Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-11/2024 15.01.2024 QAX RAYON MƏHKƏMƏSİ saat: 11:00-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1984-cü ildə Türkiyə Cumhuriyyəti, Manisa rayonu, Soma qəsəbəsində anadan olmuş, Türkiyə Cumhuriyyətinin vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də aqronom işləyən, Türkiyə Cumhuriyyəti, İzmir şəhəri, Mənəmən küçəsi, 1422.4 ünvanında qeydiyyatda olan və Qax rayonu Qaradolaq kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrini istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərvurmaya səbəb olan yol nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili sürücülük vəsiqəsi olmadan, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək 25 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Qax şəhəri, H.Əliyev prospektində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək etibarlı olan 04 saylı yol vərəqəsi əsasında idarə etdiyi “Vaz 21214” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri mərkəzi istiqamətində saatda 30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək idarə etdiyi avtomobilin ön hissəsi ilə yolun sağından soluna keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada Zərərçəkmiş şəxs sağ diz oynaq nahiyəsində və sağ baldırında çapıq toxuma, sağ baldır sümüklərinin distal ucunun və iç topuğunun yerdəyişmiş sınığı, pəncənin çıxığı ilə müşayiət edilən və sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvuran bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində idarə etdiyi "xxxx" MMC-nə məxsus olan “VAZ 21214” markalı **-AA-*** dövlət qeydiyyat nömrəli avtomobillə Qax şəhəri, H. Əliyev prospekti ilə hərəkətdə olan zaman qarşıda piyada keçidi olduğu üçün sürəti azaltmış, piyada keçidinə çox az qalmış yolun sağ tərəfindən anidən yoluna piyada çıxmış, onu vurmamaq üçün maşını sola çəksə də hadisənin qarşısını ala bilməmiş və piyadanı vurmuşdur. Piyadanın ayağından xəsarət aldığını görərək təcili yardım çağırmış və həmin şəxsi xəstəxanaya yola salmışlar. Qax MRX-dan həmin xəsarət alan piyadanın Zərərçəkmiş şəxs olduğunu öyrənmışdır. İdarə etdiyi avtomobil saz vəziyyətdə olmuş, avtomobili saatda 30 km/saat sürətlə idarə etmiş və sərxoş olmamışdır. O, Zərərçəkmiş şəxs dəyən maddi ziyanı, müalicə xərclərini ödəmiş və onunla barışıq əldə etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 25 sentyabr 2023cü il tarixdə saat 19 radələrində Qax şəhərində yerləşən qəbirstanlığın qarşısından H.Əliyev prospektindən yolu keçən zaman naməlum avtomobil onu vurmuşdur. Hadisə zamanı sağ diz və sağ baldır nahiyələrindən xəsarət almışdır. Onu təcili tibbi yardım avtomobili ilə Qax MRX-na aparmış, xəstəxanada onu “Niva” markalı avtomobillə vuran şəxsin Türkiyə vətəndaşı Təqsirləndirilən şəxs adlı şəxs olduğunu öyrənmişdir. O, bir gün Qax MRX-da qaldıqdan sonra onu Bakı şəhərində yerləşən Travmatologiya İnstituna aparmış, orada bir-neçə gündən sonra əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxs onun müalicə xərclərini ödəmiş və onunla barışmışdır. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi və göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, "xxxx" MMC-nə məxsus “VAZ 21214” markalı **-AA-*** nömrəli avtomobil onlarla birlikdə aqronom işləyən Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs müvəqqəti istifadəyə verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində özü, Təqsirləndirilən şəxs və Emil həmin “VAZ 21214” (Niva) markalı **-AA-*** nömrəli maşınla işdən çıxıb Qax şəhəri H.Əliyev prospekti ilə hərəkət edən zaman, avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. İşıqforu keçdikdən sonra qarşıda yola doğru bir nəfər piyada hərəkət etməyə başladığı üçün Təqsirləndirilən şəxs avtomoblin sürətini azaltmış, lakin piyada yoluna davam edib anidən avtomoblin qarşısına çıxmış və avtomobil piyadanı vurmuşdur. Təqsirləndirilən şəxs avtomobili saxlamış, onlar avtomobildən çıxmış və piyadanın ayağından xəsarət aldığını görmüşlər. Daha sonra piyada təcili tibbi yardım avtomobli ilə xəstəxanaya yola salınmışdır. Qax MRX-dan həmin xəsarət alan piyadanın Zərərçəkmiş şəxs olduğunu öyrənmişlər. Məhkəmə iclasında Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da məhkəmədə tam təsdiq olunmuşdur. İşin 12-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş sərxoşluq vəziyyətinin və alkoqol qəbulu faktının təyini üçün tibbi müayinənin 25 sentyabr 2023-cü il tarixli 364 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. İşin 45-46-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli 8/2948 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almş olduğu xəsarətlər-sağ diz oynaq nahiyəsində və sağ baldırında çapıq toxuma, sağ baldır sümüklərinin distal ucunun və iç topuğunun yerdəyişmiş sınığı, pəncənin çıxığı-bərk küt əşaynın(əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, eləcə də yardım üçün Qax RMX-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. İşin 44-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 85 (səksən beş) manat təşkil edir. İşin 47-50-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 07 noyabr 2024-cü il tarixli 176 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almş olduğu xəsarətlər-sağ diz oynaq nahiyəsində və sağ baldırında çapıq toxuma, sağ baldır sümüklərinin distal ucunun və iç topuğunun yerdəyişmiş sınığı, pəncənin çıxığı-bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, eləcə də yardım üçün Qax RMX-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. İşin 22-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş yol vərəqəsindən görünür ki, **-AA-*** dövlət qeydiyyat nişanlı “VAZ 2124 minik” markalı avtomobil Təqsirləndirilən şəxs sərbəst hərəkət üçün təhvil verilmişdir. İşin 21-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-AA-*** dövlət qeydiyyat nişanlı “VAZ 2124 minik” markalı avtomobilin sahibi "xxxx" MMCdir. İşin 21-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsindən görünür ki, həmin sürücülük vəsiqəsi Türkiyə Cumhuriyyətinə məxsusdur və xx.xx.2027-ci ilədək etibarlıdır. İşin 5-7-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Qax şəhəri, H.Əliyev prospektində idarə etdiyi “VAZ 21214” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri mərkəzi istiqamətində saatda 30 km/saat sürətlə hərəkətdə olarkən avtomobilin ön hissəsi ilə yolun sağından soluna keçən piyada Zərərçəkmiş şəxs vurmuşdur. İşin 66-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Şəki RQİ və TB şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16-6/2-571/2023 saylı məktubdan görünür ki, Türkiyə Cümhuriyyəti vətəndaşı xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Türkiyə Cümhuriyyətinə məxsus olan AE 399044 seriyalı BB1FM kateqoriyalı sürücülük vəsiqəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 35-1-ci maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin, həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsini Plenumunun 19 may 2022-ci il tarixli qərarına əsasən yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. İşin 85-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanınma və cinayət işinə əlavə edilmə haqqında” qərardan görünür ki, iş üzrə “VAZ 21214” (Niva) markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. İşin 88-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi video görüntülərin olduğu 01 ədəd “DVD” diski maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşin 87-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, o “VAZ 21214” (Niva) markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili istintaq orqanından təhvil almışdır. İşin 125-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 39-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli 05 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs"xxxx" MMC-də Aqronom işləyir. İşin 40-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş "xxxx" MMC-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə olunmuş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmişdir və Təqsirləndirilən şəxs ilə barışdığı üçün onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, həmin şəxsi bağışlamışdır. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfü axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini CM-nin 59.1.1-ci, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini CMnin 59.1.13-cü, müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan da, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Bütün bunlar isə məhkəməyə əsas verir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etsin. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, əksinə yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallar, şəxsiyyəti, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması bunu deməyə əsas verir. Bu baxımdan Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona CM-in 263- 1.1-ci maddəsi üzrə aşağı həddə cərimə cəzası növündə cəza təyin edilməsini, ona təyin olunmuş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməsini, həmçinin təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməsini, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmasını məqsədə müvafiq hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İşdə olan 85 (səksən beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan “VAZ 21214” (Niva) markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması və 1 ədəd “DVD”diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldığı gündən 01 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsindəki müvafiq hesaba keçirilsin. İş üzrə maddi sübut olan “VAZ 21214” (Niva) markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması və 1 ədəd “DVD”diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elаn оlunduğu аndаn 20(iyirmi) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №1(024)-11/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-11/2024
15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver