Məhkəmə qərarları › İş №1(024)-10/2025

Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-10/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-10/2025 05.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 və 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 3-cü il tarixdə Quba rayonu, Ərməki kəndində ubay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, əvvəllər məhkum Quba rayonu, Ərməki kəndində qeydiyyatda əhəri, Nizami rayonu, Keşlə qəsəbəsində barəsində «ev dustaqlığı» qətimkan tədbiri qsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax şəhər sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından 2015-ci il buraxılışlı dizel miihərrikli «Chevrolet Captiva» markalı avtomobil gətirəcəyi barədə yalan vəd verib inandıraraq buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 19 iyul 2024-cü il tarixdə, saat 17:00 radələrində Zaqatala şəhəri ərazisində yerləşən "xxxx" ASC-in filialından sonuncuya göndərdiyi «AZİ OTURA41020087 28890011 1840» №li xarici hesaba 7.480 manat dəyərində 4.400 ABŞ dollarını, 07 avqust 2024-cli il tarixdə, saat 22:56 radələrində Qax şəhəri, Ü.Hacıbəyov küçəsində "xxxx" ASC-in filialın qarşısında yerləşən "xxxx" MMC-yə məxsus elektron ödəmə terminalı vasitəsilə öz adına olan "xxxx"a aid «523915******6845» №li kart hesabına 600 ABŞ dolları dəyərində 1.020 manat, 29 oktyabr 2024-cü il tarixdə, saat 22:00 radələrində Qax şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Bolmart» mağazasında olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan "xxxx"a aid «523915******6845» №li kart hesabına 2.000 ABŞ dolları dəyərində 3.400 manat məbləğində pulun köçürülüməsinə nail olaraq, ümumilikdə aldatma yolu ilə Zərərçəkmiş şəxs 7.000 ABŞ dolları dəyərində 11.900 manat pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü «23 Gallery» şirkətinin təsisçisidir. Koreyadan avtomobil gətizdirir. Avtomobilləri ölkəyə Gürcüstan Respublikasının ərazisi vasitəsilə gətirir. Qax şəhər sakini Zərərçəkmiş şəxs tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Vüsalla 2024-cü ilin yay aylarında tanış olmuşdur. 2024-cü ilin yay aylarında Vüsal ona zəng edərək nömrəsini sosial şəbəkədən tapadığını, Koreyadan avtomobil gətizdirmək istədiyini demiş, onların bu işlə məşğul olub-olmadığını soruşmuşdur. Ona «23 Gallery» şirkətinin olduğunu, avtomobil gətizdirdiyini demişdir. Vüsal ona 2015-ci il buraxıİışlı dizel mühərrikli «Chevrolet Captiva» markalı avtomobil gətizdirmək istədiyini bildirmişdir. Vüsal ona avtomobilin gətizdirmək üçün nə qədər xərcinin çıxacağını soruşmuşdur. Ona avtomobili gətizdirmək üçün ümumilikdə 7.000 ABŞ dolları xərcinin çıxacağını, bunlardan 2.000 ABŞ dolları yol xərci olduğunu, təxminən 5.000 ABŞ dollarda avtomobilin alış qiyməti olduğunu demişdir. Bundan sonra Vüsalla əlaqə saxlayıb ona avtomobilin alış qiymətinin dəqiq olaraq 4.400 ABŞ dollar olduğunu, özünə çatası ofis xərcinin 600 ABŞ dollar, yol xərcinin isə 2.000 ABŞ dollar olduğunu, avtomobilin alış qiyməti olan 4.400 ABŞ dolları, ofis xərci olan 600 ABŞ dolları əvvəlcədən göndərməyini, 2.000 ABŞ dollar isə avtomobil Gürcüstana çatandan sonra göndərməyini bildirmişdir. Vüsalla dolların məzənnəsini 1.7 əmsalından danışmışdır. Vüsal onunla razılaşmışdır. Ona avtomobilin 15 oktyabr 2024-cü il tarixdə təhvil alacağını demişdir. Bundan sonra dəqiq tarixi yadından olmayan vaxtı Vüsala ödəniş sənədlərini yollamışdır. Avtomobilin alış qiyməti 4.400 ABŞ dolları olmuşdur. 75 ABŞ dolları isə əlavə göndəriş xərci olmuşdur. Vüsal həmin 4.400 ABŞ dolları ona göndərdiyi bank hesabına göndərmişdir. Bundan sonra Vüsal ona dəqiq tarixi yadında olmayan vaxtı yol xərci olan 600 ABŞ dolları, 1.020 manatı göndərmişdir. Vüsal həmin 600 ABŞ dollar pulu ona göndərdiyi özünə məxsus olan "xxxx" hesabına göndərmişdir. 15 oktyabr 2024-cü il tarixdə Vüsal onunla əlaqə saxlayıb avtomobilin gəlibgəlmədiyini soruşmuşdur. Ona Gürcüstanda müəyyən problemlərin olduğunu, avtomobilin gələcəyini demişdir. Bundan sonra 2024-cii ilin oktyabr ayının sonlarında Vüsalla əlaqə saxlayıb avtomobilin Gürcüstanda olduğunu yol xərci olan 2.000 ABŞ dolları göndərməyini bildirmişdir. Vüsal onunla razılaşmışdır. Ona özünə məxsus "xxxx"a aid kart hesabını göndərmişdir. Vüsal həmin hesaba 3.400 manat, yəni 2.000 ABŞ dollar pulu göndərmişdir. Bundan sonra Gürcüstanda problemlər yaranmışdır. Avtomobili gətirə bilməmişdir. Halhazırda dəymiş ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Dəyanətlə 2024-ci ilin may ayında facebook sosial şəbəkəsində tanış olmuşdur. 2024-ci ilin may avında özünə Koreyadan «Chevrolet Captiva» markalı avtomobil gətizdirmək istəmişdir. Buna görə də facebook sosial şəbəkəsində Koreyadan avtomobil alqı-satqısı ilə məşğul olan bir səhifə tapmışdır. Səhifənin adı «23 Galery» olmuşdur. Həmin səhifədə Dəyanət adlı şəxsin nömrəsini tapmışdır. Onunla əlaqə saxlayıb avtomobilin gediş-gəlişi barədə məlumat almışdır. Bundan sonra həmin səhifədən bir ədəd Dəyanətlə «Chevrolet Captiva» markalı avtomobil tapmışdır. Həmin avtomobilin şəklini Dəyanətə göndərmişdir. Dəyanət ona 4.400 ABŞ dollarının qiymətinin olduğunu, 2.000 ABŞ dolları Bakı təhvil yol xərci olduğunu, 600 ABŞ dolları da özünə çatası pul olduğunu demişdir. Onunla razılaşmışdır. Dəyanət avtomobili ona 15 oktyabr 2024-cü il tarixdə təhvil veriləcəyini demişdir. Bundan sonra 19 iyul 2024-cü il tarixdə, saat 17:00 radələrində 4.475 ABŞ dolları pulu Zaqatala şəhərində yerləşən «Turan» Bankdan Dəyanətin ona göndərdiyi şirkətə məxsus olduğunu dediyi hesab nömrəsinə vurmuşdur. Bundan sonra 07 avqust 2024-cü il tarixdə, saat 22:56 radələrində Qax şəhəri, Ü.Hacıbəyov küçəsində "xxxx"ın qarşısınında yerləşən «Million» ödəmə terminal vasitəsilə Dəyanətin ona göndərdiyi özünə məxsus olan kart hesabına 1.020 manat, yəni özünə çatası pul olan 600 ABŞ dollarını göndərmişdir. Bundan sonra avtomobili gözləməyə başlamışdır. Bir neçə dəfə Dəyanətlə əlaqə saxlayıb işin nə yerdə olduğunu maraqlanmışdır. Dəyanətdə ona deyilən vaxtı avtomobilin gələcəyini bildirmişdir. 15 oktyabr 2024-cü il tarixdə Dəyanətlə əlaqə saxlayıb ona avtomobilin gəlmədiyini, işdən bir xəbər çıxmadığını demişdir. Dəyanət ona gözləməyini, avtomobilin yolda olduğunu, müəyyən gecikmələrin olduğunu demişdir. Oktyabr ayının sonunda Dəyanət onunla əlaqə saxlamışdır. Dəyanət ona avtomobilin Gürcüstanda Poti limanında olduğunu, yol xərci olan 2.000 ABŞ dollarını göndərməyini bildirmişdir. Bundan sonra 29 oktyabr 2024-cü il tarixdə, saat 22:00 radələrində Qax şəhərində yerləşən «Bolımart» mağazasında yerləşən «mpay» terminalı vasitəsilə Dəyanətin ona göndərdiyi özünə məxsus olan kart hesabına 3.400 manat pııl göndərmişdir. Bundan sonra Dəyanətlə dəfələrlə əlaqə saxlasa da o, gah telefonunu açmamış, gah da maşının tezliklə gələcəyini deyərək onu aldatmışdır. 2024-cü ilin dekabr ayında Bakı şəhərinə gedərək Dəyanətlə görüşmüşdür. Dəyanət ona 2-3 gün ərzində avtomobilin gələcəyini bildirmişdir. Bundan sonra 2024-cü ilin dekabr ayının sonunda Dəyanət barəsində 102 xidmətinə məlumat vermişdir. Hal-hazırda onlar barışmışlar, şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam olaraq ödənilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş 14 yanvar 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs oğlu 2024-cü il iyul ayının 19-da Zaqatala şəhəri ərazisində yerləşən "xxxx" ASC-in filialından sonuncuya göndərdiyi AZ 10TURA******************** saylı xarici hesaba 7.480 dəyərində 4.400 ABŞ dollarını, 07 avqust 2024-cü il tarixdə saat 22:56-da Qax şəhəri, Ü.Hacıbəyov küçəsində "xxxx" ASC-in filialın qarşısında yerləşən "xxxx" MMC-yə məxsus elektron ödəmə terminalı vasitəsilə öz adına olan "xxxx"a aid «523915******6845» №li kart hesabına 600 ABŞ dolları dəyərində 1.020 manat, Qax şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Bolınart» mağazasında olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan "xxxx"a aid «523915******6845» №li kart hesabına 2.000 ABŞ dolları dəyərində 3.400 manat məbləğində pulu göndərmişdir. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, tərəflər barışmış, şikayət və tələb yoxdur. Dəymiş ziyan tam olaraq ödənilmişdir. İş materiallarına əlavə edilmiş «Bir Bank» mədaxil qəbzlərinə əsasən 2.975 manat məbləğində pul dövlət büdcəsinə köçürülmüşdür. Belə ki, hazırki iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, dəymiş ziyan ödənilmiş, zərərçəkmişlə barışmış, şikayət və tələb yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 % miqdarında dövlət büdcəsinə ödəniş edilmiş, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarında olan 15 yanvar 2025-ci il tarixli cinayət işini başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* № li cinayət işi başlanılmışdır (səh., 1). Cinayət işinin materiallarında olan 25 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 47). Cinayət işinin materiallarında olan 27 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 67). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə Qax Rayon Məhkəməsinin 4(024)2/2025 №li, 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «02» (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə Qax Rayon Məhkəməsinin 4(024)3/2025 №li, 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut olan iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesablarına pulların göndərildiyini əks etdirən qəbzlər cinayət işinin materialları arasında saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ410400 **********0344). İş üzrə mülki iddia və xüsusi müsadirə olunan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, dəymiş ziyanı tamamilə ödəndiyindən, vurulmuş ziyanın 25 % miqdarında pul dövlət büdcəsinə ödəniş edildiyindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsın (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ410400**********0344). Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut olan iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesablarına pulların göndərildiyini əks etdirən qəbzlər cinayət işinin materialları arasında saxlanılsın. Qərardan, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar