Məhkəmə qərarları › İş №1(024)-16/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-16/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-16/2023 02.03.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 11:25-də Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs-Təqsirləndirilən şəxs-xx.xx.2001-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ilk peşə ixtisas təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Vətən Müharibəsi iştirakçısı, ünvan 1 ünvanda yaşayan. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 02 fevral 2023-ci il tarixdə, saat 21 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 2 ünvanında yaşayan qonşusu X2 evinin həyətinə səhvən daxil olmuş, evin həyətində həmin evin sahibi Zərərçəkmiş şəxsa ilə aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan ağac payası ilə qəsdən sonuncunun alın nahiyəsinə 1 (bir) dəfə və ənsə nahiyəsinə 1 (bir) dəfə vuraraq ona alın nahiyəsində qançır və ənsə nahiyəsində əzilmiş yara xəsarətini yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmuşdur. Мəhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X6 onun qonşusudur. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində işlədiyi “Avto-yuma” məntəqəsində olduğu zaman 2 ədəd 0.5 litr “GO Vodka” adlı alkoqollu enerji içkisini içmişdir. Həmin günü saat təxminən 19 radələrində işdən evə gedən zaman Qax şəhərində yerləşən mağazaların birindən yenidən 2 ədəd “GO Vodka” adlı alkoqollu enerji içkisini almış, küçədə həmin içkiləri içmiş və sərxoş olmuşdur. Sərxoş olduğu üçün səhvən qonşusu zərərçəkmiş şəxs X2 yaşadığı fərdi yaşayış evinin həyətinə girmiş, bu zaman Gülçin onunla mübahisə etməyə başlamışdır. Sərxoş olduğu üçün yerdən götürdüyü ağac parçası ilə bir-neçə dəfə Zərərçəkmiş şəxsanın başına vurmuş və həmin vaxtı Gülçinin yerə yıxıldığını görərək həyəti tərk etmişdir. Zərərçəkmiş şəxsanı vurduğu ağac parçasını məktəbin yanından keçən su kanalına atmışdır. Mübahisə zamanı orada Zərərçəkmiş şəxsa və ondan başqa heç kəs olmamış, mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisədən sonra etdiyi hərəkətə görə Zərərçəkmiş şəxsadan üzr istəyərək onunla barışmağa cəhd etsə də, Zərərçəkmiş şəxsa onunla barışmamışdır. Məhkəmədən Vətən Müharibəsi iştirakçısı olmasını, Kəlbəcərin azad olnmasına görə medalla təltif edilməsini, hərəkətindən peşman olmasını və gəncliyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evin həyətinə düşən zaman qonşusu Kərimin onun həyətində olduğunu görərək burda nə etdiyini soruşmuşdur. Kərim ona cavab vermədən əlində olan ağac parçası ilə onun baş nahiyəsinə iki dəfə vurmuş və itələyərək yerə yıxmışdır. Bundan sonra Kərim onun həyətini tərk etmiş, o isə qonşuları səsləmişdir. Onun səsinə qonşusu Rauf Bağırov gəlmiş, ona ayağa qalxmağa kömək etmişdir. O başından xəsarət aldığı üçün Rauf Bağırovun köməkliyi ilə Qax RMX-na getmişdir. Qax RMX-da ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Təqsirləndirilən şəxs hadisədən sonra onunla barışmağa cəhd etsə də, Kərimi bağışlamamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X6 onun qonşusudur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zamanı Gülçinin onu çağırdığını eşidib çölə çıxmış, həmin vaxtı Gülçinin yaşadığı evin həyətindən bir nəfərin qaçdığını görmüşdür. Gülçinin yaşadığı evin həyətinə girmiş və Gülçindən nə baş verdiyini soruşmuşdur. Gülçin ona qonşusu Hamletin oğlu Kərimin ağac parçası ilə onun başına vurduğunu bildirmişdir. Gülçinin başından xəsarət aldığını görərək onu yaşadıqları evin yaxınlığında yerləşən Qax RMX-na aparmışdır. Xəstəxanada Gülçinə ilkin tibbi yardım göstərdikdən sonra evə buraxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X6 onu qonşusudur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zamanı küçədə səs eşidərək çölə çıxmış, qardaşı Rauf Bağırovun qonşuları Zərərçəkmiş şəxsanın qolundan tutaraq harasa apardığını görmüşdür. O, yaxınalşdıqda Gülçinin baş nahiyəsindən xəsarət aldığını görmüşdür. Gülçin ona qonşusu Hamletin oğlu Kərimin ağacla onun başına vurduğunu demişdir. X15 Qax RMX-na aparmış, özü isə DİN-nin “102” xidmətinə zəng edərək hadisə barəsində məlumat vermişdir. İşin 16-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 19 nömrəli rəyindən görünür ki, X2 alın nahiyəsində qançır və ənsə nahiyəsində əzilmiş yara - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə yardım üçün Qax RMX-ya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə ağac parçası ilə vurulmaqla əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aiddir. İşin 34-35-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə X2 yaşadığı evin həyətində əlindəki ağac parçası ilə vuraraq xəsarət yetirdiyini göstərmişdir. İşin 59-60-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə X5 vuraraq xəsarət yetirdiyi ağac parçasını yolun kənarındakı kanala tulladığını göstərmişdir. İşin 69-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ idarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 63-cü vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax şəhəri, İ.Mustafayev küçəsi, döngə 2, ev 6-da yaşayır. İşin 65-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi onun özündən, atası X3, anası X4 və bacısı X1 ibarətdir. İşin 68-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 57 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş İ-40177 №-li medalının vəsiqəsininn surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısı və İ-3720 №-li medalının vəsiqəsinin surətindən görünür ki, “Kəlbəcərin azad olunmasına görə medalları” ilə təltif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzər alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmasını, medallarla təltif olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, gənclyini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, qəsdən sağlamlığa yüngül zərərvurmaya görə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsinin tərkibi vardır, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir. Onun əməlində cəzanı ağırlaşdıran halların olmaması, şəxsiyyəti, ailəsinin həyat şəraiti, əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması bu nəticəyə gəlməyə əsas verir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini, cəzasını iş yerində çəkməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin əvvəli cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar