Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-90/2025 18.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qəhrəmanova Mehin Asəf qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Rusiya Federasiyası, Çelyabinski vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, evli, məhkum olunmuş, Qazax rayonu, Məzəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 15 oktyabr 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,407 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib göy rəngli cins şalvarının sağ yan kiçik cibində saxlayaraq daşımış, Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2025-ci il tarixdə saat 11.16-da Qazax şəhəri, Azadlıq küçəsində yerləşən «Göyçə» marketin arxasında saxlanılaraq həmin gün qeyd olunan ünvanda fasiləsiz videoçəkiliş aparılmaqla saat 11:16-dan saat 11:22-dək olan vaxt ərzində müvəkkil edilmiş şəxs tərəfindən üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd qızılı kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,407 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. cinayət əməlini törətməkdə özünü təqsirli bilir, hal-hazırda rəsmi və ya qeyri-rəsmi olaraq heç bir işdə işləmir, 2-ci qrup əlildir, ağ ciyər xəstəliyindən əziyyət çəkir, təxminən 4 aydır ki, narkotik vasitə aludəçisidir, əsasən narkotik vasitə olan heroindən istifadə edir, xx.xx.2025-ci il tarixdə səhər saat 10:00 radələrində yaşadığı evi tərk edib siqaret almaq üçün Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Göyçə” marketə getmiş, marketdən bir qutu “Rotmans” adlı siqaret almış və siqaretin pulunu kassaya ödəyib marketdən çıxmış, marketdən çıxdıqdan sonra siqaretin kağızını açmış və üzü yaşadığı ev istiqamətində hərəkət etməyə başlamış, onun hərəkəti istiqamətində yolun kənarında siqaretin kağızını zibil qutusuna atmaq üçün zibil qutusuna yaxınlaşmış zibil qutusunun yanında yerdə siqaret qutusunun qızılı rəngli kağız bükümünün olduğunu görmüş və əyilib kağız bükümü götürmüş, bükümü açdıqda bükümün içərisində narkotik vasitə olan heroin olduğunu görmüş, daha sonra kağızı yenidən bükmüş və içərisində olan narkotik vasitəni evdə istifadə etməyi üçün həmin bükümü üzərində olan göy rəngli cins materialından olan şalvarın sağ yan cibinə qoymuş, daha sonra isə yaşadığı ev istiqamətində hərəkətə başlamış, o, Azadlıq küçəsində «Göyçə» marketin arxası ilə üzü yaşadığı ev istiqamətində hərəkətdə olmuş, həmin vaxt Qazax RPŞ-nin əməkdaşları ona video çəkiliş vasitəsilə yaxınlaşmış, özlərini təqdim edib narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanması barədə onlara əməliyyat məlumatı daxil olduğunu və şübhəli olduğunu bildirmişlər. Daha sonra onun anket məlumatları soruşulmuş ad, soyad və ata adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli bükümü çıxardaraq təqdim etmiş, həmin bükümdə olan kütlənin narkotik vasitə “heroin” olduğunu və şəxsi istifadəsi üçün bir müddət əvvəl tapdığını bildirmiş, təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri onun tərəfindən və polis əməkdaşları tərəfindən imzalanmış, bundan sonra polis əməkdaşları onun üzərindən aşkar edilmiş kütlə ilə bağlı Qazax RPŞ-yə getməli olduğunu bildirmişlər və onu Qazax RPŞ-yə gətirmişlər, şöbədə o, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqlardan birində videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş 01 ədəd siqaret kazğızı bükümündə olan tünd qəhvəyi rəngli kütlənin olduğu 01 ədəd zərf baxılması məqsədilə açılmış, o, həmin zərfin içərisində olan bükümün onun üzərindən aşkar edilmiş kütlə olmasını görmüş, həmin kütlənin nə olduğu, haradan və nə məqsədlə əldə etdiyi soruşulduqda o, həmin kütlənin narkotik vasitə olan “heroin” olduğunu, həmin kütləni polis əməkdaşları tərəfindən saxlanılmamışdan qabaq tapdığını bildirmiş, həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, 01 ədəd qızılı rəgli bükümdə olan tünd qəhvəyi rəngli kütlənin siqaret kağızı ilə birlikdə çəkisi 0,52 qram təşkil etmiş, daha sonra həmin 01 ədəd bükümdə olan kütlə 1 (bir) ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və 64 saylı möhürlə möhürlənmiş, zərfin üzəri o, vəkil və digər iştirakçılar tərəfindən imzalanmış, bundan sonra ona üzərində olan qanunla daşınması qadağan olunan əşyaların, o cümlədən narkotik vasitə, psixotrop maddə, onların prekusorlarının olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmiş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun paltarında və bədənində narkotik vasitələrə oxşar kütlələr, digər əşya və sənədlər aşkar olunmamış, arxasınca videoçəkilişə baxış keçirilməsi üçün fasilə elan olunmuş və videoçəkilişə baxış keçirildikdən sonra isə hər hansı bir etirazının olmadığına görə çəkiliş başa çatdırılmış, o, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamış, həmin vaxt onun yanında heç kim olmamış, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Qazax şəhəri, Azadlıq küçəsində «Göyçə» marketin yaxınlığında olan zibil qutusunun yanından yerdən tapmış, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroindən heç kimə satmamış, hədiyyə verməmiş, onu polis əməkdaşları saxladıqdan sonra ona qarşı heç bir fiziki və ya psixoloji zor tətbiq etməmişlər. Əməlindən peşmandır. Ona aministiya aktının tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayrudur, Qazax rayonu, Məzəm kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşqul olması barədə əməliyyat məlumatları daxil olmuş, bundan başqa 15 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ilə Qazax şəhərində hərəkət etməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, o, və qrupun digər üzləri Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2, polis baş leytenantı Şahid3, baş əməliyyat müvəkkili, polis kapitanı X6 ilə birlikdə olan vaxt 15 oktyabr 2025-ci il tarixdə saat 11:16-da Təqsirləndirilən şəxs Qazax şəhəri, Azadlıq küçəsində yerləşən «Göyçə» marketin yaxınlığında piyadə hərəkətdə olduğu müəyyən edilmiş, tərəflərindən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Röyal Şıxıyev tərəfindən «İnfinix Hot 50 Pro Plus» markalı mobil telefon ilə video çəkiliş aparıldığını elan etdikdən sonra üzərində narkotik vasitə olması barədə məlumat olduğunu bildirərək video çəkilişlə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu, əgər varsa təqdim etməsini bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun qızılı rəngli kağızına bükülmüş bükülünü çıxarıb təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi siqaret qutusunun qızılı rəngli kağızının bükülmüş bükülünün içərisində olan kütlənin narkotik vasitə olan heroindir və həmin heroini saxlanılmamışdan əvvəl Qazax şəhəri, Azadlıq küçəsində «Göyçə» marketin yaxınlığında olan zibil qutusunun yanından yerdən tapdığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusunun qızılı rəngli kağızına bükülmüş bir bükümdə narkotik vasitə olan heroini bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, bundan sonra Təqsirləndirilən şəxs Qazax rayon polis şöbəsinə gətirmişlər, Qazax rayon Polis Şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına vəkil Müdafiəçi təyin edilmiş, sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış içərisində bir bükümdə narkotik vasitə heroin olan zərf açılmış, zərfin içərisində olan bir ədəd siqaret qutusunun qızılı rəngli kağızına bükülmüş heroin tünd qəhvəyi rəngli spesifik iyili kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və kağızla birlikdə ümumi çəkisi 0,52 qram təşkil etmiş, həmin kütlənin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə götürülərək bir ədəd zərfə qoyulub Azərbaycan Respublikasının DİN-nin 64 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, o, Təqsirləndirilən şəxs əvvəllər Qazax şəhər sakini kimi tanımış, onun Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamış, son zamanlar Təqsirləndirilən şəxs narkotik vasitlərdən və psixotrop maddələrdən istifadə etməsi barədə əməliyyat məlumatları almış, ona görə də onun ətrafında əməliyyat tədbirləri keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 elan edilmiş ifadəsindən görünür ki, Şahid1 dediklərini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan, Məhkəmə-kimyəvi ekspertizasının 15 oktyabr 2025ci il tarixli, 16/851 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus olan təqdim etdiyi kağızla birlikdə çəkisi 0,52qram olan narkotik vasitə heroinə bənzər kütlə ” yazı və imzalar olan kağız paketdəki 1(bir)ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,407 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin «Azərbaycan Respublikası ərazisində dövrüyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr»in siyahısına (1-ci siyahı) daxildir. Məhkəmə kimyəvi ekspertizasının rəyinin qeyd hissəsində: Heroinin təmiz çəkisi - 0,407qram, tədqiqata sərf edildi-0,05qr, qalıq-0,357qr. Cinayət işinin materiallarında olan, məhkəmə-narkoloji ekspertizasının 19 noyabr 2025-ci il tarixli, 1844 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan, xx.xx.2025-ci il tarixli Qazax RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Göyçə” marketin yaxınlığında olan zibil qutularının yanından yerdən taparaq üzərində daşımışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatları daxil olmamışdır. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən istifadə edir. Cinayət işinin materiallarında olan, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında 15 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Qazax RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 təqdim etdiyi, bir ədəd zərfi və Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı qeydə alınmış DVD diski götürmüş, həmin diskə baxış keçirmiş, X8 Alıyevin baxış zamanı narkotik vasitə olan heroinə bənzər kütlənin, həmçinin digər əşyaların ona məxsus olmasını vurğuladığını aşkar etmişdir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, o, Qazax rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 70-ci maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, 01 il şərti sınaq müddəti tətbiq edilmiş, Qazax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4, 234.2, 66.2-ci maddələri ilə təqsirli bilinərək 03 il, 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 01 il 02 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarında olan, Qazax rayon İcra və Probasiya şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs cəzasını xx.xx.2025-ci il tarixədə tam çəkib qurtarmışdır. Cinayət işinin materiallarında olan, Qazax rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 1388 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X3 qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan, şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 gün müddətə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan, Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi ilə bəraəetverici əsaslar olmadan barəsində olan cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 1.15-ci və 1.16-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.15. bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər; 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər; Həmin qərarın 4. 32-ci bəndinə əsasən barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən vərəm xəstəliyinə tutulmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınır və müalicələrini davam etdirirlər. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1ci hissəsinin 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər amnistiya tətbiq edilən şəxslərin dairəsinə aiddirlər. Həmin Amnistiya aktının 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Amnistiya aktının 19 və 19.5-ci bəndlərinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Amnistiya aktının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan şəxs olduğundan və İİ qrup əlil olması onun Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1-ci hissəsinin 1.15 və 1.16-cı bəndinə əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə aid olmasını, həmin Amnistiya aktınının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin Təqsirləndirilən şəxs tətbiq edilməməsini nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə müvafiq tibb müəssəsində qeydiyyata alınsın və müalicələri davam etdirilsin. İş üzrə maddi sübut olan və Qazax rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.357 qram olan narkotik vasitə heroin məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessua Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə 1.15 və 1.16-cı bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə müvafiq tibb müəssəsində qeydiyyata alınsın və müalicələri davam etdirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qazax rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,357 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının xərci 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qərardan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-90/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-90/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver