Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-16/2024 04.04.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 11:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Ekologiya və təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin qanuni nümayəndəsi hüquq məsələləri üzrə baş məsləhətçisi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1970-ci ildə Qax rayonunun Əmircan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qax rayonu Əmircan kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs, qəsdən meşə fonduna aid olmayan ağacları qanunsuz olaraq kəsərək təbiətə xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun” 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası” nın 2.1-ci bəndinin əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrinin qərarı əsasında həyat keçirilməli olduğu halda müvafiq normativ hüquqi aktların şərtlərini qanunsuz şəkildə pozaraq heç bir icazəsi olmadan 2 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Qax rayonu Əmircan bələdiyyəsinin mülkiyyətindəki Qax rayonu, Əmircan kəndinin girişində çöllük sahədə yerləşən kanalın yaxınlığında meşə fonduna aid olmayan təbii bitmiş diametri 10 sm olan 1 ədəd, diametri 11 sm olan 2 ədəd, diametri 12 sm olan 2 ədəd, diametri 13 sm olan 2 ədəd, diametri 14 sm olan 1 ədəd akasiya cinsinə məxsus ümumilikdə dəyəri 1050 (min əlli) manat olan 8 ədəd yaş köküstə, bioloji inkişafda olan akasiya ağacını qanunsuz olaraq dib kökündən kəsərək təbiətə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qax rayonu Əmircan kəndində 10 sot həyətyanı sahəsi vardır. Həyətyanı sahəsinin kənarını şiferlə hasarlamışdır. Həmin hasarın dirəkləri 15 il əvvəl basdırıldığından çürüyüb xarab olmuşdur. Maddi imkanı olmadığı üçün həmin hasarı düzəldə bilməmişdir. xx.xx.2023-cü il tarixdə evdə olduğu zaman hasarı düzəltmək üçün dirək almağa pulu olmadığından evinin yaxınlıqda olan su kanalının kənarındakı akasya ağaclarını kəsərək dirəklərini evinə gətirib hasarını düzəltmək qərarına gəlmiş, bu məqsədlə özünə məxsus motorlu mişarı götürərək saat 16 radələrində evindən 300 metr aralıda olan su kanalının kənarına gəlmiş, orada ümumilikdə 8 ədəd müxtəlif diametrlərdə olan akasiya ağaclarını kəsib 2 metrlik dirəklər hazırlamışdır. Dirəkləri hazırladıqdan sonra onları götürməyərək orada qoymuş, günortadan sonra qonşudan at arabası götürərək həmin dirəkləri evinə daşıyacağını düşünmüşdür. Daha sonra həmkədlisi Tofiqin onun oradan qanunsuz ağac kəsilməsi barədə polisə şikayət etdiyini eşitmiş və düzəltdiyi dirəkləri də oradan götürməmişdir. Həmin ərazidən 8 ədəd müxtəlif diametrlərdə olan akasiya ağacını kəsmiş, ağacları kəsən zaman yanında heç kəs olmamış, özü tək olmuşdur. Qanunsuz ağac kəsməsi nəticəsində təbiətə 1050 (bir min əlli) manat miqdarında maddi ziyan dəymişdir. Həmin ziyanı maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Maddi ziyanı ayda 40-50 manat olmaqla ödəyə bilər. Törətdiyi əməldən peşmandır. Əməlindən peşman olmasını, nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Ekologiya və təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin qanuni nümayəndəsi hüquq məsələləri üzrə baş məsləhətçisi Nümayəndə ifadəsində göstərdi ki, 2023cü ilin noyabr ayında Qax rayonu, Əmircan kəndi ərazisində qanunsuz olaraq ağac kəsdiyi üçün həmin kənd sakini Təqsirləndirilən şəxs barəsində Qax RPŞ-də cinayət işi aparıldığından müəssisələrini təmsil etmək üçün rəhbərlik tərəfindən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi göndərilmişdir. Həmin torpaq sahəsi Qax rayonu, Əmircan kəndi ərazisində yerləşsə də hadisə nəticəsində təbiətə, yəni ekologiyaya 1050 manat maddi ziyan vurulmuşdur. Hazırda Təqsirləndirilən şəxs təbiətə vurduğu ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində yaşadığı kəndin girişində yerləşən çöl sahəsində heyvan otarmış, həmin ərazidə yerləşən su kanalının kənarında həmkəndlisi Vəzirin akasiya ağaclarını kəsdiyini görmüşdür. Bir müddət orada heyvanlarını otarıb Vəzirin oradan çıxıb getməsini gözləmiş, Vəzir getdikdən sonra həmin əraziyə gedib baxan zaman Vəzirin orada ümumilikdə 8 ədəd müxtəlif diametrlərdə akasiya ağaclarını kəsdiyini görmüşdür. Bundan sonra bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 5-7-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qax rayonu Əmircan bələdiyyəsinin mülkiyyətinə aid olan ərazidə diametri 10 sm olan 1 ədəd, diametri 11 sm olan 2 ədəd, diametri 12 sm olan 2 ədəd, diametri 13 sm olan 2 ədəd, diametri 14 sm olan 1 ədəd akasiya cinsinə məxsus 8 ədəd köküstü yaş ağac kəsilmişdir. İşin 25-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 05 dekabr 2023-cü il tarixli 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş hesablama cədvəlindən görünür ki, Qax rayonu, Əmircan kəndində suvarma kanalının kənarından 8 ədəd köküstə yaş, 10, 11, 11, 12, 12, 13, 13, və 14 sm diametrlərində akasiya cinsinə məxsus ağacların kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan 1050 manat təşkil edir. İşin 59-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli 9/10002 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 237 saylı RETSİ-si tərəfindən tərtib edilmiş Ç-HM/4623-143 nömrəli akta göstərilən Qax rayonu, Əmircan kəndi ərazisində yerləşən suvarma kanalının kənarından bələdiyyə mülkiyyətinə aid ərazidən akasiya cinsindən olan köküstə yaş ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-c il tarixli 421 nömrəli qərarına əsasən nəzəri qaydada 1050,00 manat müəyyən edilir. İşin 58-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 manatdır. İşin 56-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax rayon Əmircan Bələdiyyəsinin verdiyi 22 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ağacları kəsdiyi ərazi Əmircan Bələdiyyəsinə aiddir. İşin 26-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH Əmircan kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 509 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Əmircan kəndində qeydiyyatda olmaqla orada yaşayır və onun ailə tərkibi onun özündən və arvadı X1 ibarətdir. İşin 27-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH Əmircan kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 33-34-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonunun Əmircan kəndində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkаn tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə ümumilikdə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsl Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Eyni zamanda zərərçəkmiş hüquqi şəxs Ekologiya və təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347,349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də cəza çəkdiyi müddət ərzində yaşayış yeri olan Qax rayonu Əmircan kəndində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Zərərçəkmiş hüquqi şəxs Ekologiya və təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №1(024)-16/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-16/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver