Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-9/2025 24.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Qazax rayon Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayon Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda təmiz çəkisi 400 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, göy rəngli sellofan torbada saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 00:15-də DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonunun Dağkəsəmən kəndində, yaşadığı evin qarşısında, küçədə saxlanılaraq Ağstafa şəhəri Heydər Əliyev prospekti 71 ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda həmin gün saat 02:25-dən 03:05-dək olan müddətdə üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində olan sellofan torbada saxladığı ümumi təmiz çəkisi 400 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdrada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 01 ədəd tərkibində narkotik vasitə olan metodon təsiredici maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edən, üzərində “Methodone 40” göstəricisi olan blister kəsiyində bir ədəd açıq qəhvəyi rəngli “F/M40” göstəricili dərman həbini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz xeyli miqdarda əldə edərək üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00-də Qazax şəhəri H.Əliyev prospektində 207 ünvanında yerləşən “7 Qaya” mağazasının yaxınlığında saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda həmin tarixdə saat 21:00-dan saat 21:45-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ arxa cibində saxladığı 1 ədəd üzərində “Methodone 40” göstəricisi olan blister kəsiyində bir ədəd açıq qəhvəyi rəngli əsas təsiredici maddəsi metodon olan və tərkibində metodonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edən “F/M40” göstəricili dərman həbi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, O, ailəsi ilə birlikdə Ağstafa rayonu Dağkəsəmən kəndində yaşayır. İki övladı var. Qazax rayon Aztelekom rabitə qovşağının təmir briqadasında montyor vəzifəsində işləyir. Təxminən 3 il olar ki, ara bir narkotik vasitə olan marixuanadan, təxminən 1 il də olar ki, narkotik vasitə olan “Metodon” dərmanından istifadə edir. Təxminən saxlanmamışdan 2 ay əvvəl Bakı şəhərində olan zaman, Bakı şəhərinin tanımadığı ərazisində tanımadığı bir nəfər şəxsdən 15 manat verərək bir ədəd “Metodon” dərmanı almışdı. Həmin dərman həbini nə vaxtsa istifadə edər deyə üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Qazax RPŞ-nin əməkdaşları olduqlarını bildirən iki mülki geyimli şəxs onu Qazax şəhərində yerləşən “7 Qaya” mağazasının yaxınlığında saxlamış və üzərində narkotik vasitə gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu deyərək onu Qazax RPŞ-nə dəvət etmişlər. O da həmin şəxslərin tələblərinə uyğun olaraq onlarla birlikdə Qazax RPŞ-nə gəlmişdir. O da buna hər hansı bir etiraz bildirməmiş və polis əməkdaşları onu Qazax rayon Polis Şöbəsinin inzibati binasına aparmışlar. Orada müdafiəçi ilə təmin edilmiş, videoçəkiliş əsasında üzərində şəxsi axtarış aparılmış, əvvəlcə təhqiqatçı ona üzərində narkotik vasitə və digər əşyalar varsa təqdim etməyini təklif etmiş, O da əynində olan tünd göy rəngli cins şalvarının arxa cibinə qoyduğu bir ədəd “Metodon” həbini təqdim etmişdir. 2 ay bundan əvvəl Bakı şəhərində olan zaman tanımadığı bir nəfərdən 15 manata aldığını demişdir. Təqdim etdiyi “metodon” həbi bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən başqa narkotik vasitə və qanunla adağan edilmiş əşya aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin oktyabr ayında narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evin yaxınlığındn keçən su arxının kənarında yabanı halda bitən tərkibində narkotik maddələr olan çətənə bitkilərinin yarpaqlarını yığaraq qurudub həmin yerin yaxınlığında olan beton pilitələrin arasında gizlətmişdi. xx.xx.2024-cü il tarixdə axşam saatlarında evdən çıxıb marixuananı gizlətdiyi yerə gedib həmin marixuananı götürüb özü ilə yaşadığı evə gətirmişdir. Həmin vaxt axşam dəqiq xatırlamadığı saatlarda yaşadığı fərdi yaşayış evinə gələn 2 nəfər mülki geyimli polis əməkdaşı xidməti vəsiqələrini təqdim edərək BNMİ-nin QBRŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Həmin vaxt yaşadığı evədə baxış keçirmişlər. Polis əməkdaşları onu Ağstafa rayon polis şöbəsinə dəvət etmişlər, bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşlarının avtomobilinin arxa oturacağına əyləşmiş, yanında da polis əməkdaşı əyləşmişdir. Onu Ağstafa rayon polis şöbəsinə gətirmişlər, şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından X3 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X8 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, həmin sənədləri düzgün tərtib edildiyinə görə müdafiəçinin iştirakı ilə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar, şəxsi axtarış zamanı üzərində olan əşyaları, eləcə də narkotik vasitə, psixotrop maddə vardırsa onu çıxaraq masanın üzərinə qoymağı təklif edilmiş, o polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılacağını bildiyi üçün əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir qutu "Pamall" markalı siqareti, 1 ədəd alışqanı, əlində saxladığı bir ədəd qara sellofan torbanı masanın üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış aparılmış, təqdim etdiyi əşyalardan əlavə üzərindən əşya, predmet aşkar edilməmişdir. Sonra bir ədəd rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, çöl sahəsindən yabanı halda bitən, tərkibində narkotik maddələr olan çətənə bitkisindən yığaraq əldə etdiyini, xx.xx.2024-cü il tarixdə həmin narkotik vasitəni evə gətirən vaxt polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd sellofan torbanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 410 qram olduğu müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə marixuana bir ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş bir qutu siqaret və alışqan maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun üzərində bir neçə bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olsada onun çəkisi 400 qram olmamışdır. O, narkotik vasitəlǝrin alqı-satqısı ilə məşğul olmur. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təxminən 2023-cü ilin oktyabr ayında çöldə yabanı halda bitən, tərkibində narkotik maddələr olan çətənə bitkisindən yığaraq əldə etmişdir. Həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün özündə saxlamışdır. Əməlindən peşmandır. Himayəsində 2 azyaşlı uşağının olmasını, ailəsini yeganə dolandıran şəxs olduğunun nəzərə alınmasını və ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Ağstafa rayonu, Dağkəsəmən kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 22 may 2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Qazax RPŞ-da gündəlik xidmətində olan zaman əməliyyat məlumat daxil olmuşdur ki, Ağstafa rayon sakini Akif adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal-hazırda Qazax şəhəri H.Əliyev prospekti ərazisindədir. Odur ki, daxil olmuş məlumat şöbə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış, qəbul edilmiş qərar əsasında o, RPŞ-nin ƏRQ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “7qaya” marketin yaxınlığında saxlayaraq Qazax RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunmuş, sonra ona dövlət hesabına vəkil X9 müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən bir ədəd həb çıxardaraq həmin həbin narkotik vasitə olduğunu, təxminən iki ay bundan əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin həb tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri DİN-nin 64 saylı möhürü ilə möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin X.M.İ.Ü baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. Ağstafa rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-də xidmətində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Ağstafa rayon sakini Akif adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur və halhazırda Ağstafa rayonu Dağkəsəmən kəndindədir. Odur ki, daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunandan sonra onun əməlinin ifşa olunaraq cinayət başında maddi sübutla birlikdə saxlanılması üçün o, QBRŞ-nin polis nəfəri, polis baş serjantı Çobanov X5 rayonu Dağkəsəmən kəndinə gedilmiş və həmin kəndə yaşayan ad və soyadı sonradan ona məlum olan Təqsirləndirilən şəxs saxlamışlar və özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə Ağstafa RPŞ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Ağstafa RPŞ-nə gəlmişdir. Polis şöbəsində təhqiqatçıya təhvil vermişlər və təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunduqdan sonra narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Vəkillərin siyahasına dair protokol ona təqdim olunduqdan sonra o, dövlət hesabına müdafiəçi X4 təyin olunmasını xahiş etmişdir. Bundan sonra ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Pall mall” markalı siqareti, 01 ədəd alışqanı və əlində saxladığı 01 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən tünd yaşıl rəngli, kəskin iyili kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, ümumi çəkisinin 410 qram olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılmaqla götürülmüş və üzəri RPŞ-nin 88 nömrəli möhür əks ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olduğunu, yaşadığı fərdi yaşaış evinin yaxınlığından keçən su arxının kənarından yabanı bitən çətənə bitkilərindən yığaraq əldə etdiyini və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmçinin həmin kütlədən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən heç bir narkotik vasitə və ya onun prekursorları aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Dağ kəsəmən kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir, sonuncu polis əməkdaşları tərəfindən saxlanılan zaman hadisənin baş verdiyi gün evdə olmuşdur. Tanımadığı mülki geyimli polis əməkdaşlarının evlərində görmüş, onlar evin digər hissəsində əri Təqsirləndirilən şəxslə söhbət aparıb sonrada onu aparmışlar. Həmin vaxt evdə axtarış aparılmasını bilmir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və ya gəzdirməsi barədə məlumatı yoxdur. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 07 fevral 2024-cü il tarixli, 16/184 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 400 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunandır. Qurudulmuş marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 may 2024-cü il tarixli 6/2911 nömrəli rəyində göstərilmişdir ki, “Vət...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan bir ədəd zərfdəki 1 ədəd üzərində “Methadone40” göstəricisi olan blister kəsiyində bir ədəd açıq-qəhvəyi rəngli “F/M40” göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir. Medaton “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in 2-ci siyahısına daxildir. İş materiallarında olan Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserindən alınmış 12 fevral 2024-ci il tarixli 216 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 22 may 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan şalvarın arxa sağ cibindən bir ədəd həb çıxardaraq həmin həbin narkotik vasitə olduğunu, təxminən iki ay bundan əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirməklə narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamaqla daşımasını etiraf etmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 07 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əlində olan ağ rəngli sellofan torbadan 410 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana təqdim edərək, təxminən 2023-cü ilin oktyabr ayında yaşadığı evin yaxınlığındn keçən su arxının kənarında yabanı halda bitən tərkibində narkotik maddələr olan çətənə bitkilərinin yarpaqlarını yığaraq qurudub özü istifadə etməklə üzərində saxlamaqla daşımasını etiraf etmişdir. İş materiallarında olan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə metadon həbini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Qazax rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatının olmadığı bildirilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağstafa rayon icra hakimiyyəti başçısının Dağkəsəmən kəndi üzrə nümayəndəsindən xx.xx.2024-cü il tarixdə alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Ağstafa rayon icra hakimiyyəti başçısının Dağkəsəmən kəndi üzrə nümayəndəsindən xx.xx.2024-cü il tarixdə alınmış arayışdan görünür ki, Qocayev X6 rayonu Dağ Kəsəmən kəndində qeydiyyatdadır və həmin ünvandada yaşayır. İş materiallarında olan Qazax rayon Psixiatriya xəstəxanasından alınmış xx.xx.2024-cü il tarixli 1660 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda durmur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 adlı 2 azyaşlı uşağı vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 08 fevral 2024-cü il tarixdə azad edilməklə, bundan başqa 22 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 24 may 2024-cü il tarixdə azad edilməklə ümumilikdə ibtidai istintaq zamanı 04 (dörd) gün tutulmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında göndərilən sorğu nəticəsində əldə edilmiş "xxxx" MMC-nin 10 yanvar 2025-ci il tarixli, 303 nömrəli məktubunda göstərilmişdir ki, ********** və ********** saylı mobil nömrələrin xx.xx.2024-cü il saat 23:00-dan xx.xx.2024-cü il saat 03:00-dək olan müddətində müvcud olan əhatə dairəsinə dair məlumatlar təqdim edilir. ********** mobil telefon nömrəsi xx.xx.2017-ci il tarixdən etibarən nömrə daşınma xidməti vasitəsilə "xxxx" mobil operatoruna keçmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında göndərilən sorğu nəticəsində alınmış "xxxx" MMC-nin 14 noyabr 2024-cü il tarixli, BKC/LGL-16857/24 nömrəli məktubunda göstərilmişdir ki, 303049195, ********* saylı nömrələr sorğulanan müddət ərzində Bakcell şəbəkəsindən istifadə olunmamışdır. ********* saylı nömrə xx.xx.2017-ci il tarixində (saat 10:36) Azercell şəbəkəsindən Bakcell şəbəkəsinə daşınmışdır. Cinayəy işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinə münasibətdə özünü təqsirli bilməməsi barədə ifadəsi, digər sübutlarla təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı övladının olması və ailəsini yeganə dolandıran şəxs olması iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, təkrar qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə əldə edib saxlamasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən, onun tutulduğu 04 gün müddət təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin Saxlanc anbarında saxlanılan 399,8 qram marixuana və Ağstafa RPŞ-nin Saxlanc anbarında saxlanılan 0,040 qram təşkil edən, üzərində “Methodone 40” göstəricisi olan blister kəsiyində bir ədəd açıq qəhvəyi rəngli “F/M40” göstəricili dərman həbin yarısı metadon məhv edilməli, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 111,40 manat məbləğdə pul ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin Saxlanc anbarında saxlanılan 399,8 qram marixuana və Ağstafa RPŞ-nin Saxlanc anbarında saxlanılan 0,040 qram təşkil edən, üzərində “Methodone 40” göstəricisi olan blister kəsiyində bir ədəd açıq qəhvəyi rəngli “F/M40” göstəricili dərman həbin yarısı metadon məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 111,40 (yüz on bir qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-9/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-9/2025
24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver