Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-84/2023 18.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20 avqust 1997-ci ildə Qazax rayon Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir uşaq atası, işləməyən, məhkumluğu olmayan, Qazax rayon Çaylı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs istifadəsində olan Qazax rayonu Çaylı kəndində yerləşən avtomobillərin təmiri sexinin avtomobil ehtiyat hissələri və avtomobil təmirində istifadə olunan alət və əşyaların saxlanması üçün nəzərdə tutulmuş saxlanc yeri hesab olunan yardımçı otağına qapısının asma qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq, otağa qoyulmuş sonuncunun istifadəsində olan “VAZ 21011” markalı avtomobilə aid 200 manat dəyərində işlək vəziyyətdə olan dörd pilləli 01 ədəd sürətlər qutusunu, 01 ədəd 30 manat dəyərində ön mis materialdan işlək vəziyyətdə olan su radiatorunu, 01 ədəd 30 manat dəyərində işlənmiş ön buferi, 01 ədəd 50 manat dəyərində işlənmiş vəziyyətdə sərinkeşi üzərində olan istilik peçini, 01 ədəd 40 manat dəyərində işlək vəziyyətdə olan yanacaq çənini və 01 ədədi 10 manat dəyərində olan 02 ədəd olmaqla 20 manat dəyərində işlənmiş arxa yayları (prjun) gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 370 manat dəyərində maddi zərər vurub, oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluq etməmişdən təxminən 8 ay qabaq VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, həmin avtomobil köhnəldiyi üçün hissələrə ayırıb satmaq qərarına gəlmiş, avtomobili hissələrə ayırıb kuzovunu və matorunu 2022-ci ilin may ayının sonlarında Tovuz şəhərində işləyən “Qusi” ləqəbli Hüseyn adlı maşın ehtiyat hissələrinin satışı ilə məşğul olan şəxsə 400 manata, qalan ehtiyat hissələrini isə kənddə kimə lazım olduqca satmışdır. Çaylı kəndində yerləşən, Zərərçəkmiş şəxs istifadəsində olan avtomobillərin təmiri sexindən oğurluq etmək qərarına gəlmiş, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində heç kəsin onu görmədiyindən əmin olduqdan sonra təkbaşına Zərərçəkmiş şəxs sexinə qapıdan içəri daxil olmuş, alışqan işığı ilə sexin içərisində olan əşyalara baxmış, oradan markasını bilmədiyi avtomobilə məxsus 01 ədəd sürətlər qutusunu, 01 ədəd su radiatorunu, 02 ədəd prjunu, 01 ədəd ön buferi, 01 ədəd üzərində sərinkeş olan sobanı və 01 ədəd yanacaq çənini 400 metr aralıda olan yaşadığı evə aparıb evin həyətinə yığmışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında tanışı, Qazax şəhərində yaşayan X4 zəng edərək ehtiyat hissələrini satmağa aparmağına köməklik etməsi üçün yaşadığı evə çağırmış, İsrail gəldikdən sonra ehtiyyat hissələrini “0066” xidməti ilə çağırdığı sürücüsünü tanımadığı, dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes” markalı taksi vasitəsilə İsraillə birlikdə Tovuz şəhərinə aparmış, sexdən götürdüyü 01 ədəd sürətlər qutusunu, 01 ədəd rodiatoru, 02 ədəd prjunu, 01 ədəd ön buferi, 01 ədəd üzərində sərinkeş olan sobanı və 01 ədəd yanacaq çənini aparıb Tovuz şəhərində işləyən “Qusi” ləqəbli Hüseynə 80 manata satmış, pulun 20 manatını taksi haqqı kimi sürücüyə vermiş, bir hissəsini qayıtdıqdan sonra İsraillə pivə içmiş, qalanını isə özü xərcləmişdir. İsrailə və taksi sürücüsünə, həmçinin də Hüseynə qeyd olunan ehtiyat hissələrinin özününkü olmasını demiş, onların həmin əmlakın oğurlanmasından məlumatı olmamışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzr istəmiş, ona vurduğu ziyan ödənilmiş, onunla barışmışdır. Gələcəkdə bir daha bur cür əmələ yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qazax rayon Çaylı kəndində qeydiyyatda olmaqla yaşayır və həmin kənddəki istifadəsində olan avtomobillərin təmiri sexində fərdi qaydada avtomobil təmiri ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə istifadəsindəki “VAZ 21011 markalı ** FH *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nasazlıq olduğu üçün orada sökmüş, ehtiyat hissələrini, yəni mühərrikxanasında olan detalları, mühərrikini, sürətlər qutusunu və digər hissələrini sexin yardımçı otağına yığmış, qapısını da qıfıllayıb saat 20 radələrində evinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində sexə getmiş, ehtiyat hissələrini yığdığı yardımçı otağın qapısının qıfılının açılmış vəziyyətdə olduğunu, lakin qapısının örtülü olduğunu görmüş, kiminsə həmin tikiliyə daxil olmasından şübhələnmiş, ora otağa daxil olaraq göz gəzdirmiş, avtomobilindən söküb qoyduğu ehtiyat hissələrindən sürətlər qutusunun, motorun mis materialıdan hazırlanmış ön radiatorunun, ön buferin, istilik sobasının və sobanın sərinkeşinin, yanacaq çəninin, iki ədəd arxa yaylarının yerində olmadığını görmüş, onların oğurlandığını bilmişdir. Sexdən qeyd olunan ehtiyat hissələrindən başqa heç nə oğurlanmamışdır. Sexdən oğurluq edən şəxsi tapmaq üçün özü bir müddət araşdırma aparmış, sonra müsbət nəticə əldə etmədiyinə görə bu barədə polisə şikayət etmişdir. Oğurluq nəticəsində ona 370 manat ziyan dəymişdir. Sonradan sexdən oğurluğu Təqsirləndirilən şəxs etdiyini polislər demişlər. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona dəymiş ziyan ödənilmişdir, o da Təqsirləndirilən şəxsla barışmışdır, sonuncudan şikayətçi deyil, təqsirlndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz rayon sakinidir. Təqsirləndirilən şəxs əvvəldən tanıyır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Elvin onun istifadəsində olan 077 625 25 25 mobil nömrəsinə zəng edərək “VAZ” markalı avtomobilin sürətlər qutusu və digər hissələrinin olduğunu, satmaq istədiyini bildirmiş, Elvinə gec olduğundan sabah gəlməsini, baxdıqdan sonra ala biləcəyimi bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 14-15 radələrində Elvin yanında bir nəfər tanımadığı şəxslə, “Mercedes” markalı dövlət qeydiyyat nişanını bilmədiyi, qara rəngli taksi avtomobili ilə onun Tovuz şəhəri Şahid2 prospektində yerləşən ikinci əl ehtiyat hissələri mağazasına gəlmiş, Elvin 01 ədəd sürətlər qutusu, 01 ədəd rodiatoru, 02 ədəd prjunu, 01 ədəd ön buferi, 01 ədəd üzərində sərinkeş olan sobanı və 01 ədəd yanacaq çənini göstərərək satmaq istədiyini, öz avtomobilinin ehtiyat hissələri olduğunu demiş və 150 manata satdığını bildirmiş, lakin o, həmin ehtiyat hissələrinin hamısını birlikdə razılaşaraq 80 manata almışdır. Bir neçə gündən sonra Qazax RPŞ-nin əməkdaşları mağazaya gələrək qeyd olunan ehtiyat hissələrinin Elvin tərəfindən oğurlandığını demişlər. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxsla barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5203 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş ehtiyat hissələrinin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin may ayına orta bazar qiyməti və ümumi dəyəri təxminən 370,00 manat müəyyən edilir. Rəyin tədqiqi hissəsində olan cədvələ əsasən işlək vəziyyətdə olan dördpilləli 01 ədəd sürətlər qutusu 200 manat, 01 ədəd ön mis materialdan işlək vəziyyətdə olan su radiatoru 30 manat, 01 ədəd işlənmiş ön bufer 30 manat, 01 ədəd işlənmiş vəziyyətdə sərinkeşi üzərində olan istilik peçi 50 manat, 01 ədəd işlək vəziyyətdə olan yanacaq çəni 40 manat və 02 ədəd işlənmiş arxa yay (prjun) 20 manat. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax rayon Psixiatriya xəxtəxanasından təqdim edilmiş xx.xx.2022-ci il tarixli 1284 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya xəstəxanasında narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid2 Tovuz şəhərində yerləşən ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olduğu mağazada Şahid2 təqdim etdiyi Təqsirləndirilən şəxs satmış olduğu ehtiyat hissələrinə baxış keçirilmiş, baxış zamanı 01 ədəd sürətlər qutusu, 01 ədəd rodiator, 02 ədəd arxa yaylar, 01 ədəd ön bufer, 01 ədəd üzərində sərinkeş olan soba və 01 ədəd yanacaq çəni müəyyən edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd sürətlər qutusuna, 01 ədəd rodiatoruna, 02 ədəd yaylara, 01 ədəd ön buferə, 01 ədəd üzərində sərinkeş olan sobaya və 01 ədəd yanacaq çəninə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs ehtiyat hissələrinin ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RPŞ-dən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Qazax rayon Çaylı kənd sakini Təqsirləndirilən şəxs oğurluq tək etdiyi, başqa heç bir kəslə əlbir olmadığı və həmin hadisədən sonra başqa hər hasnı bir oğurluq hadisəsi etmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİ-dən alınmış tələbnamədən və Qazax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RİHB-nın Çaylı Kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 01 noyabr 2022-ci il tarixli, xx-xx/1590 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Çaylı kəndində qeydiyyatda olmaqla yaşayır. Atası 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Fərhad oğlu, anası 1971-ci il təvəllüdlü X3, qeyri rəsmi arvadı 2000ci il təvəllüdlü X2 və qızı 2019-cu il təvəllüdlü X5 tərkibdə ailə üzvləri var, yaşayış yeri üzrə mübət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 17 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibi başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsünün barəsində CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, ünvan 2 ünvanında yaşayan Şahid2 əlvan və qara metal tullantılarının qəbulu qaydalarını pozması səbəbindən barəsində Azərbaycan Respublikası İXM-nin 457-1.1.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Tovuz RPŞ-ə göndərilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, səmimi peşiman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, dəymiş ziyanın ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzadan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları, təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cinayəti etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzrxahlıq etməsini, dəymiş ziyanın miqdarını, zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, bir nəfər az yaşlı uşağın olmasını yüngülləşdirici hallar kimi nəzərə alıb, hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-in saxlanc anbarında saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd sürətlər qutusu, 01 ədəd radiator, 02 ədəd arxa yaylar, 01 ədəd ön bufer, 01 ədəd üzərində sərinkeş olan soba və 01 ədəd yanacaq çəni sahibi S. Ayvazova qaytarılmalı, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd sürətlər qutusu, 01 ədəd radiator, 02 ədəd arxa yaylar, 01 ədəd ön bufer, 01 ədəd üzərində sərinkeş olan soba və 01 ədəd yanacaq çəni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-84/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-84/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver