Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-15/2024 29.02.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 11:40-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs–xx.xx.1979-cu ildə Qax rayonu Qaxmuğal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs qəsdən qəsdən qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşıyıb saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 17,80 qram narkotik vasitə olan marixuananı 2023-cü ilin noyabr ayının əvvəllərində Qax rayonu, Qum kəndi ərazisində gəzən zaman orada yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarının üzərində olan yetişmiş hissələrini yığıb qurudaraq əldə etmiş, daha sonra sellofan torbaya qablaşdırıb yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində saxlamış, 18 noyabr 2023-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax şəhəri ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilərək, 18 noyabr 2023-cü il tarixdə saat 03:30 radələrində onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,27 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 28 dekabr 2023-cü il tarixdə saat 11:05 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində axtarış keçirilən zamanı orada olan boş arı yeşiklərinin arasında saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 17,53 qram çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin noyabr ayının əvvəllərində balıq ovuna gedərkən Qum yolunda çay qırağında yabanı halda bitmiş Qax rayonu, Süskənd kəndi ərazisində gəzən zaman orada yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarının görmüşdür. Həmin ilin noyabr ayının ortalarında tanışı Emilə həmin yerdə öz istifadəsi üçün yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin olduğunu demişdir. Bundan sonra Emillə birlikdə 2023-cü ilin noyabr ayının əvvəllərində Qax rayonu, Qum kəndi ərazisində yerləşən çayın kənarına gedərək kolluq ərazidə olan narkotik tərkibli çətənə bitkilərini ona göstərmişdir. Həmin vaxtı Emil özü istifadə etmək üçün həmin bitkinin yarpaqlarından bir qədər yığmış, özü də gələcəkdə istifadə etmək üçün həmin kolun yarpaqlarından bir qədər yığmışdır. Sonra isə ayrılaraq hərə öz evinə getmişdir. Noyabr ayının 18-i isə onları Qax rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxtı cibində 0.5 qram narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. Marixuananın 0.5 qram olmasını polis idarəsində tərəzidə çəkildikdə bilmişdir. Polisə qurudulmuş marixuananın bir qisminin evinin həyətində arı qutularının arasında saxladığını bildirmişdir. 28 dekabr 2023-cü il tarixdə yaşadığı evin həyətində onun iştirakı ilə axtarış keçirilmiş və gizlətdiyi qurudulmuş marixuana aşkar edilmişdir. Onun ayağında və belində ağrılar olmuşdur. Eşitmişdir ki, marixuananı çəkdikdə ağrılar itir. Marixuananı çəkdikdə hiss etmişdir ki, ağrıların itməsində müəyyən qədər fərq edir. Tutulana qədər təxminən 4 ay müalicə məqsədi ilə qurudulmuş marixuananı çəkmişdir. Himayəsində iki övladı vardır. Övladlarından birinin 14 yaşı tamam olmamışdır. Hazırda əməlindən çox peşman olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 noyabr 2023-cü il tarixdə Qax rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olması, mütəmadi olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdiur. Dərhal əməliyyat qrupu yaradılmış, Qax şəhər sakini Təqsirləndirilən şəxs Qax şəhəri ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan torba aşkar edilmişdir. Sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, sellofan torba içərisində narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə çəkilmiş, çəkisi 0,5 qram olmuşdur. Həmin 01 ədəd sellofan torbada olan qurudulmuş marixuana maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüş və möhürlənmişdir. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs qurudulmuş marixuananın qalan hissəsini evin həyətində arı qutularının arasında gizlətdiyini bildirmişdir. Onun evinin həyətinə baxış keçirilmiş, arı qutularının arasında gizlətdiyi 1 ədəd sellofan bükümdə olan qurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür. Həmin 1 ədəd sellofan bükümdə marixuana çəkildikdə təmiz çəkisi 17,53 qram təşkil etmişdir. Şahid1 də üzərinə baxış keçrilmiş, səhv etmirsə gödəkçəsinin cibindən kibrit qutusundan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin qurudulmuş marixuana çəkildkdə çəkisi 0.5 qram təşkil etmişdir. Lakin Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Qax rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 18 noyabr 2023-cü il tarixdə Qax rayon sakini Şahid1 narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olması, mütəmadi olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə əməliyyat məlumatının daxil olduğunu, həmin məlumatın yoxlanılması Şahid1 cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradıldığını, qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydalarının izah edildiyini, bundan sonra daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Qax rayonu, Almalı kəndində yaşayan Şahid1 cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat tədbirlərinin davam etdirildiyini, 18 noyabr 2023-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid1 Qax rayonu ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilərək onun üzərinə şəxsi axtarış keçirilmiş, Şahid1 üstünə keçirilən şəxsi axtarış zamanı Şahid1 əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd kibrit qutusu təqdim etdiyini, kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildiyini, Şahid1 həmin içərisində narkotik vasitə olan qurudulmuş marixuananı Sahiblə birgə Qax rayonu Qum kəndi ərazisindən axan çayın sahilində yabanı halda bitən kolluq ərazidən yığdığını bildirmişdir. 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə çəkildiyini, həmin 01 (bir) ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə çəkisinin 4,79 qram olduğunu, daha sonra həmin 01 ədəd kibrit qutusunun iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq üzərinin möhürləndiyini, ekspertiza tədqiqatına göndəriləcəyinin qeyd olunduğunu, daha sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklifin daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiyini, daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Qax şəhər sakini Təqsirləndirilən şəxs Qax şəhəri ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirildiyini, bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməzdən əvvəl onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən vəkil dəvət edildiyini, bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 254 manat pul, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan torba təqdim etdiyini, sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edildiyini, 01 ədəd sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə çəkildiyini, həmin 01 (bir) ədəd sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə çəkisinin 0,5 qram olduğunu, daha sonra həmin 01 ədəd sellofan torbanın iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq üzərinin möhürləndiyini, ekspertiza tədqiqatına göndəriləcəyinin qeyd olunduğunu, daha sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklifin daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qax RPŞ-nin əməkdaşı Şahid3 ifadəsində Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 Müşfiq oğlu ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs qohumudur. Sahibdən narkotik tərkibli bitki olan çətənə bitkisinin yerini soruşmuş, Sahib də Qax rayonu Qum kəndi ərazisindən keçən çayın kənarında olduğunu bildirmişdir. Daha sonra Sahiblə birlikdə çətənə bitkisinin yarpaqlarını yığaraq özü istifadə etmək üçün qurutmuşdir. O narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Lakin Şahid1 Müşfiq oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində əlavə ifadəsində əvvəlki verdiyi ifadəsində olan bəzi məlumatları polis şöbəsində olan sözlü təzyiq nəticəsində yanlış verdiyini, Sahib adlı qohumunun olduğunu, bir-neçə müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, noyabr ayında Sahibdən narkotik vasitə olan marixuana yeri bilib-bilmədiyini soruşduğunu, Sahibin ona Qax rayonu Qum kəndi ərazisindən axan çayın sahilində kolluq ərazidə narkotik vasitə olan marixuananın yabanı halda bitdiyini, birlikdə həmin narkotik vasitədən yığa biləcəklərini ona dediyini, narkotik vasitə olan marixuanadan istifadə etmək üçün Sahiblə razılaşdığını, Sahibə həmin yeri tanımadığımı və onunla birlikdə həmin yerə getməsini xahiş etdiyini, Sahiblə birlikdə 2023-cü ilin noyabr ayının əvvəllərində Qax rayonu, Qum kəndi ərazisində yerləşən çayın kənarına getdiklərini, orada olan kolluq ərazidə olan narkotik tərkibli çətənə bitkilərini Sahiblə birlikdə gördüyünü, özünün istifadə etməsi üçün həmin bitkinin yarpaqlarından bir az yığdığını, Sahibin də özünün istifadə etməsi üçün həmin kolun yarpaqlarından bir qədər yığdığını, həmin yığdığı kol yarpaqlarını balaca sellofan torbaya qoyduğunu, bundan sonra həmin narkotik vasitəni kimsənin olmadığı yerdə qurutduğunu, həmin narkotik vasitə olan marixunanı bir az da özü üçün istifadə etdiyini, daha sonra isə həmin marixuananı bir kibrit qutusuna yığıb istifadə etmək üçün üzərində saxladığını, 18 noyabr 2023-cü il tarixdə, saat 00 radələrində mülki geyimdə olan şəxslərin ona yaxınlaşıb polis əməkdaşı olmasını bildirdiyini, üzərində narkotik vasitə olan marixuana saxladığını bildirib, onu polis şöbəsinə dəvət etdiyini, həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsində gəldiyini, polis şöbəsinə gələndən sonra, onun üzərinə şəxsi axtarış keçirildiyini və üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunu içərisindən 4,79 qram narotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürüldüyünü, həmin qurudulmuş marixuananı Sahiblə birgə Qax rayonu Qum kəndi ərazisindən axan çayın sahilində yabanı halda bitən kolluq ərazidən yığdığını göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət əməli onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri ilə yanaşı, işdə olan ekspertiza rəyləri, protokollarla və digər sübutlarla da tam sübuta yetirilmişdir. İşin 167-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin verdiyi ambulator məhkəmə-narkoloji ekspertizasının 10 yanvar 2024-cü il tarixli, 687 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 51-52-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin verdiyi məhkəmə bioloji ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 17/794 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid1 götürülmüş narkotik vasitə marixuana” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi-4,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarışla götürülmüş narkotik vasitəyə bənzər kütlə” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqatdan sonra qalıq çəkisi 4.79 qram təşkil edir. İşin 50-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 34.55 manatdır. İşin 163-164-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin verdiyi məhkəmə bioloji ekspertizasının 31 dekabr 2023-cü il tarixli, 17/881 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən boş arı yeşiklərinin içərisindən aşkar edilmiş marixuana” yazısı olan 01 ədəd zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-17,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən boş arı yeşiklərinin içərisindən aşkar edilmiş marixuana” yazısı olan 01 ədəd zərfin içərisindəki 01 ədəd sellofan bükümdə olan qurudulmuş marixuana. Təqsirləndirilən şəxs yazısı olan 01 ədəd MEM-nə məxsus kağız paketin içərisindəki şəffaf sellofan bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqatdan sonra qalıq çəkisi 17.65 qram təşkil edir. İşin 162-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 34.55 manatdır. İşin 41-42-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 18 noyabr 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, əynindəki şalvarın cibindən 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. İşin 142-145-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 28 dekabr 2023-cü il tarixli şəxsin dəvəti ilə axtarış aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinin həyətində olan boş arı yeşiklərinin arasından 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. İşin 160-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RMX-nin verdiyi 06 yanvar 2024-cü il tarixli, 18-1-50/2-5/2024 nömrəli məktudan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX PHŞ-in Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyildir. İşin 10-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə saat 02:00-da tutulmuşdur. İşin 96-101-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 19 noyabr 2023cü il tarixli 4(024)-35/2023 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşin 117-120-ci vərəqələrində olan Şəki Apellyasiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 4(107)-103/2023 saylı qərarından görünür ki, Qax rayon məhkəməsinin 19 noyabr 2023-cü il tarixli 4(024)-35/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin 153-157-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 29 dekabr 2023cü il tarixli 4(024)-40/2023 saylı “Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri tədbiri seçilmişdir. İşin 169-170-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş müstəntiqin “maddi sübut kimi tanınma” haqqında qərarından görünür ki, 01 ədəd zərfdə olan 0,17 qram, 01 ədəd zərfdə olan 17,48 qram və 01 ədəd zərfdə olan 4,57 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Qax RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, 02 (iki) ədəd DVD diski maddi sübut kimi tanınmışdır. İşin 56-59-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar Qax rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilmişdir. İşin 171-179-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Müstəntiqin xx.xx.2024-cü tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, 02 (iki) ədəd “DVD” diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 107-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH-nin Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 2221 nömrəli arayışdan görünür ki, Qadaşov X5 şəhəri, Cavanşir küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. İşin 108-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH-nin Qax şəhər İƏD-nin veridyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Baba oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 109-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, X1 xx.xx.2007-ci, X3 isə xx.xx.2010-cu ildə doğulmuşdur. İşin 111-112-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ idarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 3-cü bəndinə görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsnа cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət azadlıqdan məhrum etmə cəzasının 1 gününə 2 gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalı və cəzasının əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs оğlunun üzərinə yaşayış yeri olan Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də ünvan 1 ünvanında yerləşən yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində saxlanılan 01 ədəd zərfdə olan və qalıq çəkisi 0,17 qram, 01 ədəd zərfdə olan və qalıq çəkisi 17,48 qram və 01 ədəd zərfdə olan və qalıq çəkisi 4,57 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməli, 02 ədəd “DVD” diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə olan hər biri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik olmaqla ümumilikdə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347,349, 351, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 11(on bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlandığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 06 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də ünvan 1 yerləşən yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə ümumilikdə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində saxlanılan 01 ədəd zərfdə olan və qalıq çəkisi 0,17 qram, 01 ədəd zərfdə olan və qalıq çəkisi 17,48 qram və 01 ədəd zərfdə olan və qalıq çəkisi 4,57 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin və 02 ədəd “DVD” diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №1(024)-15/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-15/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver