Məhkəmə qərarları › İş №1(024)-17/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-17/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-17/2024 23.04.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 12:00-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri-fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi və Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1-xx.xx.1971-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli,məhkumluğu olmayan, Zaqatala rayonu Çökək kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 185.1-ci Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2–xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı orta təhsilli, subay, işləməyən, Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olmaqla, orada yaşayan, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. onun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2023-cü ilin noyabr ayının 16-da saat 13 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Qax rayonu, Qaratala kəndi ərazisində yerləşən dəmiryol stansiyasının yaxınlığında Qax rayonu, Qaysarlı kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 2 baş hər birinin dəyəri 330 (üç yüz otuz) manat olan qoyunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 660 (altı yüz altmış) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2023-cü ilin noyabr ayının 16-da saat 15:30 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Qax rayonu, Şıxlar kəndi ərazisində yerləşən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus saxlanc sahəsinə qapısını açmaqla qanunsuz daxil olaraq oradan 2 baş hər birinin dəyəri 330 (üç yüz otuz) manat olan qoyunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 660 (altı yüz altmış) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2023-cü ilin noyabr ayının 22-da saat 16:30 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Qax rayonu, Dəymədağlı kəndində küçədə, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1 baş dəyəri 400 (dörd yüz) manat olan qoyunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 400 (dörd yüz) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 qəsdən 09 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Zaqatala şəhəri, Ç.Mustafayev küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında dayanmış vəziyyətdə olan Zaqatala şəhər sakini Zərərçəkmiş şəxs4 etibarnamə əsasında idarə etdiyi “Qaz 31” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobili heç kimin olmamasından istifadə edərək üstündə olan açarla mühərrikini işə salıb idarə etməklə talama məqsədi olmadan qanunsuz olaraq qaçırmışdır. Qax rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli eyni nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 оğlunun Azərbаycаn Respublikаsı CM-nin 185.1-ci mаddəsi ilə təqsirləndirilməsinə dаir cinayət işi üzrə cinаyət təqibinə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən xitаm verilmiş və о, cinаyət məsuliyyətindən аzаd edilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2023-cü ilin noyabr ayının 16-da saat 13 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Qax rayonu, Qaratala kəndi ərazisində yerləşən dəmiryol stansiyasının yaxınlığında Qax rayonu, Qaysarlı kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 2 baş hər birinin dəyəri 330 (üç yüz otuz) manat olan qoyunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 660 (altı yüz altmış) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2023-cü ilin noyabr ayının 16-da saat 15:30 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Qax rayonu, Şıxlar kəndi ərazisində yerləşən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus saxlanc sahəsinə qapısını açmaqla qanunsuz daxil olaraq oradan 2 baş hər birinin dəyəri 330 (üç yüz otuz) manat olan qoyunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 660 (altı yüz altmış) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2023-cü ilin noyabr ayının 22-da saat 16:30 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Qax rayonu, Dəymədağlı kəndində küçədə, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1 baş dəyəri 400 (dörd yüz) manat olan qoyunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 400 (dörd yüz) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təsqirli bilərək ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs2 ilə təxminən 3 il əvvəl tanış olmuşdur. Ülvi ilə Zaqatala şəhərində kafe işlətmişlər. Onlar gündəlik işlərini görmək üçün Zaqatala şəhər sakini Əhməd adlı şəxsdən hər ay 300 manat ödəmək şərti ilə “VAZ 2107” marklı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etmək üçün götürmüşlər. Həmin vaxtlarda Ülviyə Qax rayonundan oğurluq etməyi təklif etmiş, Ülvi də onunla razılaşmışdır. 16 noyabr 2023-cü il tarixdə Qax rayonuna gəlmək üçün də tanışı Əhməddən götürdüyü “VAZ 2107” markalı **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanını əvvəllər tapdığı **-FG-*** nömrəsi ilə əvəz edərək gəlmişlər. Həmin günü əvvəlcə saat 13 radələrinə Qax rayonu, Qıpçaq kəndinə gəlib üzü Kötüklü kəndi istiqamətində hərəkət etmiş, dəmir yol keçidini keçib üzü stansiya istiqamətində gedən zaman yolun kənarında təxminən 10 ədəd qoyun olduğunu görmüş, həmin heyvanların yanında heç kimin olmadığını görərək avtomobili heyvanların yanında saxlamış, Ülvi avtomobildən düşüb həmin heyvanların arasından iki başını götürüb avtomobilə yükləmiş, bundan sonra oradan çıxıb Dəymədağlı kəndi istiqamətində gedən zaman saat təxminən 15 radələrində Şıxlar kəndinin yaxınlığında magistral yolun kənarında bağ sahəsində təxminən 10-15 ədəd qoyunun otladığını və yanında heç kimin olmadığını görərək avtomobili bağ sahəsinin kənarına sürüb saxlamış, Ülvi bağ sahəsinə daxil olmuş, özü isə avtomobilin yanında dayanıb ətrafa göz qulaq olmuşdur. Ülvi oradan iki baş qoyun çıxararaq yük yerinə yükləmiş və onlar bundan sonra Zaqatala rayonuna getmişlər. Ülvini Zaqatala şəhərində keçidin yanında düşürmüş, özü isə yaşadığı evə getmiş, heyvanlar avtomobildə qalmışlar. Səhəri günü həmin 3 baş heyvanı Əliabad bazarında Bərdə rayon sakini adını bilmədiyi alverçiyə 360 manata satmış, həmin puldan 140 manatını Ülviyə vermişdir. Bundan başqa 22 noyabr 2023-cü il tarixdə tanışı Ülvi ilə birlikdə oğurluq etmək üçün Qax rayonuna gəlmiş, Qax rayonuna tanışı Əhməddən tapdığı “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanını **-FG-*** nömrəsi ilə əvəz etmiş, avtomobili özü idarə etmiş, Ülvi arxada əyləşmişdir. Həmin günü saat 16:30 radələrində Qax rayonu Dəymədağlı kəndinin girişinə çatan zaman qoyun sürüsünün kəndə daxil olduğunu görmüş, həmin sürüdən qoyun aparmaq qərarına gəlmiş, kəndə daxil olub avtomobili kəndin girişindən təxminən 800 metr irəlidə yolun sağ kənarında saxladıqdan sonra, sürünün gəlməyini gözləmiş, həmin vaxtı küçədə heç kim olmamış, sürü onlara yaxınlaşan zaman Ülvi avtomobilin arxa qapısını açmış, oradan bir baş qoyunu götürüb avtomobilin arxa oturacağına qoymuş, bundan sonra avtomobili işə salaraq sürətlə kənddən çıxıb Zaqatala rayonu istiqmətində getməyə başlamışlar. Qax Pavilyonu adlanan əraziyə çatan zaman oğurladıqları həmin 1 baş heyvanı orada buraxmış, bundan sonra isə yaşadıqları Zaqatala rayonuna getmişlər. Yolda qarşıda polis postu gördüklərindən qorxaraq həmin heyvanı yolda buraxmış, etdikləri oğurluq əməllərinin izini itirmək üçün sonuncu dəfə gələndə həmin dövlət nömrə nişanını Zaqatala rayonunda yerləşən Tala çayına atmışlar. Bundan başqa Zaqatala şəhəri, Ç.Mustafayev küçəsində yerləşən kafeni icarə əsasında işlətmiş, Zərərçəkmiş şəxs4 Məmmədovla kafedə tanış olmuşlar. Zərərçəkmiş şəxs4 atası Məmmədlə də münasibəti olmuş, onlara məxsus olan “QAZ 31” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobili dəfələrlə onların icazəsi ilə idarə etmişdir. Onların da həmçinin ona məxsus olan avtomobili onun icazəsi ilə idarə etmişlər. 09 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 məxsus avtomobili işlətdiyi kafenin qarşısında saxlamış, açar maşının üzərində olmuş, həmin avtomobili 9 oktyabrdan əvvəl Rafaelin icazəsi ilə götürmüş, Zərərçəkmiş şəxs4 9 oktyabr tarixində maşının yanına gəlməsi yadında qalmamışdır. Həmin günü avtomobili idarə edərək kafeyə lazım olan ərzaqları alıb kafeyə verdikdən sonra Suvagil kəndinə öz maşını nasaz olduğu üçün usta yanına getmiş, oradan həmin avtomobillə çıxıb şəhərə gələrkən yolda bir baş qoyun qəfildən maşının qarşısına çıxmış, avtomobillə qoyunu vurmuş, maşından düşüb qoyunun ölmədiyini görərək avtomobili sürərək çıxıb getmişdir. Yolda Zərərçəkmiş şəxs4 ona zəng edərək avtomobilin lazım olduğunu, “Araz” marketin qarşısında gözlədiyini demiş, avtomobili oraya sürərək Rafaelə təhvil verən zaman onun niyə görə gec gəlməyini soruşduqda, yol gəldiyini demişdir. Daha sonra kafeyə getmiş, bundan iki gün sonra ərazinin sahə rəisi kafeyə gələrək Suvagil kəndində “QAZ 31” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qoyun vurulduğunu deyərək onu polis şöbəsinə aparmış, həmin vaxt Zərərçəkmiş şəxs4 da polis şöbəsinə aparılmışdır. Polis şöbəsində qoyunu özünün vurduğunu demiş, həmin heyvanın sahibinin ondan heç bir şikayəti olmadığından sərbəst buraxılmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı tam ödəmişdir. Hərəkətindən peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 işlətdiyi Zaqatala şəhərində yerləşən kafedə işə başlamışdır. Rafail ona qoyun oğurlamağı təklif etmiş, bundan sonra Rafaillə Qax rayonundan oğurluq etməyi planlaşdırmışlar. Qax rayonuna gəlmək üçün də Rafailin tanışı Əhməddən götürdüyü “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilindən istifadə etmiş, Qax rayonuna gələn zaman Rafailin tapdığı **-BG-*** dövlət qeydiyyat nişanını **-FG-*** nömrəsi ilə əvəz etmişlər. 16 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Qax rayonu, Qıpçaq kəndinə gəlib Kötüklü kəndi istiqamətində hərəkət etmiş, dəmir yol keçidini keçib üzü stansiya istiqamətində gedən zaman yolun kənarında təxminən 10 ədəd qoyun olduğunu görmüş, həmin heyvanlarn yanında heç kim olmamış, ona görə də Rafail avtomobili heyvanların yanında saxlamış, özü avtomobildən düşüb həmin heyvanların arasından iki başını götürüb avtomobilin salonunun arxa hissəsinə qoymuşdur. Bundan sonra oradan çıxıb üzü Dəymədağlı kəndi istiqamətində gedən zaman saat təxminən 15 radələrində Şıxlar kəndinin yaxınlığında magistral yolun kənarında bağ sahəsində təxminən 10-15 ədəd qoyunun otladığını görmüş, həmin heyvanların yanında heç kəs olmamış, Rafail avtomobili bağ sahəsinin kənarına sürüb saxlamışdır. O, bağ sahəsinə daxil olmuş, Rafail isə avtomobilin yanında dayanıb ətrafa göz qulaq olmuş, özü oradan iki baş qoyun çıxartmış, həmin heyvanları avtomobilin yük yerinə yükləmiş, bundan sonra isə oradan çıxıb Zaqatala rayonuna getmişlər. Rafail onu Zaqatala şəhərində keçidin yanında düşürmüş, səhəri günü Rafail heyvanları satdığı puldan 140 manatını ona vermişdir. Bundan başqa 22 noyabr 2023-cü il tarixdə tanışı Rafaillə birlikdə oğurluq etmək üçün Qax rayonuna gəlmiş, Qax rayonuna Rafailin tapdığı “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanını **-FG-*** nömrəsi ilə əvəz etmişlər. Saat təxminən 16:30 radələrində Qax rayonu Dəymədağlı kəndinin girişinə çatan zaman qoyun sürüsünün kəndə daxil olduğunu görmüş, həmin sürüdən qoyun aparmaq qərarına gəlmişlər. Kəndə daxil olub avtomobili kəndin girişindən təxminən 800 metr irəlidə yolun sağ kənarında saxlayaraq sürünün gəlməsini gözləmişlər. Həmin vaxtı küçədə heç kəs olmamış, sürü onlara yaxınlaşan zaman avtomobilin arxa qapısını açaraq, sürüdən bir baş qoyunu götürüb avtomobilin arxa oturacağına qoymuşdur. Bundan sonra avtomobili işə salaraq, sürətlə kənddən çıxıb Zaqatala rayonu istiqamətində hərəkət etmiş, Qax Pavilyonu adlanan əraziyə çatan zaman oğurladıqları həmin 1 baş heyvanı orada buraxmışlar. Törətdiyi cinayət əməllərinin izini itirmək üçün sonuncu dəfə oğurluq etdikdən sonra həmin dövlət nömrə nişanını Zaqatala rayonunda yerləşən Tala çayına atmışlar. Zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam olaraq ödəmiş və onlarla barışmışdır. Hərəkətindən peşman olmasını, Vətən Müharibəsində iştirak etməsini və medalla təltif edilməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2 baş iribuynuzlu və 54 baş xırdabuynuzlu heyvan vardır. Həmin heyvanları özü otarır. 22 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində özünə məxsus 54 baş heyvanı yaşadığı kəndin çıxışında özünə məxsus sahədə otarıb evə özünə məxsus “VAZ 2106” markalı avtomobillə qayıtmış, heyvanların arxadan gəldiyini görüb evə getmişdir. Bir müddət sonra heyvanlar həyətə daxil olanda onları saymış, bir baş heyvanın yerində olmadığını görmüşdür. Heyvanı axtarsa da tapa bilməmiş, bundan sonra isə Qax rayon Polis şöbəsinə gedərək şikayət etmişdir. X5 məxsus obyektin kamerasına baxan zaman həmin tarixdə kəndə yad 1 ədəd “VAZ 2107” markalı avtomobilin gəldiyini və özünə məxsus heyvanın həmin avtomobillə aparıldığını zənn etmişdir. Heyvanın qiymətinin ümumilikdə 400 manat olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı tam olaraq ödəmişlər. Onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən onlara yüngül cəza verilməsini xahiş edərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təsərrüfatında 15 baş xırdabuynuzlu heyvan vardır. Həmin heyvanları sürüyə sürmür, Qax rayonu, Qaratala kəndi ərazisində yerləşən ərazidə otarır. Heyvanları hər gün səhər 10 radələrində otarmağa aparıb 16 radələrində qaytarıb yaşadığı kəndə gətirir. 16 noyabr 2023-cü il tarixdə saat 10 radələrində özünə məxsus 15 baş xırda buynuzlu heyvanları otarmaq üçün aparmış, saat təxminən 13 radələrində heyvanları orada qoyub siqaret almaq üçün Qaratala kəndinə getmişdir. Təxminən yarım saat sonra yenidən həmin heyvanların yanına qayıtdıqda, 2 baş heyvanın yerində olmadığını görmüşdür. Heyvanları axtarsa da tapa bilməmiş, 11 dekabr 2023-cü il tarixdə Qax rayon Polis şöbəsinə şikayət etmişdir. Hadisə nəticəsində ona 660 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı tam olaraq ödəmişlər. Onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən onlara yüngül cəza verilməsini xahiş edərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 Məhəmməd oğlu məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəməyə gələ bilməyəcəyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı tam olaraq ödədiklərini, onlardan heç bir şikayət və tələbi olmadığını göstərərək məhkəmədən onlara yüngül cəza verilməsini və işə onun iştirakı olamdan baxılmasını xahiş etmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs2 Məhəmməd oğlunun ifadəsi elan olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Məhəmməd oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, şəxsi təsərrüfatında 8 baş xırdabuynuzlu heyvan vardır. Həmin heyvanları oğulları otarır. 16 noyabr 2023-cü il tarixdə oğlu Nurlan yaşadıqları ev yaxınlığında yerləşən ailələrinə məxsus alça bağına heyvanları otarmaq üçün çıxarmış, saat 16-17 radələrində heyvanları orada qoyub evə çörək yeməyə getmişdir. Nurlan təxminən 30-35 dəqiqə sonra geri qayıtdıqda iki baş heyvanın orada olmadığını görmüşdür. Bundan sonra Qax RPŞ-nə şikayət etmişlər. 16 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində Zaqatala rayon sakinləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən həmin heyvanların oğurlandığını öyrənmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 660 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadə verərək göstərdi ki, 10 dekabr 2023-cü il tarixdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 16 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Qax rayonu, Qaysarlı kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 2 baş xırdabuynuzlu heyvanı, həmin tarixdə saat 15:30 radələrində Qax rayonu, Şıxlar kənd sakini Zərərçəkmiş şəxs2 Məhəmməd oğluna məxsus iki baş xırdabuynuzlu heyvanı oğurluq yolu ilə və 22 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində Qax rayonu, Dəymədağlı kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1 baş qoyunu talamış Zaqatala rayonu, Çökək kənd sakini Təqsirləndirilən şəxs1 və Zaqatala rayonu, Lahıc kənd sakini Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Həmin şəxslər Zaqatala şəhəri ərazisində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılmış, polis şöbəsinə dəvət olunmuş, aparılan ilkin əməliyyat yönümlü söhbətlər zamanı onların törətdikləri cinayət əməllərini etiraf etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində tikintidə fəhləlik edib ailəsini dolandırdığın, “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zaqatala şəhər sakini Zaur adlı şəxs olduğunu, təxminən 3 ay bundan əvvəl tanışı Zaurun onun yanına gələrək avtomobil lazım olub-olmadığını soruşduğunu, ona işlərini görmək üçün avtomobil lazım olduğunu dediyini, Zaurun ona özündə bir ədəd “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu, həmin avtomobili ona 3000 manata satacağını dediyini, pulu olmadığından onunla razılaşdığını, maşını ondan götürdüyünü, Zaurun ona pulun əvəzində evində olan tikinti işlərini görməyini təklif etdiyini, lakin hava şəraiti ilə əlaqədar olaraq Zaurgildə işə başlamadığını, avtomobili sənədləşmə eləmədiklərini, üzərində cərimələr olduğundan onu sənədləşdirə bilmədiyini, Zaurun da ona sənədləşməyə kömək edəcəyini, hələlik taksi kimi işlə pulunu qazan dediyini, bir müddət həmin avtomobillə taksi kimi işləyib ailəsini dolandırdığını, təxminən bundan bir ay əvvəl tanışı Rafail adlı şəxsin ona yaxınlaşaraq avtomobili ondan almaq istədiyini dediyini, ona avtomobili götürməsini bildirdiyini, avtomobilin Zaura məxsus olduğundan Rafaillə qiymət söhbəti etmədiyini, Rafailin ondan avtomobili götürüb getdiyini, bundan sonra baş verənlərdən xəbərinin olmadığını, Rafailin və Zaqatala rayon sakini Təqsirləndirilən şəxs2 həmin avtomobillə oğurluq və soyğunçuluq cinayətlərini etmələrindən xəbərinin olmadığını göstərmişdir. İşin İ cildinin 4-6-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Qax rayonu, Dəymədağlı kəndində küçədə, özünə məxsus 1 baş xırdabuynuzlu heyvanın oğurlandığını göstərmişdir. İşin İ cildinin 80-81-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Qax rayonu, Qaysarlı kəndi ərazisində özünə məxsus 2 baş xırdabuynuzlu heyvanların oğurlandığını göstərmişdir. İşin İ cildinin 88-90-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 qardaşı X1 rayonu, Şıxlar kəndi ərazisində yerləşən saxlanc sahəsindən 2 baş xırdabuynuzlu heyvanın oğurlandığını göstərmişdir. İşin İ cildinin 23-25-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirlmiş. Baxış zamanı sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı əşyaya rast gəlinməmişdir. İşin İ cildinin 14-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş video görüntünün könüllü təqdim edilməsi zamanı baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, 22 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi qonur rəngli “VAZ 2107” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə Qax rayonu, Dəymədağlı kəndindən çıxışına doğru getməsi müşahidə olunmuşdur. Həmin görüntülər istintaq üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İşin İİ cildinin 124-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 23 yanvar 2024-cü il tarixli 9/10003 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 baş dişi cinsli 3 yaşında diri çəkisi 60 kq olan-400,00 manat; Zərərçəkmiş şəxs3 məxsus 2 baş dişi cinsli 3 yaşında diri çəkisi 50 kq olan - 660,00 (2 baş x 330man) manat; Zərərçəkmiş şəxs2 məxsus 2 baş dişi cinsli 3 yaşında diri çəkisi 50 kq-660,00 (2 baş x 330man) manat İşin İİ cildinin 123-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin İ cildinin 122-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş № İ-16371 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2714 saylı sərəncamına əsasən Cəbrayılın azad olunmasına görə medalı ilə təltif edilmişdir. İşin İ cildinin 122-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş № İ-4549 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2713 saylı sərəncamına əsasən Zəngilanın azad olunmasina görə medalı ilə təltif edilmişdir. İşin İ cildinin 122-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş № İ-10480 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250 s nömrəli sərəncamına əsasən Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. İşin İ cildinin 153-154-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 12 dekabr 2024-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 2023-cü ilin noyabr ayının 16-da saat 13 radələrində Qax rayonu, Qaratala kəndi ərazisində yerləşən dəmiryol stansiyasının yaxınlığında Qax rayonu, Qaysarlı kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 2 baş, bundan başqa təkrarən Təqsirləndirilən şəxs2 ilə birlikdə 2023-cü ilin noyabr ayının 16-da saat 15:30 radələrində Qax rayonu, Şıxlar kəndi ərazisində yerləşən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus saxlanc sahəsindən 2 baş, bundan əlavə Təqsirləndirilən şəxs2 ilə birlikdə 2023-cü ilin noyabr ayının 22-da saat 16:30 radələrində Qax rayonu, Dəymədağlı kəndində küçədə, Zərərçəkmiş şəxs1 məxsus 1 baş xırdabuynuzlu heyvanları oğurladığını göstərmişdir. İşin İ cildinin 158-159-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə 2023-cü ilin noyabr ayının 16-da saat 13 radələrində Qax rayonu, Qaratala kəndi ərazisində yerləşən dəmiryol stansiyasının yaxınlığında Qax rayonu, Qaysarlı kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 2 baş, bundan başqa, Təqsirləndirilən şəxs1 ilə birlikdə 2023-cü ilin noyabr ayının 16-da saat 15:30 radələrində Qax rayonu, Şıxlar kəndi ərazisində yerləşən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus saxlanc sahəsindən 2 baş və bundan başqa Təqsirləndirilən şəxs1 ilə birlikdə 2023-cü ilin noyabr ayının 22-da saat 16:30 radələrində Qax rayonu, Dəymədağlı kəndində küçədə, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1 baş xırdabuynuzlu heyvanları oğurladığını göstərmişdir. İşin İ cildinin 201-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş “maddi sübut kimi tanınma haqqında” 17 dekabr 2023-cü il tarixli qərarından görünür ki, bir ədəd 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. İşin İ cildinin 242-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş “maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır. İşin İ cildinin 243-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 imzaladığı qəbzdən görünür ki, o istintaq orqanından “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İşin İ cildinin 230-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş TƏBİB PHŞ-nin Zaqatala RMX- PHŞ-dən daxil olmuş 18 dekabr 2023-cü il tarixli, 18-1-78/2-1473/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Bayramov X10 RMX-nın narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İşin İ cildinin 228-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİHB-nın şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi 22 dekabr 2023-cü tarixli 5-82-12/2-2921/2023 saylı arayışdan görünür ki, Nəsirov X4 rayonu Çökək kəndində yaşayır. İşin İ cildinin 229-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİHB-nın şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin İ cildinin 119-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİHB-nın Lahıc kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 11 dekabr 2023-cü il tarixli 5-82-26/2-420/2023 saylı arayışdan görünür ki, Bayramov X10 rayonu Lahıc kəndində yaşayır və onun ailə tərkib onun özündən, atası X3, X7, bacısı X2 ibarətdir. İşin İ cildinin 120-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİHB-nın Lahıc kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin İ cildinin 208-210-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Nəsirov X6 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə 10 ay 10 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. O, məhkumluğu olmayan şəxsdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində göstərilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Belə olan halda Təqsirləndirilən şəxs1 09 oktyabr 2023-cü il və 16,22 noyabr 2023-cü il tarixlərdə Azərbaycan Respublikası CM-nin 185, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri qəsdən törətməsi cinayətlərin residivi kimi qəbul edilməməlidir. İşin İ cildinin 211-212-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, cəzasını tam çəkib qurtarmamış, məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində göstərilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsində residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halların olması göstərilmişdir. Həmin hallardan biri də CM-nin 18.4.4-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq residiv kimi nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3, maddələrində nəzərdə tutulan cinayətləri qəsdən törətməsi cinayətlərin residivi kimi qəbul edilməməlidir. İşin İ cildinin 238-241-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin İ cildinin 30-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 15:15-də şübhəli şəxs qismində tutulmuşdur. İşin İ cildinin 50-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 16:45-də şübhəli şəxs qismində tutulmuşdur İşin 180-185-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 12 dekabr 2023cü il tarixli 4(024)-37/2023 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli 10 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İşin 186-191-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 12 dekabr 2023cü il tarixli 4(024)-38/2023 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli 10 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İşin İ cildinin 215-218-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 4(024)-39/2023 saylı “Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığının əvvəli qərar elan edildiyi andan-19 dekabr 2023-cü il tarixdən saat 12:30-dan hesablanmaqla müddəti 10 mart 2024-cü il tarixədək müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Qax rayon məhkəməsinin 22 fevral 2024-cü il tarixli 4(024)-8/2024 saylı “Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığının əvvəli qərar elan edildiyi andan-22 fevral 2024-cü il tarixdən saat 12:00-dan hesablanmaqla müddəti 10 mart 2024-cü il tarixədək müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara vurduqları maddi ziyanı ödədikləri üçün onlardan heç bir şikayət və tələbləri yoxdur, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş edirlər. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cinayət əməli CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2 cinayət əməli CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsüf edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olduğunu CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən peşman olmasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi mаddənin sаnksiyаsı daxilində azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 10 dekabr 2023-ci il tarixdən 23 aprel 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan Zaqatala və qonşu Balakən rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də ünvan 2 ünvanında yerləşən yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Zaqatala rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, Vətən Müharibəsi iştirakçısı olmasını, torpaqların işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyi, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyi üçün Cəbrayıl və Zəngilanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etirdiyi üçün “Cəbrayıl və Zəngilanın azad olunmasına görə” medalla təltif edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olduğunu CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O. cəzasını tam çəkib qurtarmamış, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Yuxarıda qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən onun barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə məhkumluq ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törədən zaman azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğu üçün onun əməlində cinayətin residivi yoxdur. Onun əməlində CM-in 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə qəti olarq təyin edilmiş və onun tərəfindən çəkilməmiş 08 (səkkiz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 10 dekabr 2023-cü il tarixdən 23 aprel 2024-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməli, onu üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-dan səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu Zaqatala rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd “CD” diski cinayət işinin materiallarında saxlanılmalı, “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347- 349, 351-354, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 10 dekabr 2023-cü il tarixdən 23 aprel 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 13(on üç) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlandığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan Zaqatala və qonşu Balakən rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də ünvan 2-də yerləşən yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulub 10 dekabr 2023-cü il tarixdən 23 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddətin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 üzərində 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ona təyin edilmiş və çəkilməmiş 08 (səkkiz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 02(iki) il 03(üç) ay 04(dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Zaqatala və Balakən rayon ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu Lahıc kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Zaqatala rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə ümumi məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Hökmün icrası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeydiyyatda olduqları yer üzrə Zaqatala rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan 1 ədəd “CD” diski cinayət işinin materiallarında saxlanılsın və “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar