Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-19/2024 04.04.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 14:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs:Təqsirləndirilən şəxs-xx.xx.1988-ci ildə Rusiya Federasiyası, Perm vilayətinin Dobryanka şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 cəza çəkən. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 02 mart 2024-cü il tarixdə saat 21 radələrində ictimai yer hesab edilən Qax şəhəri Azərbaycan prospektində yerləşən kafedə və kafenin yan tərəfində olan avtomobil ehtiyatı hissələrinin satışı mağazasının qarşısında, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydaları normalarına saymamazlıq göstərərək, ictimai qaydanı kobudcasına pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, tanışı Zərərçəkmiş şəxs onunla zarafatlaşmasını bəhanə edərək ilk öncə sonuncuya qarşı ucadan nalayiq söyüşlər söydükdən sonra qəsdən yumruqla bir dəfə sifət nahiyəsinə zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılan zaman qəsdən sağ ayağı ilə sifət nahiyəsinə bir daha zərbə vuraraq hər iki gözaltında qançır, burnun yumşaq toxumalarının şişkinliyi və qançırı, burun sümüklərinin yerini dəyişməyən qapalı sınığı ilə müşaiyət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tanıyır. 02 mart 2024-cü il tarixdə saat 17-18 radələrində Şahmat məktəbinin arxasında Vüqar və Yusif adlı dostları ilə birlikdə oturub yeyib-içən zaman yaxınlıqda qoyun otaran Elxanı da süfrələrinə dəvət etmiş və yeyib-içmişlər. Daha sonra isə həmin günü saat 20-21 radələrində birlikdə Azərbaycan prospektində yerləşən kafeyə getmiş və yeyib-içməyə davam etmişlər. Həmin vaxtı Elxan onun atasının ünvanına zarafatla söymüş, ona atasının şəhid olduğunu desə də arxasınca anasının ünvanına söymüşdür. Elxanın hərəkətlərinə dözə bilməyib kafedə narazılıq və narahatlıq olmaması üçün onu çölə çıxartmış və onu kafenin yanında olan köhnə maşın ehtiyyat hissələri satan mağazanın yanın apararaq sifətinə yumruqla vurmuş və Elxanın ağzından qan gəlmişdir. Elxan yerə yıxılıb özündən getmişdir. Bundan sonra təcili tibbi yardım çağırmış və onu xəstəxanaya aparmışlar. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmışdır. Elxan da onu bağışlamışdır. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışdığını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. 02 mart 2024-cü il tarixdə günorta saatlarında Qax şəhərində yerləşən Şahmat məktəbinin arxasındakı boş sahədə qoyun otaran zaman oarada yeyib-içən Elşən, Vüqar və Yusif onu da süfrələrinə dəvət etmişlər. Onlarla birlikdə oturub yeyib-içdikdən sonra heyvanları dama salmış və həmin günü saat 21 radələrində Qax şəhəri Azərbaycan prospektində yerləşən Sahib adlı şəxsin işlətdiyi kafedə yeyib-içmişlər. Kafedə Elşənlə zarafatlaşan zaman onun xoşuna gəlməmiş və əynindəki gödəkcədən tutub onu dartışdırmağa başlamışdır. Elşəndən belə etməsinin səbəbini soruşanda “söhbətin xoşuma gəlmədi, əlimin içi qaşınır, səni döymək istəyirəm” demişdir. Ondan əl çəkməsini desə də ünvanına söyüş söyə-söyə onu dartışdırmağa davam etmişdir. Vüqar və Yusif Elşənə hərəkətlərinə son qoymasını xahiş etsə də o ondan əl çəkmək istəməmişdir. Səs-küyə kafeni işlədən bir nəfər şəxs gəlib onu sakitləşdirməyə çalışmış, lakin Elşən ona da məhəl qoymamışdır. Həmin adam müştərilərin narahat olduğunu, sakit olmadıqları təqdirdə kafedən çıxıb başqa yerdə dava-dalaş etməyi və oradan çıxıb getməyi demişdir. Elşən də onu söyə-söyə yaxasından tutub dartıb çölə çıxartmışdır. Elşən kafenin yan tərəfində olan avtomobil ehtiyatı hissələrinin satışı mağazasının qarşısında yaxasından tutub onu söyərək ilk öncə bir dəfə yumruqla sifətinə vurmuş, yumruğun təsirindən yerə yıxılan zaman ayağı ilə sifətinə zərbə vurmuşdur. Elşənin hərəkətləri ümumilikdə 10-15 dəqiqə davam etdiyini, həmin vaxtı Elşənin ünvanına nalayiq ifadələr işlətdiyini, hadisə zamanı Elşəni vurmadığını, ona qarşı nalayiq ifadələr işlətmədiyini qeyd etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o da Elşəni bağışlayaraq onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 02 mart 2024-cü il tarixdə saat 15 radələrində Qax şəhərində yerləşən Şahmat məktəbinin arxasındakı boş sahədə Vüqar və Elşən oturub çörək yeyən zaman yaxınlıqda heyvan otaran Elxanı da süfrəyə dəvət etmişlər. Birlikdə yeyib-içdikdən sonra Elxan yeyib-içməyə davam etmək üçün evdən pul gətirib gələcəyini demiş və heyvanları mal damına salıb geri qayıtmışdır. Həmin günü saat 20-21 radələrində yeyib-içməyi davam etdirmək üçün Qax şəhəri Azərbaycan prospektində yerləşən Sahibin işlətdiyi kafeyə getmişlər. Kafedə oturub çörək yeyən zaman Elşənlə Elxan zarafatlaşmağa başlamışlar. Bu zaman Elxanın zarafatları Elşənin xoşuna gəlməmiş və Elşən əsəbləşməyə başlamışdır. Elşən Elxanın əynindəki gödəkcədən tutub onu dartışdırmış, ona söyüş söymüşdür. Özü və Yusif Elşənə hərəkətlərinə son qoymasını xahiş etsələr də o qışqıraraq mübahisəsinə davam etmişdir. Həmin vaxtı kafedə çoxlu müştəri olmuşdur. Kafenin sahibi onlara yaxınlaşaraq müştərilərin narahat olduğunu, sakit olmadıqları təqdirdə kafedən çıxıb başqa yerdə dava-dalaş, mübahisə etməyi və oradan çıxıb getmələrini demişdir. Onlar mübahisə edəndə Yusif çölə çıxmış, özü isə telefonla məşğul olmuşdur. Elşən Elxanın əynindəki gödəkcəsindən tutub onu çölə çıxartmışdır. Onların söhbət edib geri qayıdacaqlarını düşünmüşdür. Aradan 3-5 dəqiqə sonra çöldən səs-küy gəldiyi üçün tez çölə çıxanda kafenin yan tərəfində olan avtomobil ehtiyyatı hissələrinin satışı mağazasının qarşısında Elxanın yerdə uzandığını və sifətinin qan içində olduğunu, Elşənin də əli cibində onun başının üstündə dayandığını görmüşdür. Özü və Yusif Elxanı ayağa qaldırıb təcili yardım maşını gəlməyini gözləmişlər. Elşəndən nə baş verdiyini soruşanda söyüş söydüyü üçün Elxanı döydüyünü demişdir. Bir qədər sonra təcili yardım maşını gəlmiş və Elxanı xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid3 Şahid1 ifadəsi ilə analoji ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 14-16-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 30 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər iki gözaltında qançır, burnun yumşaq toxumalarının şişkinliyi və qançırı, burun sümüklərinin yerini dəyişməyən qapalı sınığı - bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Qax RMX-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə burun nahiyəsinə kəllə ilə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd: Üst çənədə sağ kriesli 2-ci dişin tac hissəsinin 1/3-nin sınığı xəstəlik olub, travma ilə əlaqəsi yoxdur. İşin 42-43-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə Qax şəhəri Azərbaycan prospektində yerləşən kafedə və kafenin yan tərəfində olan avtomobil ehtiyatı hissələrinin satışı mağazasının qarşısında, ona qarşı ucadan nalayiq sözlər dedikdən sonra yumruqla bir dəfə sifət nahiyəsinə vuraraq yerə yıxdığını və ayağı ilə onun sifətinə vurduğunu göstərmişdir. İşin 61-65-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ İdarəsinin verdiyi xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qax rayon məhkəməsinin xx.xx.2024-cü iul tarixi qərarına əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzası 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşin 38-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024cü il tarixli, 442 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və onun ailə tərkibi onun özündən və anası X1 ibarətdir. İşin 39-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin 1(024)-9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə onun üzərinə qoyulmuş vəzifələrini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırdığı üçün həmin hökmlə ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzası 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəb və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Elə bu mövqedən yanaşsaq, deyə bilərik ki, hadisənin ümumi mənzərəsi və cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş vermişdir. Yəni cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs insanlar arasında uzun müddətdən bəri bərqərar olmuş və mövcud olan etik-davranış qaydalarını pozmaqla, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan mübahisə edərək zərərçəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq etmişdir. Eyni mövqe B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında da nümayiş etdirilmişdir. Belə ki, burada göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməluni törətmiş, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi vardır, həmin əməl Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs tərəfindən törədilmişdir, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını CM-59.1.12, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs Qax rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qax rayon məhkəməsinin xx.xx.2024-cü iul tarixi qərarına əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzası 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Lakin cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsində nəzrədə tutulan cinayət əməlini törədən zaman azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğu üçün onun əməlində cinayətin resdivi yoxdur. Onun əməlində CM-in 61.1-ci maddəsində göstrilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi, tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Ona görə də məhkəmə bu qənaətdədir ki, bütün hallarda cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxslərə təyin ediləcək cəza heç bir halda həm cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin özünə, həm də onun ailəsinə, yaxınlarına sitəm vermək xarakteri daşımamalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, CM-nin 67.1-ci maddəsinə əsasən Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixi qərarına əsasən ona təyin edilən 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından onun həbsdə olduğu 31 (otuz bir) gün çıxılmaqla 01 (bir) il 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmasını, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini və cəzasının əvvəlinin hökm elan olunduğu xx.xx.2024-cü il tarixdən hesablanmasını qanuni və əsaslı hesab edir. Sadələşdirilmiş icraat materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı bir qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixi qərarına əsasən ona təyin edilən 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından onun həbsdə olduğu 31 (otuz bir) gün çıxılsın və onun çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökmün elan olunduğu 04 aprel 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №1(024)-19/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-19/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver