Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-1/2025 09.10.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1969-cu il tarixdə Qax rayonu, Fıstıqlı kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta, təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu, Fıstıqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən «Yaşıllıqların mühafizə haqqında» Azərbaycan Respublikasının Qanunun 13.4-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 №li qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi qaydası»ın 2.1-ci bəndinin əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrinin qərarı əsasında həyata keçirilməsi olduğu halda müvafiq normativ hüquqi aktların şərtlərini qanunsuz şəkildə pozaraq heç bir icazəsi olmadan 2023-cü ilin oktaybr ayından 2024-cü ilin mart ayına kimi olan müddət ərzində istintaqa məlum olmayan günlərdə və saatlarda Qax rayonu, Böyük Alatəmir Bələdiyyəsinin mülkiyyətinə aid Qax rayonu, Qarameşə kəndində yerləşən rayonun Fıstıqlı kəndinə gedən yolun sağ və sol hissəsində 0.17 ha və 0.0496 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində meşə fonduna aid olmayan təbii bitmiş diametri 6 sm 1 ədəd, 7 sm 8 ədəd, 8 sm 7 ədəd, 9 sm 1 ədəd, 10 sm 2 ədəd, 11 sm 12 ədəd , 12 sm 5 ədəd, 13 sm 10 ədəd, 14 sm 6 ədəd, 15 sm 5 ədəd, 16 sm 3 ədəd, 17 sm 3 ədəd, 18 sm 1 ədəd, 19 sm 1 ədəd, 20 sm 1 ədəd olmaqla akasiya cinsinə məxsus ümumilikdə dəyəri 8.680 manat olan 66 ədəd yaş köküstə, bioloji inkişafda olan akasiya ağacını qanunsuz olaraq dib kökündən kəsərək təbiətə külli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Qax rayonu, Fıstıqlı kəndinə gedən avtomobil yolunun sağ və sol hissəsində müxtəlif diametri 66 ədəd akasiya ağacının kəsilməsindən məlumatsızdır. Həmin ağacları o kəsməmişdir. Ağacları kəsilməsi barədə deyilənlər şər və böhtan xarakteri daşıyır. Xəlil ona məxsus bağın qarşısında ev tikdiyi üçün onunla ədavət aparır. Xəlilin məqsədi ona və ailəsinə pislik etməkdir. Məhkəmədən onu cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş hüquqi şəxs 7 №li Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı göstərmişdir ki, 2022-ci ildən 7 №li Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində hüquq məslələri üzrə baş məsləhətçi vəzifəsində işlədiyini, Qax rayonu, Fıstıqlı kəndinə gedən yolun kənarında 66 ədəd akasiya ağacının Qax rayonu, Fıstılqı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi faktı ilə bağlı Qax RPŞ-də cinayət işi aparıldığından müəssisələrini təmsil etmək üçün rəhbərlik tərəfindən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi göndərildiyini, həmin torpaq sahəsinin Qax rayonu, Qarameşə kəndi ərazisinə aid olsa da hadisə nəticəsində ziyan təbiətə yəni ekologiyaya vurulduğunu, hadisə nəticəsində təbiətə-ekologiyaya 8.680 manat maddi ziyan vurulduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ildən Qax-ingiloy kənd nümayəndəsinin müavini vəzifəsində işləyir. Fıstıqlı kəndinə gedən avtomobil yolunun sağ və sol hissəsində müxtəlif diametrli 66 ədəd akasiya ağacının kəsilməsindən məlumatsız olmuşdur. 06 may 2024-cii il tarixdə prokurorluğun nümayəndəsi tərəfindən həmin əraziyə baxış keçirilərkən məlumatı olmuşdur. Şahid5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2005-ci ilin oktyabr ayından 7 №li Regional Ekologiya və Təbii Sərvətlər idarəsində baş məsləhətçi vəzifəsində işləyir. Fıstıqlı kəndinə gedən avtomobil yolunun sağ və sol hissəsində müxtəlif diametrli 66 ədəd akasiya ağacının kəsilməsi barəsində Şahid5 tərəfindən 7 №li Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə müraciət olunmuşdur. Müraciət əsasında tərəfindən araşdırılma aparılaraq həmin əraziyə Şahid5 ilə birlikdə həmçinin idarənin əməkdaşı T.A.Aslanov tərəfindən həmin əraziyə baxış keçirilərək 66 ədəd köküstə yaş vəziyyətdə olan akasiya ağacının kəsilməsi faktı müəyyən olunmuşdur. 02 aprel 2024-ci il tarixli 83419 №li akt tərtib olunmaqla dövlətə vurulmuş ziyanın 8.680 manat olması aşkar edilmişdir. Diametrləri 6 sm 1 ədəd, 7 sm 8 ədəd, 8 sm 7 ədəd, 9 sm 1 ədəd, 10 sm 2 ədəd, 11 sm 12 ədəd, 12 sm 5 ədəd, 13 sm 10 ədəd, 14 sm 6 ədəd, 15 sm 5 ədəd, 16 sm 3 ədəd, 17 sm 3 ədəd, 18 sm 1 ədəd, 19 sm 1 ədəd, 20 sm 1 ədəd olmaqla cəmi 66 ədəd köküstə yaş vəziyyətdə olan akasiya ağacının kəsilməsi müəyyən olunmuşdur. Qeyd olunan ağackəsmə ilə bağlı həmin yerə baxış keçirilərkən Şahid5 həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid5 və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Hər ikisi ilə münasibəti normaldır. 2023-cü ilin dekabr ayından 2024-cü ilin mart ayınadək olan müddətdə bir neçə dəfə həmkəndlisi Təqsirləndirilən şəxs həyətyanı sahəsinin kənarlarını bağlamaq üçün basdırma almışdır. Belə ki, Rahimdən 5-6 dəfə, hər dəfəsində isə 5-6 ədəd akasiya cinsdən olan ağaca aid basdırma almışdır. Səhhəti ilə bağlı olaraq əməliyyat olunduğundan və narkoz qəbul etdiyindən Rahimdən konkret olaraq hansı vaxtlarda və hansı sayda akasiya cinsinən olan basırdırma aldığını deyə biməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin mart ayınadək olan müddətdə Qax rayonu, Fstıqlı kəndi ərazisində-Qax şəhərindən Qax rayonu, Fıstıqlı kəndinə gedən yolun kənarında yerləşən 66 ədəd akasiya ağacları Qax rayonu, Fıstıqlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilmişdir. Həmin avtomobil yolu ilə hərəkət etdiyi zaman Təqsirləndirilən şəxs tərəfindən akasiya ağaclarının kəsildiyini öz gözü ilə görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs özünün işlətdiyi motomişar vasitəsilə ağacları tək kəsmişdir. Onun yanında heç kimi görməmiş, onun tərəfindən ağacların kəsilməsini gördüyü zaman yanında heç kəs olmamışdır. Təqsirləndirilən şəxs ağacları nə üçün kəsdiyini soruşmamış, ilkin vaxtlarda Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş ağacların sayını artmasını gözləmiş, ona görə də bu barədə hiiquq-mühafızə orqanlarına gec məlumat vermişdir. Təqsirləndirilən şəxsla aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs kəsdiyi ağacları özünə məxsus olan Muravey markalı motosikletlə daşımışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Fıstıqlı kəndinə gedən avtomobil yolunun sağ və sol hissəsində müxtəlif diametrli 66 ədəd akasiya ağacının kəsilməsindən məlumatsız olmuşdur. 06 may 2024-cii il tarixdə prokurorluğun nümayəndəsi tərəfindən həmin əraziyə baxış keçirilərkən məlumatı olmuşdur. Şahid5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsini demişdir. materiallarında olan və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/4539 №li, 04 iyul 2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına 7 saylı RETSİ-si tərəfindən tərtib edilmiş 83419 №li akta göstərilən Qax rayonu, Fıstıqlı kəndinə gedən avtomobil yolunun sol və sağ hissəsində yerləşən yaşıllıq zolağından köküstə yaş bioloji inkişafda olan akasiya cinsinə aid ümumilikdə 66 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 №li qərarına əsasən nəzəri qaydada 8.680.0 manat müəyyən edilir. 7 №li RETSİ-in 02 aprel 2025-ci il tarixli 83419 №li Aktından görünür ki, Qax rayonu, Fıstıqlı kəndində kəndinə gedən yolun kənarından diametrləri 6 sm 1 ədəd, 7 sm 8 ədəd, 8 sm 7 ədəd, 9 sm 1 ədəd, 10 sm 2 ədəd, 11 sm 12 ədəd, 12 sm 5 ədəd, 13 sm 10 ədəd, 14 sm 6 ədəd, 15 sm 5 ədəd, 16 sm 3 ədəd, 17 sm 3 ədəd, 18 sm 1 ədəd, 19 sm 1 ədəd, 20 sm 1 ədəd olmaqla cəmi 66 ədəd ağacların dib kökündən qanunsuz olaraq kəsildiyi, 09 ədəd akasiya ağaclarının isə zədələndiyi faktı aşkar olunmuşdur. Köküstə yaş vəziyyətdə 66 ədəd ağacların kəsilməsinə görə təbiətə dəymiş ziyanın məbləği 8.680 manat təşkil edir. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 12 №li Şəki ərazi idarəsindən daxil olmuş 16 may 2024-cü il tarixli, 3-21-3-39/2-2129/2024 №li məktubdan görünür ki, Qax rayonu, Fıstıqlı kəndində 66 ədəd ağacın kəsildiyi ərazi Qarameşə kəndinin ərazisi olmaqla Böyük Alatəmir bələdiyyəsinin mülkiyyətindədir. Mülkiyyət növü-bələdiyyə, uqodiyası-su tutarları, kateqoriyası-kənd təsərrüfatı təyinatlı torpaq olmaqla həmin torpaq sahələri 0.17 ha və 0.0496 hektardır. Qax RMX-dan daxil olmuş 31 may 2024-cü il tarixli, 18-1-50/2-558/2023 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs rayon poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında deyildir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 iyun 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 06 may 2024-cii il tarixli baxş protokolundan görünür ki, Qax rayonu, Fıstıqlı kəndinə gedən avtomobil yolunun sağ və sol kənarına baxış keçirilmiş, qeyd olunan ərazidən diametrləri 6 sm 1 ədəd, 7 sm 8 ədəd, 8 sm 7 ədəd, 9 sm 1 ədəd, 10 sm 2 ədəd, 11 sm 12 ədəd, 12 sm 5 ədəd, 13 sm 10 ədəd, 14 sm 6 ədəd, 15 sm 5 ədəd, 16 sm 3 ədəd, 17 sm 3 ədəd, 18 sm 1 ədəd, 19 sm 1 ədəd, 20 sm 1 ədəd olmaqla cəmi 66 ədəd köküstə yaş vəziyyətdə olan akasiya ağacının kəsilməsi aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 29 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan 29 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olubolmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanunamüvafiq surətdə izah etməlidir. 29 noyabr 2024-cü il tarixli 72-VİİQD №li Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2024-cü il, «Azərbaycan» qəzeti, 30 dekabr 2024-cü il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, İİ kitab, maddə 1330) ilə Cinayət Məcəlləsinin 259-cu maddəsinin Qeyd hissəsinin 1-ci və 2-ci bəndlərində edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində «xeyli miqdar» dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Elan olunmuş ittihama əsasən Təqsirləndirilən şəxs akasiya ağaclarını 2023-cü ilin oktaybr ayından 2024-cü ilin mart ayına kimi olan müddət ərzində kəsməklə təbiətə 8.680 manat məbləğində ziyan vurmuşdur. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Müvafiq cinayət qanunun düzgün tətbiq etmək üçün əməlin nə vaxt törədildiyi və məlum cinayət qanunun nə vaxt qüvvəyə mindiyi dəqiq müəyyən etməlidir. Məcəllə ilə nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətlərini yaradan əməlin törədilməsi cinayət məsuliyyəti yaratdığından, əməlin törədilmə vaxtı törədilən ictimai təhlükəli əməldə cinayət qanunu ilə nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətlərinin yarandığı vaxt hesab edilir. Əgər ictimai təhlükəli hərəkət (hərəkətsizlik) onun nəticəsində baş verməsindən asılı olmayaraq qanunla cinayət sayılırsa, belə əməlin (hərəkət və hərəkətsizliyin) törədildyi vaxt onun nəticələrinin baş verib-verməməsindən asılı olmayaraq cinayətin törədildiyi vaxt sayılır. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 259.2.4cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Onun əməli Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 259-cu maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində «xeyli miqdar» dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində «külli miqdar» dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə «xüsusilə külli miqdar» dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs istinad olunan ittihamda onun 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi qeyd olunmuşdur. Lakin ittihamın məzmunundan və təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/4539 №li, 04 iyul 2024-cü il tarixli rəyindən və ibtidai istintaq zamanı toplanmış ziyan aktı və hesablama cədvəlindən görünür ki, Qax rayonu, Fıstıqlı kəndinə gedən avtomobil yolunun sol və sağ hissəsində yerləşən yaşıllıq zolağından köküstə yaş bioloji inkişafda olan akasiya cinsinə aid ümumilikdə 66 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 №li qərarına əsasən nəzəri qaydada 8.680.0 manat müəyyən edilir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən-ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurma-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, zərərçəkmiş şəxsin nümayəndəsi, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş video görüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. X2 özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə, məhkəmə iclasında dindirilmiş, elan edilmiş ifadələr, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş video görüntü və iş materiallarında olan digər sənədlərlə təkzib olunur. X2 ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda-cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza təyin olunarkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətin göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara diqqət yetirilməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «islah işləri» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən islah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən islah işləri orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir. Cəzaların Məcəlləsinin 41.1-ci maddəsinə əsasən islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar. Bu şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilərlər. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən islah işləri növündə cəza çəkən məhkumların islah edilməsi onların ictimai-faydalı əməkdə iştirakı əsasında həyata keçirilir. Cəzanın çəkildiyi yer üzrə işəgötürən məhkumun davranışına nəzarət edir və onunla tərbiyə işinin aparılmasında icra məmuruna kömək edir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur. 44.2. İslah işləri növündə cəzanın icrası müddəti məhkumun ümumi iş stajına daxil edilir. 44.3. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər əmək qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası qaydalarını pozduqda, icra məmuru məhkuma xəbərdarlıq və ya töhmət növündə tənbeh verə bilər. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər rəsmi xəbərdarlıqdan sonra cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, icra məmuru Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq islah işlərinin çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi haqqında məhkəməyə təqdimat verir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam»qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Bir ədəd disk cinayət işinin materialları arasında saxlanmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla, «10» (on) ay müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-1/2025
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-1/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver