Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-17/2025 08.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs Turian Guseinovun iştirakı ilə xx xxxx 1975-ci il tarixdə Quba rayonu, 2-ci Nüqədi kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi qaydada işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Rusiya Federasiyası vətəndaşı Turian Guseinovun etibarından sui-istifadə edərək sonuncuya Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Bilgəh qəsəbəsindən torpaq satacağı barədə yalan vəd verib inandıraraq buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 31 yanvar 2024-cü il tarixdə Bakı şəhəri 50 № li notariat kontorunda tanışı cinayətdən xəbərsiz Şahid vasitəsilə kredit müqaviləsi bağlatdırıb 10.000 manat pulunu, 07 fevral 2024-cü il tarixdə, saat 11:35 radələrində isə Qax şəhəri, Ü.Hacıbəyov 10 ünvanda yerləşən "xxxx" ASC-in filialının yaxınlığındakı «Million» ödəniş terminalı vasitəsilə öz adına olan «Kapital Banka» aid «5239 1517 2782 4545» №li bank kartına 2.000 manat pulun köçürülməsinə nail olaraq ümumilikdə aldatma yolu ilə zərərçəkmiş şəxs Turian Guseinovun 12.000 manat pul vəsaitini ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilinin yanvar ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindən 9-cü dalanda yerləşən torpaq sahəsinin satışı ilə bağlı «bina.az» saytına elan yerləşdirmişdir. «Bina.az» elan saytına daxil olaraq Bilgəh qəsəbəsində dəyərindən ucuz qiymətə satışa qoyulmuş torpaq sahəsini almaq üçün ona məxsus «077 311 12 02» mobil telefon nömrə ilə əlaqə saxlayan Rusiya vətəndaşı olan Guseinov Turian və onun tanışı olan Şahid ilə birlikdə həmin torpaq sahəsində görüşmüşdür. 18 sot torpaq sahəsini 190 min manata alacaqları barədə əldə olunmuşdur. Onlara guya evin sənədlərini göstərərək ilkin beh olaraq 2.000 manat istəmişdir. Turian həmin məbləği ona əlbə-əl qaydada vermişdir. Daha sonra 31 yanvar 2024-cü il tarixdə beh olaraq ev sahibinin 10.000 manat pul vəsaiti istəməsini Turiana bildirmiş, onun əvvəl verdiyi 2.000 manat pul vəsaitini şəxsən onun özünə geri qaytarmışdır. 31 yanvar 2024-cü il tarixdə saat 11:00-12:00 radələrində Bakı şəhəri 50 №li notariat ofisində notarial qaydada borc müqaviləsi bağlayaraq 10.000 manat pul vəsaitini əldə etmişdir. Turian Rusiya Federasiyası vətəndaşı olduğu üçün onunla bu müqaviləni onun tanışı Azərbaycan Respublikasının vətəndaşı olan Şahid bağlamışdır. Lakin həmin pul vəsaiti Turiana məxsus olmuşdur. Bir neçə gün sonra Turiana zəng edərək torpaq sahəsinin bölgüyə gedəcəyini və bu sənədləşmə üçün də 2.000 manat pul vəsaiti verməli olduğunu bilmişdir. Turian 07 fevral 2024-ci il tarixdə Qax rayonunda olan zaman oradan ona «Whatsapp» ani mesajlaşma sistemi vasitəsilə göndərdiyi özünə məxsus olan "xxxx" ASC-i tərəfindən emissiya edilmiş «5239 1517 2782 4545» №li bank kartına 2.000 manat köçürərək qəbzi göndərmişdir. Bu torpaq sahəsini tezliklə Turianın adına keçirəcəyinə söz vermişdir. 12.000 pul vəsaitini şəxsi məqsədlər üçün istifadə etmişdir. Özünü qismən təqsirli bilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Turian Guseinov ifadəsində göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixdə Bakı şəhərində olan zaman özü üçün torpaq almaq istəmişdir. «Bina.az» elan saytına daxil olaraq Bilgəh qəsəbəsində dəyərindən ucuz qiymətə satışa qoyulmuş torpaq sahəsini almaq üçün özünü makler kimi təqdim edən «Eldəniz» adlı şəxsin «077 311 12 02» mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. «055 545 42 42» olan tanışı Şahid ilə birlikdə Təqsirləndirilən şəxs ilə həmin ərazidə görüşmüşdür. 18 sot torpaq 190 min manata alacaqları barədə aralarında razılıq olmuşdur. Eldəniz onlara evin sənədlərini göstərərək ilkin beh olaraq 2.000 manat istəmiş və həmin məbləği ona əlbə-əl qaydada vermişdir. Daha sonra Eldəniz 31 yanvar 2024-ci il tarixdə beh olaraq ev sahibinin 10.000 manat pul vəsaiti istəməsini ona bildirmiş, əvvəl verdiyi 2.000 manat vəsaiti ona geri qaytarmışdır. Həmin şəxs ilə 31 yanvar 2024-cü il tarixdə, saat 11:00-12:00 radələrində Bakı şəhəri 50 №li notariat ofisində notarial qaydada borc müqaviləsi bağlayaraq 10.000 manat pul vəsaitini vermişdir. Rusiya Federasiyası vətəndaşı olduğu üçün Eldənizlə bu müqaviləni tanışı Azərbaycan Respublikasının vətəndaşı olan Şahid bağlamışdır. Lakin həmin pul vəsaiti özünün olmuşdur. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək torpaq sahəsinin bölgüyə gedəcəyini və bu sənədləşmə üçün də 2.000 manat pul vəsaiti verməli olduğunu bildirmişdir. 07 fevral 2024-cü il tarixdə Qax rayonunda olan zaman oradan Eldənizin ona təqdim etdiyi "xxxx" ASC-i tərəfindən emissiya edilmiş «5239 1517 2782 4545» №li bank kartına ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-in filialının yanında yerləşən «Million» ödəniş terminalı vasitəsilə 2.000 manat ödəyərək qəbzi ona göndərmişdir. Eldəniz torpaq sahəsini tezliklə onun adına keçirəcəyinə söz vermişdir. Həmin gündən bu vaxta qədər Təqsirləndirilən şəxs vədinə əməl etməmiş, müxtəlif bəhanələr gətirərək ona məxsus pul vəsaitimi mənimsəmişdir. Təqsirləndirilən şəxs əməli nəticəsində ona 12.000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, artıq 10 ildən çoxdur ki, tanışı olan T.Guseinov ondan bir məsələ ilə bağlı kömək istəmiş özü də ona yardım etmişdir. Belə ki, 29 yanvar 2024-cü il tarixdə Bakı şəhərində olan zaman Turian özü üçün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindən torpaq almaq istəmiş, «bina.az» elan saytına daxil olaraq Bilgəh qəsəbəsində dəyərindən ucuz qiymətə satışa qoyulmuş torpaq sahəsini almaq üçün özünü makler kimi təqdim edən «Eldəniz» adlı şəxsin «077 311 12 02» mobil telefon nömrəsi ilə əlaqə saxlamış və onunla birlikdə Təqsirləndirilən şəxs ilə həmin ərazidə görüşmüşdür. 18 sot torpaq 190 min manata satılacağı barədə Turian ilə Eldəniz arasında razılıq olmuşdur. Eldəniz evin sənədlərini göstərərək ilkin beh olaraq 2.000 manat istəmiş və Turian onun iştirakı ilə həmin tarixdə həmin ərazidə saat 13:00-14:00 radələrində 2.000 manatı Eldənizə əlbə-əl qaydada vermişdir. Daha sonra Eldəniz 31 yanvar 2024-cü il tarixində beh olaraq ev sahibinin 10.000 manat pul vəsaiti istəməsini Turiana bildirmiş, onlar 31 yanvar 2024-cü il tarixdə saat 11:00-12:00 radələrində Bakı şəhəri 50 №li notariat ofisində notarial qaydada borc müqaviləsi bağlamış və 10.000 manat pul vəsaitini Turian Eldənizə vermişdir. Turian Rusiya Federasiyası vətəndaşı olduğu üçün Eldənizlə bu müqavilə onun adına rəsmiləşdirilmiş, lakin həmin pul vəsaiti Turiana məxsus olmuşdur. İş materiallarında olan və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 09 dekabr 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir. Bundan başqa o, Quba Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 05 noyabr 2020-ci il tarixdə cəzanı çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Daha sonra o Şabran Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş, lakin cinayət işinə xitam verilmiş, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 31 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Əməldə cinayətin obyekti kimi mülkiyyət münasibətləri təşkil edir. Obyektiv cəhətdən bu cinayətin törədilmə üsulu özünə məxsusluğu ilə seçilir. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadə etmə nəzərdə tutur. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Məhkəmə iclasında verilmiş ifadələrdən məlum olur ki, 31 yanvar 2024-cü il tarixdə Şahid ilə Təqsirləndirilən şəxs arasında Bakı şəhəri 50 saylı notariat kontorunda 10.000 manat pula dair borc müqaviləsi bağlanmışdır. Lakin məhkəmə hesab edir ki, şəxsi əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli dələduzluq kimi qiymətləndirilir. Belə ki, təqsirləndirilən şəxs özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edir və onun niyyəti etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək olur. Təqsirləndirilən şəxs üzərinə götürmüş öhdəliyi yerinə yetirmək niyyətində olmur. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən-dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 22 fevral 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2025-ci il tarixdə Bakı şəhəri, 4-cü mkr., ərazisində saxlanılmışdır (səh.,108). Cinayət işinin materiallarında olan 06 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (səh.,102). Cinayət işinin materiallarında olan Qax Rayon Məhkəməsinin 4(024)04/2025 №li, 24 fevral 2025-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 fevral 2025-ci il tarixdən hesablanmaqla, 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza təyin olunarkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətin göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun əvvəllər analoji cinayətə görə dəfələrlə məhkum olunmasını, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü, istintaq orqanından yayındığını, dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «22» fevral 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Maddi sübut olan bir ədəd qəbz cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən «03» (üç) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «22» fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün. (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Maddi sübut olan bir ədəd qəbz cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-17/2025
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-17/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver