Məhkəmə qərarları › İş №1(024)-2/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-2/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-2/2024 28.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Saat: 14:30-da Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədlliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Zaqatala rayonu, Bəhmətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əlilliyi olmayan, Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü tarixli 1(012)-19/2023 saylı hökmünə əsasən CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, məhkumluğu ödənilməyən, Zaqatala rayonu, Bəhmətli kəndində qeydiyyatda olmaqla, tutulana qədər həmin kənddə yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(024)-34/2023 nömrəli qərarına əsasən barəsində axtarış elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddəti 2 ay müəyyən edilmiş və həbs etmənin əvvəli onun tutulduğu andan hesablanmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs elan olunmuş ittihamın mahiyyəti ondan ibarətdir ki, o təkrarən zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, barəsində Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1. 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və həmin əməl üzrə Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsində göstərilən əsasların olmamasına baxmayaraq təkrar, tamah niyyəti ilə qəsdən özgə əmlakını təkrarən gizli yolla talama məqsədi ilə 09 dekabr 2022-ci il tarixdə, gecə saat 02:00 radələrində tanışı Zaqatala rayon sakini Zərərçəkmiş şəxs ilə birlikdə Qax şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Qax-mehmanxana hostelinin 2-ci mərtəbəsinin 1 nömrəli otağında qalan zaman Zərərçəkmiş şəxs hamam otağında olmasından istifadə edərək otaqda olan Zərərçəkmiş şəxs məxsus qara rəngli gödəkcənin sağ yan cibindən 5000 (beş min) manat pulu gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5000 (beş min) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 4850 manat borc pul götürmüşdür. Onlar birlikdə Bakı şəhərindən çıxaraq Qəbələ rayouna gəlmiş, bir gün Qəbələ rayonunda qalmış, daha sonra isə Qax rayonuna gəlmiş və iki gün də orada qalmışlar. Pulu götürməmişdir, ancaq özünü təqsirli bilir. Çünki Elmirdə 5000 manat pul olmamışdır. Bakı şəhərindən 4850 manat pulla yola çıxmışlarsa, Elmirdə 5000 manat pul necə ola bilərdi. Bir gün Qəbələ rayonunda istirahət etmiş, ondan sonra Qax rayonuna gələrək İlisu kəndində Uludağ istirahət mərkəzində qalmış, bir gecə də orada istirahət etmişlər. Bundan sonra isə Qax rayonuna düşərək bir neçə restoranda yemək yemişlər. Daha sonra başqa oteldə qalmışlar. Necə ola bilər ki, 4850 manat 5000 manat kimi Elcanın cibində qalmışdır?. Həmin pulla iş görməyə gəlmişlər, yəni fındıq almalı idilər. Lakin ala bilməmişlər. Sonra isə bu iş üzrə Bakı şəhərində görüşmüşlər ki, adama nə qədər pul düşürdüsə ortalıqda xərclənmişdir, bağlasınlar. Elmir isə pulun faizə götürüldüyünü bildirmişdir. 4850 manat pula görə 7750 manat pul istəmişlər. O, adama nə qədər pul düşürsə, böləcəklərini və bununla da söhbətin bağlanmasını demişdir. Elə olmuşdur ki, o həbs olunmuş, Kürdəxanıda saxlanıldığı müddətdə Elmir Qax rayonuna gələrək polisə cibindən 5000 pul oğurlanması barədə şikayət etmişdir. Necə olub ki, Elmir həmin günü Qaxda düşüb polisə izahat verə bilmirdimi ki, otel otağında onun cibindən 5000 manat pul oğurlanmışdır. Nəyə görə Bakı şəhərinə gəldi onunla görüşüb oturub yeyib-içmişlər və bu işin bir çıxış yolunu tapmaları barədə söhbət etmişlər. O tutulduqdan sonra isə gedib izahat vermişdir. Bunu əvvəlcədən deyərdi ki, onun cibindən 5000 manat pul oğurlanıb. Yenə də təkrar edir ki, 4850 manat pul necə 5000 manat ola bilir?. Həmin vaxt Elmirin avtomobili faizə qoyulmuş və pul götürülmüşdür. O, 2023-cü ilin yanvar, yaxud fevral ayında tutulmuşdur. Elmirin cibindən pul oğurlamamışdır. Sadəcə olaraq şikayət olunub və o da istəyir ki, məhkəmə yekunlaşsın. Hər dəfə məhkəməyə gəlib-getməkdən yorulub. Həmin puldan 2023-cü ildə Elmirə məhkəmədə 1900 manat ödəmişdir. Lakin Elmir ərizəni geri götürməmişdir. Bir gecədə 1400 manat pul xərcləmişlər. Uludağ istirahət Mərkəzində gecə saat 10 radələrində 100 manat pul verib hovuzu açdırmışlar ki, yoldaşlar isti suda çiməcəklər. 4800 manat puldan Elmirdə 3000 manat pul qalmış, 3000 manat pul da onun üzərində olmuşdur. Elmir Qəbələdə 3000 manat pulu ona vermişdir ki, kiməsə beh verəcəkdir. Beh işi alınmamış və həmin pul onda qalmış, qalan pul isə xərclənmişdir. Elmir oteldən çıxanda onda 100 və ya 150 manat pul olmuşdur. Bir adam bir gecədə 1400 manat pul xərcləyirsə, yəni yoldaşları gəlib yeyib içirsə, 5000 manat pul azdır. Elmirin gödəkçəsinin cibindən pul götürməmişdir. Əgər götürmək niyyəti var idisə Qax rayonunda yox, pul xərclənməmiş, Qəbələ rayonunda götürməli idi. Elmirə Bakı şəhərinə qayıtmağı təklif etmiş, Elmir isə rayona gedəcəyini və bazar ertəsi günü gələcəyini demişdir. O da həmin gecə həmkəndlisinin taksi avtomobilinə otelin qabağında əyləşərək Bakı şəhərinə getmişdir. Həmin vaxt 3000 manat pul onun üzərində olmuşdur. Yəmin onların danışığı elə olmuşdur ki, bu pulu götürüb iş görürlər. İşdən 20000 manat gəlir əldə etməli, borc götürdükləri adamın borclarını ödəməli, qalan pulu isə bərabər bölməli idilər. İşi alınmadığı üçün də pulu bölə bilməmişlər. 3000 manat pul onda qalmışdır. Bakı şəhərində Elmirlə görüşmüşlər. 4850 manatın, yaxud fərz etsinlər ki, 5000 (beş min) manat puldan hər kəsə nə qədər düşürsə 3000 manat onda qalıb, 2000 manatı da Elmir versin, birlikdə 1400 manat pul xərcləmişlər¸ onun da xərcini öz aralarında bölüşdürsünlər. Bölüşə bilmədikləri üçün də axırı gəlib bura çıxmışdır. Əvvəlki məhkəmədə 1900 manat pul ödəmişdir. Demişdir ki, Elmir ərizəsini geri götürərsə yenə də Elmirə köməklik edər. Elmir isə ərizəsini geri götürməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və etdiyi əməldən peşmançılıq hissi keçirir. Odur ki, qeyd etdiyi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla onu qonşusu tanış etmişdir. Onlar Qəbələ rayonundan fındıq almalı idilər. Pulları olmadığı üçün qonşunun avtomobilini girov qoymuş, 15 gün ərzində 6500 manat qaytarmaq şərti ilə 5000 manat pul götürmüşdür. Pulu Sumqayıt şəhərindən götürmüş, Qəbələ rayonuna gəlmişlər. Borc götürülən pulun istirahətə aidiyyatı yoxdur. Onun cibində pul olmuşdur. Qəbələ şəhərində fındıqla bağlı bir nəfərlə söhbət etmiş, həmin şəxs fındığı göndərəcəyini demişdir. Qəbələdən Qax rayonuna birlikdə gəlmiş, istirahət etmiş və yeyib içmişlər. Ancaq xərclənən pulların borc götürdükləri 5000 manat pula aidiyyatı olmamışdır. Bu Əlinin avtomobilinin pulu olmuşdur. Gecə hamama girmiş, Elcan ona əmisinin oğlunun gələcəyini və 10-15 dəqiqəyə qayıdacağını demişdir. O, hamama girmiş, pul kisəsinə baxmamışdır. Pul kisəsində 105 manat pul qalmış, 5000 manat isə gödəkçəsinin cibində olmuşdur. Elcan gəlmədiyi üçün ona zəng etdikdə gələcəyini demiş, o isə yatmışdır. Səhər qalxıb yeməyini yemiş, pul kisəsinə baxdıqda 105 manat pulunun yerində olduğunu, gödəkçəsinin cibinə baxdıqda isə 5000 manat pulun götürüldüyünü görmüşdür. Elcana zəng vurduqda Zaqatala rayonu Varxiyan kəndində olduğunu demişdir. O, avtomobilə əyləşərək Varxiyan kəndinə getmiş, Elcan müxtəlif bəhanələr edərək qardaşı, sonra xalası və müxtəlif yerlərdə olmasını bildirərək bəhanələrlə onu aldatmışdır. O, Elcanın qardaşını axtarıb tapmış, belə bir məsələ olduğunu demiş, həmin vat qardaşı onun belə bir qardaşı olmadığını, onun əlindən bezdiyini demişdir. Qardaşı Elcanın anasının nömrəsini vermiş, o da məcbur qalaraq Elcanın anasına zəng edərək belə bir məsələ olduğunu, faizlə pul götürdüyünü və həmin pulun verilməli olduğunu demişdir. Anası cavabında polisə, məhkəməyə verməsini, məhkəmə vasitəsi ilə pulu almasını demişdir. O, Elcanı nə polisə, nə də məhkəməyə vermək fikrində olmamışdır. 10 gün Badamdarda Elcanın qapısında onu gözləmişdir. Hazırda da maşınını sataraq faizə görə 8000 manat ödəmişdir. Ödənilməli məbləğ 7400 manat olmuş, lakin 1 saat gecikməyə görə faiz hesablanaraq 8000 manat təşkil etmişdir. Elcanın qardaşını izləyib onun evini tapmışdır. Həmin evin yerini də polislərə o göstərmişdir. 5000 manat pul özündə olmuş, Elcana 3000 manat hissəsini verməmişdir. Həmin pulun 3000 manatı 100 manatlıq, 2000 manatı isə 50 manatlıq əskinazlar olmuşdur. Oğurluq nəticəsində ona 5000 manat maddi ziyan dəymişdir. Elcan hazırda ona dəymiş maddi ziyanı tam olaraq ödəmişdir, onunla barışmış, təqsirləndirilən şəxs barədə hər hansı şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən zaman Şahid ifadəsində göstərdi ki, o oteldə işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 1 gün oteldə görmüşdür. Elcanla Elmir bir gün onun işlədiyi oteldə qalmışlar. Həmin gecə o növbədə olmuşdur. Həmin vaxt heç bir səsküy və pulun oğurlanması barədə mübahisə olmamışdır. Onlar müştəriləri otaqlara buraxdıqdan sonra əgər səs-küy olarsa otaqlara yaxınlaşırlar. Yalnız polis tərəfindən ondan izahat alınan zaman oğurluq olması barədə məlumatı olmuşdur. Elcanın nə vaxt çıxıb getməsini görməmişdir. Elmir isə o növbəni təhvil verib getdikdən sonra oteli tərk etmiş, onun da getdiyini görməmişdir. Elmirin pulun oğurlanması barədə otel işçilərinə müraciət etməsini də eşitməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Hadisə yerinə baxış keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Qax şəhəri, N.Nərimanov küçəsində yerləşən Qax mehmanxana hosteldir. Hostel 3 mərtəbəli olmaqla giriş qapısı üzərində böyük hərflərlə Hostel yazılmışdır. Hostelin ətrafında ağacları vardır və yaxınlığından asfalt örtüyü olan yol keçir. Baxış zamanı Zərərçəkmiş şəxs 09 dekabr 2022-ci il tarixdə tanışı Zaqatala rayon sakini Təqsirləndirilən şəxs ilə hostelin ikinci mərtəbəsinin 1 nömrəli otağında qaldığını, gecə saat 02 radələrində hamamda çimən zaman Elcanın onun gödəkçəsinin sağ yan cibindən 5000 (beş min) manat pulunu götürdüyünü, bundan səhəri gün xəbəri olduğunu bildirmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Şirinov X8 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 1300 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü ildə Milli Məclisin xx.xx.2013-cü il tarixli amnistiya haqqında qərarının 1.7-ci bəndi tətbiq edilməklə təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü tarixli hökmü həmin hökmdə göstərilən digər təqsirləndirilən şəxs X3 münasibətdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv edilərək Mahir Novruzlu CM-nin 73-1-2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü tarixli 1(012)-19/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(105)- 401/2023 nömrəli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü tarixli 1(012)-19/2023 saylı hökmü X3 aid hissədə ləğv edilmiş və CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs Mahir Novruzlu CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, barəsində CM-nin həmin maddələri ilə olan cinayət işinin icraatına xitam verilmişdir. Zaqatala rayon icra və probasiya şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki. Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü tarixli 1(012)-19/2023 saylı hökmü və göstərişi xx.xx.2023-cü il tarixdə Zaqatala rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs qeydiyyatdan keçmək üçün Zaqatala rayon icra və probasiya şöbəsinə gəlmədiyi üçün axtarışa verilmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(033)-27/2023 saylı qərarına əsasən məhkumun 07 gün müddətə tutulması barədə qərar qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkməmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ Zaqatala RMX PHŞ-nin 01 mart 2023-cü il tarixli 6-78/2-253/2023 saylı məktubundan görünür ki, Şirinov X8 RMX PHŞ-nin Poliklinika şöbəsinin psixiatrik və narkoloji xəstəlikləri kabinetində dispanser qeydiyyatında yoxdur. Zaqatala RİHB-nın Bəhmətli kənd İƏDÜN-nin verdiyi xx.xx.2023-cü il tarixli 5-82-16/2- 210/2023 saylı arayışdan görünür ki, Şirinov X8 rayonu Bəhmətli kəndində yaşayır, onun ailə tərkibi onu özündən, arvadı X1 və oğulları X2 və X4 ibarətdir. Zaqatala RİHB-nın Bəhmətli kənd İƏDÜN-nin verdiyi 14 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bəhmətli kəndində yaşadığı müddətdə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 23 sentyabr 2024-cü il tarixdə saat 12.18 radələrində Rusiya Federasiyasından Azərbaycan Respublikasına ekstradisiya olunan 19 avqust 1984-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs məxsus C01462666 nömrəli ümumvətəndaş pasportu "Samur" sərhəd nəzarəti şöbəsində rəsmiləşdirilən zaman İAMAS-ın məhdudiyyət siyahısında “İnterpol” tərəfindən "Saxla" statusu qoyulduğu və "sərhədkeçmə əlaqələrinin pozuntusu" verdiyi üçün sərhəd naryadı tərəfindən saxlanılmışdır. Saxlanılan şəxs Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs “interpol” tərəfindən "Saxla" statusu qoyulduğu üçün 89 nömrəli aktla Ədliyyə Nazirliyi Penitensiar Ximətinin əməkdaşlarına təhvil verilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs deməsinə görə 2023cü ildə dövlət sərhədini Zaqatala rayonunun ərazisindən qanunsuz yolla keçərək Azərbaycan Respublikasından Gürcüstan istiqamətində getmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(024)-34/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilərək həbsdə saxlanılma müddəti 2 ay müəyyən edilməsi və həbs etmənin əvvəlinin onun tutulduğu andan hesablanması, Təqsirləndirilən şəxs axtarılıb tapılanadək iş üzrə icraat dayandırılması qərara alınmışdır. Qax RPŞ-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-87/2-15153/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(024)-34/2023 nömrəli qərarına əsasən xx.xx.2023-cü il tarixdə 480119/23 nömrəli axtarış işi açılmış, xx.xx.2023-cü il tarixdən dövlətlərarası axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdə interpol kanalları ilə beynəlxalq axtarış elan olunmuşdur. Keçrilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasının Soçi şəhərində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Krasnodar diyarının Soçi şəhərinin Mərkəzi Dairə Məhkəməsinin qərarı ilə onun barəsində 40 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına ekstradisiya edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsinə yerləşdirilmişdir. Axtarışda olan Təqsirləndirilən şəxs barəsində 480119 nömrəli axtarış işi xx.xx.2024-cü il tarixdə xitam edilmişdir. Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiə üzrə şöbəsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə CM-in 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina edilməsi ilə bağlı Rəyindən görünür ki, həmin cinayət işi Qax RPŞ-nin İQ-də CM-in 177.1-ci maddəsi ilə, xx.xx.2023-cü ildə başlanılmış, xx.xx.2023-cü ildə cinayət işi üzrə əməl CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif olunmuş, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş, barəsində olan başqa cinayət işi üzrə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, xx.xx.2023-cü ildə cinayət işi üzrə ittiham aktı Qax rayon prokuroru tərəfindən təsdiq olunaraq cinayət işi baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilmiş, xx.xx.2023-cü ildə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilmiş, təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilimşdir. Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, barəsində Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və həmin əməl üzrə Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsində göstərilən əsasların olmamasına baxmayaraq təkrar, tamah niyyəti ilə qəsdən özgə əmlakını təkrarən gizli yolla talama məqsədi ilə 09 dekabr 2022-ci il tarixdə, gecə saat 02:00 radələrində tanışı Zaqatala rayon sakini Zərərçəkmiş şəxs ilə birlikdə Qax şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən X7 2-ci mərtəbəsinin 1 nömrəli otağında qalan zaman Zərərçəkmiş şəxs hamam otağında olmasından istifadə edərək otaqda olan Zərərçəkmiş şəxs məxsus qara rəngli gödəkcənin sağ yan cibindən 5000 (beş min) manat pulu gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5000 (beş min) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ilə birlikdə hosteldə qalan zaman sonuncunun hamam otağında olmasından istifadə edərək otaqda olan ona məxsus gödəkcənin cibindən 5000 (beş min) manat pulu gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nin İstintaq şöbəsində istintaqı aparılmış cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 01 il 06 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində olan və ayrıca icraatda aparılmış həmin cinayət işinin olması və onun hər iki cinayət işi üzrə CM-nin müxtəlif və eyni xarakterli maddələri ilə təqsirləndirilməsi nəzərə alınmaqla ona hazırkı cinayət işi üzrə CM-in 177.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Eyni əməllər təkrar törədildikdə isə həmin Məcəllənin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. CM-in 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan barəsində Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və həmin əməl üzrə Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsində göstərilən əsasların olmamasına baxmayaraq təkrar,”...və “təkrarən” ifadələrinin xaric edilməklə təqsirləndirilən şəxsin əməlinin CM-in 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməsi və dövlət ittihamının müdafiəsinin CM-in 177.1-ci maddəsi ilə təmin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Göstərilənlərə əsasən, X5 CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə CM-in 177.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edilməsi, cinayət təqibinin CM-in 177.1-ci maddəsi ilə davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tam olaraq ödəmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilsə də, onun əməlində CM-nin 177.2.2-ci maddəsinin deyil, 177.1-ci maddəsinin tərkib əlamətləri vardır. Təqsirləndirilən şəxs ittihamda qeyd edilən oğurluq cinayətini təkrar törətməmişdir. Məhkəmə ittiham tərəfinin cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı CM-in 177.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edilməsi, cinayət təqibinin CM-in 177.1-ci maddəsi ilə davam etdirilməsi barədə mövqeyi ilə razılaşır və verilmiş ittihamla bağlı öz mövqeyini bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.2-ci maddəsində göstərilmişdir ki, eyni əməllər təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində göstərilmişdir ki, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Cinayətlərin təkrar törədilməsindən bəhs edən CM-nin 16.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Hazırki halda isə cinayət işinin materiallarından görünür ki, 2021-ci il tarixdə Naxçıvan MR ərazisində və Bakı şəhəri Nərimanov rayonu ərazisindəki cinayət epizodları üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 1(012)- 19/2023 saylı hökmünə əsasən isə Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ona görə də, hazırki epizod üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi istisna edilir. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha umumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair 25 yanvar 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Beləliklə, Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: - həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; - cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; - şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; - eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 18-ci bəndində göstərilir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Ona görə də, hazırki ittihamdan təkrar,”...və “təkrarən” ifadələrinin xaric edilməklə Təqsirləndirilən şəxs əməlinin CM-in 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.1 -ci maddəsinə tövsif edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar). Azərbaycan Respublikasının CPM-nin 41.3-cü maddəsinə əsasən, Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarın 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbera, Messegue və Habardo İspaniyaya qarşı» iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. «Hoanq Fransaya qarşı» işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1 -ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12ci, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.1-ci və 18.4.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edilərkən müəyyən olundu ki, Şirinov X9 Rayon Məhkəməsinin 15 may 2023-cü tarixli 1(012)-19/2023 saylı hökmünə əsasən CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanı çəkməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Yuxarıda qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən onun barəsində qeyd olunan məhkəmə hökmü üzrə məhkumluğu ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün onun əməlində cinayətin residivi yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti qəsdən törətməsi cinayətlərin residivi kimi qəbul edilməməli, lakin şəxsin məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi cəza təyin edilərkən şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini təkrarən qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halların olmasını, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-19/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmalıdır. Həmin normada təsbit edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (Cinayət Məcəlləsinin 66.1 və 66.2ci maddələri). Təqsirləndirilən şəxsin Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 19/2023 saylı hökmü ilə nəzərə alınmış, qəti cəza müddətinə hesablanmış həbsdə olduğu 05 (beş) ay 18 (on səkkiz) gün müddət, eyni zamanda Təqsirləndirilən şəxs hazırki iş üzrə Rusiya Federasiyasında tutularaq Azərbaycan Respublikasına gətirildiyi və hazırki vaxta kimi saxlanıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan 05 (beş) ay 23 (iyirmi üç) gün olmaqla, cəmi 01 (bir) il 10 (on) ay 22 (iyirmi iki) gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci və 158.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətə tutulduğu və həbsdə saxlanıldığı müddət, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Zaqatala rayonu Bəhmətli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Zaqatala rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə məhkəmə xərcləri, mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməl, o məhkəmə zalında həbsdən azad edilməl, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-19/2023 saylı hökmü ilə təyin edilmiş 02(iki) il 06 (altı) altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, onun üzərinə 03 (üç) il 06 (altı) ay 11 (on bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-19/2023 saylı hökmü ilə nəzərə alınmış, qəti cəza müddətinə hesablanmış həbsdə olduğu 5 (beş) ay 18 (on səkkiz) gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 05 (beş) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla (cəmi 11 ay 11 gün) 01 (bir) il 10 (on) ay 22 (iyirmi iki) gün müddət təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 19 (on doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə zalından həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Zaqatala rayonu Bəhmətli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat növbəti gün 07:00-dək və yaşadığı Zaqatala rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Zaqatala rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar