Məhkəmə qərarları › İş №1(023)-82/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-82/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-82/2023 11.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 6 uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,077 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 2 ədəd üzərlərində “Methadone 40” yazısı olan hər birinin tərkibində 0,04 qram narkotik vasitə olan metadon tərkibli təsiredici dərman preparatları əldə edib daşıyaraq 1 ədəd ağ rəngli parça materialdan hazırlanmış qələm qabına yığıb göy rəngli parça materialdan hazırlanmış əl çantasında Qazax şəhəri, Bakı küçəsində, 1 nömrəli yaşayış binasının yaxınlığında yerləşən yaşadığı fərdi yaşayış evinin yataq otağındakı paltar şkafınının içərisində saxlamış, Qazax rayon rolis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 26 aprel 2023-cü il tarixdə saat 13:00-dan saat 15:00-dək olan vaxtda Təqsirləndirilən şəxs yaşadığı Qazax şəhəri, Bakı küçəsində, 1 nömrəli yaşayış binasının yaxınlığında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq otağındakı paltar şkafının içərisindən göy rəngli parça materialdan hazırlanmış əl çantasında olan 1 ədəd ağ rəngli parça materialdan hazırlanmış qələm qabının içərisindən 1 ədəd ağ rəngli plastik qutuda təmiz çəkisi 1,077 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədədi konvalyut kəsiyində, digəri isə açıq formada qəhvəyi rəngli həblərdə üzərlərində “Methadone 40” yazısı olan hər birinin tərkibində 0,04 qram, ümumi miqdarı 0,08 qram narkotik vasitə olan metadon tərkibli təsiredici dərman preparatları aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həbs edilənə qədər ailə üzvləri ilə birlikdə Qazax şəhəri Bakı küçəsində yerləşən 1 nömrəli yaşayış binasının yaxınlığında olan fərdi yaşayış evində yaşamış, rəsmi heç bir yerdə işləməsə də fəhləlik edib ailəsini dolandırmışdır. 6 uşağı var, onlardan 4-ü azyaşlıdır. 2023-cü ilin aprel ortalarında Qazax şəhəri Bakı küçəsindəki 1 nömrəli, beşmərtəbəli binanın yaxınlığında piyada gedən zaman yerdən 01 ədəd plastmas qab və onun yanında siqaret qutusunu görüb götürmüş və içərisinə baxdıqda plastmas qabın içərisində heroin və siqaret qutusunun içərisində həblər görüb onları götürmüş və öz istifadəsi üçün yaşadığı evə aparmış, onları yataq otağındakı paltar şkafınının içərisində gizlətmişdir. Bu haqda ailə üzvlərinin və ya başqalarının məlumatı olmamışdır. xx.xx.2023cü il tarixdə saat 13 radələrində yaşadığı evdə olarkən bir neçə nəfər Qazax RPŞ-nin əməkdaşları gələrək yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib evə baxış keçirmək istədiklərini demişlər. O, baxış keçirilməsinə hər hansı bir etirazı olmadığını bildirib bu barədə könüllü ərizə vermişdir. Bundan sonra evə baxış keçirməyə başlanılmış, ona evində narkotik vasitə və sair qanunla qadağan edilmiş maddə və əşyaları təqdim edilməsini təklif etmişlər. O, yataq otağında olan geyim paltarlarını saxladığı göy rəngli əl çantasının içərisində olan parça materialdan hazırlanmış qələm qabında saxladığı plastmas qabın içərisində olan heroin və siqaret qutusunun içərisindəki həbləri, həmçinin heroin istifadə edərkən lazımi miqdarı müəyyən eləmək məqsədi ilə əldə etmiş olduğu elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş bununla bağlı sənədləşmə işləri aprılmış, oradan Qazax RPŞ-nə aparılmış, polis şöbəsində müdafiəçi ilə təmin edilmiş, üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən hər hansı bir narkotik vasitə, pisxotrop maddə və ya qanunsuz predment aşkar olunmamışdır. Törətdiyi cinayət əməlinə görə peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Qazax şəhəri, Bakı küçəsi 1 nömrəli beşmərtəbəli binanın yaxınlığında, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi və əvvəllər məhkum olunmuş şəxs kimi tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Qazax şəhər sakini Şahid6 əvvəllər üzdən tanımış, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə Ramil Əliyev məlumat verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Qazax şəhəri «Təzə məhəllə» kimi tanınan yerdə narkotik vasitə qəbul etməklə məşğul olur. Daxil olmuş əməliyyat məlumatı barədə o, Qazax RPŞ-nin rəhbərliyinə məruzə etmiş, rəhbərliyin tapşırığına əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və rəhbərliyin əmrinə əsasən əməliyyat qrupunun tərkibina daxil edilmişdir. Ondan başqa Qazax RPŞ-nin əməkdaşları Şahid3, X11, Şahid4 Temraz oğlu, X12, Şahid5 və təhqiqatçı X3 həmin qrupun tərkibinə daxil edilmişlər. Rəhbərlik tərəfindən əməliyyat qrupunun tərkibinə daxil edilmiş əməkdaşlar təlimatlandırılmış, bundan sonra onlar dərhal Qazax şəhəri Bakı küçəsi, 1 nömrəli binanın yaxınlığında nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs evinə getmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə və tərkibində psixotrop maddə olan həblər əldə edib saxlaması barədə məlumatları olduğunu və bu bununla əlaqədar evə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və evə baxış keçirilməsi üçün ərizə vermişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində 2 nəfər hal şahidi qismində dəvət edilərək Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Bundan öncə Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə, psixotrop maddə varsa təqdim edilməsi təklif olunmuş, o, evində narkotik vasitə, tərkibində psixotrop maddə olan həblər saxladığını etiraf edərək təqdim etmək üçün onları evin yataq otağına dəvət etmiş və orada yaşıl rəngli çantanı göstərib onları çantada saxladığını bildirmişdir. Çanta, təhqiqatçı İsgəndər Qasımov tərəfindən açılmış, içərisində müxtəlif geyim paltarları, 1 ədəd mavi rəngli qələm qabı və 1 ədəd boz rəngli üzərində «Davidoff» sözləri yazılmış siqaret qutusu olması müəyyən edilmişdir. Həmin qab açıldıqda içərisində 1 ədəd işlək vəziyyətdə olan elektron tərəzi, 1 ədəd plasmas qabın içərisində qəhvəyi rəngli kütlə və 1 ədəd içərisində ağ rəngli kristal formalı kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs qəhvəyi rəngli kütlənin heroin olduğunu, Qazax şəhərində yerdən tapdığını, ağ rəngli kristal formalı kütlənin isə limon duzu olduğunu bildirmişdir. «Davidoff» sözləri yazılmış qisaret qutusunun içərisinə baxış keçirilən zaman 5 ədədi konvalyutda və 1 ədədi konvalyutdan çıxarılmış vəziyyətdə, cəmi 6 ədəd həblər aşkar edilmişdir. Həmin aşkar edilənlər zərfə qoyularaq qablaşdırılmışdır. Sonra evə baxış keçirilmiş, Təqsirləndirilən şəxs evindən başqa heç bir qanunsuz saxlanılan əşya müəyyən edilməmiş və götürülməmişdir. Baxış zamanı təhqiqatçı tərəfindən protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Həmin protokol və əşyaların qablaşdırıldığı kağız zərflərin üzəriləri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs evinə baxış xx.xx.2023-cü il tarixdə, saat 13:00-da başlamış, saat 15:00-da bitmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Qazax RPŞ-nə aparılmış, orada müdafiəçi ilə təmin edilmiş, üzərində şəxsi axtarış aparılmış, lakin ondan qanunsuz nəsə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax rayon Polis Şöbəsinin əməkdaşları Şahid3, Şahid2, Şahid4 və Şahid5 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2435 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «…Təqsirləndirilən şəxs yaşadığı evdən..2 ədəd plasmas qabda..» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd plastik qabda təmiz çəkisi -1,077 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd plastik qabda bükümdə təmiz çəkisi-4,533 qram olan ağımtıl rəngli maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. Tədqiqata təqdim edilmiş, üzərində «…Təqsirləndirilən şəxs yaşadığı evdən.. həblər və 1 ədəd elektron tərəzi..» sözləri və imzalar qeyd edilmiş kağız paketi açdıqda 01 ədəd konvalyut kəsiyində və 01 ədəd açıq formada üzərində «Methadone 40» yazısı olan ümumilikdə 01 ədəd qəhvəyi rəngli həb metadan tərkibli dərman preparatıdır və həmin həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir. (01 ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qramdır). «Preqabalin 300 mq» 01 ədəd konvalyut kəsiyində 03 ədəd ağımtıl və qəhvəyimtil rəngli dərman kapsullarının tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,90 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,300 qramdır) olduğu müəyyən edildi. «Preqabalin 150 mq» 01 ədəd konvalyut kəsiyində 01 ədəd ağımtıl rəngli dərman kapsulunun tərkibində preqabalinin təsir maddəsinin miqdarı üzərindəki göstəriciyə əsasən 0,150 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,150 qramdır) olduğu müəyyən edildi. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhzdudlaşdırılan narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhzdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. QEYD: Heroinin təmiz çəkisi-1,077 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq 0,977 qram. Metdaon həbinin sayı 02 ədəd, tədqiqata sərf edildi 01 ədəd, qalıq 01 ədəd həb. Preqabalin kapsulunun ümumi sayı-04 ədəd, tədqiqata sərf edildi 02 ədəd, qalıq 02 ədəd. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Məhkəmə narkoloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 1075 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik avstrinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 26 aprel 2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qazax şəhəri, Bakı küçəsi, 1 nömrəli beşmərtəbəli binanın yaxınlığında yerləşən evə baxış keçirilən zaman o, yataq otağında yaşıl rəngli çantada narkotik vasitə olan heroin və tərkibində psixotrop maddələr olan həblər saxladığını bildirmişdir. Həmin çantanın içərisində bir ədəd mavi rəngli qələm qabı və bir ədəd üzərində «Davidoff» sözləri yazılmış siqaret qutusu müəyyən edildi. Qələm qabının içərisində 1 ədəd işlək vəziyyətdə elektron tərəzi, 1 ədəd plasmas qabın içərisində qəhvəyi rəngli kütlə və bir ədəd ağ rəngli, kristal formalı kütlə aşkar edildi. Təqsirləndirilən şəxs həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin və ağ rəngli kristal formalı kütlənin isə limon duzu olduğunu bildirmişdir. Plasmas qabda olan qəhvəyi rəngli kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 7,43 qram olması müəyyən edilmişdir. Plasmas qabda olan ağ rəngli kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 6,54 qram olması müəyyən edilmişdir. Üzərində «Davidoff» sözləri yazılmış siqaret qutusunun içərisində 5 ədəd konvalyutda və 1 ədədi açıq vəziyyətdə, cəmi 6 ədəd həblər aşkar edilmişdir. Baxış zamanı qeyd olunan 7,43 qram, 6,54 qram kütlələr, cəmi 6 ədəd həblər və 1 ədəd elektron tərəzi iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüş, fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. Baxış 26 aprel 2023-cü il tarixdə, saat 13:00-da başlamış, saat 15:00-da başa çatmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon Psixiatriya Xəstəxanasından alınmış olan xx.xx.2023-cü il tarixli, 1355 nömrəli məktubdan görünür ki, Qazax şəhəri, Şahid4 küçəsi, ev 22 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanada psixoloji qeydiyyatda yoxdur, lakin 2012-ci ildən xəstəxananın narkoloji kabinetində «Narkomaniya» diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 25 may 2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddəni şəxsi istehlak məqsədi ilə əldə etmişdir. Həmin maddələri hansı mənbədən əldə edilməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan DİNnin BƏSİİ-dən daxil olmuş tələbnamədən, həmçinin Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim edilmiş 25 sentyabr 2023-cü il tarixli, 1/28 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 08 ay 09 gün hissəsini çəkmiş, 01 il 09 ay 17 günlük hissəsi çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunanQazax Psixatriya Xəstəxanasının verdiyi 18 avqust 2023-cü il tarixli, 1355 saylı məktubdan görünür ki, X2 Psixatriya xəstəxanasında psixoloji qeydiyyatda yoxdur, lakin 2012-ci ildən xəstəxananın narkoloji kabinetində narkomaniya diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 18 avqust 2023-cü il tarixli, 5-58-1-12-21/2-957/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, X4 ev təsərrüfatlarının uçotu kitabına əsasən ünvan 3 ünvanında qeydiyyatdadır. Arvadıxx.xx.1985-ci il təvəllüdlü X13, uşaqları-xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X10 tərkibdə ailə üzvləri vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan AZ- İ№572436 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2010-cu ildə X13 ilə 231 nömrəli nikah qeydi bağlamışlar. AA№4140310 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 sentyabr 2009cu il tarixdə anadan olmuş Murad adlı uşağın atası Təqsirləndirilən şəxsdur. AA№4373724 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 oktyabr 2011-ci il tarixdə anadan olmuş Rəsul adlı uşağın atası Təqsirləndirilən şəxsdur. AA№4373723 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 24 oktyabr 2016-cı il tarixdə anadan olmuş Bilal adlı uşağın atası Təqsirləndirilən şəxsdur. AA№4927504 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 15 iyun 2019-cu il tarixdə anadan olmuş Narin adlı uşağın atası Təqsirləndirilən şəxsdur. AA№4373727 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 23 dekabr 2019-cu il tarixdə anadan olmuş Kərəm adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 18 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələrilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci madəsinə əsasən cinayət təqibinə xitam verilmiş və onun yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 4,533 qram olan ağımtıl rəngli maddə narkotik vasitə və psixotrop maddələrə aid olmadığı və iş üçün sübutu əhəmiyyət kəsb etmədiyindən məhv edilməsi məqsədilə Qazax RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində beşi azyaşlı olmaqla altı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, aşkar edilmiş narkotik vasitənin miqdarını nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, CMnin 67.1 və 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək hazırkı cəza ona Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlığn məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay 17 günlük hissəsi ilə qismən birləşdirilməli, ona qəti cəza təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,977 qram heroin, 01 ədəd üzərində “Methadone 40” yazısı olan metadon həbi, 02 ədəd üzərində “Preqabalin” yazısı olan preqabalin kapsulu və 01 ədəd elektron tərəzi məhv edilməli, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 55 manat manat məbləğdə pul ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000000 3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci və 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş hazırki cəza ona Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 17 (on yeddi) günlük hissəsi ilə qismən birləşdirilsin, o, qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Qazax rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 0,977 qram heroin, 01 ədəd üzərində “Methadone 40” yazısı olan metadon həbi, 02 ədəd üzərində “Preqabalin” yazısı olan preqabalin kapsulu və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar