Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-84/2024 06.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim sədrliyi, katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Qazax Rayon vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, təbiətə külli miqdarda ziyan vurmaqla meşə zolağına aid torpaq sahəsində olan ağacları qanunsuz kəsmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Qazax-Əskipara avtomobil yolunun 5-ci kilometrliyində yolun sağ tərəfində yerləşən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 2 saylı X6 Mərkəzinə məxsus meşə zolağına aid torpaq sahəsində 13 ədəd qovaq cinsli, yəni 1 ədəd 120 manat dəyərində d=12 sm olan qovaq cinsli ağacı, 1 ədəd 150 manat dəyərində d=14 sm olan qovaq cinsli ağacı, 2 ədəd 360 manat dəyərində d=18 sm olan qovaq cinsli ağacı, 1 ədəd 180 manat dəyərində d=20 sm olan qovaq cinsli ağacı, 1 ədəd 200 manat dəyərində d=24 sm olan qovaq cinsli ağacı, 4 ədəd 1000 manat dəyərində d=26 sm olan qovaq cinsli ağacı, 1 ədəd 300 manat dəyərində d=30 sm olan qovaq cinsli ağacı, 1 ədəd 300 manat dəyərində d=32 sm olan qovaq cinsli ağacı, 1 ədəd 350 manat dəyərində d=34 sm olan qovaq cinsli ağacı və 27 ədəd qoz cinsli, yəni 1 ədəd 120 manat dəyərində d=12 sm olan qoz cinsli ağacı, 3 ədəd 540 manat dəyərində d=20 sm olan qoz cinsli ağacı, 4 ədəd 800 manat dəyərində d=22 sm olan qoz cinsli ağacı, 2 ədəd 400 manat dəyərində d=24 sm olan qoz cinsli ağacı, 2 ədəd 500 manat dəyərində d=26 sm olan qoz cinsli ağacı, 1 ədəd 250 manat dəyərində d=28 sm olan qoz cinsli ağacı, 5 ədəd 1500 manat dəyərində d=30 sm olan qoz cinsli ağacı, 5 ədəd 1500 manat dəyərində d=32 sm olan qoz cinsli ağacı, 2 ədəd 700 manat dəyərində d=34 sm olan qoz cinsli ağacı, 2 ədəd 700 manat dəyərində d=36 sm olan qoz cinsli olmaqla, ümumilikdə 40 ədəd köküstə yaş halda ağacları istintaqa məlum olmayan elektirikli mişar daşı ilə qanunsuz kəsərək Meşələrin İnkişafı Xidmətinin 2 saylı X6 Mərkəzinə 9970,00 manat məbləğində maddi ziyan vurmaqla təbiətə külli miqdarda ziyan vurmuşdur. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq, hesab edir ki, ibtidai araşdırma zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı bildirmişdir ki, Təqsirləndirilən şəxs kəsdiyi ağaclar dövlət meşə fondu torpaqlarına aiddir, Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz idarəsi məhkəməyə təqdim etdiyi məktubdan görünür ki, kəsilmiş ağaclar meşə zolağına aiddir, həmin torpaq dövlət mülkiyyətindədir. Zərərçəkmiş şəxsin nümayəndəsinin ilkin məhkəmə hazırlıq iclasında torpağın meşə fondu torpağına məxsus olmasını inkar etsə də, lakin ərizə ilə məhkəməyə müraciət edərək və təkrar məhkəmə hazırlıq iclasında kəsilmiş ağacların meşə fondu torpaqlarına aid olmasını bildirmişdir. Təqsirləndirilən şəxs torpağın onlara məxsus olmasını bildirsə də bu ibtidai araşdırma zamanı öz əksini tapmamışdır. İşdə iki məktub var, təqsirləndirilən şəxsin təqdim etdiyi sənədlərdə torpaq sahəsinin onlara məxsus olması, zərərçəkmiş şəxsin ziddiyyətli ifadələri, məhkəmə tərəfindən göndərilmiş sorğunun cavabının alınmasını, sözügedən torpaq sahəsinin kimə məxsus olmasını müəyyən edilməsini, daha sonra məhkəmə hazırlıq iclasının davam etdirilməsini xahiş etmişdir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında vermiş olduğu ifadəsinə əsasən cinayət hadisəsi baş verdiyi torpaq sahəsində və onun yaxınlığında 2 saylı X6 Mərkəzinin hər hansı bir torpaq sahəsinin olmadığını və cinayət hadisəsi baş verdiyi torpaq sahəsi hüdudları daxilində olmadığını bildirmişdir. Ondan ifadə alınan vaxt kağıza imza etmiş, nə yazılmasından məlumatı olmamışdır. Lakin zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən və məhkəmə hazırlıq iclasında verdiyi ifadəsindən görünür ki, sözügedən torpaq sahəsinin meşə fonduna aid olmasını və onun zərərçəkmiş şəxsin nümayəndəsi kimi iştirakının təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi şifahi vəsatətin təmin edilməsini cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Torpaq sahəsinin onların mülkiyyətində olmasını və ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Reyetri xidməti tərəfindən çıxarış verilməsi uzun müddət torpaq sahəsindən istifadə etmələri və həmin torpaq sahəsində kəsilmiş ağacların uzun illər əvvəl onun özü tərəfindən əkildiyini göstərmişdir. İbtidai istintaq orqanı tərəfindən müdafiə hüquqlarının pozulduğunu, vəkil Mehdi Hüseynovun ona təqdim edilməsi, sonradan ona məlum olmayan səbəbdən Mehdi Hüseynov cinayət işindən kənarlaşdırılaraq Pərvin Əhmədovun onun hüquqlarını müdafiə etməsi, Mehdi Hüseynovu seçmədiyini və ondan imtina etməsi barədə hər hansı bir formada ərizə vermədiyini bildirmişdir. Cinayət işinin 101-ci vərəqində olan şahidin dindirilməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şahid qismində dindirilmiş və ona yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297 və 298-ci maddələri ilə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 116-ci səhifəsində qeyd oluna istintaq tərəfindən Qazax rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı təqsirləndirilən şəxsə təqdim olunsa da, həmin siyahıda adı olmayan Ağstafa rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X7 müdafiəçi təyin edilmişdir. Cinayət işinin 117-ci səhifəsində olan ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun hüquqlarının müdafiəsi üçün fərdi qaydada fəaliyyət göstərən vəkil X5 dövlət hesabına müdafiəçi qismində təyin edilməsinə köməklik edilməsini xahiş etmişdir. Cinayət işinin 119-cü səhifəsində olan məktubdan müəyyən edilir ki, müdafiəçinin təyin edilməsi ilə bağlı qərar vəkil X9 rayonu üzrə fərdi qaydada fəaliyyət göstərməsinə baxmayaraq Qazax rayonu ərazisində fərdi qaydada fəaliyyət göstərilməsi qeyd edilməklə göndərilmişdir. Cinayət işinin 131-133-cü vərəqlərindən görünür ki, Təqsirləndirilən şəxs qismində izahat vermiş və özünü təqsirli bilmişdir. Cinayət işinin 141-ci səhifəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi X2 iştirakına xitam verilməsi və ona yenidən dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 92.12-ci maddəsinə əsasən müdafiəçidən imtina ərizəsində imtina edilən müdafiəçinin imzası zəruridir və onun iştirakı ilə təqdim edilməlidir. Lakin cinayət iş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən Qazax RPŞ-nin İB-nin rəisi Anar Gözəlova ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi Mehdi Hüseynovin iş üzrə müdafiəçi qismində iştirakına xitam verilməsini qeyd etsə də, sözügedən ərizə CPM-nin 92.12-ci maddəsinin tələblərini pozmaqla yazılmış, yəni imtina edilən müdafiəçi sözügedən ərizəni imza etməmişdir. Bundan başqa cinayət işinin 33-cü səhifəsində olan məktubdan görünür ki, Qazax Əskipara avtomobil yolunun 5-ci km-də yolun sağ tərəfində Çaylı bələdiyyəsinin mülkiyyətinə aid ərazidə 1 ədəd d=12 sm, 1 ədəd d=14 sm, 2 ədəd d=18 sm, 1 ədəd d=20 sm, 1 ədəd d=24 sm, 4 ədəd d=26 sm, 1 ədəd d=30 sm, 1 ədəd d=32 sm, 1 ədəd d=34 sm olan qovaq cinsli və 1 ədəd d=12, 3 ədəd d=20, 4 ədəd d=22 sm, 2 ədəd d=24 sm, 2 ədəd d=26 sm, 1 ədəd d=28 sm, 5 ədəd d=30 sm, 5 ədəd d=32 sm, 2 ədəd d=34 sm, 2 ədəd d=36 sm olan qoz cinsli olmaqla, ümumilikdə 40 ədəd ağac kəsilmiş və tərtib edilmiş cədvəldə ağacların dəyəri 9970 manat qiymətləndirilmişdir. Cinayət işinin 159-cu vərəqindən görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini DƏDKR publik hüquqi şəxsin 15 saylı Tovuz ərazi idarəsinin məktubundan görünür ki, TEKİUS məlumat bazasına əsasən təqdim olunan ərazi Dövlət mülkiyyətində meşə zolağına aid torpaq sahəsidir. Cinayət işininin materiallarında olan iş üzrə təqsirləndirilən şəxsin təqdim etdiyi çıxarışlardan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətini DƏDKR publik hüquqi şəxsin 15 saylı Tovuz ərazi idarəsinin verdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2024-cü il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışlarına əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.375 ha və 0.5435 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, X4, Təqsirləndirilən şəxs və X1 paylı mülkiyyətindədir. Halbuki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən şəxs özünü müdafiə etmək üçün yalan ifadədə verə bilər, amma şahidə xəbərdarlıq edilməyinə baxmayaraq ibtidai istintaq orqanı tərəfindən şahidin yalan ifadə verməsinə görə hər-hansı bir tədbir görülməmiş səthi yanaşılmışdır. Bundan başqa, təqsirləndirilən şəxs bir vəkildən imtina edib digər vəkili seçən zaman bununla bağlı protokol tərtib edilməli, hər iki vəkilin iştirakı təmin edilməlidir. Müdafiəçinin təyin edilməsi ilə bağlı qərar vəkil X9 rayonu üzrə fərdi qaydada fəaliyyət göstərməsinə baxmayaraq Qazax rayonu ərazisində fərdi qaydada fəaliyyət göstərilməsi qeyd edilməklə göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ittiham Əmlak komitəsinin təqdim etmiş olduğu məktub əsasında elan edilmişdir, halbu ki, torpağın mənsubiyyəti ilə əlaqədar mötəbər sübutlar əldə edilməmiş, ziddiyyətlər aradan qaldırılmamışdır. İş üzrə tikinti-texniki ekspertiza təyin edilməli, torpaq sahəsinin kordinatları müəyyən edilməli, sözügedən torpaq sahəsinin kimə məxsus olması müəyyən edilərək, zərərçəkmiş şəxs müəyyən olunmalıdır. Bununla bağlı zəruri olan ekspetiza təyin edilməli, torpağın təyinatı və kimə məxsus olması müəyyən edilməlidir. İstintaq tərəfi isə müdafiə hüqunun pozmaqla, zəruri olan hərəkətlərin heç birini etmədən, yalnız qeyd edilən ağacların kəsildiyi torpaq sahəsi ilə bağlı məktub əsasında ittiham vermişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi ilkin məhkəmə iclasında sözügedən sahədə Dövlət mülkiyyətində meşə zolağına aid torpaq sahəsi olmadığın qeyd etmişdir. Lakin sonradan ərizə ilə müraciət edərək torpaq sahəsinin ona meşə zolağına aid olmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətində olduğunu göstərmişdir. İbtidai istintaq orqanı cinayət işinə səthi yanaşmış, torpağın mənsubiyyəti ilə əlaqadar ziddiyyətləri araşdırmamışdır. Bu da Təqsirləndirilən şəxs və onun müdafiəçisinin eləcə də zərərçəkmiş şəxsin nümayəndəsinin həqiqətən cinayət işi materialları ilə tam tanış olmamasına dəlalət edir. Yuxarıda göstərilən hallardan göründüyü kimi cinayət işinin materiallarındakı sənədlər bir-birinə uyğunsuz olmaqla təqsirləndirilən şəxsə verilən ittiham qeyri dəqiqdir. Qeyd olunan hallar həm təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həm də ittiham aktının düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. Belə ki, İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarəmbəndinə əsasən cinayət törətməkdə ittiham olunanhər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “ nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakateri və məzmununun ona aydın olmasına ehtiva edir. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışın yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı materialların məhkəmə baxışına keçirilməsinin qarşısını alır. CPM-nin 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipal xarakterili tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin: 301.1 və 301.1.3-cü maddələrininin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2. Cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3. Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır. 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qazax rayon prokuroruna qaytarılmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qazax rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən:
Məhkəmə qərarları › İş №1(023)-84/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-84/2024
06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver