Məhkəmə qərarları › İş №1(024)-10/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-10/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-10/2024 11.01.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 16:00-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Zübeyri oğlu, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi X1, onların müdafiəçiləri, fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1-xx.xx.2004-cü ildə Qax rayonu Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işsiz, Qax rayonu Qaxbaş kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2-xx.xx.2006-cı ildə Qax rayonu Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Qax rayonu Qaxbaş kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək təkrarən oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2023-cü ilin sentyabr ayının 26-da saat 23 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus yaşadığı evin qarşısında saxladığı “VAZ 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun arxa hissəsindən 2 ədəd hər birinin dəyəri 60 (altmış) manat olan “Pioneer” markalı TS-A6983S modelli 700W-luq səsgücləndiricini gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 120 (bir yüz iyirmi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 27 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək, Qax rayonu, Qaxbaş kənd sakini Zərərçəkmiş şəxs3 Zübeyri oğlunun yaşadığı evin qarşısında saxladığı “VAZ 2106” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun alətlər panelindən 1 ədəd dəyəri 120 (bir yüz iyirmi) manat olan “Pioneer” markalı DEH-X4650BT modelli maqnitafonu, salonunun arxa hissəsindən 2 ədəd hər birinin dəyəri 50 (əlli) manat olan “Pioneer” markalı TS-A6995S modelli 600W-luq səsgücləndiricini, 1 ədəd dəyəri 40 (qırx) manat olan “Pioneer” markalı TS-A6985S modelli 550 W-luq, 1 ədəd dəyəri 30 (otuz) manat olan “Pioneer” markalı TS-A6965S modelli 400W-luq səsgücləndiricini gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 290 (iki yüz doxsan) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 28 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında saxladığı “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun alətlər panelindən 1 ədəd dəyəri 140 (bir yüz qırx) manat olan “Pioneer” markalı 7950 modelli maqintafonu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 140 (bir yüz qırx) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2023-cü ilin sentyabr ayının 29-da saat 02 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus yaşadığı evin qarşısında saxladığı “VAZ 2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun alətlər panelindən 1 ədəd dəyəri 130 (bir yüz otuz) manat olan 1 ədəd “Pioneer” markalı DEH-P4050UB modelli maqnitafonu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 130 (bir yüz otuz) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişlər. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək təkrarən oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2023-cü ilin sentyabr ayının 26-da saat 23 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus yaşadığı evin qarşısında saxladığı “VAZ 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun arxa hissəsindən 2 ədəd hər birinin dəyəri 60 (altmış) manat olan “Pioneer” markalı TS-A6983S modelli 700W-luq səsgücləndiricini gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 120 (bir yüz iyirmi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 27 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək, Qax rayonu, Qaxbaş kənd sakini Zərərçəkmiş şəxs3 Zübeyri oğlunun yaşadığı evin qarşısında saxladığı “VAZ 2106” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun alətlər panelindən 1 ədəd dəyəri 120 (bir yüz iyirmi) manat olan “Pioneer” markalı DEH-X4650BT modelli maqnitafonu, salonunun arxa hissəsindən 2 ədəd hər birinin dəyəri 50 (əlli) manat olan “Pioneer” markalı TS-A6995S modelli 600W-luq səsgücləndiricini, 1 ədəd dəyəri 40 (qırx) manat olan “Pioneer” markalı TS-A6985S modelli 550 W-luq, 1 ədəd dəyəri 30 (otuz) manat olan “Pioneer” markalı TS-A6965S modelli 400W-luq səsgücləndiricini gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 290 (iki yüz doxsan) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 28 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında saxladığı “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun alətlər panelindən 1 ədəd dəyəri 140 (bir yüz qırx) manat olan “Pioneer” markalı 7950 modelli maqintafonu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 140 (bir yüz qırx) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2023-cü ilin sentyabr ayının 29-da saat 02 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus yaşadığı evin qarşısında saxladığı “VAZ 2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun alətlər panelindən 1 ədəd dəyəri 130 (bir yüz otuz) manat olan 1 ədəd “Pioneer” markalı DEH-P4050UB modelli maqnitafonu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 130 (bir yüz otuz) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun dostudur. 26 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Musa ilə özünə məxsus “VAZ 21015” markalı avtomobillə Qax şəhərində hərəkətdə olan zaman oğurluq etmək qərarına gəlmişlər. Qax şəhəri, X.Rza küçəsində yolda dayanmış “VAZ 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, maşının arxa tərəfindəki iki ədəd səsgücləndiricini sökərək idarə etdiyi avtomobilin yük hissəsinə qoymuşlar. Bundan sonra 27 sentyabr 2023-cü il tarixdə axşam saat 23 radələrində Musa ilə özünə məxsus “VAZ 21015” markalı avtomobillə Qaxbaş kəndində hərəkətdə olarkən həmkəndlisi Rəşidə məxsus “VAZ 2106” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış, Musa ətrafa göz qulaq olmuş, özü isə avtomobilə daxil olub 1 ədəd maqnitafonu və arxasında olan 4 ədəd səsgücləndiricini sökərək avtomobilin yük hissəsinə qoymuşlar. Bundan başqa 28 sentyabr 2023-cü il tarixdə axşam saatlarında yaşadığı kənddə küçədə dostu Musa ilə “VAZ 21015” markalı avtomobildə oturub söhbət edən zaman yenidən maqnitafon və yaxud səsgücləndirici oğurlamaq qərarına gəlmiş, 23 radələrində Musa ilə özünə məxsus “VAZ 21015 “markalı avtomobillə Qax şəhərinə gəlmiş, şəhərin H.Aslanov küçəsində dayanıqlı halda olan “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, Musa ətrafa göz qulaq olmuş, özü isə maqnitafonu söküb çıxartmışdır. Maqnitafonu idarə etdiyi avtomobilin yük hissəsinə qoymuşlar. 29 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində Musa ilə özünə məxsus “VAZ 21015” markalı avtomobillə Qax şəhərində gəzən zaman şəhərin H.Tağıyeva küçəsində dayanmış “VAZ 2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtombildən 1 ədəd maqnitafonu söküb çıxartmış, maqnitafonu idarə etdiyi avtomobilin yük hissəsinə qoymuşlar. Oğurladıqları maqnitafon və səsgücləndiricləri satmaq üçün Zaqatala şəhərinə gedən zaman yolda onları Qax RPŞ-nin əməkdaşları saxlamış, həmin vaxtı Musa ilə birlikdə törətdikləri əməlləri etiraf etmişlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Zübeyri oğlu, Zərərçəkmiş şəxs4 vurduqları ziyanı tam şəkildə ödəmiş və onlarla barışıq əldə etmişdir. X6 vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun dostudur. 26 sentyabr 2023-cü il tarixdə Aqşinlə söhbət edən zaman oğurluq etmək qərarına gəlmiş, həmin günü saat 23 radələrində Aqşinə məxsus “VAZ 21015” markalı avtomobillə Qax şəhərinə getmiş, şəhərin X.Rza küçəsində yolda dayanmış “VAZ 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindəki iki ədəd səsgücləndiricini sökərək Aqşinə məxsus avtomobilin yük yerinə qoymuşlar. Bundan başqa 27 sentyabr 2023-cü il tarixdə axşam saat 23 radələrində Aqşinə məxsus “VAZ 21015” markalı avtomobillə Qaxbaş kəndində hərəkətdə olarkən həmkəndlisi Rəşidə məxsus “VAZ 2106” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaxınlaşmış, özü ətrafa göz qulaq olmuş, özü isə avtomobilə daxil olub 1 ədəd maqnitafonu və arxasında olan 4 ədəd səsgücləndiricini sökərək avtomobilin yük hissəsinə qoymuşlar. Bundan başqa 28 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Aqşinə məxsus “VAZ 21015 “markalı avtomobillə Qax şəhərinə gəlmiş, şəhərin H.Aslanov küçəsində dayanıqlı halda olan “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, o ətrafa göz qulaq olmuş, Aqşin isə maqnitafonu söküb çıxartmışdır. 29 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində yenə də Aqşinə məxsus “VAZ 21015” markalı avtomobillə Qax şəhərində gəzən zaman şəhərin H.Tağıyeva küçəsində dayanmış “VAZ 2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtombildən 1 ədəd maqnitafonu söküb çıxartmış, maqnitafonu Aqşinə məxsus avtomobilin yük hissəsinə qoymuşlar. Oğurladıqları maqnitafon və səsgücləndiricləri satmaq üçün Zaqatala şəhərinə gedən zaman yolda Qax RPŞ-nin əməkdaşları onları saxlamış, polis şöbəsində törətdikləri əməlləri etiraf etmişlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Zübeyri oğlu, Zərərçəkmiş şəxs4 vurduqları ziyanı tam şəkildə ödəmiş və onlarla barışıq əldə etmişdir. Hərəkətindən peşman olmasını, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində özünə məxsus “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında saxlamışdır. Səhəri günü saat təxminən 7-8 radələrində işə getmək üçün avtomobilə əyləşmiş, həmin vaxtı maqnitafonunun yerində olmadığını görmüş və Qax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 140 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduğu maddi ziyanı ödəmiş, ondan üzr istəyərək barışaraq razılıq əldə etmişlər. Özü də həmin şəxsləri bağışlamışdır. Məhkəmədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 25 sentyabr 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə getmişdir. Özünə məxsus “VAZ 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili evinin qarşısında saxlamışdır. 30 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Qax şəhərinə qayıtmış, səhəri günü avtomobilə əyləşən zaman qapılarının açıq olduğunu görmüş, avtomobilin içərisinə baxdıqda iki ədəd səsgücləndiricinin yerində olmadığını görmüşdür. Bundan Qax rayon Polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsində avtomobilindən oğurluq edən şəxslərin Qax rayonu Qaxbaş kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Hadisə nəticəsində ona ümumilikdə 120 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduğu maddi ziyanı ödəmiş, ondan üzr istəyərək barışaraq razılıq əldə etmişlər. Özü də həmin şəxsləri bağışlamışdır. Məhkəmədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 Zübeyri oğlu ifadəsində göstərdi ki, 25 sentyabr 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə Gəncə şəhərinə getmiş, özünə məxsus VAZ 2106” markalı **-ZD-*** avtomobili isə evinin qarşısında saxlamışdır. 30 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Gəncə şəhərindən yaşadığı Qax şəhərinə qayıtmış, səhəri günü avtomobilə əyləşən zaman qapılarının açıq olduğunu görmüşdür. Avtomobilə baxdıqda 1 ədəd maqnitafonun və 4 ədəd səsgücləndiricinin yerində olmadığını görmüşdür. Bundan sonra Qax rayon polis şöbəsinə gələrək şikayət ərizəsi yazmışdır. Polis şöbəsində avtomobilindən oğurluq edən şəxslərin Qax rayonu Qaxbaş kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir.Oğurluq nəticəsində ona ümumilikdə 290 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduğu maddi ziyanı ödəmiş, ondan üzr istəyərək barışaraq razılıq əldə etmişlər. Özü də həmin şəxsləri bağışlamışdır. Məhkəmədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, “VAZ 2101” markalı ağ rəngli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobilə təzəlikcə 300 manat məbləğində “Pioneer” markalı maqnitafon almışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində avtomobili yaşadığı evin qarşısında saxlamışdır. Səhər işə getmək üçün avtomobilə əyləşdikdə maqnitafonun yerində olmadığını görmüş və Qax rayon Polis şöbəsinə şikayət ərizə ilə müraciət etmişdir. Polis şöbəsində avtomobilindən oğurluq edən şəxslərin Qax rayonu Qaxbaş kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduğu maddi ziyanı ödəmiş, ondan üzr istəyərək barışaraq razılıq əldə etmişlər. Özü də həmin şəxsləri bağışlamışdır. Məhkəmədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində Qax RPŞ-nin CAB-ın baş əməliyat müvəkkili vəzifəsində xidmət etdiyini, vəzifəsinin cinayətkarlığa, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və prekusorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarət olduğunu, 04 oktyabr 2023-cü il tarixdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Qax şəhər sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Qax rayonu, Qaxbaş kənd sakini Zərərçəkmiş şəxs3 Zübeyri oğluna məxsus avtomobillərdən oğurluq etmiş şəxslərin Qax rayonu, Qaxbaş kənd sakinləri-2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 olmasının müəyyən edildiyini, onların Qax şəhəri ərazisində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 21015” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanıldıqlarını, bundan sonra həmin Təqsirləndirilən şəxs1 və azyaşlı Təqsirləndirilən şəxs2 valideyni ilə birlikdə polis şöbəsinə dəvət olunduğunu, həmin şəxslərlə aparılan ilkin əməliyyat yönümlü söhbətlər zamanı onların törətdikləri cinayət əməllərini etiraf etdiyini, onların oğurlaqdıqları səsgücləndirici və maqnitafonları Təqsirləndirilən şəxs1 məxsus “VAZ 2115” markalı avtomobilin yük yerinə qoyaraq satmaq üçün apardıqlarını bildirdiklərini, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şöbənin istintaq qrupuna təqdim olunduğunu göstərmişdir. İşin 42-44-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 özünə məxsus “VAZ 2101” markal **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd maqnitafon oğurlandığını göstərmişdir. İşin 4-6-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus “VAZ 2106” markal **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobildən iki ədəd səsgücləndirici oğurlandığını göstərmişdir. İşin 12-14-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Zübeyri oğlu özünə məxsus “VAZ 2106” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd maqnitafon və 4 ədəd səsgücləndirici oğurlandığını göstərmişdir. İşin 29-31-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd maqnitafon oğurlandığını göstərmişdir. İşin 135-136-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə 2023-cü ilin sentyabr ayının 26-da saat 23 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun arxa hissəsindən 2 ədəd hər birinin dəyəri 60 (altmış) manat olan “Pioneer” markalı TS-A6983S modelli 700W-luq səsgücləndiricini, 27 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Qax rayonu, Qaxbaş kənd sakini Zərərçəkmiş şəxs3 Zübeyri oğluna məxsus “VAZ 2106” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun alətlər panelindən 1 ədəd dəyəri 120 (bir yüz iyirmi) manat olan “Pioneer” markalı DEH- X4650BT modelli maqnitafonu, salonunun arxa hissəsindən 2 ədəd hər birinin dəyəri 50 (əlli) manat olan “Pioneer” markalı TS-A6995S modelli 600W-luq səsgücləndiricini, 1 ədəd dəyəri 40 (qırx) manat olan “Pioneer” markalı TS- A6985S modelli 550 W-luq, 1 ədəd dəyəri 30 (otuz) manat olan “Pioneer” markalı TS-A6965S modelli 400W-luq səsgücləndiricini, 28 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun alətlər panelindən 1 ədəd dəyəri 140 (bir yüz qırx) manat olan “Pioneer” markalı 7950 modelli maqintafonu, 2023-cü ilin sentyabr ayının 29-da saat 02 radələrində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun alətlər panelindən 1 ədəd dəyəri 130 (bir yüz otuz) manat olan 1 ədəd “Pioneer” markalı DEH-P4050UB modelli maqnitafonu oğurladıqları yeri və şəraiti göstərmişdir. İşin 139-140-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Səfərli X2 Musa Firudin oğlu ilə birlikdə 2023-cü ilin sentyabr ayının 26-da saat 23 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun arxa hissəsindən 2 ədəd hər birinin dəyəri 60 (altmış) manat olan “Pioneer” markalı TS-A6983S modelli 700W-luq səsgücləndiricini, 27 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Qax rayonu, Qaxbaş kənd sakini Zərərçəkmiş şəxs3 Zübeyri oğluna məxsus “VAZ 2106” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun alətlər panelindən 1 ədəd dəyəri 120 (bir yüz iyirmi) manat olan “Pioneer” markalı DEH-X4650BT modelli maqnitafonu, salonunun arxa hissəsindən 2 ədəd hər birinin dəyəri 50 (əlli) manat olan “Pioneer” markalı TS-A6995S modelli 600W-luq səsgücləndiricini, 1 ədəd dəyəri 40 (qırx) manat olan “Pioneer” markalı TS-A6985S modelli 550 Wluq, 1 ədəd dəyəri 30 (otuz) manat olan “Pioneer” markalı TS-A6965S modelli 400W-luq səsgücləndiricini, 28 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2106” markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun alətlər panelindən 1 ədəd dəyəri 140 (bir yüz qırx) manat olan “Pioneer” markalı 7950 modelli maqintafonu, 2023-cü ilin sentyabr ayının 29-da saat 02 radələrində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun alətlər panelindən 1 ədəd dəyəri 130 (bir yüz otuz) manat olan “Pioneer” markalı DEH-P4050UB modelli maqnitafonu oğurladıqları yeri və şəraiti göstərmişdir. İşin 144-147-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 23 oktyabr 2023-cü il tarixli 9/7801 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli 9/7801 saylı rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən müxtəlif vətəndaşlara məxsus ümumilikdə 8 adda malların istismar müddəti və orta intensivliyi parametrlərinə müvafiq olaraq, 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 680,00 manat müəyyən edilir. O cümlədən: -Zərərçəkmiş şəxs1 məxsus mallar-140,00 manat; -Zərərçəkmiş şəxs4 məxsus mallar-130,00 manat; -Zərərçəkmiş şəxs2 məxsus mallar-120,00 manat; Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin 144-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin 23-25-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 04 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi və götürülmə” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 21015” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildən zərərşəkmiş şəxslərə məxsus olan 3 ədəd maqnitafon və 6 ədəd səsgücləndirici kalonka aşkar edilərək götürülmüşdür. İşin 121-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 21 oktyabr 2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxsə qaytarılması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 1 ədəd “Pioneer” markalı 7950 modelli maqintafon Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İşin 122-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış qəbzdən görünür ki, o özünə məxsus “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 1 ədəd “Pioneer” markalı 7950 modelli maqintafonu istintaq orqanından təhvil almışdır. İşin 124-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 21 oktyabr 2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxs qaytarılması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 1 ədəd “Pioneer” markalı DEH-P4050UB modelli maqnitafon Zərərçəkmiş şəxs4 qaytarılmışdır. İşin 125-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs4 tərəfindən imzalanmış qəbzdən görünür ki, o özünə məxsus “məxsus “VAZ 2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 1 ədəd “Pioneer” markalı DEH-P4050UB modelli maqintafonu istintaq orqanından təhvil almışdır. İşin 127-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 23 oktyabr 2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxs qaytarılması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 2 ədəd “Pioneer” markalı TS-A6983S modelli 700Wluq səsgücləndirici maddi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İşin 128-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış qəbzdən görünür ki, o özünə məxsus “VAZ 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 2 ədəd “Pioneer” markalı TS-A6983S modelli 700Wluq səsgücləndiricini istintaq orqanından təhvil almışdır. İşin 130-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 23 oktyabr 2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxs qaytarılması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Zübeyri oğluna məxsus “VAZ 2106” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 1 ədəd “Pioneer” markalı TS-A6995S modelli 600W-luq, 1 ədəd “Pioneer” markalı TS-A6995R modelli 600W-luq, 1 ədəd “Pioneer” markalı TS-A6985S modelli 550 W-luq, 1 ədəd “Pioneer” markalı TS-A6965S modelli 400W-luq səsgücləndirici maddi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs3 qaytarılmışdır. İşin 131-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs3 Zübeyri oğlu tərəfindən imzalanmış qəbzdən görünür ki, o özünə məxsus “VAZ 2106” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 1 ədəd “Pioneer” markalı TS-A6995S modelli 600W-luq, 1 ədəd “Pioneer” markalı TS-A6995R modelli 600W-luq, 1 ədəd “Pioneer” markalı TS-A6985S modelli 550 W-luq, 1 ədəd “Pioneer” markalı TS- A6965S modelli 400W-luq səsgücləndiricini istintaq orqanından təhvil almışdır. İşin 63-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 1097 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. İşin 65-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İşin 81-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 1151 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. İşin 82-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İşin 86-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 87-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Zübeyri oğlu, Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara vurduğu maddi ziyanı ödədikləri üçün onlardan heç bir şikayət və tələbləri yoxdur, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş edirlər. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri sübuta yetirilmişdir. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində, özgənin əmlakını gizli olaraq talamanın təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs1 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən peşman olmasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi mаddənin sаnksiyаsı daxilində azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan Qax və qonşu Şəki rayonularının ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax rayonu Qaxbaş kəndində yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamasını CM-nin 59.1.2-ci, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, təhsil müəssisəsi üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən peşman olmasını, yetkinlik yaşına çatmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax rayonu Qaxbaş kəndində yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.4-cü maddəsində sadalanan məhkəmə məsrəfləri (ekspertiza xərci) məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığı üçün iş 50 (əlli) manat məbləğində məhkəmə ekspertiza tədqiqatının dəyərinin yarısı 25 (iyirmi beş) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinin müvafiq hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd “Pioneer” markalı 7950 modelli maqintafon Zərərçəkmiş şəxs1, 1 ədəd “Pioneer” markalı DEH-P4050UB modelli maqnitafon Zərərçəkmiş şəxs4, 2 ədəd “Pioneer” markalı TS-A6983S modelli 700Wluq səsgücləndiricinin Zərərçəkmiş şəxs2, 1 ədəd Pioneer markalı TS-A6995S modelli 600W-luq, 1 ədəd Pioneer markalı TS-A6995R modelli 600W-luq, 1 ədəd Pioneer markalı TS-A6985S modelli 550 W-luq, 1 ədəd Pioneer markalı TS-A6965S modelli 400W-luq səsgücləndiricinin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Qaxbaş kəndində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Qax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası təqsirləndirilən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Qaxbaş kəndində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Qax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığı üçün iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə ekspertiza tədqiqatının dəyərinin yarısı 25 (iyirmi beş) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinin müvafiq hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd “Pioneer” markalı 7950 modelli maqintafon Zərərçəkmiş şəxs1, 1 ədəd “Pioneer” markalı DEH-P4050UB modelli maqnitafon Zərərçəkmiş şəxs4, 2 ədəd “Pioneer” markalı TS-A6983S modelli 700Wluq səsgücləndiricinin Zərərçəkmiş şəxs2, 1 ədəd Pioneer markalı TS-A6995S modelli 600W-luq, 1 ədəd Pioneer markalı TS-A6995R modelli 600W-luq, 1 ədəd “Pioneer” markalı TS-A6985S modelli 550 W-luq, 1 ədəd “Pioneer” markalı TS-A6965S modelli 400W-luq səsgücləndiricinin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim:Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar