Məhkəmə qərarları › İş №1(023)-87/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-87/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-87/2025 14.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxova Günay Fauna qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs Bəyimov Təqsirləndirilən şəxs müdafiəçisi Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Qazax rayonu Əzizbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Qazax rayonu, Hüseynbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Bəyimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Bəyimov Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2015-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Bəyimov Novruz Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80,00 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Qazax Rayon Məhkəməsinin 2(023)-1352/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Qazax Rayon Məhkəməsinin 3(023)-212/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin 3(023)-544/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə, həmin məhkəmənin 3(023)-389/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 30 may 2025-ci il tarixədək 8840,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Bəyimov Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə el adəti ilə ailə qurmuş, nikahları xx.xx.2011-ci ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2011-ci ildə Təqsirləndirilən şəxs adını verdikləri bir uşaq anadan olmuşdur. Zərərçəkmiş şəxs ilə əvvəlcə münasibətləri normal olsa da, sonradan baş vermiş söz söhbətlərə görə münasibətləri pozulmuşdur. Zərərçəkmiş şəxs ilə münasibətlərinin pozulmasına səbəb onu bir ər kimi sayıb hörmət etməməsi olmuşdur. Bu səbəbdəndə 2015-ci ildə Zərərçəkmiş şəxs ondan ayrılaraq Qazax rayonu, Dəmirçilər kəndində yerləşən atası evinə getmişdir. Zərərçəkmiş şəxs halhazırda həmin ünvanda uşağı ilə birlikdə yaşayır. Faktiki olaraq ailə münasibətləri pozulduğuna görə Zərərçəkmiş şəxs 2015-ci ilin dekabr ayında nikahın pozulması, uşağın himayəsində qalması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Qazax rayon Məhkəməsinin 2(023)-1352/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsində nikah qeydi ləğv edilməklə ondan xx.xx.2015-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş Bəyimov Novruz Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80,00 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət olunmuşdur. Sözügedən qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2016-cı il tarixdə Qazax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə birlikdə ünvanına göndərilmişdir. Yaranmış aliment borcunu maddi imkanı olmadığına görə tam şəkildə ödəyə bilməmişdir. Buna görə də üç dəfə inzibati qaydada həbs edilmişdir. Bundan sonra ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Qazax Rayon Məhkəməsinin 8(023)-45/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan başqa inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra ona yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də yaranmış aliment borcunu tam ödəyə bilməmişdir. Qeyd olunan qətnamə üzrə xx.xx.2015-cü il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixə kimi ödəməli olduğu 9440,00 manat aliment borcundan icra müddətində cəmi 600,00 manat ödəniş etmiş, ödənilməmiş 8840,00 manat aliment borcu qalmışdır. Həmin borcu istintaq müddətində də, ödəməmişdir. Hazırda Qazax rayonu ərazisində yerləşən “Nəfis dad” adlanan çörək sexində çörək bişirən işləyir, aylıq gəliri 300,00-350,00 manat təşkil edir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs uşağını ona göstərmir, buna görə də aliment borcunu ödəməkdən imtina edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs Bəyimov Təqsirləndirilən şəxs ilə el adəti ilə ailə qurmuş, nikahları xx.xx.2011-ci ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2011-ci ildə Novruz adını verdikləri bir uşaq anadan olmuşdur. Təqsirləndirilən şəxs Bəyimov ilə əvvəlcə münasibətləri normal olsa da, sonradan baş vermiş söz söhbətlərə görə münasibətləri pozulmuşdur. Təqsirləndirilən şəxs Bəyimovla münasibətlərinin pozulmasına səbəb evli olduqları müddət ərzində ailə başçısı kimi vəzifələrini yerinə yetirməməsi və ailəsinə laqeyd münasibət bəsləməsi olmuşdur. Bu səbəbdən də qızı, 2015-ci ildə Təqsirləndirilən şəxs Bəyimovdan ayrılaraq Qazax rayonu, Dəmirçilər kəndində yerləşən onun evinə getmişdir. Hal-hazırda həmin ünvanda uşağı ilə birlikdə yaşayır. Faktiki olaraq ailə münasibətləri pozulduğuna görə qızı 2015-ci ilin dekabr ayında nikahın pozulması, uşağın öz himayəsində qalması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Qazax rayon Məhkəməsinin 2(023)-1352/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsində nikah qeydi ləğv edilməklə Bəyimov Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş Bəyimov Novruz Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80,00 manat sabit pul məbləğində aliment alınaraq qızı Zərərçəkmiş şəxs ödənilməsi qət olunmuşdur. Sözügedən qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2016-cı il tarixdə Qazax rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə birlikdə Təqsirləndirilən şəxs Bəyimovun ünvanına göndərilmişdir. Yaranmış aliment borcu Təqsirləndirilən şəxs Bəyimov tərəfindən tam şəkildə ödənilməmişdir. Buna görə də Z.Bəyimov üç dəfə inzibati qaydada həbs edilmişdir. Bundan sonra ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Qazax Rayon Məhkəməsinin 8(023)-45/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan başqa inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də Z.Bəyimov yaranmış aliment borcunu tam ödəyə bilməmişdir. Qeyd olunan qətnamə üzrə xx.xx.2015ci il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixə kimi ödəməli olduğu 9440,00 manat aliment borcundan icra müddətində cəmi 600,00 manat ödəniş etmiş, ödənilməmiş 8840,00 manat aliment borcu qalmışdır. Sözügedən məhkəmə qətnaməsində göstərilən tələbi Təqsirləndirilən şəxs Bəyimov tam şəkildə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Təqsirləndirilən şəxs Bəyimov məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb olunmasına baxmayaraq nəticə çıxartmamışdır. Həmçinin, icra məmuru tərəfindən dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsə də Təqsirləndirilən şəxs Bəyimov məhkəmə qərarının icrasını təmin etməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Təqsirləndirilən şəxs Bəyimov maddi imkanı olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Təqsirləndirilən şəxs Bəyimov qızı ilə evli olduqları müddət də fərdi əmək fəaliyyəti ilə məşğul olurmuş və kifayət ədər qazanc əldə edirmiş. Təqsirləndirilən şəxs Bəyimov maddi imkanının zəif olmasını əsas gətirərək alimenti ödəməkdən imtina edir. Təqsirləndirilən şəxs Bəyimov dəfələrlə alimenti ödəyəcəyini bildirsə də qəsdən ödəməmişdir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs Bəyimovdan alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. Borcu qəsdən ödəmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir, ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Qazax rayon Məhkəməsinin 2(023)-1352/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsində xx.xx.2011-ci ildə anadan olmuş Bəyimov Novruz Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Bəyimov Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 80,00 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qazax rayon Məhkəməsinin 2(023)-1352/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğu üçün icraata daxil edilmiş və xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən cavabdeh Bəyimov Novruz Təqsirləndirilən şəxs oğlunun ünvanına icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası üçün bildiriş göndərilmişdir. Lakin cavabdeh qətnamənin icrasını təmin etməmişdir. Qətnamənin icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular verilmiş, elektron icra informasiya sistemində mütəmadi olaraq sorğular aparılmış, lakin cavabdeh Bəyimov Təqsirləndirilən şəxs adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlir aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Bəyimovun ünvanına icra sənədinin icrası ilə əlaqədar olaraq dəfələrlə xəbərdarlıqlar göndərilmiş, izahatı alınaraq aylıq aliment pulunun və borcunun tələbkara ödənilməsinin vacibliyi bildirilərək ona Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbləri izah olunmuşdur. Buna baxmayaraq Təqsirləndirilən şəxs Bəyimov aylıq aliment pulunu və borcunu tələbkara vaxtı-vaxtında ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Cavabdeh icra sənədinin icrasından yayındığı üçün dəfələrlə inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, icra sənədi üzrə yaranmış aliment borcunu iddiaçı Zərərçəkmiş şəxs ödəmədiyi üçün cavabdeh Bəyimov Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin 3(023)-212/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin 3(023)-544/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə, sözügedən məhkəmənin 3(023)-389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra cavabdeh Təqsirləndirilən şəxs Bəyimova icra sənədi üzrə aliment borcunu iddiaçıya ödəməsi üçün yeni müddətlər verilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tələbləri izah edilmiş və nəzərinə çatdırılmışdır ki, aylıq aliment pulunu və aliment borcunu iddiaçıya ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təstiq olunan təqdimat veriləcəkdir. Təqsirləndirilən şəxs Bəyimov izahatlarında tikinti işlərində aylıq əmək haqqı 350-400 manat olmaqla fəhlə işlədiyini hər ay 80 manat aylıq aliment pulunu ödəməklə bərabər borcundan da, 20-30 manat ödəyəcəyini bildirməsinə baxmayaraq aylıq aliment pulunu və borcunu iddiaçıya ödəməkdən qəsdən yayınmışdır. Həmçinin Qazax rayon Məhkəməsinin 8(023)-45/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bəyimov Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qətnamənin icrası ilə bağlı Bəyimov Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana gedilmiş, evə baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Zərərçəkmiş şəxs Qazax rayon İcra və probasiya şöbəsinə ünvanladığı ərizəsində Bəyimov Təqsirləndirilən şəxs qəsdən aliment pulunu ödəməkdən yayındığını bildirərək onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Qətnamənin icrası ilə əlaqədar dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh Bəyimov Təqsirləndirilən şəxs qeyd olunan qətnamə üzrə xx.xx.2015-ci tarixdən başlayaraq cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək ödənilməli olan 9440 manat aliment pulundan 600 manat ödəniş etmiş, 8840 manat məbləğində aliment borcunu iddiaçıya ödəməmişdir. Materiallardan göründüyü kimi məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə cavabdeh Təqsirləndirilən şəxs Bəyimovun nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq icra sənədini icra etməkdən boyun qaçırmış və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Bu isə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmədiyini göstərir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-1352/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi Bəyimov Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Qazax rayon İcra və probasiya şöbəsinin icra məmurunun əsaslandırılmış təqdimatı əsasında Qazax Rayon Məhkəməsinin 8(023)-45/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bəyimov Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan və tələbnamədən görünür ki, Bəyimov Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR MM-nin xx.xx.2009-cu il tarixli amnistiya qərarına əsasən Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) rayon Məhkəməsinin qərarı ilə həmin cəzadan 10 ay 05 gün azaldılaraq üzərində 05 ay cəza saxlanılmışdır. Bəyimov Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən 01 il islah işləri cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-in 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan X1 Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bəyimov Təqsirləndirilən şəxs 2016-cı ildən şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işaxtaran və işsiz kimi qeydiyyata alınması mümkün olmamışdır. Azərbaycan Rеspublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Bəyimov Təqsirləndirilən şəxs Qazax rayonu ərazisində yerləşən “Nəfis dad” adlanan çörək sexində işləyərək, hər ay 300,00-350,00 manat təşkil etdiyi halda icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına, habelə ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə, qətnaməni icra etmədiyi üçün ölkədən çıxma hüququnun məhdudlaşdırılmasına baxmayaraq, məhkəmə qətnaməsini icra etməmiş və cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə borclu olduğu 8840,00 manat aliment borcundan istintaq dövründə heç bir ödəniş etməmişdir. Cinayət işinin materiallarından olan Qazax rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Bəyimov Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 2(023)-1352/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra olunmaması ilə bağlı cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün verilən xx.xx.2025-ci il tarixli təqdimatda qeyd olunan ödənilməmiş 8840,00 manat aliment borcundan istintaq dövründə heç bir ödəniş etməmişdir. Cinayət işinin materiallarında olan müvafiq xəbərdarlıq məktublarından, eyni zamanda Qazax Rayon Məhkəməsinin 3(023)-212/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, həmin məhkəmənin 3(023)-544/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və həmin məhkəmənin 3(023)-389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlarından, habelə digər sənədlərdən görünür ki, Bəyimov Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 2(023)-1352/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, məhkəmədə dindirilmiş şahidin ifadəsi, həmçinin məhkəmə istintaqında araşdırılmış istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs Bəyimovun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Bəyimovun iş üzrə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Bəyimova Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bəyimova təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Bəyimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bəyimov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bəyimov Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2026-cı il tarixdən hesablansın. Bəyimov Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Bəyimov Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu (həbsdə olan şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar