Məhkəmə qərarları › İş №1(024)-1/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-1/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-1/2024 24.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Saat 10:30-da Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Naxçıvan MR, Şahbuz rayonu Şahbuz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 1(011)-48/2023 saylı xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Naxçıvan MR, Naxçıvan şəhəri, B.Abbasov küçəsi, döngə 4, ev 13-də qeydiyyatda olmaqla hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Belə ki, о, barəsində Binəqədi rayon polis idarəsinin istintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və həmin əməl üzrə Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsində göstərilən əsasların olmamasına baxmayaraq təkrar, tamah niyyəti ilə qəsdən özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı 06 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs aldadaraq, etibarından sui-istfadə etməklə sonuncuya məxsus 2000-ci il buraxılışlı, “Opel Vectra” markalı ** DR *** dövlət qeydiyyat nişanlı minik avtomobilin alqı-satqısını 8000 (səkkiz min) manata razılaşaraq, Qax şəhərində yerləşən notariusda baş etibarnamə ilə sərəncamına keçirdikdən sonra pulu kart hesabına göndərəcəyini bildirsə də, verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, 8000 (səkkiz min) manat ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, onun maşın aldığı vaxtı 2022-ci ilin mart ayı olmuşdur. Zərərçəkmiş şəxs dostunun vasitəsiylə ilə tanımışdır. 10 ildir ki, Qax rayonuna gedib-gəlir. Səbuhi ilə çörək kəsmişdir. Onları itirdiyi üçün peşmandır. O, həbs olunmasaydı Zərərçəkmiş şəxs dəyən maddi ziyanı ödəyə bilərdi. Artıq 2 il 6 aydır ki, həbsdədir. Hazırda dəymiş maddi ziyanı ödəməyə gücü, imkanı çatmır. Törətdiyi əmələ görə cəza alıb-almamasından aslı olmayaraq, cəzadan azad olunduqdan sonra Səbuhiyə dəyən maddi ziyanı ödəyəcək, çünki Səbuhi ilə çörək kəsmişdir. Zərərçəkmiş şəxs özü bilər, istər şikayətçi olar, istərsə olmaz. Törətdiyi əmələ görə çox peşmandır. Özünü ona görə qismən təqsirli bilir ki, bu cür olmasını istəməzdi. Bunu bilə-bilə etməmişdir. Hazırki iş üzrə cinayət əməlini törətmişdir, törətmədiyini demir. Zərərçəkmiş şəxs da yaxşı bilir ki, o əvvəllər Türkiyə Respublikasında yaşamış, onun orada malları olmuş, bir az problemləri yaranmışdır. Əgər işləri yoluna qoya bilsəydi, Səbuhiyə dəyən ziyanı ödəyəcəkdi. Həmin vaxt Bakıdan Qax rayonuna maşınlar almaq məqsədi ilə gəlmişlər. Səbuhiyə 50 manat beh vermişdir. Səbuhiyə məxsus avtomobili 8000 (səkkiz min) manata almaq barədə danışmışlar. Birinci gəldiyi vaxt beh vermişdir. Özündə Türkiyədə yerləşən “Yapı Kredi” Bankın hesabı olmuşdur. Oradan köçürmə etmiş, Səbuhiyə də pulun 3-5 gün ərzində köçəcəyini demişdir. Düşünmüşdür ki, həmin ərəfədə gömrükdə qalan malları keçirib Səbuhinin pulunu ödəyər. Lakin pul köçmədiyi üçün, Səbuhiyə olan borcunu ödəyə bilməmişd, sonra isə Bakı şəhərində həbs olunmuşdur. Səbuhi də televiziyada onun həbs olunduğunu gördükdən sonra şikayət etmişdir. Qax rayonuna yeznəsi Raminlə gəlmişdir. Ramin onunla Qax rayonuna taksi kimi gəlmiş, onun pulunu vermişdir. Qaxa Səbuhidən maşını almaq üçün gələn zaman pulları olmamışdır. Maşını alan zaman Səbuhini aldatmaq fikrində olmamış, Bakıda olarkən Səbuhiyə demişdir ki, gəlib maşına baxacaq, alıb aparacaqdır. Səbuhi onun üzərində nə qədər pulun olub-olmadığından xəbərsiz olmuşdur. Səbuhiyə hesabında pulun olduğunu demiş, maşını qaytarmaq niyyəti ilə almamış, onlara bildirmişdir ki, 5- 10 günlük işləri vardır, onları yoluna qoyacaq. Çünki əvvəl dediyi kimi 10 ildir ki, Qax rayonuna gedib-gəlir. Maşını alan zaman Səbuhini aldatmaq niyyəti olmamışdır. Məqsədi, başqasına pul ödəməli olduğu üçün, 3-5 gün vaxt qazanmaq olmuşdur. Sonra isə Səbuhiyə maşının pulunu ödəməli idi. 3-5 min manata görə heç vaxt bu hərəkətləri etməzdi. Niyyəti olmuşdur ki, Türkiyədən mallar almış, mallar gömrükdə qalmışdır. Düşünmüşdür ki, pulunu ödüyər, gömrükdən keçirər, satar və 5-10 gün vaxt qazanar. Çünki zərərçəkmiş şəxsin evində çörək kəsmişdir. Şeytana uymuş və əməlindən peşmandır. Maşını Sumqayıt bazarında maşın alıb-satana 4000 min manata satmışdır. Məqsədi malları keçirdikdən sonra pulunu ödəyib satmaq və Səbuhinin pulunu qaytarmaq idi. Hətta həmin malların satılacaq yerlərini də müəyyən etmişdir. Hal-hazırki vaxtadək Səbuhinin pulunu qaytarmamışdır. Etdiyi əməldən peşmandır, cəzasını çəkib bitirdikdən sonra, azadlığa çıxıb Zərərçəkmiş şəxs olan borcunu ödəyəcəkdir. Məhkəmədən cəza təyin edərkən qeyd etdiyi halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Mirheydər özü dediyi kimi, 2022-ci ilin mart ayında ona məxsus “Opel” markalı avtomobili gəlib almışdır. O, ümumiyyətlə Mirheydəri əvvəllər tanımamış, onu dostu avtomobil rəngsazlığı edən Şahid1 vasitəsi ilə tanımışdır. Mirheydər Bəhruzun vasitəsi ilə gəlmişdir. Mirheydər Qax rayonuna maşın almaq üçün tək gəlməmiş, 2-3 nəfər olmuşlar. Belə ki, kürəkəni və dayısı ilə gəlmişdir. Həmin vaxt karta pul köçürülməsi məsələsi olmuşdur. Mirheydərin guya malının olması və ona pul ödəməsi tam əminliklə deyə bilər ki, yalandır. 8000 manat dəyərində avtomobili sonrakı gün 4000 manata nəyə görə satmışdır?. Mirheydər heç olmazsa 4000 manat pulu onun kart hesabına köçürərdi. Nəyə görə ona 8000 manat ziyan vurmuşdur?. Mirheydər avtomobili yeznəsinin əmisinə satmışdır. O da maşın alverçisidir. İndi bütün məsələlər açılmışdır. Əvvəlki məhkəmələrdə gələn ağsaqqal da hər şeyi etiraf etmişdir. Hətta Qax rayon Polis şöbəsinə məlumat verən zaman Mirheydərlə gələn digər iki nəfər şəxsin də adlarını bildirmiş, lakin necə olmuşdursa məhkəməyə cəmi bir nəfər verilmişdir. Həmin şəxs də məhkəməyə gəlməyib və belə olub hər şeyi boynundan atıb. Həmin şəxslərdən biri maşını almış, digəri isə alverçiyə satmışdır. Mirheydəri isə ortada qoymuşlar. Mirheydər ona zəng edərək ondan avtomobilin mühərrikinin nömrəsini soruşmuşdur. Avtomoiblin mühərriki nömrəsiz olmuşdur. Mirheydərin nə üçün mühərrikin nömrəsini soruşmasına təəcüblənmişdir. İki saat keçməmiş satdığı maşının intenetdə 6500 manata satışa çıxarıldığını görmüşdür. Mirheydərə zəng etmiş, lakin o telefonu açmamışdır. Bundan onra Mirheydərin yeznəsinə zəng etmiş, o isə cavabında taksi kimi gəldiyini demişdir. Hətta bundan sonra Mirheydər başqa avtomobillə iki-üç dəfə rayona gəlmiş, yenə də onun xətrinə dəyməmişdir. Demişdir ki. insandır, bu gün sabah pulu ödəyər. Həmin vaxt Mirheydər 50000 (əlli min) manatlıq “BMW” markalı avotomobillə Qax rayonuna gəlmişdir. Əgər həmin avtomobili onun əlindən alıb qapısına qoysaydı bu gün başına bu iş gəlməzdi. Əgər bu işdə 70 faiz Mirheydər günahkardırsa, 30 faiz digər iki nəfər şəxs günahkardır. Mirheydər bu günə qədər bir manat belə ödəməmişdir. Ona görə də, ondan şikayətçidir. Mirheydərə dəfələrlə demişdir ki, ona vurmuş olduğu maddi ziyanı 100 manat və yaxud 200 manat olmaqla hissə-hissə ödəsin. Mirheydər maşını almağa gələn zaman bir gün Qax rayonunda qalmış, səhəri gün ona baş etibarnamə vermişdir. Mirheydər özünün mobil telefonundan onun kart hesabına pul köçürməsi etdiyini ona göstərmişdir. Hətta həmin vaxt bank işçisi ilə əlaqə saxlamış, o isə xarici ölkədən köçürmə olduğu üçün pulun gec köçmək ehtimalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə 8000 (səkkiz min) manat məbləğində maddi ziyan vurmuşdur. Odur ki, təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. Mirheydər Qax rayonuna gələn zaman onunla tanış olmuşdur. Onunla dostluq münasibətləri olmuşdur. Hazırda isə Mirheydər ona qarşı belə hərəkət etdiyi üçün münasibətləri yoxdur. Zərərçəkmiş şəxsla da dostluq münasibətləri vardır. Mirheydər Səbuhiyə məxsus “Opel” markalı avtomobili almaq istəmişdir. Onlar avtomobilin şəkillərini Mirheydərə göndərmiş, Mirheydərgil isə baxdıqdan sonra gəlib almaq istədiklərini bildirmişlər. Bundan sonra onlar üç nəfər gəlmiş, avtomobilə baxdıqdan sonra bəyənmiş və aralarında razılaşmışlar. Mirheydər Səbuhinin kart hesabına pul yükləməli idi. Pul kart hesabına 2-3 saat ərzində köçməli idi. Artıq Mirheydərgil çıxıb getmiş, beş gündən artıq müddət keçmiş. lakin pul yüklənməmişdir. Mirheydər Səbuhini ona görə tanımışlar. O, notariusda və etibarnamə verilərkən yanlarında olmamışdır. X7 avtomobili almaq barədə razılaşdıqlarını bilirdi. Yəni pul söhbətində bu cür olacağını o bilməmişdir. Onlar Mirheydərə pulun ödənilməsi üçün dəfələrlə zənglər etmişlər. O, həmin gün Mirheydərlə Səbuhini axtarmış, kafeyə gəlmiş, avtomobillərin çöldə olduğunu görmüş, lakin onlar kafedə olmamışlar. Həmin vaxt Mirheydərə etibarnamə verilmiş, lakin onun məlumatı olmamışdır. Onları kafedə tapa bilməyib, kafenin arxasında yerləşən kabinetlərin birində axtarıb tapmış, həmin vaxt Mirheydərlə Səbuhi kartdan karta pul köçürmək barədə söhbət etmişlər. O Mirheydərin elə hərəkət edəcəyini düşünməmişdir. Mirheydər mobil telefonu vasitəsilə hesabında xeyli miqdarda pul olduğunu onlara göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun Mirheydər adlı ögey qaynı var, o Türkiyə Respublikasında yaşadığı üçün Mirheydəri təxminən bir ildir ki, tanıyır. Mirheydər 2022-ci ilin mart ayının əvvəllində gecə vaxtı ona məxsus olan Whatsapa yazaraq, Qax şəhərinə neçəyə aparıb gətirməyini soruşmuşdur. O, həmin vaxtları proqramla taksi kimi işlədiyi üçün ona Qax şəhərinə aparıb gətirməyə 150 manat pul alacağını demişdir. Mirheydər isə başqasına xeyir verməkdənsə ona xeyir verəcəyini, buna görə də ona 200 manat pul verəcəyini demişdir. O, da Mirheydərə yol pulunun 150 manat olmasını bildirmişdir. Mirheydər isə cavabında ona 200 manat verəcəyini yenə demişdir. O, Mirheydərlə razılaşmış, səhəri gün Bakı şəhərinə getmiş, ona telefonda adres ataraq ora gəlməyini demişdir. Mirheydərin Yasamal rayonunda olmasını bilmiş, onu həmin yerdən götürməyə getmişdir. Mirheydər Yasamal rayonunda ona məxsus olan avtomobilə əyləşmişdir. Mirheydər avtomobilə əyləşəndən sonra onunla birlikdə Neftçilər metrosu tərəfə getmiş, orada Mirheydər mağazaya gedərək, öz mobil telefonunu götürüb gəlmişdir. Bundan sonra isə Mirheydərlə birlikdə Yasamal rayonuna qayıtmışlar, orada sonradan adını bildiyi Elman adlı şəxs avtomobilə minmişdir. Onlar üzü Qax rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Yolda gələn zaman söhbət əsnasında Mirheydər ona Qax şəhərinə avtomobil almağa getməyini demişdir. Onlar axşam tərəfi Qax şəhərinə çatmışlar. Qax şəhərinə çatandan sonra sonradan adını bildiyi Bəhruz və Səbuhi adlı şəxslərlə görüşmüş, onlar yemək yeməyə təklif etmiş, kafelərin birində əyləşib yemişlər. Həmin vaxt kafedə o, Mirheydər, Elman, Bəhruz və Səbuhi yemək yemişlər. Daha sonra çölə çıxmış, Mirheydər Səbuhiyə məxsus olan “Opel” markalı avtomobilə baxmışdır. Sonra yenidən içəri daxil olmuş, yemək yeməyə davam etmişlər. Biraz keçmiş isə Səbuhi və Mirheydərlə birlikdə çölə çıxmışlar. Təxminən 3-5 dəqiqə sonra yenidən kafedə olan kabinetə qayıtmışlar. Onlar orada yeyib içəndən sonra Mirheydər ondan qalmağı xahiş etmiş, sabah birlikdə getməyi demişdir. O, da Mirheydərlə razılaşıb, gecə Qax şəhərində qalmışlar. Səhəri günü Bəhruz və Səbuhi onlar qaldığı yerə gəlmişlər. Mirheydər və Elman onun avtomobilində olmuş, onlar Qax şəhərində yerləşən notariusa getmişlər. Mirheydər və Səbuhi birlikdə notariusa getmiş, Səbuhiyə məxsus olan avtomobili Mirheydərin adına etibarnamə vermişlər. Bundan sonra onlar Qax şəhərindən çıxıb Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Özünə məxsus olan avtomobili özü tək idarə etmişdir. Mirheydər isə Səbuhidən aldığı avtomobili özü idarə etmişdir. Elman isə Mirheydərin yanında oturmuş, həmin gün gəlib Sumqayıta çatmışlar. O, Mirheydərdən pulunu istəmiş, Mirheydər isə pulu olmadığını avtomobili satıb ona pul verə biləcəyini demişdir. Mirheydər avtomobili lombarda qoyub pul götürmək istəmiş, bir-neçə yerə zəng edəndən sonra o pul tapa bilməmişdir. Sonradan isə Mirheydər avtomobili kimə sata biləcəyini ona demişdir. O, də Mirheydərə Eynur adlı əmisinin Qismət adlı dostu olmasını, həmin şəxsin avtomobili ala biləcəyini demişdir. Mirheydər onun bu sözündən sonra Eynur əmisi ilə danışmağını demişdir. O, da Eynur əmisinin mobil nömrəsinə zəng vurub, avtomobil olmasını, təcili pul lazım olduğu üçün satdığını demişdir. Eynur əmisi ona pulu olmamasını, avtomobilə Qismətin baxacağını demişdir. Buna görə də Eynur əminin dediyi, Sumqayıt şəhərində Qismətin olduğu yerə getmişlər. Orada söhbət zamanı Qismət həmin avtomobilə baxmışdır, Mirheydərlə qiymət barəsində danışmışlar. Mirheydər həmin avtomobilin qiymətini ilkin olaraq 4500 manat demiş, Qismətlə Mirheydər avtomobilin 4000 manata satmaq barədə razılaşmışlar. Bundan sonra Qismət avtomobili almaq üçün Mirheydərə dəqiq yadında olmayan məbləğdə beh vermişdir. Bundan sonra Mirheydər həmin avtomobili götürüb getmiş, o da öz evinə getmişdir. Həmin günün səhəri Mirheydər ona 150 manat olan taksi pulunu vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Materialın aidiyyəti üzrə göndərilməsi haqqında» 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış HK—1/307 nömrəli material ərazi adiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. «Materialın cinayət işinə birləşdirilməsi haqqında» 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanılmış HK-1/307 nömrəli material ********* nömrəli cinayət işinə birləşdirilmiş və araşdırması davam etdirilmişdir. «Cinayət işinin materiallarından başqa material ayrılması və materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında» 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs məxsus “Opel Vectra” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ələ keçirlməsi faktı ilə bağlı material ayrılmış, ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətləri çıxarılaraq ayrılmış materiala əlavə edilmiş və ayrılmış material araşdırmanın davam etdirilməsi məqsədi ilə ərazi aidiyyəti üzrə Qax RPŞ-nin İQ-na göndərilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 noyabr 2022-ci il tarixli 4(001)- 1261/2022 saylı “Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün, yəni 10 noyabr 2022-ci il tarixdən hesablanmaqla 30 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 19 oktyabr 2024-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 6000 manat cərimə edilmiş, 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-48/2023 nömrəli hökmünə əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm üzrə cəzasını çəkib qurtarmamışdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-48/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmək cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-571/2024 nömrəli hökmündən görünür ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-48/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. «Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 03 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-nin 178.2.4-cü maddəsindən 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina edilməsi ilə bağlı rəyindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə CM-in 178.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edilməsi, cinayət təqibinin CM-in 178.2.4-cü maddəsi ilə davam etdirilməsi məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməlinin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək qismən sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində göstərilmişdir ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina etmişdir. Məhkəmə yuxarıda qeyd olunan mövqe ilə razılaşır, həmçinin aşağıdakılara əsasən bununla bağlı öz mövqeyini bildirir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə Təqsirləndirilən şəxs istinad olunan CM-nin 178.2.2-ci maddəsinə münasibətdə mübahisə doğurur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi qismən sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilsə də, 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs verilən ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, barəsində Binəqədi rayon polis idarəsinin istintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və həmin əməl üzrə Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsində göstərilən əsasların olmamasına baxmayaraq təkrar, tamah niyyəti ilə qəsdən özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı 06 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs aldadaraq, etibarından sui-istfadə etməklə sonuncuya məxsus 2000-ci il buraxılışlı, “Opel Vectra” markalı ** DR *** dövlət qeydiyyat nişanlı minik avtomobilin alqı-satqısını 8000 (səkkiz min) manata razılaşaraq, Qax şəhərində yerləşən notariusda baş etibarnamə ilə sərəncamına keçirdikdən sonra pulu kart hesabına göndərəcəyini bildirsə də, verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, 8000 (səkkiz min) manat ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-48/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 28 mart 2022-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən 24 saylı dövlət notariat ofisində X13 məxsus “Mercedes Benz E220 CDİ” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 17200 manata Baba Verdiyevdən almaq barədə razılığa gəldikdən sonra avtomobilin pulunu istifadəsində olan mobil bank tətbiqi vasitəsilə Türkiyə Respublikasının vətəndaşı Hakan Altuna məxsus blok edilmiş Türkiyə Respublikasında fəaliyyət göstərən “YapıKredi” bankda olan hesabdan Baba Verdiyevin bank hesabına köçürməklə ödəyəcəyinə dair Baba Verdiyevə yalan vəd verib aldadaraq onun xahişi ilə 24 saylı dövlət notariat ofisində Baba Verdiyevin adından “Mercedes Benz E220 CDİ” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün özünün adına təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni Baba Verdiyevdən əldə etdikdən sonra “Mercedes Benz E220 CDİ” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirərək həmin avtomobili dəyərindən ucuz qiymətə, yəni 11000 manat müqabilində X3 Baba Verdiyevə məlumat vermədən sataraq verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs X13 17200 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifdə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “Turbo.az" internet saytında X19 məxsus olan 2013-cü il buraxılışlı, ağ rəngli "Changan SG 7151F” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışa çıxarılması barədə məlumat əldə etdikdən sonra 02 aprel 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin həyətində Cavid Əliyevlə görüşüb həmin avtomobili 9750 manata alacağına dair sonuncu ilə razılıq əldə etdikdən sonra avtomobilə görə Cavid Əliyevə 3000 manat ödəyib pulun 6750 manat hissəsini isə daha sonra Cavid Əliyevin bank hesabına ödəyəcəyinə dair yalan vəd verib aldadaraq “Changan SG 7151F” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavid Əliyevə məlumat vermədən dəyərindən ucuz qiymətə, yəni X3 11000 manata sataraq verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs X19 6750 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifdə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “Turbo.az” internet saytında X4 mülkiyyətində olan 2007-ci il buraxılışlı, tünd boz metallik rəngli "Toyota Corolla” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin X23 tərəfindən satışa çıxarılması barədə məlumat əldə etdikdən sonra 11 aprel 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanında yerləşən BDYPİ-nin həyətində Elnur Rüstəmovla görüşüb həmin avtomobili 13200 manata alacağına dair sonuncu ilə razılıq əldə etdikdən sonra avtomobilə görə Elnur Rüstəmova 7000 manat ödəyib pulun 6200 manat hissəsini isə daha sonra Elnur Rüstəmova ödəyəcəyinə dair yalan vəd verib aldadaraq “Toyota Corolla” markalı, **- FX-*** dövlət qeydiyyat nişanlı avtomobili Elnur Rüstəmova məlumat vermədən dəyərindən ucuz qiymətə, yəni X14 10000 manata sataraq verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs X20 6200 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifdə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “Turbo.az” internet saytında X5 məxsus 2014-cü il buraxılışlı, qırmızı metallik rəngli, “Kia" markalı “Pride” modelli, sedan tipli **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satışa çıxarılması barədə məlumat əldə etdikdən sonra 16 aprel 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin həyətində Xəqani Hüseynovla görüşüb həmin avtomobili 15300 manata alacağına dair sonuncu ilə razılıq əldə etdikdən sonra həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları pulu Xəqani Hüseynova avtomobilə görə beh olaraq ödəyib pulun 11900 manat hissəsini isə Türkiyə Respublikasının vətəndaşı Hakan Altuna məxsus blok edilmiş Türkiyə Respublikasında fəaliyyət göstərən “YapıKredi” bankda olan hesabdan özünə məxsus olan "xxxx" ASC tərəfindən verilmiş **********575981 nömrəli bank hesabına köçürüldükdən sonra Xəqani Hüseynova ödəyəcəyinə dair yalan vəd verib aldadaraq “Kia" markalı “Pride” modelli, sedan tipli **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Xəqani Hüseynova məlumat vermədən dəyərindən ucuz qiymətə, yəni X14 9500 manata sataraq verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs X5 11900 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Tap.az” internet saytında X8 məxsus “İphone 13 Pro Max” markalı mobil telefon aparatının 2500 manata satılması barədə məlumat əldə etdikdən sonra Vüsal Balıyevin istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinə özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən zəng edib Vüsal Balıyevə mobil telefon aparatını almaq üçün onunla görüşmək istədiyini dedikdən sonra 25 may 2022-ci il tarixdə saat 21 radələrində Vüsal Balıyevin dediyi ünvana, yəni Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyinin giriş hissəsinə gələrək X8 mobil telefon aparatını ondan 2500 manata alacağına, lakin nağd şəkildə pulu olmadığı üçün həmin məbləğdə pulu Vüsal Balıyevin "xxxx" ASC-yə aid 4169 7414 3525 2547 nömrəli kart hesabına Türkiyə Respublikasının vətəndaşı Hakan Altuna məxsus blok edilmiş Türkiyə Respublikasında fəaliyyət göstərən “YapıKredi” bankda olan hesabdan özünün istifadəsində olan mobil telefon aparatına yüklədiyi mobil bank tətbiqi vasitəsilə köçürəcəyi barədə Vüsal Balıyevə yalan vəd verib aldadaraq verdiyi vədinə əməl etməyərək Vüsal Balıyevə məxsus olan 2500 manat dəyərində "İphone 13 Pro Max” markalı mobil telefonu ələ keçirərək zərərçəkmiş şəxs X8 2500 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “Turbo.az” internet saytında X15 məxsus “Mercedez Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışa çıxarılması barədə məlumat əldə etdikdən sonra 30 may 2022-ci il tarixdə Oğuz şəhərinə gedərək Anar Məmmədovla görüşmüş və Anar Məmmədova məxsus “Mercedez Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili Anar Məmmədovdan 11800 manata alacağına dair sonuncu ilə razılaşdıqdan sonra 31 may 2022-ci il tarixdə Oğuz şəhərində yerləşən "xxxx" ASC-nin Oğuz rayon filialının özündə olan Türkiyə Respublikasının vətəndaşı Hakan Altuna məxsus blok edilmiş Türkiyə Respublikasında fəaliyyət göstərən “YapıKredi” bankda olan hesabdan özünün istifadəsində olan mobil telefon aparatına yüklədiyi mobil bank tətbiqi vasitəsilə 11865 manat pul vəsaiti köçürülmədiyi halda həmin məbləğdə pul vəsaitinin "xxxx" ASC-də Anar Məmmədovun tanışı X9 adına olan bank hesabına köçürülməsi barədə bank əməliyyatının aparılmasını təsdiq edən mobil telefon aparatındakı ismarıcı Anar Məmmədova göstərib 11800 manat pul vəsaitinin gün ərzində Sahil Əmrahovun bank hesabına köçürüləcəyi barədə Anar Məmmədova yalan vəd verib aldadaraq onun xahişi ilə ünvan 5 ünvanda yerləşən Oğuz rayonu notariat ofisinə gedərək Anar Məmmədovun adından “Mercedez Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün özünün adına təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni Anar Məmmədovdan əldə etdikdən sonra "Mercedez Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili əiə keçirərək Bakı şəhərinə idarə edərək gətirmiş, Anar Məmmədova məlumat vermədən 01 iyun 2022-ci il tarixdə öz adından avtomobil üçün mobil notariat tətbiqi vasitəsilə onlayn olaraq X10 adına təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni verdikdən sonra avtomobili tanışı X16 vasitəsilə Musa Musazadəyə 8800 manata sataraq verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs X15 11800 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 'Turbo.az” internet saytında X6 məxsus “Mercedes E 220 CDİ” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışa çıxarılması barədə məlumat əldə etdikdən sonra Saatlı rayonuna gedərək Hümmət Mahmudovla görüşmüş, həmin avtomobili Hümmət Mahmudovdan 17000 manata alacağına dair sonuncu ilə razılaşdıqdan sonra 09 iyun 2022-ci il tarixdə saat 17 radələrində Saatlı şəhərində yerləşən "xxxx" ASC-nin Saatlı rayon filialına gedərək özündə olan Türkiyə Respublikasının vətəndaşı Hakan Altuna məxsus blok edilmiş Türkiyə Respublikasında fəaliyyət göstərən “YapıKredi” bankda olan hesabdan özünün istifadəsində olan mobil telefon aparatına yüklədiyi mobil bank tətbiqi vasitəsilə 17000 manat pul vəsaiti köçürülmədiyi halda həmin məbləğdə pul vəsaitinin Hümmət Mahmudovun "xxxx" ASC-də olan bank hesabına köçürülməsi barədə bank əməliyyatının aparılmasını təsdiq edən mobil telefon aparatındakı ismarıcı Hümmət Mahmudova göstərib 17000 manat pul vəsaitinin 10 iyun 2022-ci il tarixdə Hümmət Mahmudovun bank hesabına köçürüləcəyi barədə Hümmət Mahmudova yalan vəd verib aldadaraq onun xahişi ilə Saatlı şəhəri, Heydər Əliyev prospekti 137 ünvanda yerləşən dövlət notariat ofisinə gedərək Hümmət Mahmudovun adından "Mercedes E 220 CDİ” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün özünün adına təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni Anar Məmmədovdan əldə etdikdən sonra “Mercedes E 220 CDİ” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirərək Bakı şəhərinə idarə edərək gətirmiş, Hümmət Mahmudova məlumat vermədən 11 iyun 2022-ci il tarixdə öz adından avtomobil üçün mobil notariat tətbiqi vasitəsilə onlayn olaraq X17 adına təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni verdikdən sonra avtomobili tanışı X11 vasitəsilə Ramin imanovun qardaşı X21 11000 manata sataraq verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs X6 17000 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 10 iyun 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 29 ünvanında yerləşən “№-1 Cars” avtomobil salonunda işləyən X21 X6 məxsus “Mercedes E 220 CDİ” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq adı ilə yalandan vəd verib aldadaraq həmin aytomobili cinayət yolu ilə əldə etməsi barədə Elmin İmanova məlumat verməyib Elmin İmanovu inandırmaq üçün sonuncunun qardaşı X17 adına həmin avtomobil üçün öz adından təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni verdikdən sonra tanışı X11 vasitəsi ilə Elmin İmanovun ona göndərmiş olduğu 11000 manat pul vəsaitini ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs X21 11000 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd olunan hökmündə qeyd olunan epizodlar üzrə cinayət hadisəsini törətməzdən əvvəl 06 mart 2022-ci il tarixdə hazırki cinayət işi üzrə ona verilən ittihamda qeyd olunan cinayət əməlini törətmişdir. Ona görə də, Təqsirləndirilən şəxs təkrar cinayət törətməmiş hesab olunmalıdır. Cinayətlərin təkrar törədilməsindən bəhs edən CM-nin 16.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikasının CPM-nin 41.3-cü maddəsinə əsasən, Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Ona görə də, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi üzrə verilmiş ittiham, yəni təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onun əmlakını ələ keçirməklə dələduzluq cinayətini təkrar törətməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs əməlinin CM-nin 178.2.4-cü maddəsinə münasibətdə cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Həmin Məcəllənin 178.2.2ci maddəsi ittihamdan xaric edilməlidir. Məhkəmə, öz mövqeyini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs verilmiş ittiham məhkəmə istintaqında əməlin təkrar törədilməsi faktının olmamasına münasibətdə ittihamın həcmi azaldığından, həmin Məcəllənin 178.2.2-ci maddəsi ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 7 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, qeyd edilsin ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayətprosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-48/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalıdır. Həmin normada təsbit edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (Cinayət Məcəlləsinin 66.1 və 66.2-ci maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmçinin o da qeyd olunmalıdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-48/2023 nömrəli hökmünə əsasən cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablandığından, hazırki hökm üzrə təyin edilmiş cəzanın çəkilmə müddəti də həmin tarixdən, yən xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyana görə 8000 (səkkiz min) manat məbləğdə pul tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-48/2023 nömrəli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi xaric edilsin. Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyana görə 8000 (səkkiz min) manat məbləğdə pul tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüqunun olması izah edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar