarix Abşeron rayonu, Qobu qəsəbəsi, xx.xx.1993; Masterkardın surəti, üzərində Kapital Bank, 5444 5960 1286 9830, 01/25, Təqsirləndirilən şəxs; Qəbzin surəti, üzərində "xxxx" MMC, VÖEN **********, Milliön elektron ödəmə sistemi, Terminal №10039, Qazax şəhəri, Bakı küçəsi 7 Əsədoğlu market, xx.xx.2022, 18:37:53, "xxxx" xidmətinin nağd ödənişi, A.S.A. M****** C***** C***** oğlu, Kartın nömrəsi: 54459******9830, Məbləğ 5000.00 (AZN), Əməliyyat nömrəsi № **********; Qəbzin surəti, üzərində "xxxx" MMC, VÖEN **********, Milliön elektron ödəmə sistemi, Terminal №10039, Qazax şəhəri, Bakı küçəsi 7 Əsədoğlu market, xx.xx.2022, 19:47:46, "xxxx" xidmətinin nağd ödənişi, A.S.A. M****** C***** C***** oğlu, Kartın nömrəsi: 54459******9830, Məbləğ 5000.00 (AZN), Əməliyyat nömrəsi № **********; Qəbzin surəti, üzərində "xxxx" MPAY QSC, VÖEN **********, Qəbz nömrəsi: 14930, Terminal №4349, Bazarstore, Qazax şəhəri, Tarix: xx.xx.2022, 15:10, Kapital Bank –Karta Mədaxil edildi: AZN 4.000.00, Müştərinin A.S.A. M****** C***** C***** oğlu, Kartın nömrəsi: 54459******9830, Əməliyyat nömrəsi № **********; Qəbzin surəti, üzərində "xxxx" MPAY QSC, VÖEN **********, Qəbz nömrəsi: 9834, Terminal №4349, Bazarstore, Qazax şəhəri, Tarix: xx.xx.2022, 15:12, Kapital Bank –Karta Mədaxil edildi: AZN 2.000.00, Müştərinin A.S.A. M****** C***** C***** oğlu, Kartın nömrəsi: 54459******9830, Əməliyyat nömrəsi № **********; Qəbzin surəti, üzərində "xxxx" MPAY QSC, VÖEN **********, Qəbz nömrəsi: 194827, Terminal №1269, Qazax şəhəri, H.Əliyev prospekti 72 A «Oba Market» Tarix: xx.xx.2022, 17:03:08, Kapital Bank –Karta Mədaxil edildi: AZN 3500, Mıüştərinin A.S.A. M****** C***** C***** oğlu, Kartın nömrəsi: 54459******9830, Əməliyyat nömrəsi № **********; Qəbzin surəti, üzərində "xxxx" MPAY QSC, VÖEN **********, Qəbz nömrəsi: 14945, Terminal №4349, Ünvan: Bazarstore, Qazax şəhəri, Tarix: xx.xx.2022, 15:40, Kapital Bank –Karta Mədaxil edildi: AZN 2.900, Müştərinin A.S.A. Təqsirləndirilən şəxs, Kartın son 8 rəqəmi: 65259487, Əməliyyat nömrəsi № **********; Qəbzin surəti, üzərində "xxxx" MMC, VÖEN **********, Milliön elektron ödəmə sistemi, Terminal №01899, Qazax şəhəri, H.Əliyev prospekti «Kür» market, xx.xx.2022, 08:25:17, "xxxx" xidmətinin nağd ödənişi, A.S.A. M****** C***** C***** oğlu, Kartın nömrəsi: 54459******9830, Məbləğ 2000.00 (AZN), Əməliyyat nömrəsi № **********; Qəbzin surəti, üzərində "xxxx" MPAY QSC, VÖEN **********, Qəbz nömrəsi: 13051, Terminal №4349, Ünvan: Bazarstore, Qazax şəhəri, Tarix: xx.xx.2022, 15:32, Kapital Bank –Karta Mədaxil edildi: AZN 3.100, Müştərinin A.S.A. Təqsirləndirilən şəxs, Kartın son 8 rəqəmi: 65259487, Əməliyyat nömrəsi № ********** sözləri və rəqəmləri yazılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Kapital Bank ASC-dən daxil olmuş sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs adına olan kartlara xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 3.500 manat, xx.xx.2022-ci il tarixdə 2200 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, ümumiyyətlə 26.400 manat məbləğində pul köçürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Unibank” kommersiya bankından daxil olmuş məlumatların qeyd olunduğu 01 ədəd CD diskə baxış zamanı məlum oldu ki, «E Manat» -LEO APP terminal vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 15:34-də 3100 manat pul Təqsirləndirilən şəxs unibank hesab nömrəsinə, həmçinin «E Manat» -LEO APP terminal vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 15:42-də 2900 manat pul Təqsirləndirilən şəxs unibank hesab nömrəsinə, cəmi 6000 manat pul köçürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika psixatriya xəstəxanası»nın publik hüquqi şəxsi tərfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 9378 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicə olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə, saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 1299 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qobu qəsəbəsi Yeni məhəllədə qeydiyyatsız yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AZ-İİİ№ 222517 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü ildə anadan olmuş Abdulla adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası SHXÇÜDX-nin Bakı Şəhəri Qaradağ Rayon İdarəsindən daxil olmuş 19 oktyabr 2023-cü il tarixli, 3-43-82/2-1503/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş, “Vətən Müharibəsində” iştirak etmiş və xx.xx.2020-ci il tarixdə tərxis olunmuşdur. “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. “Müharibə Veteranı”dır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 31 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərradan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 32.5, 312-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən həmin şəxslərin barələrində cinayət təqibi başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmuu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə düzgün tövsif edilmişdir və o həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etməsini, bir azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışmalarını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, X7 iştirakçısı, müharibə veteranı olmaqla “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı”medallarıyla təltif edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 06 ay 07 gün müddət təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və Bakı şəhəri ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan 8 ədəd qəbz, kart və şəxsiyyət vəsiqələrin surətləri cinayət işinin materiallarında saxlanılmalı, hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 06 (altı) ay 07 (yeddi) gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 14 (on dörd) gün çıxılaraq onun üzərində 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılmaı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan 8 ədəd qəbz, kart və şəxsiyyət vəsiqələrin surətləri cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-81/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-81/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver