Məhkəmə qərarları › İş №1(023)-91/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-91/2025

18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-91/2025 18.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1974-cü Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qazax şəhəri Azadlıq küçəsi ev 17A-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 01 (bir) ədəd nömrəsi silinmiş, çaxmaq çərçivəsində, lülə qutusunun qapağında və çaxmağında 437 nömrəsi olan 5,45 MM kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş AK-74 modelli yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan Kalaşnikov konstruksiyalı avtomat silahı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı AK-47 (AKM, AKMS, AKS-47) modelli avtomatların komplekt hissəsi-darağını və 09 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarını bir ədəd ağ rəngli polimer kisənin içərisində olmaqla üzərində saxlamaqla daşımış və gəzdirmiş, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 31 oktyabr 2025-ci il tarixdə saat 17:48-də ünvan 1 ünvanın arxa hissəsində boşluq ərazidə saxlanılmış, həmin tarixdə və həmin yerdə saat 17:48-dən saat 17:57-dək olan müddətdə fasiləsiz videoçəkiliş aparılmaqla onun təqdim etdiyi 01 ədəd ağ rəngli polimer kisənin içərisinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 (bir) ədəd nömrəsi silinmiş, çaxmaq çərçivəsində, lülə qutusunun qapağında və çaxmağında 437 nömrəsi olan 5,45 MM kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş AK-74 modelli yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan Kalaşnikov konstruksiyalı avtomat silahı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı AK-47 (AKM, AKMS, AKS- 47) modelli avtomatların komplekt hissəsi-darağı və 09 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamış, sonuncu dəfə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay müddətinə azadlıqdan məhrum edildim və cəzasına məhkum olunmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 18 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. Cəzasını çəkdikdən sonra Qazax şəhərinə qayıtmışdır. 2023-cü ilin aprel ayının əvvəllərində göbələk yığmaq üçün yaşadığı evdən bir ədəd kürək götürüb Qazax şəhəri ərazisində yerləşən “Amonların meşəsi” deyilən əraziyə getmiş, həmin ərazidə göbələk yığan zaman yerdən bir ədəd AKM markalı avtomat və bir ədəd həmin avtomatın sandıqçasını tapmış, həmin avtomatı və sandıqçanı götürüb baxış keçirdikdə, avtomatın yararlı vəziyyətdə odluğunu, sandıqçanın isə paslanmış vəziyyətdə olduğunu və içərisində güllələr olmuş, həmin güllələri sandıqçadan çıxardıb saydıqda doqquz ədəd olduğunu müəyyən etmişdir. Daha sonra meşə ərazisindən bir ədəd un kisəsi tapmış və tapdığı odlu silahı, sandıqçanı və güllələri həmin kisənin içərisinə yığmışdır. Daha sonra isə həmin kisəni özü ilə götürüb yaxınlıqda yerləşən “Çayqara” deyilən əraziyə getmiş və özü ilə apardığı kürəklə “Çayqara” deyilən ərazidə qovaq ağacının yaxınlığında yeri qazıb silah, sandıqça və güllələri yığdığı kisəni orada basdırmışdır. Bundan sonra mən narkotik istifadə etdiyi üçün iki il həbsdə olmuş, təxminən üç ay əvvəl cəzasının sonu ilə əlaqədar həbsdə azad edilmişdir. 31 oktyabr 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman iki il əvvəl “Amonların meşəsi” deyilən ərazidən taparaq “Çayqara” deyilən ərazidə basdırdığı odlu silahı, sandıqçanı və güllələri gedib basdırdığı yerdən çıxardaraq alıcı tapmaq satmaq qərarına gəlmişdir. Buna görə də saat 17:20 radələrində yaşadığı evdən bir ədəd kürək və ağ rəngli un kisəsi götürüb “Çayqara” deyilən əraziyə getmiş, həmin ərazidə içərisində odlu silah olan kisəni basdırdığı yeri tapmış və kürəklə qazıb həmin silah, sursat və komplekt hissəsi olan darağı çıxardaraq özü ilə gətirdiyi un kisəsinə qoyub bükmüşdür. Qazax şəhəri, N.Tusi küçəsi ilə piyada hərəkətdə olan zaman bir neçə nəfər şəxs video çəkiliş aparıldığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsləri görüb geri dönərək 10-15 metr gəldiyi istiqamətdə qaçsa da həmin şəxslər onu yaxalayaraq özlərini Qazax RPŞ-nin əməkdaşı kimi təqdim edərək onun odlu silah gəzdirməkdə şübhəli olduğunu, əgər üzərində odlu silah varsa təqdim etməyini bildirmişlər. Əlində tutduğu kisəni təqdim edərək içərisində odlu silah, sandıqça və güllələr olduğunu bildirmişdir. Polis əməkdaşları kisəni açıb içərisində olan silaha, sandıqçaya və güllələrə baxış keçirmişlər. Daha sonra isə yenidən kisənin içərisinə qoyaraq kisənin ağzını bağlamışlar və üzərini isə yazıb imzalayıb möhürləyərək qablaşdırdmışlar. Bundan sonra polis əməkdaşları ilə birlikdə Qazax RPŞnə gəlmiş və növbətçi hissəyə təhvil verilmişdir. Qazax RPŞ-nin inzibati otaqlarının birində vəkilin iştirakı ilə ondanaşkar olunmuş odlu silaha, sandıqçaya və güllələrə baxış keçirilmiş, həmin odlu silahı, sandıqçanı və güllələri iki il əvvəl “Amonların meşəsi” deyilən ərazidən taparaq “Çayqara” deyilən ərazidə qazıb basdırdığını, 31 oktyabr 2025-ci il tarixdə isə basdırdığı yerdən çıxarıb satmaq üçün özü ilə apardığını, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində bildirmişdir ki, hal hazırda Ağstafa rayon Polis Şöbəsində xidmət edir. 31 oktyabr 2025-ci il tarixdə Qazax RPŞ-nə daxil olmuş əməliyyat məlumatında 1974-cü il təvəllüdlü ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs odlu silah,onun komplekt hissəslərini saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı ilə bağlı olaraq raport tərtib edərək Qazax RPŞ-nin rəisinə məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsinə icazə istəmişdir. Qazax RPŞ-nin rəisinin razılığı ilə həmin tarixdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis rəisinin əmrinə əsasən əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri onun özü, üzvləri isə Qazax RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4,polis leytenantı Şahid2, Qazax RPŞ-nin Ekspert X1 baş inspektoru, polis mayoru X5 və RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 ibarət tərkibdə təşkil edilmişdir. Qrupun üzvlərini Təqsirləndirilən şəxs ətrafında keçiriləcək əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün təlimatlandırdır. 31oktyabr 2025-ci il tarixdə saat 17:48-də X1 baş inspektoru, polis mayoru Rahil Hüseynov tərəfindən “Panasonic” markalı videokameradan istifadə etməklə fasiləsiz videoçəkiliş aparılmaqla əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün xidməti avtomobillə ünvan 3 ünvana gəldikdə əməliyyat məlumatı əsasında xüsusi əlamətlərinə görə ona məlum olan Təqsirləndirilən şəxs əlində 01 ədəd polimer kisədə piyada getdiyini görmüşlər. Avtomobildən düşüb onlara yaxınlaşmaq istədikdə, o geri baxaraq onları gördükdə qaçmağa başlanış, lakin o, təxminən 10-15 metr aralansa da Təqsirləndirilən şəxs saxlamışlar. Onlar özünü ona Qazax RPŞ-in əməkdaşları kimi təqdim edib, onun anket məlumatlarını aydınlaşdırmışlar. Təqsirləndirilən şəxs vəkillə təmin olunmaq hüququnun olması,buna maddi imkanı olmadıqda yol vermədiyi təqdirdə dövlət tərəfindən vəkillə təmin ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan bir ədəd kisəni təqdim etmiş və tərəflərindən həmin kisə açıldıqda içərisində 1 ədəd “AKM” markalı avtomat silah, bir ədəd sandıqça və 9 ədəd patron olduğu müəyyən olunmuşdur. Tərəflərindən sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin odlu silah və komplekt hissələrinin özünə məxsus olduğunu, Qazax rayonu Xanlıqlar kəndi ərazisində yerləşən “Amonlar meşəsi” adlanan ərazidən 2 il əvvəl tapdığını, həmin vaxtdan saxladığını və satmaq üçün gizlətdiyi yerdən götürüb üzərində daşımaqla satmaq üçün aparacağını bildirmişdir. Aşkar edilmiş 1 ədəd “AKM” markalı avtomat silah, bir ədəd sandıqça və 9 ədəd patron içərisi boş olan bir kisəyə qoyularaq üzəri DİN-nin 64 nömrəli möhürü ilə möhürlənmiş və maddi sübut kimi tərəflərindən götürülmüşdür. Tərəflərindən n keçirilmiş əməliyyat tədbiri 31 oktyabr 2025-ci il tarixdə saat 17:57-də başa çatmış, keçirilmiş əməliyyat tədbiri açıq hava şəraitində keçirilmiş və videokamera vasitəsi ilə çəkiliş aparılmışdır. Həmin videogörüntü bir ədəd DVD diskinə köçürülərək tərəflərindən tərtib edilmiş raporta əlavə edilmişdir. Təqsirləndirilən şəxs Qazax RPŞ-nə gətirərək həmin gün saat 18:20-də növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra Qazax Rayon Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda Qazax RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçı, polis baş leytenantı Cabbar İmamquliyev tərəfindən şübhəli şəxs kimi tutularaq müdafiəçi ilə təmin edilərək müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edilib bununla bağlı yazılı bildirişlər Təqsirləndirilən şəxs təqdim edilmiş və onun əməliyyat qrupunun üzvləri, eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakları ilə videokamera vasitəsilə videoçəkiliş aparmaqla 31 oktyabr 2025-ci il tarixdə saat 19-da şəxsi axtarış, baxış və götürülmə aparılmış, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən ondan aşkar olunmuş 1 ədəd “AKM” markalı avtomat silah, 1 ədəd sandıqça və 9 ədəd patron təhqiqatçı tərəfindən açılmışdır. Kisənin içərisində olan silah sursat sayıldıqda 1 ədəd “AKM” markalı avtomat silah, 1 ədəd sandıqça və 9 ədəd patron olduğu müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş 1 ədəd “AKM” markalı avtomat silah, 1 ədəd sandıqça və 9 ədəd patron kisəyə qoyularaq qablaşdırılmış və kisənin üzəri DİN-nin 64 saylı möhürü ilə möhürlənmiş və imzaları ilə təsdiq edilərək maddi sübutlar götürülmüşdür. Təhqiqatçı tərəfindən sorğu-sual zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş 1 ədəd “AKM” markalı avtomat silahı, 1 ədəd sandıqçanı və 9 ədəd patronu təxminən 2 il əvvəl Qazax rayonu ərazisində yerləşən “Amonların meşəsi” adlanan ərazidən taparaq gələcəkdə satmaq üçün “Çayqara” deyilən ərazidə silahı, sursatı və komplekt hissəsini qazdırıb basdıraraq saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaların və ya predmetlərin olub, olmaması, əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla daşınması qadağan olunan əşya və ya predmetin olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun paltarında və bədənində hər hansı bir sübut əhəmiyyətə malik ola biləcək əşya, predmet və sənəd aşkar olunmamışdır. Bununlada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış başa çatdırılmış, şəxsi axtarış, baxış və götürmə 21 oktyabr 2025-ci il saat 19:55-də başa çatmış,“Panasonic” markalı videokameradan istifadə edilməklə fasiləsiz aparılmış videogörüntü 1 ədəd DVD-nə diskə köçürülərək protokola əlavə edilmişdir.Təqsirləndirilən şəxs tərəflərindən saxanılıb polis şöbəsinə gətirilərkən, həmçinin onu şübhəli şəxs qismində saxlayarkən və üzərində şəxsi axtarış və götürmə aparılarkən ona qarşı tərəfimizdən hər hansı bir zorakılıq hərəkətləri, psixoloji və fiziki təsir edilməmiş və işgəncəyə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində Şahid4 ifadəsində bildirmişdir ki, Qazax rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili xidməti vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət etmişdir. 31 oktyabr 2025-ci il tarixdə Qazax RPŞ-nə daxil olmuş əməliyyat məlumatında 1974-cü il təvəllüdlü ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs odlu silah, sursat, onun komplekt hissəsləni saxlaması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olduğundan Qazax RPŞ-nin rəisinin əmri ilə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Qazax RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Şahid1, RPŞnin CAB-nın əməliyyat müvəkkilləri: polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid2, Qazax RPŞ-nin Ekspert X1 baş inspektoru, polis mayoru X5 və RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 ibarət tərkibdə təşkil edilmişdir. Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Şahid1,tərəfindən qrupun üzvləri Təqsirləndirilən şəxs ətrafında keçiriləcək əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün təlimatlandırmışdır. 31oktyabr 2025-ci il tarixdə saat 17:48-də X1 baş inspektoru, polis mayoru Rahil Hüseynov tərəfindən “Panasonic” markalı videokameradan istifadə etməklə fasiləsiz videoçəkiliş aparılmaqla əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün xidməti avtomobillə ünvan 3 ünvana gəldikdə əməliyyat məlumatı əsasında xüsusi əlamətlərinə görə bizə məlum olan Təqsirləndirilən şəxs əlində 01 ədəd polimer kisədə piyada getdiyini görmüşdür.Onun avtomobildən düşüb ona yaxınlaşmaq istədikdə, o geri baxaraq onları gördükdə qaçmağa başlamış, lakin o, təxminən 10-15 metr aralansa da Təqsirləndirilən şəxs saxlayaraq özlərini ona Qazax RPŞ-nin əməkdaşları kimi təqdim edib, onun anket məlumatlarını aydınlaşdırmışdır. Polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs vəkillə təmin olunmaq hüququnun olması, buna maddi imkanı olmadıqda yol vermədiyi təqdirdə dövlət tərəfindən vəkillə təmin ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya, predmet varsa təqdim etməsi təklif etmişdir. Təqsirləndirilən şəxs əlində olan bir ədəd kisəni təqdim etmiş, tərəflərindən kisə açıldıqda içərisində 1 ədəd “AKM” markalı avtomat silah, 1 ədəd sandıqça və 9 ədəd patron olduğu müəyyən olunmuşdur. Tərəflərindən sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin odlu silah və hissəcikləri özünə məxsus olduğunu, Qazax rayonu Xanlıqlar kəndi ərazisində yerləşən “Amonlar meşəsi” adlanan ərazidən 2 il əvvəl tapdığını, həmin vaxtdan saxladığını və satmaq üçün gizlətdiyi yerdən götürüb üzərində daşımaqla satmaq üçün aparacağını bildirilmişdir. Aşkar edilmiş 1 ədəd “AKM” markalı avtomat silah, bir ədəd sandıqça və 9 ədəd patron içərisi boş olan bir kisəyə qoyularaq üzəri DİN-nin 64 nömrəli möhürü ilə möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Tərəflərindən keçirilmiş əməliyyat tədbiri 31 oktyabr 2025-ci il tarixdə saat 17:57-də başa çatmış, keçirilmiş əməliyyat tədbiri açıq hava şəraitində keçirilmiş və videokamera vasitəsi ilə çəkiliş aparılmış, həmin videogörüntü bir ədəd DVD diskinə köçürülərək tərəflərindən tərtib edilmiş raporta əlavə edilmişdir. Təqsirləndirilən şəxs Qazax RPŞ-nə gətirmişlər və həmin gün saat 18:20-də növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra Qazax Rayon Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda Qazax RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçı, polis baş leytenantı Cabbar İmamquliyev tərəfindən şübhəli şəxs kimi tutularaq müdafiəçi ilə təmin edilərək müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edilib bununla bağlı yazılı bildirişlər Təqsirləndirilən şəxs təqdim edilmiş və onun əməliyyat qrupunun üzvləri, eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakları ilə videokamera vasitəsilə videoçəkiliş aparmaqla 31 oktyabr 2025-ci il tarixdə saat 19-da şəxsi axtarış, baxış və götürülmə aparılmışdır. Təqsirləndirilən şəxs ünvan 4 ünvanda Qazax RPŞnin əməkdaşları tərəfindən saxlanılarkən ondan aşkar olunmuş 1 ədəd “AKM” markalı avtomat silah, 1 ədəd sandıqça və 9 ədəd patron təhqiqatçı tərəfindən açıldıqda kisənin içərisində olan silah sursat sayıldıqda 1 ədəd “AKM” markalı avtomat silah, 1 ədəd sandıqça və 9 ədəd patron olduğu müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş 1 ədəd “AKM” markalı avtomat silah, 1 ədəd sandıqça və 9 ədəd patron kisəyə qoyularaq qablaşdırılmış və kisənin üzəri DİN-nin 64 saylı möhürü ilə möhürlənmiş və imzaları ilə təsdiq edilərək maddi sübutlar götürülmüş, təhqiqatçı tərəfindən sorğu-sual zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş 1 ədəd “AKM” markalı avtomat silahı, 1 ədəd sandıqçanı və 9 ədəd patronu təxminən 2 il əvvəl Qazax rayonu ərazisində yerləşən “Amonların meşəsi” adlanan ərazidən taparaq gələcəkdə satmaq üçün “Çayqara” deyilən ərazidə silah, sursatı qazdırıb basdıraraq saxladığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaların və ya predmetlərin olub, olmaması, əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla daşınması qadağan olunan əşya və ya predmetin olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış və onun paltarında və bədənində hər hansı bir sübut əhəmiyyətə malik ola biləcək əşya, predmet və sənəd aşkar olunmmışdır. Bununlada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış başa çatdırılmış, şəxsi axtarış, baxış və götürmə 21 oktyabr 2025-ci il saat 19:55-də başa çatmış və “Panasonic” markalı videokameradan istifadə edilməklə fasiləsiz aparılmış videogörüntü 1 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-ballistik ekspertizasının 01 noyabr 2025-ci il tarixli 25/1635 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 bir ədəd №-si silinmiş, çaxmaq çərçivəsində, lülə qutusunun qapağında, çaxmağında 437 №-si olan silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı AK-47 (AKM, AKMS, AKS-47) modelli avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.

3. Tədqiqata təqdim edilmiş 09 ədəd patron zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Qeyd:Təqdim edilmiş 09 ədəd 7,62x39 mm kalibrli patronların 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Qeyd olunan rəyə əlavə olunması üçün Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 05 dekabr 2025-ci il tarixli 3-13-11/2-14030/2025 nömrəli sənədlə müəyyən edilmişdir ki, 01 ədəd 5,45 mm kalibrli, nömrəsi silinmiş, çaxmaq, çaxmaq çərçivəsi, lülə qutusunun qapağında 437 nömrəsi olan AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası CPM-in 236, 242-247-ci maddələrinin tələblərinə müvafiq qaydada keçirilməklə tərtib olunmuş “əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması, şəxsi axtarış keçirilməsi” haqqında 10 iyun 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs iştirakı ilə əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilən zaman, həmin predmetlərin 01(bir) ədəd “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AK-74” markalı avtomat silahı, 30 (otuz) ədəd 7,62 x 39 mm kalibrli patron tutumuna malik olan 01 (bir) ədəd sandıqça və 09 (doqquz) ədəd patron olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs silah və onun komplekt hissələrini Qazax rayonu ərazisində yerləşən “Amonlar meşəsi”adlanan meşəlikdən tapdığını və sonradan satmaq üçün “Çayqara” adlanan ərazisinə gətirərək gizlətdiyini etiraf etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 20 noyabr 2025-ci il tarixli “maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, iş üzrə 31 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş və götürülmüş 01 bir ədəd nömrəsi silinmiş, çaxmaq çərçivəsində, lülə qutusunun qapağında, çaxmağında 437 nömrəsi olan silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı olan AK-74 modelli avtomat, 30 (otuz) ədəd 7,62 x 39 mm kalibrli patron tutumuna malik olan 01 (bir) ədəd sandıqça və döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 06 (altı) ədəd ştat patronlar Azərbaycan Respublikası CPM-in 128-ci maddəsində nəzərdə tutulan əsaslar olduğundan maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, patronların 03 (üç) ədədinin tədqiqat zamanı istifadə olunması və 06 (altı) ədəd sayda təhvil verilməsi nəzərə alınmışdır. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görüür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 29 gün azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 18 ay 28 gün azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon Psixiatriya xəstəxanasından təqdim edilmiş 05 noyabr 2025-ci il tarixli, 2014 nömrəli arayışdan görünür ki, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında psixoloji qeydiyyatda yoxdur. Lakin 2007-ci ildən narkoloji kabinetində “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Qazax RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli 5-58- 1-12-21/2-1325/2025 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında qeydiyyatda olmala yaşamış, yaşayış yeri üzrə xarakterizə olunur. 16 dekabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 228.3, 229.1 və 232.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi və bu barədə qəbul edilmiş qərarın surəti rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf edici ifadəsi, ekspertiza rəyləri, həmçinin məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Onun əməli CM-nin qeyd olunan maddələri ilə düzgün tövsif edilmişdir, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs 228.1-ci ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən, yaxud üzərindən götürülmədən yenidən az ağır cinayət törətmişdir, ona görə də əməlində cinayətlərin residivi var. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olması iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müyyən edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli 31 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax rayon Polis şöbəsinində saxlanılan 01 (bir) ədəd, kağız paketdə qablaşdırılmış 01 ədəd 5.45 mm kalibirli nömrəsi silinmiş, çaxmaq çərçivəsində, lülə qutusunun qapağında, çaxmağında 437 nömrəsi olan AK-74 modelli avtomat silah, 01 ədəd darağ və 06 ədəd 7,62x39 mm kalibirli ştat patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki təminat Baş idarəsinə təhvil verilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 31 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax rayon Polis şöbəsinində saxlanılan 01 (bir) ədəd, kağız paketdə qablaşdırılmış 01 ədəd 5.45 mm kalibirli nömrəsi silinmiş, çaxmaq çərçivəsində, lülə qutusunun qapağında, çaxmağında 437 nömrəsi olan AK-74 modelli avtomat silah, 01 ədəd darağ və 06 ədəd 7,62x39 mm kalibirli ştat patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki təminat Baş idarəsinə təhvil verilsin . Hökm elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi andan) 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar