Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-12/2024 08.02.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 14:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin BİMDİ müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X5 hüquqi varisi qardaşı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx xxx 1981-ci ildə Qax rayonu Qaxmuğal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1-də qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs ölmüşdür. Bеlə ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi "xxxx" markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 01 noyabr 2023-cü il tarixdə, saat 05:00 radələrində Qax şəhəri, Heydər Əliyev prospekti ilə üzü Qax şəhəri Azərbaycan prospekti istiqamətində hərəkətdə olarkən “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsininn 1-ci hissəsinin tələblərini pozaraq, 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda avtomobili 60-70 km/saat sürətlə idarə edərək yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və ya başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı olduğu halda bunları etməyərək yolun sağ tərəfində dayanmış Qax Şəhəri Kommunal Müəssisələri Kombinatının direktoru tərəfindən Şahid1 təhkim olunmuş "xxxx" markalı, 34-T-091 dövlət qeydiyyat nişanlı avtomobilin qoşqusu ilə toqquşmuş, daha sonra həmin traktorun sol arxa tərəfinə dəyərək aşmış, ehtiyatsızlıqdan törətdiyi yol nəqliyyat hadisəsi ilə əlaqədar avtomobildə olan sərnişin X4 gicgah sümüyünün kəllə əsasına keçən sınığı nəticəsində beyin maddəsinin, yumşaq qişa altına və yan mədəciklərə qansızmadan ibarət ağır dərəcəli bədən xəsarətləri alaraq ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs mərhum Coşqun Qocayevi uşaqlıqdan tanıyır. 01 noyabr 2023-cü il tarixdə, təxminən saat 05 radələrində Coşqunla birlikdə etibarnamə əsasında idarə etdiyi "xxxx" markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman yolun sağ tərəfində dayanıqlı halda olan traktorun qoşqusunun sol arxa tərəfi ilə toqquşmuş, həmin vaxtı idarəetməni itirmiş və avtomobilin sağ tərəfi traktorun sol arxa tərəfinə dəyərək yolun ortasına doğru aşmışdır. Avtomobildən çölə çıxaraq Coşqunu səsləmiş, lakin Coşqun cavab verməmişdir. Bundan sonra təcili tibbi yardım avtomobili gəlmiş və Coşqunu xəstəxanaya aparmışlar. Xəstəxanada Coşqunun öldüyünü öyrənmişdir. Baş vermiş hadisədə vəfat edən X5 hüquqi varisi Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış, Coşqunun dəfn mərasimində iştirak edərək onlara mənəvi və maddi dəstək olmuşdur. Əməlindən səmimi peşman olmuşdur. Hadisə nəticəsində uşaqlıq dostunu itirmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona həbslə əlaqədar olmayan cəza verilməsini, dolanışığının yalnız sürücülüklə əlaqədar olduğundan sürücülük hüququndan məhrum edilməməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs X5 hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəməyə gələ bilməyəcəyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq olunmuş zərərçəkmiş şəxs X5 hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində rəsmi olaraq heç bir yerdə işləmədiyini, X5 onun qardaşı olduğunu, 01 noyabr 2023-cü il tarixdə, axşam saat 07:00 radələrində Qax şəhərində olan tanışı Turalın ona zəng edərək qardaşı Coşqunun yol-nəqliyyat hadisəsi nəticəsində ölməsini dediyini, Turaldan hadisənin necə baş verməsini soruşan zaman Turalın ona qardaşı Səbuhiyə məxsus olan avtomobilin traktorla toqquşub aşmasını, Coşqunun həmin hadisə nəticəsində ölməsini ona bildirdiyini, bundan sonra özünün Qax şəhərində olan morqa getdiyini göstərmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, o Qax Şəhəri Kommunal Müəssisələri Kombinatında traktor sürücüsü işləyir. "xxxx" markalı, 34-T-091 qeydiyyat nişanlı traktor ona təhkim edilmişdir. 01 noyabr 2023-cü il tarixdə, təxminən saat 05 radələrində traktoru Qax şəhəri, Heydər Əliyev prospektində yolun sağ kənarında saxlamış, iş yoldaşları Cümşüd və Aftandil isə traktorun qoşqusuna zibil yığmışlar. Həmin vaxtı arxa tərəfdən gələn avtomobil əvvəlcə avtomobilin qoşqusunun sol arxa tərəfinə dəymiş, sonra isə traktorun arxa sol təkərinə dəyərək yolun sol tərəfinə irəliləyərək aşmışdır. Avtomobildə olan sərnişin ağır xəsarət aldığı üçün təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o Qax Şəhəri Kommunal Müəssisələri Kombinatında çalışır. 01 noyabr 2023-cü il tarixdə, təxminən saat 05 radələrində idarənin sürücüsü Malik traktoru Qax şəhəri, Heydər Əliyev prospektində yolun sağ kənarında saxlamış, özü isə iş yoldaşı Aftandillə birlikdə traktorun qoşqusuna zibil yığmaqla məşğul olmuşlar. Həmin vaxtı arxa tərəfdən gələn avtomobil əvvəlcə traktorun qoşqusunun sol arxa tərəfinə dəymiş, daha sonra isə traktorun arxa sol təkərinə dəyib yolun sol tərəfinə doğru hərəkət edərək aşmışdır. Avtomobilin sərnişini təcili tibbi yardım avtomobili ilə xəstəxanay yola salmışlar. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı işdə olan digər sübutlarla da məhkəmədə tam təsdiq olunmuşdur. İşin 14-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 01 noyabr 2023-cü il tarixli, 435 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İşin 70-73-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 12 nömrəli rəyindən görünür ki, “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 Qax rayon şöbəsinin 30 noyabr 2023-cü il tarixli 12 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü vətəndaş X5 meyitinin məhkəmə-tibbi ekspertizasına, laborator müayinənin cavabına əsasən, qərarın təsviri hissəsində ölüm haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun aşağıdakı nəticəyə gəlinir.
1. X5 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması, bədənində çoxsaylı sıyrılmış yaralar, sağ gicgah nahiyəsinin hematoması, sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyn toxumasına, yumşaq qişa altına və yan mədəciklərə qansızmalar, sağ çiyin oyanğı sümüklərinin yerdəyişən qapalı sınığı.
2. X5 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlərin hamısı müxtəlif formalı bərk-küt əşyaların təsirindən əmələ gəlib, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yetirilməyə uyğundur. Dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığa AĞİR zərər vurmaya aiddirlər.
3. X5 ölümünün səbəbi –sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı nəticəsində beyin maddəsinin, yumşaq qişa altına və yan mədəciklərə qansızma olmuşdur.
4. X5 ölümü meyid əlamətlərinə görə, meyitin məhkəmə-tibbi müayinəsindən 5-7 saat əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə, sata 05:00 radələrində baş verməyə uyğun gəlir. İşin 81-82-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2023-cü il tarixli 8/3477 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Lada-21214 markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Lada-21214 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən T-34 markalı 34-T-091 dövlət qeydiyyat nişanlı, qoşqulu trkatorun sürücüsü Şahid1 hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 52-ci maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin toqquşmanın T-34 markalı qoşqulu traktorun dayanma vəziyyətində baş verməsi nəzərə alınmaqla sürücü Şahid1 hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 52-ci maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq hadisənin baş verməsi arasındakı səbəbli əlaqənin müəyyən olunması xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hala istintaq orqanı və ya məhkəmə tərəfindən qiymət verilə bilər. İşin 80-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 128(bir yüz iyirmi səkkiz) manat təşkil edir. İşin 93-99-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RPŞ-nin müstəntiqinin “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şahid1 barəsində CM-nin 263.2-ci maddəsi ilə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və bununla bağlı material ayrılaraq Qax rayon Prokurorluğuna göndərilmiş, onun barəsində İXM-nin 342 və 346.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qax RPŞ-nin DYPB-nə göndərilmişdir. İşin 6-8-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 noyabr 2023-cü il tarixdə, saat 05 radələrində Qax şəhəri, Heydər Əliyev prospekti ilə üzü Qax şəhəri Azərbaycan prospekti istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfində dayanmış Qax Şəhəri Kommunal Müəssisələri Kombinatının direktoru tərəfindən Şahid1 təhkim olunmuş "xxxx" markalı, 34-T-091 dövlət qeydiyyat nişanlı traktorun qoşqusu ilə toqquşmuş, daha sonra həmin traktorun sol arxa tərəfinə dəyərək aşmışdır. İşin 26-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs məxsus AE-731997 saylı sürücülük vəsiqəsindən görünür ki, Səbuh Poladovun “B” kateqoriyası ilə nəqliyyat vasitələrini idarə etmək hüququ vardır və sürücülük vəsiqəsi xx.xx.2028-ci ilədək etibarlıdır. İşin 27-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21214” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir. İşin 24-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Şəki RQİ və TB şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16-6/2-552/2023 saylı məktubundan görünür ki, şöbənin yaradılan mərkəzləşdirilmiş komputer bazasına əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “B” kateqoriyalı AE 731997 nömrəli xx.xx.2028-ci il tarixədək müddəti olan sürücülük vəsiqəsi almış, inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş X16i İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə aldığı xx.xx.2028-ci il tarixədək müddəti olan etibarnamə ilə **-TR-*** dövlət qeydiyyat nişanlı, "xxxx" və xx.xx.2019-cu il tarixdə aldığı xx.xx.2028-ci il tarixədək müddəti olan etibarnamə ilə **-BC-*** dövlət qeydiyyat nişanlı, “VAZ-212011” markalı minik avtomobillərini idarə edir. ünvan 2 ünvanında qeydiyyatda olan Şahid1 sürücülük vəsiqəsinin alması, adında və istifadəsində avtomotonəqliyyat vasitələrinin idarə edilməsi aşkar edilmədi. İşin 60-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 89-90-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “maddi sübut kimi tanınma” barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Qax RPŞ-nin X16 Bölməsinin avtomobil duracağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan "xxxx" markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil və Qax Kommunal Müəssisələri Kombinatı tərəfindən həmin kombinatın mexaniki X2 təhkim edilmiş "xxxx" markalı, 34-T-091 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maddi sübut hesab edilmiş və istintaq orqanı tərəfindən öz qanuni sahiblərinə təhvil verilmişdir. İşin 91-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs imzalayaraq istintaq orqanına verdiyi qəbzdən görünür ki, "xxxx" markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili istintaq orqanından təhvil almışdır. İşin 91-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş X1 imzalayaraq istintaq orqanına verdiyi qəbzdən görünür ki, “Qax Kommunal Müəssisələri Kombinatı tərəfindən ona təhkim edilmiş "xxxx" markalı, 34-T-091 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istintaq orqanından təhvil almışdır. İşin 84-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 2471 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax şəhəri, M.Məmmədov küçəsi. ev 34-də yaşayır və onun ailə tərkibi onun özündən və anası X3 ibarətdir. İşin 85-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşin 78-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qax rayon Mərkəzi Xəstəxanası” X14 verdiyi 28 noyabr 2023-cü il tarixli, 18-1-50/2-1126/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayon poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini CM-59.1.12, zərərçəkmiş şəxsin hüquqi varisinə, vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları cəza təyini zamanı nəzərə alınmalıdır. Bu baxımdan Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməklə təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsini, cəzasının əvvəlinin onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasını, həmçinin, təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlarla yanaşı məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinin hesabına ödənilməsini, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübutlar "xxxx" markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və "xxxx" markalı, 34-T-091 dövlət qeydiyyat nişanlı avtomobilin Qax Kommunal Müəssisələri Kombinatının mexaniki X2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə tapşırılsın. İşdə olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsindəki müvafiq hesaba keçirilsin. İş üzrə maddi sübutlar "xxxx" markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və "xxxx" markalı, 34-T-091 dövlət qeydiyyat nişanlı avtomobilin Qax Kommunal Müəssisələri Kombinatının mexaniki X2 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax Rayon Məhkəıməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir.
Hakim: Malik Qarayev.