Məhkəmə qərarları › İş №1(024)-18/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-18/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-18/2024 22.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1954-cü ildə Naxçıvan Muxtar Respublikası, Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ali təhsilli, evli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 il 6 ay müddətə azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.5 və 68.2-ci maddələrinə əsasən ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2500 manat cərimə cəzasının ödənilməmiş qalan 2200 manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla qəti olaraq 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması və 2200 (iki min iki yüz) manat cərimə cəzası təyin edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, ünvan 3 dustaqlığı qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə Qax rayonu, Tasmalı kənd sakini Zərərçəkmiş şəxs oğlu Şahid Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətində işə düzəldəcəyi barədə yalan vədlər verib, inandırıb aldatmaqla etibarından sui-istifadə etmək yolu ilə Şahid 2023-cü ilin sentyabr ayının 12-də Qax rayonu, Zəyəm kəndində yerləşən “Star” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə öz adına olan “Kapital Bank”a məxsus 4169 7388 6283 0589 nömrəli hesabına göndərdiyi 500 manat pulu, 2023-cü ilin sentyabr ayının 21-də Qax rayonu, Zəyəm kəndində yerləşən “Star” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərdiyi 1200 manat pulu, “Beynəlxalq Bank”ın mobil tətbiqi vasitəsilə 2023-cü ilin sentyabr ayının 24-də göndərdiyi 2000 manat pulu, “Beynəlxalq Bank”ın mobil tətbiqi vasitəsilə 2023-cü ilin sentyabr ayının 27-də göndərdiyi 100 manat pulu, “Beynəlxalq Bank”ın mobil tətbiqi vasitəsilə 2023-cü ilin sentyabr ayının 28-də göndərdiyi 550 manat və Qax rayonu, Qorağan kəndində yerləşən “Stop Shop” marketdə olan “MilliÖn" ödəmə terminalı vasitəsilə göndərdiyi 2650 manat pulu, 2023-cü ilin oktyabr ayının 18-də “Unibank’a məxsus “Leobank” mobil tətbiq vasitəsilə göndərdiyi 1500 manat pulu ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni, 8500 (səkkiz min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-cu ildən 2015-ci ilin may ayına qədər Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət və Dövlət Agentliyi İdarəsində baş məsləhətçi vəzifəsində işləmiş, 2015-ci ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. Təxminən 2023-cü ilin iyul ayında Bakı şəhərində tanışı Əkbər Nəsirovla görüşən zaman Əkbər ona tanışı Fərman adlı şəxsin oğlu X2 Nazirliyində X5 Xidmətində işə düzəlməsinə köməklik etməsini ondan xahiş etmişdir. Bir-neçə gün sonra Hidayətlə görüşmüş və işinin düzəlməsi üçün ilkin olaraq 12 sentyabr 2023-cü il tarixdə 500 manat pul tələb etmişdir. Bundan sonra Hidayət onun eyni kart hesabına 12 sentyabr 2023-cü il tarixində 500 manat pul göndərmişdir. Daha sonra Hidayət onun kart hesabına 21 sentyabr 2023-cü il tarixdə 1200 manat, 24 sentyabr 2023cü il tarixdə 2000 manat, 27 sentyabr 2023-cü il tarixdə 100 manat, 28 sentyabr 2023-cü il tarixdə 3200 manat, 18 oktyabr 2023-cü il tarixdə 1500 manat olmaqla ümumilikdə 8500 (səkkiz min beş yüz) manat göndərmişdir. Hidayətin atası Fərman ilə danışan zaman, Fərmana narahat olmamasını, Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə tanışlarının olduğunu deyərək işinin düzələcəyini vəd etsə də, əslində həmin vəzifələrdə heç bir tanışı olmamışdır. 12 yanvar 2023-cü il tarixdə Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda Zərərçəkmiş şəxs vurduğu 8500 (səkkiz min beş yüz) manat ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsla barışıq əldə etmişlər. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, tanışı Əkbər vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Mehriban Manafov onun oğlu X3 Nazirliyində işə düzəldəcəyini vəd etmiş və 2023-cü ilin sentyabr ayının əvvəllərində oğlu Hidayətlə Bakı şəhərində görüşərək bu işin düzəlməsi üçün ilkin olaraq 500 manat pul lazım olduğunu demişdir. O da həmin pulu Mehribanın kart hesabına göndərməsi üçün Hidayətə vermişdir. Hidayət həmin pulu Mehribanın kart hesabına göndərmiş, bundan sonra, 2023-cü ilin sentyabr- oktyabr ayları ərzində Hidayət ondan ümumilikdə 8500 (səkkiz min beş yüz) manat pul alaraq Mehribanın kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxs 8500 (səkkiz min beş yüz) manat pulu tam alıb qurtardıqdan sonra ona və oğluna hər gün müxtəlif bəhanələr gətirərək işin düzələcəyini desə də vədinə əməl etməmişdir. O da Qax RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu 8500 (səkkiz min beş yüz) manat maddi ziyanı məhkəmənin gedişində verərək, ona vurduğu ziyanı tam ödəmişdir. O da Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. O, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs oğludur. Təqsirləndirilən şəxs ilə Əkbər Nəsirov vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs onu Fövqəladə Hallar Nazirliyində X5 Xidmətində işə düzəldəcəyini vəd edərək ondan 2023-cü ilin sentyabr ayında ilkin olaraq 500 manat pul lazım olduğunu demiş, bu barədə atası Fərmana deyərək ondan 500 manat pulu almış və Mehribanın kart hesabına göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs işin düzəlməsi üçün hissə-hissə olmaqla ondan 2023-cü ilin sentyabr-oktyabr ayları ərzində ümumilikdə 8500 (səkkiz min beş yüz) manat pul tələb etmiş, o da həmin məbləğləri hissə-hissə Mehribanın kart hesabına göndərmişdir. Mehribana göndərdiyi pulları atası Fərmandan almışdır. Lakin Mehriban vədinə əməl etməmiş və onu işə düzəltməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 20-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs istintaq orqanına təqdim etdiyi “Kapital Bank”a aid kartdan görünür ki, "Kapital Bank”a məxsus 4169 7388 6283 0589 nömrəli kart hesabı Təqsirləndirilən şəxs məxsusdur. İşin 6-13-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 8 (səkkiz) ədəd ödəmə qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”a məxsus 4169 7388 6283 0589 nömrəli kart hesabına 12 sentyabr 2023-cü il tarixdə Qax rayonu, Zəyəm kəndində yerləşən “Star” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə 500 manat, 21 sentyabr 2023-cü il tarixdə Qax rayonu, Zəyəm kəndində yerləşən "Star” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə 1200 manat, 24 sentyabr 2023-cü il tarixdə “Beynəlxalq Bank”ın mobil tətbiqi vasitəsilə 1500 manat və 500 manat olmaqla, ümumilikdə 2000 manat, 27 sentyabr 2023-cü il tarixdə “Beynəlxalq Bank”ın mobil tətbiqi vasitəsilə 100 manat, 28 sentyabr 2023-cü il tarixdə “Beynəlxalq Bank”ın mobil tətbiqi vasitəsilə 550 manat və Qax rayonu, Qorağan kəndində yerləşən “Stop Shop” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə 2650 manat olmaqla, ümumilikdə 3200 manat və 18 oktyabr 2023-cü il tarixdə “Unibank”a məxsus “Leobank” mobil tətbiq vasitəsilə 1500 manat pul göndərilmişdir. İşin 91-93-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 310-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29, 178.2.1, 29, 178.2.4, 29, 178.2.2 və 310-cu maddələri ilə ********* nömrəli cinayət işinin istintaqı aparılaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işinin istintaqı aparılaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Onun həmin hökm üzrə məhkumluğu ödənilməmiş və cərimə cəzası tam ödənilməmişdir. Cinayət işinin materiallaırna əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 il 6 ay müddətə azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.5 və 68.2-ci maddələrinə əsasən ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2500 manat cərimə cəzasının ödənilməmiş qalan 2200 manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla qəti olaraq 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması və 2200 (iki min iki yüz) manat cərimə cəzası təyin edilmiş və cərimə cəzasının müstəqil icra olunması hökm edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq olunmuş Bakı şəhər Probasiya İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 66.5 və 68.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)-24/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2500 manat miqdarında cərimə cəzasının ödənilməmiş qalan 2200 manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 2200 manat cərimə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin 1(004)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü və onun icrası barədə xx.xx.2024-cü il tarixli göstərişi azadlığın məhdudlaşdırılması cəzası hissəsində xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə idarəyə gələrək qeydiyyatdan keçmiş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Yasamal Rayon Məhkəməsinin 1(004)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixə 08 gün hissəsi çəkilmiş, 01 il 05 ay 22 gün hissəsi çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, CM-nin 66.5 və 68.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)- 24/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2500 manat miqdarında cərimə cəzasının ödənilməmiş qalan 2200 manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 2200 manat cərimə cəzası təyin edilməsinə dair Yasamal Rayon Məhkəməsinin 1(004)-31/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü, hökmün icrası barədə xx.xx.2024-cü il tarixli göstərişi cərimə cəzası hissəsində xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bu günə kimi məhkum Təqsirləndirilən şəxs tərəfindən hökmlə ona təyin edilmiş 2200 manat cərimə cəzasının heç bir hissəsi onun tərəfindən ödənilməmişdir. İşin 28-29-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 11:50-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 66-75-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 15 yanvar 2024cü il tarixli 4(024)-1/2024 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və barəsində 15 yanvar 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətə məhkəmənin öz təşəbbüsü ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 8500 manat maddi ziyanı məhkəmə istintaqı zamanı tam ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və heç bir şikayət və tələbi yoxdur. İşin 140-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 56 saylı MKİS-nin rəisinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İşin 141-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 56 saylı MKİS-nin nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 nömrəli qərarının 1-4-cü bəndlərində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddələrində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.1-ci və 18.4.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.5 və 68.2-ci maddələrinə əsasən ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2500 manat cərimə cəzasının ödənilməmiş qalan 2200 manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla üzərində qəti olaraq 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması və 2200 (iki min iki yüz) manat cərimə cəzası təyin edilmiş və cərimə cəzasının müstəqil icra olunması hökm edilmişdir. Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixə 08 gün hissəsi çəkilmiş, 01 il 05 ay 22 gün hissəsi çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)-24/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2500 manat miqdarında cərimə cəzasının ödənilməmiş qalan 2200 manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 2200 manat cərimə cəzası təyin edilməsinə dair Yasamal Rayon Məhkəməsinin 1(004)-31/2024 saylı hökmü hökmü üzrə məhkum Təqsirləndirilən şəxs tərəfindən hökmlə ona təyin edilmiş 2200 manat cərimə cəzasının heç bir hissəsi onun tərəfindən ödənilməmişdir Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Yuxarıda qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən onun barəsində qeyd olunan məhkəmə hökmləri üzrə məhkumluğu ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum olunduğu üçün onun əməlində cinayətin residivi yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 310, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti qəsdən törətməsi cinayətlərin residivi kimi qəbul edilməməli, lakin şəxsin məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi cəza təyin edilərkən şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin əməlində CM-in 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CMnin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını və ahıl yaşda olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənini 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurduğu ziyanı tam ödəməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməli, CM-nin 66.5 və 68.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 1(004)-31/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası və cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət azadlıqdan məhrum etmə cəzasının 1 gününə 2 gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalı və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, eləcə də ünvan 2 ünvanında, yerləşən yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 68.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 1(004)- 31/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 2200 (iki min iki yüz) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 9 (doqquz) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlandığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 1 (bir) il 2 (iki) ay 18 (on səkkiz) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 2200 (iki min iki yüz) cərimə cəzası saxlanılsın. CM-in 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, eləcə də ünvan 4 ünvanında yerləşən yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar