Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-14/2024 11.07.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 15:10-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri-fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1-xx.xx.1994-cü ildə Qax rayonu Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Vətən Müharibəsi iştirakıçısı, əvvəllər məhkum olunmamış, işləməyən, Qax rayonu Qaxbaş kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2-xx.xx.1976-cı ildə Zaqatala rayonu Fındıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Zaqatala şəhəri, A.Həmidov küçəsi, ev 183-də pasport qeydiyyatında olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 İstintaq Təcridxanasında saxlanılan, barəsində Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, qəsdən satış məqsədi olmadan 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs2 Qax şəhəri, Gənclər küçəsində qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 6,31 qram narkotik vasitə olan qurudulmuş marixuananı 16 oktyabr 2023-cü il tarixdə saat 21:56 radələrində sonuncunun adına olan "xxxx"a aid kart hesabına “milli.ön” ödəmə terminalı vasitəsilə göndərdiyi 100 manat pula əldə edib özündə saxlayaraq daşımış, 17 oktyabr 2023-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax rayonu ərazisində saxlanılaraq Qax RPŞ-yə gətirilmiş, orada Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ cibindən 1 ədəd “Rotmans” markalı siqaret qutusunun içərisində sellofan torbaya bükülmüş ümumi təmiz çəkisi 6,31 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən, istintaqa məlum olmayan mənbədən və müddətdə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan 1 ədəd “Rotmans” markalı siqaret qutusunun içərisində sellofan torbaya bükülmüş ümumi təmiz çəkisi 6,31 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən olan razılığa əsasən narkotik vasitə olan qurudulmuş marixuananı satmaq üçün sonuncuya 16 oktyabr 2023-cü il tarixdə saat 21:56 radələrində öz adına olan "xxxx"a aid kart hesabına 100 manat pulu “Milli.ön” ödəmə terminalı vasitəsi ilə göndərtmiş, 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Qax şəhəri, Gənclər küçəsində 1 ədəd “Rotmans” markalı siqaret qutusunun içərisində sellofan torbaya bükülmüş ümumi təmiz çəkisi 6,31 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 satmışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək təxminən 1 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuana istifdə etdiyini, bir ildə cəmi 3 dəfə narkotik vasitə çəkdiyini, ev tikintilərində kafel-metlax ustası kimi işlədiyini, hal-hazırda 8 gündür ki, Qax şəhərində Təhsil şöbəsinin yanında olan əlillər üçün tikilən 4 mərtəbəli binada usta işlədiyini, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Zaqatala şəhər sakini Elşad adlı şəxsin ona “WhatsApp” proqramı vasitəsilə zəng edərək iş axtardığını dediyini, onun yanında özünə iş olubolmadığını soruşduğunu, ona yanında iş olduğunu dediyini, vaxtı olanda Qax şəhərinə işlədiyi yerə gəlməsini bildirdiyini, Elşadın həmin günü gəlib işə baxacağını dediyini, xx.xx.2023-cü il tarixdə günorta saatlarına Elşad onun işlədiyi yerə gəldiyini, onunla görüşdüklərini, birlikdə işə baxdıqlarını, işə baxan zaman söhbət əsnasında Elşadın onun narkotik vasitə olan marixuanadan istifadə elədiyini bildiyini, Elşadın ona narkotik vasitə tapmaqda köməklik edəcəyini bildirdiyini, ondan narkotik vasitəni neçəyə tapacağını soruşan zaman Elşadın ona təxminən 6- 7 qramını yaxşı malını 100 manata satacağım dediyini, onunla razılaşdığını, Elşadın ona özünün kart nömrəsini verdiyini, pulu həmin kart nömrəsinə göndərməyini bildirdiyini, narkotik vasitəni isə səhər yenidən işə baxmaq üçün gələn zaman gətirəcəyini bildirdiyini, onunla razılaşdığını, həmin günü axşam saat 22 radələrində Qax şəhərində yerləşən “Ekonom Store” mağazasından Elşadın ona verdiyi özünə məxsus olan kart nömrəsinə 100 manat vurduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Elşadın ona “WhatsApp” proqramı vasitəsilə zəng edərək işlədiyi yerə onun yanına gəldiyini dediyini, təxminən bir saat sonra Elşadın onun yanına gəldiyini, narkotik vasitəni gətirdiyini bildirdiyini, qorxduğundan ona kənara çəkilmələrini bildirdiyini, Elşadla söhbət edə-edə tikinti yerinin yaxınlığında yerləşən park tərəfə getdiklərini, parkın yanında Elşaddan narkotik vasitəni götürdüyünü, narkotik vasitənin “Rotmans” markalı siqaretin içində olduğunu, həmin narkotik vasitədən özünün istifadə edəcəyini, bundan sonra Elşadın oradan çıxıb getdiyini, özünün də işinə davam elədiyini, işin yekununda yola çıxdığı zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, üzərində nə olduğunu soruşduqlarını, cibində narkotik tərkibli qurumuş bitkilər olduğunu onlara bildirdiyini, onların dəvəti əsasında polis şöbəsinə gəldiyini, şöbədə üzərinə şəxsi axtarış keçirilərkən şalvarını cibində olan qurudulmuş narkotik tərkibli bitkini təqdim etdiyini, həmin bitki kütləsinin elektron tərəzidə çəkilib qablaşdırılaraq götürüldüyünü, həmin qurudulmuş bitkiləri tərəzidə çəkərkən sellofan bükümlə birlikdə çəkisi 6,61 qram olduğunu, daha sonra bu barədə protokol yazıldığını, ona ucadan oxunduğunu, sonda həmin protokolu imzaladığını, narkotik vasitəni Elşaddan almaqda məqsədinin ondan istifadə etmək olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı ifadəsində göstərdi ki, narkotik vasitə onun üstündən çıxsa da özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilmir. O, işdə olarkən material götürməyə aşağı düşmüşdür. Material binanın qabağında idi. Materialın yanında siqaret qutusu olmuşdur. O. siqaret qutusunu uşaqların olduğunu zənn edərək götürmüş, içərisinə baxmamışdır. 5-10 dəqiqə sonra qutunun içərisinə baxmış və içərisində bükülü olduğunu görmüşdür. Təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları gəlib onu tutmuşlar. O qutunun içərisində nə olduğunu bilməmişdir. Onun təqsiri onda olmuşdur ki, içərisində nə olduğunu bilmədiyi halda qutunu götürmüşdür. Elşada qarşı ifadə verməyinin səbəbi isə Elşad həmin günü iş üçün danışmağa gəlmiş, onda da qıcıq yaranmışdır ki, həmin siqaret qutusunu Elşad ora qoyub gedib. O, Elşada pul göndərməmiş, müstəntiqə qəbzi təqdim etməmişdir. Elşadla aralarında danışıq olmamışdır. Özünü tam təqsirli bilməsə də, etdiyi əməldən səmimi peşman olduğunu, Vətən Müharibəsi iştirakçısı olmasını göstərərək ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində əvvəllər 4 dəfə məhkumluğunun olduğunu, onlardan birinin əsgərlikdə olduğu zaman hərbi cinayətə görə məhkumluq olduğunu, digər 3-nün isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkumluqlar olduğunu, sonuncu dəfə 2020-ci ilin mart ayında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, özünün tikinti işləri ilə məşğul olduğunu, maddi imkanı zəif olduğundan təxminən yarım ay idi ki, işsiz olduğunu, iş axtardığını, işi əsas yaşadığı Zaqatala rayonunda, olmadığı halda isə yaxın rayonlardan axtardığını, buna görə də təxminən 10 gün bundan əvvəl səhər saatlarında soraqlaşa-soraqlaşa Qax şəhərində “Azpetrol”un yaxınlığında yerləşən binada tikinti işi olduğunu öyrəndiyini, səhəri günü yol maşını ilə işə baxmaq üçün Qax şəhərinə həmin yerə getdiyini, orada Osman adlı şəxslə tanış olduğunu, Osmanın ona həmin yerdə kafel işinin olduğunu dediyini, işsiz olduğundan və başqa iş tapmadığından həmin işi götürmək qərarına gəldiyini, Osmanla həmin yeri ölçdüklərini, belə ki, orada olan binanın 190 kv sahəsinə kafel döşəmək lazım olduğunu, Osmanın ona kafel işinin kvadrat metrəsini 5 manatdan olacağını dediyini, onunla razılaşdığını, səhəri günü işə başlayacağını dediyini, bundan sonra Osmanla görüşüb oradan çıxıb yaşadığı Zaqatala rayonuna getdiyini, həmin günü günorta saatlarında Qax şəhərindən məhkumluq yoldaşı olan Adillə danışan zaman onun qohumu olan və onunla orada işi danışan Osman adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində məşğul olduğu üçün Qax polisi tərəfindən saxlanıldığını öyrəndiyini, bundan sonra bir daha Qax rayonuna getmədiyini, başqa iş axtarmağa başladığını, narkotik vasitə istifadəçisi olmadığını, əvvəllər bir neçə dəfə istifadə etdiyini, 17 oktyabr 2023-cü il tarixdə Osmana Qax şəhəri Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən parkın yanında narkotik vasitə olan marixuananı vermədiyini, Osmanın yalan danışdığını, ona narkotik vasitə satmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra heç bir təzyiqə məruz qalmadığını, Osmanın yalan danışdığını, Osmanın onun kart hesabına 100 manat göndərmədiyini, kart hesabına 100 manat pul köçürülmədiyini, xx.xx.2023-cü il tarixdə saat 07:37:20-dən saat 07:38:13 kimi Zaqatala rayonu, ərazisində özünə məxsus kart hesabından başqa pul çıxardığını bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərdi ki, ayın 16-sı Qax rayon sakini Adil adlı türmə yoldaşına zəng etmişdir. Həmin vaxtı onun işsiz vaxtları idi. Adil ona pul göndərirdi. Adilə işsiz olduğunu və pulunun olmadığını bildirmişdir. Bir azdan Adil ona zəng edərək dayısı oğlu Osmanın obyekt işlətdiyini və ona iş təşkil edə biləcəyini bildirmişdir. Adildən nə iş olduğunu soruşduqda kafel-metlax işinin olduğunu demişdir. Adil ona Osmanın nömrəsini vermişdir. O, Osmana ayın 16-sı axşam zəng etməmişdir. Səhər zəng vurmuşdur. 16-sı Qax rayonuna da gəlməmişdir. Özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilmədiyini göstərərək ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci, Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri şahidlərin ifadələri, həmçinin, işdə olan ekspertiza rəyləri, protokollarla və digər sübutlarla sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 Qazi oğlu ifadəsində göstərdi ki, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 oktyabr 2023-cü il tarixdə Qax rayonu Turaclı kənd sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs1 cinayət başında yaxalanması məqsədi ilə dərhal əməliyyat qrupu yaradılmış, 17 oktyabr 2023-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Qax rayonu ərazisində Təqsirləndirilən şəxs1 saxlanılaraq Qax RPŞ-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilmiş, onun əynindəki boz rəngli cins şalvarın sağ cibindən, 1 ədəd “Rotmans” markalı siqaret qutusunun içərisində sellofan torbaya bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsini təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin bitki kütləsinin narkotik vasitə olduğunu, onu Zaqatala şəhər sakini Elşad adlı şəxsdən aldığını etiraf etmiş, bundan sonra sellofan bükülüdə aşkar edilən kütlə “Portable” markalı elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisi sellofan torba ilə birlikdə ümumilikdə 6,61 qram təşkil etmişdir. Bundan sonra aşkar olunan kütlə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 və X11 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun tanışıdır. Pula ehtiyacları olduqda onlar bir-birinə pul göndərmişlər. Belə ki, Elşad ona zəng edərək işə ehtiyacı olduğunu bildirmiş, o da dayısı oğlu Osmanın ona iş təşkil edə biləcəyini demişdir. Bundan sonra Qax rayonuna gəlməsi üçün Elşada 100 manat pulu o göndərmişdir. Pulun göndərilməsinə dair qəbzi istintaqa o təqdim etmişdir. Daha sonra isə Osmanın üstündə narktoik vasitə gəzdirdiyinə görə polis tərəfindən saxlanıldığını eşitmiş, bunu Elşadın etdiyini düşünmüşdür. İşin İ cildinin 40-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 17/751 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “X4 götürülmüş narkotik vasitəyə oxşar bitki kütlələri...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofon bükümdə, təmiz çəkisi 6,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq çəkisi 6.26 qram təşkil edir. İşin İİ cildinin 58-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin verdiyi ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1925 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə hallar olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin İİ cildinin 60-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin verdiyi ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1926 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin İ cildinin 159-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs1 təqdim etdiyi “milli.ön” ödəmə terminalından göndərilmiş qəbzdən görünür ki, o xx.xx.2023-cü il tarixdə saat 21:56:13-də "xxxx"a məxsus Təqsirləndirilən şəxs2 istifadəsində olan **********485467 saylı kart hesabına ********** əməliyyat nömrəsi ilə 100 AZN pulu göndərmişdir. İşin 39-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 35.97 manatdır. İşin İ cildinin 203-205-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Hüseynov X9 Rayon Məhkəməsinin 20 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, bundan başqa o, Zaqatala Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay il müddətinə azadlıqdan məhrum edilmiş, bundan başqa o, Zaqatala Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs2 24 noyabr 2021-ci ildə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarınını 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu götürülmüşdür. İşin İİ cildinin 243-250-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Pentiensiar Xidmətin rəisi ədliyyə polkovnik leytenantı Fərhad Hüseynovun 24 noyabr 2021-ci il tarixli Amnsitiya Aktının tətbiq edilməsi barədə Qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində göstərilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. 24 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edildiyi üçün Təqsirləndirilən şəxs2 17 oktyabr 2023-cü il tarixdə yenidən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti qəsdən törətməsi cinayətlərin residivi kimi qəbul edilməməlidir. İşin İ cildinin 102-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhum olunmamışdır. İşin İ cildinin 103-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RMX-da daxil olmuş xx.xx.2023-cü il tarixli 18-1-50/2- 1013/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Qax RMX-nın narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İşin İİ cildinin 4-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RMX-dan daxil olmuş xx.xx.2023-cü il tarixli 18-1- 78/2-1343/2023 saylı məktuba əsasən Təqsirləndirilən şəxs2 Qax RMX-nın narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İşin İİ cildinin 25-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli AZF/LGL-6877/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 özündə olan telefon məlumatlarının olduğu diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 08:34-dən saat 10:25 kimi Qax rayonu ərazisində olması müəyyən edilmişdir. İşin İİ cildinin 3-50 vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş "xxxx" ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 20234/111/28 nömrəli məktubla bank məlumatlarının olduğu diskə baxış keçirilmiş və baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 07:37:20-dən saat 07:38:13 kimi Zaqatala rayonu, ərazisində kart hesabında olan pulları nağdlaşdırması öz əksini tapmışdır. İşin İ cildinin 76-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Turaclı kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 422 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qax rayonu Turaclı kəndində yaşayır və onun ailə tərkibi onun özündən, atası X7, anası X1, arvadı X8 və 2022-ci il təvəllüdlü oğlu X2 ibarətdir. Təqsirləndirilən şəxs1 anası Gülmayə Məmmədova şəkər xəstəsidir. İşin İ cildinin 77-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Turaclı kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin İ cildinin 78-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş № İ-47191 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250 s nömrəli sərəncamına əsasən Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. İşin İ cildinin 79-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş hərbi biletindən görünür ki, Məmmədov X10, Qubadlı və Zəngilan rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İşin İ cildinin 80-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş № İ-13784 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2715 saylı sərəncamına əsasən Qubadlının azad olunmasina görə medalı ilə təltif edilmişdir. İşin İ cildinin 81-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş AZ-İV №732297 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci ildə doğulmuşdur. İşin İ cildinin 82-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qarabağ Əlillərinə qayğı İctimai Birliyinin verdiyi vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İşin İ cildinin 201-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİHB-nın İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 5-82-12/2-xx-xx/2023 saylı arayışdan görünür ki, Hüseynov X9 şəhəri, A.Həmidov küçəsi, ev 183-də yaşayır. İşin İ cildinin 201-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİHB-nın İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin İ cildinin 26-32-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 ədəd “Rotmans” siqaret qutusunun içərisində sellofan torbaya bükülmüş içərisində ümumi təmiz çəkisi 6,31 qram olan narkotik vasitə olan qurudulmuş marixuana iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin İ cildinin 161-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 100 manatın göndərilməsini əks etdirən 1 ədəd qəbz maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İşin İ cildinin 130-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş 1 ədəd sellofan torbaya bükülmüş içərisində ümumi təmiz çəkisi 6.31 qram olan qurudulmuş marixuana və 01 ədəd “Rotmans” markalı siqaret maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin aidiyyatı üzrə xidmət sahəsinə verilmişdir. İşin İİ cildinin 51-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, bank məlumatlarının əks olunduğu 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İşin İİ cildinin 30-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, telefon məlumatlarının olduğu 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İşin İ cildinin 11-12-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həmin gün saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşin İ cildinin 89-94-cü vərəqələrində olan Qax rayon məhkəməsinin 19 oktyabr 2024-cü il tarixli 4(024)-29/2023 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və xx.xx.2023-cü il tarixdə saat 16:00-da məhkəmə zalında dərhal həbsdən azad edilmişdir. İşin İ cildinin 95-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 19 oktyabr 2023-cü il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin İ cildinin 113-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı həmin gün saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşin İ cildinin 184-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməlin tövsifi haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən CM-nin 234.1 və 234.2-ci maddələrinə tövsif edilsin. İşin İ cildinin 188-192-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Qax Rayon Məhkəməsinin 29 oktyabr 2023-cü il tarixli 4(024)-33/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02(iki) ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs2 tutulduğu xx.xx.2023-cü il tarixdən saat 12:30-dan hesablanmışdır. İşin İİ cildinin 12-15-ci vərəqələrində olan Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 4(107)-96/2023 saylı qərarından görünür ki, həmin tarixdə Qax rayon məhkəməsinin 29 oktyabr 2023-cü il tarixli 4(024)-33/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin İİ cildinin 75-78-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə” Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(024)-2/2024 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 həbsdə olma müddəti 01(bir) ay müddətə uzadılmışdır. İşin İ cildinin 73-74-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 oktyabr 2023-cü il tarixdə 6,31 qram olan qurudulmuş marixuananı 16 oktyabr 2023-cü il tarixdə saat 21:56 radələrində Təqsirləndirilən şəxs2 100 manata aldığı yeri və şəraiti göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci, Təqsirləndirilən şəxs2 oğunun isə CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cinayət əməli CM-nin 234.1-ci, Təqsirləndirilən şəxs2 cinayət əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsüf edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əməllərə görə cəzalanmalıdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 3-cü bəndinə görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.3.1-cü bəndinə əsasən CMnin 234.1-ci maddədə “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü, Vətən Müharibəsi iştirakçısı olmasını, medallarla təltif olunmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 17 oktyabr 2024-cü il tarixdən 19 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Turaclı kəndində yerləşən evinin hüdudlarını gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, o yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalı, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddələri ilə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyətini, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəza çəkməsinin əvvəlinin onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 İİİ qrup əlil olduğu üçün 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınıb Qax RPŞ-nin aidiyyatı xidmət sahəsində saxlanılan 1 ədəd sellofan torbaya bükülmüş içərisində ümumi təmiz çəkisi 6,26 qram olan qurudulmuş marixuana və 01 ədəd “Rotmans” markalı siqaret hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməli, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk və 01 ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344, 347, 351, 353, 354, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 27 oktyabr 2024-cü il tarixdən 29 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Turaclı kəndində yerləşən yaşayış yerinin hüdudlarını gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Qax rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli onun tutulduğu 27 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınıb Qax RPŞ-nin aidiyyatı xidmət sahəsində saxlanılan 1 ədəd sellofan torbaya bükülmüş içərisində ümumi təmiz çəkisi 6,26 qram olan qurudulmuş marixuana və 01 ədəd “Rotmans” markalı siqaret hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk və 01 ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxslər rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №1(024)-14/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-14/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver