Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-89/2023 03.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Muhammad və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, 19 sentyabr 1990-cı il tarixdə Pakistan İslam Respublikasının Sargodha şəhərində doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, pakistanlı, evli, ali təhsilli, rəsmi olaraq işləməyən, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Sargodha şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Muhammadın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Muhammad bilə-bilə hüquq verən saxta sənəddən istifadə etmiş, həmçinin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən qanunsuz olaraq keçməyə cəhd etmişdir. Belə ki, o, Azərbaycan Respublikasından tranzit keçməklə Gürcüstana getmək məqsədilə X5 vətəndaşı olmadığı halda, tarixi istintaqa məlum olmayan vaxtda özünün anket məlumatları qeyd olunmuş və özünün fotoşəkli daxil edilməklə saxtalaşdırılmasına nail olduğu ER8524253 nömrəli X5 vətəndaşı pasportunu əldə edib, 20 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Qazax rayonunun Şıxlı kəndində yerləşən “Qırmızı Körpü” sərhəd nəzarət şöbəsinə gedərək qeyd olunan pasportdan bilə-bilə istifadə edib, həmin gün, saat 08:34-də sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs Muhammad ona edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Bəhreyn Krallığında olarkən X10 pasportu əldə etmiş, pasportu Bəhreyn Krallığında işləyən Miqrasiya Xidmətinin əməkdaşlarına göstərmiş və həmin əməkdaşlar ona qeyd olunan pasportun qanuni olduğunu bildirmişlər. Bəhreyn Krallığından 21 iyul 2023-cü ildə Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş, X6 Hava Limanında pasport nəzarətinə yaxınlaşaraq dövlət sərhədini keçmək üçün Pakistan İslam Respublikasına məxsus pasportu təqdim eləmiş, Bakı şəhərində hosteldə qalmış, Gəncə şəhərinə, Qəbələ və Quba rayonlarına turist kimi getmişdir. Azərbaycan Respublikasına məxsus vizasının etibarlılıq müddəti bitdiyi üçün Gürcüstana getmək və viza alıb yenidən Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmiş, ona Bakı Beynəlxalq Avtovağzalına getməsini və oradan avtobusla Gürcüstana gedə biləcəyini bildirmişlər. O, 19 avqust 2023-cü il tarixdə, saat 23 radələrində Bakı-Qazax istiqamətində hərəkət edən avtobusla Azərbaycan Respublikasının Gürcüstanla sərhədinə yola düşmüş, 20 avqust 2023-cü il tarixdə, saat 08 radələrində “Qırmızı Körpü” sərhəd nəzarəti şöbəsinə daxil olmuş və əvvəlcə Pakistan İRna məxsus pasportu sərhədçiyə vermiş, sərhədçi pasportunu yoxlayan zaman Gürcüstana daxil olmaq üçün vizasının olmadığı bildirilmiş, sonra o, sərhədçiyə X8 məxsus pasportunun olduğunu bildirib həmin pasportu sərhədçiyə təqdim etmişdir. Sərhədçi onun X8 məxsus pasportunu yoxlayan zaman pasportun saxta olduğunu bildirmiş və o, həmin tarixdə sərhəd naryadı tərəfindən saxlanılmışdır. O, qeyd olunan pasportu almaq üçün X8 getməmiş, həmin pasportu Bəhreyn Krallığında olarkən tanışı vasitəsi ilə əldə eləmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti “Qırmızı Körpü” sərhəd nəzarət şöbəsinin baş nəzarətçisi vəzifəsində xidmət edir. 19 avqust 2023-cü il tarixdə, saat 20:00-dan 20 avqust 2023-cü il tarixdə, saat 09:00-dək “Qırmızı Körpü” sərhəd nəzarəti şöbəsində növbə rəisi sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman 20 avqust 2023-cü il tarixdə, saat 08:34-də Azərbaycan Respublikasından Gürcüstana piyada xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan kapitan Şahid2 ona demişdir ki, Azərbaycan Respublikasından Gürcüstana gedən Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Muhammadın təqdim etdiyi Baham Adalarına məxsus ER8524253 nömrəli ümumvətəndaş pasport saxtalıqda şübhə doğurmuşdur. O, həmin istiqamətdə hərəkət edərək Təqsirləndirilən şəxs Muhammadın təqdim etdiyi ER8524253 nömrəli Baham Adalarına məxsus ümumvətəndaş pasportunun saxta olduğunu dəqiqləşdirmiş, Təqsirləndirilən şəxs Muhammadla söhbət zamanı müəyyən olunmuşdur ki, X11 Respublikasına məxsus CB1209354 nömrəli ümumvətəndaş pasportunu sərhəd naryadına təqdim etdikdən sonra sərhəd naryadı Gürcüstan və Pakistan arasında viza rejiminin olması ilə əlaqədar vizasının mövcudluğu barədə soruşduqda o, Baham Adalarına məxsus ER8524253 nömrəli pasportu təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti “Qırmızı Körpü” sərhəd nəzarət şöbəsinin baş nəzarətçisi Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək göstərilən halları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin 20 avqust 2023-cü il tarixli, 3-38-33/2-16-1415/23 nömrəli məktubunda göstərilmişdir ki, 20 avqust 2023-cü il tarixdə, saat 08:34 radələrində Azərbaycan Respublikasından Gürcüstana gedən, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Muhammad “Qırmızı Körpü” sərhəd nəzarəti şöbəsində “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi ER8524253 nömrəli Bahama Adalarına məxsus pasport saxtalıqda şübhə doğurduğu üçün saxlanılmışdır. İlkin araşdırma zamanı həmin şəxs Pakistan İslam Respublikasının vətəndaşı, 19 sentyabr 1990-cı ildə Pakistan İslam Respublikasında anadan olmuş, urdu, evli, orta təhsilli, Pakistan İslam Respublikasının Sargodha şəhərində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Muhammad olduğunu bildirərək üzərində olan CB1209354 nömrəli Pakistan İslam Respublikasına məxsus pasportu təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin "Qırmızı Körpü" sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsini icra edən, kapitan Əli Zəkiyevin raportunda göstərilmişdir ki, 20 avqust 2023-cü il tarixdə, saat 08:34 radələrində Azərbaycan Respublikasından Gürcüstana gedən, 19 sentyabr 1990-cı il təvəllüdlü, Pakistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Muhammadın sənədlərini İAMAS-da rəsmiləşdirən zaman «sənədlərin yoxlanışı» sərhəd naryadına təqdim etdiyi Baham Adalarına məxsus ER8524253 nömrəli ümumvətəndaş pasportu saxtalıqda şübhə doğurduğu üçün sərhəd naryadı tərəfindən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin "Qırmızı Körpü" sərhəd nəzarəti şöbəsinin sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, baş leytenant Elman Nağıyev, həmin sərhəd nəzarət şöbəsinin baş nəzarətçiləri vəzifəsində xidmət edən, kapitan Şahid2 və kapitan Şahid1 tərəfindən tərtib edilmiş 20 avqust 2023-cü il tarixli aktda göstərilmişdir ki, 20 avqust 2023-cü il tarixdə, saat 08:34 radələrində Azərbaycan Respublikasından Gürcüstana gedən Pakistan İslam Respublikası vətəndaşı, 19 sentyabr 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Muhammadın “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi ER8524253 nömrəli X8 məxsus ümumvətəndaş pasportu tam saxta olması şübhə doğurduğu üçün saxlanılmış, pasporta labaratoriya şəraitində "Requla-4303", "Requla-4205" cihazları vasitəsi ilə yoxlama keçirilmiş və pasportun vərəqlərində olan liflərin təkrar olunması, orta sapının fərqli olması, su nişanının olmaması, məlumat səhifəsində “Offset” çapının olmaması, biometrik məlumat daşıyıcısının (çip) olmaması, vərəqlərin yuxarısında preferasiya hissəsinin nümunəyə uyğun olmaması kimi müşayiət olunan saxtalıqlar aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli 5/1186 nömrəli ekpert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs Muhammadın adına olan ER8524253 nömrəli X8 məxsus pasportun 2-ci səhifəsi (anket məlumatları olan hissə) xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsilə axınlı çap üsulu ilə hazırlanmışdır. Həmin pasportun digər vərəqləri ofset mətbəə üsulu ilə çap olunub. Təqdim olunmuş pasportun vərəqləri küstar üsulla tikilib, vərəqlərdəki seriya və nömrə göstəriciləri kustar üsulu ilə vurulub. Pasportda olan möhür və ştamp əksləri relyef klişelər vasitəsilə birbaşa vurulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Təqsirləndirilən şəxs Muhammadın "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə qeydiyyatlarından görünür ki, o, 21 iyul 2023-cü il tarixdə Pakistan İslam Respublikasına məxsus CB1209354 nömrəli pasportdan istifadə etməklə X3 Azərbaycan Respublikasına gəlmiş, 20 avqust 2023-cü il tarixdə "Qırmızı Körpü" sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Gürcüstana getmək istəyərkən sənədlərin yoxlanışı zamanı adına verilmiş X7 məxsus pasportun saxta olması aşkar edildiyinə görə sərhəd naryadı tərəfindən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Muhammad 20 avqust 2023-cü il tarixdə, saat 17:05-də inzibati qaydada 01 gün tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Muhammadın barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 avqust 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİdən alınmış tələbnamədən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Muhammad əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs Muhammadın əməli Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs Muhammadın ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməllərini etiraf etməklə səmimi peşman olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Muhammada Azərbaycan Respublikasının CM-nin 29,318.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Muhammad Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Muhammada təqsirli bilindiyi CM-in 29,318.1 və 320.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalı, tutulduğu 01 gün müddət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən o, azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, iş üzrə maddi sübut olan, onun adına olan X7 məxsus pasport cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə xərciaparılmış ekspertiza tədqiqatının dəyəri olan 90 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********** **********, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Muhammad Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Muhammad qəti olaraq 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Muhammadın tutulduğu 01 (bir) gün müddət ona qəti olaraq təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Muhammad cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Muhammadın cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Muhammadın barəsində seçilmiş həbs qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Muhammad ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs Muhammadın adına olan X7 məxsus pasport cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 90 (doxsan) manat məbləğində pul Təqsirləndirilən şəxs Muhammaddan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-89/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-89/2023
03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver